Kitabın əvvəlindən etibarən düşünmənin əhəmiyyətindən, insana qazandırdığı şeylərdən, insanı digər canlılardan fərqləndirən çox əhəmiyyətli bir xüsusiyyət olduğundan bəhs etdik. Həmçinin düşünməyə mane olan səbəbləri də qeyd etdik. Şübhəsiz ki, bütün bunlardakı məqsəd insanları düşünməyə təşviq edərək, yaradılış məqsədlərini görmə, Allahın sonsuz elmini və qüdrətini təqdir edə bilmələrinə köməkçi olmaq idi.
Növbəti səhifələrdə isə Allaha iman edən bir insanın bir gün ərzində yaşadığı hadisələr qarşısında nələri düşünməsinin lazım olduğunu, gördüyü hadisələrdən necə ibrət almasının, qarşılaşdığı hər şeydə Rəbbimizin sənətini və elmini görərək necə Allaha şükür etməsinin və ona yaxınlaşmasının lazım olduğunu izah edəcəyik.
Əlbəttə ki, burada bəhs ediləcək şeylər bir insanın düşünmə potensialının çox kiçik bir hissəsini təşkil edir. İnsan yaşadığı müddətcə daim düşünmə qabiliyyətinə malikdir və insanın düşüncə üfüqü elə genişdir ki, bunlara bir məhdudiyyət gətirmək mümkün deyil. Burada izah ediləcək şeylərin məqsədi, yalnızca düşünmə qabiliyyətindən lazım olduğu kimi istifadə etməyən kəslərə bir yol açmaqdır.
Unutmamaq lazımdır ki, ancaq düşünən insanlar idrak edə bilər və digər canlılardan fərqli bir mövqeyə çata bilərlər. Ətrafındakı möcüzəvi hadisələri görə bilməyən, görüb də dərk etməyən insanların vəziyyətini Allah ayələrində belə xəbər vermişdir:
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey eşitməyib (eşitdiyi və ya bağırdığı şeyin mənasını bilməyən və daima) qışqıranın (bir heyvannın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar. (Bəqərə surəsi, 171)
...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.. (Əraf surəsi, 179)
Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 44)
Allahın ayələrini, yaratdığı canlılardakı və hadisələrdəki möcüzələri görə bilən, bu səbəbdən də dərk etmə qabiliyyətinə sahib insanlar isə ancaq düşünən insanlardır və bu insanlar gördükləri kiçik-böyük hər şeydən bir nəticə çıxara bilərlər.
İnsanın düşünməyə başlaması üçün xüsusi bir mühitin meydana gəlməsinə ehtiyac yoxdur. Səhər oyandığı andan etibarən düşünməsi üçün özünə bir çox imkan verilir.
Səhər oyanan insanın qarşısında uzun bir gün vardır. Ümumiyyətlə yorğun və ya yuxusuz deyil, hər şeyə yenidən başlamağa hazırdır. Bunu düşünən insanın ağlına Allahın bir ayəsi gəlir:
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (Furqan surəsi, 47)
Özünə gəlməsi, tam olaraq ayılması üçün üzünü yuması, duş qəbul etməsi kifayət edəcəkdir. Artıq insan özü üçün faydalı bir çox şeyi düşünə biləcək bir mövqedədir. Naharda nə yeyəcəyindən və ya evdən saat neçədə çıxması lazım olduğundan daha əhəmiyyətli mövzular vardır və əvvəlcə bunları düşünməlidir.
Əvvəlcə səhər oyana bilməsi böyük bir möcüzədir. Şüurunu tamamilə itirməsinə baxmayaraq, səhər yenə əvvəlki şüur və şəxsiyyətinə sahib olmuşdur. Qəlbi döyünür, nəfəs ala bilir, danışa və görə bilir. Halbuki gecə yuxuya gedərkən bu nemətlərin səhər yenidən özünə veriləcəyinə dair heç bir zəmanət yoxdur. Üstəlik gecə boyunca başına hər hansı bir fəlakət də gəlməmişdir. Məsələn, yaşadığı mənzildə bir qonşusunun fikirli olması qaz sızıntısına səbəb ola bilər və gecə böyük bir partlayışın səsindən oyana bilər. Yaşadığı yerdə təbii bir fəlakət baş verə bilər, bəlkə həyatını itirə bilər.
Sabah kalktığı andan itibaren insanın önüne düşünmesi için birçok imkan çıkar. Örneğin insanın sabah uyanabilmesi çok büyük bir mucizedir. |
Bədənində başqa problemlər yarana bilər, məsələn, güclü bir böyrək sancısı, baş ağrısı ilə oyana bilər. Amma bunların heç biri olmamış və sapsağlam olaraq oyanmışdır. Bütün bunları düşünəndə Allahın öz üzərindəki bu geniş rəhməti və qoruması üçün Ona şükr edər.
Yeni bir günə sağlam olaraq başlamaq, insanın axirət həyatı üçün daha çox xeyir qazanmasından ötrü Allahın ona bir fürsət daha verməsi deməkdir.
Onda ediləcək ən gözəl hərəkət, həmin günü Allah rizasına uyğun keçirməkdir. İnsan hər şeydən əvvəl bunun planlarını qurmalıdır, başını məşğul edən düşüncələr bunlar olmalıdır. Allahı razı salmağın ən əhəmiyyətli yollarından biri isə bu mövzuda Ondan kömək istəməkdir. Hz. Süleymanın səmimi duası bu mövzuda möminlərə bir nümunədir:
“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)
İstisnasız her insan sabah kalktığı andan itibaren birçok acizliğiyle ilgilenmek durumundadır. Allah dünya hayatında yarattığı bu eksiklikleri düşünmemizi ister. |
İnsan səhər yataqdan qalxan kimi aciz bir varlıq olduğunu dərk edərək düşünməyə başlayar. Hər səhər mütləq üzünü yumalı, dişlərini fırçalamalıdır. Bunları görən insan digər acizliklərini də düşünməyə başlayar. Məsələn, hər gün duş qəbul etmək məcburiyyətində olması, napnazik dərisinin altının baxıla bilməyəcək qədər pis vəziyyətdə olması, bədəninin infeksiyaya olduqca açıq olması, yuxusuzluğa, aclığa və susuzluğa dayana bilməməsi acizliyinin əlamətlərindəndir.
