Faşizmin II Dünya müharibəsində yaşadığı məğlubiyyət və çöküş, çox insanda "faşizm artıq ölmüşdür" düşüncəsini oyandırdı. Ancaq vəziyyət tam mənasıyla elə deyildi. Faşist ideologiyanın qabaqcıl nümayəndələrinin ortadan qalxdığı doğru idi, amma faşist ideologiyanın dayaqları (bütpərəstlik, Darvinizm, şiddət sevgisi və irqçilik) hələ də qalırdı. Bu səbəblə də Hitlerin və ya Mussolininin ölməsi faşizmi öldürmədi. Əksinə, "faşizm artıq ölmüşdür" şəklindəki geniş yayılmış düşüncə, yeni faşist hərəkatların meydana gəlməsinə və kök salmasına zəmin hazırladı. Faşizm bəzən bu addan açıq şəkildə istifadə edərək, bəzən də özünü kamuflyaj edərək yaşamağa davam etdi. Və xüsusilə də 1990-cı illərdə yeni bir yüksəlişə qədəm qoydu.
Bu hissədə faşizmin bu yeni yüksəlişini və bunun dünyaya gətirdiyi təhdidləri araşdıracağıq. Əvvəlcə Avropada irqçiliyin hələ də hökm sürdüyünü görəcək, daha sonra neo-nasist təşkilatlanmalarının yüksəlişini qeyd edəcəyik. Və sonra da, irqçiliyin yüksəlişinin pərdə arxasını, bu yüksəlişin arxasındakı ideologiyanı analiz edəcəyik.
Rəsmi alman statistikalarına görə 1999-cu ildə yalnız Almaniyada irqçilik və xarici təcavüzdən qaynaqlanan 10037 hadisə aşkar edilmişdir. 2000-ci ildə açıqlanan irqçiliklə əlaqədar baş verən hadisələrinin sayı da on mindən çoxdur. İngiltərədə isə yalnız aprel-sentyabr ayları arasında aşkar edilən irqçi qaynaqlı cinayətlərin sayı 10982-yə çatmışdır. Bu cinayətlərin yarısının qorxutma, göz dağı vermə və təcavüz şəklində olduğu ifadə edilmişdir. Bir çoxu isə öldürmə, yaralama, dağıdıb yandırmaq kimi hadisələrlə nəticələnmişdir. Bunların təşkil edənləri, neo-nasistlər olaraq tanınan faşist qruplaşmalarıdır.
Neo-nasist fəaliyyət, xüsusilə də 1990-cı illərdə mütəşəkkil fəaliyyətə keçmişdir. Bundan əvvəl də 1970-ci illərdə İngiltərədə daz başlar hərəkatı başlamışdı. Bu hərəkatın xüsusiyyəti isə küçə qruplaşmalarının immiqrantlara, əcnəbilərə və kasıb məhəllələrdə yaşayanlara qarşı təcavüzkar davranmaları idi. Bunların yalnız bir qismi irqçi idi. Ancaq 1990-cı illərdə, dazbaşlıların çox hissəsi irqçiliyi mənimsədi və nasist tərəfdarları olaraq irqçi faşist hərəkatları başlatdılar.
Yaşadığımız illərdə isə neo-nasist hərəkat getdikcə güclənir və yayılır. Bu gün 33 ölkədə və 6 qitədə aktiv haldadır. Sayları isə 70 minə çatır. Üzvləri adətən 13-25 yaş arasında olan bu küçə qruplaşmaları, bir-biriləriylə xüsusilə internet vasitəsi ilə əlaqə yaradırlar. Neo-nasistlər hər ölkədə özlərinə fərqli hədəflər təyin ediblər. Aparılan bir araşdırmada qeyd edildiyinə görə, Almaniyada türklərə, Macarıstan, Slovakiya və Çexiya Respublikalarında qaraçılara, İngiltərədə asiyalılara, Fransada şimali afrikalılara, Braziliyada Şimal-şərqlilərə, Amerikada bütün etnik azlıqlara və immiqrantlara qarşı təşkilatlanırlar. Bir çox ölkədə evsizlər və kasıb məhəllədə yaşayanlar da hədəf seçilə bilirlər.
