Biz göğü 'büyük bir kudretle' bina ettik ve şüphesiz Biz, (onu) genişleticiyiz. (Zariyat Suresi, 47)
Peyğəmbərimiz (s.ə.v)-ə verilən ən böyük möcüzənin Quran olduğunu daha əvvəl qeyd etmişdik. Quran insanlara dövrümüzdən 1400 il əvvəl göndərilmişdir. Lakin içində bildirilən elə həqiqətlər var ki, onların dövrümüzdəki elmi kəşflərlə üst-üstə düşdüyü hələ yeni aydın olmuşdur.
Kainatdakı hər şeyi, planetləri, ulduzları, insanları, heyvanları, təbiət qanunlarını Allah yaratmışdır. Rəbbimiz olan Allah, bizim hələ kəşf etmədiyimiz hər şeyi onsuz da bilir. İstədiyi şeyləri Quranda bizə bildirmişdir. Biz yalnız vaxtı gəldikdə bu məlumatları öyrənir və bunların Allahın bir möcüzəsi olduğunu anlayırıq.
Quranın bir çox elmi möcüzəsi var. Burada Quranın elmi möcüzələrinin hamısından deyil, yalnız bir neçəsindən nümunə olması üçün bəhs edəcəyik. (Quranın daha bir çox möcüzəsini öyrənmək istəyirsinizsə, “Quran möcüzələri” adlı kitabımızı oxuya bilərsiniz.)
Quranda kainatın yaranması belə bildirilir:
Əgər xatırlayırsınızsa kitabın birinci fəslində kainatın heç nə olmadığı halda, bundan təxminən 15 milyard il əvvəl partlayış nəticəsində yarandığını ətraflı şəkildə qeyd etmişdik. Yəni kainat heç nə olmadığı bir vaxtda, birdən-birə yaranmışdır.
Bu böyük kəşfin dəlilləri isə, ancaq ötən əsrdə çox müasir texnoloji alətlər sayəsində əldə olundu. Dolayısilə bunun 1400 il bundan əvvəl bilinməsi qeyri-mümkündü. Amma yuxarıdakı ayədə də gördüyünüz kimi, Allah bu həqiqəti bizə heç bir insanın bundan xəbərdar olmadığı, Quran ilk endirildiyi dövrdə bildirmişdir. Bu Quranın bir möcüzəsidir və onun Allahın sözü olduğunun dəlillərindən biridir.
Kainatın partlayış nəticəsində yaranması və hələ də genişləndiyi hazırkı dövrdə isbat edilmişdir. Bunu da sizə əvvəlki başlıqlar altında şişirdilən bir şar nümunəsi verərək izah etmişdik. 15 milyard il bundan əvvəl yaradılan maddələr bu partlayışın təsiri ilə hələ bir-birlərindən uzaqlaşmağa davam etmişdirlər. Yəni bütün kainat böyük partlayışdan sonra genişləməyə davam etmişdir və hələ də genişlənir. Müasir astronomiya vəsaitləri ilə aparılan araşdırmalar nəticəsində bu, çox açıq şəkildə müşahidə edilmişdir. Bu həqiqət də 1400 il bundan əvvəl, tək bir insanın belə bundan xəbərdar olmadığı bir vaxtda, Quranda bir möcüzə olaraq bildirilmişdir. Bu mövzuyla əlaqəli ayə belədir:
Əksəriyyətiniz planetimizin və digər planetlərin orbiti olduğunu bilirsiniz. Əslində yalnız Günəş sistemimizdəki göy cisimlərinin deyil, kainatdakı bütün göy cisimlərinin orbiti var. Yəni hamısı özləri üçün müəyyənləşdirilmiş yol üzərində hərəkət edirlər. Elm adamları bu elmi həqiqəti yaxın bir vaxtda kəşf etmişdirlər. Ancaq dövrümüzdən 1400 il bundan əvvəl, göy cisimlərinin orbitlərindən xəbərdar olunmadığı bir dövrdə, Allah Quranda bu həqiqəti bir möcüzə olaraq belə bildirmişdir:
Bu ayədə gördüyünüz kimi, Allah ancaq indiki dövrdə məlum olan elmi bir həqiqəti xəbər verir. Quranın endirildiyi dövrdə insanlar göy cisimlərinin sabit orbitlər üzrə hərəkət etdiklərindən xəbərsizdilər. Amma Allah hər şeyi bilən və istədiyini də qullarına çatdırandır.