Səhər güzgüyə baxan bir insanın əgər yaşı artmışdırsa onda ağlına daha başqa düşüncələr də gələr. Ömrünün orta hesabla ilk 20 ilindən sonra ilk yaşlanma əlamətləri başlamışdır. 30 yaşına yaxınlaşdıqda gözlərinin altı, ağız kənarları qırışmağa başlamış, dərisinin canlılığı yox olmuş, bədəninin böyük bir hissəsində dəyişikliklər müşahidə olunmağa başlamışdır. Yaşı daha da irəlilədikcə saçları ağarmış, hətta əlləri belə yaşlanmışdır.
Bunları düşünən bir insan üçün yaşlılıq dünya həyatının müvəqqəti olduğunu göstərən, insanın dünyaya həvəslə bağlanmasına mane olan ən təsirli hadisələrdən biridir. Yaşlanmağa başlayan adam artıq dünya həyatının sona çatmasına geri sayım başladığını anlayar. Əslində yaşlanan və geri sayıma başlayan insanın bədənidir. Bədən gün keçdikcə çürüyər, ancaq insanın ruhunda bir yaşlanma olmaz. İnsanların çoxu gəncliklərində güclü şəkildə gözəl və ya çirkin olmalarının təsiri altında qalarlar.
Çamurlu, kara topraktan çıkan bir gül tertemiz kokar. |
Ümumiyyətlə gözəl olan öyünər, çirkin olan isə məzlum və bədbəxt olar. Yaşlılıq isə bədənin gözəlliyinin və ya çirkinliyinin nə qədər müvəqqəti olduğunu, Allah qatında yeganə əhəmiyyət kəsb edən şeyin və insanın tək qazancının Allaha olan bağlılığı ilə göstərdiyi gözəl əxlaq olduğunu göstərən əhəmiyyətli bir ibrətdir.
İnsan hər dəfə bu acizlikləri ilə qarşılaşdığında, hər cür nöqsandan uzaq olan, tək qüsursuz varlığın Allah olduğunu düşünər və Allahın ucalığını zikr edər. Allah insanın sahib olduğu hər acizliyi bir hikmətlə yaratmışdır. İnsanların dünya həyatına bağlanmamaları, dünya həyatında sahib olduqları ilə azmamaları və öyünməmələri bu hikmətlərdən bəziləridir. Bunları düşünərək qavraya bilən adam axirətdə Allahın özünü bütün bu nöqsanlardan təmizlənmiş halda yaratmasını istəyər.
Sahib olduğu acizliklər ağlına çox əhəmiyyətli bir düşüncə daha gətirər: Qara torpaqdan çıxan bir çiçəyin tərtəmiz olduğu halda, insanın özünə baxmadığı təqdirdə bədənində yaranan qoxunun dözülməz olması, xüsusilə təkəbbürlü və özünü bəyənmiş insanların üzərində düşünərək ibrət almaları lazım olan bir vəziyyətdir.
Allah, sizi bir za'ftan yarattı, sonra (bu) za'fın ardından bir kuvvet kıldı, sonra bu kuvvetin ardından da bir za'f ve yaşlılık verdi. Dilediğini yaratır. O, bilendir, güç yetirendir. |
İnsan səhər güzgüyə baxmağa davam etdiyi anda ağlına heç düşünmədiyi şeylər də gələ bilər. Məsələn, insanın kirpikləri, qaşları, sümükləri, dişləri müəyyən bir ölçüyə çatdıqda uzanmaları dayanar. Ancaq saçlarının uzanması dayanmaz. Yəni uzanması zərərli ola biləcək, pis bir görünüşün yaranmasına səbəb olacaq hissələrin uzanması dayandığı halda, uzanması estetik baxımdan gözəl ola biləcək olan saçlar uzanmağa davam edər. Bununla yanaşı sümüklərin uzanma prosesində də tam bir uyğunluq və ölçü vardır. Məsələn, insanın qol sümükləri daha çox uzanıb, gövdəsi qısa qalmaz. Hər biri nə qədər uzanması lazım olduğunu bilirmiş kimi tam vaxtında dayanar.
Əlbəttə ki, burada qeyd olunanlar bədəndə meydana gələn bəzi fiziki faktorların nəticəsində meydana gələr. Ancaq düşünən insanın ağlına bu da gəlir: Bu kimyəvi reaksiyaların reallaşması necə təmin edilir? Lazım olan hər şeyin lazımi qədər böyüməsini təmin edən hormonları, fermentləri bədənin içinə yerləşdirən kimdir? və bunların miqdarına, ifraz olunma zamanlarına kim nəzarət edir?
Şübhəsiz ki, bütün bunların təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək qeyri-mümkündür. İnsanı meydana gətirən hüceyrələrin, hüceyrələri meydana gətirən şüursuz atomların belə qərarlar verə bilmələri mümkün deyil. Bunların hər birinin insanı ən gözəl surətdə yaradan Allahın sənəti olduğu açıq-aşkar ortadadır.
Yolda giderken gördüklerimizde de düşünülecek çok şey vardır. |
İnsanların bir çoxu səhər qalxıb hazırlandıqdan sonra iş yerinə, məktəbə getmək və ya çöldəki bir işini həll etmək məqsədiylə yola çıxarlar. Bir mömin üçün bu səfər Allahın razı qalacağı yaxşı işlər görməyin bir başlanğıcıdır. İnsan evindən ayrılıb çölə çıxar-çıxmaz ağlına düşünməsi lazım olan bir çox mövzu gələr. Ətrafda böyük-kiçik minlərlə insan, avtomobillər, ağaclar sayıla bilməyəcək qədər çox incəlik vardır. Bu məqamda bir möminin dünyagörüşü çox aydındır. O gördüyü şeylərdən mümkün qədər faydalanar. Hadisələrin arxasındakı səbəbləri düşünər. Çünki, Allah onun qarşısında gördüyü bu mənzərədən xəbərdardır və Onun diləməsi nəticəsində meydana gəlmişdir. Elə isə mütləq bir səbəbi vardır. Allah, onu çölə çıxarıb qarşısına bu görüntüləri çıxardığına görə bunlar üzərində görülməsi və düşünülməsi lazım olan şeylər vardır. Səhər oyandığı andan etibarən özünə dünyada əcr (savab) qazana biləcəyi bir gün daha verdiyi üçün Allaha şükr etmişdir və indi də bu mükafatları qazana biləcəyi bir səfərə başlamışdır. Bunu dərk edən bir insan, hər şeyi yaradan Allahın "gündüzü bir dolanışıq-vaxtı etdik" (Nəbə surəsi, 11) ayəsini düşünər. Bu ayə əsasında gününü digər insanlara faydalı olacaq, Allahın məmnun olacağı işlər görəcək şəkildə keçirməyi planlaşdırar.
