Üzərində Düşünülməsi Lazim Olan Şeylər 3/3

Qəzet Oxuyarkən Və Televizora Baxarkən...(2/2)

Dünyanın Dörd Bir Tərəfindəki Aclıq Və Səfalətin Düşündürdükləri

açlık

Yoksullara ve ihtiyaç içinde olanlara yardım etmek Allah korkusunun bir gereğidir.

Qəzet və televiziya xəbərlərində tez-tez rast gəlinən məsələlərdən biri də insanlar arasında yaşanan ədalətsizlikdir.

Dünyanın bir tərəfində olduqca zəngin və rifah səviyyəsi çox yüksək olan ölkələr, digər bir tərəfində də yeyəcək yeməyi, ən sadə xəstəliyini belə müalicə edəcək dərmanı olmayan, baxımsızlıq ucbatından birbirinin ardınca ölən insanlar vardır. Bu vəziyyətin göstərdiyi ilk həqiqət isə dünyada mövcud olan zülm sistemidir. Çünki, bir neçə varlı ölkə üçün buradakı insanların xilas edilməsi olduqca asandır. Məsələn, Afrikada aclıqdan ölən insanların yaxınlığında, orada olan almaz mədənləri sayəsində varlanmış və çox yüksək bir mədəniyyətə sahib cəmiyyətlər vardır. Səfalət və aclıq içində yaşayan və ölümə tərk edilən bu insanların yerlərinin dəyişdirilməsi və ya olduqları yerdə onların ehtiyaclarının ödənilməsi son dərəcə asan olduğu halda, neçə illərdir, bu insanlar üçün birdəfəlik çıxış yolu axtarılmır. Halbuki bu insanlara kömək etmək bir neçə adamın edə biləcəyi bir iş deyil. Əsaslı həllərin tapılması üçün, bir çox insanın fədakarlıq etməsi lazımdır. Ancaq dünyada belə bir mövzuyla maraqlanan insanların sayı çox azdır.

Bunlarla yanaşı dünyanın hər yerində trilyonlarla dollar müxtəlif səbəblər ucbatından israf edilir. Bir tərəfdə yeməyinin dadını bəyənmədiyi üçün onu zibil qutusuna atan, digər bir tərəfdə isə yemək tapa bilmədiyi üçün ölən insanların olması, dünyada din əxlaqını yaşamamağın gətirdiyi bir zülm mühitinin mövcud olduğunun çox aydın bir dəlilidir.

Bunları görən adam bu zülmü aradan qaldıracaq tək şeyin Allahın əmr etdiyi əxlaqın yaşanması olduğunu düşünər. Çünki, Allahdan qorxan və daim vicdanı ilə hərəkət edən insanlar belə bir zülmün və haqsızlığın yaşanmasına izin verməzlər. Heç bir göstərişə yol vermədən, lazım gəlsə dünyanın bütün imkanlarını səfərbər etməklə ehtiyac içindəki insanlar üçün sürətli bir şəkildə, qəti və daimi həllər tapıb onlara kömək edərlər. Yoxsullara və ehtiyac içində olanlara da kömək etməyin Allahdan və axirət günündən qorxub çəkinən insanlara aid bir xüsusiyyət olduğu ayələrdə belə izah edilir:

O kəslər ki, onların mallarında məlum bir haqq vardır yoxsul və ehtiyac sahibi insanlar üçün. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər. O kəslər ki, Rəbbinin əzabından qorxurlar. (Məaric surəsi, 24-27)

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Çünki, biz, kəskin və ağır bir gündən ötrü Allahdan qorxuruq!” (İnsan surəsi, 8-10)

Yoxsulu doyurmamaq isə Allahdan qorxmayan, dinsiz insanların xüsusiyyətidir. Ayələrdə belə buyurulur:

(Allah buyurar): “Onu yaxalayıb zəncirləyin! Sonra da qızğın alovların içinə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, Böyük Allaha iman gətirmirdi, və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. Buna görə də bu gün onun üçün heç bir mehriban dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. (Haqqə surəsi, 30-37)

