Faşizm II Dünya müharibəsində hərbi məğlubiyyətə məruz qaldı. Nasist Almaniyası, faşist İtaliya və Yapon faşizminin meydana gətirdiyi ittifaq, müharibədən məğlub çıxdı və hər üç ölkədə də faşist rejimlər aradan qalxdı. Hitler intihar etdi, Mussolini öz vətəndaşları tərəfindən asıldı, Yaponiyadakı hökumət isə özünü təmizə çıxardı. 20-ci əsrin birinci yarısında yüksələn faşizm, əsrin ortasına çata bilmədən çökmüşdü.
Ancaq bu çöküş, faşizmin tamamilə yer üzündən silindiyi mənasını vermirdi. II Dünya müharibəsindən sonra faşizm sözün əsl mənasıyla özünü üçüncü dünya ölkələrində göstərdi. Latın Amerikası və Afrikada -çox vaxt ABŞ-ın dəstəyi ilə- hakimiyyəti ələ keçirən diktatorlar və xuntalar, təməldə faşist ideologiyaya sahib idilər.
Üçüncü Dünya faşistləri nasist qırğınlarını xatırladan vəhşiliklər tətbiq etməkdən çəkinmədilər. Məsələn, 1973-ci ildə dövlət başçısı Allendeyə qarşı qanlı bir çevriliş təşkil edən Çili diktatoru Pinoçet, ölkəsini qan gölünə çevirdi. Pinoçet prezident sarayını tanklar və reaktivlər tərəfindən bombaladaraq Allendeni öldürtdü. Ancaq Çili xalqına Allendenin təslim olmaq istəmədiyi üçün intihar etdiyi deyildi. Sonra da Allende tərəfdarlarına və müxalifətə qarşı şiddətli bir qırğın siyasətinə başlandı. Siyasi qrupun hakimiyyətinin birinci ilində minlərlə adam öldürüldü, 9 milyon əhalisi olan Çilidə təxminən 90 min adam həbs olundu. Qorxutma manevrləri, meyitxanalara yığılmış ölülər, cəsədləri Mapoço çayının suyu ilə axıb gedən gülləyə düzülmüş insanlar, şübhəli şəxslərin "Santyaqo" stadionuna qatılması, girov götürmə siyasəti, ciddi axtarışlar və odlamalar, Pinoçet rejiminin cinayətlərinin bir hissəsiydi. Təhsil heyətlərində "təmizlik" aparıldı, universitet təhsil proqramlarında olan tarix və coğrafiya elmləri faşist rəhbərliyin ciddi nəzarətinə keçirilməyə başlandı.
Argentina, Qvatemala, Salvador, Nikaraqua, Honduras, Paraqvay kimi Latın Amerika ölkələrində də Pinoçet nümunəsinə bənzər faşist diktatorlar hakimiyyətə gəldi və ağlasığmaz vəhşiliklər həyata keçirdi. Argentinadakı xuntaların rejimi dövründə rejimə qarşı çıxan minlərlə insan "yoxa çıxdı". Sonradan ortaya çıxan məlumata görə, iki mindən çox siyasi məhbus təyyarələrə mindirilmiş, Argentina sahillərində minlərlə metr hündürlükdən dənizə atılmışdı. 1995-ci ilin 27 apreldə Argentina televiziyasına çıxan Federiko Talavera adlı köhnə bir jandarm, xunta rejimi əsnasında tətbiq olunan işgəncələri etiraf edərkən, doğum sancısı çəkən qadınların dənizə atılmalarından, insanların cinsi orqanlarını dişləmək üçün xüsusi olaraq yetişdirilən itlərə qədər bir çox üsulun tətbiq olunduğundan bəhs etmişdi. Etiraf edənin dediyinə görə, xüsusi təlim görmüş itlər işgəncə görən siyasi məhbusların cinsi orqanlarını ağızlarında tutub əmr verilməsini gözləyir, məhbus danışmadığı təqdirdə isə itə dişləməsi əmri işarə edilirdi.
