İnsan necə yaranmışdır? İnsanın dünyada olmağının məqsədi nədir? Ölüm nədir? Ölümdən sonrakı həyatda insanı necə bir həyat gözləyir? Dünyadakı həyatın mənbəyi nədir? İnsan bədəni, heyvanlar, bitkilər, kainatdakı mükəmməl nizam necə var olmuşdur? Yaxşı, pis, doğru, səhv nələrdir? Bu sualların cavablarını haradan öyrənə bilərik?
İnsanlar əsrlər boyu bu kimi sualların cavablarını axtarmış, bunlar haqqında düşünmüş və müzakirələr aparmışlar. Halbuki, bu suallara hər dövrdə ən doğru cavabı filosoflar deyil, Allah Qatından endirilmiş “həqiqi din” vermişdir.
Tarix boyunca insanlar tərəfindən ortaya atılmış bir çox batil din olmuşdur: Sintoizm, buddizm, şamanizm, bütpərəstlik bunlardan bəziləridir. Batil olan bu dinlər ancaq bir fəlsəfə və ya fikir cərəyanı olaraq qalmışdırlar. Bu dinləri ortaya atan kəslər də bir qədər əvvəlki suallara cavablar axtarmışlar, öz aləmlərində cavablar tapmışlar, lakin bunların heç biri qəti və əsaslı bir həll təmin edə bilməmişdir.
Haqq dinləri digərlərindən (batil dinlərdən) ayıran ən əhəmiyyətli fərq; ilahi mənbəli olmalarıdır. Allah haqq dinin insanlar tərəfindən uydurulmuş digər dinlərdən, fəlsəfi və ya sosioloji sistemlərdən üstün olduğunu Quranda belə bildirir:
İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff surəsi, 9)
İlahi mənbəli dinlərdən bu gün mənsubu olanlar yəhudilik, xristianlıq və islamdır. Başlanğıcda hər üçü də Allah Qatından endirilmişdir, lakin xristianlıq və yəhudilik bu dinləri təbliğ edən peyğəmbərlərdən sonra təhrif olunmuşdurlar.
Xristianlıq və yəhudilikdəki təhrif, ilk növbədə bu dinlərin kitablarında, yəni incil və tövratda baş vermiş, bu ilahi kitablara əlavə və çıxarışlar edilmiş, bunlar saysız-hesabsız təhrifə məruz qalmış, nəticədə bir-birindən fərqli bir çox incil və tövratlar ortaya çıxmışdır. Bu ilahi kitabların orijinalları isə zamanla itmiş və unudulmuşdur. Bu dinlərin təhrif olunmasından sonra Allah qiyamətə qədər məqbul olacaq ən son ilahi kitab Quranı göndərmiş və onu hər cür təhrifdən qoruyacağını bildirmişdir:
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Quran, Allahın qorumasıyla 14 əsrdən bəri heç bir təhrifə məruz qalmadan dövrümüzə qədər gəlib çıxmışdır. Quranın ilk yazılı nüsxələriylə bu gün əlimizdə olan vəziyyəti arasında heç bir fərqin olmaması, tək bir hərfinin belə dəyişməmiş olması, dünyanın dörd bir tərəfindəki oxunan Quran kitablarının hamısının eyni olması, Allahın bu son ilahi kitabı xüsusi olaraq qoruduğunun dəlillərindəndir.
Allah daha əvvəl də müxtəlif dövrlərdə qatından bir elçi göndərərək, bəzən də kitab endirərək insanları xəbərdar etmişdir. İlk insan olan hz. Adəmi də, Allah elçi olaraq yer üzünə göndərmişdir. Bundan sonra da Allah yer üzünə bir çox elçi göndərmiş, kitablar endirmişdir. Bu həqiqət Quranda belə xəbər verilir:
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin... (Bəqərə surəsi, 213)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah dinini insanlara kitabları və elçiləri vasitəsilə bildirir. Elçilər insanları bir tərəfdən haqq-hesab günü və sonsuz cəhənnəm əzabıyla xəbərdar edib qorxutmalarıyla bərabər, digər tərəfdən də sonsuz cənnət həyatıyla müjdələyirlər. İnsanı yaradan Allah, şübhəsiz ki, onun dünyada necə bir sistemdə, mühitdə rahat olacağını da ən yaxşı biləndir. Buna görə də qullarından istədiyi həyat tərzi və əxlaq modeli əslində onların həm dünyada ən gözəl şəkildə yaşamalarını təmin edər, həm də axirət həyatlarını qazanmalarına vəsilə olar. Bir sözlə, din əxlaqı, istər ictimai, istərsə də fərdi olaraq insanların ən ideal quruluşa nail olmaları üçün Allahın rəhmətinin bir təcəllisi olaraq göndərilmiş bir sistemdir.
