Normal bir ağıla və şüur açıqlığına sahib olan bir insan, ona kəskin və ağıllı dəlillər təqdim edildiyi zaman fikri hər nə olursa olsun, doğrular qarşısında boyun əyər və dərhal razı olar. Çünki bir insan olaraq hər zaman yanılma ehtimalının ola biləcəyini bilir. Bilmədiklərini öyrənmənin, yanıldığında qəbul edib fikrini dəyişdirmənin insanı hörmətdən salacağını deyil, əksinə inkişaf etdirəcəyini bilir.
Ancaq gördükləri dəlilləri və eşitdikləri həqiqətləri bu şəkildə səmimi və dürüst bir dünyagörüşüylə dəyərləndirməyən insanlar da vardır. Cahillik sisteminin yanlış məntiqiylə hərəkət edən bu kəslər, sabit fikirli və inadkar quruluşlarıyla diqqət çəkərlər. Bu insanların əsas olaraq hədəflədikləri şey, doğrunu tapmaq və ya yanıldığı nöqtələri düzəltmək deyil. Onlar mövzu hər nə olursa olsun, böyük bir səhv və ya yanılma içində olsalar da, öz bildiklərini qarşı tərəfə qəbul etdirmək və beləcə də özlərini haqlı çıxarmağa çalışırlar. Heç bir zaman yanıla biləcəklərinə ehtimal verməz, ağıllarını şiddətlə bəyənərlər. Bu, bəzi insanlarda elə bir hal alır ki, gözüylə gördüyü konkret dəlillər belə adamın razı olması üçün kafi olmaz. Lakin bu, onların doğru ilə yanlışı bir-birindən ayırd edə bilməmələrindən deyil, əksinə doğru olanı vicdanlarıyla gördükləri halda bilə-bilə anlamazlıqdan gəldiklərindən qaynaqlanır. Quranda cahil cəmiyyətin bu xüsusiyyətinə keçmişdəki qövmlərdən belə bir nümunə verilmişdir:
Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)
Hər nə bahasına olursa olsun, inkarda dirənən bu insanlara doğruları göstərmək, onları razı etmək üçün kafi olmaz. Xüsusilə də iman etmələri mövzusunda, özlərinə göstərilən dəlillərə qarşı tamamilə laqeyd bir rəftar sərgiləyərlər. Necə ki, Quranda bu həqiqət, "Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər." ayəsiylə bildirilmişdir. (Bəqərə surəsi, 6)
Yaxşı, necə olur ki, eyni ağıllı dəlillər bəzi insanlara təqdim edildiyində onlar həm vicdan, həm də ağılla razı olarkən, cahil insanlar bu vəziyyətdən təsirlənməzlər? Onları bu dərəcə inadkar və israrlı bir rəftara məcbur edən şey nədir?
Şübhəsiz ki, bu səbəb, kitabın əvvəlindən bəri əhəmiyyətlə üzərində durulan cahil cəmiyyətin dünyaya olan sevgiləri və ehtiras dərəcəsindəki bağlılıqlarıdır. Doğruları açıq şəkildə gördükləri halda, vicdanlarına təzyiq edərək nəfslərinin arxasınca gedərlər. Əgər vicdanlarının səsini dinləyib, gördükləri doğrular qarşısında təslim olsalar, bunun dünya ehtiraslarını qıracağını və axirət inancını gətirəcəyini bilərlər. Bu nöqtəyə gəlməyi heç istəmədiklərindən ötrü də daha ən başından vicdanlarına təzyiq edərlər. Ardınca getdikləri nəfs isə ayələrdə də bildirildiyi kimi, Allahın diləməsi xaricində daima, var gücüylə pisliyi əmr edər. (Yusif surəsi, 53) Bu səbəblə nəfs, özünə sığınan və özünə təslim olan kəslərin, doğrular qarşısında razı olmamaları üçün hər cür təlqini edər.
