Nəticə

Bu kitabın məqsədi "düşünməyə dəvət"dir. Bir insana həqiqətlər bir çox formada izah edilə bilər; bütün incəliklər, bütün dəlillər və hər cür imkandan istifadə edilərək göstərilə bilər. Lakin insan bütün bu həqiqətləri öz-özünə, səmimi və dürüst şəkildə, həqiqəti qavraya bilmək məqsədiylə düşünməzsə, bütün bu səylərin heç bir təsiri olmaz. Bu səbəblə də Allahın elçiləri qövmlərinə təbliğ etdikdə onlara həqiqətləri bütün açıqlığı ilə izah etmişlər və sonra da onları düşünməyə çağırmışlar.

dünya, uzay

Düşünən insan Allahın yaratma sirlərini, dünya həyatının həqiqətini, Cənnət və Cəhənnəmin varlığını, hadisələrin iç üzünü qavrayar. Allahın razı qaldığı bir insan olmağın əhəmiyyətini daha yaxşı başa düşər, din əxlaqını lazım olduğu kimi yaşayar, gördüyü hər şeydə Allahın sifətlərini tanıyar, insanların böyük bir hissəsinin deyil, Allahın əmr etdiyi şəkildə düşünməyə başlayar. Bunun nəticəsi olaraq da həm gözəlliklərdən hər kəsdən daha çox zövq alar, həm də gərəksiz xülyalara, dünyəvi ehtiraslara qapılaraq özünü çətinliyə salmaz.

Bunlar düşünən bir insanın dünyada qazanacağı gözəlliklərdən yalnızca bir neçəsidir. Düşünərək daima haqqı görən insanın axirətdəki qazancı isə Rəbbimizin sevgisi, razılığı, rəhməti və cənnətidir. Dünya həyatında düşünərək həqiqətləri görməkdən qaçan insanların isə düşünəcəkləri, həm də "dərindən və yaxşı şəkildə" düşünəcəkləri və həqiqətləri bütün açıqlığı ilə görəcəkləri bir gün mütləq gələcəkdir. Ancaq həmin gün düşünmələri onlara heç bir fayda verməyəcək, hətta onları çox kədərləndirəcəkdir. Allah bu insanların nə vaxt düşünəcəklərini Quranda belə bildirir: “Ən böyük fəlakətin gəldiyi zaman o gün insan nə üçün səy göstərdiyini düşünüb anlayar. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. (Naziat surəsi, 34-36)

Düşünməyərək məsuliyyətlərdən qaça bildiklərini zənn edənlər, bəlkə uğrayacaqları sonu düşünər və Allahın dininə qayıdarlar deyə insanları düşünməyə çağırmaq möminlərin ibadətidir. Ancaq iman edənlər Quranda Rəbbimizin verdiyi hökmü bilərək hərəkət edərlər. Ayədə belə bildirilir:

Artıq istəyən öyüd alıb düşünər. (Muddəssir surəsi, 55)

 

“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
(Bəqərə Surəsi, 32)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dərin Düşünmək
  • İnsanlar Əsasən Nələr Düşünər?
  • Düşünməyə Mane Olan Səbəblər Hansilardir?
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 1/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 2/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 3/3
  • Quran Ayələri Üzərində Düşünmək
  • Nəticə