Dinin Göndərilmə Səbəbləri

Hər insan yaradıldığı andan etibarən, özünü və ətrafındakı bütün varlıqları yaradan Allahın varlığını, ağlıyla və vicdanıyla qavraya biləcək fitrətdədir.

Kainatı və içindəki hər şeyi ən kiçik təfərrüatlarına qədər sonsuz güc və elm sahibi Allahın yaratdığı açıq bir həqiqətdir. Ətrafımızda gördüyümüz hər şey Allahın varlığının qəti bir dəlilidir. Göydə uçan quşdan okean dibindəki balığa, səhradakı dəvədən qütbdəki pinqvinlərə, gözlə görülməyən bir bakteriyadan bədənimizdəki hüceyrələrə, meyvələrdən bitkilərə, buludlardan planetlərə, qalaktikalara qədər hər şey həssaslıqla yaradılmış və möhtəşəm sistemlərlə təchiz edilmişdir.

Eynilə, dünyada həyatın mövcud olmasına imkan verən bütün sistemlər də mükəmməl tarazlıqlar əsasında qurulmuşdur. Bu tarazlıqlarda ən kiçik bir hərəkət və ya dəyişmə baş versə, həyatın məhv olmasının qarşısı alına bilməz. Bunlar elə həssas tarazlıqdırlar ki, bu tarazlıqları bir az araşdırdıqda hamısında fövqəladə bir hesab və dizayn olduğu dərhal görülər. Məsələn, dünya öz ətrafında bir az daha yavaş fırlansa, gecə ilə gündüz arasında kəskin temperatur fərqləri meydana gələr, bir az daha sürətli fırlansa bu dəfə də qasırğalar və tufanlar üzündən həyat məhv olardı.

Bunun kimi, dünyadakı həyatın mövcudluğuna imkan verən daha bir çox həssas tarazlıq var və bunların təkcə birinin belə təsadüflər nəticəsində, öz-özünə meydana gəlmiş olması ehtimaldan kənardır. Buna görə də, ağıllı bir insanın belə kritik tarazlıqlar və həssas hesablar üzərində qurulmuş bir nizamı görüb və bunu təsadüflərlə əlaqələndirməsi qeyri-mümkündür. Necə ki, insan bir avtomobil və ya hər hansı bir texnoloji avadanlıq görsə bunu hazırlayan, meydana gətirən şüurlu insanların varlığından heç bir şübhə duymursa, bunlardan xeyli üstün, bir-birinə bağlı mürəkkəb sistemlərdən, olduqca həssas tarazlıqlardan əmələ gələn kainatın da öz-özünə yarana bilməyəcəyinə şübhə yoxdur. Kainatdakı hər incəlik, sonsuz qüdrət və elm sahibi Allahın varlığını göstərən aydın bir dəlildir. Quranda yaradılışın bu dəlillərinə tez-tez diqqət çəkilir:

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-13)

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)

bebek

Tüm evreni, doğayı, canlıları ve insanı yaratan, alemlerin Rabbi olan Yüce Allah'tır. İnsan dahil her canlının ihtiyacını en iyi bilen de Allah'tır. Bu nedenledir ki, insan için olabilecek en uygun yaşam biçimi, Allah'ın belirlediği dindir.İnsanlar ancak İslam dinini kavrayarak ve yaşayarak mutlu ve huzurlu olabilirler..

Din haqqında heç bir şey bilməyən bir insanın belə, ayədə diqqət çəkilən mövzular üzərində düşünməsi, Allahın varlığını başa düşə bilməsi, Onun gücünü və elmini təqdir edə bilməsi üçün kifayətdir. Ağıl və vicdan sahibi bir insanın, yalnız öz bədəni haqqında düşünməsi belə çox üstün bir yaradılışın əsəri olduğunu ona göstərər. Bədənimizin içində olduqca mütəşəkkil, bir-birinə bağlı mürəkkəb sistemlər vardır. Bu da bütün kainat kimi insan bədəninin də üstün bir ağıl tərəfindən dizayn olunduğunu göstərir.