Nasist görünüşlü bu gənclər, adətən narkotik aludəçilərindən, işsiz-gücsüz, küçə avaralarından ibarətdir. Geyimlərinin üzərinə taxdıqları nasist simvolları, qırxılmış daz başları və döymələri ilə dərhal tanınırlar. Bu döymələri ilə əsasən digər irqlərə olan düşmənçiliklərini göstərirlər. Şüarlarında, söhbətlərində və mahnılarında Hitleri ucaltmaqla və öm onun xəyalını reallaşdırmağa həsr etdiklərini ifadə edirlər: Bu xəyal dünyanın Aryan irqi tərəfindən idarə olunmasıdır.
Bu qruplaşmalara, ümumiyyətlə problemli dairələrdə böyümüş, aşağı təhsilli, başıboş, özünə etibar etməyən gənclər qoşulur. Başqalarını alçaltmaq, şiddət tətbiq etmək, qorxutmaq kimi faktorların bir yerdə tutduğu bu insanlar, beləcə özlərini başqa insanlardan üstün görə biləcəkləri bir mühit tapdıqlarını düşünürlər.
Şiddət, kin, nifrət, zorakılıq, qorxutma, təhdid, dağıdıb yandırmaq, zərər vermə başlıca xüsusiyyətləri arasında sayıla bilər. Bunları ən çox yerinə yetirən isə aralarında qəhrəman elan edilir.
Günümüzün Faşistleri: Neo-Naziler |
1990'lı yıllardan itibaren dazlaklar olarak bilinen örgütler, ırkçı faşist eylemlerini artırmaya başladılar. Genellikle problemli çevrelerde yetişmiş, düşük eğitimli, başıboş, kendine güveni olmayan gençlerin katıldığı bu çeteler her türlü suça ve zalimliğe eğilimlidirler. |
Neo-nasistlərin özlərinə aid bir də musiqi üslubları var. Əslində bu dairələr musiqini bir təbliğat vasitəsi kimi də görürlər. Mahnılarının sözləri irqçi, paranoyak və təcavüzkar üzlərini izah edir. Mahnıların və musiqi qruplarının adları belə eyni mesajları verir: Bunlar "Zəfəri salamla", "Vampir", "Ağ gurultu", "Vəhşi hücum", "Döyüş üçün", "Ülgüc kənarı", "Ağ döyüşçülər" kimi adlardır. Bu müzik qrupları Almaniya, Belçika, İngiltərə kimi bir çox Avropa ölkəsində istədiyi yerdə konsert verə bilir. Və minlərlə gənc bu konsertlərə qatılaraq, nasist salamı verərək bu qruplara yoldaşlıq edir.
Müzik Yoluyla Faşizm |
Neo-Nazi dalgası, toplumun cahil ve sorunlu kesimini giderek etki altına alan bir kültür olarak gelişmektedir. Müzik, bu yeni faşizmin yükselişinde etkilidir. Faşizmin; şiddet sevgisi, ırkçılık, saldırganlık gibi özellikleri, neo-Nazi ideolojisini benimsemiş Rock ve Heavy Metal grupları tarafından kitlelere empoze edilmektedir. |
Neo-nasistlərin bir də yan qrupları var. Bunların başında futbol azarkeşləri gəlir. Xüsusilə matçlarda dazbaşlılar və futbol azarkeşləri birləşərək, zənci oyunçulara qarşı şüarlarla çıxış edir, rəqib tərəfdarına hücum edir, stadionlarda ölümlərlə nəticələnən döyüş və qarşıdurmalara səbəb olurlar. Bu qruplardan hər hansı bir vəziyyətdə asanlıqla neo-nasist tədbirlər üçün də istifadə edilə bilər. Həmçinin neo-nasist olmadığı halda neo-nasist musiqi qruplarının pərəstişkarı olan təbəqə də daim istiqamətləndirilə biləcək bir kütlə kimi görünür. Onlar da dinlədikləri musiqinin və nasist təbliğatının təsirindən, istənildiyi vaxt təşkil edilərkən aksiyalara çağrıla bilirlər. Məhz bu yolla irqçi hərəkatlar, böyük sürətlə gəncləri zəhərləməyə və öz tərəflərinə çəkməyə davam edir. Neo-nasistlərin Avropada bu qədər çox güclənə bilmələrinin arxasında duran səbəb isə əslində gizlində cəmiyyətdən və siyasətçilərdən aldıqları dəstəkdir.
