Giriş

Dünyaya gəlmədən əvvəl heç bir şey olmadığınızı və heç bir şey olmadığınız bir anda yaradıldığınızı heç düşündünüzmü?

Salonunuzda hər gün gördüyünüz çiçəyin qapqara palçıqlı bir torpaqdan, necə bir yolla, təmiz və gözəl bir qoxuyla və rəngarəng çıxdığını heç düşündünüzmü?

Ətrafınızda uçub sizi daim narahat edən ağcaqanadın, necə olub da, qanadlarını bizim görə bilməyəcəyimiz qədər sürətlə hərəkət etdirdiyini heç düşündünüzmü?

Bananın, qarpızın, qovunun, portağalın qabıqlarının keyfiyyətli bir paket vəzifəsini yerinə yetirdiyini, bu meyvələrin dadlarının və qoxularının qorunması üçün xüsusilə bu paketlərin içinə qablaşdırıldığını heç düşündünüzmü?

Gecəyarısı siz yatarkən qəflətən baş verə biləcək bir zəlzələnin yaşadığınız şəhəri, evinizi, iş yerinizi tamamilə dağıdacağını, dünyada sahib olduğunuz hər şeyi bir neçə saniyə ərzində itirə biləcəyinizi heç düşündünüzmü?

şelale

Həyatınızın böyük bir sürətlə gəlib keçdiyini, bir gün gücdən düşərək yaşlanacağınızı, gözəlliyinizi, sağlamlığınızı, gücünüzü yavaş-yavaş itirəcəyinizi heç düşündünüzmü?

Bir gün heç gözləmədiyiniz bir anda Allahın vəzifələndirdiyi ölüm mələklərini qarşınızda görərək bu dünyadan ayrılacağınızı heç düşündünüzmü?

Bəs insanların qısa müddətdə tərk edəcəkləri bir dünyaya niyə bu qədər çox bağlandıqlarını və əslində axirət üçün səy göstərmələri lazım olduğunu heç düşündünüzmü?

İnsan Allahın yaratdığı və düşünmə qabiliyyəti verdiyi bir varlıqdır. Lakin insanların əksəriyyəti bu çox əhəmiyyətli qabiliyyəti lazım olduğu kimi istifadə etmirlər. Hətta demək olar ki, heç düşünmədiklərini söyləyən insanlar belə vardır.

Halbuki hər insan özünün belə fərqində olmadığı bir düşünmə imkanına malikdir. İnsan bu imkandan istifadə etməyə başladığında o günə qədər dərk edə bilmədiyi bir çox həqiqəti görər. Dərin düşünməyə başladıqca düşünmə imkanı inkişaf edər və bu hər kəs üçün mümkündür. Ancaq bu məqamda əhəmiyyətli olan insanın "düşünməsinin" lazım olduğunu dərk etməsidir. Əlinizdəki bu kitabın yazılmasındakı məqsəd də "lazım olduğu kimi düşünmə"yə dəvət etmək və "lazım olduğu kimi düşünmə"nin yollarını göstərməkdir. Çünki düşünməyən insan həqiqətlərdən tamamilə uzaq qalacaq, yanılmalar və səhvlər içində bir həyat yaşayacaq. Bunun nəticəsində də dünyanın yaradılış məqsədini və özünün yer üzündə mövcudluq məqsədini qavraya bilməyəcəkdir. Halbuki Allah hər şeyi bir məqsədlə yaratmışdır. Bu həqiqət Quranda belə bildirilir:

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir. (Əd-Duxan surəsi, 38-39)

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)

Başqa sözlə hər insan ilk növbədə özünün, daha sonra kainatda gördüyü hər şeyin və həyatı boyunca qarşılaşdığı hər hadisənin yaradılış məqsədini düşünməlidir. Düşünməyən bir insan həqiqətləri ancaq öldükdən sonra Uca Rəbbimiz Allahın hüzurunda açıqlama verərkən başa düşər, amma artıq çox gec qalmışdır.

Allah, Quranda hər insanın haqq-hesab günündə düşünüb həqiqəti görəcəyini belə bildirir:

O gün Cəhənnəm də gətirilmişdir. İnsan o gün düşünüb xatırlayar. Lakin bu xatırlamanın ona nə faydası?

O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” deyər. (Fəcr surəsi, 23-24)

Allah bizə dünya həyatında fürsət vermişkən düşünmək və düşündüklərimizdən nəticə çıxardaraq həqiqətləri görmək, axirət həyatımızda bizə böyük bir qazanc təmin edəcəkdir. Bu səbəblə də Allah, elçiləri və kitabları vasitəsi ilə bütün insanları, özlərinin və bütün kainatın yaradılışı haqqında düşünməyə çağırmışdır. Ayədə belə buyurulur:

Məgər onlar özləri barəsində düşünmürlərmi?. Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)

 

manzara

O'dur ki, sizi topraktan, sonra bir damla sudan, sonra bir alak'tan (embriyo) yarattı; sonra sizi bir bebek olarak çıkarmakta, sonra güçlü (erginlik) çağınıza erişmeniz, sonra da yaşlanmanız için size (belli bir ömür vermektedir). Sizden kiminin daha önce hayatına son verilmektedir; adı konulmuş bir ecele erişmeniz ve belki aklınızı kullanmanız için (Allah sizi böyle yaşatır). Dirilten ve öldüren O'dur. Bir işin olmasına hükmetti mi, ona yalnızca: "Ol" der, o da hemen oluverir. (Mümin Suresi, 67-68)

 

Hörmətli Adnan Oktarın 15 iyul 2008-ci il tarixində canlı olaraq yayımlanan Ahi TV-də (Kırşehir) verdiyi müsahibədən bir hissə...

ADNAN OKTAR: Harun Yəhya əsərləri əvvəlcə iman həqiqətlərini hədəf alan, iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkən əsərlərdir. Çünki insanlara bir şey təklif etmədən əvvəl, onların imanının gücləndirilməsi çox əhəmiyyətlidir. Çox güclü bir imana sahib olmaları əhəmiyyətlidir. Güclü iman üçün də iman həqiqətləri çox əhəmiyyətlidir. Yəni Allahın yaradılışdakı möcüzələri. Allah Quranda tez-tez: "Düşünmürlərmi" deyər (şeytandan Allaha sığınıram). Bu mövzu mübarək, böyük alim ustad Bədiüzzaman Səid Nursi həzrətləri tərəfindən çox əhəmiyyətlə dilə gətirilmiş bir mövzudur. Olduqca əhəmiyyətli bir mövzudur. Yəni, məsələn, türk milləti imanlı bir millətdir. Bu imanlı olmağın gözəl nəticələrini hər yerdə görürük, amma bu onların iman həqiqətlərini, Allahın sənətini hər yerdə görmələri və əziyyət əhli olmalarıdır. Bizim millətimiz əzabkeş millətdir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dərin Düşünmək
  • İnsanlar Əsasən Nələr Düşünər?
  • Düşünməyə Mane Olan Səbəblər Hansilardir?
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 1/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 2/3
  • Üzərində Düşünülməsi Lazim Olan Şeylər 3/3
  • Quran Ayələri Üzərində Düşünmək
  • Nəticə