Bununla yanaşı, dünyadan qopmaq istəməyən insanların nəfslərinə yol göstərən mənfi bir güc də şeytandır. Quranda şeytanın insanların doğrular qarşısında razı olmalarına maneə törətməyə çalışacağı belə bildirilmişdir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)
Özlərinə şeytanı və nəfslərini rəhbər edən bu insanların razı edilə bilməməsi, tarix boyunca bütün peyğəmbərlərin qarşılaşdıqları və bu uğurda ciddi şəkildə mübarizə apardıqları bir vəziyyətdir. Hər peyğəmbər cahillik dinini yaşamaqda olan qövmlərinə haqqı və doğrunu gətirmiş, ancaq iman edən az bir birlik xaricində, qalanlar din əxlaqını yaşama mövzusunda razı olmamışlar. Bu mövzuda Quranda yer alan ən təəccüblü nümunələrdən biri Nuh peyğəmbər (ə.s.)-ın qövmünə aiddir. Hz. Nuh (ə.s) göndərildiyi cahil cəmiyyətin həqiqətləri görməsi və iman etməsi üçün hər cür yolu sınamışdır. Ancaq qövmü, qulaqlarını barmaqlarıyla tutacaq qədər irəli getmiş və razı olmamaqda israrlı olmuşdur:
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib (Nuh surəsi, 5-9)
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. (Nuh surəsi, 21)
Qurandakı bütün bu ayələrdən də aydın olduğu kimi, cahil cəmiyyətin razı salına bilinməməsi, onların nəfslərinə tabe olma, haqdan üz çevirmə və dünyanı üstün tutma mövzusundakı inadlarından qaynaqlanır. Bu səbəblə də, özlərinə təqdim edilən dəlillər nə qədər güclü olursa olsun üz çevirərlər. Bu mövqelərini davam etdirə bilmək üçün də müxtəlif bəhanələr irəli sürərlər. Allah Quranda insanların ən çox hansı mövzularda razı salınmadıqlarını və bunlara qarşı nə cür bəhanələr irəli sürdüklərini açıqlamış və bu mövzudakı səmimiyyətsizliklərini möminlərə xəbər vermişdir.
Ancaq bu mövzunu araşdırmadan əvvəl, cahil cəmiyyətin razı olmamaq üçün müraciət etdiyi təməl üsullardan biri olan demaqoqluq mövzusuna toxunmaqda fayda vardır.
Cahil cəmiyyətin razı olmadıqları mövzularda müraciət etdikləri ən əsas üsullardan biri "demaqoqluq" etməkdir. "Demaqoqluğu", bəzən maraqlarını, bəzən qürurlarını, bəzən də etibarlarını qorumaq məqsədiylə müraciət etdikləri dolayı və səmimiyyətsiz danışıqların və bu danışıqlarda istifadə etdiyi davranışların tamı olaraq təyin edə bilərik. Qarşı tərəfin haqlı olduğunu basdırmaq üçün daima söz kəsmək, qışqıraraq üstə çıxmaq, ardı-arxası bitməyən yalanlarla müdafiə etmək ən çox tanınan demaqoqluq üsullarından yalnız bir neçəsidir.
İnkarçılar din əxlaqını qavramaq üçün istifadə etmədikləri zəkalarını, demaqoqluq sənətlərini inkişaf etdirmək üçün var gücləriylə istifadə edərlər. Haqlı çıxa bilmək ya da mənfəət əldə edə bilmək üçün uydurulmuş məntiqlər çıxararlar. Amma bütün bunların təməlində duran əsil məqsədləri, həqiqətlərə qarşı müqavimət göstərmək, haqlı çıxmaq və beləcə də vicdanlarını rahatlaşdıracaq bir bəhanə tapmaqdır.
