Dinsizliyin “Oda Çağiran” Liderləri

İnsanları tarixən haqq yoldan sapdıran, onlara Allahı və dini inkar etməyi əmr edən, zalım və dikbaş xarakterli liderlər olduğu Quranda bildirilmişdir. Allah bir ayəsində bu insanları “…oda çağıran rəhbərlər...” (Qəsas surəsi, 41) kimi tanıtmışdır. Bu xüsusiyyət Quranda izah edilən hz. Musa hekayəsində, Firon adıyla qarşımıza çıxır. Lakin bu zorakı xarakterə bütün tarix boyu rast gəlmək mümkündür. Dinsizliyin liderliyini yerinə yetirən bu insanların demək olar ki, hamısı yaşadıqları cəmiyyətlərə qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla onları dindən uzaqlaşdırmış və insanları dünyada və axirətdə məhvə məhkum etmişlər.

Əsrimizdə Firon ilə eyniləşənlərin başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Tse Tunq, onların baniləri Karl Marks və Fridrix Engels, bütün Avropanı qana bulayan mərhəmətsizliyi ilə tanınan Adolf Hitler kimi dinsiz və zalım liderlər gəlir. Çarlz Darvin isə bütün bu zalım liderlərin fikirlərini, ortaya atdığı təkamül nəzəriyyəsi ilə faydalandıran və dinsizliyə fərqli bir istiqamətdən liderlik edən bir addır.

Quranda xəbər verildiyi kimi tarixən Allahın elçiləri və saleh möminlər, bir birliyi xəbərdar etməklə vəzifələndirildikdə qarşılarına çətin düşmənlər kimi həmişə bu dikbaş karakterdeki liderlər çıxmışdır. Buna görə də elçilər göndərildikləri qövmlə deyil, qövmü öz təsiri və nəzarəti altında saxlayan “diktator” xarakterli liderlərlə fikri mübarizə aparmışlar. Çünki dinsizliyin liderlərinin razı salınmaları və ya fikirlərinin təsirsiz hala gətirilməsi, onlara inanan birliklərin da razı salınmaları deməkdir. Buna görə də elçilər ilk növbədə qövmün qabaqcılları ilə görüşmüş, onlara öz fikir və rəylərini bildirmişlər. Ayələrdə hz. Musanın din əxlaqını izah etməsi üçün ilk növbədə Firona göndərildiyi belə bildirilir:

Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik. Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki, Fironun əmri doğru yol göstərən əmr deyildi. (Hud surəsi, 96-97)

Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu. (Əraf surəsi, 103)

Yuxarıda bəhs etdiyimiz səbəblərə görə dinsizliklə mübarizədə liderlər çox əhəmiyyətli bir yerə malikdir. Daha əvvəl ifadə etdiyimiz kimi, indiki vaxtda dinsizliyin ən əhəmiyyətli cəbhəsi materializmi əsas götürən kommunizm, anarxizm kimi sistemlər və bütün dinsiz ideologiyalara dayaq olan təkamül nəzəriyyəsidir. Bu fikri cərəyanların və təkamül nəzəriyyəsinin baniləri də dövrümüzdəki dinsizliyin əsl liderləridir. Artıq bu liderlərin həyatda olmamalarına baxmayaraq, onların təsirləri hələ də qalır. Onların insanlar üzərindəki pis təsirləri hələ də davam edir və bəzi dairələr tərəfindən bu təsirin uzunmüddətli olmasına çalışılır. Elə isə dinsizliklə mübarizədə bu liderlərin həqiqi üzlərinin və məqsədlərinin ortaya qoyulması olduqca əhəmiyyətlidir. Bu mövzunun əhəmiyyətinin daha yaxşı başa düşülməsi üçün Qurandan və yaşadığımız əsrdə olan nümunələrdən misal gətirməklə “oda çağıran” dinsiz liderlərin bəzi xüsusiyyətlərinin və üsullarının araşdırılmasında fayda vardır.

