Giriş

2001-ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarının iki böyük şəhərində baş verən və minlərlə insanın ölümünə, yaralanmasına səbəb olan terror hadisələrindən sonra dünyada “terrorizm” anlayışı yenidən müzakirəyə qoyuldu.Çünki bu hadisə heç kimin gözləmədiyi bir zamanda dünyanın ən güclü ölkəsi olaraq qəbul edilən ölkəyə qarşı reallaşdı.Bu terror hadisəsi başda Amerika olmaqla bütün dünyada qorxu və çaxnaşmaya səbəb oldu.Ancaq bu hisslər qısa bir zamanda keçdi və hamı “terrorla necə mübarizə aparmalıyıq?” sualına cavab axtarmağa başladı.Yalnız Amerikanın deyil, bütün ölkələrin bu təhlükə ilə qarşı-qarşıya olduğu aydın idi. Artıq heç bir ölkə “onsuz da bu hücum mənə qarşı deyildi!”, deyə düşünüb terrorizmə qarşı aparılan mübarizədən kənarda qala bilməzdi. İnsanlar gecə yatarkən, televizora baxarkən, küçədə gəzərkən, parkda uşaqları ilə əylənərkən terrorizmin qaranlıq üzü ilə rastlaşa biləcəklərini hiss etməyə başladılar. Onlar başa düşdülər ki, terroristlərin məqsədi ictimai həyatı iflic etmək, insanları küçəyə çıxa bilməyən, ictimai nəqliyyatdan istifadə etməyə çəkinən, bazarlıq edə bilməyən, qısası daim qorxu hissləri ilə yaşayan vəziyyətə salmaqdır.

ABŞ hələ hücumun şokunu yaşayıb qurtarmamış, bir çox ölkənin dəstəyi ilə güclü koalisiya yaratdı və terrorizmlə dünya miqyaslı mübarizəyə başladı. Ancaq aparılan mübarizənin sadəcə hərbi əməliyyatlar ilə sona yetməyəcəyi əvvəlcədən məlum idi və bir çox səlahiyyətli şəxslər tərəfindən dilə gətirilirdi. Bəs terrorizmlə necə mübarizə aparmaq lazım idi? Bu sualı cavablandırmaq üçün terrorun qaynağını tapmaq lazımdır. Bunun üçün də terrorun tarixdə ilk dəfə ən böyük güc halına gəldiyi XX əsrə nəzər salmaq lazımdır.

XX əsr şiddət və terror əsri oldu.Böyük müharibələr, regional qarşıdurmalar və müxtəlif terror hadisələri bu əsrə damğasını vurdu.Xüsusilə də XX əsrin ortalarında şiddət vasitələrinin inkişafı terrorizmin daha geniş sahələrdə təsirli olmasına gətirib-çıxardı.Artıq terroristlər sadəcə bir düyməyə basmaqla minlərlə insanın ölümünə səbəb olur, inkişaf etmiş texnologiyalardan istifadə etməklə ölkələrin iqtisadiyyatına milyonlarla dollar zərər verir, gizli-gizli ölkə siyasətinə istiqamət verirlər. Dünyanın ən böyük texnoloji gücü hesab edilən Amerika Birləşmiş Ştatlarının Pentaqon və Dünya Ticarət Mərkəzi kimi həyati mərkəzlərinə edilən hücum terrorizm qarşısında heç bir ölkənin “əlçatmaz” olmadığını göstərdi. Bununla yanaşı nüvə,bioloji,kimyəvi hücum vasitələri də əgər lazım olan tədbirlər alınmazsa, XX əsrdə terrorizmin daha böyük bir güc halına gələ biləcəyini və bir hücumla on minlərlə insanı ortadan qaldıra biləcəyini göstərir.