Bu üsul, bəhsi keçən kəslərin tək başlarına formalaşdırdıqları bir sistem deyil; bir çox mövzuda olduğu kimi bu mövzuda da onlara şeytan rəhbərlik edər. Quranda şeytanın Allaha qarşı ilk nankorluğunda yenə demaqoq söhbətlərə sığındığına, digər bir sözlə ilk demaqoqun şeytan olduğu belə xəbər verilmişdir:
Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?” İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! (Sad surəsi, 75-77)
Şeytan, Allahın hüzurunda "Adəmə səcdə etməsi" deyildiyində qürurlanıb müqavimət göstərmiş və azğın bir məntiqlə şərhlər gətirərək demaqoqluq etməyə çalışmışdır. Bəhanə olaraq qarşıya qoyduğu şey isə, insanın palçıqdan özünün isə, özünə görə ondan daha üstün olan, atəşdən yaradılmasıdır. Halbuki ki, şeytanın əsil məqsədi itaətsizlik etmək və baş qaldırmaqdır. Palçıq ilə atəş arasında müqayisə etməsi isə, tamamilə bir bəhanədən ibarətdir.
Məhz cahil insanın vəziyyəti də eynilə belədir. Əvvəl inkar etməyə qərar vermiş, sonra buna uyğun bəhanələr tapmağa çalışmışdır. Bu nöqtədə də etdiyi səmimiyyətsizliyi ört-basdır etmək və vicdanını rahatlaşdırmaq istəyiylə şeytanın rəftarını nümunə götürərək demaqoqluq örtüyünə sığınmışdır.
Şeytan, ona uyan bu insanlara içlərindəki "nəfslərinin səsi" yolu ilə həmişə gizli şəkildə demaqoqluq üsulları göstərir. Belə ki, insan öz içində bir yandan heç ara vermədən doğruları söyləyən vicdanı ilə, digər yandan da daima pisliyi əmr edən və saysız bəhanələr qarşıya qoyaraq vicdanını susdurmağa çalışan, şeytanı təmsil edən nəfsiylə qarşı-qarşıya qalar. Beləcə, şeytan hər an və hər vəziyyətdə insanlara yaxınlaşar və onları doğru olandan uzaqlaşdırmağa çalışar.
Məhz dünyanın hər harasında və hansı dövrdə yaşamış olursa olsunlar insanların din əxlaqını yaşamamaq üçün qarşıya qoyduqları bəhanələrin və istifadə etdikləri bütün taktikaların əsrlərdir demək olar ki, "sözbəsöz" həmişə eyni olmasının səbəbi də budur. Quranda bu həqiqət belə xəbər verilmişdir:
Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 53)
Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər. (Muminun surəsi, 81)
Ancaq burada bu əhəmiyyətli nöqtəni ifadə etməkdə fayda vardır. Şeytan, yaradılmış bütün insanlar, mələklər və cinlər kimi Allahın hakimiyyəti və nəzarəti altında olan bir varlıqdır. Cahil cəmiyyətlərdə sanıldığı kimi, özünə aid bir gücü yoxdur. Bir imtahan vəsiləsi olaraq fəaliyyətlərini davam etdirməsinə, Allah icazə verir. Allah bu həqiqəti ayələrdə belə açıqlayır:
İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”. Allah dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”. İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”. (Hicr surəsi, 36-42)
Tarix boyunca bir çox birlik özlərinə Allahın əmrləri və öhdəlikləri xatırlandığında şeytanın klassik demaqoqluq üsullarına müraciət etmiş və beləcə həqiqətlərdən öz ağıllarına görə qaça biləcəklərini düşünmüşlər, ancaq özlərini aldatmaqdan başqa bir şey əldə edə bilməmişlər. Quranda, inkar edənlərin bu psixologiyaları və nə cür demaqoq danışıqlarla özlərini qurtarmağa çalışacaqları əvvəldən bildirilmiş və insanların razı olmamaqda istifadə etdikləri bu metodlara diqqət çəkilmişdir.
Cahil cəmiyyətin insanlarını, ölümlə hər an qarşılaşacağı mövzusunda razı salmaq mümkün deyil. Bu qədər qəti və açıq bir həqiqət olmasına baxmayaraq, insanların böyük bir qismi ölümün yaxınlığını unutmağa çalışarlar. Çünki ölüm, dəlicəsinə bağlı olduqları dünya həyatını məhv edər, din əxlaqının tətbiq olunmalı olduğunu xatırladar, cəhənnəm həqiqətini qarşılarına çıxarar. Qaçmaq üçün isə "düşünməmək" tək üsullarıdır.