Dinə Düşmən Olmalari və Zorakiliqdan İstifadə Edərək Xalqin İman Etməsinə Mane Olmalari

Materializmi mənimsəyən və siyasi sistemlərini materializm üzərində quran Lenin, Stalin, Trotski və Mao kimi liderlərin ən böyük hədəfləri, dini aradan qaldırmaq olmuşdur. Əslində kommunizmin fikri atası olan Karl Marksın bu sözləri materialistlərin dinə olan dünyagörüşlərinin bir xülasəsidir:

Din xalqın tiryəkidir... Xalqın aldadıcı xoşbəxtliyi olaraq, dinin aradan qaldırılması xalqın həqiqi xoşbəxtliyinin elan olunduğu tələbdir.(16)

Marks, Engels və Leninin sitatlarının yer aldığı Anarxizm və Anarko Sendikalizm adlı kitabda isə kommunizmin din qarşısında göstərməli olduğu rəftar belə izah olunur:

Marksizm materializmdir. Bu xüsusiyyətiylə 17-ci əsr ensiklopediyaçılarının materializmi ya da Feuerbaççın materializmi qədər olduqca din düşmənidir. Bu yalandır. Ancaq Marks və Engelsin materializmi, materialist fəlsəfəni tarixə və ictimai elmlər sahəsinə tətbiq etməkdə ensiklopediyaçılardan və Feuerbaççdan daha irəli getmişdir. Dinə qarşı çıxmalıyıq, bu materializmə görə də Marksizmin “əlifba”sıdır. Amma Marksizm “əlifba” ilə kifayətlənməyən bir materializmdir. Marksizm daha irəli gedər. Belə deyər: Dinə qarşı mübarizə aparmağı bacarmaq lazımdır, bunun üçün də kütlələrə inancını və dinlərin qaynağını materialist yolla izah etmək lazımdır.17

Yuxarıdakı sözlərlə ifadə edilən və Marksla güclənən din düşmənçiliyi bütün kommunist rejimlərin ortaq xüsusiyyəti halına gəlmişdir. Nə qədər ki, Marksın ömrü bu azğın idealını reallaşdırmağa çatmasa da, Lenin onun iyrənc mirasına sahib çıxaraq, din düşməni bir rejim qurmuşdur. Stalin isə bu zalım rejimi kuliminasiya nöqtəsinə çatdırmışdır.

Bu məqsəd istiqamətində, Rusiya və Çində baş verən kommunist inqilab əsnasında məscidlər və ibadətgahlar bağlanılmış, kommunist çevrilişə qarşı çıxan insanlar vəhşicəsinə qətlə yetirilmişdilər. Məsələn, tarixdə ən qanlı qırğınlar törədən Cozef Stalin 20 milyondan çox insanı qəddarcasına öldürtmüşdü. Stalin “ən çox sevdiyim şey, on minlərlə adamın ölüm fərmanını imzalayıb sonra da rahatlıqla yatmaqdır” deyə biləcək qədər mərhəmətsiz bir xarakterə sahib idi. 9 milyonluq ölkədə 3 milyon adamı qətlə yetirən Kambocanın kommunist diktatoru Pol Pot da, Stalin kimi insanlara qarşı həyata keçirdiyi vəhşiliklə tanınan dinsizliyin liderlərindəndir. Albaniyanın kommunist lideri Ənvər hoca isə, ölkəsində hər cür dini inanc və ibadəti ağır cəzalarla qadağan etmiş və “dünyanın sözün əsl mənasında ateist olan ilk dövlətini qurduğunu” elan etmişdir.

Bu liderləri, dinə qarşı duyduqları şiddətli düşmənçilikləri, mərhəmətdən, ürəyi yanmaqdan, sevgi və şəfqətdən uzaq simvollar və qürurları ilə “20-ci əsrin fironları” kimi göstərmək mümkündür. Çünki Firon da iman gətirənləri cəzalandırır və onlara müxtəlif işgəncələr edirdi. Quranda Fironun dikbaş xarakteri bu şəkildə bildirilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. (Şuəra surəsi, 49)