Nəticədə insan, bir elçi və ya göndərilmiş kitabdan xəbərdar olmasa belə, düşünərək, ətrafını müşahidə edərək, bunlardakı fövqəladəliyi araşdıraraq Allahın varlığın görə bilər. Ağıl sahibi insanlar üçün hər yerdə Allahın dəlillərinin olduğu ayələrdə belə bildirilir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

Məhz bu məqamda din əxlaqına niyə ehtiyac olduğu daha yaxşı aydın olar. Çünki Allahın varlığını dərk edən insan, Onu daha çox tanımaq və özündən nələr istədiyini öyrənmək istəyəcək, Rəbbimizin sevgisini və rizasını qazanmaq üçün nələr etməsinin, necə davranması lazım olduğu haqqında maraqlanacaq.

Quranda, Ən Əsas Mövzular Izah Edilmişdir

Allah Özünü qullarına tanıtmaq, istəklərini onlara bəyan etmək, Özünün bəyəndiyi rəftar, davranış, əxlaq və həyat formasının necə olduğunu, yaxşı, pis, doğru, səhv, gözəl və çirkin anlayışlarının həqiqi mənada nə olduqlarını, ölümdən sonra özlərini nələrin gözlədiyini bildirmək, Öz istəklərini yerinə yetirib rizasını qazananları necə bir mükafatın gözlədiyi ilə müjdələmək, Özünə üsyan edənlərin necə bir aqibətlə qarşılaşacaqlarını xəbər vermək üçün hər dövrdə elçilərini və kitablarını haqq dinlə göndərmişdir.

Beləliklə də, haqq dinlər vasitəsiylə insanların ehtiyac duyacaqları hər cür mövzunu Allah ən hikmətli şəkildə insanlara izah etmişdir. Onların dünyada və axirətdə ən gözəl həyatı yaşaya bilmək, ən xoşbəxt və ən dinc sistemə qovuşa bilmələri üçün lazım olan hər cür məlumatı vermişdir. Kitab və elçi vasitəsiylə göndərilən haqq dinin bu əsas məqsədi Quranın bir çox ayəsində də göstərilir. Bunlardan bəziləri belədir:

...Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən bir elçi kimi göndərdik. (İsra surəsi, 105)

Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə nemətimizi tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr. (Ənam surəsi, 154)

Din ilə Həyatın Həqiqi Məqsədi Izah Edilmişdir

Film şeridi

Tarix boyu milyardlarla insan doğulmuş, yaşamış və ölmüşdür. Bu insanların arasından ancaq çox az bir hissəsi həyatın həqiqi məqsədini başa düşməyə çalışmışdır. Böyük bir hissəsi isə özlərini zamanın axışına buraxmış və müəyyən ehtiyaclarını ödəmək, nəfslərinin müxtəlif istək və ehtiraslarını təmin etməkdən başqa bir məqsəd güdmədən ömürlərini sona çatdırmışlar. Bu şüursuz və məsuliyyətsiz təbəqə hər dövrdə insan cəmiyyətlərinin böyük bir topluluğunu meydana gətirmişdir. Hər gələn yeni nəsil də bəzi istisnalar olmaqla çoxluğun getdiyi bu yola tabe olmuş, çoxluğun doğrularını, məqsədlərini və dəyərlərini mənimsəmiş, bunları özlərindən sonrakılara miras buraxmışdır. Bu ənənə bu gün də eynilə davam edir.

Bu çoxluğun hər dövrdə “dəyişməz” fəlsəfə və prinsipləri olmuşdur: Doğularlar, böyüyərlər, yaşlanarlar və ölərlər. Dünyaya bir dəfə gəlmək olar, ölüm isə hər şeyin sonudur. Hər kəsin müəyyən bir ömür müddəti var və bunu əlindən gəldiyi qədər nəfsini ən çox təmin edə biləcək, həyatdan öz aləmində ən böyük zövqü ala biləcək şəkildə dəyərləndirməlidir.