İnsanlıktan Çıkmış Holiganlar |
Yeni faşist kültürün bir diğer temsilcisi, "holiganlar" olarak bilinen saldırgan futbol fanatikleridir. Bu gruplar, birçok ülkede ölümlere varan olaylara neden olmaktadır. Brüksel'de oynanan bir maçta çıkan kavgada İtalyan taraftarlardan 39 kişi ölmüştür. İsviçre'de yapılan 1954 Dünya Kupası çeyrek Finali'nde, Macaristan, Brezilya'yı yenince, maç sonrası soyunma odaları tam bir savaş alanına dönmüştür. Bu maç hala "Berne Savaşı" olarak anılmaktadır. |
Bu gün Avropada bir çox partiya müxtəlif adlar altında öz vəzifəsini yerinə yetirsə də əslində faşist meyillidir və bunların hamısı neo-nasistləri əhəmiyyətli dərəcədə dəstəkləyirlər. Bu siyasiləşmədən başqa, neo-nasistlər əsasən şiddət və küçə aksiyaları ilə istədiklərini bacara biləcəklərini düşünürlər. Əslində bu, kitabda izah etdiyimiz kimi tipik faşist xarakterdir. Çünki faşistlər demokratik mühitlərdə fikri mübarizə aparılacağına ehtimal verməzlər. Onlar daim meşə qanunlarının etibarlı olduğuna, haqqı deyənin deyil, güclü olanın haqlı olduğuna inanırlar. Buna görə də öz aləmlərində ən böyük güc, təcavüzkarlıq və zülmdür.
Neo-nasistlər, Avropadakı irqçi hərəkatın radikal nümayəndələridir. Yerinə düşərsə faşist baltanın "iti ucu"durlar. Amma bir də bu baltanın sapı vardır və bunlar neo-nasistlərdən daha geniş bir ictimai və siyasi bazanı təmsil edir. Neo-nasistlərin irqçiliyi, əslində Avropada getdikcə güclənən irqçi meyillərin əks olunmasıdır.
Avropa əhalisinin böyük bir hissəsində əslində öz irqinin üstünlüyünə inanan gizli bir irqçilik anlayışının mövcud olması neo-nasistlərə üstü-örtülü şəkildə dəstək təmin edir. 1997-ci ildə aparılan araşdırmalara görə Avropa daxilində irqçi potensialın 33%-ə yaxın olduğu müəyyən olunmuşdur. Xüsusilə də Belçika, Fransa və Avstriyada bu göstəricinin daha da yüksək olduğu müşahidə olunur. Özünü "tamamilə irqçi" və ya "xeyli irqçi" olaraq adlandıran insanların faiz nisbəti Belçikada 55%, Fransada 48%, Avstriyada isə 42%-ə yaxındır. Almaniyada isə irqçilərin faiz nisbəti 34%-ə yaxındır. Buna görə də neo-nasistlər, molotof kokteylləriylə hərəkət edərkən və ya "Əcnəbilər çölə" şüarlarıyla çıxış edərkən əslində xalqın 35%-nin də düşüncələrini reallaşdırmış olurlar. Bunlara bir də gizlində neo-nasistlərin irqçi hərəkətlərini dəstəkləyən siyasətçilər də əlavə edildikdə, bu faşist təşkilatların qarşısı heç bir yolla alına bilmir (134). Sözügedən irqçi meyillər haqqında Fransa diqqəti çəkən bir nümunədir.
