Hazırkı dövrdə insanların dincliyini pozan, təhlükəsizlik və sülh mühitinin yaşanmasına mane olan cərəyanların təməlində darvinizm var. İnsanların darvinizmin yaratdığı təhlükələr və yalanları barədə xəbərdar edilməsi, bu təhlükəli zehniyyətin yox edilməsi mühüm əhəmiyyətə malikdir. Səmimi müsəlmanlar da bu həqiqəti dərk etməli, bu təhlükəni görməzlikdən gəlmək əvəzinə, bütün imkanlarını səfərbər edərək bu təhlükəni fikirlə yox etmək üçün səy göstərməlidirlər.
Necə ki, darvinizmi və səbəb olduğu təhlükələri qavraya bilməyənlər, darvinizmə qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də dərk etmirlər. Bu kitabda, həm darvinizmlə elmi mübarizənin əhəmiyyəti üzərində dayanılacaq, həm də bu böyük fikri mübarizədən qaçanların ortaya atdıqları bəhanələr cavablandırılacaq.