Ölümü düşünməyən və diqqətlə bu mövzudan qaçan cahil xalq, ölümə qarşı sanki bir üsyan halı içərisindədir. Ölənlərin ardından "gənc yaşında öldü", "kaş ki, o ölməsəydi də mən ölsəydim", "həyatının baharındaydı" kimi ağılsız şərhlər edərək böyük bir səhv edərlər. Ölümün Allahın əmri olduğunu və Allahın hər şeyi xeyirlə və bir qədər üzərinə yaratdığını düşünməzlər. Həmçinin özlərini düşünməməyə o qədər çox öyrəşdiriblər ki, çox vaxt bu tərz ifadələrin Allahın təqdirinə qarşı bir üsyan olduğunun və bu rəftarlarının qarşılığının çox şiddətli ola biləcəyinin belə fərqinə varmazlar.
Cahil cəmiyyətlərdə ölüm mövzusunda daha bir çox cahil şəkildə şərh vardır. Məsələn; onlara görə yaşlı və xəstə birinin ölməsi son dərəcə məqbuldur. "Xilas oldu" deyərək ölümünü təsdiq edərlər. Bu tərz ölümlərin "sıralı" ölüm olduğunu düşünərlər. Xüsusilə yaşlı birinin heç bir acı çəkmədən yatağında yatarkən ölməsi, onlara görə adi, hətta "gözəl" bir ölümdür. Ancaq gənc birinin ani ölümündə eyni şeyi düşünmələri qeyri-mümkündür. Halbuki, onun da əcəli gənc yaşda ölməkdir; amma bunu heç vaxt anlaya bilməzlər. Üstəlik yatağında yatarkən ölən insanın hüzur içində öldüyünə dair də heç bir dəlilləri yoxdur. Allah iman edənlərin canlarının hüzur içində alınacağını bildirmiş, ancaq inkar edənlərin hələ ölüm anındaykən belə çox şiddətli acı çəkməyə başladıqlarını xəbər vermişdir. Buna görə də, yatağında ölümlə qarşılaşan bir insan əgər inkarçı isə, mələklər kürəyinə vuraraq canını almışlar və dünyadakı digər insanlar fərq edə bilməsə də onlar başlarına gələcək böyük əzabın necə şiddətli olacağını çoxdan anlamışlar.
Cahillik əxlaqına sahib insanların bir başqa cahil iddiaları da, ölümün bəzi hadisələr zəncirində reallaşdığını düşünmələridir. Məsələn; bir avtomobil qəzasında ölən biri üçün "o yola girməsəydi ölməzdi" deyə düşünərlər. Quranda Peyğəmbərimiz (s.ə.v.) dövründəki inkarçıların ölən kəslər üçün "onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər" (Ali İmran surəsi, 156) dedikləri xəbər verilmiş və insanlar bu azğın məntiqə qarşı xəbardar edilmişlər. Çünki heç bir ölüm əsla təsadüfi olaraq reallaşmaz. Hələ o adam dünyaya gəlmədən əvvəl, nə zaman, harada və necə öləcəyi Allah Qatında müəyyəndir. Allah bu həqiqəti, "Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz" ayəsiylə bildirmişdir. (Vaqiə surəsi, 60)
