Çiçekler, tomurcuklarından ütülenmiş gibi buruşmadan çıkar... |
Allaha iman edən insan təbiətdə gördüyü gözəlliklər qarşısında Rəbbimizi tərifləyər. Mövcud olan bütün gözəllikləri hər şeyin hakimi olan Allahın yaratdığını bilir. Bütün gözəlliklərin Allaha aid olduğunu, Onun Camal sifətinin təcəlliləri olduğunu bilir.
İnsan təbiətdə gəzərkən qarşısına həmişəkindən çox gözəllik çıxar. Tək bir otdan sarı rəngli bir çobanyastığına, quşlardan qarışqalara qədər hər şey üzərində düşünməyi tələb edən incəliklərlə doludur. İnsan bunlar üzərində düşündükcə Allahın gücünü və qüdrətini anlayar.
Məsələn, kəpənəklər son dərəcə estetik və göz oxşayan varlıqlardır. Çox nazik tülə bənzər qanadlarının üzərindəki simmetriya, naxışların əllə çəkilmiş kimi olduqca müntəzəm olması, bir-biriylə uyğun, parlaq rəngləri ilə Uca Allahın bənzərsiz sənətinin və üstün yaratma gücünün dəlillərindəndir.
Eynilə yer üzündəki saysız-hesabsız bitki növü və ağaclar da Bari olan, yəni yaradan, yoxdan var edən Allahın yaratdığı gözəlliklərdir. Hər biri bir-birindən tamam fərqli rənglərə sahib çiçəklər və fərqli görünüşdəki ağaclar insanlara zövq verəcək görünüşdə yaradılmışlar.
İman edən adam itburnu, bənövşə, çobanyastığı, sünbülçiçək, səhləb, qərənfil və digər çiçəklərin necə olub da bu qədər hamar səthlərə sahib olduğunu, tumurcuğun içindən az da olsa qırışıqlıqları olmadan dümdüz ütülənmiş kimi necə çıxa bildiklərini düşünər.
Allahın yaratdığı başqa bir gözəllik də bu çiçəklərin möhtəşəm qoxularıdır. Məsələn, bir gül bitkisinin daim ətrafına yaydığı, heç dəyişməyən kəskin bir qoxusu vardır. Ən son texnologiyayla belə bu gül qoxusunun bənzərini hazırlamaq olmur. Laboratoriyalarda bu qoxunun bir bənzəri yaradılmağa çalışıldıqda əldə olunan nəticə son dərəcə qeyri-kafi olur. Bir gülün qoxusuna bənzətməyə çalışılaraq alınan qoxular ümumiyyətlə insanda narahatlığa səbəb olan kəskin qoxulardır. Halbuki qızılgül qoxusu insanda heç bir narahatlığa səbəb olmaz.
Hoşumuza giden her görüntü Yüce Allah'ın sanatını tanıtır. Bir bahçenin güzelliğini gören insan "MaşaAllah, Allah'tan başka kuvvet yoktur" diyerek Allah'ı yüceltmelidir. |
İman edən adam bunların hər birinin insanın Allahı tərifləməsi, yaratdığı gözəlliklərdə Allahın sənətini və elmini görə bilməsi üçün yaradılan varlıqlar olduğunu bilir. Bu səbəblə də bağçasında gəzərkən bu gözəllikləri gördüyündə "maşallah! Qüvvət yalnız Allaha məxsusdur!" (Kəhf surəsi, 39) deyərək Allahı ucaldar. Allahın bütün bu gözəllikləri insanların xidmətinə verdiyini və axirətdə bunlarla müqayisə edilə bilməyəcək üstünlükdəki gözəllikləri iman edənlərə verəcəyini xatırlayar və bundan ötrü də Rəbbimizə olan sevgisi qat-qat artar.
