Maddəçilik ya da indiki vaxtda istifadə edilən adı ilə materializm, çox qədim dövrlərdən bəri mövcud olan fikir sistemlərindən biridir. Materializm, yeganə həqiqi varlığın maddə olduğunu müdafiə edər. Bu batil anlayışa görə maddə əzəldən bəri var və sonsuza qədər də mövcud olacaq. Materializmin ən əhəmiyyətli xüsusiyyəti isə bir Yaradıcının varlığını və hər cür dini, inancı rədd etməsidir. Yer üzündə dinsizliyi özünə əsas prinsip seçən bir çox cərəyan, ideologiya və fikir sistemi mövcuddur. Ancaq materializm, dini inkar edən bu cərəyanların böyük bir hissəsinin əsasını meydana gətirər. Başqa sözlə dinsizliyin ən təsirli dini materializmdir.
Materialist anlayışa, şumerlərdən, keçmiş yunan dinlərinə qədər tarixin hər dövründə rast gəlinmişdir. Ancaq bu batil inanc əsasən XlX əsrdə yayılıb, özünə zəmin hazırlamış, bir fikir sistemi halına gəlmişdir. Çox böyük bir sürətlə yayılan bu materialist anlayışın qarşısında həmişə əhəmiyyətli bir maneə olmuşdur. Maddənin əzəli olduğunu iddia edən materializmin qarşısındakı bu böyük maneə, “kainatın və canlıların necə meydana gəldiyi” sualıdır.
Həmin əsrdə Çarlz Darvinin ortaya atdığı təkamül nəzəriyyəsi, materialistlərin qarşısında bir maneəyə çevrilən bu suala tam da onların axtardıqları, amma əslində heç bir əsası olmayan cavabı vermişdir. Darvinin ortaya atdığı əsassız nəzəriyyəyə görə cansız maddələr öz- özünə təsadüfən bir araya gəlmiş və bunun nəticəsində ilk hüceyrə də təsadüfən yaranmışdır. Darvinizmə görə yer üzündəki canlıların hamısı, bu ilk hüceyrənin təsadüflər nəticəsində təkamülləşməsiylə meydana gəlmişdir.
Darvin bu iddialarıyla əslində elm tarixindəki ən böyük yanılmanın memarıdır. Heç bir konkret elmi tapıntıya əsaslanmayan nəzəriyyəsi, özünün də qəbul etdiyi kimi yalnız bir “düşüncə”dir. Hətta Darvinin, “Növlərin Mənşəyi” adlı kitabındakı “Nəzəriyyənin Çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, təkamül nəzəriyyəsi bir çox əhəmiyyətli sual qarşısında aciz qalmışdır.
Yenə də Darvin elm inkişaf etdikcə nəzəriyyəsinin qarşısındakı bu çətinlikləri aradan qaldıra biləcəyinə və yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyinə ümid etmişdir. Bunu da kitabında tez-tez ifadə etmişdir. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin əsas iddialarını bir-bir qüvvədən salmışdır. Belə ki, təkamül nəzəriyyəsi bu gün, lehinə icra edilən bütün təbliğatlara baxmayaraq, Avstraliyalı məşhur molekulyar bioloq Maykl Dentonun Evolution: A Theory in Crisis (Təkamül, Böhran İçində Bir Nəzəriyyə) adlı kitabında vurğuladığı kimi “böhran içində bir nəzəriyyə”dir.(1)
Ancaq XlX əsrdə təkamül nəzəriyyəsi ilə əlaqədar elmi həqiqətlər məlum deyildi. Və özlərinə elmi bir dəstək axtaran materialistlər üçün bu nəzəriyyə əldən verilməyəcək bir fürsət idi. Çünki Çarlz Darvin, nəzəriyyəsinə əsaslanaraq bir Yaradanın varlığını inkar edirdi. O dövrdə insanın özbaşına təsadüflərin təsiriylə cansız maddələrdən meydana gəldiyi iddiası, materialistlərin ən çox eşitmək istədikləri şey idi.
