Cahil cəmiyyətində din əxlaqının yaşanmaması nəticəsində ortaya çıxan ortaq bir xarakter quruluşu vardır. Bu xarakterin xüsusiyyətləri, insanlara görə müxtəliflik göstərməklə birlikdə, təməldə eynidir. Çünki cahillik xarakterini yaşamalarının əsil səbəbi, bu insanların Allaha və axirətə həqiqi mənada iman etməmələridir.
Allaha iman etməyən, buna görə də Allahdan qorxmayan və hesab verəcəyini düşünməyən bir insanın gözəl əxlaq göstərməsini gözləmək isə mənasızdır. Çünki bu insanlar, ağıllarından keçən bir düşüncəni Allahın bilmədiyini, gizlicə etdikləri bir rəftarı Allahın görmədiyini zənn edirlər.
Bu hissədə, cahil cəmiyyətin səthi həyat tərzinin fərdlərinə qazandırdığı çirkin əxlaqı və onun təfərrüatlarını araşdıracağıq. Ancaq bu təfərrüatlara keçmədən əvvəl bunu ifadə etməkdə fayda vardır: Burada bəhs ediləcək xüsusiyyətlər, hər insanın nəfsində yaradılışdan var olan xüsusiyyətlərdir. Allah, bu pis xüsusiyyətlərin sınaq məqsədilə insanların nəfslərinə yaradılışdan verilmiş olduğunu Quranda xəbər verir:
Ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 8-10)
Yalnız inanan kəslər Allahın imtahanı olduğunu bildikləri üçün, nəfslərinin pis istiqamətdəki əmrlərinə tabe olmaqdan şiddətlə çəkinərlər. Nəfslərini pisliklərdən təmizləyərlər.
Cahil cəmiyyətin fərdləri isə, etdikləri rəftarların axirətdə ən kiçik incəliyinə qədər qarşılarına çıxacağını düşünmədikləri üçün, nəfslərinin xoş göstərdiyi pis rəftar və xüsusiyyətlərdən çəkinmək, bunun yerinə Allah Qatında məqbul olan gözəl rəftarları sərgiləmək üçün öz zəif ağıllarına görə bir səbəb görməzlər.
İfadə edilməli olan ikinci nöqtə isə budur; aşağıda sayılan xüsusiyyətlərdən müxtəlif səbəblərlə özlərini təmizləmiş cahil cəmiyyətin insanları da ola bilər. Bu insanların bir qismi ətrafda olduqca müsbət xüsusiyyətlər də daşıya bilərlər. Müxtəlif mənfəətlər və ya başqa səbəblərlə bəhsi keçən kəslər cahillik əxlaqının hər rəftarını tətbiq etməyə bilərlər. Ancaq burada əhəmiyyətli olan bunu etmələrinə maneə törədənin, Allah qorxusu olmadığıdır. Çünki Allah qorxusu olmayan bir insan, maraqlarına zidd düşdüyü anda və ya özünə daha yaxşı bir mənfəət əldə edəcəyini düşündüyündə anidən rəftarını dəyişdirə bilər. İncə düşüncəli, əliaçıq bir insan birdən-birə son dərəcə kobud və xəsis bir quruluş göstərə bilər. Allah qorxusu olmadığı və Onun sərhədlərini tanımadığı üçün, nəfsinin əmr etdiyi hər cür əxlaqsızlığı tətbiq edə bilər.
Xülasə, cahiliyyə cəmiyyətinin bütün üzvlərində bu hissədə sıralayacağımız xüsusiyyətlərin hamısı görülməyə bilər. Amma Allah qorxusunun güclü olmaması səbəbiylə bu kəslər Allahın razılığını deyil, əksərən nəfslərinin istəklərini yerinə yetirmək istəyirlər. Nəfsləri onlara necə bir əxlaq göstərmələrini əmr edərsə, elə davranarlar. Bu, gündən-günə dəyişiklik göstərə bildiyi kimi, təməldə cahillik əxlaq xüsusiyyətlərini ehtiva edir. İnsan bir gün asanlıqla yalan söyləyərkən, bir gün qısqanc, bir gün pessimist, bir gün də üsyankar ola bilər. Bu səbəblə, insanın əxlaqını Allah qorxusu və Onun məmnuniyyətinə görə şəkilləndirməsi lazımdır. Əgər bu şəkildə olarsa, sağlam bir xarakter və vicdanlı davranışlar sərgilənər. Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər edən bir kimsə üçün, cahillik əxlaq xüsusiyyətlərini göstərməsi mümkün olmaz.
Bu hissədə, bəzilərində az, bəzilərində çox görülən cahil cəmiyyətə aid bu pis əxlaqın bəzi istiqamətlərini araşdıracağıq.
Tənbəllik insanların çoxunun olduqca dar mənada qiymətləndirdikləri və bu səbəblə də çox vaxt öz üzərlərinə almadıqları bir mövzudur. Tənbəl xüsusiyyəti, yalnız, cəmiyyətin əksəriyyətinə nisbətən, üzərinə düşən məsuliyyətləri yerinə yetirməkdə daha zəif davranan insanlara yaraşdırılır. Ancaq burada nəzərdə tutduğumuz tənbəllik, cahil cəmiyyətin əksəriyyətində əks olunmuş və maddi-mənəvi mənfi nəticələrə gətirib çıxaran əhəmiyyətli bir davranış pozuqluğudur.
Bu davranış pozuqluğunun, insan üzərində meydana gətirdiyi ən böyük təxribatlardan biri əvvəlcə insanları düşüncə tənbəlliyinə sürükləməsidir. Halbuki insanı insan edən, ona insani xüsusiyyətlər qazandıran ən əsas xüsusiyyət, düşünə bilməsidir. Bu qabiliyyətin istifadə edilməməsi, bir mənada adamı mexanikləşdirər və ağlını tamamilə sıradan çıxardar. Bu nöqtədən sonra insanın tək edə bildiyi özünə öyrədilmiş qaydalar istiqamətində sabit bir həyat sürməkdir. Bir yenilik etmək ya da həyatına bir gözəllik qazandırmaq, bu kəs üçün demək olar, qeyri-mümkün kimidir. Vicdan və iradədən istifadə edib bunun üçün çalışmaqdansa, öyrəşdiyi sistemi heç düşünmədən tətbiq etmək, bəhsi keçən tənbəllik anlayışına çox daha uyğun gəlir.
Tənbəlliyin vicdan, ağıl və iradə üzərindəki bu təsiri, həyatın hər mərhələsində müxtəlif modellərlə özünü göstərir. Düşünməyə tənbəllik edən kəslər, əvvəlcə niyə və necə var olduqları və hansı məqsəd üçün yaşadıqları kimi həyati suallara heç bir zaman cavab axtarmazlar. Bunların əhəmiyyətli mövzular olduğunu qəbul etməklə birlikdə, bəzilərinin özləri üçün düşünüb qiymətləndirməsini seçərlər. Bu elə bir hal alır ki, insan bir mənada fərqində olmadan maddi-mənəvi bütün varlığını təhlükə altına atacaq qədər tənbəl ruh halı içərisinə girər.
Məsələn, mal və can təhlükəsizliyi üçün tədbir almalı olarkən, hadisələri axışına buraxar. Ya da sağlamlığını qorumaq üçün lazımlı olan diqqəti göstərməyə, xəstələndiyində həkimə getməyə və hətta həkimin verdiyi müalicəni tətbiq etməyə belə ərinəcək hala gəlir.
Əylənməyə, gülməyə, sevinməyə ərinir, bunun yerinə yalnız əylənən insanları seyr edərək kifayətlənər. Ağlını istifadə edib özünə hüzur və rahatlıq təmin edəcək bir mühit meydana gətirmə imkanı varkən, sırf ərindiyindən çətinlik içərisində yaşamağı seçər.
Sağlam və ləzzətli yeməklərlə qidalana bilərkən, bu ruh onu hazır ya da sağlam olmayan yeməklərə yönəldər. Oxumağa, məlumatını, davranışını və mədəniyyətini artırmağa ərinər; bu səbəblə də, həyatı boyunca hər mövzuda klassik bir anlayış içərisində yaşayır. Pul qazanmaq istəyər, amma bunun üçün səy göstərməz ya da ağlını istifadə etmək yerinə qeyri-qanuni yollarla hazır pul əldə etmək daha asan gələr. Daha da ciddi bir çətinliklə qarşılaşacaq olursa, bununla mübarizə etmək yerinə intihar etməyi daha asan və zəhmətsiz üsul olaraq görür. Buna bənzər nümunələr olduqca çoxdur, ancaq burada diqqəti çəkən ən əhəmiyyətli ölçü, mövzu hər nə olursa olsun "ən az əmək ilə həyatda qalmağı bacara bilməyin" hədəflənmiş olmasıdır.
"Ən az əmək sərf etmənin" ən asan yollarından biri isə, mövcud olan sistemi ən yaxşı şəkildə "təqlid etmək" dir. Bu vəziyyət cahillik əxlaqının yaşandığı bir çox cəmiyyətdə yalnız fərdi səviyyədə deyil, eyni zamanda ictimai səviyyədə də köklü bir sistemə çevrilmişdir. Belə ki, bir ölkədə hər hansı bir şəkildə şöhrət qazanmış hər hansı bir şey digər ölkələrdə heç vaxt itirmədən təqlid edilir. Mahnılar, reklamlar, filmlər, təbliğat üsulları həmişə başqalarından görüldüyü şəkli ilə tətbiq edilir. Buradakı təməl məntiq, hər hansı bir yenilik gətirməyə olan qapalılıq, tənbəllikdir.
Göründüyü kimi, tənbəllik cahil cəmiyyəti əhatə edən köklü davranış pozğunluqlarından biridir və insanları, zərərinin özlərinə döndüyü bir sistem içərisində yaşamaq vəziyyətində buraxar. Ancaq bunu da vurğulamaq lazımdır ki, bu, cahil cəmiyyətdə qınanan ya da bilinməyən bir quruluş deyil, əksinə olduqca mənimsənmiş və həyatın təbii axışı olaraq qəbul edilmiş bir sistemdir. Bu sistemi yaşayan insanlar uğradıqları zərərin və yaşamadıqları gözəlliklərin əskikliyinin fərqində belə deyillər. Bu səbəblə də, bu vəziyyəti dəyişdirmək məqsədi ilə səy göstərmək üçün bir səbəb tapmazlar.
Quran əxlaqı tam olaraq tətbiq edildiyində cahil cəmiyyətə aid bütün bu xüsusiyyətlər ortadan qalxar. İnsanı hərəkətə keçirən, Allaha və axirətə olan inancıdır. Bu da onu həm dünyaya, həm də axirətə istiqamətli ciddi bir səy içərisinə salar. Belə bir insan üçün dünyada itiriləcək vaxt yoxdur. Keçən hər an ona Allahın razılığını və sonsuz axirət həyatını qazana bilmək üçün verilmiş bir fürsətdir. Əhəmiyyətli və böyük bir hədəfi vardır. Bu səbəblə, sabit bir quruluş deyil, əksinə hərəkətli, çalışqan və məhsuldar bir xarakter ortaya qoyar. Çünki Allah gərgin zəhmətdən məmnun olacağını Quranda xəbər vermişdir:
Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
İşlərini qurtaran kimi Allah yolunda çalış!" (İnşirah surəsi, 7)
Cahillik əxlaqının təməl xüsusiyyətlərindən biri də qısqanclıqdır. Axirətin varlığına inanmayan bir insan, dünya həyatına böyük bir ehtirasla sarılır. Özünə görə dünyanın önünə sərdiyi imkanlardan ən yüksək səviyyədə istifadə etmək və nəfsinin sərhədsiz ehtiraslarını təmin etmək istəyər. Bu ehtiras elə şiddətlidir ki, insan dünyaya bağlı hər mövzuda həmişə ən üstün və ən müvəffəqiyyətli mövqedə olmaq istəyər. Buna görə də, ətrafındakı hər kəsi özü üçün bir rəqib olaraq görür. Bir insanın müvəffəqiyyətli olmaq istəməsi və bunun üçün səy etməsi son dərəcə təbiidir, ancaq cahilliyin müvəffəqiyyətli olma ehtirası zalımlıq, mərhəmətsizlik, eqoizm kimi çox sayda pis əxlaq xüsusiyyətini də özündə daşıyan çirkin bir ehtirasdır. Yoxsa, bir insan müvəffəqiyyətli olmaq, keyfiyyətli və gözəl bir həyat yaşamağı istəyə bilər və bunun üçün haqq və qanuni sərhədlər içində əlindən gələn səyi də göstərər. Ancaq saleh bir mömin bunu edərkən heç bir zaman, özünü zəngin edəcək olanın da, imkanlarını istədiyi təqdirdə alacaq olanın da Allah olduğunu və hər nə olursa olsun bunun özü üçün ən xeyirlisi olduğunu heç bir zaman unutmaz.
Cahillik əxlaqının çirkin istiqamətlərindən biri olan qısqanclığın təməlini meydana gətirən mərhəmətsiz rəqabət duyğusu isə demək olar ki, doğulduğu andan etibarən bir mənada insanın bütün həyatını formalaşdırır. Yaşadığı rəqabət mühitinin qaydalarını ən yaxşı şəkildə öyrənər və tətbiq etməyə başlayar. Bir müddət sonra, başqalarının özündən daha üstün olmasını qəbul edə bilmədiyi kimi, qarşısındakı insanların az da olsa bir yaxşılıq ya da gözəlliyə sahib olmasını da qəbul edə bilmir.
Bu pis anlayışa sahib cahil insanlar, ətraflarındakı insanların sahib olduğundan daha yaxşısına sahib ola bilmək üçün böyük bir səy göstərərlər. Ən zəngin, ən gözəl ya da ən yaraşıqlı yoldaş, ən gözəl ev, ən lüks mebellər, ən yaxşı avtomobil, ən müvəffəqiyyətli uşaq, ən keyfiyyətli paltarlar həmişə özlərinin olmalıdır. Ən lüks yerlərdə gəzməli və ən gözəl olan həmişə özlərinin olmalıdır. Bu vəziyyət cahil insanlar arasında həyati bir yarışa çevrilmiş, bir-birlərinə qarşı duyduqları qısqanclıq səbəbiylə, demək olar qarşılarındakı insanın pisliyini istəyər olmuşlar. Belə ki, bəzən üstünlüklərini qoruma bahasına, qarşı tərəfin lehinə olacaq bir vəziyyətə maneə törətmək üçün belə risk edə bilərlər. Halbuki, başqa bir insanın zəngin və gözəl olması ya da rifah içində yaşaması, özünün nə gözəlliyində, nə zənginliyində, nə də həyat standartlarında bir əskiklik meydana gətirər.