İnsanın doğada gördüğü tüm güzellikler, Allah'ın üstün ve benzersiz yaratma gücünün delilleridir. Cennet ise dünyadaki güzelliklerle kıyaslanamayacak kadar kusursuz olacaktır. |
Büyük bir gayretle yuvasına yiyecek taşıyan bir karınca. |
Bəzi insanlar ətraflarında gördükləri canlılar üzərində düşünməyi elə də əhəmiyyətli bir şey hesab etməzlər. Hər gün gördükləri canlıların qəribə xüsusiyyətlərinin ola biləcəyi ağıllarına belə gəlməz. Halbuki iman edən bir insan üçün Allahın yaratdığı hər canlı qüsursuz bir yaradılışın izlərini daşıyır. Məhz qarışqalar da bu canlılardandır.
İman edən bir insan bağçada gəzərkən gördüyü bir qarışqanı görməzlikdən gələrək keçib getməz. Onun təəccübləndirici xüsusiyyətlərini görərək Allahın qüsursuz yaratma sənətinə şahid olar.
Məsələn, bir qarışqanın yeriyişini araşdırmaq belə düşündürücüdür. Millimetr incəliyindəki ayaqlarını son dərəcə müntəzəm bir şəkildə bir-birinin ardınca hərəkət etdirir, üstəlik hansı ayağını əvvəl, hansı ayağını sonra atacağını da çox yaxşı bilir. Heç özünü itirmədən sürətlə hərəkət edə bilir.
Bu kiçik həşərat öz bədənindən daha böyük qırıntıları götürür. Canla-başla onları yuvasına daşıyar. Öz bədəniylə müqayisədə çox uzun məsafələr qət edər. Ucsuz-bucaqsız bir torpaq səthində ətrafda heç bir yol göstərici olmamasına baxmayaraq yuvasını tapa bilər. Üstəlik bu yuvanın girişinin insanın belə tapmaqda xeyli çətinlik çəkəcəyi kiçiklikdə olmasına baxmayaraq, o heç yanılmaz və harada olursa olsun bu yuvanı tapar.
İnsan bağçada arxa-arxaya düzülmüş, böyük bir səylə yuvalarına yemək daşımağa çalışan qarışqaları gördükdə bu kiçik canlının belə canla-başla çalışması üçün nə kimi bir məqsədi ola bilər deyə düşünər. Sonra da bir qarışqanın yalnız özü üçün deyil, koloniyasındakı digər fərdlər, ana qarışqa və balalar üçün də daim yemək daşıdığını görər. Bu qədər kiçik və inkişaf etmiş bir beyni belə olmayan qarışqanın, çalışqanlığın, nizam-intizamın, fədakarlığın nə olduğunu haradan bildiyi isə üzərində düşünülməsi lazım olan bir mövzudur. Bütün bunları düşündükdən sonra gəldiyi nəticə isə belədir: Qarışqalar da bütün digər canlılar kimi Allahın ilhamı ilə hərəkət edərlər, yalnız Onun əmrinə tabe olarlar.
Sarmaşığın kendini bir cisme dolaması şuurlu bir varlığın hareketine benzer. |
Bağçada gəzən bir mömin Allahın yaratdığı gözəlliklərdən biri olan sarmaşıqlarla qarşılaşdığında, onlar üzərində də düşünər. Çünki, düşünən bir insan üçün ətrafındakı hər varlıqda ibrət götürüləcək dəlillər vardır.
Məsələn, sarmaşıqların özlərini bir budağa və ya hər hansı bir cismə dolamaları insanın dərin düşünüləcək hadisədir. Əgər bu böyümə prosesi bir yerdə yaddaşa verilib, daha sonra sürətli çəkiliş rejimində seyr edilsə, sarmaşığın sanki şüurlu bir varlıq kimi hərəkət etdiyi görülər. Elə bil bir qədər irəlidə bir budaq olduğunu görürmüş kimi o budağa doğru özünü uzadar və sanki kəmənd ataraq özünü budağa bağlayar. Hətta bəzən bir neçə dəfə dolanaraq yerini möhkəmləşdirər. Bu şəkildə sürətlə hərəkət edər, yolu bitdiyində geri qayıdaraq və ya aşağı doğru enərək özünə yeni bir yol tapar. Məhz bunlara şahid olan mömin Allahın yaratdığı bütün canlıları özlərinə məxsus, qüsursuz sistemlərlə yaratdığını bir dəfə daha görər.
