Müqəddəs kitabımız Quran Allahın bütün insanlara göndərdiyi axırıncı kitabdır. Dünyada yaşayan hər insan Quranı öyrənmək və onda bildirilən əmrlərə əməl etməklə məsuldur. Ancaq insanların böyük bir hissəsinin, Quranı müqəddəs bir kitab kimi qəbul etməsinə baxmayaraq, onu öyrənməz və Allahın Qurandakı əmrlərinə əməl etməzlər. Bu, Quran barəsində heç düşünməmiş olmalarının, Quranı qulaqdan dolma məlumatlarla tanımalarının bir nəticəsidir. Düşünən bir insan üçün Quranın əhəmiyyəti və insan həyatındakı yeri isə çox böyükdür.
Hər şeydən əvvəl "düşünən" bir insan, özünü və içində olduğu kainatı yoxdan yaradan, özünə hələ heç bir şey deyilkən həyat verən, saysız nemət və gözəllik bəxş edən yaradıcımızı tanımaq və Onun hansı rəftarlardan məmnun olacağını öyrənmək istəyər. Allahın elçisi vasitəsiylə göndərdiyi Quran, insanın bu suallarına cavab verən bir rəhbərdir. Bu səbəblə də insan Allahın insanlara rəhbər olaraq endirdiyi, doğru ilə yanlışı bir-birindən ayıran kitabını çox yaxşı bilməli, hər bir ayəsinin üzərində düşünərək, Allahın əmrlərini ən doğru və ən gözəl şəkildə tətbiq etməlidir. Allah Quranın insanlara nə məqsədlə göndərildiyini belə xəbər verir:
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.. (Sad surəsi, 29)
Həqiqət (budur ki), o (Quran,) əlbəttə, bir öyüddür. Artıq kim istəsə, öyüd alıb düşünər. (Muddəssir surəsi, 54-55)
Bir çox insan Quranı oxuyar, ancaq əhəmiyyətli olan Allahın ayələrində də bildirdiyi kimi oxunan hər Quran ayəsinin üzərində düşünmək, o ayədən bir öyüd-nəsihət qəbul etmək və davranışlarını bu nəsihətlər əsasında düzəltməkdir. Məsələn, Quranda xəbər verilən, "sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir...” (İnşirah surəsi, 5-6) ayələrini oxuyan bir insan, bu ayə üzərində düşünər. Allahın hər çətinliyin ardından bir asanlıq yaradacağını, elə isə hər hansı bir çətinliklə qarşılaşdığında tək edəcəyi şeyin Allaha təvəkkül edərək, ardından gələcək asanlığı gözləmək olduğunu anlayar. Allahın belə bir vəd verdiyi halda, çətinlik anlarında təşvişə və ya ümidsizliyə qapılmağın imani zəifliyin bir əlaməti olduğunu görər və bu ayəni oxuyub üzərində düşündükdən sonra, qalan həyatında ayədə bildirildiyi şəkildə hərəkət edər. Allah bizə Quranda keçmişdə yaşamış peyğəmbərlərin və elçilərin həyatlarından bəzi məlumatları da çatdırır ki, bu insanlar Allahın razı olacağı bir insanın davranışlarının, danışıqlarının və həyatının necə olduğunu görsünlər və nümunə götürsünlər. Allah, elçilərin həyatı ilə əlaqəli qissələrin üzərində düşünülməsinin və insanların bu qissələrdən öyüd götürməsinin lazım olduğunu bəzi ayələrdə belə bildirir:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Yusif surəsi, 111)
Musanın əhvalatında da ibrət (düşündürücü dəlillər) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik. (Zəriyət surəsi, 38)
Biz onu və gəmidə olanları xilas edib, bunu bir möcüzə (ibrət götürüləcək hadisə) etdik. (Ənkəbut surəsi, 15)
Quranda keçmiş qövmlərin bəzi xüsusiyyətlərindən, sahib olduqları əxlaqdan və başlarına gələn fəlakətlərdən də bəhs edilir. Bu mövzularla əlaqəli ayələri, yalnız keçmiş cəmiyyətlərin başlarına gələnlərin çatdırıldığı tarixi hadisələr kimi oxumaq böyük bir səhv olar. Çünki, Allah bizə digər bütün ayələr kimi keçmiş qövmlərdən bəhs edilən ayələri də üzərində düşünməyimiz və bu qövmlərin başlarına gələnlərdən ibrət götürərək davranışlarımızı düzəltməyimiz üçün bildirmişdir. Ayələrdə belə buyurulur:
And olsun, Biz sizin kimiləri məhv etdik. Lakin ibrət alan vardırmı? (Qəmər surəsi, 51)
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. O gəmi Gözlərimiz önündə üzüb gedirdi. (Bu özü və gətirdikləri) İnkar edilmiş birinə (Nuha) verilmiş bir mükafat idi. Biz onu (həmin hadisəni) nəsillər üçün dəlil olaraq saxladıq. Lakin ibrət alan vardırmı? Elə isə Mənim əzabım və qorxutmağım necəymiş? Andolsun Biz Quranı yada salmaq (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Amma heç bir yada salan vardırmı? (Qəmər surəsi, 13-17)
Allah Quranı bütün insanlara bir rəhbər olaraq endirmişdir. Bu səbəbdən də Quranın hər ayəsi üzərində düşünmək və hər bir ayədən bir ibrət və öyüd alaraq, Qurana görə yaşamaq, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağın yeganə yoludur.