Cahillik düşüncəsinin gətirdiyi yanlış məntiq bu qədərlə də bitməz. Qısqanc olmaq, cəmiyyət arasında bəzi seqmentlərdə olduqca təqdir görən bir xarakter xüsusiyyəti olaraq mənimsənmişdir. Hətta, qısqanc olmadığını söyləyən insanlar, bu dairələr tərəfindən olduqca qəribə və qeyri-adi olaraq qəbul edilərlər. Cahillik inancına görə insanlar həqiqətən dəyər verdikləri şeylərə sahiblənməli və onlara qarşı qısqanc bir rəftar göstərməlidirlər. Misal olaraq, əgər bir dostunu sevirsə, bir başqasının ona sevgi duymasına və onunla dost olmasına mane olar; onun ən yaxşı dostu yalnız özü olmalıdır. Halbuki, bir insanın duyduğu sevgi digərinin də eyni adama sevgi duymasına maneə deyil və bunun kimsəyə bir zərəri yoxdur. Əksinə, əgər qarşıdakı insan həqiqətən dost ediləcək keyfiyyətdə bir insansa, onun bu üstünlüyündən bir başqasının da faydalanması son dərəcə təbii və gözəldir.
Bu məntiqlə düşünüldüyündə qısqanclığın yersizliyi və zərəri dəqiq bir şəkildə ortaya çıxar. Özlərini bu xəstəliyə qapdıran insanlar, əllərindəkiylə kifayətlənə bilmədiklərindən, heç bir zaman həqiqi xoşbəxtliyi yaşaya bilməzlər. Özlərindən daha yaxşısının varlığını bilmək onlara narahatlıq və kədər verər.
Bu cür çətin və zəhmətli bir sistemə tabe olmaqdansa, dinin gətirdiyi əxlaqı yaşamaq insanın yaradılışına ən uyğun olanıdır. İnsanın nəfsi qısqanclığa meyilli xüsusiyyətdə ola bilər. Ancaq ağıl və vicdandan istifadə edərək bu duyğunun önünə keçmək də bir o qədər asandır. Bir ayədə bu həqiqət bildirilir:
... Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Allah insanlara, nəfslərini qısqanclıqdan təmizləməyi bildirmişdir. Bunun əvəzinə də, tam əksinə, həmişə qarşı tərəfin yaxşılığını, rahatlığını, dincliyini öz istəklərindən həmişə ön planda tutan və olduqca fədakar bir quruluşu mənimsəmələrini istəmişdir. Necə ki, Quran ayələrindən bir çoxunda, möminlərin qısqanclıqdan təmizlənmiş olan bu fədakar ruhu xəbər verilir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (İnsan surəsi, 8)
... Mala olan sevgisinə baxmayaraq, onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, dilənənlərə və kölələrin verən ... (Bəqərə surəsi, 177)
Müsəlmanlar ən sevdikləri şeyləri belə, asanlıqla ehtiyacı olan digər insanlara verə bilir və bu mövzuda ən kiçik bir ehtirasa, qısqanclığa qapılmırlar. Şübhə yoxdur ki, vicdanın səsini dinləyərək bu əxlaqı tətbiq etmək, müsəlmanları qısqanclığın səbəb olduğu bütün narahatlıqlardan uzaq tutar və ən əhəmiyyətlisi Allahın razılığını qazanmalarına kömək olar.
Cahil insanlar Allahın yaratdığı və özlərinə nemət olaraq təqdim etdiyi imkanlara görə şiddətli bir böyüklük duyğusuna qapılarlar. Təkəbbür adı verilən bu bəlanın bulaşdığı adam, özünü dünyanın ən ağıllı, ən qabiliyyətli və ən yenilməz insanı olaraq görür.
Ancaq insanın təkəbbürlənməsi üçün, şübhəsiz, cahil cəmiyyətdə böyük əhəmiyyət daşıyan pul, etibar ya da gözəllik kimi diqqət çəkici xüsusiyyətlərə sahib olmasına ehtiyac yoxdur. Öz ağlını başqalarından üstün görməsi belə onun böyüklük hissinə qapılması üçün kifayətdir. Ətrafındakı hər kəsdən çox daha üstün olduğunu, hamısının həm maddi, həm də mənəvi cəhətlərdən çox ciddi əskikləri olduğunu, lakin özündə bu qüsurların heç olmadığını düşünər.
Bu səhv məntiqlərə bir dəfə inandıqdan sonra qürur və təkəbbür onun həyat fəlsəfəsi halına gələr. Artıq ətrafındakı insanlardan gələcək olan bütün tövsiyələrə və ya tənqidlərə qapalıdır. Onun, özündən əskik gördüyü digər insanlardan ala biləcəyi bir fikir ya da tövsiyələrin olması mümkün deyil. Özü də mümkün qədər bu insanları bəyənmədiyini vurğulamağa və hər fürsətdə qüsurlarını dilə gətirməyə çalışar. Onların qüsurları üzə çıxdıqca, öz böyüklüyü ilə onların kiçikliyi arasındakı təzadın daha da ortaya çıxacağına inanır.
Bu pis anlayış əslində insana çox ciddi itkilər gətirər, ancaq insan bunları fərq edə bilməyəcək qədər təkəbbürlüdür. Hər kəs ona demək olar ki, acıyan gözlərlə baxarkən o, özünün bu rəftarı səbəbiylə son dərəcə şəxsiyyətli və güclü bir xarakter sərgilədiyinə və bundan ötrü də ətrafında dərin bir hörmət oyandırdığına inanır. Halbuki, daha böyük və daha üstün olmaq məqsədiylə təkmilləşdirdiyi bu çirkin rəftar, insanı sandığının əksinə ən alçaldılan, ən az sevilən və yanında ən rahat edilə bilməyən insan mövqeyinə gətirər.
Təkəbbürlü insan, böyüklük arzusundan ötrü kimsəylə həqiqi mənada dost ola bilməz, kimsəyə sevgi-hörmət duymaz, səmimi və ya təvazökar bir rəftar göstərə bilməz. Bu da ətrafındakıların özündən ciddi şəkildə narahatlıq duymalarına səbəb olar.
Bununla yanaşı təkəbbür, yalnız ətrafdakı insanlarda deyil, insanın özündə də ciddi sıxıntılara yol açar. Əvvəlcə böyüklük iddiasında olan bir insan heç bir yanlışa yol verməməli və heç bir zaman səhv etməməlidir ki, özünə görə əldə etdiyini zənn etdiyi etibarı zədələnməsin. Belə bir şeyi bacarmaq üçün çox yüksək bir güc sərf etməlidir. İçindən gələn bir şeyi həyata keçirməz, onu əvvəl öz imicinin süzgəcindən keçirər. Əgər nüfuzuna uyğun bir davranışdırsa edər, əgər xoşuna gələn bir şey belə olsa öz aləmində insanların gözündən düşməmək üçün bunu etməz. Nə içindən gəldiyi kimi gülə və əylənə bilər, nə də sərbəst və təbii bir söhbətdə iştirak edə bilər. Sərf etdiyi güclü diqqət insanın üzündə və bədənində ciddi bir sıxılmayla özünü göstərir ki, bu da gözəl bir insanın belə üz ifadəsini son dərəcə çirkinləşdirir və mənasızlaşdırır. Bununla yanaşı, səhv etməkdən qorxduğu üçün ətrafındakı insanlara mümkün qədər uzaq və məsafəli davranır; bu da kimsəylə həqiqi bir səmimiyyət yaşaya bilməməsinə səbəb olur.
İnsanın özünü saldığı bu qəlib zərərli olduğu kimi bir o qədər də mənasızdır əslində. Çünki insan nə qədər üstün xüsusiyyətlərə sahib olursa olsun, ən kiçik təfərrüatına qədər Allahın köməyinə möhtac son dərəcə aciz bir varlıqdır. Nə doğularkən bədəninin alacağı şəkli, nə qabiliyyətlərini, nə də ağlının həcmini özü təyin etməmişdir. Bütün bunlar tamamilə Allahın özü üçün yaratdığı şəkliylə reallaşmışdır.
Ancaq təkəbbür adındakı bu böyüklənmə arzusu insanın, Allahın ucalığını və böyüklüyünü qavraya bilməyəcək qədər ağılsız bir rəftar sərgiləməsinə səbəb olur. Təkəbbürlənən insan, Allahın yaratdığı trilyonlarca varlıqdan yalnız hər hansı biri olduğunu düşünə bilməz. Və özünün bunlardan hər hansı birinin bənzərini belə yaratmaqda aciz olduğunu heç ağlına gətirməz. Minlərcə növ virus və mikrobun səbəb ola biləcəyi xəstəliklərə mane ola bilməyəcəyini də düşünməz.
Təkkəbürün cahil insanı içinə saldığı vəziyyət bu qədər açıq ikən, insanın bu rəftarı davam etdirməsi dünyada olduğu kimi axirətdə də qarşılıq görəcəkdir. Quranda, Allahın böyüklüyünü təqdir edə bilməyən və hər mövzuda yalnız özünü nüfuzlü hesab edən kəslər üçün cəhənnəm əzabı olduğu xəbər verilmişdir:
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”. (Nəhl surəsi, 29)
Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
Allaha və hesab gününə səmimi və dərin imanı olmayan bir insanın, bağışlayıcı və xoşxasiyyətli olması da mümkün deyil. Cahil cəmiyyətin yanlış məntiqinə görə, ömrü qısa olduğu üçün bu fürsəti ən yaxşı şəkildə qiymətləndirməlidir. Ancaq bu səmimi bir möminin anladığı mənada gözəl və əxlaqlı rəftarlar göstərərək, yaxşı bir qiymətləndirmə deyil əlbəttə. Dünya ehtirası ilə dolu, Allahdan və axirətdən qafil, insanda həm maddi, həm də mənəvi olaraq böyük təxribat meydana gətirən bir anlayışdır. Cahil cəmiyyətə görə, həyatı yaxşı qiymətləndirmənin mənası olduqca eqoist olmaq, bütün acizliklərini və əskikliklərini heç düşünməyərək dünyaya ehtirasla bağlanmaq, ruhsuz, sevgisiz bir həyat içində əyləndiyini iddia edərək özünü aldatmaqdan ibarətdir. Bu vəziyyətdə insan həmişə öz mənfəətlərini düşünməli və bunlara zərər verməyə çalışanlara da çox kəskin bir cavab verməlidir. Buna görə də, özünə qarşı edilən bir səhvi qətiyyən unutmamalı, hər kəs haqqındakı xatirələrini yaddaşında toplamalı və ilk fürsətdə "qisas almaq" üzrə kin saxlamalıdır.
Bu yanlış məntiq insanda elə bir vəsvəsə halına çevrilər ki, bəzən iyirmi il, otuz il keçdiyi halda edilən kiçik bir səhvi unutmaya bilər. Həmçinin çox vaxt zehnini məşğul edən mövzular son dərəcə əhəmiyyətsizdir. Qarşı tərəf mövzunun fərqində olmasa belə, kinli insan hər şeyin altında bir qəsd olduğuna inanır. Belə ki, cahil cəmiyyətlərdə bu batil inanc, bəzən cinayətə ya da yaralamağa qədər çatan bir intiqam ilə nəticələnər.
Ancaq bu pis rəftarından ötrü həmişə itirən insanın özü olur. Öz-özünə müxtəlif xülyalara qapılar; hər kəsin ona düşmən olduğuna, ondan istifadə etməyə çalışdığına inanar. Hər hadisəni bu mənasız xəyallar əsasında qiymətləndirər. Ağlını və enerjisini həmişə bu istiqamətdə sərf edən bir insanın məhsuldarlığı, yaradıcılığı, çalışqanlığı, sevinci bir-bir azalar; bunun əvəzinə psixologiyası tamamilə hüzn, kədər və nifrətə meyilli hala gələr.
Halbuki, bağışlamağın və tolerantlığın ləzzəti, kin saxlayıb xülyalara qapılmanın verdiyi nifrət və sıxıntıyla müqayisə edilməyəcək qədər yüksəkdir. Bağışlamaq, cahillik mühitində zənn edildiyi kimi alçalmaq ya da məğlub olmaq deyil, əksinə nəcibliyin və yüksək bir əxlaqın göstəricisidir. Quran ayələrində bağışlayıcılığın üstünlüyü belə vurğulanır:
Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)
Cahillik sisteminin gətirdiyi bu qorxunc dünyaya qarşılıq, din əxlaqının yaşanması ilə ortaya çıxan səmimi mühit, Quranda cənnət xalqının bir xüsusiyyəti olaraq izah edilmişdir ki, bu da bizə bu əxlaqın üstünlüyünü bir daha xatırladır:
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)
Cahillik əxlaqında gözə çarpan xarakter xüsusiyyətlərindən biri də, insanların həyatlarının hər anını narazı, bezgin və şikayətçi bir ruh içərisində keçirmələridir. Hətta bu əxlaqı mənimsəyən insanlar narazı olacaqları bir mövzu olduqda belə bu rəftarı göstərər və hər şey haqqında daima "deyinərlər". Bu çirkin rəftar, onlar üçün yemək-içmək kimi təbii bir vərdiş halına gəlmişdir. Həmçinin, cəmiyyətin hər təbəqəsində tətbiq edildiyi üçün kimsə tərəfindən qəribə də qarşılanmaz.
Adam səhər oyandığı andan etibarən şikayət edəcək bir şeylər axtarmağa başlayar. Əvvəl gecə heç rahat yata bilmədiyindən bəhs edər, ardından hava istisə istiliyindən, soyuqdursa soyuqluğundan şikayət etməyə başlayar. Naharda yeməklərin pis olduğu, avtomobilin əskiklikləri, tıxacın sıxıcılığı, iş yerinin səs-küyü, insanların anlayışsızlığı, yuxusuzluq, yorğunluq, axşam evdəki mühit, qonşuların dolanışıqsızlıqları, həyatın cansıxıcılığına, kimsənin onu anlamaması və bunun kimi ard-arda sayılıb şikayətlənən mövzular bir-birini təqib edər. Belə də olmazsa sırf şikayət edən olsun deyə şikayət etməyə başlayar; qadınsa qadın olduğu üçün, uşaqdırsa uşaq olduğu üçün, əsmərsə sarışın olmadığı, boz gözlü isə mavi gözlü olmadığı üçün narazılığını dilə gətirər. Ancaq bu mövzuların heç bir zaman sonu gəlməz, çünki bu pis ruh halıdır və insan buna baxmayaraq bu vəziyyətdən çıxmaq istəməz.
Bu yanlış məntiq yürütmələri cahil insanların, heç bir zaman heç bir şeydən xoşbəxt ola bilməmələrinə səbəb olar. Çünki hər şeyin ən mükəmməlini əldə etmiş olsalar belə, yaxşı və gözəl istiqamətləri bilmədikləri üçün bir müddət sonra sahib olduqlarından yenə sıxılarlar.