Dinsizliyi Müdafiə Edənlər “Atalarinin Dininə” Tabe Olarlar

Qəddarcasına qırğınlar törədən, qadın, uşaq demədən insanların canına qəsd edən diktatorların arxasından bu qədər çox insanın getməsi düşündürücüdür. Ancaq bu vəziyyət yalnız bizim əsrimiz üçün keçərli deyil. Quranda azğın inanclarından heç cür imtina etməyən insanlardan bəhs edilir və bu inanclar üçün “ataların dini” ifadəsindən istifadə olunur. İnkarçılar nə vaxt Allahın dininə tabe olmağa dəvət edilsələr, elçilərə öz dinlərini tərk edə bilməyəcəklərini, çünki atalarını bu dinə tabe olduğunu gördüklərini deyirlər. Bu ayələrdən bəziləri belədir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar. (Bəqərə surəsi, 170-171)

Hər cür dini və mənəvi dəyəri rədd edən dövrümüzün inkarcılarının vəziyyəti yuxarıdakı ayələrdə aydın şəkildə ifadə edilir. Onların mənimsədikləri dinlər də əslində “dinsizliyin dini”dirlər. Necə ki, dövrümüzdəki dinsizlər, atalarını, yəni Çarlz Darvini, Lenini, Stalini və Maonu bu dinə inanıb, bu dinin məbudlarına ibadət edərkən gördükləri üçün bu inanclarından heç vaxt imtina etməzlər. Onların ataları, canlıların cansız maddələrdən yarandığına, yer üzündəki bütün canlıların bir-birlərindən təsadüflər nəticəsində törədiklərinə, hər şeyi yoxdan var edən bir Yaradıcının olmadığına inanırdılar. Bu anlayışı müdafiə edənlər, təsadüflərin və təbiətin bir yaradıcı olduğuna, bir şüura və ya ağıla sahib olmayan bu iki gücün şüurlu və ağıllı seçimlər edə bildiyinə, yalnız maddənin mütləq olduğuna, əzəli və əbədi olduğuna dair batil bir inanca sahib idilər.

Elə dövrümüzdə “atalarının dini”nə tabe olan bəzi kəslər də üzərində heç düşünmədən, elmi baxımdan əsassızlıqları dəfələrlə sübut edilən bu boş sözlərə inanarlar. Üstəlik, iddialarının nə mənaya gəldiyini dərk etmədən, bunları qışqırtı-bağırtılarla, jurnallarında, qəzetlərində nəşr edir, mitinqlərində atdıqları şüarlarla müdafiə edirlər. Çünki ataları onlara bu azğın inancı miras qoyub getmişdir. Allah Quranda, “Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır”. (Zəriyət surəsi, 53) ayəsiylə inkarçıların bir-birlərinə inkarı miras qoyub getdiklərinə diqqət çəkir.

Bu dəyişməz fikir quruluşundakı insanların əksəriyyətinə kitablar dolusu elmi dəlil təqdim edilsə də, üstündə dayandıqları fikirlərin yanlışlığı şifahi və yazılı, müxtəlif formalarda izah edilsə də bu inanclarından imtina etməzlər. Çünki onlar atalarının dininə kor-koranə bağlanmış, buna görə də ağıl, anlayış və mühakimə qabiliyyətlərini itirmişdirlər. Beləcə çox kiçik bir uşağın belə asanlıqla görə bildiyi həqiqətləri görə bilməz hala gəlmişlər. Allah inkarçıların görmə və qavrama qabiliyyətlərini itirdiklərini Quranda belə xəbər vermişdir:

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Atalarinin Saxtakarliqlarinin Göstərilməsi

Materialistlərin və təkamülçülərin “atalarının dininə” bağlılıqdakı fanatik münasibətlərindən xilas ola bilmələri, insanların bu azğın anlayışların təsirindən çıxa bilmələri üçün əvvəlcə bu dinsizliyin liderlərinin əsl şəxsiyyətləri və məqsədləri ortaya qoyulmalıdır. Bunun ən təsirli yolu isə bu kəslərin müdafiə etdikləri fikirlərin əslində elm, ağıl və sağlam fikirlə tamamilə zidd olduğunu bütün dəlilləriylə isbat etməkdir. Həmçinin nümunəvi model olaraq gördükləri bütün bu liderlərin, gözlərində böyütdükləri kimi idealist fikir adamları və qəhrəmanlar olmadıqları, hətta dünyanı qaranlığa aparan əxlaqsızlıqlarıyla məşhur olan kəslər olduqları və qarşıya qoyduqları fikirlərin ağlı başında bir insan tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğu göstərilməlidir.