Terrorun düzgün tərifi

Terrorizmin dünya gündəminin ön sıralarında olduğu bu gün, “terror”, “terrorist” və “terrorizm” sözləri də özünə əhəmiyyətli yer tutur. Hər ölkə terrorizmi öz milli mənfəətlərinə uyğun şəkildə təqdim edir, terrorist imici yaradır və terror təşkilatlarının siyahısını tərtib edir. Bəzi ölkələrin “terrorist təşkilat” olaraq qəbul etdiyi qruplar digər ölkələr üçün azadlıq döyüşçüləri, bəzilərinin “terrorist ölkə” olaraq qəbul etdiyi ölkələr bir başqası üçün “sadiq müttəfiq” ola bilir. O halda terror necə təyin edilməli, kimin terrorist olduğuna necə qərar verilməlidir?

Bu suallara cavab tapmaq üçün aşağıdakı meyarlardan istifadə etmək məqsədəuyğundur:

1)Dinc əhalinin hədəf seçilməsi:

İşğalçı ölkənin ordusuna qarşı müqavimət göstərmək işğal olunmuş ölkənin qanuni haqqıdır. Amma bu adi vətəndaşlara tətbiq edilsə, bu haqq ortadan qalxır və terror başlanır. Bu kitabda görəcəyimiz kimi, bu tərif İslamın müharibə haqqındakı qaydalarına da tamamilə uyğundur. Hz. Məhəmməd (s.ə.v.) müsəlmanlara müharibə elan edənlərə qarşı döyüşməyi əmr etmiş, ancaq adi vətəndaşları qətiyyən hədəf almamaq, əksinə onların təhlükəsizliklərinə diqqət göstərmək təlimatını vermişdir.

2) Sülhün pozulması:

Ordunu və ya rəsmi dairələri hədəf alan hücumlar da terrorizmə daxil edilə bilər. Əgər elan edilmiş bir müharibə şəraiti yoxdursa, aralarında sülh olan iki ölkənin (və ya cəmiyyətin) sülh vəziyyətini pozmaq üçün orduya hücum etməsi də terrorizmdir.

Sülhü pozan, müharibə şəraiti olsa belə dinc əhalini hədəfləyən bütün hücumlar terrorizmdir. Bu cür hücumu müdafiə etmək, ona haqq qazandırmaq mümkün deyil.

Buna görə də terrorizmlə çox əhatəli şəkildə, hər mərhələsini diqqətlə düşünərək və bu bataqlığı tamamilə yox etməyi hədəfləyərək mübarizə aparılmalıdır. Buna görə də kimə qarşı və hansı şəkildə olursa-olsun bütün terror hadisələri lənətlənməli, bütün ölkələr və fərdlər terrordan uzaq olmalıdır. Terroru kim və hansı şəkildə tətbiq edirsə-etsin, o yenə də terrordur. Səmimiyyətlə terrora qarşı olan insan Dünya Ticarət Mərkəzində, Yaponiyada, ya da İspaniyada baş vermiş terror aktlarında zərər çəkmiş günahsız insanlara, Şərqi Türküstanda, İndoneziyada həyatını itirən insanlara, Ruandada qətl edilən yarım milyondan çox Hutuya, İsraildə və Fələstində insafsızca qətl edilən müdafiəsiz insanlara eyni şəkildə sahib çıxar. Səbəbindən və hədəfindən asılı olmayaraq hər cür terroru çox şiddətlə qınayar. Beləliklə, terroristlər heç bir ölkədə sığınacaq tapa bilməz, dəstək ala bilməz və tamamilə qüvvədən düşərlər.