Allah, insanların saymaqla bitirə bilməyəcəkləri qədər çox nemət içərisində olduqları halda yenə də narazı və nankor bir əxlaq sərgilədiklərini belə xəbər vermişdir:
Sizə hər istədiyiniz şeyi verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)
Budur, cahilliyin bu səthi məntiqi, onları dünyanın bu qədər gözəlliyi varkən heç birindən ləzzət ala bilməyəcək hala gətirər.
İnsanın həm ruh, həm də bədən cəhətdən fitrətinə ən uyğun həyat olan İslam əxlaqı isə bunun tam əksini yaşadar. Bütün kainatın və içərisindəki hər cür təfərrüatın özü üçün bir bəzək və bir ikram olaraq yaradıldığını bilən mömin, davamlı olaraq Allaha şükür edən bir ruh halı içindədir. Qarşılaşdığı hər hadisənin ardında gizlənən gözəllikləri və hikmətləri tapıb çıxarır. Öz ətrafını özü gözəlləşdirməyə və nemətə çevirməyə çalışır. Quranda, Allahın bu əxlaqı göstərən kəslərə nemətlərini və ikramlarını artıracağı, davamlı narazı və şikayətçi olaraq nankorluq edən insanlardan da bu gözəllikləri alacağı bildirilmişdir:
Rəbbiniz belə buyurmuşdu: "And olsun ki, əgər şükür etsəniz sizə artıracağam və and olsun, əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir". (İbrahim surəsi, 7)
Din əxlaqından uzaq yaşayan bir insan, həyatı boyunca ətrafında olub bitən bütün hadisələrin təsadüfən baş verdiyi kimi ağıl və məntiq xarici bir düşüncəyə malikdir. Əgər işləri yolunda getmişdirsə, bunun "işlərinin yağ kimi getməsindən", əksinin də "çatışmazlıq olmasından" qaynaqlandığı yanılmasına inanır. Bu azğın görüşün gətirdiyi ən təhlükəli və pis nəticələrdən biri isə, ümidsiz ruh halıdır. Çünki bu səthi məntiqdə, güvəniləcək ya da ümid bəslənəcək heç bir dayaq yoxdur.
Bu qaranlıq ruh halı, Allahın gücünü və hər şeyin bir qədərə görə baş verdiyini qavraya bilmənin cahil insanlara gətirdiyi bir bəladır. Halbuki, Allaha iman edən bir insanın hər an, hər mövzuda ümidi vardır. Çünki hər hadisə və hər varlıq Allahın idarəsi altındadır. Bütün güc Allahındır və Onun izni olmadan heç bir hadisənin olması mümkün deyil. Bunu qavrayan bir insan hər şeyin Allahın diləməsi və yaratmasıyla anında dəyişə və heç bir şeyin qeyri-mümkün olmadığını çox yaxşı bilir. Allaha inanmayan və hər şeyi təsadüflərin idarə etdiyini düşünən bir insanın isə ümidsiz olması təbiidir, çünki bu onun öz inanc pozuqluğundan qaynaqlanan bir ruh halıdır.
Bu inanc pozuqluğuyla yaşayan insanlar -öz aralarında "həyata küskün" deyimiylə ifadə etdikləri kimi- daha ən əvvəldən pessimist bir ruh halına sahibdirlər. Həyata bezgin və məğlub düşmüş bir ruh halıyla yaxınlaşarlar. İnanclarındakı yanlışlıq, onlarda heç bir şeyin yolunda getməyəcəyi, həyatın həmişə tərsliklərlə dolu olacağı kimi bir narahatlıq yaradır. Necə ki, bunu gözlədiklərindən, hadisələri həmişə belə görmək istəyərlər. Misal olaraq, universitetdə istədikləri sahəni qazanmayacaqlarını, qazansalar belə məktəbi bitirə bilməyəcəklərini, məzun olsalar belə bu həyat şərtlərində iş tapa bilməyəcəklərini, tapsalar belə müvəffəqiyyətli olmaq üçün illərin keçməli olduğunu, istədikləri kimi bir evlilik edə bilməyəcəklərini, etsələr belə xoşbəxt ola bilməyəcəklərini, zəngin və lüks bir həyat yaşaya bilməyəcəklərini, uşaqlarını istədikləri kimi böyüdə bilməyəcəklərini, onların "mürvətlərini görmədən" öləcəklərini, məzarlarına kimsənin gəlməyəcəyini, dərhal unudulacaqlarını düşünür və buna bənzər bitmək bilməyən bir sıra ümidsizlik sayıqlamaları edərlər. Quranda bu insanların içində olduqları ümidsiz ruh halı belə ifadə edilmişdir:
İnsana nemət verdiyimiz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)
İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. (Fussilət surəsi, 49)
Bu pis əxlaqı yaşayan insanlar cahil cəmiyyətdə "bəd ağızlı" olaraq da adlandırılırlar. Hər mövzuda həmişə mənfi təlqinlər etmələri və ətraflarını çaxnaşmaya salacaq şəkildə pis və ümidsiz təxminlərdə olmaları, ətraflarındakı insanların da əsəblərini pozar. Misal olaraq, təyyarəyə minmək üzrə olan dostlarına "ya təyyarəniz düşsə, ya sağ-salamat gələ bilməsəz" kimi ümidsizcə söhbətlər edərək, narahatlıq verərlər. Bir dəfə öskürən birinə "çox xəstədir yəqin" kimi fəlakət təxminləri edərlər. Böyük investisiyalar yatırılaraq qurulan bir iş yerinin, ortada heç bir ehtimal olmadığı halda, davamlı olaraq iflas edə biləcəyindən narahatlıq duyar və müvəffəqiyyətli ola bilməyəcəyi haqqında fikir bəyan edərlər.
Şübhəsiz ki, bu sayılanlar gündəlik həyatda rast gəlinən məhdud bir neçə nümunədir. Amma burada diqqət çəkən xüsus, bu əxlaqı daşıyan cahil insanın, yalnız özünü deyil, ətrafını da narahat edən bir sistem yaratdığıdır. Məhz bu sistem, cahil cəmiyyətin səthi məntiqinin bir məhsuludur. Bu səthi məntiqin əsas xüsusiyyəti isə, insanların bilərəkdən özlərinə həm dünyada, həm də axirətdə heç bir şey qazandırmayan, hətta sıxıntı və narahatlıq yaradan bir sistemi qəbul etmələridir.
İslam dininin gətirdiyi yüksək əxlaq isə, bu səthi məntiqdən çox üstün bir dünya görüşü təklif edir. Allahın sərhədsiz və sonsuz gücünü bilmənin verdiyi ümidli quruluş, möminlərə yalnız dünyada deyil, eyni zamanda axirətdə də sevinc və hüzur gətirər. Onlar daima Allahın ayədə bildirdiyi, "... Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər qövmdən başqası Allahın rəhmətindən ümid kəsməz." (Yusif surəsi, 87) əmrinə tabe olarlar.
"Laqeydlik" termini, cahil insanların hadisələr qarşısındakı diqqətsiz və duyğusuz rəftarlarını ifadə edər. Kiçik yaşlarından etibarən ətraflarında bu quruluşu görərək böyüyən bəzi insanlar, laqeyd davranışların təbii olduğunu düşünürlər. Halbuki, cahillik məntiqinə xaricdən baxanda görülən həqiqət, laqeydliyin, vicdanın bir növ keyidilməsi və dondurulması olduğudur.
Vicdanın açıq və güclü olması, insana həyatın hər anında müxtəlif məsuliyyətlər yükləyəcək bir xüsusiyyətdir. Bu da axirətə inanmayan insanların heç işinə gəlməz. Bundan qaçmaq üçün laqeydliyi əsas həyat fəlsəfələri halına gətirərlər. Bu vəziyyətdəki bir insan, hər şeydən əvvəl öz məsuliyyətlərini yerinə yetirməkdə son dərəcə zəifdir. Ətrafındakı insanlar onun adına hər şeyi boynuna götürmək məcburiyyətində qalarlar.
Bu çirkin əxlaqı daşıyan insan yalnız özünə deyil, ətrafına da zərər verir. Söz verir, amma vecinə almadığından ötrü sözündə durmaz. Yenə eyni şəkildə borc alır, çox vaxt geri qaytarmaq imkanı olur, amma əhəmiyyət vermədiyi üçün ödəməyi unudar. Bəzən laqeydliyi, həyati ölçülərə qədər uzanar. Müalicə məqsədiylə bir dərman alacaqkən, sırf laqeydlikdən bunu axsadar və xəstəliyinin davam etməsinə göz yumar. Üzmə bilməyən kiçik uşağını dəniz kənarında buraxar, boğulmasından yana ən kiçik bir narahatlıq belə duymaz; iş işdən keçdikdən sonra ağlı başına gələr. Bunun kimi minlərlə laqeydlik nümunəsi, cahil cəmiyyətin gündəlik həyatında davamlı yaşanar.
Məsələn, tıxacda qəza keçirən ağır yaralı bir insanla qarşılaşanda vicdanı açıq olan bir insanın edəcəyi şey, öz işi hər nə qədər əhəmiyyətli olursa olsun, təcili vəziyyətdəki bu insana bütün imkanlarıyla kömək etməkdir. Ancaq laqeydlik adı altında vicdanını donduran bir insan, bu mənzərəyə qısa bir göz atdıqdan sonra, kömək edən tək bir adam olmadığını görsə belə rahatlıqla görüşünə getmək üzrə yoluna davam edə bilər. Və ya əgər ətrafda başqa kəslər varsa "onlar maraqlanar onsuz da" deyə düşünə bilər.
Göründüyü kimi, laqeydlik əslində vicdansızlığın bir başqa dilə gətiriliş şəklidir. İnsan, ağlı və məntiqi qəbul etdiyi halda inkişaf etdirdiyi laqeydlik ilə bir çox mövzunun üzərindən rahatlıqla keçib gedər. Vicdanını dondurduğu üçün üzərindən aşdığı, laqeydlik göstərdiyi rəftarlar səbəbiylə ən kiçik bir vicdan əzabı da duymaz. Hətta özünü dünyanın ən ayıq insanı olaraq görər. Halbuki, bu adam heç bir şəkildə qazanc içində deyil. Vicdanını tərk edərək dünyada önünə çıxan bütün fürsətləri qaçırmış, axirət üçün edə biləcəyi hazırlığı bilərəkdən göz ardı etmişdir.
Hər mövzuda vicdanını isatifadə edən, ağlını və imkanlarını bunun üçün sonuna qədər istifadə mömin insan isə, Allahın razılığını və axirəti qazana biləcək ən isabətli davranışı etmişdir. Möminin bu mövzuda göstərdiyi həssaslıq onun dünya həyatında da rahat yaşamasını təmin edər. Qarşılaşdığı hər mövzuda ağlını istifadə etdiyi üçün, işləri həmişə olduqca ən yaxşı nəticələrlə sona çatar.
Dünyaya olan bağlılıq və mala qarşı duyulan hərislik, cahillik əxlaqını yaşayan insanları bu uğurda hər cür əxlaq və rəftar pozuqluğunu gözə ala biləcək çirkin bir rəftar içərisinə salar. Mövzu əgər dünyadan istifadə etməkdirsə, insan bu arzusunu təmin etmək üçün tamahkar bir quruluş göstərməkdən heç bir şəkildə çəkinməz. Həyatın qısalığını bilir və bu müddəti axirət üçün çalışaraq keçirməkdənsə, dünyaya istiqamətli olaraq qiymətləndirmənin öz zəif ağlına görə ən yaxşı yol olduğunu zənn edir. Bunun üçün də qarşısına çıxan fürsətləri həmişə bu uğurda sərf edərək dünyaya bir az da tamah salar.
Bütün məqsədi dünyanı yaşamaq olan bu insanların, Allahın onların çirkin əxlaqına verdiyi bir qarşılıq olaraq, dünyadan məmnun olmaları isə heç bir zaman mümkün olmaz. Özlərinə görə dünyadan faydalanmaq üçün Allahdan qafil bir həyat mənimsəyərlər, amma dünya onlara heç bir zaman gözəllik, hüzur və xoşbəxtlik verməz. Bir ömür boyu arxasından qaçdıqları dünya istəklərinin özlərinə buraxdığı tək şey bədbəxtlik, narahatlıq, sevgisizlik, dostsuzluq və bu cür acılardır.
Bu quruluş, cahil cəmiyyətdə insanların böyük qisminə hakim olduğu halda, yalnız müəyyən bir təbəqəyə aid edilərək örtbasdır edilmək istənilir. Yalnız bəzi acgöz insanların tamahkar bir xarakter sərgiləyən imici olduqca geniş yayılmışdır. Halbuki, tamahkarlık cahillik əxlaqının dünyaya və insanlara dünyagörüşünü ən açıq əks etdirən xüsusiyyətlərindən biridir.
Bu çirkin dünyagörüşüylə yoğrulmuş olan cahillik insanları, zəngin olsun, kasıb olsun heç bir fərqlilik göstərmədən dünyadakı hər şeyə qarşı acgöz yaxınlaşar. Misal olaraq, qonaq gedər; qarını doyduğu halda –xəstələnmə bahasına da olsa daha çox faydalanmaq üçün bir az daha yeyər. İş yerindən maksimum istifadə etmək üçün ehtiyacı olmadığı halda sağa-sola lazımsız telefon zəngləri edər; uşağının, ailəsinin bütün ehtiyaclarını iş yerinin imkanlarından qarşılamağa cəhd edər. Bu məntiq elə köklü bir xəstəlikdir ki, insan ailəsinə belə bu gözlə yaxınlaşar. Ərinin çox işləməsini, çox pul qazanmasını demək olar bir ehtiras halına gətirmişdir. Çünki işin sonunda özünə daha çox paltar aldıracaq, daha çox gəzə biləcək, daha çox yeyə biləcək və ərinin bu xüsusiyyətlərindən maksimum istifadə edə biləcək. Bu ehtiras və acgözlük elə nöqtələrə gəlir ki, bəzən insanların dünyadan daha çox mənfəət əldə edə bilmək üçün fırıldaqçılığa ya da açıq şəkildə oğurluğa əl atmaqla özünü göstərir.
Bu kimi insanları bir qab yeməyə belə tənəzzül etdirən bu çirkin əxlaq, ayıq ağılla tətbiq edilər, amma tam əksinə adamı ağlasığmaz dərəcədə alçaldar.
Səmimi və dürüst yaşamaq isə, min cür plan və saxtakarlıqla yaşamaqdan çox daha asan və çox daha zövqlüdür. Allaha iman etmiş bir insan dünya nemətlərindən ən gözəl şəkildə faydalanar. Bütün nemətin Allaha aid olduğunu, Allah Qatında olanın heç bir zaman bitib tükənməyəcəyini və Allahın dilədiyi kimsəyə sonsuz nemətindən hesabsız olaraq həm dünyada, həm də axirətdə verəcəyini bilir. Buna görə nə dünyaya tamah edər, nə də sahib olmadığına hərislik edər. Bu da ona həm nəciblik, həm möhtərəmlik, ən əhəmiyyətlisi də Allahın razılığını qazandırar.