Fransada 1993-cü ildə keçirilən parlament seçkilərindən sonra Fransız demokratiyası üçün Birlik (UDF) ilə Respublikaçı Birlik partiyaları, baş nazir Eduard Balladurun rəhbərliyi altında hökumət qurdular. Daxili İşlər Naziri vəzifəsinə də Pasqua gətirildi. Bu hökumətin qurulmasıyla, bir anda ölkədəki əcnəbilərə potensial günahkar gözüylə baxılmağa başlandı. Və bu baxışın ağır təzyiqi də dərhal ardınca gəldi. İlk növbədə əcnəbilərə verilən hüquqlar geri alındı. 1993-cü ilin avqustunda Balladur hökuməti tərəfindən qüvvəyə minən və xalq arasında "Pasqua Qanunu" olaraq məlum olan qanunun polisə vermiş olduğu kəşfiyyat səlahiyyəti ilə Fransada yaşayan əcnəbilər narahat edildi. Fransa vətəndaşı olmuş xarici əsillilərin belə evlərinə səhərə yaxın basqınlar həyata keçirilərək insanlar, böyük-kiçik demədən evlərindən nəzarətə götürüldülər. Bu əcnəbilər sanki müharibə günahkarıymış kimi cəzaya məruz qaldılar. Günlərlə sorğuya çəkildilər, işgəncə əsnasında qolları və qıçları qırılanlar belə oldu (135).
Irkçılığın Dünyadaki İzleri | |
1. Slobodan Miloseviç | 4. Rusya |
Bugün bir çok ülkede ırkçı neo-Nazi akımlar yayılmaktadır. Bu hareketlerin temelinde diğer milletlere duyulan faşist kin vardır. Faşizm, Sırbistan'da ise doğrudan iktidara gelmiş ve Hitler'e benzer bir ırkçı olan Slobodan Miloseviç Müslümanlara karşı II. Dünya Savaşı'nı hatırlatan bir "etnik temizlik" yürütmüştür. |
17 yaşındakı Zairli Nikomé, oğurluq şübhəsiylə nəzarətə götürüldüyü bir Paris polis şöbəsində güllələndi. Bu hadisə eşidildikdən sonra ertəsi gün (yəni 1993-cü 7 apreldə) həyata keçirilən aksiyaya qoşulan iki zənci daha Fransız polisi tərəfindən vurularaq öldürüldü. Morokko mənşəli bir Fransız vətəndaşının üç polis tərəfindən işgəncəyə məruz qalıb öldüyü zənn edilərək bir yerə atılması və bu hadisənin ortaya çıxmasıyla, qanuni yollarla Fransaya daxil olmuş orada işçi və ya şagird olanlar, qalma icazəsi olanlar belə qorxu və təşviş içində yaşamağa başladılar.
Fransadakı bu hadisələr, şübhəsiz ki, cəmiyyətə hakim olmuş irqçi bir anlayışın nəticəsidir və bu vəziyyət yalnız Fransa üçün etibarlı deyil. Avropanın az qala hər yerində irqçiliyin dərin izləri vardır. Avropa Birliyi üzvlərinin serb təcavüzkarlığına qarşı müsəlman Bosniyalılara uzanan yardım əlinin çox yubanması (hətta bəzi dairələrin gizlində serbləri dəstəkləmələri), Almaniyadakı əcnəbilərə neo-nasistlər tərəfindən tətbiq edilən hücumları həyata keçirən şəxslərə lazımi cəzalar verilməməsi, Fransadakı ərəb və zəncilərin irqçi hücumlarla ziyana uğradılması, yenə Fransadakı Bask və korsikalı etnik azlıqlara qarşı aparılan dövlət terrorunun davam etməsi, Bretan və ölkə torpaqlarının üçdə birində yaşayan Oksitanların dövlət tərəfindən etnik azlıq olaraq qəbul edilməmələri, İngiltərə ilə İrlandiya arasındakı problemlər, İspaniya ilə Bask və Kataloniya arasındakı qarşıdurmalar, Bolqarıstandakı türkləri kütləvi şəkildə köç etməyə məcbur etmək məqsədiylə Belene düşərgəsində Bolqar hökuməti tərəfindən vətəndaşlarımıza tətbiq olunan vəhşilik, məhz bütün bunlar irqçiliyin bəzi Avropa millətləri üzərindəki hakimiyyətinin təsirləridir.