Təkamül nəzəriyyəsinə gətirdiyi tənqidlərlə və nəşr etdiyi kitablarla elmi dairələrdə çox hörmətli bir yerə sahib olan Çikaqo Universiteti professorlarından Filip Conson, təkamül nəzəriyyəsinin dinsiz fikri cərəyanlar üçün daşıdığı əhəmiyyəti belə izah edir:
...Darvinizmin qəbul edilməsi Allahın varlığının inkar edilməsi mənasına gəlirdi və nəticə etibarilə Allahın vəhyinə əsaslanan dinin əvəzinə təkamülçü naturalizm əsasında yeni bir inanc yaradıldı. Bu yeni inanc yalnız elmin deyil, dövlətlərin, hüququn və əxlaqın da əsas inancını meydana gətirdi, müasirliyin əsas dini fəlsəfəsi hesab olundu.(2)
Bəs Filip Consonun yuxarıdakı sözləriylə də ifadə etdiyi bu dinsiz fəlsəfənin sahiblərinin əsl məqsədləri nədir?
Allahın varlığını və din əxlaqını inkar edən bir cəmiyyət yaratmaq istəyən materialistlər, insanın, qarşısında özünü məsul hiss edəcəyi bir varlığın olmadığını iddia edirlər. Öz səhv anlayışları üzündən, insanın özbaşına və məsuliyyətsiz olmasını və heç kimə hesab vermək məcburiyyətində olmamasını istəyərlər. Materialistlərin bu cahilyana ehtirası, materialist bir elm adamı tərəfindən belə ümumiləşdirilir:
İnsan, kainatda başa düşmək qabiliyyətinə və potensialına sahib tək varlıqdır. Amma şüursuz və ağılsız maddələrin bir məhsuludur. Beləcə öz-özünə yaranmağı bacarmış insan, yalnız özünə qarşı məsuldur. (3)
Yuxarıdakı sitatda ifadə edilənin nə qədər məntiqsiz bir nəticə olduğu, ağıl və vicdan sahibi hər insanın asanlıqla başa düşə biləcəyi bir həqiqətdir. Bu sözlərin sahibi olan materialist elm adamı, insanın yaranmasının öz müvəffəqiyyəti olduğunu iddia edir. Halbuki, aydındır ki, insan yaranmasının heç bir mərhələsində iradədən istifadə etməmiş və qərar vermək səlahiyyətinə də sahib olmamışdır. Allah insanı yer üzündə qüsursuzca var etmişdir. Amma tarixən materialist zehniyyətin özünü “məsuliyyətsiz” hiss etmə ehtirası, onu şüursuz və ağılsız maddələrdən şüurlu və ağıllı planlar gözləmək sayıqlamasına yönəltmişdir.
Həmçinin bunu da xatırlatmaq lazımdır ki, dinsizlərin yuxarıda ifadə edilən bu özbaşına və məsuliyyətdən azad olmaq istəkləri yalnız XlX və XX əsrdə yaşayan materialistlərə və təkamülçülərə aid deyil. Allah Quranda keçmiş cəmiyyətlərdə də eyni düşüncəyə sahib insanların olduğunu bu şəkildə bildirmişdir:
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)
Allah insanı bir damla nütfədən yaratmış, ardınca da ayələrdə də bildirildiyi kimi onu “kamil bir görkəmə salmış”dır. Yəni insanın öz varlığı haqqında hər hansı bir qərar verməyə səlahiyyəti yoxdur, çünki yaradılmışdır. Amma Allahın bu açıq-aşkar lütfünə baxmayaraq, bəzi insanlar yuxarıdakı nümunədə görüldüyü kimi öz iradələri ilə yarandıqları və “özbaşına” olduqlarını iddia edə bilirlər.
Materialist fikir sistemlərinin və təkamül nəzəriyyəsinin “məsuliyyətsiz, özbaşına insan həsrəti”, indiki vaxtda da cəmiyyətə, elm və fikir dünyasına hakimdir. Buna görə də mənəvi dəyərləri heçə sayan, cəmiyyətdəki bərabərlik və nizamı təmin edən bütün əxlaqi dəyərlərə qarşı müharibə elan edən bu səhv anlayışın bir nəticəsi olaraq, getdikcə artan bir sürətlə əxlaqi pozulmaya məruz qalan nəsillər yetişdirilmişdir.