Ağlında bu planlarla avtomobilinə və ya başqa bir nəqliyyat vasitəsinə çatdığında, yenə Rəbbimizə şükr edər. Çünki gedəcəyi yer nə qədər uzaq olursa olsun, oraya çatma imkanı vardır. Allah asanlıq olsun deyə insanlar üçün bir çox nəqliyyat vasitəsi yaratmışdır. Xüsusilə də hal-hazırda inkişaf edən texnologiya sayəsində bu imkanlar xeyli artmışdır; avtomobillər, qatarlar, təyyarələr, gəmilər, vertolyotlar, avtobuslar...
Düşünen insan, teknolojiyi de insanların hizmetine verenin Allah olduğunu görür. |
Bunları düşünən adamın ağlına çox əhəmiyyətli bir mövzu daha gəlir: Texnologiyanı da insanların xidmətinə verən Allahdır.
Elm adamları hər keçən gün yeni kəşflər edir, həyatımızı asanlaşdıracaq yeniliklər icad edirlər və bunların hamısını Allahın dünyada yaratdığı imkanlar sayəsində həyata keçirirlər. Məhz düşünən insan bunları öz xidmətinə verdiyi üçün Rəbbimizə şükr edərək səfərini davam etdirər.
Bu düşüncələrlə gedəcəyi yerə doğru hərəkət edərkən, küçə arasında gördüyü bir zibil yığını, pis qoxu, qaranlıq, dar, nəm yerlər də insanın ağlına müxtəlif mövzular gətirər.
Allah dünyada həm cənnəti, həm də cəhənnəmi təsəvvür edə biləcəyimiz və ya müqayisə yoluyla necə ola biləcəklərini ehtimal edə biləcəyimiz məkanlar və görüntülər yaratmışdır. Zibil yığınları, pis qoxular, dar, nəm, pis və qaranlıq yerlər insanın canını sıxar. İnsan belə mühitlərdə əsla olmaq istəməz. Bunların hamısı cəhənnəmi xatırladan xüsusiyyətlərdir və bu görüntülərlə qarşılaşan adamın ağlına cəhənnəmlə əlaqəli ayələr gəlir. Allah Quranda cəhənnəmdəki pis görüntüləri, qaranlığı, pis şeyləri bir çox ayəsi ilə xəbər vermişdir:
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Onlar hüceyrələrə qədər nüfuz edən qovurucu istilik və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşagələndir. (Vaqiə surəsi, 41-44)
Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”. (Furqan surəsi, 13-14)
Quranın bu ayələrini xatırlayan adam, dərhal Allaha özünü cəhənnəm əzabından qoruması üçün dua edər, etdiyi səhvlərdən ötrü bağışlanma diləyər.
Bu cür düşünməyə başlamayan insan isə gününü deyinərək, hər hadisədə bir günahkar tapmağa çalışaraq keçirəcəkdir. Zibili atan şəxslər və onu gec yığan bələdiyyə ağlında ilişib qalacaq, müdirin haqsız yerə özünü danlaması və daha bir çox mövzu ilə bütün gün ağlını məşğul edəcək. Bu boş düşüncələr isə axirətdə özünə heç bir fayda verməyəcək. Bəlkə insan "görəsən bir çox işi bir kənara mı qoyum?"deyə düşünə bilər.
Həqiqətən də bir çox insan özünü düşünməkdən uzaq tutan əsl şeyin dünyada aparmaq məcburiyyətində qaldığı mübarizə olduğunu iddia edər. Qidalanma, sığınacaq tapma və sağlamlıq kimi problemlər üzündən düşünməsinin mümkün olmadığını söyləyər. Halbuki, bu qaçışdan və özünü aldatmaqdan başqa bir şey deyil. İnsanın məsuliyyətləri və içində olduğu vəziyyət ilə düşünməsi arasında heç bir əlaqə yoxdur. Çünki, Allahın razı qalması üçün düşünməyə çalışan insan Allahdan kömək görəcəkdir. Görəcək ki, özü üçün problem kimi görünən bir çox şey bir birinin ardınca həll olur, hər keçən gün düşünməyə daha çox vaxt ayırır. Bu ancaq möminlərin yaşayıb anlaya biləcəkləri bir mövzudur.
Yolda giderken görülen güzel bir manzara veya dar ve izbe bir yer insana birçok şeyi düşündürebilir. |
Səfərinə davam edən insan ətrafında hər an Allahın dəlillərini, yaradılış möcüzələrini görməyə, bunlar üzərində düşünərək Rəbbimizin ucalığını təqdir etməyə çalışır. Avtomobilin şüşəsindən çölə baxdığında rəngarəng bir dünya ilə qarşılaşar. Bununla da belə düşünər: "Yaxşı, ya dünya rəngarəng olmasaydı, hər şey necə olardı?"
Məsələn, aşağıdakı şəkillərə baxın və siz də düşünün. Tamamilə rəngsiz bir dənizdən və ya bir dağ mənzərəsindən və yaxud da bir çiçəkdən indi aldığımız kimi zövq ala bilərdikmi? Səmanın, meyvələrin, kəpənəklərin, geyimlərin, insanların üzlərinin görüntüləri indiki kimi zövq verərdimi? Rəngarəng, parlaq bir dünyada yaşamağımız bizə Rəbbimizin bəxş etdiyi bir nemətdir. Təbiətdə gördüyümüz hər rəng, canlılardakı rənglərin bir-birləriylə olan qüsursuz ahəngi Allahın bənzərsiz sənətinin və bənzərsiz yaratmasının dəlilləridir.
Məsələn, bir çiçəyin və ya bir quşun sahib olduğu rənglər və bu rənglərin bir-birləriylə uyğunlaşması və ya rənglər arasında cüzi keçidlər olması, təbiətdə heç bir rəngin gözümüzü narahat etməməsi, məsələn, dənizlərin, göyün, ağacların rənginin bizə rahatlıq verəcək, gözümüzü yormayacaq çalarlarda olması Allahın qüsursuz yaratma sənətini göstərir.
