Pislik, haqsızlıq, kədər, pessimizm, çətinlik, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, qəzəb, qısqanclıq, kin, narkotik asılılığı, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, kasıblıq, korrupsiya, oğurluq, döyüş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma, zülm...
Bütün bunlar demək olar ki, hər gün qəzet və televiziya verilişlərində gördüyünüz, gündəlik həyatda qarşılaşdığınız hətta şəxsən yaşadığınız problemlərdəndir.
İnsanların və cəmiyyətlərin xilas olmağa çalışdığı, hər sahədə mübarizə apardıqları bu cür mənfi hallar, qarşıdurmalar və gizli ictimai strukturlar, dünyada əsrlərdən bəri hakimdir
Bəs insanlar bu mənfi hallarla indiyə qədər mübarizə aparmışdırlarmı ya da aparmaq üçün bir səy göstərmişdirlərmi? Əlbəttə ki, dünyanın demək olar ki, hər dövründə insanlar bu qeyd olunan mənfi hallarla üz-üzə gəlmiş, bunlarla mübarizə aparmışlar, ancaq çarəni həmişə səhv üsullarda axtardıqları üçün heç cür həll tapa bilməmişlər.
Şübhəsiz ki, bu mənfi halların tək həll yolu “həqiqi din əxlaqı”nın yaşanmasıdır. Din əxlaqı yaşanmadığı müddətcə insanlar bu mənfi hallara məhkumdur. Çünki bu, “dinsizliyin kabusu”dur.
Bu kitabda Allahın insanlara endirdiyi Quranda təsvir edilən “gözəl əxlaq” modeli yaşandığı təqdirdə “dinsizliyin kabusu”nun, yəni pisliklərin, pessimizmin, ictimai narahatlıqların qarşısının necə alınacağını, mənfi halların necə ortadan qalxacağı, ideal mühitə necə nail olunacağı, insanların maddi-mənəvi nə kimi qazanclar əldə edəcəkləri və bütün bu mənfi hallardan xilas ola bilmək üçün Quran əxlaqının tək alternativ həll olduğu izah edilir.