Bu gün elm, materialist düşüncənin və təkamül nəzəriyyəsinin etibarsız olduğunu, heç bir elmi dəlilə əsaslanmadığını, hətta elmi tapıntılar ilə təkzib edildiyini aydın şəkildə göstərir. Ancaq 150 il ərzində təkidlə davam etdirilən ictimai təlqinə görə, materialist düşüncə və təkamül nəzəriyyəsi hələ də bir çox insan tərəfindən sanki sübut edilmiş bir həqiqət kimi müdafiə olunur. Çünki bu anlayışın qabaqcıllarının, Allahın varlığını inkar edə bilmələri, insanları din əxlaqından və hər cür mənəvi dəyərdən uzaq tuta bilmələri üçün materializmə və təkamül nəzəriyyəsinə ehtiyacları vardır. Əks təqdirdə əllərində dinsizliklərini təlqin edə biləcəkləri hər hansı bir material qalmayacaq.
İndiki vaxtda bir çox elm adamı, elmi həqiqətlərə baxmayaraq niyə hələ də təkamül nəzəriyyəsini və materializmi müdafiə etdiklərini əslində açıq-aşkar etiraf edir. Məsələn, Filip Conson, təkamül nəzəriyyəsinin qızğın müdafiəçilərindən və dövrümüzün ən qatı materialistlərindən biri olan Harvard Universitetindən olan genetik Riçard Levontinin bir elm adamı olaraq məqsədini ifadə etdiyi cümləsini nəql etmiş və bu şərhi vermişdir:
Əsl problem insanlara ən yaxın ulduzun nə qədər uzaqlıqda olduğunu göstərmək və ya hansı genlərdə hansı məlumatların olduğu haqqında məlumat vermək deyil... Əsl problem insanların dünya ilə əlaqədar ağılsız və fövqəltəbii izahları rədd etmələrini təmin etməkdir. İnsanların öyrənməli olduqları, bəyənsəniz də, bəyənməsəniz də budur: “Biz, bütün fenomenləri maddələrin arasındakı maddi əlaqələrdən yaranan, maddi bir dünyada yaşayan, maddi varlıqlarıq”. Başqa sözlə insanlar Allahın varlığını inkar edən materializmə inanmalıdır...4
Levontinin bu ifadələri, materialist fikri müdafiə edənlərin əslində necə səhv bir məntiq anlayışına sahib olduqlarını da göstərir. Çünki bu gün elmin ortaya qoyduğu həqiqətlər, materializmin irəli sürdüyü iddiaların ağıl və məntiqlə tamamilə ziddiyət təşkil etdiyini ortaya qoymuşdur. Amma materialistlər hər cür elmi dəlilə baxmayaraq, kor-koranə aludə olduqları inanclarını qorumaqda qərarlıdırlar və bu uğurda xidmətlərini davam etdirirlər. Sidney Universitetindən olan, antropoloq dr. Maykl Volker də təkamül nəzəriyyəsinə niyə xidmət edildiyini belə izah edir:
”Bir çox elm adamı və texnoloqların Darvinin nəzəriyyəsini təsdiq etmələrinin tək səbəbi, bu nəzəriyyənin Yaradanın varlığını rədd etməsi olduğunu qəbul etmək məcburiyyətindəyik.5
Darvinizmin elmdən kənar iddialarını rədd edən məşhur elm adamı Filip Conson isə, darvinizmin niyə elmin dinsiz liderləri üçün “əvəzolunmaz” bir əhəmiyyəti olduğunu və niyə hər nə bahasına olursa olsun onu müdafiə etməyə çalışdıqlarını belə izah edir:
Müasir elmin liderləri, özlərini “dindarlara”, yəni bir Yaradanın varlığına inananlara qarşı başlanılan bir mübarizənin qabaqcılları olaraq görürlər... Darvinizm isə “dinə” qarşı başlanılan bu mübarizədə əvəzolunmaz ideoloji bir rol oynayır. Məhz buna görə də bu gün elmi dairələr, darvinizmi sınaqdan keçirməyi deyil, nə olursa olsun müdafiə etməyi qarşılarına məqsəd qoymuşlar. Elmi tədqiqatların qaydaları da, bu ideologiyanı təsdiqləyəcək şəkildə müəyyənləşdirilir.6
Materialist və ateist fəlsəfənin ən qabaqcıl müdafiəçiləri və bunları bütün dünyaya yaymağı qarşılarına məqsəd qoyan “dinsizliyin liderləri”, Consonun da ifadə etdiyi kimi, Darvinin təkamül nəzəriyyəsini öz ideologiyalarına guya elmi əsas təmin etdiyi üçün müdafiə etmişlər.