Cahil cəmiyyətin yanlış məntiq anlayışına görə, bir insanın bir başqasını, ən az özü qədər düşünməsi, qoruması və onunla maraqlanması üçün o adamdan ciddi mənada bir mənfəətin bəhsi keçməlidir. Əks təqdirdə, cahil insanın başqaları üçün özündən nələrsə verməsi üçün heç bir səbəb yoxdur; hətta bu batil sistemə görə bu onun üçün maddi-mənəvi əhəmiyyətli bir itki deməkdir. Arada-sırada həyatın bir gərəyi olaraq məcburən başqalarına kiçik fədakarlıqlar etdiyi ola bilər, amma bunu daimi bir əxlaq anlayışı halına gətirmənin, ona görə heç bir əhəmiyyəti yoxdur.
Məhz, mənimsədiyi bu yanlış dünya görüşü səbəbiylə, insan hər mövzuda və hər kəsə qarşı xəsis və eqoist bir rəftar ortaya qoyar. Hələ ibtidai məktəb illərində ailəsinin tənbeh və təlqinləriylə kök salan bu çirkin məntiq, uşağın oyuncaqlarına, yeməklərinə, otağına, ailəsinə sahiblənməsi və kimsəylə paylaşmamasıyla özünü göstərir. Sonrakı illərdə isə, insanın malını paylaşmamasındakı bu qərarlılığına əlavə olaraq, insanlıqdan uzaq və düşüncəsiz rəftarlar əlavə olunar.
Eqoist olan bir insan yalnız öz rahatlığını düşünər. Buna görə də başqalarının ehtiyacları və problemləri ilə heç bir şəkildə maraqlanmaz. Qarşısındakının ehtiyacı olduğunu bilə-bilə, qarşısına keçib yeməyini yeyər, amma paylaşmaq ağlına belə gəlməz. Xəstə olduğunda özüylə çox ciddi məşğul olar, amma bir başqası xəstələndiyində buna heç ehtiyac duymaz. Avtomobiliylə yoldan keçərkən bir yoldaşının yağışdan islaq olduğunu görər. Eyni istiqamətə getdiyi halda sırf maşını palçıq olmasın deyə avtomobilə götürməz, görməzlikdən gəlib keçər. Yanındakı insanın düşdüyünü görsə, kömək edəcəyi halda gülüb keçər və öz işinə davam edər ...
Gündəlik həyatın hər mərhələsində ortaya çıxan bu insanlıqdan uzaq rəftarlar, müstəsna və həyati vəziyyətlərdə də eyni məntiqlə davam edər. Məsələn, ölmək üzrə olan bir insana qan verməsi tələb olunur, özünə heç bir zərəri olmadığı halda, insanlıqdan uzaq olmasından, rahatlığına və kefinə olan düşkünlüyünə görə bunu qəbul etməz.
Din əxlaqında isə eqoizmin, xəsisliyin və insanlıqdan uzaq rəftarların yeri yoxdur. Əksinə möminlər hər an vicdanlarını bütün gücləriylə istifadə etdikləri üçün, ətraflarındakı əskiklikləri və ehtiyacları görər və bunlar qarşısında ən insani rəftarları sərgiləyərlər. Bunu həyata keçirərkən də, heç vaxt qarşı tərəfi minnət altında qoymazlar. Möminlərin yaşadığı bu fədakarlıq və insanlıq anlayışının gözəl nümunələrindən biri Quranda belə bildirilir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 8-10)
Cahil cəmiyyətlərdə, yalnız həddindən artıq dərəcədə problemli insanlara "uyğunlaşmayan " sifəti yaraşdırılır. Gün ərzində arada bir çıxan müzakirələr ya da çəkişmələr isə bu bənzətməyə daxil edilmir. Halbuki, olduqca xoşxasiyyətli və məzlum olaraq bilinən bir insan belə, müəyyən mövzularda müəyyən şəxslərə qarşı tərs bir rəftar içərisinə girə bilər. Mütləq yola getmədiyi ya da dözə bilmədiyi insanlar vardır həyatında. Ancaq cahil cəmiyyətin səthi məntiqi içərisində bütün digər əxlaq yanlışlıqları kimi, bu pis rəftar da olduqca "məqbul" və "adi" qarşılanır.
Ailə həyatları bitmək bilməyən dolanışıq problemlərinə səhnə olarkən, "ailə məsələləri" ya da "hər ailədə olur belə şeylər" kimi sözlərlə bu rəftarın çirkinliyini örtməyə çalışırlar. Yoldaşlıq əlaqələrində demək olar ki, hər gün mübahisələr, küskünlüklər və davalar yaşanır; bunu da "yoldaşlıqlarda olur belə şeylər" kimi mənasız şərhlərlə qəbul edərlər. Məktəbdə müəllimləriylə, iş yerində rəisləriylə və digər işçilərlə, tıxacda maşın sahibləri, mənzildə qonşularıyla, qohumlarıyla qısacası dialoq qurduqları hər kəslə bir çəkişmə içərisindədirlər.
Bu çəkişmələr, ümumiyyətlə böyük səbəblərdən qaynaqlanmaz. Əgər mübahisə edəcək bir mövzuları yoxsa belə, bunu bir şəkildə özləri yaradarlar. Misal olaraq, arvadının sevdiyi yeməyi bişirməməsi, ya da ərinin onu gəzməyə aparmaması, qonşunun balkonu yuyarkən su sıçratması, mənzildəki bir səs-küy, bir heyvan və ya uşaq səsi, yaşıl işıq yandığında dərhal hərəkətə keçməyən bir maşın sürücüsü, bir maşının sürətlə ötməsi, başqa bir maşının avtomobilinin qarşısında saxlaması, hətta bəzən tək bir siqnal səsi, müdirinin az mənfəət əldə etmiş olması, bələdiyyənin asfalt işlərini gecikdirməsi və bunun kimi gündəlik həyatın hər anı, onlar üçün bir dolanışıq problemləri və narahatlıq mənbəyidir. Kiçik-kiçik hadisələrdə gərgin bir atmosfer meydana gətirən bu insanlar, nə aralarındakı bu narahatlığı tərk edərlər, nə də yaşadıqları dözülməz çətin mühiti. Belə ki, bəzən iki insanın bir müddət boyunca sırf eyni mühiti paylaşmaq məcburiyyətində qalmaları belə qaçınılmaz bir narahatlıq səbəbi olar. Bir-birlərindən sıxıntı duyarlar, acizliklərinə və insani ehtiyaclarına qətiyyən dözə bilməzlər. Bu birlik zaman içində dözülməz bir hal alır. Amma insanların ya da məkanın dəyişməsinin özləri üçün heç bir şeyi dəyişdirməyəcəyinin şüurundadırlar. Kiminlə və harada olarsalar olsunlar, eyni dolanışıq problemləri yaşanır. Çünki qarşılıqlı anlayışsızlığın nəticəsində ortaya dözümsüzlük çıxar.
Yaxşı bu dözümsüzlüyün altında yatan əsas amil nədir?
Cahil cəmiyyətlərdə hər kəs mütləq özünün haqlı olduğuna inanır. Xoşxasiyyətli ola bilmədikləri üçün, altdan almağı ağıllarına belə gətirməzlər. Bunun yerinə öz bildiklərində israrçı olub yola gedilməz bir insan olmağı seçərlər.
Halbuki, Qurana görə tək doğru vardır. Qurana uyan insanlar, Quranda özləri üçün müəyyən edilmiş olan doğrunu fərq etdiklərində onu tətbiq edərlər. Nəticədə ortada "hər kəsin fikri" deyil, "yalnız Quranda bildirilən əxlaq" vardır. Aradakı olacaq anlaşılmazlıqlar isə, Qurana baş vurulduğunda həll yolu tapacaq. Beləliklə, ortada anlaşılmazlıq deyil, daima həll yolu vardır. Quran əxlaqı ilə hərəkət edən bir insan Allahın insanlara təriflədiyi xüsusiyyətləri, ehtiramı, sevgini, hörməti yaşayan bir insandır. Quran əxlaqı, anlayışı, incə düşüncəni və qarşı tərəfin fikrinə hörmət etməyi tələb edir. Bu təslimiyyətin nəticəsində də bir anlaşılmazlıqdan bəhz edilə bilməz. Cahil cəmiyyəti heç dayanmadan mübahisə edərkən, inananlar Quran əxlaqını tətbiq etmənin rahatlığını yaşayarlar. Belə bir birlik içində narahat və ya dolanışıq problemləri olan bir mühitin ortaya çıxması mümkün deyil.
Quran əxlaqında yer alan gözəl xüsusiyyətlərdən biri də, "boş söz danışmaqdan çəkinmək" və "boş söz danışanlarla birlikdə olmamaq"dır. Şübhəsiz ki, bu, möminlərə maddi-mənəvi çox böyük qazanc təmin edər. Boş və insana heç bir şey qazandırmayacaq bir söhbətə girməkdənsə, buradan qazanacaqları vaxt ilə çox daha faydalı və əhəmiyyətli fəaliyyətlər göstərərlər. Həmçinin boş danışıqların darıxdırıcı və uyuşdurucu təsirindən də əvvəldən xilas olarlar.
Buna qarşılıq olaraq, hikmətsiz və uzun söhbətlərlə vaxt öldürmək, cahil cəmiyyətin imtina edə bilmədiyi vərdişdir. Bu şəkildə həyatın ciddiliyindən və problemlərindən bir az olsun uzaqlaşdıqlarını düşünərlər. Ancaq hər kəsin öz ağlını bəyənməsi və iddialı bir şəxsiyyət sərgiləməsi səbəbiylə bu söhbətlər qısa müddət içərisində hərarətli və nəticə verməyən müzakirələrə çevrilir. Çox vaxt haqqında heç bir şey bilmədikləri mövzularda belə bitmək bilməyən söhbətlər edərək saatlarla mübahisə edərlər. Və bu saatlarla sürən mübahisələrin sonunda da ümumiyyətlə, heç bir nəticəyə gələ bilməzlər. Bu müzakirələr əsnasında mümkün olduqca öz fikirlərini ön plana çıxarmağa və qarşı tərəfə qəbul etdirməyə çalışırlar. Elə iddialı bir şəxsiyyət sərgiləyərlər ki, qarşılarındakının danışdıqları mövzuda mütəxəssis bir adam olması belə onları narahat etməz. Onlar, öz aləmlərində həkimdən daha yaxşı həkim, vəkildən daha yaxşı vəkildirlər.
Mübahisələri əsnasında etdikləri şərhlər isə ümumiyyətlə, təxminlərə ya da ordan-burdan eşitdikləri məlumatlara əsaslanır. Ancaq bu quruluş da, cahil cəmiyyətlərdə qınanacaq bir xüsusiyyət olaraq qarşılanmaz. Höcətləşən şəxsiyyət göstərən kəslərə yalnız "bir az sabit fikirli" ya da "bir az inadçı" sifətləri yaraşdırılır. Bunun insana xas bir xüsusiyyət olduğu düşünülür.
Halbuki, insanların heç bir məlumatları olmadığı halda uzun mübahisələrə girmələrinin arxasında duran səbəb, nəfslərdəki mübahisə meyilidir. İnsanların bu xüsusiyyəti Quranda "... insan, hər şeydən çox mübahisəçidir ..." (Kəhf surəsi, 54)ayəsiylə xəbər verilmişdir. Məhz cahil insanlar da ağıllı hərəkət etməkdənsə, bu zəifliklərinə məğlub olmağı gözə alarlar.
İnsanlar bəzən haqlı olduqları mövzuları müdafiə etmək üçün də mübahisə edə bilərlər. Ancaq cahil cəmiyyət üzvlərinin münasibətlərində diqqət çəkən istiqamət, bu mübahisə əsnasında göstərdikləri rəftar pozuqluqlarıdır. Bu rəftar pozuqluqlarının ən başında, mübahisə zamanı istifadə olunan səs tonu gəlir. Nə qədər qışqırarlarsa və qarşı tərəfin səsini nə qədər basdırarlarsa, o qədər haqlı çıxa biləcəklərini zənn edərlər və buna görə də son dərəcə yüksək səslə danışarlar. Bu cür mühitlərdə, şəxslər üzərində fiziki olaraq da diqqətə çarpan təsir meydana gələr; iddialaşmanın təsiri ilə üzləri qıpqırmızı olar, boyun damarları şişər, mübahisənin və qışqırmağın təsiriylə son dərəcə çirkin bir görünüşə bürünürlər. Oturduqları yerdə sakitliklərini qoruya bilməz, artıq əl-qol hərəkətləri ilə qarşı tərəfin susdurulmasına çalışarlar. Şübhəsiz, bir-birlərinin sözünü kəsərlər, daha doğrusu hər iki tərəf də eyni anda danışar və bir-birlərini qətiyyən dinləməyə çalışmazlar. Əgər tərəflərdən biri sakit davranacaqsa, digər tərəf onu əsəbləşdirmək və mübahisə havasına sala bilmək üçün əlindən gələni edər. Qarşılarındakı adama haqlı olduqlarını qəbul etdirmədikləri müddətcə də heç cür rahatlamaz və bu gərgin havadan xilas ola bilməzlər.
Möminlərdə isə belə bir anlayışın heç bir əlaməti görülməz. Hər biləndən daha yaxşı bir bilən olduğunu ən əvvəldən qəbul edər və heç bir zaman sabit fikirli bir quruluş göstərməzlər. Hər duyduqları məlumatı ağıllarının və vicdanlarının süzgəcindən keçirər və beləcə ən məqsədəuyğun nəticələri əldə edərlər. Bu gözəl əxlaqlı insanlar, məlumatları olmayan bir mövzuda isə heç vaxt fikirlərini irəli sürməz, əsli olmayan görüşlərə qəti olaraq dəyər verməzlər. Belə bir dünyagörüşü da mübahisə ruhunu tamamilə ortadan qaldırar və həll yolu gətirər. Əgər mövzuyla əlaqədar məlumatları yoxdursa, fikir irəli sürmək ya da mübahisə etmək yerinə, mövzu haqqında araşdırmalar aparıb sağlam məlumat əldə etməyə çalışarlar. Möminlərə Quranda tövsiyə edilən də budur:
... Və hər biləndən üstün bir bilən vardır. (Yusif surəsi, 76)
... De ki: "Heç bilənlərlə bilməyənlər bir olarmı? Şübhəsiz ki, ağıl sahibləri düşünüb ibrət alsınlar." (Zumər surəsi, 9)
Cahil cəmiyyətin ən çox şikayətləndiyi mövzuların başında insanların ikiüzlü və səmimiyyətsiz olmaları gəlir. Buna baxmayaraq insanların ikiüzlülüyündən şikayətlənərlər. Bu vəziyyət, öz əlləri ilə yaratdıqları əxlaq pozuqluğunun necə özlərinə geri dönən mərhəmətsiz bir sistemə çevrildiyinin ən açıq əlamətlərindəndir.