Qvatemalada baş verən vəhşiliklər də qorxunc idi. 1954-cü ildə ölkənin ilk və tək seçilmiş başçısı olan Yakobo Arbenzini hakimiyyətdən devirən faşist rəhbərlik, 60-cı və 70-ci illərdə ölkəni bir ölüm tarlasına çevirdi. Faşistlərin hədəfləri arasında isə -faşizmin ənənəvi din düşmənçiliyinə uyğun olaraq- dindarlar gəlirdi. Amnesty International (Beynəlxalq Əfv Təşkilatı), yalnız 1966-ci ilin oktyabr ayından 1968-ci ilin mart ayına qədər aralarında çoxlu sayda dindarın da olduğu 8 min Qvatemala vətəndaşının rejimin qurduğu "ölüm manqaları" tərəfindən edam edildiyini bildirmişdi. 1972-ci ildə bu ölüm manqalarının qurbanlarının sayı 12 minə, dörd il sonra da 20 minə yüksəldi.
27 Nisan 1995 tarihinde, eski bir jandarma, cunta rejimi sırasında uygulanan işkenceleri itiraf etmişti. Bu itirafları izleyen halk, Pinochet'yi protesto etmek için sokaklara döküldü.. |
Roma Katolik Yepiskoplar Konfransı, hökumətin həyata keçirdiyi siyasəti bir sözlə "soyqırım" olaraq xarakterizə etmişdi. Amerikalı yazıçı Uilyam Blum, The CIA: A Forgotten History adlı kitabında Qvatemala rejiminin işgəncə üsullarını belə izah edir:
Rejimi tənqid etdiyi eşidilən ya da partizan qrupuna üzv olduğu düşünülən insanlar, gizli polis tərəfindən evlərindən zorla çıxarılaraq naməlum yerlərə aparılırlar. Əksəriyyətinin işgəncə görmüş və ya yandırılmış cəsədləri bir neçə gün sonra bir yol kənarında əlləri arxadan bağlanmış vəziyyətdə ya da bir çay sahilində plastik bir torba içində tapılır. Bəziləri kütləvi məzarlara basdırılmışdır. Bəzi cəsədlər də təyyarələrlə Sakit Okeana atılmışdır. Qualan bölgəsində artıq heç kimin balıq ovlamadığı deyilir, çünki sular cəsəd doludur. Sudan çıxan cəsədlərin arasında gözlərinə iynə batmış olanlar da var. Bir kəndin partizanlarla əlaqəsi olduğu güman edilirsə kəndə basqın təşkil edilir və bütün kişilər bir daha heç görünməmək şərtilə aparılırlar. Ya da kənddəki hər kəs öldürülür və evlər də buldozerlə dağıdılır. Ancaq bu zərər çəkmiş şəxslərin demək olar ki, heç biri partizan qrupunun üzvü deyil... Ən çox istifadə edilən işgəncə üsulu, içinə həşərat əleyhinə olan dərman doldurulmuş bir torbanın zərər çəkmiş şəxsin başına keçirilməsi və ilk növbədə cinsi orqanlar olmaqla bədənə elektrik verilməsidir (127).
Katil Diktatör Pinochet |
PİNOCHET'İN KAN GÖLÜ: Pinochet, Şili'ye sadece kan ve ölüm getirdi. Rejimi, işkencelerle, "kaybolan" insanlarla, cinayetlerle tarihe geçti. Solda, Pinochet 1973 darbesinden sonra bir basın toplantısında. Sağda, Şili diktatörü yönetimden ayrılmadan kısa bir süre önce. |
Uilyam Blum kitabında Qvatemala sakini olan bir qadının sözlərini belə xəbər verir. Ailəsiylə birlikdə "rejim müxalifi" olmaqda günahlandırılaraq sorğuya aparılan Riqoberta Mençu Tum adlı qadın, 9 dekabr 1979-cu il tarixində başına gələn hadisələri belə izah edir:
16 yaşındakı qardaşım Patrocino ilə məni Çajuldakı mərkəzə apardılar və günlərlə işgəncə verdilər. Başçı Lukas Qarsianın ordusundan bir zabit kişiləri bir kənara ayırdı. Bir müddət sonra Patrocinoyu gördüm, dili kəsilmiş və dırnaqları sökülmüşdü, bu çox qorxunc idi! Bu vaxt zabit bir söhbətə başladı. Hər dayandığında, əsgərlər, qardaşımın və digər kişilərin qanlı bədənlərini çubuqlarla döyürdülər. Daha sonra tanınmaz haldakı bədənləri çölə çıxardaraq torpağın üstünə atdılar və üzərlərinə qaz tökdülər. Daha sonra onları odladılar və diri-diri yandırdılar. Bu vaxt ətrafdakı insanları da bunu seyr etməyə məcbur edirdilər (128).
