Dinsizliyin Dini ilə Mübarizə

97 səhifə.

Bu kitabda dünyada hakim olan materializm, kommunizm kimi ideologiyaları, bunların özlərinə guya elmi dayaq saydıqları darvinizmi və bunlardan başqa dinsizliyə əsaslanan bütün sistemləri “dinsizliyin dinləri” olaraq adlandırdıq. Çünki bu ideologiyalar, inanclarıyla, praktikasıyla, gündəlik həyata istiqamətli normalarıyla dinsiz bir din halına gəlmişlər. Hər birinin sanki məbud kimi gördükləri liderləri, hər bir sözünü əzbərdən bildikləri və heç vaxt dəyişdirilməyəcək bir həqiqət kimi qəbul etdikləri kitabları vardır. Bu saxta dinlər çox böyük bir sürətlə yayılır, sitayiş edənlərin sayı gündən günə artır. Çünki bunların ardınca gedənlər “dinsizliyin dini”ni dünyaya hakim etmək üçün çox ciddi səy göstərirlər.

Ötən 20-ci əsrdə və hal-hazırda yaşadığımız dövrdə, dinsizlik dini bəlkə də tarixdə ilk dəfə bu qədər çox yayılmağa imkan tapmış və bu dinin tərəfdarları da Allahın Quranda bildirdiyi kimi “…kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün…” (Kəhf surəsi, 56) mübarizə aparırlar. Buna görə də xüsusilə bu dövrdə, Quranda təsvir edilən bu şərəfli mübarizədə iştirak etmək, dinsizliyin dininin bütün əsaslarını fikrən qüvvədən salmaq çox böyük bir əhəmiyyətə malikdir.

Allah bu şərəfli vəzifəni boynuna götürən qullarına çox əhəmiyyətli bir müjdə də vermişdir.


Dinsizliyin Dini ilə Mübarizə

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər