Əvvəlki hissədə Allahın Quran ayələri ilə insanları sevgiyə, hüzura və güvən dolu bir həyata dəvət etdiyinin üzərində dayandıq və İslamın sülh dini olduğunu vurğuladıq. Quran əxlaqının yaşandığı cəmiyyətdə xoşməramlı, insanpərvər, düşüncə azadlığına hörmətedən, insan haqqlarına əhəmiyyət verən bir model meydana gələcəyini izah etdik. Çünki İslam əxlaqı digər İlahi dinlərdə də olduğu kimi mehriban, yetkin, etidallı, həlim xasiyyətli, mülayim, nəzakətli, müharibə və qarşıdurmadan çəkinən, insaflı, vəfalı, anlayışlı, bağışlayan və gözəl əxlaqa sahib insanlardan ibarət olan cəmiyyət modeli təqdim edir və iman edənlərə də belə bir cəmiyyət meydana gətirmək üçün cəhd göstərmələrini əmr edir.
Qurandan əvvəl endirilən haqq kitablarda da Quranla uyğunlaşan hissələr var. Quranda adı keçən bu kitablarda eyni gözəl əxlaq əmr edilir, insanlar sevgiyə və sülhə sövq edilir. Bu hissədə də Əhdi Ətiq və Əhdi Cədidin Qurana uyğun olan hissələrindən sevgiyə, sülhə və xoşmərama təşviq edən izahlara, terrorun və zülmün qadağan edildiyi əmrlərə diqqət çəkəcək, dünyanın dörd bir tərəfindəki yəhudilərin və xristianların da bu əmrlərə uyğun hərəkət edib, terrora qarşı olduqlarının üzərində dayanacağıq.
Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin… (Amos, 5-ci fəsil, 14-15)
Kitabın əvvəlki hissələrində də ətraflı izah etdiyimiz kimi, Allahın qullarına hidayət rəhbəri olaraq göndərdiyi haqq kitablarda sevgiyə, xoşməramlılığa və ədalətə söykənən cəmiyyət modelindən bəhs olunur. Məsələn, Allah Maidə surəsində yəhudilərə endirilən Tövratın insanlara yol göstərdiyi xəbər verilir:
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik.Onda haqq yol və nur vardır.(Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər… (Maidə surəsi, 44)
Tövratdakı bu İlahi əmrlərin bir qismini Əhdi Ətiqdə tapmaq mümkündür. Əhdi Ətiqdə də insanlar pislik etməkdən, təcavüzkarlıqdan, rüşvətdən, saxtakarlıqdan, zalımlıqdan çəkindirilir, hər zaman gözəl əxlaqa yönləndirilir. Belə ki, Allah Əraf surəsində bu cür buyurur:
(Allah) belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə və danışmağımla insanlardan səni seçib üstün tutdum.İndi sən verdiyimi al və şükür edənlərdən ol!”Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq:) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. Sizə fasiqlərin yurdunu göstərəcəyəm! (Əraf surəsi, 144-145)
İsrail oğullarının müqəddəs kitabının bir çok hissəsində gözəl əxlaq ətraflı şəkildə və müxtəlif nümunələrlə izah edilir. Bir çok hissədə isə şiddətin, qəddarlığın pisləndiyi, şiddətə meyl edənlərin lənətləndiyi ifadələr var. Bunlardan bəzilərini aşağıda incələyəcəyik:
Əhdi Ətiqdə pislik edənlər və insanlar arasında pisliyin yayılmasını istəyən insanların alacağı qarşılıq ətraflı şəkildə izah edilir, insanlar bu şəxslərin yoluna tabe olmamaq üçün xəbərdar edilirlər.Əsəbləşib insanlara zərər vermək, onları doğru yollardan uzaqlaşdırmaq, qan tökmək, insanlarla münaqişəyə girmək Allahın bəyənmədiyi və qadağan etdiyi əməllər olaraq xəbər verilir.Allah şər və qəddarlığın arxasınca gedənləri lənətləyir və bu insanların əsla rahatlıq tapmayacaqlarını xəbər verir. Əhdi Ətiqdəki bəzi açıqlamalar bu şəkildədir:
Şimeonla Levi qardaşdır, qəddarlıq qılıncları ilə silahlanıblar.Ey qəlbim, onların məclisinə getmə, ey şərəfim, onların toplantısında olma.Çünki onlar qəzəblənəndə qətl etdilər, əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. Lənət olsun vəhşi qəzəblərinə, lənət olsun qəddar hiddətlərinə… (Yaradılış, fəsil 49, 5-7)
... Pislər isə sanki dalğalanan dənizdir, bu dəniz sakit dura bilməz, onun suları palçıq və kir çıxarar.“Pislərə isə sülh yoxdur” deyir mənim Allahım. (Yeşaya, 57-ci fəsil, 20-21)
“Ey İsrail övladları… sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.Lənət, yalan, qətl, oğurluq və zina hər yerə yayılıb. Qoluzorluluq edərək qan üstünə qan tökürlər. Bundan ötrü ölkə yas tutur, orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.Ancaq heç kəs dava etməsin, heç kəs başqasını təqsirləndirməsin, çünki mənim davam səninlədir, ey kahin. (Hoşea, 4-cü fəsil, 1-4)
İnsanın sadiqliyi ona xeyir gətirər, qəddar adam özünə əzab verər… Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar… Doğrudan da, pis cəzasız qalmaz, salehlərin nəsli xilas olar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 17-21)
Yaramaz şər quyusu qazar, dili alov kimi yandırıb-yaxar. Hiyləgər adam dava yaradar, qeybətçi əziz dostları ayırar. Zorakı qonşularını aldadar, onları yaxşı olmayan yola aparar… İgid olmaqdan səbirli olmaq yaxşıdır… (Süleymanın Məsəlləri, 16-cı fəsil, 27-32)
Rəbb şər adamdan gen dayanar… (Süleymanın Məsəlləri, 15-ci fəsil, 29)
Əhdi Ətiqdə pislik edənlərin, insanlarla qəddar şəkildə rəftar edənlərin, qəddarların etdikləri zülm ətraflı şəkildə izah edilir, mütləq etdikləri əməllərin qarşılığını alacaqlarını xəbər verir.Ancaq buna baxmayaraq tövbə edib, Allahın dininə tabe olsalar yaxşı insan olaraq qəbul ediləcəklərini də xəbər verir. Bu mövzuyla əlaqədar izahlar bu şəkildədir:
Rəbb belə deyir: “… sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”. (Yeremya, 18-ci fəsil, 11-12)
... “Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara “pis əməllərinizdən və pis işlərinizdən qayıdın” deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı”... (Zekeriyye, 1-ci fəsil, 3-4)
Əhdi Ətiqdə insanlara zərər vermək, cinayət törətməmək, insanlar arasında ədalətlə hökm etmək, haqsızlık etməməklə əlaqədar bir çox əmr var:
Məhkəmədə haqsızlıq etməyin.Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. … qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm. (Levililər, 19-cu fəsil, 15-18)
Belə ki, Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız. (Qanunun Təkrarı, 19-cu fəsil, 10)
Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.Desən ki, bax bundan xəbərim yox idi, ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? (Süleymanıın Məsəlləri, 24-cü fəsil, 11-12)
Yenə Tövratda insanlar arasında dostluq, sevgi, fədakarlıq, təvazökarlığı əmr edən bir çox tövsiyə var. Yəhudilər də eyni müsəlmanlar və xristianlar kimi insanalra gözəl davranmaq, yaxşılıq etmək, doğru yoldan sapmamaq, mehriban və həlim xasiyyətli olmaq, bağışlayan və xoş rəftarlı olmaqla əmr olunmuşlar. Bu tövsiyələrdən bəziləri bunlardır:
Siz isə haqsızlığa etirazını bildirənlərə, düz danışanlara nifrət edirsiniz. Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb onların şərabını içməyəcəksiniz. Çünki cinayətlərinizin çox, günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, möhtacların haqqını tapdalayanlar! Bu zəmanə o qədər pisdir ki, ağlı başında olan susur. Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin, məhkəmədə ədalətə üstünlük verin… (Amos, 5-ci fəsil, 10-15)
“Nə vaxtadək nahaq hökm verəcəksiniz, pislərə tərəfkeşlik edəcəksiniz? Yoxsulun və yetimin işinə ədalətlə baxın, məzlumun və fəqirin haqqını verin.Yoxsul və möhtacları qurtarın, pislərin əlindən onları azad edin. (Məzmurlar, 82-ci fəsil, 2-4)
Əməlisalehi kamillik yolu aparar, xəyanətkar əyriliyindən məhv olar.Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, amma salehlik insanı ölümdən qurtarar.Kamil insanın yolunu salehliyi düz edər, şər adamı pisliyi yıxar. Əməlisalehi salehliyi qurtarar, xaini acgözlüyü tələyə salar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 3-6)
Salehlər yalnız yaxşılıq arzular, şər adama qəzəb nəsib olar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 23)
Səylə yaxşılığın ardınca gedən lütf axtarar, şər ardınca düşən isə başını bəlaya salar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 27)
Rəbb şər insanın yollarından ikrah edər, amma salehliyin ardınca gedəni sevər. (Süleymanın Məsəlləri, 15-ci fəsil, 9)
Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, insan Rəbb qorxusuna görə pislikdən dönər.Rəbb insanın həyatından razı qaldısa, düşmənlərini belə, onunla barışdırar. Salehliklə qazanılan az şey haqsız yolla olan bol gəlirdən yaxşıdır. (Süleymanın Məsəlləri, 16-cı fəsil, 6-8)
Əməlisalehlər pislikdən dönmək yolunu tutar... (Süleymanın Məsəlləri, 16-cı fəsil, 17)
Pis adamlara qibtə etmə, onlara qoşulmaq istəmə.Çünki ürəklərində zalımlığı fikirləşər, dilləri qəddarlıqdan danışar. (Süleymanın Məsəlləri, 24-cü fəsil, 1-2)
Ey şər insan, salehin yurdu üçün pusqu qurma, onun evini soyma.Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, şər insan büdrəsə, bəlaya düçar olar.Düşməninin yıxılmasına sevinmə, onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, düşmənin üzərindən qəzəbini götürər. Pislik edənlərə görə qəzəblənmə, şər insanlara qibtə etmə, çünki pis insanın axırı yoxdur... (Süleymanın Məsəlləri, 24-cü fəsil,15-20)
Yəhudilər də müsəlmanlar kimi müharibəyə mane olmaq və sülh mühiti yaratmaqla əmr olunmuşlar. Əhdi Ətiq və İncilə görə “Xristian əxlaqı” adlı əsərdə bu vəziyyətdən “Müqəddəs Kitabda bəhs olunan münaqişələrin səbəbi özünü qorumaqdır” deyə bəhs olunur.24 Müharibə zamanı müdafiəsiz uşaqlara zərər vermək isə qadağan edilmişdir.
Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü. Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: “Oğula görə ata, ataya görə oğul öldürülməsin... (2 Padşahlar, 14-cü fəsil, 5-6)
Müsəlmanlıqda olduğu kimi yəhudilikdə də insanlara nümunəvi cəmiyyət modeli təqdim edilir.Allahın insanlara rəhbər olaraq göndərdiyi elçilər Allaha olan güclü imanları, gözəl əxlaqları və Allahın ayələrini tətbiq etmək cəhd göstərmələri insanlar üçün ən gözəl nümunədir.Buna görə də iman edənlər peyğəmbərlərin əxlaqını özlərinə nümunə götürməli, onlar kimi yaşamağa çalışmalıdırlar. Din əxlaqının qazandırdığı gözəl əxlaq xüsusiyyətlərinin insanlar arasında yayılması dünyada cənnət şəraiti yaradacaq. Bu şəraitdə terror və anarxiya aradan qalxacaq.Çünki Allahdan qorxan iman sahibləri Onun əmrlərinə itaətkar olduqları üçün fitnə-fəsaddan, itaətsizlikdən çox çəkinəcək, dünyanı sülh, xoşməramlı, mülayim və anlayışlı insanlar bürüyəcək.Əhdi Ətiqdə də din əxlaqının hakim olduğu həyatın necə olacağı bəzi nümunələrlə izah edilir. Bunlardan bəziləri bu şəkildədir:
Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq… Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: “Cəsarətlənin, qorxmayın!... O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. (Yeşaya, 35-ci fəsil, 1-6)
Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, zorakılıqla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı gözlərini yuman yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. (Yeşaya, 33-cü fəsil, 15-16)
... Mənim istədiyim oruc isə haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi?Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi?Mənim istədiyim oruc bu deyilmi?Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?Onda şəfəq kimi nurunuz saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O, sizə “buradayam” deyəcək.Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi, aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, cani-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq. (Yeşaya, 58-ci fəsil, 6-10)
... “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. (Matta, 22-ci fəsil, 37-39)
Əhdi Ətiqdə olduğu kimi, xristianların müqəddəs kitabı Əhdi Cədiddə, yəni İncildə də insanları zülüm və fitnə-fəsaddan çəkindirən bir çox açıqlama var. İnsanlar bağışlayan olmağa, sülhə, xoşməramlılığa,dostluğa dəvət edilirlər. Buna görə də, xristianlıq mülayim, anlayışlı, sevgi dolu, müharibə və münaqişədən uzaq insan modelini məsləhət görür. Hz. İsanın endirilən dinə tabe olan və onun gözəl əxlaqını nümunə götürən xristianların əxlaqları Quranın Hədid surəsində bu şəkildə xəbər verilir:
Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq... (Hədid surəsi, 27)
Allah digər bir Quran ayəsində, “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.” (Maidə surəsi, 82) şəklində buyuraraq, səmimi qəlblə Allaha yönələn xristianların gözəl əxlaqlarını tərifləyir.