Quranın göndərildiyi dövrdəki astronomiya anlayışına əsasən, dünyanın eynilə bir sini kimi düz olduğu düşünülürdü. Diqqətinizi cəlb edirsə, bugünkü gündə hər kəsin bildiyi bu həqiqət belə o vaxt bilinmirdi. Amma Quranda işlədilən sözlərdən Dünyanın kürə formasında olduğu açıq şəkildə aydın olurdu. Bu məlumatın bizə xəbər verildiyi ayə belədir:
Bu ayədə işlədilən və dilimizə "bürümək" kimi tərcümə olunan sözün ərəb dilindəki tam mənası; "bir şeyi kürə formalı bir şeyin üstünə bürüməkdir"dir. Deməli, gecə və gündüzün bürüdüyü dünya kürə formasındadır. Halbuki bir qədər əvvəl də söylədiyimiz kimi, Quranın endirildiyi dövrdə ərəblər dünyanın düz olduğunu güman edirdilər. Quranda isə dünyanın kürə formasında olduğuna işarə edilmişdi. Çünki Allah hər şeyin ən doğrusunu insanlara öyrədəndir. Allahın kitabı olan Quranda o dövrdə bildirilən bu həqiqət əsrlər sonra elm adamları tərəfindən kəşf edildi və dünyanın kürə formasında olduğu məlum oldu.
Quran, Allahın sözü olduğu üçün elmi təriflər verilərkən işlədiləcək ən düzgün sözlərdən istifadə olunmuşdur. Hər hansı bir insanın bunları bilib istifadə etməsi qeyri-mümkündür. Amma Allah hər şeyi bildiyi üçün həqiqətləri, bildirmək istədiyi istənilən dövrün insanlarına çatdıra bilər.
Allah Quranda insanın yaradılışından bəhs edərkən xüsusilə barmaq uclarına diqqət çəkmişdir:
İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
Tamamilə çürüyüb parçalanmış insan bədəni parçalarını yenidən birləşdirmək Allah üçün çox asandır. İndi barmaq uclarınıza nəzər yetirin. Gördüyünüz kimi, hər birinin özünəməxsus izi var. Hətta əkiz olsanız da, əkizinizin barmaq izləri sizinkindən fərqlidir. Dünyada heç bir insanın barmaq uclarındakı bu cizgilər digər bir insandakına bənzəməz. Yəni bu izlər sanki hər bir insanın şəxsiyyət vəsiqəsi kimidir...
Allah sonsuz qüdrət sahibi olduğu üçün, bu qədər incə fərqlərə qədər bizi təkrar yarada biləcəyini söyləyir. Lakin biz bir şeyi daha öyrənirik. Bu izlərin əhəmiyyəti və hər kəsdə fərqli olduğu, ancaq 19-cu əsrdə öyrənilmişdir. Amma Allah 1400 il bundan əvvəl yuxarıda oxuduğunuz ayə ilə Quranda buna diqqət çəkmişdir. Yəni bu da elmi bir Quran möcüzəsidir.
Daha bunun kimi bir çox şey möcüzəvi şəkildə Quranda bildirilmişdir. Biz burada yalnız bir hissəsindən danışdıq. Bu qədəri belə Quranın Allah sözü olduğunu çox qəti şəkildə göstərir (Daha çox şey öyrənmək üçün “Quran möcüzələri” adlı kitabımızı oxuya bilərsiniz).
Allah, möcüzələrlə dolu Quran barədə bunları söyləyir:
Yuxarıdakı ayədə bildirildiyi kimi, Quranda bildirilən hər şey doğrudur. Elm inkişaf etdikcə hər keçən gün Quranda bildirilən yeni möcüzələr ortaya çıxır. Bu da bizə Quranın Allahın göndərdiyi haqq kitab olduğunu göstərir. Biz isə, Allahın göndərdiyi bu kitabdakı hər şeyi tam şəkildə öyrənməli və öyrəndiklərimizi tətbiq etməliyik.
Allah Qurana tabe olmağımızı bir çox ayəsində əmr etmişdir. Bu mövzudakı ayələrdən bir neçəsi belədir:
Bu nazil etdiyimiz mübarək bir Kitabdır. Bu halda ona tabe olun və Allahdan qorxun. Ola bilsin ki, sizə rəhm edilsin. (Ənam surəsi, 155)
...O (Quran), bir öyüddür. Artıq istəyən, onu “düşünüb-öyüd” alsın. (Əbəsə surəsi, 11-12)