Faşizmdən Sonrakı Avropa kitabının yazıçısı İlya Ehrenburg'un faşistlər üçün verdiyi tərif, Avropada hələ də güclü olan irqçi mədəniyyətin məntiqini qısaca olaraq belə xəbər verir:
...Faşizm hər şeydən əvvəl milli kin deməkdir, milli qürur anlayışının təhrif edilməsi deməkdir. Faşizm xəstəliyinə yoluxdurulan insanlar başqa xalqların zəngin mədəniyyətiylə fəxr etməkdən uzaqdırlar, yalnız öz soy kökəri ilə fəxr edərlər... (136).
Sözügedən "milli kin", Allahın Quranda "cahiliyyənin qəzəbli soy qoruyuculuğu" (Fəth surəsi, 26) olaraq təsvir etdiyi azğın meyildir. Quranda bu "qəzəbli soy qoruyuculuğu"nun müşriklərin bir xüsusiyyəti olduğu, lakin müsəlmanların bundan qorunduğu bildirilir. Bu da bizlərə yenidən göstərir ki, faşist irqçilik, din əxlaqının ortadan qalxmasının, bunun yerinə bütpərəstliyin güclənməsinin bir nəticəsi olaraq yaranar. Buna görə də Avropada getdikcə güclənən irqçi meyillərin, hər keçən gün daha çox kök salan neo-nasist təşkilatlanmalarının da bütpərəstliyin güclənməsiylə bir əlaqəsi olmalıdır.
Faktiki olaraq elədir.
İndiki vaxtda "faşist təşkilatlanma" deyildikdə çox insanın ağlına ilk növbədə alman neo-nasistləri gəlir. Ancaq həqiqətdə dövrümüzün faşist təşkilatlanmaları içində bir çox təşkilat daha var. ABŞ-da fəaliyyət göstərən bir çox faşist qrup var və bunlar "nəzəri" səviyyədə alman neo-nasistlərinə görə daha əhəmiyyətli bir mövqedədirlər.
Bu qruplar ümumiyyətlə "White Supremacy" (Ağ Üstünlüyü) şüarından istifadə edirlər. Və ən əhəmiyyətlisi də, bunu iqtisadi çətinliklərin gətirdiyi bir "əcnəbi düşmənçiliyi" kimi deyil, fəlsəfi və elmi bir doktrina olaraq irəli sürürlər. "White Supremacy" çətiri altında Ku Klux Klan, Amerika nasist Partiyası, "Aryan Milləti" (Aryan Nation) hərəkatı və "Milli İttifaq" (National Alliance) kimi müxtəlif faşist təşkilatlar iştirak edir. İnternet yoluyla güclü bir təbliğat fəaliyyəti həyata keçirən bu qrupların məqsədi, irqçiliyi bir dünyagörüşü, bir doktrina kimi müdafiə etmək və kütlələrə aşılamaqdır.
Bu qruplardan "Milli İttifaq" (National Alliance) təşkilatının manifestində, bu doktrinanın təməlləri açıq şəkildə ifadə edilir. Maraqlı budur ki, manifest, kitabın əvvəlindən bəri nəzərdən keçirdiyimiz bir həqiqətin, faşizmin bütpərəst və Darvinist ideologiya olduğu həqiqətini təsdiqləyir. Faşist "Milli İttifaq" təşkilatı, doktrinanı açıqlayarkən əvvəlcə özləriylə "sami inanclar" (İslam, xristianlıq və yəhudilik) arasındakı fərqi aydınlaşdırır, özlərinin yalnız təbiətə inandıqlarını və təkamülçü olduqlarını, buna qarşılıq "sami inanclar"ın Allaha imana əsaslandığını bildirir. Sözügedən təşkilatın bu azğın fikirləri belədir:
Özümüzü təbii qanunlara görə təkamül keçirən ətrafımızdakı vahid dünyaya inteqrasiya etmiş vəziyyətdə görürük. Sadə şəkildə ifadə etsək: Yalnız bir həqiqət vardır və o da təbiətdir: Bizlər təbiətin bir parçasıyıq və təbiətin qanunlarına tabeyik. Bu qanunlar içində biz öz taleyimizi təyin edə bilərik... Digər bir sözlə seçim hüququna sahib olduğumuz hər şey üçün yalnız özümüz məsuliyyət daşıyırıq: Xüsusilə, də ətrafımız və irqimizin taleyi üçün məsuliyyət daşıyırıq. Bu dünyagörüşü semitik görüş ilə zidd ola bilər. Semitik dünyagörüşü, hər şeyin Tanrının nəzarəti altında olduğuna inanır (137).