1984 yılında 3000 "şüpheli", sorgulanmak üzere Santiago Stadyumu'na kapatıldı. Çoğu sorgulama sonunda öldürülecekti. Cuntanın ilk yılında binlerce kişi katledildi. 9 milyonluk Şili'de yaklaşık 90 bin kişi tutuklandı, büyük kısmı işkence gördü. Pinochet, faşizmi Şili halkına tanıtmıştı... |
Bunlar yalnız bir neçə kiçik nümunə idi. Qvatemalada əvvəlcə General Romeo Lukas Qarsia sonra da General Efrain Rios Montt tərəfindən idarə olunan faşist xunta rejimi, bənzəri şəkillərdə yüz mindən çox insanı öldürmüşdü. Uilyam Blum, rejimin təhlükəsizlik qüvvələri tərəfindən "gözləri oyulan, xayaları kəsilərək ağızlarına soxulan, əlləri və qolları qopardılan" zərər çəkmiş şəxslərdən, "döşləri kəsilən" qadınlardan da bəhs edir.
Bənzər faşist rejimlər, Zair, Uqanda və Cənubi Afrika kimi Afrika ölkələrində də uzun illər hakimiyyətdə qaldı. Cənubi Afrikadakı rejim nasist Almaniyasını xatırladan dərəcədə qatı bir irqçi ideologiyaya sahib idi. Cənubi Afrika əhalisinin əksəriyyətini təşkil edən və ölkənin yerli xalqı olan zəncilər, on illər boyu hakimiyyətdəki azlıq təşkil edən ağ irqin nümayəndələri tərəfindən istismar edildi.
Bir sözlə, 20-ci əsrin ikinci yarısı da, birinci yarısı qədər faşist vəhşiliyin hədəfi oldu. Avropada dağılan faşist rejimlərin bənzərləri, Latın Amerika və Afrikada ortaya çıxdı və yenə dünyanı "güclülərin qalib gəldiyi, zəiflərin yox olduğu bir qarşıdurma meydanı" halına gətirdilər.
Güney Afrika Faşizmi |
Güney Afrika'daki "Apartheid" rejimi, Nazi Almanyası kadar koyu bir ırkçı ideolojiye sahipti. Güney Afrika nufusunun çoğunluğunu oluşturan ve ülkenin yerli halkı olan siyahlar, on yıl boyu iktidardaki beyaz azınlık tarafından ezildi ve işkence gördü. |
21-ci əsrin əvvəlində olduğumuz bu günlərdə, 1960-cı və 1970-ci illərin müxtəlif faşist diktatorları da artıq tarixə qarışmış vəziyyətdədir. Ancaq faşizm, hər an yeni bir ərazidə yeni şərtlər altında yenidən kök sala bilir. Yaxın Şərq də faşist rejim və təşkilatların vəhşiliyindən çox yara almış bir regiondur. Və belə bir zamanda hələ də faşist diktator Orta Şərqi təhdid edir: Bu Səddam Hüseyndir. Səddam Hüseynin keçmişini araşdırmaq, faşist xarakterini görmək baxımından əhəmiyyətlidir.