Həmçinin bir sarmaşığın hərəkətlərini izləməyə davam etdikcə onun əhəmiyyətli bir xüsusiyyətinə daha şahid olar. Sarmaşığın yanlara qollar çıxararaq, özünü divarın üzərinə möhkəm yapıştırdığını görər. Şüursuz bir bitkinin hazırladığı yapışdırıcı o qədər güclüdür ki, yapışdığı divardan çıxarkən divarın boyasını belə apara bilər.
Belə bir bitkinin varlığı, bunları görüb üzərində düşünən möminə bu bitkini yaratmış olan Allahın qüdrətini bir dəfə daha göstərir.
Kuru bir odundan yemyeşil ve canlı yaprakların çıkması, metrelerce yükseklikteki yaprakların incecik damarlarına kadar suyun ulaşabilmesi, yaprakların kızgın güneşin altında dahi kurumamaları... Bunlar ağaçların düşündürdüğü sayısız konudan sadece birkaçıdır. |
Ağacları hər gün hər yerdə görərik amma, çox hündür bir ağacın ən uc hissəsindəki budağının ən uc hissəsindəki yarpağına qədər suyun necə çata bildiyini heç düşündünüzmü? Bir məsəl çəkərək bundaki fövqəladəliyi daha yaxşı anlaya bilərik. Binanın zirzəmisində yerləşən anbardakı suyun qidrofor və ya hər hansı güclü bir mühərrik olmadan yuxarı mərtəbələrə qalxması qeyri-mümkündür. Hətta onu birinci mərtəbəyə belə qaldıra bilməzsiniz. Elə isə ağaclarda da qidrofor kimi güclü bir nasos sistemi olmalıdır. Əks təqdirdə ağacın gövdəsinə və budaqlarına su çata bilməyəcəyi üçün ağaclar qısa müddətdə məhv ola bilər.
Ancaq Allah hər bir ağacı özünə lazım olan bütün şeylərlə birlikdə yaratmışdır. Hətta bir çox ağacdakı nasos sistemi insanın öz yaşadığı bina ilə müqayisə edə bilməyəcəyi qədər üstündür. Məhz ətrafındakı hər şeyə "görən bir göz"lə baxan adamın, bu varlıqları gördüyündə düşündüyü mövzulardan biri də budur.
Başqa bir mövzu isə yarpaqlarla əlaqədardır. Gördükləri üzərində düşünən bir insan ağaca baxdığında üzərindəki yarpaqları, alışdığı sadə strukturlar olaraq dəyərləndirməz. Onlarla əlaqədar bir çox insanın ağlına gəlməyən şeylər fikirləşər. Məsələn, yarpaqlar çox incə quruluşlu varlıqlardır. Ancaq buna baxmayaraq qovurucu istilik altında belə qurumazlar. İnsan 40 dərəcə istiliyin altında bir qədər qalsa dərisinin rəngi dəyişər, çox su itirər. Ancaq yarpaqlar incə damarlarından çox az su ala bilmələrinə baxmayaraq günlərlə, hətta aylarla qovurucu istinin altında qovrulmadan yamyaşıl qala bilərlər. Məhz bu Allahın hər şeyi bənzərsiz bir elmlə yaratdığını göstərən bir yaradılış möcüzəsidir. İman edən insan da bu yaradılış möcüzəsi üzərində düşünərək Rəbbimizin böyüklüyünü bir dəfə daha görüb şəninə təriflər deyə bilər.