Bu insanlar üçün, yaxın ətraflarından xüsusilə də hələ gənc bir tanışlarının ölümü, ani və gözlənilməz bir vəziyyətdir. Bu adamın xüsusilə, bir qəza ya da ağır bir xəstəlik nəticəsində ölmüş olması, gənc və sağlam görünən bədəninin tanına, hətta baxıla bilməyəcək hala gəlməsi, ölümü unutmaq istəyən bu tip insanlara böyük bir zərbə olur. Daha bir-iki gün əvvəl birlikdə olduqları bir insanı, yol kənarında, keçirdiyi bir yol qəzası nəticəsində tanınmayacaq bir halda yerdə yatarkən görmələri, daha sonra da bu adamın qara bir neylon torbanın içinə qoyulub meyitxanaya aparılması, bu zehniyyətdə bir insanın unutmağa çalışdığı bir çox şeyi ağlına gətirər. Çünki ayaqlarından və başından tutularaq daşınıb meyitxanaya qaldırılan bu insan bəlkə də, bir gün əvvələ qədər işlərində necə yeni cəhdlər edəcəyi, həyatda nə cür uğurlara imza atacağı kimi mövzulardan bəhs edər və eyni özü kimi ölümü özündən çox uzaqlarda görərdi. Halbuki, indi bu kimsənin bəlkə də bir zamanlar olduqca bəyəndiyi bədəni, çürüməməsi məqsədiylə bir an əvvəl meyitxanaya qaldırılacaq və orada digər ölülərin olduğu soyuq dolabda tərk ediləcəkdir. Bir-iki gün içində də ağ bir parçanın içinə sarılaraq özü üçün açılan çuxurun içinə atılacaq. İdealları ilə, dünyagörüşüylə özünə çox bənzəyən bir insanı bu vəziyyətdə görmək insanın ürəyini bir anda qorxuyla doldurar. Çünki özü də bir gün bu vəziyyətə düşəcək, heç gözləmədiyi bir anda ölümlə qarşılaşacaqdır.
Ancaq cahil cəmiyyətdəki insanların çoxu üçün bu qorxu, çox qısa davam edər. Aradan az bir müddət keçmədən vecsiz zehniyyətlərinə yenidən geri dönər və ölümü yenə özlərindən uzaq görməyə başlayarlar. İşlərinin başına dönüb təkrar pul qazanmağa ya da öz sözləriylə "həyatın həqiqətləri üz-üzə gəlməyə" başlamalarıyla birlikdə köhnə həyatlarına geri dönərlər. Sanki bir müddət əvvəl ölümlə burun buruna gələn kəslər özləri deyilmişcəsinə, ölümü ciddiyə almayan demaqoq söhbətlər etməyə başlayarlar. "Yalan dünyadır, insanlar bir varmış, bir yoxmuş ..." ya da "ölümlü dünya, yox olub getdi!" kimi mənasız söhbətlər edər, ancaq söylədikləri sözün nə mənaya gəldiyini belə düşünməzlər. Bəziləri də "ölən insanla ölünməz, bax, həyat bütün sürətiylə davam edir", "ölən ölür, qalan sağ insanlar bizimdir" kimi sözlərlə "madam ölüm hər şeyi kəsib bitirir, elə isə biz də işimizə dönüb “iki günlük dünyanın dadını çıxarmağa çalışaq" şəklində son dərəcə yanlış şərhlər edərlər. Bu yolla, bir-birlərinə ölümlü dünyada heç bir şeyi fikirləşməmək və ölümü bir daha əsla düşünməmək kimi böyük itki gətirəcək təlqinlər edərlər.
Ölümün yaxınlığını unutmaq üçün etdikləri bir başqa çirkin rəftar da "ölən insanla ölünməz" deyib, ölümü ağıllarından uzaqlaşdıran kimi, yaxınlarından özlərinə qalan mirasın miqdarını araşdırmağa başlamalarıdır. Ölümdən belə yenə dünyaya bağlanacaq nəticələr çıxaran bu insanlara, bəlkə də o mirası xərcləməyə vaxt belə tapa bilmədən ölümlə qarşılaşa biləcəklərini izah etmək isə mümkün olmaz.