Səddamı İraqın başına gətirən hadisələr bir çevrilişlə başladı. 1963-cü ilin fevralında, özlərinə "Baas" (Diriliş) Partiyası adı verən bir qrup zabit və sokak militanı, o vaxta qədər hakimiyyətdə olan polkovnik Qasımı hakimiyyətdən devirdilər. Bu militanların arasında, çevriliş günü polkovnik Qasımı öldürməklə vəzifələləndirilmiş altı nəfərlik xüsusi qrupun da üzvü olan gənc bir adam diqqət çəkirdi: Bu adam Səddam Hüseyn əl-Tikrit, yəni Tıkritli Səddam Hüseyndi. Əsgər olmamasına baxmayaraq daima əsgər formasıyla gəzən Səddam, çevrilişdən dərhal sonra Baas rəhbərliyi tərəfindən terror və sui-qəsdlərdən məsul olan xüsusi bir qrupun başına gətirildi. İlk gördüyü iş isə, çevriliş müxaliflərini sorğuya çəkmək üçün yeni və təsirli işgəncə üsulları meydana gətirmək oldu. Diriliş partiyasının saray çevrilişiylə meydana gələn bu hakimiyyətə həmin ilin noyabr ayında son qoyulduqda, Səddam Hüseynin işgəncə mərkəzi ortaya çıxarılmışdı. İşgəncə mərkəzi, Səddamın xüsusi icadı olan qorxunc işgəncə alətləriylə dolu idi.
Diriliş partiyasının on aydan az vaxt çəkən qısa hakimiyyətinə, yenə bir çevrilişlə son qoyulmuşdu. Ancaq diriliş partiyası 17 iyul 1968-ci ildə ikinci bir çevriliş həyata keçirdi. Bu dəfəki, çevriliş daimiydi.
Diriliş partiyasının bu ikinci çevrilişin ikinci lideri məşhur "işgəncə ustası" olan Səddam Hüseyndi. Səddam, rejimin düyün nöqtələrinə öz qohumlarını yerləşdirərək və siyasi rəqiblərini öldürdərək vaxt ərzində bütün siyasi gücü əlində topladı. Qəddar işgəncə ustası, İraqın diktatoru olmuşdu.
Səddam hakimiyyəti ələ keçirdikdən sonra daima döyüş və qarşıdurma arxasınca getdi. 1980-ci ildə, heç bir səbəb olmadığı halda, ani bir hücumla İranı işğal etdi və 8 il ərzində yüz minlərlə iraqlı və iranIının həyatını itirməsinə gətirib çıxaracaq bir müharibəni başlatdı. Bu müharibənin bitməsindən 2 il sonra bu dəfə yenə heç bir səbəb olmadığı halda, Küveyti işğal etdi və Körfəz müharibəsinə səbəb oldu. Alman torpaqlarını genişləndirmək üçün dörd bir yana dəlicəsinə hücum edən Hitler kimi, Səddam da ətrafına terror yaymışdır.
Üstəlik, öz xalqına qarşı da ən zalım üsullardan istifadə etməkdən çəkinmədi. Səddamın hakimiyyəti ərzində, rejimə müxalif görülən kəslər, siyasi və hətta etnik qruplar cürbəcür vəhşiliklərə məruz qaldılar. Newsweek jurnalı bir buraxılışında Səddamın faşist xarakteri üçün belə bir tərif verir:
"...Bəziləri ona" qaniçən bir despot", "Bağdadın qəssabı" deyərlər. Səddam Hüseyn İraqı arxasındakı 1 milyonluq ordu, müxbir, sui-qəsdçi və işgəncə verən şəxslərdən ibarət olan bir legion ilə polad əlcək içindəki dəmir bir əl kimi idarə edir. Səddam Yaxın Şərqdə özünün və ölkəsinin böyüklüyü naminə etdiyi olduqca insafsız rəftarlarıyla tanınır. Belə ki, həm içəridəki, həm də çöldəki düşmənləri üçün zəhərli qazdan istifadə etməkdən çəkinməz (129).
Saddam kendisini, Irak'ın tarihindeki pagan hükümdarı Nebukadnezzar'a benzetmektedir. (Üstte bu amaçla bastırdığı özel para.) Her faşist gibi Saddam da pagan kültürün vahşetine özlem duymaktadır. |
(Xalqın 1 milyonundan çoxu da ölkəni siyasi və iqtisadi səbəblərlə tərk ediblər). Vaşinqton mərkəzli Middle East Watch adlı insan hüquqları təşkilatı, İraqda məcburi təcrid və deportasiya, göstərişə əsaslanan həbs və cəza, işgəncə və gizli işlər, tez-tez tətbiq olunan siyasi edam olduğunu xəbər verir. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, yalnız şübhədən ötrü həbs olunan on minlərlə insanın böyük bir hissəsi sərbəst buraxılmamış, böyük əksəriyyəti isə itmişdir. Məhbuslara və nəzarətə götürülənlərə, üzərlərində siqaret söndürmək, barmaqlarını kəsmək kimi çox ağır işgəncələr tətbiq edilir (130).