İnsanlar ümumiyyətlə gün ərzində və ya axşam evlərinə qayıtdıqda qəzet və televiziya xəbərlərini təqib edirlər. Bu xəbərlərdə də vicdanlı bir insan üçün üzərində düşünüb öyüd-nəsihət alacağı, Allahın ayələrini görəcəyi mövzular vardır.
Allah korkusu olan toplumlarda bu görüntülerin hiçbiri yaşanmaz. |
Hər gün qəzetlərin üçüncü səhifələrində və televiziya xəbərlərində bir çox adam öldürmə, yaralama, oğurluq, soyğunçuluq, fırıldaqçılıq, intihar kimi hadisələrin xəbərlərinə rast gəlinər. Bu hadisələrin bu qədər tez-tez yaşanması, insanların böyük bir hissəsinin bu tərz cinayətləri törətməyə bu qədər meyilli olmaları isə insana Allahın dinini yaşamayan insanların çəkdikləri zərərləri göstərər. Bir insanın pul almaq üçün kiçik bir uşağı girov götürə bilməsi, onu çox qorxutması, hətta öldürməsi, silahını yönəldib heç tərəddüd etmədən bir insanın üzünə atəş edə bilməsi, başqa birinin rüşvət alması, intihar etməsi, fırıldaqçılıq etməsi... Bunların hamısı bu insanların Allahdan qorxmadıqlarının, axirətin varlığına inanmadıqlarının bir göstəricisidir. Allahdan qorxub çəkinən, axirətdə hesab verəcəyini bilən bir insan bunların hər hansı birini əsla edə bilməz. Çünki, bunların hər biri insanı cəhənnəmə aparacaq hərəkətlərdir.
Bir insan "mən ateistəm, Allaha inanmıram amma rüşvət almıram" deyə bilər. Ancaq Allah qorxusu olmayan bir insanın bu sözü qətiyyən etibarlı olmaz. Çünki, olduğu şərtlər dəyişdiyində sözündə durmaması ehtimalı son dərəcə yüksəkdir. Məsələn, bu insanın təcili bir səbəbdən ötrü pul tapması lazım gəlsə, oğurluq edə biləcəyi və ya rüşvət ala biləcəyi bir mühit də yaransa, bu sözündə durmaya bilər və ya belə bir insandan öz canının təhlükə altında olduğu bir vaxtda sözündə durmasını yenə gözləmək olmaz. Bəhs olunan adam çətin bir vəziyyətdə rüşvət almasa belə, başqa bir haram hərəkətə yönələ bilər. Ancaq Allah qorxusuna sahib bir insan üçün şərtlərin və ya məkanın dəyişməsi heç bir şeyi dəyişdirmir. İman edən bir insan hər nə olursa olsun əsla axirətdə hesabını verə bilməyəcəyi bir şeyi etməz.
Bu səbəblə də hər gün qəzetlərdə, televizorlarda, dost məclislərində şikayət edilən, "bu cəmiyyətə nələr oldu belə" dedirdən hadisələrin baş vermə səbəbi dünyanın müxtəlif ölkələrində hakim olan dinsizlikdir. Bütün bu xəbərləri görən mömin bunlara biganə qalmaz, tək həllin insanlara Allah sevgisini və qorxusunu başa salmaq, mənəvi dəyərləri canlandırmaq olduğunu düşünər. Çünki, Allahdan qorxub çəkinən, axirətdə hesab verəcəyini bilən insanlardan ibarət bir cəmiyyətdə bu cür hadisələrin yaşanması qeyri-mümkündür. Belə bir cəmiyyətdə dinclik və güvən ən yüksək səviyyədə yaşanar.
Yenə gördükləri üzərində düşünməyə davam edən insan üçün, televiziyalarda yayımlanan müzakirə proqramları da ibrətamizdir.