Məhz insanlar, əllərinə bir daha keçməyəcəyini düşündükləri bu fürsəti atalarından miras aldıqları həyat tərzi və davranış formalarını eynilə tətbiq edərək dəyərləndirərlər. Özlərinə verilən ömür müddətini dünyadakı zövqlərin arxasınca gedərək, ölümü tamamilə unudaraq, dünyaya istiqamətli planlar quraraq və heç bir qayda-qanuna tabe olmadan keçirərlər. Dünyanın harasında və hansı dövrdə yaşayırlarsa yaşasınlar, hansı mədəniyyətə, hansı irqə mənsub olurlarsa olsunlar bu vəziyyət dəyişməz. Olduqları cəmiyyətdə nüfuzlu bir mövqeyə gəlmək, yaxşı bir təhsil almaq, zəngin olub rifah içində bir həyat sürmək, xoşbəxt bir ailə qurmaq, müxtəlif məqam və vəzifələrə çatmaq və bunlar kimi saysız-hesabsız irili-xırdalı məqsədlərə çata bilmək üçün çalışırlar.

Bu məqsədlər daha yüzlərlə maddə halında qeyd oluna bilər. Lakin həqiqət budur ki, bütün bu insanlar dünyaya gəlmələrinin tək və ən əhəmiyyətli məqsədini unudarlar. Və bu məqsəd üçün özlərinə verilmiş və bir daha qaytarılma imkanı olmayacaq yeganə ömür müddətini boşa keçirərlər. Bu məqsəd, Allaha qul olmaqdır. Quranda bu məqsəd belə bildirilir:

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zəriyət surəsi, 56)

Allaha necə ibadət etməyimizin lazım olduğunu bizə yenə haqq dinlə öyrədirlər. Allaha qul olmaq, Onun varlığını və birliyini qəbul etmək, Rəbbimizi lazım olduğu kimi tanıyıb təqdir etmək, Allahdan başqa ilah qəbul etməmək və bütün həyatını Onun istədiyi şəkildə keçirmək deməkdir. Quranda bizə Allahın insanlar üçün bəyəndiyi əxlaq və həyat tərzi də təfərrüatlı olaraq təsvir edilir. İnsanlar bu modeli tətbiq etməyə dəvət edilərlər.

Artıq bu məqsədə uyğun, Allahın razı olduğu şəkildə ömür sürən insan, dünyadakı həyatı üçün də, ölümündən sonrakı həyatı üçün də müjdələnmişdir. Lakin bu məqsəddən azan, boş məqsədlər arxasınca düşən və Allahın istədiyi şəkildə davranıb yaşamayan, Ona layiqincə qul olmayan kimsəni də pis bir aqibət gözləyir. Bütün bunlar bizə yenə Quranla xəbər verilir.

Sonsuz həyatını təyin edəcək meyar adamın dünya həyatını necə keçirdiyidir. Öldükdən sonra bir daha səhvlərini düzəltmə imkanı yoxdur. Bu baxımdan sanki dünyaya təsadüfən gəlmiş, özbaşına buraxılmış və etdiklərindən ötrü haqq-hesaba çəkilməyəcəkmiş kimi bir məntiqlə hərəkət etmək, adamın öz gələcəyi üçün çox böyük bir itki olacaq. Yaradılış məqsədini unudaraq məsuliyyətsizcə bir həyat yaşayan və bunun nəticəsindən də narahatlıq hissi keçirməyən bu cür kəslər isə axirətdə belə qarşılanarlar:

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)