Bütün Dünyada Meydana Gələn Fəlakətlərin Düşündürdükləri

İnsanların televiziya və ya qəzetlərdə çox tez-tez rastlaşdıqları xəbərlərdən biri də fəlakət xəbərləridir. İnsanlar yer üzündə hər an bir fəlakətlə qarşılaşa bilər. Heç gözlənilməyən bir anda güclü bir zəlzələ ola bilər, yanğın meydana gələ bilər, sel basqını ola bilər. Bu xəbərləri görən bir insan, Allahın hər şeyə qadir olduğunu, istədiyi təqdirdə bir şəhərin altını üstünə çevirə biləcəyini düşünər. Bunları düşündüyündə görər ki, insanın Allahdan başqa sığınacağı və kömək istəyəcəyi bir varlıq yoxdur. Ən möhkəm binalar, ən qabaqcıl texnologiya ilə təchiz edilmiş şəhərlər belə Allahın əzabına davam gətirə bilməz və bir anda yerlə-yeksan ola bilərlər.

afetler

1. Honduras'ta sel felaketi,
2. Mali-Gao'da şiddetli rüzgarın oluşturduğu bir felaket,
3. Nehirlerin taşması sonucunda sular altında kalan sahil şehri
4. sualtında kalmış bir başka şehir,
5. Yerle bir olan bir şehir. Tüm bu görüntüler insanların düşünüp ibret almaları içindir.

Həmçinin bu fəlakət xəbərlərini eşidən və ya oxuyan adam, Allahın bu şəhərə fəlakəti bir hikmət üzrə verdiyini də düşünər. Allah Quranda azğınlıq edən qövmlərə öyüd-nəsihət qəbul edib düşünmələri və ya etdiklərinin qarşılığını almaları üçün dünya həyatında əzab verdiyini bildirir. Deməli, bu cəmiyyət də Allahın məmnun olmayacağı bir əxlaqı yaşadıqları ehtimalından ötrü, Allahın əzabına məruz qalmış ola bilər və ya Allah bu insanları dünyada bəzi çətinliklərlə sınaya da bilər.

afetler

Birkaç saniye süren bir deprem tüm bir şehri yerle bir etmek için yeterlidir. Tüm bu görüntüleri doğanın eseri olarak düşünenler yanılırlar. Çünkü doğa tüm diğer varlıklar gibi kendisini yaratan Allah'ın emrindedir.

Bu ehtimalları düşünən insan, bütün bunların öz başına da gəlməsindən qorxar və davranışları üçün Allahdan bağışlanma diləyər.

Allah istəmədiyi təqdirdə heç bir insan və ya heç bir qövm başına gələcək əzabın qarşısını ala bilməz. Bu, istər dünyanın ən varlı və ən güclü ölkəsi olsun, istərsə də coğrafi baxımdan tamamilə təhlükəsiz bir yer olsun. Allah heç bir ölkənin öz başına gələcək fəlakətin qarşısını ala bilməyəcəyini belə bildirir:

Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular? Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. (Bütün bunlar) yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanları haqqa yönəltməyə kifayət etməzmi? Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər. (Əraf surəsi, 97-100)

Xəbərlərdə tez-tez rast gəlinən başqa bir mövzu da iqtisadiyyatdakı çöküşlərdir. Xüsusilə də faizlə əlaqədar hər gün bir çox mənfi xəbər çıxar. Sələmçiliyin qarşısının alına bilmədiyi, bütün iqtisadiyyata mənfi təsir etdiyini ifadə edən xəbərləri oxuyan bir adam, haram olan bir şeyin bu qədər yayılması nəticəsində Allahın insanların qazancını azaldaraq cavab verdiyini düşünər.

Quranın "Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah, günahkar kafirlərin heç birini sevməz" (Bəqərə surəsi, 276) ayəsində bildirildiyi kimi, Allah faizin gətirəcəyi gəliri yox edə, bərəkətini də azalda bilər. Yenə bu həqiqət başqa bir ayədə belə bildirilmişdir:

İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır. (Rum surəsi, 39)

Məhz düşünən bir insan üçün faizlə əlaqədar xəbərlər də, Allahın ayələrinin insanlar üzərində təcəlli etməsinin bariz bir nümunəsidir.

faiz

İnsanlar gazetelerde sık sık faizin dünya ekonomisine verdiği zararla ilgili haberleri okur ve Allah'ın ayetlerinin insanlar üzerinde nasıl tecelli ettiğini düşünürler.