Bütün bunları düşünən bir insan, ətrafında gördüyü hər şeyin Allahın sonsuz elminin və qüdrətinin bir əsəri olduğunu anlayar. Allahın bizə verdiyi bütün bu nemətlər qarşısında isə "içi titrəyərək" Allahdan qorxub çəkinər və nankor bir insan olmaqdan Allaha sığınar. Allah Quranda rənglərin varlığını xatırladaraq, ancaq alim olanların, yəni düşünüb araşdıran və bunlardan nəticə çıxaran insanların Allah qorxusuna sahib olduqlarını belə bildirir:
Məgər Allahın göydən yağmur endirdiyini görmədinmi?. Onunla müxtəlif rəngli meyvələr yetişdirdik. Dağlarda da müxtəlif rəngli ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və davarlar arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.(Fatir surəsi, 27-28)
Bir insanın karşılaştığı bir cenaze herşeyden önce ona "kendi ölümünü" ve bu dünyanın kısa ve geçici olduğunu düşündürmelidir. |
Bir yerə çatmağa çalışan insanın qarşısına qəflətən bir cənazə avtomobili çıxa bilər. Bu isə əslində insanı özünə gətirə biləcək çox əhəmiyyətli bir fürsətdir. Qarşısına çıxan bu mənzərə ona ölümü xatırlatmışdır. Bir gün özü də o avtomobilin içində olacaqdır. Buna heç bir şübhə yoxdur, nə qədər qaçsa da gec-tez ölüm onu tapacaqdır. Bəlkə yatağında, bəlkə yolda, bəlkə də istirahət etdiyi bir yerdə bu dünyadan mütləq ayrılacaqdır. Çünki, ölüm qaçılmaz bir həqiqətdir.
Məhz belə bir anda möminin ağlına Allahın bu ayələri gələcəkdir:
Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız. İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki hündür köşklərdə yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 57-59)
İnsanın öz bədəninin də sonunda taxta bir tabuta qoyulacağını, üstünün yaxınları tərəfindən torpaqla örtüləcəyini, bir məzar daşında adının və soyadının yazılacağını düşünməsi, onun dünyaya olan bağlılığını aradan qaldırar. Bunu çox səmimi və həqiqi bir şəkildə düşünən insan bir gün torpağın altında çürüyəcək bir bədənə sahib çıxmağın nə qədər mənasız olduğunu görər.
Allah, Ənkəbut surəsindəki ayələrdə səbr edənləri və təvəkkül edənləri ölümlərindən sonra cənnətlə müjdələmişdir. Buna görə də bir gün öləcəyini düşünən mömin, Cənnətə qovuşmaq üçün də Allahın əmr etdiyi gözəl əxlaqı yaşamağa çalışar. Hər dəfə ölümün yaxınlığını düşündüyündə bu mövzudakı qərarlılığı artar və həyatı boyunca getdikcə gözəlləşən üstün bir əxlaqa sahib olmağa çalışar.
Həmişə başqa düşüncələrə əhəmiyyət verib, boş xülyalarla həyatlarını keçirən insanlar isə, nəinki bir cənazə avtomobiliylə qarşılaşmaq, hər gün qəbristanlığın qarşısından keçsələr, hətta yanlarında çox dəyər verdikləri biri ölsə belə, bunun bir gün mütləq öz başlarına da gələcəyini düşünməzlər.
Mömin gün ərzində qarşılaşdığı hadisələr qarşısında həmişə Allahın ayələrini düşünər, hadisələrdəki incəlikləri, Allahın yaratmasındakı hikmətləri və xeyirləri qavramağa çalışar.
Qarşısına çıxan bir gözəlliyə və ya uğursuzluq kimi görünən hər hadisəyə həmişə Allahın məmnun olacağı gözəl əxlaq çərçivəsində reaksiya verər. İman edən bir insan üçün olduğu mühitin bir əhəmiyyəti yoxdur; məktəbdə, işdə və ya alış-verişdə də olsa daim hər şeyi Allahın yaratdığını düşünərək, Onun yaratdığı gözəllikləri, hadisələrdəki hikmətləri görməyə çalışar, Rəbbimizin ayələrinə uyğun bir həyat sürər. İnananların bu rəftarı ayələrdə belə xəbər verilir:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, dosdoğru namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 37-38)
Terslik gibi görünen olaylarda hemen mutlaka bir hayır olduğunu ve Allah'ın yardımıyla herşeyin en güzel şekilde sonuçlanacağını düşünmek gerekir. |
İnsan gün ərzində müxtəlif çətinliklərlə qarşılaşa bilər. Amma qarşılaşdığı çətinlik nə olursa olsun Allaha təvəkkül etməli və bunları düşünməlidirlər: "Allah bizi bu dünya həyatında etdiyimiz və düşündüyümüz hər şeylə sınayır. Bu, bir an belə ağlımızdan çıxarmamağımız lazım olan çox əhəmiyyətli bir həqiqətdir. Elə isə gördüyümüz hər hansı bir işdə bir çətinliklə qarşılaşdığımızda və ya öz düşüncəmizə görə işlərin yolunda getmədiyini zənn etdiyimizdə, bu hadisələrin hamısının bizim necə reaksiya verəcəyimizi sınamaq üçün qarşımıza çıxarıldığını əsla unutmamalıyıq".
İnsanın ağlından keçən bu düşüncələr, gündəlik həyatda qarşılaşılan böyük və ya kiçik hər hadisə üçün etibarlıdır. Məsələn, bir iş yerində bir səhv anlamadan ötrü və ya birinin unutqanlığı üzündən səhv yerə ödəniş ödənilə bilər, saatlarla kompyuterdə üzərində iş görülən bir fayl elektrikin kəsilməsi ucbatından bir anda yox ola bilər, bir şagird həddindən çox çalışmasına baxmayaraq universitetə qəbul imtahanından keçməyə bilər, təqib edilən bir işdə bir çox bürokratik proseduradan ötrü bir insanın günləri növbələrdə gözləməklə keçə bilər, davamlı bir sənədi əskik çıxa bilər və bu səbəblə də işləri ləngiyə bilər, bir insan çox təcili surətdə yetişməsi lazım olan bir yerə gedərkən təyyarəyə, avtobusa yubana bilər... Hər kəsin öz həyatı içində qarşılaşa biləcəyi, öz aləmində çətinlik və uğursuzluq olduğunu zənn etdiyi bu cür saysız hadisə vardır.
Ancaq imanlı bir insan dərhal bu hadisələrin hər birində Allahın özünün necə rəftar göstərəcəyini və səbrini sınadığını, öləcək və axirətdə hesab verəcək bir insanın bu hadisələrə fikir verib, bunlara görə kədərlənib vaxt itirməsinin yersiz olduğunu düşünər. Bütün bu hadisələrin arxasında bir xeyir olduğunu bilir. Heç bir hadisə qarşısında "əfsuslar olsun!" deməz. Allaha işlərini asanlaşdırması üçün dua edər və bir çətinliyin arxasından asanlıq gəldikdə, bunun Allaha etdiyi duanın bir qarşılığı olduğunu, Allahın duaları eşidən və onlara cavab verən olduğunu düşünər və Allaha şükr edər.
Bunları düşünərək gününə davam edən insan nəylə qarşılaşırsa qarşılaşsın, heç vaxt ümidsizliyə qapılmaz, narahat olmaz, qorxub kədərlənməz, çarəsiz vəziyyətdə qalmaz. Allahın hər şeyi bir xeyir və gözəlliklə yaratdığını bilər. Üstəlik bunu yalnız başına gələ biləcək böyük hadisələrdə deyil, bir qədər əvvəl danışdığımız kimi, gündəlik həyatda qarşılaşdığı kiçik-böyük hər incəlikdə düşünər.
Məsələn, planladığı əhəmiyyətli bir işi istədiyi kimi getməyən, tam müvəffəqiyyət qazanmaq üzrə olduğu son anda ciddi bir çatışmazlıqla qarşılaşan bir insan düşünün. Əgər bu insan imanın gətirdiyi dərin qavrayışa sahib deyilsə, qəfildən hirslənər, sıxıntıya düşər, kədərlənər, bir sözlə, hər cür mənfi halı yaşayar. Halbuki hər şeydə bir xeyir olduğunu düşünən bir insan Allahın bu hadisə ilə özünə göstərdiyi hikmətləri düşünüb tapmağa çalışar. Bu şəkildə Allahın bu mövzuda daha qəti tədbirlər almasının lazım olduğuna diqqət çəkmiş ola biləcəyini düşünər. Texniki baxımdan bütün lazımi tədbirləri görər və "bəlkə də bu şəkildə daha əhəmiyyətli zərərlərin meydana gəlməsi qarşısı alınmışdır" deyərək Allaha şükr edər.
Bir yerə çatmağa çalışarkən minəcəyi avtobus artıq yola düşmüş olsa, "bəlkə gecikmək və ya bu avtobusa minməmək məni bir qəzadan və ya başqa bir pislikdən qorumuşdur" deyə düşünə bilər. Bunlar yalnız bir neçə nümunədir, "bunun kimi daha bir çox hikməti ola bilər" deyə də düşünər. Bu nümunələr çoxaldıla bilər. Ancaq əhəmiyyətlisi budur ki, insanın qurduğu planlar həmişə istədiyi kimi nəticə verməyə bilər. Adam özünü bir anda qurduğu plandan çox fərqli bir mühitdə tapa bilər. Məhz belə bir vəziyyətdə təvəkküllü davranan, qarşılaşdığı hadisədə xeyir axtaran adam qazanclı çıxar. Çünki, Allah ayəsində insanlara belə bildirir:
...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi, 216)
Allahın ayəsində də bildirdiyi kimi, biz bilmərik ancaq Allah bilər. Bu səbəbdən də bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu bilən də Allahdır. İnsana düşən tək şey isə sonsuz mərhəmət sahibi və himayədar olan Allahı özünə dost tutmaq və Allaha tamamilə təslim olmaqdır...
Bir insanın hər hansı bir işi görərkən beyninin boş durmaması və daim xeyirli şeylər düşünməsi çox əhəmiyyətlidir. Çünki, insan eyni anda bir neçə şeyi edə bilmə potensialına malikdir. Məsələn, avtomobil idarə edən, evini təmizləyən, idman edən, yolda yeriyən hər insan eyni zamanda xeyirli bir şeylər də düşünə bilər.
Təmizlik işi görən bir insan, Allahın özünə su, yuyucu maddə kimi şeyləri verməsindən ötrü Ona şükr edər. Allahın təmizliyi və təmiz insanları sevdiyini bildiyi üçün gördüyü işi bir ibadət kimi görər və Allahın məmnuniyyətini qazanmağı ümid edər. Həmçinin olduğu məkanı təmizləyərək digər insanlar üçün də rahatlıq verici bir mühit yaratmaqdan zövq alar və ya hər hansı bir işi görən bir insan daim qəlbində Allaha dua edər, Rəbbimizdən gördüyü işi asanlaşdırmasını istəyər, Allah istəmədikcə heç bir işdə müvəffəqiyyət qazana bilməyəcəyini düşünər. Quranda bizə nümunə olaraq göstərilən peyğəmbərlərin öz içlərində daim Allaha yönəldiklərini, bir iş görərkən həmişə Allahı düşündüklərini görərik. Bu müqəddəs insanlardan biri hz. Musadır. Hz. Musa yolda gedərkən qarşılaşdığı qadınların sürülərinə su içirmələrinə kömək etdikdən sonra Allaha yönəlmişdir. Bu hadisə ayələrdə belə xəbər verilir:
Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?” dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə ehtiyacım var!” (Qəsəs surəsi, 23-24)
Bu mövzuda Quranda gördüyümüz başqa bir nümunə də hz. İbrahim və hz. İsmayıldır. Allah bu peyğəmbərlərin birlikdə bir iş görərkən digər iman edən insanlar üçün xeyirli şeylər düşündüklərini və Özünə yönələrək bu mövzuda dua etdiklərini xəbər vermişdir. Ayələrdə belə buyurulur:
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq (müsəlmanlar), nəslimizdən də Sənə təslim olan (müsəlman) bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən güclü və üstün olan, hökm və hikmət sahibisən!" (Bəqərə surəsi, 127-129)
Bir Hörümçək Torunun Düşündürdükləri
Minik bir böceğin oluşturduğu ağın kusursuz bir tasarıma sahip olmasında düşünülecek çok şey vardır. |
Gününü evində keçirən bir insanın da düşünə biləcəyi çox şey vardır. Məsələn, evini təmizləyərkən onun bir küncündə özünə tor qormuş bir hörümçək görə bilər. Əgər normalda heç kimin əhəmiyyət vermədiyi bu heyvan haqqında düşünməsinin lazım olduğunu başa düşsə, üzünə yeni qapılar açıldığını görəcək. Çünki, qarşısında gördüyü kiçik həşərat Allahın üstün yaradıcılığının bir nümunəsidir. Bu hörümçəyin hördüyü torda mükəmməl bir simmetriya vardır. Üstəlik hörümçək bu toru olduqca sürətli və ardıcıl şəkildə hörür, bu işi görərkən geriyə çəkilib simmetrik olubdurmu, yoxsa olmayıbdırmı deyə bir dəfə belə nəzarət etmir.