ABD'deki Faşist Örgütlenme | |
Soldan sağa Amerikalı faşist örgütlerin sembol ve sloganları: | 1. "Beyaz Doğmanın Bir Onur ve Üstünlük Olduğu Açık Bir Gerçektir", |
Ku Klux Klan ve Amerikalı Naziler: |
ABD'de de ırkçı faşist örgütlenmeler giderek yayılmaktadır. |
Göründüyü kimi, faşizmin qarşısında din əxlaqı durur. Faşizm insanın "təbiətin bir məhsulu" olduğu azğınlığını müdafiə etməklə yanaşı, din əxlaqı insanı Allahın yaratdığını və insanın taleyini də Allahın müəyyənləşdirdiyini xəbər verir. Faşist "Milli İttifaq" təşkilatının manifestində, təşkilatın sahib olduğu irqçi ideologiyanın təkamülçü məntiqi də belə izah edilir:
Dünyamız iyerarxik bir nizama malikdir. Hər birimiz Aryan (ya da Avropa) irqinin bir üzvüyük, irqimiz eynilə digər irqlər kimi təbii seleksiyanın minlərlə il ərzində ətraf mühitə uğunlaşması və təkamüllü mərhələlərlə inkişaf etdirdiyi özünə məxsus xüsusiyyətlər meydana gətirmişdir. Şimal bölgəsində yaşayan insanlar daha çox şey tələb edən mühitlərdə, məsələn planlaşdırma və fərdi intizam tələb edən qış iqlimində həyatda qala bilir və buna görə də zehni qabiliyyətlər baxımından daha sürətli inkişaf etmişdirlər (138).
Yəni Aryan irqinin digər irqlərdən üstün olduğu, çünki "təkamüldə irəli keçdiyi" yalanı müdafiə olunur. "Milli İttifaq" təşkilatı daha da irəli gedərək irqçiliyin "təbiətə qarşı bir məsuliyyət" olduğunu irəli sürür, buna əsaslanaraq da Nitsşenin fəlsəfəsinə müraciət edir:
Hər şeydən əvvəl bir parçası olduğumuz təbiət qarşısında məsuliyyət daşıyırıq, çünki daha yaxşı bir inkişaf və daha yaxşı həyat formaları üçün onun sonsuz axtarışlarının içərisindəyik. Bu məsuliyyət şairlərimiz və mütəfəkkirlərimiz tərəfindən görülmüş və ifadə edilmişdir. Fridrix Nitsşe bizlərə gələcəkdə daha yüksək bir insan tipinə hazırlıq görməyimizin ilk məsuliyyətimiz olduğunu bildirmişdir... Təbiət Aryan irqindən gizlənmiş fərqli xüsusiyyətləri ortaya çıxarmış və bunun müqəddəsləşdirmişdir. Beləcə biz özümüz üçün müəyyənləşdirilən missiyanı daha yaxşı tamamlaya bilərik. Təbiət digər insan irqləri də daxil olmaqla müxtəlif cür həyat formaları meydana gətirsə də, biz öz irqimiz üçün xüsusi məsuliyyətlər daşıyırıq: Bunlar irqimizin davam etməsini təmin etmək, bənzərsiz xüsusiyyətlərini qorumaq və keyfiyyətini artırmaq kimi məsuliyyətlərdir (139).