Yaradılış məqsədlərini unudan bu kəslər əslində bu məqsəddən xəbərsiz deyildirlər. Allah kitabları və elçiləri vasitəsiylə onları bu həqiqətlə xəbərdar etmiş və onlara getmələri olduğu doğru yolu göstərmişdir. Onlara bir ömür boyu da öyüd-nəsihət almaları üçün müddət vermişdir. Artıq özlərinə verilmiş bu qədər fürsəti görməzlikdən gəlib, yalnız nəfslərinin istək və ehtiraslarını təmin etməyi qarşılarına məqsəd qoyaraq, həqiqi məqsədlərindən azanların isə əbədi sürəcək peşmançılıqları özlərinə fayda verməyəcək:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Allah Quranla Insanlara Özünə Necə Qulluq Edilməli Olduğunu Bildirmişdir

Madam ki, insanlar Allaha ibadət etmələri üçün yaradılmışlar, elə isə necə ibadət edəcəklərini də öyrənməlidirlər. Məhz Allah insanlara necə ibadət etmələrinin lazım olduğunu da Quran vasitəsiylə bildirmişdir. Ayədə belə buyurulur:

Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan. (Həcc surəsi, 67)

Quranda möminlərə Allaha necə dua etmələri, Onu necə zikr etmələrinin lazım olduğu, namazı, zəkatı və Allahın özlərindən istədiyi hər cür ibadət formasını necə yerinə yetirəcəkləri təfərrüatlı olaraq izah edilir. Bunlarla yanaşı, yenə Allaha qul olmağın tələb etdiyi gözəl əxlaq quruluşunun necə olmasının lazım olduğu, möminin nə cür xüsusiyyətləri qazanması, nə cür xüsusiyyətlərdən çəkinməli olduğu da Quranda təfərrüatlı olaraq təsvir edilir. Təvazökarlıq, fədakarlıq, doğruluq, ədalət, mərhəmət, tolerantlıq, qətiyyətlilik və bunlar kimi bir çox üstün əxlaq xüsusiyyəti Allaha qulluq etməyin əsas xüsusiyyəti olaraq Quranda göstərilir. Pis əxlaq xüsusiyyətləri, pis rəftar, pis davranış və danışıq formaları yenə Quranda tanıdılmış, möminlər bu cür mənfi şeylərdən çəkindirilmişdirlər.

Allah bütün kainatı və insanları yoxdan var etmişdir. Bu varlıqlar arasında insana saysız-hesabsız nemətlər vermiş, ən əhəmiyyətlisi də onu digər canlılardan fərqləndirən və üstün tutan bir ruhla yaratmışdır. İnsan bunun sayəsində şüurlu bir varlıqdır. İnsana verilən nemətlər o qədər çoxdur ki, Allah bunların saymaqla belə qurtarmayacağını bildirir. (Nəhl surəsi, 18) Bu vəziyyətdə insan özünə bu qədər nemətin nə məqsədlə verildiyini, bunların qarşılığında özündən nə istəndiyini düşünməlidir.

Şelale

...Allah'ın yağdırdığı ve kendisiyle yeryüzünü ölümünden sonra dirilttiği suda, her canlıyı orada üretip-yaymasında, rüzgarları estirmesinde, gökle yer arasında boyun eğdirilmiş bulutları evirip çevirmesinde düşünen bir topluluk için gerçekten ayetler vardır.
(Bakara Suresi, 164)

İnsan özünü yoxdan var edənin və sahib olduğu bütün nemətləri ona verənin Allah olduğunu öz-özlüyündə düşünərək tapa biləcək imkana sahibdir. Bunun nəticəsində də bu nemətlərə qarşılıq özünün də Allaha şükür etməli olduğunu asanlıqla dərk edə bilər. Ancaq Allaha olan şükrünü necə ifadə etməli olduğunu bilməyə bilər. Məhz bir insanın Allaha necə şükür edəcəyi, Ona necə qulluq edəcəyi Quranla bildirilmişdir. İnsan Quran əxlaqı sayəsində Yaradıcımızın qarşısında necə bir davranış göstərməli olduğunu çox təfərrüatlı olaraq öyrənər.