Amma ortaya olduqca nizamlı bir struktur çıxır. İnsan bu heyrətamiz qüsursuzluqdakı simmetriyanı kiçik bir hörümçəyin necə meydana gətirməyi bacardığı ilə maraqlanıb bir qədər araşdırdığında başqa həqiqətlərlə qarşılaşar: Hörümçəyin istifadə etdiyi iplik, eyni qalınlıqdakı kauçukdan 30% daha elastikdir. Hörümçəyin hazırladığı bu iplik elə üstün bir xüsusiyyətə malikdir ki, insanlar tərəfindən güllə keçirməz jiletlərin hazırlanmasında nümunə olaraq götürülür. Yəni bir çox insanın sadə bir hörümçək toru olaraq gördüyü şey, əslində dünyadakı ən ideal sənaye məhsullarıyla ekvivalent bir maddədir.
Temizlenen bir sinekte birçok ibret vardır. |
Ətrafındakı canlılarda qüsursuz bir nizamın varlığına şahid olan insan bu mövzuda düşünməyə davam etdikcə daha da təəccüblü həqiqətlərlə qarşılaşır. Daim qarşılaşdığı halda heç bir əhəmiyyət vermədiyi, hətta bəlkə də əsəbiləşib öldürməyə çalışdığı bir milçəyi araşdırdığında onun çox həssas və müfəssəl bir təmizlik anlayışına sahib olduğunu görər. Milçək tez-tez bir yerə qonaraq əllərini və ayaqlarını ayrı-ayrılıqda təmizləyər. Sonra da qanadlarını, üzünə bulaşan tozları əlləri və ayaqları ilə asta-asta təmizləyər. Təmizləndiyindən əmin olana qədər də bu əməliyyatları davam etdirər. Digər bütün milçək və həşərat növləri də eyni şəkildə, eyni əhəmiyyəti verərək və həssaslıqla təmizlənər. Bu da təmizlənməyi onlara Uca Allahın öyrətdiyini göstərir.
Görünmeyen akarlar |
Eyni milçək uçarkən qanadlarını saniyədə təxminən 500 dəfə çırpar. İnsanların hazırladığı heç bir mexanizm belə bir sürətə tab gətirə bilməz, sürtünmədən parça-parça olar və alışıb yanar. Lakin, milçəyin nə qanadlarına, nə əzələlərinə, nə də oynaqlarına heç bir zərər gəlməz. Küləyin gücünü və istiqamətini də hesablayaraq istədiyi istiqamətə doğru yolunu azmadan uça bilər. İnsan hal-hazırda sahib olduğu texnoloji imkanlar vasitəsiylə belə, bu üstün xüsusiyyətlərə və uçuş texnikalarına sahib bir mexanizm icad edə bilməz. Amma milçək deyib də üstündən keçdiyi və çox vaxt əhəmiyyət belə vermədiyi bir canlı, insanın bacara bilmədiyi böyük bir işi bacarır. Əlbəttə ki, milçəyin bunu öz qabiliyyətləri və zəkasıyla etdiyini iddia etmək qeyri-mümkündür. Milçəkdəki bu üstün xüsusiyyətlər Allahın ona verdiyi qabiliyyətlərdir.
Arıların minik bedenlerinde insanlar için şifa olan balı üretmeleri, üzerinde düşünülmesi gereken bir konudur. |
İnsanın ətrafına baxdığında gördüyü hər nöqtədə gözlə görülən və görülməyən bəzi canlılar vardır. Dünya üzərində canlıların olmadığı tək bir kvadrat santimetr yer belə yoxdur. İnsanlar, bitkilər, heyvanlar görə bildiyi canlılardır, amma bir də bunlarla yanaşı görə bilmədiyi, lakin varlıqlarından xəbərdar olduğu canlılar vardır. Məsələn, oturduğu evin içində hər yer "gənə" adı verilən mikroskopik canlılarla doludur. Eynilə tənəffüs etdiyi havada saysız-hesabsız virus gəzir ya da bağçasındakı torpaqda təsəvvür edilməyəcək qədər xeyli miqdarda bakteriya yaşayır.
Dünyada yaşayan inanılmaz saydakı canlıları düşünən insanın ağlına bir də bu canlılardakı qüsursuz sistemlər gəlir. Gördüyü canlıların hamısı Allahın sənətinin açıq-aşkar bir dəlilidir, amma eynilə mikroskopik canlılarda da böyük möcüzələr gizlənmişdir. Gözlə görə bilmədiyimiz bir virusun, bakteriyanın, ya da gənənin özlərinə aid bədən mexanizmləri vardır. Hər birinin yaşadığı mühiti, qidalanma şəklini, nəsil vermə və müdafiə sistemlərini Allah yaratmışdır. Bunları düşünən adamın ağlına Allahın ayələri gəlir. Bir ayədə belə buyurulur:
Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir (Ənkəbut surəsi, 60)
Gözle görülemeyen bir virüs koskoca insan bedenini yatağa düşürebilmektedir. |
İnsan bir çox çatışmazlığı olan və bu çatışmazlıqlarını aradan qaldırmaq üçün daim səy göstərməsi lazım olan bir varlıqdır. Xəstəliklər insanların acizliklərini çox açıq bir şəkildə büruzə verər. Bu səbəblə də insan özü və ya bir tanışı xəstələndiyində mütləq bunun hikmətləri barəsində düşünməlidir. Düşünüldükdə ən bəsit görülən bir qrip xəstəliyinin belə insana öyüd ala biləcəyi ibrətlər daşıdığını görər. Belə bir xəstəliyə tutulduğunda bunları düşünər: Əvvəlcə qripə səbəb olan şey gözlə belə görülməyəcək qədər kiçik bir virusdur. Ancaq bu qədər kiçik bir canlı 60-70 kilo ağırlığındakı bir insanı taqətdən salmağa, yeriyə bilməyəcək, hətta danışa bilməyəcək qədər əldən salmağa kifayət edər. Çox vaxt aldığı dərmanlar, yediyi yeməklər də bir fayda verməz. Tək edə biləcəyi şey yatıb gözləməkdir. Bədənində özünün qətiyyən müdaxilə edə bilmədiyi bir döyüş baş verir. Kiçik bir canlı qarşısında insanın əl-qolu bağlanır. Belə bir vəziyyətdə ağlına ilk növbədə uca Rəbbimiz olan Allahın bu ayələri gəlməlidir:
O Rəbb ki, məni yedirdir və içirdir;
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! (Şuəra surəsi, 79-83)
Hər hansı bir xəstəliyə tutulan bir adam eyni zamanda sağlam vaxtlarındakı rəftarı ilə, xəstələndikdən sonrakı rəftarını müqayisə edib, ikisinin arasındakı fərqi düşünməlidir. Xəstə olduğu vaxtlardakı təvazökar halını, Allaha olan möhtaclığını necə hiss etdiyini, məsələn, bir əməliyyata girərkən hər şeyin hakimi olan Allaha necə qəlbən və güclü şəkildə dua etdiyini heç unutmaması lazım olduğunu dərk etməlidir.