Bu vəziyyətin nümunələrinə keçmişdə, təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı günlərdə də rast gəlinmişdir. Məsələn, dialektik materializmin qurucularından, din düşməni olan Fridrix Engels təkamül nəzəriyyəsinin, özünün müdafiə etdiyi fikirlər baxımından nə qədər əhəmiyyətli olduğunu dəfələrlə ifadə etmişdir. Engels, Darvinin Növlərin Mənşəyi kitabını oxuduqdan sonra belə demişdir:
Bizim nəzəriyyəmiz təkamül nəzəriyyəsidir, əzbərlənəcək və mexaniki olaraq təkrarlanacaq bir ehkam deyil.7
Dialektik materializmin digər məşhur adı Karl Marks isə, yaxın dostu Fridrix Engelsə yazdığı bir məktubda darvinizm haqqındakı düşüncələrini belə ifadə etmişdir:
Bizim fikirlərimizin təbii tarixi əsasını ehtiva edən kitab məhz budur.8
Amerikalı botanika professoru Konvey Zirkle isə, kommunizmin qurucuları olan Marks və Engelsin darvinizmi niyə mənimsədiklərini aşağıdakı sözləri ilə izah edir:
Marks və Engels, təkamül nəzəriyyəsini, Darvinin ”Növlərin Mənşəyi” adlı kitabı nəşr olunan kimi mənimsədilər... Təkamül, kommunizmin qurucuları üçün, insanların fövqəltəbii bir gücün müdaxiləsi olmadan necə ortaya çıxması sualına gətirilən cavab idi və buna görə də müdafiə etdikləri materialist fəlsəfənin əsaslarını dəstəkləmək üçün istifadə edilə bilərdi. Üstəlik, Darvinin təkamülü izah etmək forması, yəni təkamülün bir təbii seleksiya müddəti daxilində inkişaf nəzəriyyəsi onlara o vaxta qədər hakim olan dini düşüncələrə qarşı çıxma fürsəti verirdi. Təbii seleksiya nəzəriyyəsi sayəsində, elm adamları təbii dünyanı materialist bir terminologiya ilə izah etmək imkanı əldə edirdilər.9
Bu ifadələrdən də aydın olduğu kimi, materialist bir dünyagörüşünə sahib olan Marks və Engelsin, Darvini dəstəkləmələrinin ardındakı tək səbəb dinə olan düşmənçilikləri idi. Əslində elmi baxımdan heç bir dəyəri olmayan, yalnız Darvinin təxəyyülündən qaynaqlanan bəzi mexanizmləri təkidlə müdafiə etmələri buna görə idi. Necə ki, Fridrix Engels bir kitabında Darvinin nəzəriyyəsini nə üçün əhəmiyyətli gördüyünü belə ifadə etmişdi:
Darvin, bütün təbii varlıqların, bitkilərin, heyvanların və insanın özünün, milyonlarla ildir ki, ənənəvi bir təkamül prosesinin məhsulları olduğunu sübut etmək metafizik təbiət fikrinə ən ağır zərbəni endirdi.10
Göründüyü kimi Engels, təkamül nəzəriyyəsinin yer üzündəki milyonlarla canlı növünün necə yarandığını izah edə bildiyini zənn etmə yanılmasına düşmüşdü. Amma Darvinin nəzəriyyəsinin sübut olduğunu zənn edən və dövrünün elmi cəhətdən yaxşı inkişaf etmədiyini ortaya qoyan yalnız Engels deyildi. Keçmişdə yaşamış kommunist və dinsiz liderlərin ən qanlısı olaraq tanınan Cozef Stalin də tərcümeyi halında təkamül nəzəriyyəsinə verdiyi əhəmiyyətə belə diqqət çəkmişdi:
Məktəblərdəki şagirdlərimizin zehnini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.11
Göründüyü kimi materialist inanca sahib olan fikri cərəyanların və Darvinin təkamül nəzəriyyəsinin şərik olduqları məqam dinsizlikdir. Bu fikri cərəyanları müdafiə edənlərin yeganə məqsədləri insanların hamısına Allahın varlığını inkar etdirməkdir. Allah, “Biz, onları atəşə çağıran rəhbərlər qıldıq; qiyamət günü yardım görməzlər”. (Qəsas surəsi, 41) ayəsiylə insanların inkar etmələri üçün səy göstərən bu liderlərin varlığını Quranda bildirir. (Ətraflı məlumat üçün Dinsizliyin “Atəşə Çağıran” rəhbərləri bölümünə baxın)
