İlk başdan açıq şəkildə görüldüyü kimi faşizm bəşəriyyətə böyük fəlakətlər gətirmiş bir ideologiyadır. Yalnız ötən əsrdə milyonlarla insanın irqlərinə görə öldürülməsinə, işgəncəyə məruz qalmasına və II Dünya müharibəsi kimi bir tragediyanın yaşanmasına səbəb olmaqla kifayətlənməmiş, ortaya çıxdığı hər yerdə "qorxaq bir cəmiyyət" meydana gətirərək bütün mənəvi dəyərləri yox etməyə çalışmışdır. İndiki vaxtda isə xüsusilə Orta Şərq, Latın Amerikası və Afrika ölkələrində yayılmış bir rejim olaraq, Qərb dünyasında isə getdikcə güclənən irqçi meyillərlə və neo-nasist təşkilatlarla qarşımıza çıxır. Adı tam mənasıyla qoyulmasa da əslində dünyanın bir çox ölkəsində pərdə arxasında hökm sürən rejim faşizmdir. Faşist mədəniyyət, bir tərəfdən də bir çox ölkədə "küçələrə" yayılır, şiddətdən və qan tökməkdən xoşlanan kobudluq tərəfdarı olan kütlələr meydana gətirir. Bu səbəblə də, bütün dünya "faşizmə qarşı bir mübarizə aparmalıdır".
Bu isə yalnız məhkəmə və detektiv üsullarla olmaz. Neo-Nasistləri təqib edərək, günahlarını tapıb həbsə ataraq bu ideologiya aradan qaldırıla bilməz. Əksinə daha da inkişaf edər və güclənər.
Faşizmi məğlub etmək üçün, ilk növbədə faşizmin nə olduğunu başa düşmək lazımdır. Bu kitabda qeyd etdiyimiz kimi, faşizm əslində bir mədəniyyətdir. Bu mədəniyyətin təməlində, bütpərəstlik, Darvinist "qarşıdurma" anlayışı və Darvinist irqçilik vardır. Faşizmin ortadan qaldırılması üçün, əsasən bu xurafatların yox edilməsi zəruridir.
Halbuki, sistem zidd istiqamətdə işləyir. Bu gün ölkələrindəki faşist qruplaşmalarla mübarizə aparan, onları təqib etmək, ələ keçirmək, həbs etmək, mühakimə etmək və cəzalandırmaq üçün milyonlarla dolları terrorla mübarizəyə ayıran Qərbli dövlətlər, bu faşistləri əslində öz əlləriylə yetişdirirlər. Çünki bu dövlətlər məktəblərində gənclərə Darvinist bir təhsil verirlər. Yəni həyatın qanlı bir meydan, bir döyüş meydanı olduğunu, yaşaya bilmək üçün mərhəmətsiz olmaq və daima dava lazım olduğunu gənclərə öyrədir. Üstəlik, insanların meymun bənzəri canlılardan törəmiş bir heyvan növü olduğunu və bu guya təkamül müddətində "üstün" və "aşağı" irqlər olduğunu təlqin edirlər.
Bu təhsili almış bir insanın faşist olmaması üçün heç bir səbəb yoxdur. Və necə ki, bu səbəblə də faşizm –istər mütəşəkkil şəkildə, istərsə də mədəni şəkildə- sürətlə yayılır.
Buna görə də faşist yetişdirən və sonra öz yetişdirdiyi faşistlərlə mübarizə aparmaq üçün səy göstərən xarici dövlətlər böyük bir ziddiyyət içindədirlər. Bu, zəhərli ilanları nəhəng fermalarda bəsləyib, sonra bunları insanların arasına atıb, ilanlar insanları öldürməyə başladıqda isə, "bunlar niyə insanları öldürür?" deyərək, tək-tək ilanları yığıb mübarizə apardığını demək kimi bir ziddiyyətdir. Bir tərəfdən zəhərli ilan yetişdirib, bir tərəfdən də "yaxşı təqib və yaxşı bir tutma üsulu ilə bunları insanların arasından götürəcəyik" demək, bir axmaqlıqdır. Həll, ilanların yetişdirildiyi fermanı məhv etməkdir.
Faşizmin ortadan qaldırılması üçün, bu ideologiyanın guya elmi əsası olan Darvinizm çürüdülməklə yanaşı, insanlara sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, tolerantlıq, ədalət kimi əsas əxlaqi anlayışlar öyrədilməli və aşılanmalıdır. Bu anlayışların qaynağı isə Qurandır. Faşizmin əsası olan bütpərəst əxlaq insanlara döyüşü, şiddəti, qan tökməyi, irqçiliyi təlqin etdiyi halda, Uca Rəbbimiz Allahın biz insanlar üçün müəyyənləşdirdiyi Quran əxlaqı, sülh və dinc bir dünyanın təməllərini qurur.
Bu əxlaqla yetişdirilən bir cəmiyyət, nə faşizmə, nə də onun "qırmızı" versiyası olan kommunizmə güzəştə getməz. Türkiyə bu mövzuda yaxşı bir nümunədir. Faşist və kommunist ideologiyaları ölkəmizə ixrac etmək üçün edilən səylər daimi bir nəticə verməmiş və Türkiyə hər iki totalitar ideologiyadan uzaq qalmışdır. Bunun ən böyük səbəbi İslamın türk cəmiyyətinə qazandırmış olduğu əsas əxlaqi dəyərlərdir.
Əslində Türkiyə, həm bu dəyərlərin nümayəndəsi, həm də Osmanlı imperatorluğunun varisi olaraq, əvvəlcə ətrafında sonra da bütün dünyada faşizmin qarşısını kəsəcək bir model meydana gətirə bilər. Faşist vəhşiliklə dolu olan bu ərazilərə bir vaxtlar Osmanlı imperiyasının etdiyi kimi sülh və dincliyi yenidən gətirmək, ancaq faşizmə deyil, dini dəyərlərə inanan, bu dəyərlərdən aldığı ilhamla siyasət yürüdən bir ölkə tərəfindən bacarıla bilər.
Ümid edilir ki, bu reallaşacaq və Allahın "...yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı” (Hud surəsi, 116) ayəsiylə işarə etdiyi liderlər, dünyadakı faşist təxribatçılığı 21-ci əsrdə yer üzündən siləcəklər.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2:32)