İkiüzlülük insanın, biri xaricə qarşı göstərdiyi, biri də içində saxladığı olmaq üzrə iki ayrı xarakter göstərməsdir. Xaricə qarşı göstərilən hər zaman insanın saxta istiqamətlərini, daxildə gizlənən isə həqiqi düşüncələrini əks etdirən xarakteridir. Bu mövzunun əsil maraqlı yanı da, cahil cəmiyyətə daxil olan hər kəsin bu həqiqəti bilməsi və qəbul etməsidir. Allah əhəmiyyətli bir ikiüzlülük nümunəsi olan münafiqləri Quranda belə xəbər verir:
Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər ... (Fəth surəsi, 11)
Cahil cəmiyyətin "arxadan danışmaq" olaraq adlandırdığı mühit, bu xarakterin ən diqqətə çarpan şəkildə yaşandığı anlardır. İnsan, bir hadisə və ya bir şəxs haqqındakı həqiqi dünyagörüşünü, ən açıq şəkildə bir başqası ilə etdiyi dedi-qodular əsnasında ortaya qoyar. Amma bu da tam olaraq həqiqi xarakteri deyil, çünki o anda birlikdə olduğu adam haqqındakı həqiqi fikirlərini də ondan gizlədir. Və bir başqasının yanında da o adam haqqındakı səmimi fikirlərini açıqlayacaq.
Eyni şəkildə adamın həqiqi xarakterini ortaya qoyduğu mühitlərdən digəri də mənfəətləriylə üz-üzə qaldığı anlardır. Məsələn, bir insan çox istədiyi bir şeyi etmədikdə və ya bir şəxs ilə fikir ayrılığı yaşayarkən həqiqi düşüncələrini saxlaya bilməz.
İkiüzlü xarakterin bir başqa xüsusiyyəti isə insanın əsil üzünü və həqiqi düşüncələrini gizləyə bilmək üçün qarşısındakı insanları həmişə aldatması və heç bir zaman səmimi davranmamasıdır. Bunun üçün özünə görə inkişaf etdirdiyi silah isə sünilikdir. Səmimiyyəti yaşamaq və həqiqi halını göstərmək yerinə, səmimiyyətin təqlidini etməyə çalışar. Bunu da bacara bilmədiyi üçün ortaya tamamilə süni davranışlar çıxar.
Hər kəsin səmimiyyətsiz, ikiüzlü və süni davrandığı mühitlərdə həqiqi dostluğun, sevginin və hörmətin mümkün olmayacağı isə açıqdır. Bunu gördükləri və narahatlığını hiss etdikləri halda cahil cəmiyyətin hələ də bu sistemi davam etdirməsi isə, səthi məntiq anlayışından qaynaqlanır. İnsanın həyatı boyunca heç bezmədən inanmadığı və yaşamadığı şeylərin təqlidini edərək, iki xarakteri bir arada davam etdirməyə çalışması həqiqətən də çox çətin və ağır bir işdir.
Səmimi olmanın, daxildə və xaricdə tək və sabit bir xarakter yaşamanın isə böyük bir rahatlığı və gözəlliyi vardır. Bu formadakı bir insan əmin və etibarlıdır; dürüst və səmimi olduğu üçün hər kəs tərəfindən sevilir və hörmət görür. Düzgünlük və səmimiyyət, islam əxlaqının insana təqdim etdiyi bir rahatlıqdır. Quranın hökmlərinə tabe olan insanın üzərinə özünü sıxacaq, davamlı rol oynamasına səbəb olacaq heç bir yük düşməz. Əksinə Quran, cahil cəmiyyətin batil inanclarını ortadan qaldırar və inananlara asanlıq təmin edər. Cahillik əxlaqının gətirdiyi qaranlıq mühitlər əvəzinə səmimi və isti bir mühit hazırlayar.
Lağ etmək cahillik sistemində rəftar pozuqluğu olaraq deyil, daha çox sevinməyə ya da əyləncə şəkli olaraq qəbul edilir və bu səbəblə də, həyata keçirilməsində çox zaman problem görülməz. Bu cəmiyyətin fərdləri, başqalarını alçaldaraq özlərini böyütdüklərinə inanarlar.
Lağ etmək, yalnız sözlə deyil, bəzi hallarda üstüörtülü rəftarlarla da tətbiq olunar. Xüsusilə baxışlar, mimikalar, gülüşlər və dolayı yolla edilən "tənəli toxundurmalar" cahillik sistemində tətbiq olunan lağ etmənin "incəlikləri" olaraq qəbul edilir.
Bu "incəliklərin" nəsildən-nəsilə, cəmiyyətlərdən-cəmiyyətlərə necə ötürüldüyü və bu çirkin dili hər kəsin necə bildiyi isə cahillik sisteminin ən qaranlıq istiqamətlərindən biridir. Bu mövzunun incəliklərini və sirrlərini izah edən nə bir kitab vardır, nə də bunları öyrədən bir məktəb. Amma hər kəs bu mövzuda edilən ən kiçik bir rəftarın belə nə anlama gəldiyini bilir. Lağ etmək, açıq şəkildə deyilməyən, amma hər kəs tərəfindən bilinən və tətbiq olunan gizli bir dil kimidir.
Cahillik sistemində nələrin lağ edildiyinə gəldikdə, əvvəlcə bu mövzuda heç bir məhdudiyyət olmadığını qeyd etmək lazımdır. Aksent qüsurları, şikəstliklər ya da fiziki qüsurlar kimi insani nöqsanlarla yanaşı, dil dolaşması, asqırmaq ya da hıçqırmaq kimi həyatın hər hansı bir parçası da lağ etmək üçün mövzu edilə bilər. Birinin ayağının ilişib yıxılması qəhqəhələrlə gülünəcək bir hadisədir bu cəmiyyətə görə. Belə bir rəftarı hər kəs məqbul qarşılayar. Bu şərtlərdə dili dolaşan və ya bir yerə ilişib yıxılan adam da alçaldıldığını və lağ edildiyini fərq edərək bunun altında qalmamağa çalışar. Məsələn, canı şiddətlə ağrısa da, daha çox lağ edilməməsi üçün bunu gizlədər və bir şey olmadığını söyləyər. Hətta onunla lağ etmələrinə əhəmiyyət vermədiyini ifadə etmək məqsədiylə ətrafındakıların gülüşlərinə özü də qatılar.
Ancaq əlbəttə ki, göstərdikləri bu cahil rəftarlar, üzərlərində böyük bir çətinlik yaradır. Misal olaraq, kəkələyən bir insan ən yaxınım dediyi yoldaşlarının yanında belə rahat ola bilməz. Hətta lağ edilməsindən qorxduğu üçün çox vaxt danışmayıb, susmağı üstün tutar. Hər kəs bir-birinin yanında son dərəcə təmkinlidir.
Bu sistemdə baş verən lağ etmək mədəniyyəti, müəyyən bir seqmentə məxsus deyil. Kübar cəmiyyətlərində, gecəqondularda, iş mühitində, məktəblərdə yəni qısacası, cahillik əxlaqının hakim olduğu hər seqmentdə tətbiq olunur. Mədəniyyətə ya da müasirlik anlayışına görə dəyişənlik göstərməz. Nəticə olaraq ortaya çıxan mənzərə isə, həddindən artıq diqqət və güc sərf edilən, çətinlik verən bir mühitdir.
Halbuki, Quran əxlaqının yaşandığı mühitlərdə belə bir çətinlik yoxdur. Kimsə kimsəylə lağ etməz və qüsur axtarışı gözüylə baxmaz. Acizliklərin bütün insanlara xas xüsusiyyətlər olduğu bilinir, bunlardan ötrü kimsə alçaldılmaz. Əksinə, bunlar istəməyərək inkişaf edən və insanın əskikliklərini ifadə edən istiqamətlər olduğu üçün şəfqət və mərhəmət gözüylə baxılar. Allah Quranda möminlərə bu əxlaqı əmr etmişdir:
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)
Bununla yanaşı, ən əhəmiyyətlisi, bu lağ edən ruh insanları Allahı, haqq dini və axirəti də qavraya bilməyən bir mövqeyə gətirir. Həyata baxışı lağ etmək və "təlxək" olan adam, ölüm və axirət kimi ciddi mövzulara belə öz kiçik beyninə görə istehza ilə yaxınlaşaraq çox çirkin bir əxlaq göstərə bilər. Ayədə cahil cəmiyyətin insanlarına bu mövzu xatırlandığında necə istehzalı bir üslubla cavab verdikləri belə izah edilir:
... “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?” – deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” (İsra surəsi, 51)
Ancaq lağ edən adamın unutmamalı olduğu əhəmiyyətli bir mövzu vardır: Əgər tövbə edib bu rəftarını düzəltməzsə, bu rəftarları ona dünyada ağır və sıxıntılı bir mühit meydana gətirdiyi kimi, sonsuza qədər davam edəcək axirət həyatında da özünü düzəltməsi qeyri-mümkün olan hüsranla qarşılaşacaq:
Sonra pislik edənlərin aqibəti, Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla çox pis oldu. (Rum surəsi, 10)
Emosionallıq və romantizm, cahil cəmiyyətdə insanlığın bir gərəyi və həyatın bir həqiqəti olaraq qiymətləndirilər. Emosional olmamaq, cahillik əxlaqını mənimsəyən cəmiyyətlərdə pis bir xüsusiyyət olaraq qəbul edilir və qınanılır. Romantizmin isə özünə xas bir cadusu və gözəlliyi olduğu imici verilməyə çalışılır. Halbuki, emosionallıq "ağılın həddindən artıq dərəcədə bağlanması və insanın instinktlərinə təslim olub, onların istiqamətləndirməsi ilə hərəkət etməsi" deməkdir. Belə bir insan sağlam mühakimə edə bilməz, doğru qərarlar ala bilməz. Bir mərhələdən sonra da duyğularının özünü necə istiqamətləndirəcəyini özü də bilməz. Həmişə iş işdən keçdikdən sonra, olub-bitənləri qavrayıb, nə qədər səhv qərarlar aldığını görər. Qəfil və düşüncəsiz şəkildə çıxışları olar. Məsələn, romantizm ilə şəxs bir anda pessimizm, ağlama ya da qısqanclıq böhranına qapıla ya da bir anda küsəyən olub səbəbsiz yerə ətrafından küsə bilər.
Dostluqlarında ölçü olaraq romantizmi axtaran insanların canlarını ən çox yandıran şey isə yenə bu davranışdır. Qarşılarındakı insanın nə zaman nə edəcəyini heç cür təxmin edə bilməzlər, əlaqə qura bilmək üçün yaxşı bir anı axtararlar. Həyatları bu insanların emosional gözləmələrini təmin etməklə keçər. Bir tərəfdən özləri də ətraflarından eyni rəftarı görmək istəyərlər. Bunu da "acı, amma digər tərəfdən də zövqlü" şəklində ifadə edərlər. Çünki cahil cəmiyyətin insanları, hər nə qədər çətinlik yaşasalar da, romantizmin gətirdiyi ağlamanın, pessimizmin ya da qısqanclığın özünə görə bir zövqü olduğunu düşünürlər. "Bunlar da olmasa həyat çox yavan olardı" kimi səthi yanaşmalarla ağılsızlıqlarını örtməyə, bu rəftarlarını normal göstərməyə çalışırlar.
Bu emosional ruh halı, insanda qaçınılmaz olaraq bir balanssızlıq yaradar. Daim melanxolik bir hava içində olduqlarından, heç bir şey onlara həqiqi mənada zövq verməz. Hər kəsin əyləndiyi, sevindiyi bir mühitdə, bu insanların kədərlənəcək və emosionallaşacağı mövzuları mütləq vardır. Hətta üzüldükləri mövzunu başlarında xəyali ssenarilərlə genişlədərək, daha da kədərli şəklə salmağa çalışarlar. Bu səbəblə də, xaricdə gülməyə çalışsalar belə, içində narahatlığın acısını çəkərlər. Rahat və hüzur içində yaşamaq varkən, çətinlik və əzab içində yaşamağı məqbul görərlər.
Romantik bir dünya içərisində yaşadıqları üçün qarşılaşdıqları hadisələrin təsirindən asan xilas ola bilməzlər. Məsələn, başlarına gələn pis bir hadisənin təsirini dərhal üzərlərindən atıb, ağıllı bir qiymətləndirməylə düzəltmək yolu varkən, bunu bir fürsət bilir və illərlə bu hadisəni emosionallaşmaq üçün bir səbəb olaraq istifadə edərlər.
Halbuki, insanların həyatdan zövq almalarını, müvəffəqiyyətli olmalarını, vicdan rahatlığı içində yaşamalarını təmin edən tək üsul ağıllı olmaqdır. Bu anlayışı isə yalnız Quran əxlaqı qazandırar. Quran hökmləri əsas götürüldüyündə, ağılı tamamilə örtən emosionallıq, yerini həll yolu tapmağa və müsbət bir dünyagörüşünə buraxar.
ADNAN OKTAR: İlk olaraq, romantiklikdə hadisənin özü gülməlidir onsuz da. Bir insanın teatr sənətçisi kimi oynaması, oyun oynaması, həqiqi üzünü gizləyib, tamamilə süni mimikalar və üz ifadəsiylə, üslubla və danışmaqla, bir teatr səhnəsində bir oyun sərgiləyir kimi yaşaması, həm gülməli, həm çox çətin, həm də əzabdır. Belə bir insanla danışmaq da çox çətindir. Ki, insanların demək olar ki, bir qisminin mən süni olduğunu görürəm. Yəni ağıllı bir insan sünilikdən şiddətlə çəkinər, süni bir insanı seyr etmək, onunla danışmaq çox narahat edici bir şeydir.
Məsələn, qadınlarda da bəzən kişilərə qarşı elə hərəkətlər olur, kişilərdə də qadınlara qarşı süni davranışlar olur. Məsələn, böyük gənc oğlan qadın kimi ağlayır, yəni anormal hərəkətlər edir, emosional söhbətlər edir, bu qadını çox hirsləndirər, çox narahat edər. Qadının da süniliyi, sevmədiyi halda sevən kimi görünməsi, bəzən elə zəngin birini gördüyündə bir gənci, məhz əli-üzü də düzdürsə, avtomobili da varsa, anidən vurulduğunu, həyatda ilk dəfə belə bir şeylə qarşılaşdığını, daha əvvəl belə bir şeyi heç hiss etmədiyini söyləyərək o qəribimi elə aldadaraq yəni bir müddət sonra tam istədiyi xəttə qədər gətirə bilir.
