Allah, Quranda, din əxlaqından uzaq olan insanları "cahil" olaraq adlandırır. Burada istifadə edilən "cahil" sifəti, xalq arasında bilinəndən fərqli bir məna ifadə edir. Xalq arasındakı cahil sözü, ümumiyyətlə oxuma yazma bilməyən, yaxşı bir təhsili və savadı olmayan, ədəbdən məhrum insanlara edilən bir bənzətmədir.
Quranda ifadə edilən cahillik isə insanın, yaradılış məqsədindən, Yaradıcımızın xüsusiyyətlərindən, özünə göndərilən kitabdakı məlumat və hikmətdən, sonsuz həyatını maraqlandıran mövzulardan xəbərsiz olması və bu cəhalətin doğurduğu şüursuz bir həyat formasını mənimsəməsidir.
Cahil insana görə, dünya həyatı insanlar arasındakı bir yarış və mübarizədən ibarətdir. Müvəffəqiyyətli və güclü olmaq üçün, insanın hər zaman əsas olaraq özünü düşünməsi və eqoistcə hərəkət etməsi təməl prinsipdir. Bu həyat şəklinin nə cür səthi və yanlış olduğu isə ancaq Quranda bildirilən həyat forması, üstün düşüncə və əxlaq quruluşu ilə müqayisədə ortaya çıxar.
Bu kitabın məqsədi də, bu müqayisəni nəzərə alaraq, "cahil cəmiyyətlər" in din əxlaqından uzaq olmalarından ötrü necə "səthi məntiq" içərisinə düşdüklərini gözlər önünə gətirməkdir. Həmçinin bu məntiqin gətirdiyi əxlaq modelini hər istiqamətiylə ortaya qoymaq və bu quruluşdan xilas olmanın tək həllinin də ancaq Allahın insanlar üçün seçib bəyəndiyi din əxlaqına uymaqla mümkün olduğunu göstərməkdir.