Allah Quranda Insanları Nələri Düşünməyə Çağırır?
Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri ona görə nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və onlar da düşünələr. (Nəhl surəsi, 44)
Nəhl surəsindəki bu ayədə olduğu kimi, Allah bir çox ayəsində insanları düşünməyə çağırır. Allahın, düşünməyimizi bildirdiyi mövzular üzərində düşünmək, Rəbbimizin yaratdığı hikmət və yaradılış möcüzələrini görmək bir ibadətdir. Üzərində düşünülən hər mövzu Allahın sonsuz gücünü, ağlını, elmini, sənətini və digər sifətlərini öyrənib qavramağımıza vəsilə olar.
İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?” Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı düşünmürmü?. (Məryəm surəsi, 66-67)
İnsanın yaratılışında da düşünen insanlar için birçok ibret vardır. |
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləyi əsdirməsində və göylə yer arasında ram edilmiş buludlarda, düşünən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)
İnsan, Allah'ın yarattığı canlı-cansız tüm varlıklar üzerinde düşünmelidir. |
Dünya Həyatının Məsəli Göydən Endirdiyimiz Suyun Məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. (Yunis surəsi, 24)
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür məhsullar olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan zəif və kiçik uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə düşünəsiniz. (Bəqərə surəsi, 266)
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün məhsullardan cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
Yer üzündə bir-birinə yaxın qonşu qitələr vardır. Üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları da vardır. Onlar eyni su ilə suvarılır. Lakin (məhsuldarlığına və ləzzətinə görə) bəzisini digərindən üstün edirik. Doğrudan da, bunda ağlını işlədən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 3-4)
Geceyi, gündüzü, Güneş'i ve Ay'ı sizin emrinize verdi; yıldızlar da O'nun emriyle emre hazır kılınmıştır. Şüphesiz bunda, aklını kullanabilen bir topluluk için ayetler vardır. (Nahl Suresi, 12) |
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)
Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən adamlar üçün dəlillər vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda ağlını işlədə bilən insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda öyüd alıb düşünən insanlar üçün dəlillər vardır. O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə ət və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür. O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar yaratdı, həmçinin çaylar və yollar da (yaratdı). Ola bilsin ki, doğru yolu taparsınız. Əlamətlər də yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksinizmi? (Nəhl surəsi, 11-17)
Gece ve gündüzün oluşumunu, Dünya'nın ve Güneş'in yerlerinin ve hareketlerinin tesadüfi gelişimine bağlamak büyük bir gaflettir. Allah gece ve gündüzü insanlar için yaratmıştır. |
Məgər onlar özləri barəsində düşünmürlərmi?... (Rum surəsi, 8)
Üzerlerindeki göğe bakmıyorlar mı? Biz, onu nasıl bina ettik ve onu nasıl süsledik? Onun hiç bir çatlağı yok.Yeri de (nasıl) döşeyip-yaydık? Onda sarsılmaz dağlar bıraktık ve onda 'göz alıcı ve iç açıcı' her çiftten (nice bitkiler) bitirdik. (Bunlar,) 'İçten Allah'a yönelen' her kul için 'hikmetle bakan bir iç göz' ve bir zikirdir. |
Yetim həddi-buluğa çatana qədər, –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla,– onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə (əmr) etmişdir ki, bəlkə, öyüd alıb düşünəsiniz. (Ənam surəsi, 152)
Həqiqətən, Allah qohumlara qarşı ədalətli olmağı, onlara yaxşılıq etməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və zülm etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə öyüd alıb düşünəsiniz. (Nəhl surəsi, 90)