Bir çiçək var, məsələn, həqiqi bir bənövşə vardır, bir də plastik bənövşə vardır, satılır, plastikdən düzəldilmiş. İndi sünilərini insanlar istifadə edir bir çox yerdə. Yəni o bənövşənin təqlidini etməyə çalışır, məsələn, eşqin təqlidini etməyə çalışır, aşiq tərzində bir teatr sənətçisi kimi nəsə etməyə çalışır, amma nəzərdə tutduğu insan bunu dərhal anlayır, yəni nə üçün sevirsən dediyində maşını üçün, evi üçün və görünüşü üçün deyir. Orada onsuz da eşq deyə bir şey qalmadığı açıq şəkildə məlumdur, çünki adamın görünüşü getdiyində, görünüşünə nəsə olduğunda ondan nifrət edəcəyi və dərhal qaçacağı məlumdur. Pulunun əlindən getməsi vəziyyətində da ondan qaçacağı məlumdur, avtomobilinin əlindən getməsi vəziyyətində da ondan qaçacağı məlumdur. O zaman bu oyuna nə gərək var, amma məhz bəzi zavallı insanları belə aldadırlar, o da inanır həqiqətən. (Cənab Adnan Oktarın 30 yanvar 2009 tarixli Kral Karadeniz TV reportajından)
Emosional və romantik bir dünya görüşünün gətirdiyi çətinliklərdən biri də, bu insanların hər an hiss etdiyi səbəbsiz ağlamaq hərəkətidir. Cahil insanlarda, xüsusilə də qadınlarda belə bir hərəkəti meydana gətirən səbəb, içlərində ağlamanın vacibliyinə qarşı duyduqları batil bir inancdır. Ağlamağın gülmək, acmaq ya da yatmaq kimi insani və təbii bir ehtiyac olduğuna inanarlar. Kədərlərini və sıxıntılarını içlərinə atarlarsa, meydana gələn gərginliyin müxtəlif xəstəliklərə səbəb olacağını, amma əgər ağlayarlarsa, sinirlərinin boşalmasıyla birlikdə rahatlayacaqlarını zənn edərlər.
Bununla yanaşı, dünyaya həmişə mənfi və ümidsiz bir dünyagörüşüylə yaxınlaşmış olmaları da onlara ağlamağı lazımlı göstərən səbəblərdən biridir. Hər zaman hər mövzuda ağlanılacaq və sızlanacaq bir istiqamət taparlar. Bundan xilas olmaq üçün, mənfilikləri ortadan qaldırma və ya problemləri həll etmə yolu ilə getməzlər. Əksinə ağlamağa qarşı duyduqları dərin maraq və istəkdən dolayı, müxtəlif üsullarla bunu daha da artırmağı üstün tutarlar.
Bu batil inanc, cahillik əxlaqını yaşayan cəmiyyətlərdə demək olar ki, hər seqment tərəfindən qəbul edilməklə yanaşı, verilən təlqinlər səbəbiylə qadınlarda daha sıx olaraq nəzərə çarpar. Kişilərə doğulduqları andan etibarən "kişilər ağlamaz" məntiqi aşılanırkən, qadınlara da ağlamanın mərhəmət və şəfqət meydana gətirəcəyi istiqamətində təlqinlər edilər. Cahillik inanclarına görə qadın, kişiyə görə bədən cəhətdən daha zərif bir quruluşa sahib olduğuna görə, ruhən də eyni xüsusiyyətləri, eyni zəifliyi göstərməlidir. Qadınların daha zəif bir şəxsiyyət, hadisələrdən daha tez və daha çox təsirlənən daha həssas bir quruluş sərgiləməsi olduqca təbii qarşılanır. Qadın da özü üçün seçilən bu modeli sorğusuz-sualsız qəbul edib yaşamağa başlayar.
Bu ağlama rəftarı, bir acizlik və iradəsizlik olaraq qəbul edilməz. Kimsə bu rəftarı mənimsəyən digər insanları qınamaz və tərgitməz. Əksinə, gündəlik həyatın hər sahəsində bu əxlaqa həvəsləndirəcək və bunu gözəl göstərəcək vəsaitlərlə təqdim edilər. Filmlərin, TV proqramlarının, jurnalların ümumiyyətlə işlədiyi əsas mövzu budur. Hər birində cəmiyyətdə böyük maraq və rəğbət oyadan "şiddətli", dramatik səhnələr və acılarını, xoşbəxtliklərini, sevgilərini dilə gətirərək ağlayan insanlar yer alır. Romantik insanlar, öz ruhlarını əks etdirdiyi üçün bir mənada "özlərini tapdıqları" bu melanxolik mühitdən çox xoşlanar və bütün həyatlarını bu təlqinləri alaraq keçirərlər.
Artıq ağlamaq o qədər həyatlarına yerləşmişdir ki, özlərini yaxından maraqlandırmayan hadisələr belə ağlamaları üçün bir səbəbdir. "Kədərli" bir səs tonu ilə izah edilən bir xəbəri dinlərkən də, dramatik bir film izlərkən də ağlamaqda problem görməzlər. Hətta sevinc və xoşbəxtlik verici hadisələr qarşısında belə ağlamaya başlayarlar. Misal olaraq, hədiyyə alan, məktəbdən məzun olan, evlənən, uşaq sahibi olan, uşaqlarının müvəffəqiyyətlərini eşidən hər romantik insan niyə etdiyini bir dəfə olsun belə sorğulamadan ağlayar.
Bu məntiqi alaraq yetişən insanlar, bir müddət sonra ağlamanın, eyni zamanda lazım olduğunda istifadə ediləcək əhəmiyyətli və güclü bir silah olduğunu da fərq edərlər. Həqiqətən də cahillik sistemində ağlamaq, normal şərtlərdə əldə edilə bilməyən bəzi şeylərin səmimiyyətsiz yollarla əldə edilməsi üçün tətbiq olunan ən təsirli üsullardan biridir. Çünki ağlama, cahil cəmiyyətdə acıma hissi oyandıran əhəmiyyətli bir vasitədir. Normal şərtlərdə tolerantlıq göstərməyəcəkləri bir çox şeyi, ağlayan birini gördüklərində acıma duyğuları dövrəyə girdiyi üçün qəbul edərlər.
Ağlayan bir uşaq müəyyən mənfəətlər qarşılığında bu hərəkətini dayandırdığı üçün, həyatının sonrakı dövrlərində də ağlamanı bir silah olaraq istifadə edər. Yalan danışdığında özünü haqlı göstərmək üçün, günahkar olduğu zaman bunu ört-basdır edib günahsız təəssüratı vermək üçün, ətrafında mərhəmət hissi oyandırıb dəstək almaq üçün, səmimiyyətsiz davrandığı bir mövzuda səmimiyyətinə inandırmaq ya da sırf diqqət çəkib maraq mərkəzi olmaq üçün artıq həmişə bu üsula müraciət edər.
Halbuki, Allah bu rəftarı bəyənmir. Allaha inanıb güvənən bir insan belə zəif xarakter göstərməz və bu hərəkətdən ötrü mənfəət gözləməsi içində olmaz. Quranda bildirildiyi üzrə ağlamanın, gözəllik olmadığı "elə isə qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar" (Tövbə surəsi, 82) ayəsiylə bildirilmişdir.
Cəhənnəm xalqının dünyada qazandıqlarına qarşılıq olmaq üzrə artıq istəsələr də sevincə, rahatlığa və hüzura qovuşa bilməyəcəkləri də Quranda bildirilmişdir. Buna baxmayaraq, insanların bilərəkdən öz iradələri ilə cəhənnəm əxlaqını yaşatmağa çalışmaları isə, cahil rəftardan başqa bir şey deyil. Kədərli və bədbəxt bir ruh halının ancaq cəhənnəm xalqının bir xüsusiyyəti olduğu Quranın bir çox ayəsində ifadə edilmişdir.
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 10-11)
Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər. (Leyl surəsi, 14-15)
Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. (Hud surəsi, 105)
Məhz cahil insan da Qurandan uzaq olmalarının qarşılığını daha bu dünyadaykən görməyə başlayar.
Cahil cəmiyyətin, adi qarşıladığı, halbuki son dərəcə anormal olan romantikliyin səbəb olduğu rəftar pozğunluqlarından biri də küsəyənlikdir. Adından da aydın olduğu kimi emosional bir insanı istiqamətləndirən faktorlar duyğularıdır. Duyğuların ön planda olduğu bir kimsədə isə ağıl geri planda qalır. Bu səbəblə də, insan hadisələri açıq bir şüur və sağlam bir məntiqlə qiymətləndirə bilməz. Məhz küsəyənliyin çıxış nöqtəsi də budur; hadisələrin yanlış bir məntiqlə qiymətləndirilməsi ...
Bu ruh halındakı bir insan ətrafında olub bitən bütün hadisələrin həmişə öz ətrafında olduğunu zənn edər. Hər kəsin hər an ondan bəhs etdiyini, ya da ona bir şeylər eyham etmək istədiyini düşünər. Bu səbəblə ətrafında baş verən bütün hadisələrdən özünə pay çıxarar və inciyər. Cahil cəmiyyətin demək olar ki, hamısına hakim olan bu yanlış rəftar bəzi kəslərdə vəsvəsə halına çevrilmişdir. Xüsusilə yaş irəlilədikcə insanlardakı küsəyənlik da artar. Bu əxlaqı yaşayan bəzi yaşlılar yanlarında edilən əlaqəli-əlaqəsiz hər söhbəti və hər rəftarı öz üzərlərinə götürərlər. Böyük qayğı ilə baxıldıqları halda kimsənin, öz uşaqlarının belə özlərini sevmədiyini, evdən göndərmək istədiklərini, yediklərinin içdiklərinin, hər şeylərinin külfət olduğunu və qarşı tərəfin də davamlı bunu eyham etməyə çalışdığını düşünürlər.
Əslində bu əxlaq cahil cəmiyyətin yaşadığı etibarsız mühitin bir nəticəsidir. İnsanın yaşadığı mühit küsəyənliyə səbəb olan çox pis rəftarla doludur. Misal olaraq, insan inciyər, amma qarşı tərəfin mərhəmətsiz, məmnuniyyətsiz, ikiüzlü ya da kinli olduğunu açıq şəkildə görür. Bu vəziyyətdə də bir çox rəftarın əslində qəsdən edildiyini düşünür. Lakin bu, küsəyənliyin haqlı ya da məqbul olduğunu ortaya qoymaz, ancaq cahillik sisteminin kökdəki pozuqluğunu göstərməsi baxımından olduqca əhəmiyyətlidir. Məsələn, uşaqlarının yanında qalan yaşlı bir insan bəhsi keçən mövzularda küsəyənlik edər, amma düşündükləri əslində böyük ölçüdə də doğrudur. Həqiqətən də istənilmir və çox sevilmir; ancaq qarşı tərəf bu düşüncələrini ört-basdır edərək bəlli etməməyə çalışır.
Cahil insanlar, doğulduqları andan etibarən özlərinə təqdim edilən bu romantik və küsəyən xarakteri, həyatlarının sonuna qədər üzərlərindən ata bilməzlər. Ancaq ziyanını da çox dadarlar. Hər kəsin dostyana rəftar içərisində olduğu mühitlərdə belə küsəyən kəslər həqiqi sevinci və xoşbəxtliyi yaşaya bilməzlər. Hər kəs əylənərkən, bir küncdə sakit və küskün oturan, həyatları boyunca yalnız olan həmişə özləri olurlar.
Göründüyü kimi, cahillik əxlaqının hər istiqaməti bir-birindən daha qorxunc mühitlər meydana gətirər. Quran əxlaqında isə insanların içində yaşadığı əxlaq nədirsə, xaricindəki rəftar da onun güzgüsü kimidir. Bəyənmədiyi, səhv olduğuna inandığı və söyləmək istədiyi bir şey olduğunda mömin bunu baxışlarıyla, rəftarlarıyla ya da eyhamlı sözlərlə deyil, birbaşa danışıqları ilə açıq şəkildə ifadə edər. Eyni şəkildə içərisində olduğu mühit də bu ruhu yaşayan insanlardan meydana gəldiyi üçün, kimsə küsəyənlik etməz. Allah Quranda insanlara "yaxşılığın əmr edib pislikdən çəkindirməsini" gözəl əxlaqın bir zərurəti olaraq bildirmiş və beləcə də küsəyənliyin meydana gələ biləcəyi vəziyyətləri tamamilə ortadan qaldırmışdır.
Cahil cəmiyyətlərdə tez-tez qarşılaşılan əxlaq pozğunluqlarından biri də yalançılıqdır.
Dürüst və səmimi bir insanın yalan danışması üçün heç bir səbəb yoxdur. Ancaq həyatını səmimiyyətsiz bir sistemin gətirdiyi qaydalar üzərində quran insanın, bu yanlış sistem içərisində müvəffəqiyyətli ola bilməsi üçün yenə yanlış bir üsula, yəni yalana müraciət etməsi lazımdır. Yalan isə ucu-bucağı olmayan və sərhəd tanımayan bir əxlaq pozuqluğudur. Bir dəfə bu yolun etibarlılığına inanan insan, bunu bir həyat forması halına çevirər və artıq həm dili, həm də məntiqi bu çirkin üsula alışar. Hər məcbur qaldığı nöqtədə yalana müraciət edər.
Bu, həyati mənada bir zərər gətirmədiyi müddətcə cahil insanlar tərəfindən də tərgidilməyən bir üsuldur. Müəyyən bir nöqtəyə qədər, hamısı zaman-zaman ən səmimi dostuna belə yalan danışmağın heç bir qorxusu olmadığını müdafiə edər. Amma əgər yalan birinin maddi ya da mənəvi mənada zərər görməsinə səbəb olarsa ya da daha da əhəmiyyətlisi maraqlarına toxunacaq olarsa, bu vəziyyətdə yalanın əslində çox da yaxşı bir şey olmadığı mövzusunda fikir yürütməyə başlayarlar. Nəticədə yalan, cahil cəmiyyətdə insanların həm özlərinin tətbiq etdiyi, həm də narahatlığını duyduqları bir davranış pozuqluğudur. Amma dünyadakı zərərindən də çox axirətdə adama verəcəyi zərər əhəmiyyətlidir.
Allah "... yalan söz söyləməkdən də çəkinin" (Həcc surəsi, 30) ayəsi ilə insanları yalan söyləməkdən çəkindirmişdir. Həmçinin, "Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar ..." (Nəhl surəsi, 105) ayəsi ilə də yalan söyləyən insanların necə bir inancı olduğunu da xəbər vermişdir.