Ancaq Allah başqa bir ayədə, insanları inkara sövq edənlərin məruz qalacaqları aqibətə də bu şəkildə diqqət çəkir:
…Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq. (Ənam surəsi, 157)
Materializmin çökdürülməsi, həmçinin dünyada gün keçdikcə daha da çox yayılan dinsizliyin aradan qaldırılması mənasına da gəlir. Bunun üçünsə, insanlara maddənin əzəli və əbədi olmadığının izah edilməsi və təkamül nəzəriyyəsinin elmi baxımdan tamamilə etibarsız bir nəzəriyyə olduğunun yayılması lazımdır. (Kitabın “Maddənin Ardındaki Sirr” hissəsində maddənin əzəli və əbədi olmadığına aid məlumatlar verilir və materialistlərin öz ifadələri ilə bu məlumatlar, “materializmin bütün mədəniyyət fakturasını yox edir”). Bunun sayəsində Allahın varlığını inkar edən düşüncə sistemlərinin hamısı yox edilmiş olacaq.
Bu, materializmi gözləyən qaçılmaz aqibətdir. Allahın bir ayəsində bildirdiyi kimi, “Onların etiqad etdiyi şey (din) məhvə məhkumdur və gördükləri iş batildir”. (Əraf surəsi, 139)
Bəlkə də bu kitabı oxuyanların bəziləri, darvinizm və materializm kimi fikirlərin dinsizliyin ən əhəmiyyətli dayağı sayıla bilməyəcəyini, bir çox insanın bu anlayışlardan heç bir xəbərinin olmadığı halda dinsiz ya da dindən tamamilə xəbərsiz bir həyat yaşadığını düşünə bilər. Bu fikir ilk baxışda doğru kimi görünə bilər: Yaşadığımız əsrə baxdıqda, insanların bir çoxunun heç bir şey düşünməməyə əsaslanan bir həyat yaşadıqları müşahidə olunur. Xüsusilə də gənclər arasında, yalnız çox pul qazanıb əyləncəli həyat yaşamağa əsaslanan səthi bir mədəniyyət inkişaf etmişdir. Bu səthi mədəniyyət daxilində “mən necə yarandım, kim məni yaratdı” kimi suallara yer yoxdur. Bu insanlar nə özlərini Allahın yaratmış olduğunu düşünər, nə də azğın ideologiyalarını dərk edərlər. Başlarını dolduran fikirlər, kino ulduzlarının həyatı, estrada müğənnilərinin qalmaqalları və buna bənzər tamamilə boş mövzulardır. Cəmiyyətin böyük bir qismi də yenə necə yarandıqları kimi “dərin” mövzularla maraqlanmaz. İnsanların bütün fikirləri, öz sözləriylə desək, “dolanışıq dərdi”, ya da oxşar dünyəvi mövzular və aktual məsələlər üzərinə cəmlənmişdir.
Nəticədə cəmiyyətdə darvinizmə inanan, materialist fəlsəfəni şüurlu surətdə mənimsəyən insanların sayı elə də çox olmaz. Bəzi insanların din əxlaqından uzaq yaşamalarının səbəbi, çox vaxt ağıllarının bomboş olmasıdır. Məhz buna görə də, yuxarıda haqqında danışdığımız “Darvinizm və materializm bu qədər əhəmiyyətlidirmi?” sualı doğulur. Ancaq əgər bu mənzərə bir az daha yaxından araşdırılsa, həqiqətdə darvinizmin dinsizliyi yaşadan ən əhəmiyyətli ünsür olduğu aydın olar. Çünki darvinizmi mənimsəyən kütlə, cəmiyyət daxilindəki nisbəti az da olsa, o cəmiyyətə fikri cəhətdən istiqamət verən bir kütlədir. Məsələn, ABŞ-da aparılan bir ictimaiyyət araşdırmasında, cəmiyyətin yalnız 9%-nin ateist təkamülçü olduğu ortaya çıxmışdır. Amma bu 9%-lik təbəqə, universitetlərdə, mətbuatda, rəsmi elm təşkilatlarında və ya film sektorunda hakim vəziyyətdədir. Cəmiyyətə istiqamət verən, təhsil siyasətini müəyyənləşdirən, mətbuat vasitəsilə xalqın şüurunu formalaşdıran təbəqə, böyük miqyasda bəhsi keçən ateist təkamülçülərdən ibarətdir.