Allah insanlara sayısız nimetler vermiştir. Onlara doğruyu anlatan elçiler ve kitaplar göndermiş olması da dünyadaki nimetlerden biridir. |
Haqq dinlər göndərildikləri dövrlərin mühit və tələblərinə görə fərqli hökmlər ehtiva etmiş olsalar da, əsasən eyni inanc və əxlaqi modeli insanlara təqdim etmişlər. Hamısı, Allahın varlığı, birliyi, sifətləri, insanın və bütün varlıqların yaradılış məqsədləri, Allaha necə qul olmalı olduğu, Allahın bəyəndiyi ideal rəftar, davranış və həyat forması, yaxşı, pis, doğru, səhv anlayışlarının nə olduqlarını, insanın dünyadakı həyatını necə qurması, sonsuz həyatı üçün nə etməli olduğu və bunlar kimi həyati mövzularda eyni əsas həqiqətləri insanlara çatdırmışlar.
Allah qatında haqq olan din təkdir. Hz. Adəmdən etibarən insanlara göndərilən haqq dinlərin hamısının əsası İslam, yəni “Allaha təslim olmaq”dır. Bu həqiqət Quranda belə bildirilir:
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!... (Ali İmran surəsi, 19)
Müsəlmanlar və kitab əhli -yəhudilər və xristianlar- fərqli şəriətlərə sahibdir. Ancaq istər yəhudi və xristianlardan, istərsə də müsəlmanlardan səmimi olaraq iman edənlər, eyni təməl dəyərlərə görə yaşayarlar: Allaha qəti olaraq iman etmək; Allaha heç bir şeyi şərik qoşmamaq; Allahın rizası, rəhməti və cənnəti üçün yaşamaq. Bütün cəmiyyətlər Allahın əmrlərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rizası üçün Rəbbimizə könüllü surətdə təslim olub xeyirxah işlərdə yarışmaqla məsuldurlar. Allahın varlığına və birliyinə inanan, qəti olaraq axirətə iman edən və saleh əməllər edən hər üç ilahi dinin mənsubları da, əslində Rəbbimizin hz. İbrahimə endirmiş olduğu haqq dinə tabe olurlar.
İnsanlar tarih boyunca Allah'a iman etmeye davet edilmişlerdir. Bu davete uymayanlar ahirette cehennem ile karşılık göreceklerdir. |
...O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı... (Həcc surəsi, 78)
Tarix boyu bütün peyğəmbərlər Allah qatında haqq olan tək bir din əxlaqını insanlara təbliğ etmişlər. Hz. İbrahim, hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. İsa, hz. Nuh, hz. Şüeyb və digər peyğəmbərlərin hamısı, insanları bir və tək olan Allaha şərik qoşmaqdan iman etməyə, yalnız Onun rizası üçün yaşamağa və Onun əmrlərini yerinə yetirməyə dəvət etmişlər. Bir ayədə belə bildirilir:
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Göründüyü kimi, yəhudilərə və xristianlara -bəzi hökm fərqləri olmaqla birlikdə- endirilən din əslində eynidir. Hər üç dinin mənsubları da, əslində hz. İbrahimin nəvələridir. Yəhudi və xristianlar da eynilə müsəlmanlar kimi, heç şərik qoşmadan hz. İbrahimin hənif (Tövhid; tək Allaha inanıb, yalnız Ona qulluq etmək) olan dininə tabe olmaqla məsuldurlar. Bir Quran ayəsində Rəbbimiz, bütün iman edənlərə hz. İbrahimin dininə tabe olmaqla məsul olduqlarını belə bildirir:
Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (Bəqərə surəsi, 135)
Quranda, peyğəmbərlərin hər dövrdə eyni əsas ibadət və inanc sistemini təbliğ etdikləri bildirilmişdir:
- Hz. Zəkəriyya üçün, “O, mehrabda durub namaz qılarkən...” (Ali İmran surəsi, 39)
- Hz Şüeyb üçün, “Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?...” (Hud surəsi, 87)
- İsmayıl peyğəmbər üçün, “O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi...” (Məryəm surəsi, 55),
- İshaq və Yaqub peyğəmbərlər üçünsə “...Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik...” (Ənbiya surəsi, 73) deyə bəhs edilir.
- Başqa bir ayədə, “Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın... – deyə vəhy etdik” (Yunis surəsi, 87) şəklində bir ifadə yer alır.
- İsa peyğəmbər Allahın ona olan əmrlərini sayarkən isə belə deyir: “...mənə namaz qılıb zəkat verməyi əmr etdi” (Məryəm surəsi, 31).
- Yenə Quranda hz. Loğman oğluna, “Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə...” (Loğman surəsi, 17) və “...Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman surəsi, 13) deyə öyüd-nəsihət verir.
- Hz. Məryəm üçün də, “ey Məryəm! Rəbbinə itaət et, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran surəsi, 43) deyə buyrulur.
Bunlar yalnız müəyyən əsas ibadətlər və inanclar mövzusunda Quranda olan bəzi nümunələrdir və bu nümunələr çoxaldıla bilər. Bunun səbəbi bütün peyğəmbərlərə əslində eyni haqq dinin vəhy olunmasıdır. Bu haqq dinin əsas və dəyişməz hökmləri bir ayədə belə təkrarlanır:
Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! (Beyyinə surəsi, 5)