Necə ki, Allaha qəti olaraq iman edən, Quran əxlaqını tətbiq edən kəslərdən meydana gələn bir cəmiyyətdə yalan danışmağa ehtiyac olmaz. Məsələn, cahillik əxlaqında, kimsə səhv etdiyində bunun bilinməsini istəməz və ört-basdır etmək üçün yalan söyləyər. Və ya həqiqi dost olmadığı insanlara özünü dost kimi göstərmək üçün yalan söyləyər, mənfəət və gəlir əldə etmək üçün insanları aldatmaq məqsədiylə yalan söyləyər. Mömin isə səhv etdiyində bunu gizlətmək yerinə o səhvdən imtina edər ya da meydana gətirdiyi təxribatı düzəltməyə çalışar. Həqiqətən dost olmadığı, fikirlərini, həyat tərzlərini mənimsəmədiyi insanlarla səmimi dostluqlar qurmaz, yalnız Allahın razı olacağı insanlarla birlikdə olar. İnsanlara mənfəət və qazanc əldə etmək üçün yaxınlaşmaz. Görünənin və bilinənin xaricində gizli bir istiqaməti ya da gizli bir həyatı yoxdur; bu səbəblə bu mövzuda yalan söyləyəcək bir şeyi olmaz. Bu əxlaq sayəsində də mömin həyatı boyunca öz həqiqi xarakterini yaşamanın rahatlığını dadar.
Cahillik mədəniyyətində yaşanan ötərilik, cəmiyyətin yalnız müəyyən bir seqmentinə xas bir vəziyyət deyil, əksinə çox sıx rast gəlinən bir rəftar pozuqluğudur. Lakin çox insan bu vəziyyəti üzərin götürməz və ötəriliyi yalnız, aşağı mədəniyyət, mədəniyyətsiz və cahil insanlara aid etməyə çalışar. Halbuki bu rəftar hər mədəniyyətdə fərqli nümunələrlə yaşanmaqla yanaşı, təməldə eyni məntiqin bir məhsuludur; zəkası, mədəniyyəti və təhsili hər nə olursa olsun cahillik əxlaqını üzərində saxlayan hər insanda görülən bir davranışdır.
Ötərilik əslində cahillik əxlaqı olaraq təsvir etdiyimiz bütün rəftarları əhatə edən pis bir həyat şəklidir. Ötəriliyi bir dəfə qəbul edən insan, yeri gəldiyində cahillik əxlaqının hər cür səthiliyini yaşaya biləcək meyillilik göstərər. Məsələn, qazancları və mənfəətləri istiqamətində zaman-zaman yalan söyləyə bilər, tamahkar bir rəftar göstərə bilər, qısqanc, əsəbi ya da eqoist bir quruluş sərgiləyə bilər. Burada ötəriliyə əsil təməl təşkil edən, insanın dünyaya olan ehtirası və mənfəətləri istiqamətində nəcib və gözəl bir əxlaqdan asanlıqla güzəştə getməsi və cahillik rəftarlarını tərəddüdsüz qəbul etməsidir.
Bu nöqteyi-nəzərdən ötəriliyin ilk çıxış nöqtəsinə döndüyümüzdə bunun, bütün digər rəftarlar kimi uşaqlıq illərinə əsaslandığını görərik. Ailəsindən "müəlliminə hədiyyə apar, aranı yaxşı elə", "yemək sıranı kimsəyə vermə, dərhal ən önə keç", "başqa uşaqlara əsla yeməyindən vermə", "olur-olmaz hər kəsə kömək etmə, aciz mövqeyinə düşərsən", "pulunu ac olan olsa belə kimsəyə borc vermə, hər kəsin ailəsi var, onlar versin","atana belə güvənmə" kimi təlqinləri alaraq yetişən insanlar, həyatın belə ötəri bir məntiq üzərində qurulduğuna inanmağa başlayarlar. Bundan sonrakı bütün həyatları, təməlini aldıqları bu ruhun inkişaf etmiş nümunələriylə doludur. Məsələn, iş həyatına atıldıqlarında aşağı səviyyələrdə işləyənlərə əmrlər yağdıran şirkət müdirləri, şirkətin sahibi gəldiyində bir anda əzik, şəxsiyyətsiz və fağır bir görünüşə bürünərlər. O şəxsiyyətli insan getmiş, yerinə müdirin gözünə girə bilmək üçün olduqca "yaltaqlıq" edən bir insan gəlmişdir. Belə insanlar, danlanmağı, alçaldılmağı gözə alarlar və bundan heç bir şəkildə "inciməzlər".
Halbuki, bəhsi keçən kəslərin çoxu universitet məzunu, mədəni insanlardan ibarətdir. Amma onlar da yüksələ bilmək üçün bunları etmək məcburiyyətində olduqlarına, bunların həyatın bir həqiqəti olduğuna inanarlar. Bunun ötərilik olduğunu bilir, amma soruşanlara da "bu zamanda işlər belə gedir" deyə cavab verirlər. "Günün birində çətində olsaq ya da tapşırıq etdirməyimiz lazım olsa bizə kömək edəcək, arxamızı söykəyə biləcəyimiz biri olsun" düşüncəsiylə bu insanlara illərlə "yaltaqlıq" edərlər. Bununla yanaşı, burada əsil hörmət göstərdikləri, müdirlərinin özü ya da şəxsiyyəti deyil, pulu, vəzifəsi və etibarıdır.
Eyni əxlaqı ev həyatlarına da daşıyarlar. Misal olaraq, istəmədikləri bir dostları qonaq gəlmək istədiyində, telefonda tələm-tələsik bir yalan uydurur və gəlməmələri üçün evdə olmayacaqlarını söyləyərlər. Bəzən də qapıları döyüldüyündə evdə yoxmuş kimi səs çıxarmadan qonağın getməsini gözləyərlər. Qonaq qarşılamağı əzab olaraq görər və qonaq daha gəlmədən "dayandıq yerə iş çıxdı başımıza" kimi bir məntiqlə sözlər deyərlər. Bütün bunlara baxmayaraq, bir qonaq qarşılayarlarsa da, mümkün qədər ucuz başa gələcək yolla etməyə çalışar və ara-sıra "nə zaman gedəcəklər" deyə arxa otaqlarda deyinərlər. Gedər-getməz də onların arxasınca onları "çəkişdirməyə" başlayarlar. Üzlərinə qarşı fərqli, arxalarından fərqli bir rəftar göstərmənin ötərilik olduğunu çox yaxşı bilir, amma buna baxmayaraq bunu tətbiq etməkdən heç çəkinməzlər.
Bu çirkin əxlaq həyatın hər mərhələsində özünü göstərir. Məsələn, avtobusda daha yaxşı bir yer tuta bilmək üçün, kiçik-böyük saymadan hər kəsi itələyərək avtobusa hücum etməkdə heç bir problem görməzlər. Ya da özləri çox sağlam və gənc olduqları halda, yaşlı və ya xəstə birinin ayaq üstə qalmasına əhəmiyyət verməz "üzsüz" bir rəftarla oturmağa davam edərlər. Yenə eyni şəkildə pulsuz yemək paylayan bir yer gördüklərində, ehtiyac içində olmadıqları, istəsələr evlərində çox daha yaxşısını tapa biləcəkləri halda bu ötərilik istəyinə məğlub olar və görməmiş kimi oraya hücum edərək "acgözlüklə" yeyərlər. Getdikləri alış-veriş mərkəzlərində hədiyyə olaraq paylanan vəsaitlərdən bol-bol ala bilmək üçün dəfələrlə sıraya girər, uşaqlarını da ayrıca sıraya salaraq bu imkandan maksimum istifadə etməyə çalışarlar. Başqalarının bu mənfəətçiliyinə şahid olmalarına da əhəmiyyət verməzlər. Çünki bu, öz ötəri məntiqləri üçün dünya həyatını daha yaxşı yaşamanın bir yoludur. Əksinə özlərini "ayıq", ötəri həyata tənəzzül etməyən insanları "saf" olaraq xarakterizə edərlər.
Halbuki, "ayıqlıq" deyə ifadə etdikləri şey, mənfəətçilik və eqoizmdən başqa bir şey deyil. Yenə eyni şəkildə "saf" kimi təyin etdikləri kəslər də bu əxlaqa tənəzzül etməyən şərəfli insanlardır.
Quranın təqdim etdiyi əxlaq modelini yaşayan insan isə ən üstün və ən nəcib rəftarı ortaya qoyar. Bu əxlaqı üzərinə alan bir insan ruhunda alçaqlığa heç bir zaman icazə verməz. Şərtlər nə olursa olsun, dünya həyatının mənfəətləri üçün əxlaqından güzəştə getməyə əsla tənəzzül etməz.
Cahil cəmiyyətdə tez-tez rast gəlinən bir xüsusiyyət də "təqlid ruhu" dur. Cahil insanların özlərinə yaraşdırmayıb başqalarına aid edərək, bəzən qınayaraq, bəzən də alçaldaraq bəhs etdikləri bu xüsusiyyətə bir çox insanda rast gəlinə bilər.
İdeal modelin nə olduğunu isə, hər mövzuda olduğu kimi özləri deyil, cahil cəmiyyəti müəyyən edər. Din əxlaqından uzaq olan bir cəmiyyətdə "keyfiyyətli" ola bilmək üçün sahib olunmalı xüsusiyyətlər hər kəs tərəfindən bilinir; yaxşı bir təhsil almaq, xarici dil bilmək, tez-tez xarici ölkələrə səyahət etmək, keyfiyyətli əyləncə yerlərinə getmək, marka paltarlar geymək, son model avtomobillərə sahib olmaq, limitsiz pul xərcləmək və bütün bunları tez-tez dilə gətirmək ... Məhz cahil cəmiyyətinin təqlid etdiyi model budur. (Bu arada qeyd etmək lazımdır ki, yaxşı bir təhsil almaq, xarici dil bilmək təbii ki, gözəl xüsusiyyətlərdir, amma bu insanların səhvi bu xüsusiyyətlərini özlərinə görə "təkəbbürlənmə" ünsürü olaraq istifadə etmələridir)
Ancaq çox insan üçün bu standartlarda bir həyat davam etdirmək mümkün olmaz. Məhz "təqlid ruhu" da bu nöqtədə ortaya çıxar. Bu həyatı əldə edə bilməyən insanlar, heç olmazsa bunun təqlidini edərək bu anlayışa sahib insanlar arasında etibar əldə etmək istəyərlər.
Təqlid ruhunun gündəlik həyatda görünüşlərinə baxdığımızda, çox geniş bir fərqliliklə qarşılaşarıq. Misal olaraq, ən azı bir, mümkünsə bir neçə xarici dil bilmək, cahil cəmiyyətin səthi "keyfiyyət" anlayışında ilk sıralarda yer alır. Ancaq bunu ifadə etmək lazımdır ki, saxta peşəkarlıq da, ən az xarici dil bilmək qədər əhəmiyyətlidir. Danışarkən ara-sıra xarici sözlər istifadə etmək, xüsusilə də azərbaycanca əvəzinə xarici dildə danışmağın daha rahat olduğu ab-havasını vermək üçün azərbaycan dilini xatırlamırmış kimi etmək ya da xarici sözləri şişirdilmiş bir aksentlə istifadə etmək cahil cəmiyyətdə "özündən razılıq" sayılan, ancaq çox alçaldıcı və ötəri bir davranışdır. Belə edilincə qarşı tərəf də bir anda bir çox imic sərgiləyir. Əvvəlcə bu adam yəqin ki, xarici dildə təhsil verən xüsusi və bahalı bir kollecdə oxumuşdur. Buna görə də, zəngin bir ailənin uşağıdır. Sözün azərbaycancasını xatırlamadığı halda, xarici dildəki qarşılığını dərhal tapması isə, onun xarici dilə daha alışqan olduğunu göstərir. Elə isə böyük ehtimalla ya təhsilini xaricdə tamamlamış, ya uzun illər xarici ölkələrdə yaşamış, ya da tez-tez xarici ölkələrə səyahətlərə çıxmışdır.
Halbuki çox vaxt, ətraflarına özlərini bu imiclə tanıtmağa çalışan insanlardan bəzilərinin doğru düzgün tək bir xarici dil belə bilmədiklərini, zəngin bir ailəyə mənsub olmadıqlarını və həyatlarında bir dəfə də olsun ölkə xaricinə çıxmadıqlarını görərik.
Təqlid ruhu yalnız xarici sözlər istifadə etməklə ortaya çıxmaz əlbəttə. Bu kəslər, keçirdikləri bir qəzanı belə təkəbbürlənmə vəsiləsi olaraq istifadə etməyə çalışarlar. Məsələn, yolda gedərkən biləklərini incidərlər, amma ətraflarına "təkəbbürlənmək" məqsədiylə, xizək sürərkən ayaqlarını qırdıqlarını söyləyərlər. Bu onlar üçün həqiqətən də inanılmaz bir fürsətdir. Belə ki, bəzən gipsə alınması zəruri olmadığı halda, sırf görənlərin "ayağına nə oldu?" sualını soruşmaları və beləcə özlərinə şöhrət qazanacaqları bir cavab verə bilmək üçün bu üsula müraciət edə bilər. Bunun xaricində, gipsli bir qol və ya ayaq, üzərinə atılan imzalar və yazılan qısa mesajlar səbəbiylə də son dərəcə əhəmiyyətlidir. Mesajların sayı artıqca ətrafa nə qədər "məşhur" bir insan olduqlarını isbatladıqlarını düşünərlər. Çox vaxt günəşdən yanmalarının arxasında da yenə bu təqlid ruhu durar. Tətildən döndüklərində hər kəsin "harada yandın belə?" deyə soruşması, özünə görə təkəbbürlənmək üçün ideal bir imkan yaradar.
Yalnız bir neçəsinə toxunduğumuz bu xüsusiyyətlər belə, cahil cəmiyyətdə məşhur olan təqlid ruhu haqqında fikir sahibi olmağımızı təmin edir. Əlbəttə, bu nümunələrdə sərgilənən rəftarların tək başına bir mənası yoxdur. Sözləri aksentlə söyləmənin, xarici terminlər istifadə etməyin heç kimsəyə bir zərər gətirməyəcəyi aydındır. Ancaq bu nöqtədə əhəmiyyətli olan, insanların içlərində daşıdıqları, dünyaya istiqamətli "təqlid" dir. Dünyada müvəqqəti olaraq yaşadığını, ölümün yaxın olduğunu düşünən ağlı başında, şüuru açıq bir insan, bunların heç birinin axirətdə üstünlük və ya fayda verməyəcəyini anlayar. Məhz cahil cəmiyyətinin insanlarının əskikliyi bu istiqamətdədir. Bu insanlar əsassız və boş əməllərlə məşğul olur və həyatlarının əsil məqsədini unudurlar.