Başqa bir insanın xəstəliyinə şahid olduğunda da dərhal öz sağlamlığını düşünərək Allaha şükr etməlidir. Məsələn, bir mömin ayağı şikəst qalmış birini gördüyündə, ayağının özü üçün nə qədər böyük və əhəmiyyətli bir nemət olduğunu düşünər. Hər səhər yuxudan qalxan kimi rahatlıqla istədiyi yerə yeriyib getməyin, lazım gəldikdə qaça bilməyin, heç kimə möhtac olmadan hər işini asanlıqla görə bilməyin Allahın bir lütfü olduğunu anlayar. Bu şəkildə müqayisə edərək düşündüyü üçün, əlindəki nemətlərin dəyərini daha da yaxşı qavrayar.
Onlar, dinlerini bir eğlence ve oyun (konusu) edinmişlerdi ve dünya hayatı onları aldatmıştı. Onlar, bu günleriyle karşılaşmayı unuttukları ve Bizim ayetlerimizi 'yok sayarak tanımadıkları' gibi, Biz de bugün onları unutacağız. |
Bir insan gün ərzində iş yerində və ya məktəbdə bir çox fərqli insanla qarşılaşa bilər. Əlbəttə ki, bu insanların hamısı özü kimi gözəl əxlaqlı, Allahdan qorxan insanlar olmaya bilər. Belə insanlarla qarşılaşan adam yenə Allahın əmr etdiyi üstün əxlaqı yaşayar, onlardan əsla təsirlənməz. Onların bütün bu pis əxlaq xüsusiyyətlərinə yiyələnmələrinin səbəbinin, Allahdan qorxmamaları və axirətə inanmamaları olduğunu bilir və ağlına bunlar gəlir: Allah insanları cəhənnəm əzabı ilə qorxudur və beləcə onların sonsuz bir əzabı düşünərək, dünya həyatındakı davranışlarını düzəltmələrini, qəlbən Özünə yönəlmələrini və dini səmimi şəkildə yaşamalarını istəyir. İnsan belə böyük və əhəmiyyətli bir təhdidlə qarşı-qarşıya olduğunu dərk etsə, mütləq bu təhlükədən qorunmaq üçün tədbirlər görər. Ancaq bu təhlükəni düşünməyən və dolayısilə əhəmiyyətini qavraya bilməyən insanlar, sanki onlar üçün hazırlanmaqda olan atəş və əzab dolu bir məkan yoxmuş kimi davranarlar.
Bu həqiqətləri bilən adamın ağlına çox əhəmiyyətli başqa mövzular da gəlir. Bu insanların hər biri cəhənnəm odunun kənarında dayandıqları vaxt rəftarları tam fərqli olacaq. Məsələn, bu gün ərköyün, həyasız və təkəbbürlü rəftarlar nümayiş etdirməkdən çəkinməyən bir insan, haqq-hesab günündə tutularaq, yerlərdə süründürülərək və daim alçaldılaraq cəhənnəm çuxurunun kənarına gətirilsə, üzündəki ifadə, rəftarı, danışıq üslubu, istifadə etdiyi sözlər indiki kimi olmayacaq və ya təcavüzkar, sayğısız, günaha meyilli, heç bir insani xüsusiyyəti qalmamış bir insan yenə eyni şəkildə cəhənnəm odunun kənarına gətirilsə, cəhənnəm əzabını gördüyündən ötrü əbədi bir peşmanlıq çəkəcək.
Dünya həyatında din əxlaqını yaşamamaq, ibadətlərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr sayan biri, cəhənnəmin qapısında gözləyərkən özünə namaz qılması deyilsə eyni bəhanələri söyləyə bilməyəcəkdir.
Məhz Allahdan qorxan adam bu həqiqətləri əsla ağlından çıxarmaz. Cəhənnəm odunu düşünər və bu sayədə doğru rəftarın, doğru sözün, gözəl əxlaqın nə olduğunu görər. Cəhənnəmin varlığına qəti olaraq inandığı və həmişə onu düşündüyü üçün, daim cəhənnəm odunun tam yanındaymış kimi və etdiyi hər şeydən ötrü haqq-hesaba çəkiləcyini düşünərək davranar.
Allah insanlara cəhənnəmi və haqq-hesab gününü düşünmələrini belə bildirmişdir:
Hər kəsin etdiyi yaxşı əməlləri qarşısında hazır görəcəyi və özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacağı o günü düşünün. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”. (Al-i İmran surəsi, 30)
Allah insanları çeşit çeşit yiyeceklerle rızıklandırmıştır. Türlü tat ve kokularda hoşumuza giden binlerce yiyecek çeşidi olması, Allah'ın insanlar üzerindeki rahmetinin sayısız göstergelerindendir. |
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)
Allah insanlara dünyada növbənöv, gözəl, təmiz, dadanların ləzzət aldığı yemək və içkilər vermişdir. Əlbəttə ki, bunların hamısı Allahın sonsuz lütfünün və insanlar üzərindəki rəhmətinin bir təcəllisidir. İnsanlar bəlkə də yalnızca bir növdəki yemək və içkilərlə də yaşaya bilər, amma Allah insanlara çoxlu nemət vermişdir; meyvələr, tərəvəzlər, növbənöv ətlər...
Bu nemətlərin hamısını Allahın verdiyini bilən mömin də hər dəfə süfrəyə oturduqda bunlar üzərində düşünər və Rəbbimizə şükr edər.
Quranın bir çox ayəsində Allahın insanlara fərqli yeməklər verərək, onlara öz ruzisindən verdiyindən bəhs edilir. Yemək süfrəsinə oturan bir adamın qarşısına bu nemətlər düzülmüşdür. Torpaqdan çıxan cürbəcür bitkilər, heyvan mənşəli məhsullar süfrələri bəzəyir. İnsan bunlardan zövq alacaq şəklidə yaradılmışdır. Hər biri bir-birindən ləzzətli olan bu yeməklər eyni zamanda insanın yaşaması üçün də zəruridir. Bir düşünək yaşamağımız üçün lazım olan qidaların heç bir ləzzəti olmasaydı ya da dadları çox pis olsaydı nə edərdik? və ya çox ləzzətli olmalarına baxmayaraq bunlar bizim üçün zərərli olsaydı... və yaxud da yalnız bir neçə növ yemək olsaydı və insan bunlardan yalnız yaşamaq üçün istifadə etmiş olsaydı. Süfrədə gördüyünüz şəkildə bir mənzərə ilə qarşılaşmağınızın tək səbəbi Allahın sizə olan lütfü və rəhmətidir. İnsan yalnız meyvələr haqqında belə düşünsə üzərindəki neməti görəcək.