Həyatları boyunca ölümdən və ölümü düşünməkdən mümkün olduqca uzaq yaşamağa çalışan bu insanların israrla gözardı etdiyi böyük həqiqət isə, ölümün əslində hər insanla hər an birlikdə olduğu və ölümdən qaçmanın əsla mümkün olmadığıdır. Hər insan şübhəsiz Allahın təqdir etdiyi vaxt gəldiyində ölümlə qarşılaşacaq, öldükdən sonra təkrar diriləcək və dünyada etdiklərindən ötrü hesaba çəkiləcək. Buna görə, cahillik əxlaqını yaşayan bir qisim insanların özlərini aldatmaq üçün ölümü düşünməkdən çəkinmələri, heç bir şeyi dəyişdirmir. Bu həqiqət Quranda bu şəkildə bildirilmişdir:
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!” – deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar? (Nisa surəsi, 78)
Tarix boyunca gəlib-keçmiş bütün cahil cəmiyyətlərdə diqqəti çəkən bir başqa xüsusiyyət, insanların çoxunun müqəddəs kitabların Allah tərəfindən endirildiyinə razı salınmamalarıdır. Bunun arxasında duran əsil məqsədləri, yenə din əxlaqını yaşamaqdan qaçmağa çalışmalarıdır. Çünki bu kitabların Allah tərəfindən nazil olan haqq kitablar olduğunu qəbul etmələri, haqq dini və onun gətirdiyi öhdəlikləri də sonuna qədər qəbul etmələrini tələb edir. Halbuki, onlar vicdanlarını susduraraq, nəfslərinin ardınca gedə bilmək və axirətdə hesab verəcəklərini unudaraq yaşamaq istəyərlər. Bu səbəblə, həqiqətləri görsələr də sonuna qədər müqavimət göstərərlər.
Cahil cəmiyyətlərin tarix içərisində İncilə, Tövrata və Zəbura qarşı göstərdikləri bu ənənəvi mövqeləri, Quranın haqq kitab olduğuna razı salınmamaları ilə də özünü göstərmişdir. Peyğəmbərimiz (s.ə.v), qövmünün Qurana iman etməsi üçün hər yolu sınamış, amma içlərindən bir qismi razı olmamaqda müqavimət göstəmişlər. İnkarda qərar tapmış və biganə qalmışlar. Ancaq bir tərəfdən də vicdanlarında yaranan narahatlığı aradan qaldırmaq üçün müxtəlif üsullara əl atmışlar. Quranda bu demaqoq danışıqlarından bəzilərinə belə yer verilmişdir:
Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur” – dedilər. (Furqan surəsi, 4-5)
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”. (Ənbiya surəsi, 5)
Göründüyü kimi, Quranın üstünlüyünə şahid olduqları halda, Peyğəmbərimiz (s.ə.v)-ə öz dayaz ağıllarına görə şairlik, cadugərlik kimi böhtanlar atmış, hətta Quranı özünün yazdığı yalanını belə söyləmişlər. Allah Qatından heç bir məlumatları olmadığı halda təxminlər etmiş, Allah adına yalan söyləmiş və böhtanlar atmışlar. Şübhə yoxdur ki, əslində özləri də Quranın Allah Qatından endirilən haqq kitab olduğunu çox yaxşı bilirlər. Ya da bu mübarək insanın nə şair, nə də cadugər olmadığına, əksinə son dərəcə gözəl əxlaqlı, səmimi və dürüst bir insan olduğuna ilk əvvəl özləri şahiddirlər. Amma bu hissənin əvvəlində də ifadə etdiyimiz kimi, cahil insanlar bu şəkildə bəhanələr qarşıya qoyaraq özlərini inkarda sabit tutmaq, ətraflarına tərəfdar toplamaq və beləcə vicdanları üzərində yaranan təzyiqi öz dayaz ağıllarına görə yüngülləşdirmək istəyərlər.
Cahil cəmiyyətin bu məntiq yanlışlıqları və heç bir əsası olmayan demaqoq danışıqları isə, Quranda çox kəskin bir şəkildə cavablandırılıb və bu danışıqlar səbəbinə görə axirətdə alacaqları qarşılıq da açıq şəkildə bildirilmişdir:
Bu, möhtərəm bir Elçinin sözüdür. O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! (Haqqə surəsi, 40-43)
Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər. Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər. (Tur surəsi, 33-34)
Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir. Yoxsa: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu. (Yunis surəsi, 37-39)