Səddam Hüseyn 1988-ci ildə Halepçedə törətdiyi qırğın ilə fərqli etnik mənşəyə sahib xalqa qarşı faşist rəftarını göstərmişdir. Halepçedəki sivil kürd mühacirlərə qarşı sinir qazından istifadə edərək 6 min günahsız insanın, körpə, yaşlı, qadın, kişi demədən qıvranaraq ölmələrinə səbəb olmuşdur (131). İraqdakı faşist rejimin siyasi məhbuslara verdiyi işgəncələr daha qorxuncdur. İraqdan qaçan bir həkim, bu işgəncələri belə izah edir: "Cənubda bir xəstəxanada staj keçirdim. Həbsxanadan gətirilən şəxsləri yalnız həkimlər görə bilərdi. Bir ət yığını halında olan insanların çoxu ölürdü. İşgəncələrdən sağ çıxan siyasi günahkar yox idi. Nəzarətə alınacağımı başa düşdüyüm vaxt dərhal qaçdım'' (132).
Səddamın zalımlıqlarından bu günə qədər ailəsi və yaxın ətrafı da öz payını almışdır. İraq lideri Səddam Hüseynin ögey qardaşı Bərzan Tikrit Səddamın və oğlu Udeyin onu öldürtmə ehtimalından Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdır. Səddamın iki kürəkəni Hüseyn və Səddam Kamil də 1995-ci ildə Saddamdan qorxaraq İordaniyaya qaçmışlar. Bununla da Səddam onlara can təhlükəsizliyi zəmanəti vermiş və ölkəyə geri qayıtmalarını istəmişdir. Ancaq can təhlükəsizliklərinin qorunacağına dair vəd alan iki qardaş Bağdada qayıdar-qayıtmaz atalarıyla birlikdə öldürülmüşlər. Daha sonra da analarının cəsədi parça-parça edilmiş vəziyyətdə tapılmış, bu hadisələr bütün dünya ictimaiyyətin gözü qarşısında baş vermişdir.
İraq lideri, ölkədən qaçan müxaliflərə isə alçaq üsullarla gözdağı verir. Məsələn, 1995-ci ildə İordaniyaya qaçan General Nəcib Selahi, ailə yaxınlarına təcavüz edilərək, təcavüz kasetlərinin özünə göndərildiyini və bunun yalnız özünə deyil, bir çox müxalifə edildiyini bildirmişdir. Bu nümunələrdən də göründüyü kimi, Səddamın İraq xalqı üzərində qurduğu hakimiyyət tamamilə onları məhv etməyə, qorxutmağa, gözdağı verməyə və işgəncəyə əsaslanır. Səddam Hüseynin faşist rejimiylə idarə olunan xalq isə ac, işsiz və səfil haldadır. Kiçik körpələr aclıqdan və dərman tapa bilməməkdən ötrü ölür, böyük bir millət daima ölümə və yox olmağa doğru gedir.
Buna baxmayaraq xalq ya qorxudan ya da içində olduğu kütlənin təsirindən Səddama toz qondurmur, olduğu səfalətdən həmişə "onları", yəni Səddamın düşmənlərini günahkar hesab edir.