Gözəl Məkanlar Üzərində Düşünmək

şelale

Əlbəttə ki, televiziya proqramlarında, qəzet və jurnallarda Allahın yaratdığı gözəllikləri görmək və bunlar üzərində düşünmək də mümkündür. Bunlarda olan gözəl bir mənzərəyə, gözəl bir evə, gözəl bir bağçaya və ya bir dəniz sahilinə baxmaq və ya bu yerlərdə olmaq hər insanın məmnun olduğu şeylərdir. Bu görüntülər hər şeydən əvvəl insana Cənnəti xatırladır. İnanan bir insan dünyada belə bu qədər böyük nemətlər verən, bu qədər möhtəşəm gözəlliklər göstərən Allahın, əlbəttə ki cənnətdə müqayisə edilə bilməyəcək qədər gözəl məkanlar yaradacağını bir daha xatırlayar.

Lakin bunları görən adamın ağlına bunlar da gələr: Dünyada yaradılan hər gözəlliyin, dünyanın bir imtahan yeri olmasından ötrü hər cür qüsuru və çatışmazlığı vardır. Məsələn, televiziyada görüntüləri görülən bir istirahət düşərgəsində bir müddət qalanda bu əskiklikləri görə bilər. Havasının həddindən artıq rütubətli olması, dənizin suyunun insanı narahat edəcək qədər duzlu olması, bürkülü bir hava və milçəklər bunlardan yalnızca bir neçəsidir. Günəş altında yanmaq və bu səbəbdən də ağrı hissi keçirmək, səyahət agentliyinin kompaniyasındakı ləngimələr, eyni məkanı paylaşan insanların dözülməz vəziyyətdə olması kimi dünyaya aid bir çox çətinlik və arzuolunmaz vəziyyət meydana gələ bilər.

Cənnətdə isə bu gözəlliklərin əslləri olacaq, insanı narahat edən zərrə qədər bir şey olmayacaq və ya tək bir xoşagəlməz söhbət belə edilməyəcək. İnsan dünya həyatında istənilən gözəlliklə qarşılaşdıqda cənnətə həsrət duyar. Dünyada Uca Allahın ona verdiyi nemətlər üçün daim ona şükr edər və bunların hamısının Allahın rəhm edərək verdiyi nemətlər olduğunu düşünməklə bunlardan zövq alar. Amma əsllərinin cənnətdə olduğunu bildiyi üçün, dünya gözəlliklərinə aludə olaraq axirəti də unutmaz. Əbədi gözəlliklərə sahib ola biləcəyi, Allahın cənnətinə girməyi qazana biləcəyi bir həyat yaşayar.

Elmi Bir Jurnalda Maddənin Təməl Parçasının Atom Olduğu Məlumatını Oxumaq Nələr Düşündürər?

madde, atom

Saatinizin, yediğiniz yiyeceklerin, oturduğunuz binanın, arabanızın, gözlüğünüzün, kedinizin, bahçedeki çiçeklerin, bilgisayarınızın, denizlerin, gökyüzünün ve kendi bedeninizin yapıtaşının aynı ATOMLAR olduğunu hiç düşündünüz mü?

İnsan bildiyi şeylər üzərində düşünmədiyi müddətcə incəlikləri qavraya bilməz, nə qədər fövqəladə bir mühitdə yaşadığını dərk edə bilməz. Buna görə də iman edən hər insan heç dayanmadan Allahın yaratdığı varlıqlar və hadisələr üzərində düşünər. Bunlar bəzən bir çox insanın bildiyi mövzular da ola bilər, amma o bu mövzulardan hər kəsdən daha fərqli nəticələr çıxara bilər.