İnsanı, bütün canlıları, təbiəti və kainatı yoxdan yaradan Uca Allahdır. Buna görə də insan yalnız Rəbbimizə qarşı məsuldur. Mərkəzi ABŞ-da olan Milli İttifaq təşkilatı, İsveç, Fransız, Alman, Portuqal və Rus dillərində də nəşr olunan jurnallar və kitablar buraxır və müdafiə etdiyi darvinist və bütpərəst ideologiyanı sürətlə yayır. Təşkilatın nəşr etdiyi National Vanguard (Milli Qabaqcıl) adlı faşist jurnalın üz qabıqlarını, köhnə yunan tanrılarının heykəlləri bəzəyir. Jurnaldakı məqalələrdə isə Darvindən tez-tez sitatlar verilir, "Dünyanın ondan kənarda qalan insanlarıyla əbədi döyüş vəziyyətində olan bir irqin, yaşa və yaşamasına izn ver tərzində, irqlər üzərində diqqətə çarpan həyatda qalma üstünlüyü vardır" (140) şəklində ifadələr yer alır. Digər faşist təşkilatların nəşrlərində və ya internet saytlarında da bənzər Darvinist şərhlər, ilahi dinlərə qarşı azğın bütpərəst mədəniyyətini müdafiə edən təbliğatlarla qarşılaşmaq mümkündür.
19-cu əsrdə bütpərəst mədəniyyətin yenidən dirçəlməsiylə və Darvinin təkamül nəzəriyyəsiylə yaranan faşist irqçilik 21-ci əsrdə yenə eyni təməllərə əsaslanaraq inkişaf etməyə davam edir.
Faşizmin ən əsas xüsusiyyətlərindən biri olan irqçilik, bura qədər nəzərdən keçirdiyimiz kimi, Qərb dünyasında yüksəlir və bunun arxasında da darvinist-bütpərəst dünyagörüşünün yayılması durur. Bəs görəsən faşizmin digər bir əsas xüsusiyyəti olan şiddət sevgisi, yəni şiddəti, vəhşiliyi, qan tökməyi, mərhəmətsizliyi normal hesab edən bütpərəst əxlaq hələ də yaşayırmı?
Bəli yaşayır, həm də çox güclü bir şəkildə yaşayır.
Amerikalı tarixçi Gene Eduard Veiz, Modern Fascism: Liquidating the Judeo-Christian Worldview (Müasir Faşizm: Xristian-yəhudi dünyagörüşünün yox edilməsi) başlıqlı kitabında, faşist mədəniyyətin hansı səbəbə görə, hələ də hökm sürdüyünü belə izah edir:
1930-cu illərdə (faşist) qabaqcıl sənətçilər, şiddəti və ibtidai hissləri ucaldan estetik nəzəriyyələriylə, burjuaziyanı təəccübləndirmişdilər. Əgər, bu gün bu köhnə faşist incəsənətin nümunələrini görmək istəyirsinizsə, yalnız Hollivudun keçid rekordları qıran son filminə getməyiniz, MTV kanalını açıb seyr etməyiniz və ya bir Heavy Metal konserti izləməyəniz kifayətdir. Bunlarda faşistlərin bədii ideallarını görə bilərsiniz: Bu ideallar şiddətdən zövq almaq, əxlaqa üsyan etmək arzusu və Aryan bədən dini. Bir şiddət filmindəki vəhşi qaniçənlik, düşmənlərinin üstünü pulemyotla yoxlayaraq ixtiyarı öz əllərinə alan vücudu inkişaf etdirən və ya Metallicanın "sanki səni öldürürəm kimi, hay-küy sal", şəklindəki mahnısına uyaraq rəqs edən gənclər, incəsənətin bu növü, məhz faşist estetikasının özüdür (141).
