Kitabda vurğuladığımız kimi,əgər lazımi tədbirlər alınmazsa, XXI əsrdə də eynilə XX əsrdə olduğu kimi şiddət və terror davam edəcək. Bunun üçün terrorla fikri mübarizə çox sürətlə və çox geniş kütlələri əhatə edəcək şəkildə başladılmalıdır. Bəhs etdiyimiz bu fikri mübarizə cahillikvə şiddətdən güc alanterroristlərlə, Allaha iman edən, şəfqətli, sevgi dolu, bağışlayan, mərhəmətli və vicdanlı insanlar arasında reallaşacaq. Rəbbimiz Hud surəsinin 116-cı ayəsində “... yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı” deyə buyurur. Allahın bu ayələrdə bəhs etdiyi fəzilət sahibləri iman edənlərdir. Terroristlər çarəni şiddətdə gördükləri halda, iman sahibləri nailiyyətin sadəcə Allahın dininə tam şəkildə tabe olmaqda əldə ediləcəyinin şüurundadırlar. Müsəlmanlar, yəhudilər, xristianlar birləşərək fikri mübarizə aparacaq və Allahın izni ilə qalib olacaqlar. Bu Allahın bütün iman edənlərə verdiyi mütləq reallaşacaq olan vədidir.
Terroristlər müdafiə etdikləri ideoloji fikirlərin təməl prinsiplərini əzbər bilirlər.Ancaq özü üçün həm dünyada, həm də axirətdə həqiqi xoşbətxlik və rahatlığa səbəb olacaq açıq-aşkar həqiqətdən xəbərsizdirlər.Çünki ömür boyu dinsiz ideologiyalarla, həyatın sadəcə güclülərlə zəiflər arasında reallaşan mübarizədən ibarət olduğu fikri ilə böyüyüblər.Onlara görə yaşamaq üçün sadəcə şiddət və zorakılıq tətbiq etmək lazımdır.Amma unudulmamalıdır ki, dinindən, irqindən, millətindən asılı olmayaraq terrora müraciət edən hər insan materialist və darvinist düşüncənin təsiri ilə hərəkət edir.Terrora müraciət edənlər Allahın və axirətin varlığından, dünya həyatının sadəcə imtahan yeri olduğundan və sadəcə iman edib saleh əməl sahiblərinin qurtulacağından xəbərsizdirlər.Bu insanlar həm dünyada, həm də axirətdə çox böyük əzaba düçar olacaqlar.
Bunun üçün də dinindən asılı olmayaraq iman edən hər insanın üzərinə böyük məsuliyyət düşür.Yəhudilər Əhdi-ətiqdə insanları sülhə və dostluğa dəvət edən açıqlamaları göz ardı etməməli, bütün yəhudiləri terrora qarşı mübarizə aparmağa dəvət etməlidirlər.Xristianlar da Allahın razı qalacağı gözəl əxlaqı özlərinə rəhbər edərək, bütün xristianları terrorizmlə mübarizəyə dəvət etməlidirlər.Müsəlmanlar da Allahın Quranda öyrətdiyi gözəl əxlaqa tabe olmalı və İslam dini adından istifadə edilərək terrorizmə müraciət edənlərə qarşı diqqətli olmalıdırlar.
Şübhəsiz bu mübarizə, terrora zəmin yaradan ideologiyalara qarşı aparılan fikri mübarizədir. Eyni zamanda bu ideologiyaların ziddiyyətlərindən, həmçinin şiddət, təzyiq, zülmlə heç bir fikrin əsla gözəllik yaratmayacağından bəhs etməlidirlər.
Terrorist ideologiya boş təməllər üzərində qurulub. Kitabda bəhs etdiyimiz terrorizmin bütün təməl fikirləri doğru təlimlə aradan qaldırıla bilər. Dünyadakı bütün müsəlmanlar da çarələr axtara, kitab və məqalələr yazaraq, müxtəlif seminarlar keçirərək terrorizmə qarşı mübarizə apara bilər, cahilliyin qarşısını ala bilərlər. Dünyada Allahın əmr etdiyi gözəl əxlaqın, sülhün və rifahın hakim olması, terrorizmi bir daha geri qayıtmayacaq şəkildə tarixə qarışdıracaq.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)