Məsələn, kainatdakı canlı və cansız hər bir varlığın təməl maddəsinin atomlar olduğu əsasən insanların bildiyi bir məlumatdır. Yəni bir çox insan, əlindəki kitabın, kreslonun, içdiyi suyun və ətrafında gördüyü hər şeyin atomlardan meydana gəldiyini bilir. Amma bundan artığını düşünərək, Allahın üstün qüdrətinə şahid olanlar ancaq vicdanlı insanlardır. Belə bir adam bu mövzuyla əlaqəli bir xəbər gördüyündə bunları düşünər: Atomlar cansız varlıqlardır. Bəs atomlar kimi cansız maddələr bir yerə gəlib görə bilən, eşidən, eşitdiklərini şərh edən, dinlədiyi musiqidən zövq ala bilən, düşünə bilən, qərar verə bilən, sevinə bilən və ya kədərlənən insanı necə meydana gətirmişlər? İnsan özünü atomlardan ibarət varlıqlardan tamamilə fərqləndirən bu xüsusiyyətləri necə əldə etmişdir?

Əlbəttə ki, insana bütün bu insani xüsusiyyətlərini cansız və şüursuz atomlar verə bilməz. İnsanı bu xüsusiyyətlərə sahib bir ruh ilə yaradanın Allah olduğu açıq-aydın bir həqiqətdir və bundan sonra insanın ağlına Allahın bir ayəsi gəlir. Ayədə belə buyurulur:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

İnsanın Dərin Düşünərək Çatdığı Bəzi Həqiqətlər...
Hər şeyin insan üçün yaradılmış olduğunu heç düşündünüzmü?

Allaha iman edən bir adam kainatda mövcud olan canlı-cansız bütün varlıqları və sistemləri diqqətli bir gözlə araşdırdığında, bunların hamısının insan üçün yaradıldığını açıq şəkildə görər. Heç bir şeyin təsadüfən əmələ gəlmədiyini, Allahın hər şeyi insanın yaşaması üçün ən uyğun şəkildə yaratdığını anlayar.

Məsələn, insan hər an çox rahat nəfəs ala bilir. Tənəffüs etdiyi hava nə burun boşluğunu yandırar, nə başı hərlənər, nə də baş ağrısı verər. Çünki, havadakı qazların miqdarı insan bədəni üçün ən uyğun normada tənzimlənmişdir. Bunları düşünən insanın ağlına çox əhəmiyyətli bir məqam daha gəlir: Əgər atmosferdəki oksigen hazırkı miqdarından bir qədər çox və ya bir qədər az olsaydı, hər iki halda da canlıların məhvinə səbəb olardı. Bununla da bəzən havasız bir yerdə qaldığında nəfəs almaqda nə qədər çətinlik çəkdiyini düşünər. İnanclı bir insan bu mövzu üzərində düşünməyə davam etdikcə dayanmadan Rəbbimizə şükr edər. Çünki, yer kürəsi atmosferinin də bir çox planet kimi çətin nəfəs alınacaq şəkildə ola biləcəyini, ancaq belə olmadığını və yer kürəsi atmosferinin milyardlarla insanın rahatlıqla nəfəs ala biləcəyi şəkildə, son dərəcə qüsursuz bir tarazlıq və nizam içində yaradıldığını görər.

Yenə üzərində yaşadığı planet haqqında düşünməyə davam edən adam, Allahın yaratmış olduğu suyun insan həyatında nə qədər böyük bir əhəmiyyət kəsb etdiyini düşünər. Ağlına bunlar gələr: İnsanlar suyun dəyərini adətən uzun bir müddət susuz qalanda başa düşər. Halbuki su, həyatımızın hər anında ehtiyac duyduğumuz bir maddədir. Məsələn, hüceyrələrimizin, bədənimizin hər nöqtəsinə çatan qanımızın böyük bir hissəsi sudan ibarətdir. Əgər belə olmasaydı, qanın axım sürəti azalacaq, damarlarımızda hərəkəti çox çətinləşəcəkdi. Suyun axıcılıq qabiliyyəti yalnız bizim bədənimiz üçün deyil, bitkilər üçün də son dərəcə əhəmiyyətlidir. Bu sayədə su yarpaqların incə damarlarından keçərək yarpağın ən uc hissəsinə qədər çata bilər.

Dənizlərdəki böyük su kütlələri isə dünyamızın yaşana biləcək bir planet olmasını təmin edir. Əgər su səthinin sahəsi qurudan çox az olsaydı, onda hər yer səhraya çevrilər və yaşamaq qeyri-mümkün olardı.