Allahın qulundan ən birinci istədiyi onun bütün həyatı boyu Özünü razı salmağı qarşısına məqsəd qoyması və həmişə bunu dərk etməsidir. Bunun üçün də, adam hər hadisə qarşısında nəfsinin istəklərini deyil, Allahın rizasını üstün tutmalıdır. Əks təqdirdə, Allahı deyil nəfsini ilahlaşdırmış olar ki, ayədə bu vəziyyət belə ifadə edilir:

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Furqan surəsi, 43)

Buna görə də mömin həyatı boyu qarşısına çıxan hər hadisədə, hər düşüncədə, hər rəftarda, hər hərəkətdə bu alternativləri qiymətləndirir və ayədəki kimi nəfsinin istəyinə deyil, Allahın rizasına tabe olar.

Nəticədə bu dünyada Allaha lazım olduğu kimi qulluq etmiş olan bir mömin Allahın rizasını qazanmış və Allahın rəhmətiylə cənnətinə layiq gördüyü seçilmiş bir adam halına gəlmiş olaraq sonsuz xoşbəxtlik və mükafata qovuşmağı ümid edə bilər. Bu nəticədən də aydın olacağı kimi adamın Allaha qulluq etməsinin yalnız özünə faydası vardır. Allahın heç kimin ibadətlərinə, yaxşılıqlarına, gözəl əxlaqlı olmasına ehtiyacı yoxdur. Ayənin ifadəsiylə “...Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur”. (Ənkəbut surəsi, 6)

Quranla Yaxşı Və Pisin, Doğru Və Səhvin Nə Olduğu Bildirilir

Kuran ile İyi ve Kötünün, Doğru ve Yanlışın Ne Olduğu Bildirilir

İnsanlar yaşadıqları hadisələri Qurana görə qiymətləndirmədikləri təqdirdə, çox fərqli meyarlara sahib olarlar. Hadisələri qiymətləndirmədikləri bu fərqli meyarlar isə insanları olduqca səhv və zərərli nəticələrə gətirib çıxarar. Məsələn, ilk dəfə cinayət törətmiş biri digərlərinə görə günahsızdır. Bir oğruya görə bir qatil pisdir, amma özü yaxşıdır, bir qatildən soruşduqda isə o bunu həyatında bir dəfə etmişdir, buna görə də o qədər pis niyyətli deyil. Ona görə bunu peşə halına gətirənlər pisdir, professional bir qatildən soruşsanız o da öz gördüyü işi bəlkə də başqa bir pis işlə müqayisə edəcək və günahsız görəcək. Bu meyar xalq arasında da eynilə belədir. Dedi-qodu edən biri bəlkə də yalnız tək mənfi cəhətinin bu olduğunu, amma onu da pis məqsədlə etmədiyini, kinli biri yalnız haqlı olduğu məqamlarda kin saxladığını, əslində yaxşı ürəkli olduğunu iddia edəcək. Bu cür daha bir çox nümunəyə rast gəlmək mümkündür. Nəticədə bu insanlar özlərindəki pis əxlaq xüsusiyyətlərini qəbul etmədikləri kimi, özlərini olduqca yaxşı və günahsız görərlər. Halbuki, bu sayılan bəhanələrin hamısı boş şeydir və bəhsi keçən insanların hamısı əhəmiyyətli bir yanılma içindədirlər. Çünki bir insanın haqlı olduğunu göstərən şey, yalnız Allahın endirdiyi kitaba uyğun davranmasıdır. Bunun əksinə, yəni Quran əxlaqına zidd bir rəftar göstərdikdə isə, bu insan nə bəhanə ortaya atarsa atsın günahkardır, xətalıdır.

Məlum olduğu kimi insanın içində vicdan və nəfs deyilən iki şey vardır. Vicdan, insana həmişə yaxşı və doğru olanı ilham edər, nəfs isə pis və Allahın razı olmadığı rəftarları təlqin edər. Vicdanı tam istifadə edə bilmək də ancaq güclü bir iman və Allah qorxusu ilə mümkündür.