Diqqətlə baxsaq, eyni vəziyyətin bir çox ölkədə keçərli olduğu görünər. Bu məqamda maraqlı bir göstərici, kommunist ideologiyanı müdafiə edən kəslərin, fikri və mədəni sahələrdəki göstərdiyi səyləridir. Məlum olduğu kimi bu gün kommunizm, bir neçə ölkədən başqa, siyasi bir sistem olaraq çökmüşdür. Amma həqiqətdə kommunizm hələ də bəzi dairələr tərəfindən tez-tez gündəmdə saxlanılır. Çünki əhəmiyyətli olan kommunizmin fikri əsasını meydana gətirən materialist fəlsəfədir və materialist fəlsəfə hələ də yaşayır.
Kommunistlər də “Marksın iqtisadiyyat nəzəriyyəsində bəzi səhvlər vardı, amma materializm yaşayır” mesajını tez-tez verirlər. Bir çox ölkəyə baxdıqda, kommunistlərin mədəni cəhətdən ciddi bir təşkilatlandıqları, sənət, elm, fəlsəfə kimi sahələrdə olduqca əhəmiyyətli bir təsir yaratdıqları görünə bilər. Nəşriyyatların əhəmiyyətli bir hissəsi, onların nəzarətindədir. Kitab sərgilərində onların fikirləri ön plana çıxır. Böyük media təşkilatlarını istiqamətləndirən, buralarda icmalçı kəslərin əhəmiyyətli bir hissəsi də, “68 qurşağı” kimi tanınan və ya “köhnə tüfəng” olaraq adlandırılan Marksist mənşəli kəslərdir. Bunlar kommunizmin iqtisadi olaraq çökdüyünü qəbul etmələrinə baxmayaraq, materialist fəlsəfəyə olan bağlılıqlarını davam etdirir və öz aləmlərində “din xalqın tiryəkidir” deyə düşünməyə davam edirlər.
Darvinizm, bu kəslərin dinidir. Darvinizmə hər nə olursa olsun kor-koranə inanır və əllərindəki imkanlardan istifadə edərək bu nəzəriyyəni yaşatmaq üçün səy göstərirlər. Cəmiyyətin əhəmiyyətli bir hissəsi “mən necə yarandım” sualı üzərində heç düşünmədən bomboş bir zehinlə yaşaya bilir. Amma bu sualı düşünən insanların çoxu, bir qədər əvvəl də ifadə etdiyimiz kimi kommunist təşkilatlanmaya görə darvinizmlə aldadılırlar.
Gənc bir insan universitetə getdikdə darvinist müəllimlərin təlqininə məruz qalır, kitab sərgilərini gəzərkən darvinist və ateist kitablarla qarşılaşır, bir incəsənət sərgisinə, teatra getdikdə, yenə eyni mesajlara məruz qalır. Beləcə cəmiyyətin təhsilli və şəhərli təbəqəsini təsiri altına alan dinsiz bir mədəniyyət yaradılır. Darvinizm isə bu mədəniyyətin ən böyük əsasıdır.
Bu sehrin təsiri altına düşənlər, darvinizmin elmi bir həqiqət olduğunu zənn edir, din əxlaqını isə guya “xalq təbəqələrinin sahib olduğu ənənəvi bir inanc” kimi görür. Necə ki, Quranda inkarçıların, “Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!” – deyərlər” (Nəhl surəsi, 24) deyə cavab verdikləri bildirilir. Halbuki, həqiqətdə din əxlaqının yaşanması, insanın Yaradanımız olan Allaha dönüb-yönəlməsidir, Rəbbimizin bildirdiyi haqq olan bir həqiqətdir. Amma darvinizmlə aldadılan kəslər, bu həqiqəti qavraya bilməyəcək qədər şüursuzlaşmışdır.
Bu din əxlaqından uzaq mədəniyyətin aradan qaldırılması üçün, darvinizmin və materialist fəlsəfənin elmi üsulla yox edilməsi məcburidir.