Saddam'ın Halepçe Katliamı |
Saddam Hüseyin 1988 yılında Irak'ın kuzeyindeki Halepçe köyünü, otoritesine boyun eğmediği gerekçesiyle kimyasal silahlarla vuruldu. Köyde yaşayan yaklaşık 5000 Kürt sivil, kimyasal silahın yakıcı etkisiyle feci şekilde can verdi. Bebeklerne sarılarak can veren anneler, yol ortasında cesetleri uzanan küçük çocuklar, Irak diktatörünün, Hitler veya Mussolini ile aynı felsefeyi paylaşan zalim bir faşist olduğunu belgeliyordu. |
Səddamı araşdırdığımızda faşist xarakterin digər xüsusiyyətlərini də tapmaq mümkündür. Bunun bir nümunəsi, Səddamın, eynilə nasistlər və digər faşistlər kimi, özünü tarixdə yaşamış bütpərəst diktatorlara bənzətməsidir. Səddamın özü üçün seçdiyi "Sparta", Orta Şərqin bütpərəst imperatorluqlarından biri olan Babildir. Səddam özünü, "üfüqdən göyə qədər rəqib"i olmadığı deyilən Babil padşahı Nebukadnezarın varisçisi olaraq görür və göstərir (133). İraqda nasistlərin bütpərəst mərasimlərini xatırladan şəkildə, Babil imperatorluğunun yenidən dirçəlməsini təsvir edən mərasim və ayinlər keçirilmişdir. Süleyman məbədini dağıdan və İsrail oğullarını Babilə sürgün edən Nebukadnezar, tarixdə iki xüsusiyyəti ilə tanınır: Bu xüsusiyyətlər mərhəmətsiz bir komandir və böyük bir memar olmasıdır. Ağılsızlıq dərəcəsində qürurlu olan Nabukadnezarı inşa etdirdiyi binaların bütün kərpicləri üzərində tək-tək öz adını yazdırdığı məlumdur. Səddam Nebukadnezarın bu xüsusiyyətini də təqlid edir və xalqının bütün səfalət və yoxsulluğuna baxmayaraq böyük bir israfçılıqla inşa etdirdiyi saraylarında istifadə edilən kərpiclərin üzərinə öz adını yazdırır.
Saddam'ın Büyüklük Kompleksi |
Irak halkı açlık ve sefalet içinde yaşarken Saddam kendisi için 50 ayrı saray yaptıracak debdebe içinde yaşamaktadır. (Üstte bu saraylardan birinin planı) Saddam'ın megalomanisi oğlu Udey tarafından da aynen paylaşılmaktadır. Irak'ta faşizm "babadan oğula" geçmektedir. |
İraq xalqının əhəmiyyətli bir hissəsi isə, faşizmin meydana gətirdiyi güclü romantik təşviq içində bu sarayları ona edilmiş bir haqsızlıq və ədalətsizlik kimi görmürlər. Əksinə Səddamın azğınlıq içində yaşadığı bu saraylar milli fəxr məsələsi halına gəlmiş, əcnəbilərə qarşı İraqın bir fəxri kimi qəbul edilmişdir.
Səddamın faşist xarakterinin başqa bir nümunəsi isə, dinlə heç bir əlaqəsi olmamasına rəğmən, bəzən saxta bir dindarlıq maskası taxması və dini siyasi cəhətdən istifadə etməsidir.
Halbuki, dinə zidd bir iş görmək (Saddam kimi haqsız yerə işğallar həyata keçirib yer üzündə fitnə-fəsad törətmək) üçün dini simvollardan istifadə etməyə çalışmağın bir ikiüzlülük olduğu çox aydındır. İraq xalqına və faşizmlə qarşılaşan hər kəsə düşən vəzifə, bu kimi sadə təbliğat və aldatma üsullarına aldanmamaq, həqiqi bir dindar ilə özünü dindar kimi göstərən bir faşisti ayırd etmək və ona uyğun davranmaqdır. Bunu ayırd etmək isə çətin deyil, çünki bir faşistin heç bir şəkildə dindar olmayacağı aydındır.
Allah güc və mövqe sahibi olduğu təqdirdə yer üzündə fitnə-fəsad törədən bu kimi ikiüzlü insanlardan Quranda belə bəhs etmişdir:
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
(Bəqərə surəsi, 204-206)
Sırp vahşeti: 15 Ocak 1999'da Kosova'da Sırp güçleri tarafından katledilen Arnavut siviller.. |
127. William Blum, The CIA; A Forgotten History: US Global Interventions Since World War II, 4.b., London: Zed Books, 1991, s. 264.
128. William Blum, The CIA; A Forgotten History, s. 269.
129. Newsweek, 9 Nisan 1990, 1 Numaralı Halk Düşmanı, s.8
130. http://www.iraqfoundation.org/hr/2000/ intlorgs/august/31_amnesty.html
131. Ramazan Öztürk, Sessiz Tanık, Sabah Yayıncılık A.Ş., İstanbul 1996, s.124