Məhz din əxlaqı, insanın doğrunu səhvdən fərqləndirə bilməsinə imkan verəcək şüur və vicdanı qazanmasını təmin edər. İnsan ancaq Allahın dinində bildirdiklərinə iman etdiyi və lazım olduğu kimi tabe olduğu təqdirdə sağlam bir düşünmə, mühakimə yürütmə və ağlını işlətmə qabiliyyətlərindən tam mənasıyla istifadə edə bilər. Məsələn, Quranda təsvir edildiyi kimi Allah qorxusuna sahib olan bir möminə doğrunu səhvdən ayırd etmə qabiliyyəti verilir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Bütün insanların həqiqi yaxşı və həqiqi pis əməli öyrənə biləcəyi yeganə mənbə Qurandır:

Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! (Furqan surəsi, 1)

Quranda yaxşı və pis əməllərin nə olduğu və vicdanımızdan necə istifadə etməli olduğumuz ayrı ayrılıqda təsvir edilir. Məsələn, bir ayədə həqiqi yaxşı əməl anlayışının çox geniş bir tərifi verilir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

İnsanların atalarından, ailələrindən, ətraflarından eşitdikləri, gətirdikləri hər cür inanc Qurana uyğun olmadığı müddətcə səhvdir. Məsələn, xalq arasında bəzi ifadələr vardır ki, bunlarla o insanın nə qədər yaxşı olduğu ifadə edilir. “Qarışqanı belə əzməz” cümləsi bunlardan biridir. Halbuki, bir insan qarışqa əzməyəcək qədər həssas olub Qurana tabe olmursa, o həqiqətdə yaxşı bir insan deyil. Əhəmiyyətli olan Quranda yaxşı əməl olaraq təsvir edilən davranışları etmək, yenə Quranda təsvir edilən pis əməllərdən çəkinməkdir. Xalq arasında dilənçiyə pul vermək, uşaqlara kömək etmək, xəstə bir insan gördükdə canı yanmaq dindar olmaq üçün kifayət edər. Halbuki, Quranda bizə bunların tək başına həqiqi bir mömin olmaq üçün kifayət etmədiyi təsvir edilir. Həqiqi mömin Qurana əskiksiz olaraq tabe olan, bütün həyatını Allahın razı olacağı şəkildə keçirən adamdır.

Quranla Bizə Bu Dünyanın Həqiqi Mahiyyəti Öyrədilir

Quran əxlaqıyla bizə məqsədimizin yalnız Allaha qulluq etmək olduğu bildirilməklə yanaşı, bu məqsəd üçün imtahan olunacağımız da xəbər verilir. Dünyanın bu “imtahan” üçün xüsusi olaraq hazırlanmış bir sınaq mühiti olduğu bütün incəlikləriylə təsvir edilir. Buna görə də bu imtahanın tələbi olaraq, dünyada imtahan məqsədiylə yaradılmış şeylərə bağlanıb azmamaq mövzusunda insanlar xəbərdar edilir və dünya həyatı “aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali İmran surəsi, 185) deyə bildirilir. Quranda dünya həyatının həqiqi mahiyyətini izah edən bir çox ayə vardır. Bunlardan bəziləri belədir:

Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır. (Təğabun surəsi, 15)

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz? (Qəsas surəsi, 60)

Dünya hayatı

Allah, Kuran'da insanlara dünya hayatının geçici bir yer olduğunu, onlara ulaşan her nimetin birer imtihan vesilesi olduğunu bildirmektedir.

İnsanlara dünyada fərqli dərəcələrdə verilən hər cür vəzifə, məqam, sosial statuslar, maddi imkan, zənginlik, kasıblıq kimi mövqelərin də yalnız insanları imtahan vasitəsi olaraq verildiyi Quranda izah olunur. Bu mövzudakı ayələrdən biri belədir:

Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 165)

Ölümün və həyatın yaradılış hikmətinin insanların imtahan olunması olduğu, yenə bizə Quranda belə bildirilir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Bu dünyada insanın başına gələn hər cür yaxşılıq və pislik onun imtahan edilməsi üçündür. (Ənbiya surəsi, 35). İnsana verilən ya da özündən alınan nemətlərin də hamısı bu imtahanın bir hissəsidir:

İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər. (Fəcr surəsi, 15-16)

Göründüyü kimi yuxarıdakı ayədə başına gələn hadisələrdə gizlənən hikmətləri qavraya bilməyən, imtahan olunduğunu dərk etməyən, dünyanın həqiqi mahiyyətindən xəbərsiz, şüursuz bir kimsənin dünyagörüşü xəbər verilir.