Bu müzakirə proqramlarına o günün mövzusuyla olduqca yaxından maraqlanan və o mövzuda ən çox məlumat sahibi olan insanlar dəvət edilir. Bu insanlar bir mövzu barəsində saatlarla danışsalar belə heç biri nə işin içindən çıxa, nə də bir nəticəyə gələ bilər. Halbuki o müzakirə proqramına qoşulanlar bu mövzunu həll edə biləcək səlahiyyətə sahib olan kəslərdir.
Üstəlik bir çox mövzunun həlli əslində son dərəcə aydındır. Ancaq insanların bir qisminin fərdi mənfəətləri, ətraflarının təsiri altında qalmaları, səmimi surətdə bir çıxış yolu axtarmağa çalışmaqdansa öz adlarını ön plana çıxartma səyləri bütün işləri sanki çıxılmaz bir vəziyyətə salar.
Bütün bunlara şahid olan vicdanlı bir insan bu hadisələrin qaynağının da insanların Allahın dinindən uzaq olmaları olduğunu düşünər. Çünki, Allaha iman edən bir insan əsla məsuliyyətsiz, biganə, hadisələrə həll gətirə bilməyən bir xarakter nümayiş etdirə bilməz. Allahın qarşısına çıxardığı hər hadisədə bir hikmət olduğunu, dünyada hər an sınanmaqda olduğunu, ağlını, gücünü, məlumatını Allahın razı qalacağı şəkildə istifadə etməsinin lazım olduğunu bilir. Həmçinin bu cür proqramları seyr edən bir mömin Allahın bir ayəsini xatırlayır:
... İnsan isə ən çox mübahisə edəndir. (Kəhf surəsi, 54)
Bu kimi proqramlarda rast gəlinən mühit insanların bir çoxunda mövcud olan mübahisəçi, daha doğrusu davakar xarakteri ortaya çıxarır. Bu kəslərin böyük bir hissəsinin çox vaxt özlərinə yönəldilən sualı belə başa düşə bilməmələri, yalnız deyəcəkləri öz sözlərində ilişib qalıb tezliklə onu söyləməyə çalışmaları, bir-birlərinin sözünü kəsmələri, səslərini asanlıqla qaldırıb dərhal etidallarını pozaraq əsəbiləşmələri, hətta qarşılarındakı insanları təhqir etməyə başlamaları, bu kəslərin mənfi cəhətlərini büruzə vermələri baxımından əhəmiyyətlidir.
Allahdan qorxan, tamamilə səmimi və dürüst insanların toplandığı bir məclisdə hadisələrin bu cür uzanıb getdiyi və nəticəsiz qaldığı bir mühit qətiyyən meydana gəlməz. Məqsəd Allahın razı qalacağı həlli tapmaq və insanlara ən çox fayda təmin etmək olduğu üçün, ağla və vicdana ən uyğun olan üsul tapılar və heç vaxt itirilmədən tətbiq olunar. Hər kəs vicdanla alınan qərardan razı qalacağı üçün hər hansı bir mübahisə mühiti də meydana gəlməz.
Bir adamın öz etirazını bildirdiyi və bu adamın etirazının haqlı səbəblərə dayandığı, həmçinin də göstərdiyi yol daha doğru olduğu təqdirdə, dərhal onun təklifi etibarlı sayılar. Çünki, Allahdan qorxub çəkinən insanlar, başqaları kimi təkkəbürlənərək söz başa düşməyən bir rəftar nümayiş etdirməzlər. Allahın Quranda bildirdiyi kimi "...hər bilik sahibindən də üstün bir bilən vardır" (Yusif surəsi, 76) deyərək, ən doğru olanı tətbiq edərlər.
Əks bir mühit, məsəl üçün bir çox ölkədə rast gəlinən, səhərə qədər davam edən və heç bir nəticə alına bilməyən müzakirələr, insanlara din əxlaqının gətirdiyi gözəl əxlaqın və keyfiyyətli xarakterin yaşanmadığı bir mühitdə nələr ola biləcəyini göstərməsi baxımından düşündürücüdür.