Xristianlığın bu müsbət əxlaqı İncildəki hökmlərə əsaslanır.Xristianlar İncilin hökmlərinə uyğun olaraq pisliyə yaxşılıqla cavab verməyə, insanları qarşılıqsız sevməklə və ehtiyacı olanlara qarşılıqsız kömək etməklə əmrolunmuşlar. Hətta Əhdi Cədiddə iman edənlərin Rəbbimizə və iman edənlərə qarşı hiss etdikləri “qarşılıqsız sevgini” anlatmaq üçün xüsusi bir ifadədən istifadə edilir. Xristian əxlaqından bəhs edilən bir əsərdə bu vəziyyət belə xəbər verilir:
“Agape” (İncildə) ən çox istifadə edilən sevgi sözüdür (116 dəfə).Agape hər zaman verən və heç vaxt qarşılıq gözləməyən sevgidir. Məsələn: “... Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev” (Matta, 22-ci fəsil, 37-39) əmrində sevgi kəliməsi istifadə edilən yerdə “agape” sözü keçir. Yəni qarşılıqsız sevgi.25
Aşağıda İncildə insanları pislikdən və qan tökməkdən çəkindirən, gözəl əxlaqı təşviq edən bəzi hissələrə yer veriləcək.
Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. (Yəhya, 13-cü fəsil, 34)
Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin.Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun.dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy edin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət deyil, xeyir-dua verin. (Paulun Romalılara Məktubu, 12-ci fəsil, 9-14)
Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanuna əməl etmiş olur. Belə ki “Zina etmə! Qətl etmə! Oğurluq etmə! Tamah salma!” və bunlardan başqa nə əmr varsa, bu Kəlamla yekunlaşdırmaq olar: “Qonşunu özün kimi sev”. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır. (Paulun Romalılara Məktubu, 13-cü fəsil, 8-10)
Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətiniz tək artırıb-çoxaltsın! (Paulun Saloniklilərə birinci məktubu, 3-cü fəsil, 12)
... İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb ondan soruşdu: “Əmrlərin ən əsası hansıdır?” İsa cavab verdi: “Əmrlərin ən əsası budur: (Dinlə, ey İsrail! Allahımız Rəbb, yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev). İkincisi də budur: (Qonşunu özün kimi sev). Bunlardan böyük əmr yoxdur”. İlahiyyatçı ona dedi: “Çox yaxşı, müəllim, sən həqiqəti söylədin. Allah yeganədir.Ondan başqası yoxdur.Onu bütün qəlbinlə, bütün ağılınla və var gücünlə sevmək, qonşunu özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir”. (Mark, 12-ci fəsil, 28-33)
Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin… (Peterin birinci məktubu, 1-ci fəsil, 22-23)
Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir duaları irs olaraq alasınız. (Peterin birinci məktubu, 3-cü fəsil, 8-10)
Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki “məhəbbət çox günahı örtər”. Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri aldığı ənama görə bir-birinə xidmət etsin. (Peterin birinci məktubu, 4-cü fəsil, 8-10)
Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. (Matta, 5-ci fəsil, 43-44)
Amma sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lə’nətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin.Bir üzünə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə.Səndən diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə.İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
Əgər siz ancaq sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz?Çünki günahkarlar da onları sevənləri sevirlər.Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tə'rifə layiqsiniz?Çünki günahkarlar da elə edirlər.Əgər siz geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz?
Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şeyə ummadan borc verin. Alacağınız mükafat böyük olacaq… (Luka, 6-cı fəsil, 27-35)
Mərhəmətli olanlar nə bəxtiyardır! Çünki onlara mərhəmət ediləcək. Ürəyi təmiz olanlar nə bəxtiyardır! Çünki onlar Allahı görəcək. Sülhyaradanlar nə bəxtiyardır… (Matta, 5-ci fəsil, 7-9)
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.Günahlandırmayın ki, sizi də günahlandırmasınlar. Başqalarını bağışlayın ki, siz də bağışlanasınız. Verin, sizə də veriləcək: silkələnib-basılmış, dolub-daşmış bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə sizə ölçüləcək. (Luka, 6-cı fəsil, 37-38)
Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki çöpü isə görmədən qardaşına necə deyə bilərsən: [Qardaşım! Qoy gözündəki çöpü çıxarım!]Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki çöpü necə çıxarmağı aydın görəcəksən. (Luka, 6-cı fəsil, 41-42)
Beləliklə, Allahin seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahliq, təvazökarliq, həlimlik və səbri əyninizə geyinin. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayin. Bütün bunlardan əlavə kamil birliyin baği olan məhəbbəti geyinin. (Koloselilərə, 3-cü fəsil, 12-14)
Nəhayət, qardaşlar, doğru, ehtiramli, saleh, pak, cazibəli, etibarli nə varsa, əgər əla və tərifə layiq bir şey varsa, bunlari düşünün. (Filipililərə, 4-cü fəsil, 8)
... Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər. Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq. Qardaşlar bir-birinizi pisləməyin. Qardaşımı pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. Qanun verən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən? (Yaqubun məktubu, 4-cü fəsil, 6-12)
Yaxşı ağac pis meyvə gətirməz, pis ağac da yaxşı meyvə gətirməz.Çünki hər ağac öz meyvəsindən tanınır.Tikanlı kollardan əncir yığmazlar, böyürtkən kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər, pis adam isə ürəyinin pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki insanın ağzı ürəyini dolduran fikirləri söyləyir. (Luka, 6-cı fəsil, 43-45)
Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin. (Paulun Saloniklilərə ikinci məktubu, 3-cü fəsil, 13-15)
Camaat ondan soruşurdu: "Bəs biz nə edək?" Yəhya onlara belə cavab verdi: "İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün". Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdu: "Müəllim, biz nə edək?". Yəhya onlara dedi: "Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın". Əsgərlərin bəzisi də gəlib ondan soruşdu: "Bəs biz nə etməliyik?" Yəhya da onlara cavab verdi: "Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin". (Luka, 3-cü fəsil, 10-14)
Gördüyüm hər işdə belə əmək sərf edərək Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim. (Həvarilərin işləri, 20-ci fəsil, 35)
Xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. (Romalılara məktub, 12-ci fəsil, 7-8)
Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. Azad insanlar kimi yaşayın.Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın.Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun… (Peterin birinci məktubu, 2-ci fəsil, 16-17)
... “Kim həyatdan kam almaq, xoş gün görmək istəyirsə, qoy dilini şərdən, ağzını hiylə danışmaqdan qorusun, qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin! Çünki Rəbbin gözü salehlərin üzərindədir.Qulaqları onların fəryadlarına açıqdır.Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır”. (Peterin birinci məktubu, 3-cü fəsil, 10-12)
Aranızda dava və çəkişmələrin kökü haradadandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki dinləmirsiniz. Dinləyirsiniz, amma anlamırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? (Yaqubun məktubu, 4-cü fəsil, 1-4)
Qoy hər cürə kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtan büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşi lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağişladığı kimi siz də bir-birinizi bağışlayın. (Efeslilərə, 4-cü fəsil, 31-32)
Sülhyaradanlar nə bəxtiyardır!... (Matta, 5-ci fəsil, 9)
İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. Ey sevimlilər, heç kəsdən qisas almayın… Rəbb belə deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Əksinə, “Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən”. (Romalılara məktup, 12-ci fəsil, 18-20)
Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, onu məzəmmət et. Əgər o tövbə edərsə, onu bağışla. (Luka, 17-ci fəsil, 3)
24 Hıristiyan Ahlakı, Turgay Üçal, Derek Malcolm, Ön Asya Basım Yayın Dağıtım, Eylül 2000, s. 51
25 Turgay Üçal, Derek Malcolm, Hıristiyan Ahlakı, Ön Asya Basım Yayın Dağıtım, Eylül 2000, s. 55