Üstünlüyü, cahil cəmiyyətin təyin etdiyi "keyfiyyət anlayışı" nda axtarmaq isə, insanı sonu gəlməyən yorucu bir yarış içinə salar. Təqlid etdikləri modelə çatmaq üçün müxtəlif qəliblərə girmələri və bu uğurda əxlaqi dəyərlərini bir kənara buraxmaları lazımdır. Bunun nəticəsində isə əllərinə keçən heç bir şey olmaz. Hətta çox vaxt, heyranlıqla arxasından qaçdıqları kəslər də onları "təqlidçi" deyə xarakterizə edib alçalda bilər.
Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər edən inananlar, cahil cəmiyyətin, nə qədər boş bir məşğuliyyət içində olduğunun ən başından bəri şüurundadırlar. Bu səbəblə də, heç bir zaman Quranda tövsiyə edilənlər xaricində təqlid etdikləri bir model olmaz. Dünyanın ən zəngin, ən gözəl, ən mədəni və ya ən bilikli insanı da olsalar, bunları heç bir zaman üstünlük vəsiləsi olaraq dəyərləndirməzlər. Bütün bunların özlərinə Allahın vermiş olduğu nemətlər olduğunu bilərək, bu imkanlardan ən yaxşı şəkildə istifadə edər və Rəbbimizə şükür edərlər. Amma bunun xaricində insanlara qarşı üstünlük yarışına girməyə əsla tənəzzül etməzlər. Çünki Allah ayəsində əsil üstünlüyün insanların təqvalarında gizli olduğunu bildirir. Möminin bunun xaricində təqlid edəcəyi və yetişməyə çalışacağı heç bir ölçü və meyar yoxdur. İnsan, həyatı boyunca heç bir zaman marka geyim geyməmiş və ya bir dəfə belə xaricə çıxmamış ya da tək bir xarici dil belə öyrənməmiş ola bilər. Ancaq bunların heç bir əhəmiyyəti yoxdur, Allah Qatında ən üstün olan insan, təqvaca ən irəlidə olandır:
... Həqiqətən, Allah yanında ən üstün olanınız, təqvaca ən irəlidə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Cahil cəmiyyətin üstün ola bilmək və güclü görünə bilmək üçün ortaya çıxardığı başqa pis xüsusiyyət də "qoçu rəftarı" dır. Ancaq qoçu dedikdə ağıla yalnız xalq arasında bilinən mənasıyla küçələrdə avaralıq edən kəslər gəlməməlidir. Burada ilk olaraq vurğulanmaq istənilən, o bilinən qoçu rəftarın, cəmiyyətin müxtəlif seqmentlərinə nə şəkildə əks olunmasıdır. Çünki bu, ən zənginindən ən kasıbına, ən mədənisindən, ən təhsillisindən ən cahilinə qədər, qadın kişi ayrılmadan, Allah qorxusu olmayan hər insanda ortaya çıxa bilən çirkin bir xüsusiyyətdir.
Bu mədəniyyəti, hər nə olursa olsun altda qalmağı qəbul etməyən, həmişə haqlı çıxma iddiasında olan kəslərdə sıx olaraq görmək mümkündür. Bu insanlar kimsənin özlərinə fikir verməsinə, hətta yalnız istiqamətləndirməsinə belə dözə bilməzlər. Olduqları mühitdə hər zaman tək söz sahibi insan olmaq istəyərlər. Bu sistemi qura bilmək üçün də, qoçu ruhunu əks etdirən bir xarakter göstərərlər. Belə bir kimsənin ətrafına verdiyi imic, əgər üzərinə gediləcək olsa hər an nəzarətdən çıxa biləcəyi və ağıla gələ biləcək hər cür şeyi edə biləcəyi şəklindədir. Bu səbəblə, bu mesajı alan ətrafı da, belə bir insandan çəkinər. Başqalarına rahatlıqla söyləyə biləcəkləri sözü ya da heç düşünmədən tədbiq edə biləcəkləri rəftarı, qoçu əxlaqını hiss etdirən bir insana asan şəkildə edə bilməzlər. Belə ki, kiçik-böyük demədən, ən zənginindən ən vəzifəli insana qədər hər kəs bu kimsədən ciddi mənada qorxar. Necə ki, bu insanın yaratmaq istədiyi təsir də budur onsuz da; insanların ondan çəkinməsi və bundan ötrü də heç bir şeyinə qarışmağa qalxmamaları. Amma təbii ki, bu insana qarşı duyulan utancaqlıq hörmətdən qaynaqlanmaz. İnsanlar bu kimsəyə sayğı göstərirmiş kimi davranırlar, amma əslində daxilən nifrət bəsləyirlər. Və əllərinə keçən ilk fürsətdə də etdiklərinin qarşılığını vermək üçün gözləyirlər.
Əvvəldə də ifadə etdiyimiz kimi bir də həqiqi mənada qoçular vardır. Bu kəslər də insanlar üzərində ciddi mənada bir çəkinmə və qorxu hissi oyandırarlar. "Yaxşı, bu insanlar belə ciddi bir təsiri necə olur da meydana gətirərlər?" deyə soruşacaq olsanız, bunun xalq arasında "gözü qara" deyə ifadə edilən rəftarla əldə edildiyini söyləyə bilərik. Əlbəttə, dünyəvi heç bir itkidən qorxmamaq və Allaha qul və dost olmaq üçün gözü qara olmaq çox gözəl və tərifəlayiq bir davranışdır. Möminlər Allah yolunda cəsur və qərarlı insanlardır və yalnız Allahdan qorxarlar. Ancaq cahillik əxlaqında qəsd edilən bu gözüqaralıq əsla müsbət mənada deyil və "dəlilik" dərəcəsindədir. Belə bir kimsə heç bir şeydən, heç kimdən qorxmadığını, bu səbəblə də heç bir qayda tanımayacağını, "ağlına hər gələni" edə biləcəyini həmişə hiss etdirər. Tanımadığı bu qaydalar arasında fərdi hüquqlardan, ictimai qaydalara, dövlətin qanunlarına qədər hər cür prinsip yer ala bilər.
Belə bir insanın əsəbləşdiyində, əsəbini məğlub etmək kimi bir xüsusiyyəti yoxdur. Əksinə əsəbiləşdiyi zamanlarda bu əxlaqını çox daha əhatəli olaraq yaşaya biləcəyi üçün, ümumiyyətlə hər şey yolunda getsə, çox hüzurlu və şən mühitlər içərisində belə olsa, o həmişə səbəbsiz bir əsəb və kin içərisindədir.
Ətrafına əsil qorxu salan şey də, onun bu səbəbsiz əsəbi və hər zaman tərs olan davranışlarıdır. Bəzən yalnız baxışlardan belə rahatlıqla aydın olan bu tərs davranışlar, qarşı tərəfin dərhal düzəlməsinə və bu kimsənin qəzəbinə hədəf olmamaq üçün həddindən artıq çox "gözə girməyə" çalışmağına səbəb olar. Bu da, qoçu mədəniyyətini yaşayan kimsənin hədəflədiyi nəticələrdən biridir. Ancaq bu şəkildə özünə hər kəsdən üstün və güclü olduğunu hiss edə bilər. Qoçu ruhunu yaşayan kimsə ətrafındakı insanlara ən yaxınları belə olsa, maddi-mənəvi şiddət tətbiq etməkdən çəkinməz. Qapıları çırpmaq, təhdidlər etmək, kin dolu baxışlarla baxmaq, tərsləmək, azğınlıq dolu əl-qol hərəkətləriylə çıxmaq, qışqırıb-çığırıb danlamaq, təhqir etmək, küfr etmək, söymək bu əxlaqın yalnız sözlərdə xaricə yansıyan əksidir.
Bununla yanaşı qorxu yaratmaqda istifadə etdikləri ən böyük silahları isə fiziki zorakılıqdır. Bu qaranlıq ruhu yaşayan insanların zorakılıq etmə mövzusunda da heç bir sərhədləri yoxdur. Çünki onlar bunu məqsədsiz olaraq, yalnız başqalarını alçaldaraq öz üstünlüklərini hiss etdirmək və güc nümayişi göstərmək üçün tətbiq edərlər. Üzərlərindəki bu düşüncəsizlik, ağır yaralamağı, hətta cinayət işləməyi də normal qarşılayacaq xüsusiyyətdədir. Bu ruhdakı insanların çoxu, hər hansı bir problemlə qarşılaşanda, qarşılarındakı insan, həyat yoldaşları, uşaqları belə olsa mövzunu danışaraq həll etməkdənsə, birbaşa olaraq hücum etməklə həll yolunu seçərlər. Çox vaxt da sürətlərini azalda bilməyərək ciddi təxribatlar meydana gətirərlər. Ancaq həm şifahi, həm də feli olaraq tətbiq olunan bu rəftarlarıyla ətraflarında "nifrət dolu" da olsa cahilcə bir hörmət meydana gətirməyi bacararlar. Əlbəttə ki, bu hörmət, qorxudan başqa heç bir məna ehtiva etməz.
Halbuki, Allah Quranda qəti olaraq ədaləti əmr etmiş, hər cür zülm və zalımlığı da qınamış və qadağan etmişdir:
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?” (Qaf surəsi, 36)
... Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir. (Mömin surəsi, 35)
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya...(Qələm surəsi , 10-13)
Unudulmamalı olan nöqtə isə, bu əxlaqın qadın-kişi fərq etmədən Allahdan qorxmayan bir çox insanda görünə biləcəyidir. Cahil cəmiyyətdə "qoçu" deyilincə, ağıla ilk gələn kəslər "kişilər" olur. Halbuki, hər nə qədər adı qoyulmamış olsa da, bəzi qadınlar da bu çirkin əxlaqı imkanları əl verdikcə yaşayarlar. Misal olaraq, kübar cəmiyyətə mənsub bir qadının bu cəsarətinin arxasında puluna, ya da nüfuzuna olan etibarı durar. Qarşısındakı insanları hər nə bahasına olursa olsun alçaldar. Ya da saxta etibar sahibi olduğu üçün, qarşı tərəfin hörmət göstərmək məcburiyyətində olduğunu, əks halda əlində saxladığı imkanlarıyla onlara lazım olan qarşılığı verə biləcəyini düşünərək təkəbbürlənər. Bu səbəblə də, əskiklik çıxartmaqdan, tərsləməkdən və ətrafındakı insanları alçaltmaqdan heç çəkinməz.
Kənar məhəllələrdə isə vəziyyət çox daha fərqlidir. Qoçuluğu yaşayan insanlar arasında yetişdiyi və hətta bəlkə də atası, əri, oğulları da bu kəslərdən meydana gəldiyi üçün, burada yaşayan bir qadın, qoçu əxlaqını hər istiqamətiylə yaşayar. Bağıra-bağıra məhəllə aralarında gəzmək, küfrlər edərək mübahisə etmək qədər, məhəllənin digər qadınlarıyla ya da gəncləriylə "saç-saça, baş-başa" döyüşmək də bu qadınlar üçün olduqca adi bir vəziyyətdir. Bu şəkildə, ondan çəkinilməli olan insanlardan olduğunu və özünə qarşı "səhv edilməməsi" lazım olduğunu ətrafına hiss etdirməyə çalışar.
Cahil cəmiyyətdə bir də, bu ruhu yaşayan insanların öz aralarında bir "üstünlük yarışı" vardır. Qoçu ola bilmək üçün izlənilməli olan üsullar, edilməli olan proqramlar və yerinə yetirilməli olan vəzifələr vardır. Bu ünsürlərin ən əhəmiyyətlilərindən biri rəftarlarıdır. Danışma, getmə, əl-qol hərəkətləri, baxış, duruş müəyyən bir tərzdə olmalıdır. Yanakı getmə, yuxarıdan və qaş qaldıraraq baxma bunlardan bir neçəsidir. Xüsusi bir danışma tərzi mənimsənilməli, müəyyən sözlər istifadə edilməli, qəlibləşmiş xitablar seçilməlidir. Bəzən həddi aşmaq və bu tip mövzularda qorxusuz olmaq da başlıca xüsusiyyətlərindəndir. Özünü bu "mərtəbəyə yüksəldəcək" bir "cinayətinin" olması şərtdir. Cinayət törətmək, adam yaralamaq, döyüşmək, sərxoş olub hadisə çıxarmaq kimi hər cür şiddət ünsürü, bəhsi keçən bu qoçuluq yarışında, kişiləri önə keçirən incəliklərdir. Bütün bu xüsusiyyətlər kimin üzərində daha çoxdursa, aralarında "ən qoçu" olanın o adam olduğuna inanırlar. Və öz aralarında bu kimsəyə qarşı mənasız bir hörmət edərlər.
Halbuki bu insanlar, Quranda bizə öyrədilən əxlaqa görə, "yer üzündə haqsız yerə təkəbbür" içindədirlər. Bütün gücün Allaha aid olduğunu və Ondan müstəqil hərəkət edə bilməyəcəklərini qavraya bilməzlər. Ona "möhtac" olduqlarını düşünməzlər. Bu səbəblə, doğrunu səhvdən ayıra bilməzlər. Onlar doğru yol əvəzinə "azğınlıq" yolunu mənimsəyirlər:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular” (Əraf surəsi, 146)
... ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur... (Mömin surəsi, 56)
Bu seçimlərindən ötrü də dünyada sanki cəhənnəmə bənzər bir mühit meydana gətirərlər. Bu mühitdə həyatlarını davam etdirərkən əslində öz əlləriylə özlərinə zülm edirdilər. Amma bu həqiqəti heç cür görə bilməzlər.
Quran əxlaqını yaşayan insanlar isə onların qaranlıq ruhundan tamamilə uzaqdırlar. Hər şeydən əvvəl Allaha qarşı acizliklərini tam olaraq bildikləri üçün, "böyüklük" iddiası içərisində deyildirlər. Həmişə mötədil və sabit bir rəftar sərgiləyər və bunun sayəsində hər zaman yanlarında olarkən rahatlıq duyulan insanlar olarlar. Həmçinin üstünlüyün "cahil rəftarlarıyla" ya da "şiddətlə" deyil, "təqva" və "gözəl əxlaq" ilə əldə edilə biləcəyini bilirlər. Heç bir zaman tək söz sahibi olma iddiasında olmazlar. Ayədə ifadə edildiyi kimi hər zaman "doğru olana" uyarlar. Allah inananlara tolerantlığı, ədaləti əmr etmişdir:
And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik və insanlar ədalətli olsunlar, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ... (Hədid surəsi, 25)
Biz onların nə dediklərini daha yaxşı bilirik. Sən onların üzərində hakim deyilsən; Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver. (Qaf surəsi, 45)
Həqiqətən, Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Bununla Allah, sizə nə gözəl öyüd-nəsihət verir! .. Doğrusu, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)