Allah, gökleri ve yeri yaratan ve gökten su indirip onunla size rızık olarak türlü ürünler çıkarandır… (İbrahim Suresi, 32) |
Oturduğu yemək süfrəsində növbənöv meyvələri görən şüurlu bir insan bunları düşünər:
- Qapqara bir palçığın içindən, rəngarəng, cürbəcür qoxularda, içləri tərtəmiz olan meyvələrin çıxması, hər birinin dadının çox gözəl və ləzzətli olması Allahın insanlara təqdim etdiyi böyük bir nemətdir.
- Banan, naringi, portağal, qovun, qarpız, bir sözlə, bütün meyvələr paketləriylə birlikdə yaradılmışlar. Hamısının qabığı meyvəni çürüməkdən, xarab olmaqdan qoruyur. Qoxuları da paketlərinin içində gizlənmişdir. qaralmağa və xarab olmağa başlayarlar.
- Meyvələrin hər biri ayrı-ayrılıqda araşdırıldığında bir çox incəliklərə sahib olduqları görülər. Məsələn, portağal və naringi xüsusi olaraq dilimlənmişdir. Bütöv olsaydılar o qədər sulu bir meyvəni yemək insan üçün çətin ola bilərdi. Amma Allah bunları kiçik dilimlər halına gətirərək insanlara asanlıq təmin etmiş və bir gözəllik bəxş etmişdir. Şübhəsiz ki, meyvənin içindəki bu qüsursuz, ehtiyaca uyğun və son dərəcə estetik nizam, üstün bir elm sahibi olan Allahın yaratma sənətinin dəlillərindəndir.
- Məsələn, çiyələk görüntüsü və dadı etibarilə çox xüsusi bir meyvədir. Üzərindəki naxışları sanki həssaslıqla ölçülərək əl işi ilə işlənmiş kimidir. Qırmızı və estetik formasından əlavə, yaşıl yarpaqları ilə Allahın bənzərsiz sənətinin əsərlərindən biridir. Dadlı, gözəl qoxulu, çəyirdəksiz və qabıqsız olduğu üçün yeyilməsində heç bir problem olmaması insana cənnət meyvələrini xatırladır. Demək olar ki, torpağın içində yetişən bir meyvənin bu qədər gözəl və valehedici bir rəngə, bu qədər gözəl bir qoxuya sahib olması, onu nümunəsiz olaraq yaradan, sənətini, ağlını və elmini yaratdığı varlıqlarda göstərən Rəbbimizi bizə tanıdır.
- Hər mövsümdə fərqli meyvələrin yetişməsi də üzərində düşünməyə dəyər bir mövzudur. Məsələn, qışda insanların vitaminə ən çox ehtiyac duyduqları dövrdə, naringi, portağal və qreyfrut kimi C vitamini ilə zəngin meyvələrin olması, yayda isə insanların susuzluğunu aradan qaldıraraq rahatlamalarını təmin edən albalı, qovun, qarpız, şaftalı kimi meyvələrin çıxması Allahın insanlara olan lütfü və nemətidir.
- Meyvələrin budaqlarındakı və ya əkili haldakı görüntüləri də Allahın təqdim etdiyi bir gözəllikdir. Qupquru bir odunun üstündə içi sulu, bir çoxunun da xarici səthi xüsusi olaraq cilalanmış kimi, budağına möhkəm şəkildə bağlanmış yüzlərlə meyvə görüntüsü də, bunların hər birinin Allah tərəfindən yaradıldığının dəlillərindəndir. Məsələn, salxım-salxım üzümlər sanki ayrı-ayrılıqda üzüm kollarına yerləşdirilmiş kimidir. Allah hər birini nümunəsiz və bənzərsiz yaratmışdır. Budaqlarındakı görüntüləri isə insanların xoşlayacağı hala salınmışdır. Bu səbəblə də Allah Quranda cənnəti təsvir edərkən; (Meyvələrin) kölgəsi onlara çox yaxındır, yığılmaları da asanlaşdırıldıqca asanlaşdırılmışdır (İnsan surəsi, 14) ayəsiylə cənnət meyvələrinin yığılmağa, yəni budaqlarından qoparılmağa hazır olduqlarını bildirir.
Əlbəttə ki, burada sayılanlar yalnızca bir neçə nümunədir. Allahın yaratdığı nemətlər saymaqla bitməyəcək qədər müxtəlifdir. Yemək süfrəsində bunu görən adamın ağlına Allahın başqa bir ayəsi gələr:
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)
İnsan bu şəkildə düşünməyə davam etdikcə, Allahın yaratdığı gözəllikləri və incəlikləri daha yaxşı görməyə başlayar. Vicdanlı bir insan bütün bunları düşünərkən, eyni zamanda Allahın bəxş etdiyi bu nemətlərdən zövq ala bilməyin də yenə Rəbbimizin böyük bir lütfü olduğunu ağlından keçirər. Xüsusilə də Allahın insanlara verdiyi dadbilmə və iybilmə hislərini dünyadakı bir çox gözəlliyi hiss etməyimiz üçün yaratdığını xatırlayar və belə düşünər: Əgər iybilmə duyğumuz olmasaydı gülün qoxusundan, yediyimiz meyvələrdən və qızartmadan indiki kimi zövq ala bilməzdik. Əgər dadbilmə duyğumuz olmasaydı şokoladın, şirniyyatların, ətin, çiyələyin və digər nemətlərin bənzərsiz dadlarının necə olduğunu heç bilməyəcəkdik.
Unutmamaq lazımdır ki, rəngsiz, dadsız və qoxusuz bir dünyada da yaşaya bilərdik və Allah bizə bu nemətləri verməsəydi, bu gözəl nemətləri biz heç bir şəkildə əldə edə bilməzdik. Ancaq Allah həm qoxuları və dadları, həm də bunları qəbul edən duyğu sistemlərini yaradaraq insana sonsuz rəhmətindən bir pay vermişdir.