Möminlər isə şüursuz kəslərlə eyni mövqeyə düşməmələri mövzusunda Quranın bir çox yerində xəbərdar edilər və həmişə həqiqi məqsədləri özlərinə xatırladılar:

Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. (Taha surəsi, 131)

Görüşme

Allah'ın Kuran ile bildirdiği gerçeklerden haberdar olmayan kişiler kendilerine deneme olarak verilen nimetlerin artması karşısında şımarırlarken eksilmesi durumunda hüzne kapılırlar.

Lakin din əxlaqıyla bildirilən bu həqiqətlərdən xəbəri olmayan, ya da bu həqiqətləri qavraya bilməyən cahil təbəqə özünə imtahan üçün verilən nemətlər qarşısında qürrələnər və ehtirasa qapılarlar. Bu nemətlərdən əllərindən gəldiyi qədər faydalanmağa və həyatları boyu bunların arxasınca getməyə çalışırlar. Başlarına gələn bəla və çətinliklər qarşısında isə ümidsizliyə qapılıb, ziyana düşməklə fəryad edərlər. Allah inkar edənlərin bu vəziyyətini Quranda belə təsvir edir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” – deyər və sevinib lovğalıq edər. (Hud surəsi, 9-10)

Hər şeyi və hər hadisəni Allahın özlərinə izah etdiyi, təsvir etdiyi şəkildə qiymətləndirən möminlər isə hər vəziyyətdə Allaha üz tutarlar və həmişə axirət yurdunu xatırlayar, həqiqi yurdlarına qovuşmağın həsrətini çəkər və bunun üçün səy göstərərlər. Buna görə də nə nemət qarşısında qürrələnib azar, nə Allahın hüdudlarını aşar, nə də bir çətinlik ya da məhrumiyyət vəziyyətində kədərlənib, ümidsizliyə qapılarlar. Özlərinə verilən hər nemətin və ya hər çətinliyin, Allahın bəyəndiyi rəftarları göstərib-göstərməmələri mövzusunda imtahan olduğunu bilirlər və Quranda özlərinə öyrədildiyi kimi davranırlar. Başlarına gələn hər bir hadisəni Quranın bu ayəsini dərk etməklə qiymətləndirərlər:

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Məhz bu məqamda Quranın insanlara göndərilmiş nə qədər böyük bir rəhmət olduğu aydın olur. Çünki insanlar bəhs edilən həqiqətləri, Allah Qatından gələn Quran vasitəsiylə ən doğru şəkildə öyrənmiş olarlar.

Əsl Həyatın Axirət Yurdu Olduğunu Qurandan Öyrənərik

İnsanların hisslərindən uzaq mövzular haqqında öz başlarına məlumat sahibi olmaq imkanları yoxdur. “Gələcək” də bunlardan biridir. Heç kim sabah nə edəcəyini, harada olacağını, başına nələr gələcəyini heç vaxt qəti olaraq bilməyəcəyi kimi, gecə yatdığı vaxt səhər oyana biləcəyindən, hətta bir dəqiqə sonra həyatda olub-olmayacağından əmin ola bilməz. Məhz insanlar bu məhdud məlumatlardan ötrü hər dövrdə gələcəklə maraqlanmışlar. Bu marağın ən böyük hissəsi, ölümdən sonrakı həyatda özlərini nələrin gözlədiyi olmuşdur.