Bunları düşünən vicdanlı bir adam dünyada bu qədər qüsursuz bir tarazlığın təmin edilməsinin, əlbəttə ki, təsadüf əsəri olmadığına qəti surətdə inanar. Bütün bunları görmək və düşünmək ona üstün güc sahibi olan Allahın hər şeyi bir məqsədlə yaratdığını göstərər.

Üstəlik bu mövzuda düşündüyü nümunələrin son dərəcə məhdud olduğu da ağlına gələr. Belə ki, dünyadakı tarazlıqlarla əlaqəli nümunələri saymaqla bitirmək mümkün deyil. Ancaq düşünən insan kainatın hər küncündə mövcud olan nizamı, qüsursuzluğu və tarazlığı açıq şəkildə görə bilər və bunun nəticəsində Allahın hər şeyi insan üçün yaratdığı həqiqətinə gələr. Allah bu həqiqəti Quranda belə bildirir:

Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır... (Casiyə surəsi, 13)

Sonsuzluğun Düşündürdükləri

dünya, uzay

Üzerinde yaşadığımız gezegen ve tüm evren insanın yaşaması için gereken özelliklerin tümüne sahiptir. Bunun üzerinde düşünen insan tüm evreni Allah'ın kendisi için yarattığını açıkça görecektir.

Sonsuzluq anlayışını demək olar ki, hər kəs bilir, ancaq siz nə vaxtsa sonsuzluq barəsində düşünmüşdünüzmü? Allaha iman edən bir insanın düşündüyü mövzulardan biri də budur.

Allahın cənnət və cəhənnəm həyatını əbədi surətdə yaratmış olması hər insanın, üzərində düşünməli çox əhəmiyyətli bir mövzudur. Bunu düşünən adamın ağlına bunlar gəlir: Cənnətin əbədi olması, ölümdən sonrakı həyatda verilmiş ən böyük nemət və mükafatlardan biridir. Çünki, cənnətdəki ehtişamlı həyat, əsla bitməyəcək. İnsan dünyada ən çox 100 il qədər yaşaya bilər. Amma cənnətdəki həyat kvadrilyon vurulsun kvadrilyon il ərzində əsla bitmədən davam edəcək.

Bunları xatırlayan adamın ağlına insanların sonsuzluğu qavramasının son dərəcə çətin olduğu da gəlir. Bu həqiqət mövzuya əlaqəli olan belə bir nümunə izah edilə bilər: Yüz trilyon insan olsa, bunlar gecə-gündüz heç dayanmadan yüz trilyonu yüz trilyona vursalar, yüz trilyon il də ömürləri olsa və ömürləri boyunca bu işlə məşğul olsalar, aldıqları rəqəm yenə də sonsuz həyatda keçiriləcək illərin sayının yanında "sıfır" kimi qalar.

Məhz bunları düşünən insan bu nəticəyə gələr: Allah elə böyük bir elmə malikdir ki, insana görə "sonsuz" olan bir şey Onun qatında artıq bitmişdir. Zamanın yaradıldığı andan etibarən sonsuzluq anına qədər baş verəcək hər hadisə, hər düşüncə, baş vermə zamanları və formaları ilə Onun elmiylə təyin olunmuş və bitmiş vəziyyətdədir.

İnsan eynilə cəhənnəmin də inkarçılar üçün sonsuza qədər qalınacaq bir məkan olduğunu düşünməlidir. Cəhənnəmdə cürbəcür əzablar, işgəncələr və çətin bir həyat vardır. Cəhənnəmdəki inkarçılar fasiləsiz surətdə fiziki və mənəvi işgəncəyə məruz qalarlar. Bu işgəncələrin arxası sonsuza qədər heç kəsilməz, heç bir zaman yuxu və ya istirahət deyə bir şey olmaz. Əgər cəhənnəmdəki həyatın bir sonu olsaydı, hətta bu kvadrilyonlarla ildən sonra belə olsaydı, cəhənnəm əhli üçün bir ümid mənbəyi olardı. Ancaq dünya həyatında işlədikləri günahların qarşılığı sonsuz bir əzabdır:

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 36)

Bu səbəblə də sonsuzluğu düşünərək qavramağa çalışmaq hər insan üçün son dərəcə əhəmiyyətlidir. Bir insanın axirət həyatı üçün göstərdiyi səyini artırar, qorxusunu və ümidini gücləndirər. Sonsuz əzabdan xeyli qorxub çəkinərkən, sonsuz cənnətə qovuşmağın ümidini daşıyar.