Terrorun ideoloji təməli

Terrorizmə qarşı aparılan mübarizənin uğurla nəticələnməsi üçün hədəf doğru təsbit edilməli, üsullar da buna görə təyin edilməlidir. Elə bu səbədən bu kitabda həm terrorun səbəb olduğu fəlakətlərdən bəhs etdik, həm də terrorun əsl mənbəyini vurğuladıq. Şiddəti, qarşıdurmanı və anarxiyanı yeganə yol olaraq təqdim edən ideologiya və axınlar terrorun mənşəyini təşkil edir. Terroristlər günahsız insanları qətl edərkən, cəmiyyətdəki sakitliyi və nizamı pozarkən özlərinə təlqin edilən fikirlərin təsiri altında guya məqbul sayılan mübarizəni apardıqlarını düşünürlər. Bu insanlar özlərini şiddətə yönəldən ideologiyaların səhv və məntiqsiz olduğunu, bununla heç nəyə nail olmayacaqlarını anladıqları zaman terrordan imtina edirlər. Əks halda, yəni terrora qaynaq olan ideologiyaların yalnışları və ziddiyyətləri ifşa edilmədikcə, bu ideologiyalar yıxılmadıqca terrorizmə qarşı görülən tədbirlər həmişə faydasız olacaq, terror bir müddətdən sonra başqa yerlərdə, başqa şəraitdə, tam fərqli şəkildə yenə cəmiyyətin qarşısına çıxacaq.

Terrorizmin sona çatması yalnız terrorun fikri infrastrukturunun tamamilə ortadan qaldırılması ilə mümkündür. Kitabın növbəti hissələrində terrorun fikri təməlinin darvinizm və darvinizmdən qaynaqlanan materialist cərəyanlar olduğunu görəcəksiniz. Materializmin darvinizmlə birlikdə insanlara verdiyi "həyat mübarizə meydanıdır", "sadəcə güclülər həyatda qala bilər və zəiflər əzilməlidir", "insan və bütün kainat təsadüflərin əsəridir, buna görə də heç kim etdiklərinə görə məsuliyyət daşımır" kimi təlqinlər insanları sanki heyvan kimi yaşamağa yönləndirir. Bunun nəticəsində də mərhəmətsizlik, təcavüzkarlıq və şiddət adi qarşılanır.

Terrora əl atan, hədəfinə ancaq şiddət yolu ilə nailolacağınıdüşünənlər hansı dinə, hansı irqə, hansı qrupa mənsub olursa-olsun əslində materialist düşüncənin və darvinizmin təsiri altındadır. Din adından istifadə edərək bu fəaliyyəti həyata keçirən terrorist qruplar da buraya daxildir. Çünki əsl din əxlaqını yaşayan insanın şiddəti həll yolu olaraq mənimsəməsi, insanları öldürərək və qətl edərək məqsədinə çatmağa çalışması qətiyyən mümkün deyil. Həmin şəxslər din əxlaqına tamamilə zidd həyat yaşayır və hərəkətlərini materialist ideologiyaların təsiri ilə reallaşdırırlar.

Bu dövrdə siyasətçilər və müxtəlif alimlər də terrorizm bataqlığının yalnız hərbi yolladurdurulacağının mümkün olmadığı barəsində həmfikirdirlər. Biz də bu kitabımızda terroru ortadan qaldırmanın ancaq sevgi, xoşməram və sülhlə mümkün ola biləcəyinin üzərində dayanacağıq. Allahın elçiləri vasitəsilə göndərdiyi haqq dinlər bu mövzudabizəhəqiqi yol göstəricidirlər. Bunun üçün də kitabda Qurandan, İncildən və Əhd-iƏtiqdən nümunələr verərək terrorun bütün İlahi dinlər tərəfindən qadağan edildiyini, lənətləndiyini göstərəcəyik. Bundan başqa terrorlayeganə mübarizə üsulunun din əxlaqının insanlara qazandırdığı sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, incə düşüncə, əfvedicilik, xoşməram və ədalət anlayışları olduğunu tarixdən nümunələr gətirərək göstərəcək və "Allah əmin-amanlıq yurduna çağırır..." (Yunus Surəsi, 25) ayəsinə uyğun olaraq, insanları sülh və sevgi dolu bir dünya meydana gətirmək üçün səy göstərməyə dəvət edəcəyik.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Terrorun Qanlı Nəticələri
  • Terrorun Yayılmasında Dinsiz İdeologiyaların Rolu
  • Terrorizmin Qarşısını Ancaq Sevgi ilə Almaq Olar
  • Əhdi Ətiqdən və İncildən Sülhə, Xoşməramlılığavə Gözəl Əxlaqa Dəvət
  • Nəticə