Əlbəttə ki, bu sualların hamısının ən doğru cavabını, dünyanı, insanları, ölümü, qiyamət gününü, cənnəti, cəhənnəmi, keçmişi və gələcəyi, sonsuz axirət həyatını yaradan Allah Quranda bildirir. Allah, kainatı və içindəki bütün varlıqları yoxdan var etmiş və hər an da mövcudluğunu qoruyur. Kainatın meyarlarından biri olan zamanı da yaratmış və yaratdıqlarını ondan asılı etmişdir. Allah, yaratmış olduğu zamandan münəzzəhdir; zaman və məkan anlayışlarından uzaqdır. Allah hər şeyi zamansızlıq ölçüsündə diləmiş və müəyyən bir tale ilə yaratmışdır. Bizim üçün keçmiş ya da gələcək olan hər şeyi Allah tək bir an olaraq bilir və yaradır. Gələcək də daxil olmaqla insanın hissləriylə qəbul edə bilmədiyi hər şey Quranda “qeyb” (gizli, örtülü) olaraq adlanar. (Tale mövzusunda geniş məlumat toplamaq üçün yazıçının “Zamansızlık ve Kader Gerçeği” adlı kitabına müraciət edə bilərsiniz.)

Mezarlık

Her canlı varlık Allah'ın belirlediği süre geldiği zaman mutlaka ölecektir ve Allah'ın karşısında dünyada yaptıklarıyla ilgili olarak tek başına hesap verecektir. Bu gerçeği Allah Kuran'da haber verir.

Məhz axirət də insanlar üçün bu dünyada olduqları müddətcə bir qeybdir. Quranla insanlara axirətin varlığı bildirildiyi kimi, axirət haqqında da ətraflı məlumatlar verilir. Ölümdən sonra nələr olduğu mövzusunda hər dövrdə filosoflar, mütəfəkkirlər bir çox fərziyyələr irəli sürmüşlər. Həmçinin hər cəmiyyətin mədəniyyətində bu mövzuda çox sayda əfsanələr, xurafatlar mövcuddur. Amma bu mövzuda ən doğru və qəti məlumat insanlara yenə haqq dinlər vasitəsiylə bildirilmişdir.

Bu dünyanın keçici bir imtahan yeri olduğu, həqiqi həyatın isə əbədi olaraq axirətdə yaşanacağı insanlara haqq dinlərlə xəbər verilmişdir. İnsanların bu dünyada etdikləri əməllərin əvəzini axirətdə alacaqları, edilən heç bir yaxşı və ya pis əməlin əvəzsiz qalmayacağını Quranla öyrənirik. Bu dünyada haqq dinin tələb etdiyi kimi yaşayan, Allahın istədiyi, bəyəndiyi kimi davrananların axirətdə mükafatlandırılacaqlarını, din əxlaqının tələblərini yerinə yetirməyənlərin isə sonsuz bir cəhənnəm əzabına məruz qalacaqlarını da Quranla öyrənərik.

Quranla bizə ölüm anından, qiyamət saatına, hesab günündən cənnət və cəhənnəm həyatının ən incə təfərrüatlarına qədər axirət mövzusunda lazımlı hər cür məlumat verilir. Ən son ilahi kitab olan Quranda bizə axirət həyatı müxtəlif formalarda təsvir edilir və həqiqi yurdun axirət yurdu olduğu belə xatırladılır:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)

Tatil

İşte, göğün ve yerin Rabbine andolsun ki, şüphesiz, o (size va'dedilen) sizin (aranızda) konuştuklarınız kadar, elbette kesin bir gerçektir.
(Zariyat Suresi, 23)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Din Əxlaqi İnsana və Cəmiyyətə Nələr Qazandirar?
  • Dinin Göndərilmə Səbəbləri
  • Quran Əxlaqinin Cəmiyyət Həyatina Təsiri
  • Dinsizliyin İnsan Üzərindəki Təxribatlari
  • İctimai Problemlər Din Əxlaqinin Yaşanmasiyla Həll Olunar
  • Nəticə: Həll Yolu Quran Əxlaqidir
  • Təkamül Yalanı