Yuxular Üzərində Nələr Düşünülər?

Düşünən insan üçün yuxuda əhəmiyyətli hikmətlər vardır. Belə bir insan yatarkən gördüyü yuxuların nə qədər "həqiqətmiş kimi" olduğunu, hətta oyaq vaxtından elə də bir fərqi olmadığını düşünər. Məsələn, gecə bədəninin yatağında yatmasına baxmayaraq, ezamiyyətə çıxmış, insanlarla tanış olmuş, musiqi dinləyərək yemək yemişdir. Hətta yeməyin dadını hiss etmiş, musiqi çalınanda rəqs etmiş, yaşanan hadisələrdən ötrü həyəcanlanmış, sevinib kədərlənmiş, qorxmuş, yorulmuş, hətta o günə qədər heç istifadə etmədiyi və necə istifadə ediləcəyini belə bilmədiyi bir aləti istifadə etmiş ola bilər.

Bədənin bir yataqda sabit vəziyyətdə dayanmasına və gözlərinin yumulu olmasına baxmayaraq, daim olduğu məkandan fərqli görüntülər görmüşdür. Deməli, görən gözləri deyil. Yatdığı otaq bomboş olmasına baxmayaraq, səslər eşitmişdir. Deməli, duyan qulaqları deyil. Hər şey beyninin içində baş vermişdir. Ancaq sanki hər görüntünün əsli varmış kimi, hər şey çox realdır. Bəs çöldə heç birinin əslinin olmamasına baxmayaraq, bu qədər real görüntüləri insanın beynində meydana gətirən nədir? İnsan yatarkən bunları şüurlu surətdə və istəyərək ağlında quraşdıra bilməz. Beynin isə öz-özünə belə görüntülər meydana gətirməsi qeyri-mümkündür. Beyin zülal molekullarından meydana gəlmiş bir ət parçasıdır. Belə bir maddənin öz-özlüyündə bir görüntü meydana gətirdiyini, hətta o günə qədər heç görülməyən insan üzlərini, məkanları, səsləri meydana gətirdiyini iddia etmək son dərəcə məntiqsiz olar. Elə isə yatarkən yuxudakı görüntüləri göstərən kimdir? Bunları düşünən insan açıq bir həqiqəti bir dəfə daha görər: İnsanları yatırdan, yuxu əsnasında ruhlarını çəkib alan, oyandıqdan sonra da geri qaytaran və yuxuları göstərən Allahdır.

rüya

Allah, ölecekleri zaman canlarını alır; ölmeyeni de uykusunda (bir tür ölüme sokar). Böylece, kendisi hakkında ölüm kararı verilmiş olanı(n ruhunu) tutar, öbürüsünü ise adı konulmuş bir ecele kadar salıverir. Şüphesiz bunda, düşünebilen bir kavim için gerçekten ayetler vardır. (Zümer Suresi, 42)

Yuxuları Allahın göstərdiyini bilən insan, yuxunun hikmətlərini və yaradılış məqsədini də düşünər. Yuxu əsnasında eynilə oyanıq olduğu vaxtdakı kimi yaşadığı hadisələrdən və kəslərin varlığından əmindir. Hamısının həqiqətən mövcud olduğunu, yuxusunda gördüyü həyatın fasiləsiz və daimi olduğunu zənn edər. Hətta biri yanına gələrək "həmin anda yuxudan, oyan" desə ona inanmaz. Bunları dərk edən insan isə belə düşünər: "Bu dünya həyatının da müvəqqəti və yuxu bənzəri bir həyat olmadığını kim söyləyə bilər? Eynilə yuxudan oyanan kimi bir gün bu dünya həyatından da oyanacaq və tam fərqli görüntüləri, məsələn, axirət görüntülərini görəcəyəm...".

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dərin Düşünmək
  • İnsanlar Əsasən Nələr Düşünər?
  • Düşünməyə Mane Olan Səbəblər Hansilardir?
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 1/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 2/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 3/3
  • Quran Ayələri Üzərində Düşünmək
  • Nəticə