Quranda oda çağıran liderlər kimi göstərilən bu azğın insanların arxasınca gedənlər, bu həqiqəti heç vaxt unutmamalıdırlar: Bu gün həyatda olmayan Lenin, Stalin, Darvin, Mao, Marks, Engels və digərləri ölüm mələyi canlarını alarkən bütün həqiqəti başa düşmüşlər. Bütün gücün Allaha məxsus olduğunu, insanların məsuliyyətsiz və özbaşına buraxılmadıqlarını, özlərini yoxdan var edən Allaha boyun əydiklərini, ölümün bir yoxluq olmadığını, əksinə ölümdən sonra özləri üçün çətin bir haqq-hesab və sonsuza qədər davam edəcək bir əzab gəldiyini və bundan heç vaxt xilas ola bilməyəcəklərini hamısı görmüşlər.

Bu gün bəhsi keçən kəslərin arxasınca gedənlər bu həqiqətləri hal-hazırda qəbul etməyə bilərlər. Ancaq ölüm mələyi “arxalarına və üzlərinə vura-vura” canlarını alarkən, eyni Firon və məbud qəbul etdikləri liderləri kimi onlar da bu böyük həqiqətləri bütün açıqlığıyla başa düşəcəklər. Ancaq onda çox gec olacaq, nə yalvarmaları, nə geri qayıdaraq etdikləri əməlləri düzəltmək istəkləri, Quranda bildirildiyinə görə, heç bir fayda verməyəcək. Onları cəhənnəm oduna aparan liderlərinə lənət edəcək, onların ən şiddətli əzabla cəzalandırılmalarını istəyəcəklər. Onlara kor-koranə tabe olduqları və Allahın onları xəbərdar etmək üçün vəzifələndirdiyi elçilərini dinləmədikləri üçün çox böyük bir peşmançılıq çəkəcəklər. Əgər dinsizliyin dinindən imtina etməsələr, axirətdə nə ilə yaşayacaqlarını Allah Quranda belə bildirir:

Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə heç vaxt inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”. Özləri haqda yüksək rəydə olanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özləri haqda yüksək rəydə olanlara deyərlər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar. (Səba surəsi, 31-33)

Kafirlərin başçılarına deyiləcək: “Bu sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”. Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!” Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?” Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 59-64)

Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar. Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər. Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq. Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir. Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə-yeksan edək”. (Fussilət surəsi, 25-29)

Allah iman edən və həyatını din əxlaqını izah edərək və Quran əxlaqını nöqsansız yaşayaraq və yaşatmağa çalışaraq keçirən qulları üçün isə belə müjdə verir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? (Fussilət surəsi, 30-33)

Nəticə

Bir insan ömrü boyunca “dinsizliyin dininə” görə yaşamış, hətta din əxlaqına həmişə qarşı çıxmış ola bilər. Ancaq əgər bu insan səmimi olaraq düşünər və vicdanının səsinə qulaq asarsa, Quranın hökmlərinin nə qədər doğru, açıq və asan olduğunu görəcək. Tövbə etdiyi təqdirdə Allahın bütün keçmiş günahlarını bağışlamasını ümid edə biləcək. Unutmaq olmaz ki, heç bir lider heç bir insana şəfaət edə bilməz, heç kim Allahın hüzurunda başqa bir adama fayda verə bilməz. İnsanların tək vəlisi, tək dostu və himayədarı aləmlərin Rəbbi olan Allahdır. Allah ayələrdə bu açıq həqiqəti dərk etmiş kəslərlə əlaqədar olaraq belə buyurur:

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram. Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. (Mömin surəsi, 42-43)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dinsizliyin Dinləri: Materializm və Darvinizm
  • Materializmin Meydana Gətirdiyi Saxta Dinlər
  • Dinsizliyin “Oda Çağiran” Liderləri
  • “Dinsiz Bir Millət Yaşaya Bilməz”
  • Dinsizliyin Dini ilə Mübarizə Üsullari
  • Dinsizliyin Dinlərini Məğlub Edən Həqiqət
  • Nəticə