Ey iman gətirənlər! Özgə evlərə yaxınlıq qurub (icazə almadan) və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, öyüd alıb düşünəsiniz. (Nur surəsi, 27)
Hər kəsin etdiyi yaxşı əməlləri qarşısında hazır görəcəyi və özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacağı o günü düşünün. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”. (Al-i İmran surəsi, 30)
Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Həqiqətən, Biz onları, sidq ürəklə (axirətdəki əsl) yurdu düşünüb yada salan ixlas sahibləri etdik. (Sad surəsi, 45-46)
Məgər onlar o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman öyüd alıb düşünmələri nəyə yarayar? (Məhəmməd surəsi, 18)
O, Allah'tır, Kendisi'nden başka ilah yoktur. İlkte de, sonda da hamd O'nundur. Hüküm O'nundur ve O'na döndürüleceksiniz. (Kasas Suresi, 70) |
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Düşünen insan, Allah'ın yarattığı canlılardaki varolan birçok olağanüstü özelliği görebilir. Ve bu şekilde Allah'ın sonsuz gücünü ve ilmini tanıyabilir. |
De: “Heç düşündünüzmü? Əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?”. Əgər doğru danışanlarsınızsa, çağırın görək. (Ənam surəsi, 40)
De: “Heç düşündünüzmü?. Əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə müxtəlif cür izah edirik, sonra onlar yenə üz çevirib əngəl törədirlər. (Ənam surəsi, 46)
De: “Heç düşündünüzmü?. Əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım qövmdən başqası həlak edilərmi?” (Ənam surəsi, 47)
De: “Heç düşündünüzmü?. Əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər? (Yunis surəsi, 50)
Məgər onlar hər il bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi ki, yenə də tövbə etmir və öyüd alıb (dərs çıxarıb) düşünmürlər. (Tövbə surəsi, 126)
Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bəsirətlər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, öyüd alıb düşünələr. (Qəsas surəsi, 43)
Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç öyüd alıb düşünən vardırmı? (Qəmər surəsi, 51)
Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə öyüd alıb düşünələr. (Əraf surəsi, 130)
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Məgər onlar bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)
Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd alıb düşünsünlər. (Duxan surəsi, 58)
Həqiqət budur ki, O (Quran), əlbəttə, bir nəsihətdir. Artıq istəyən öyüd alıb düşünər. (Muddəssir surəsi, 54-55)
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik və orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, qorxub çəkinələr və ya onlar üçün bir düşünmə qabiliyyəti meydana gətirər. (Taha surəsi, 113)
De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”(Ənam surəsi, 50)
Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksinizmi?(Ənam surəsi, 80)
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. (Allahdan) Qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (əvvəlcə) yaxşı şəkildə düşünərlər (Allahı yada salarlar) və sonra dərhal gerçəyi görərlər. (Şeytanın) qardaşları isə onları azğınlığa apararlar, sonra da onlardan əl çəkməzlər. (Əraf surəsi, 200-202)
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd alıb düşünər və ya qorxar”. (Taha surəsi, 42-44)
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır. (Zumər surəsi, 42)
Allah... O'ndan başka ilah yoktur. Diridir, kaimdir. O'nu uyuklama ve uyku tutmaz. Göklerde ve yerde ne varsa hepsi O'nundur. İzni olmaksızın O'nun Katında şefaatte bulunacak kimdir? O, önlerindekini ve arkalarındakini bilir. (Onlar ise) Dilediği kadarının dışında, O'nun ilminden hiç birşeyi kavrayıp-kuşatamazlar. O'nun kürsüsü, bütün gökleri ve yeri kaplayıp-kuşatmıştır. Onların korunması O'na güç gelmez. O, pek Yücedir, pek büyüktür. (Bakara Suresi, 255) |