Gündəlik həyatda qarşılaşdığımız "məşhur mədəniyyət"də də, faşist ideologiyanın gizli bir hakimiyyəti vardır. Filmlərdə, çizgi romanlarda, rok konsertlərində, musiqi kliplərində ortaya çıxan bu şiddət həvəsi mədəniyyət, Darvinist-faşist dünyagörüşünün bir nəticəsidir. İnsanlara bir heyvan növü olduqlarını, yeganə təbiət qanununun "qarşıdurma, öldürmə, qalibiyyət"dən ibarət olduğunu təlqin edən, bunu qanuni, ağıllı və elmi bir düşüncə kimi göstərən bu dünyagörüşü, 1930-cu illərdə alman cəmiyyətini nasist kobudluğuna sürüdüyü kimi, indiki vaxtda da kütlələri şiddət hərəkətlərinə, təcavüzkar, vəhşi, kobud və qan tökücü bir əxlaqa sürükləyir.
Gündəlik həyatdakı faşizmi görmək üçün dünya mətbuatına baxmaq kifayətdir: Adi bir anlaşılmazlıq nəticəsində bir-birlərini bıçaqlayan ailə üzvləri, bir futbol matçının sonunda bir-birlərini ölənə qədər döyən futbol azarkeşləri, yaşlı atasının mirasını ələ keçirmək üçün onu mərhəmətsizcə öldürən xain övladlar, kiçik bir uşağı qaçırıb işgəncəylə öldürən və bunu "zövq almaq üçün "etdiyini deyən ruhi xəstələr...
Bu kimi nümunələr o qədər çoxdur ki, insanların çoxu bunları "normal" və "qaçılmaz" saymağa başlamışlar. Halbuki, bunlar əslində cəmiyyətdə yayılan bir "dünyagörüşü”nün nəticələridir. Kiçik yaşlarından etibarən, "həyat bir döyüşdür, güclülər qalib gələr", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlər altında böyüyən, seyr etdikləri filmlərdə, dinlədikləri mahnılarda davamlı olaraq bu mesajlarla beyni yuyulan bir kütlə vardır və sözügedən mətbuat xəbərləri, bu yuyulmuş beyinlərin günahlarından ibarətdir.
Bu xəbərlərin qəhrəmanları, əsasən cəmiyyətin təhsilsiz təbəqəsidir. Daha "səviyyəli" kimi görünən kübar təbəqə isə, əslində eyni dünyagörüşünün tələb etdiyi cinayətləri yenə törədir, amma bunu daha üstüörtülü və peşəkar bir şəkildə həyata keçirir.
Dünya cəmiyyətlərindəki bu qəribə şiddət meyli insanlara məlumdur, amma buna heç bir çıxış yolu tapıla bilmir. Bunun bir səbəbi, başda ifadə etdiyimiz kimi bu ictimai şiddətin "normal" hesab edilməsidir. İkinci bir səbəb isə, əksər insanın bu şiddətin həqiqi qaynağını görə bilməməsidir. Problemin yalnız məhkəmə və detektiv tədbirlərlə həll edilə biləcəyini zənn edir və yanılırlar. Əlbəttə ki, sözügedən "texniki" tədbirləri görmək lazımdır, amma əsl həll cəmiyyətlərdəki korlanmanın mədəni qaynağını tapmaq və bu qaynağı yenə mədəni bir inkişafla müalicə etməkdir.
Bu korlanmanın qaynağı isə, kitabın əvvəlindən bəri nəzərdən keçirdiklərimizin bizə açıq şəkildə göstərdiyi kimi, Darvinizmdir. "Həyat bir döyüşdür, güclülər qazanar", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlərin qaynağı olan Darvinizm dünyada getdikcə genişlənən“gündəlik həyat faşizminin" əsl cavabdehidir. Bu diaqnoz qarşısında bəziləri etiraz edə bilər və "şiddət göstərən insanların böyük əksəriyyətinin Darvinizmdən xəbərsiz olduğunu" irəli sürə bilər. Bu iddia qismən doğrudur: Həqiqətən də dünyada yayılan şiddətin təşəbbüskarları, Darvinizm barədə heç nə eşitməmiş belə ola bilərlər. Amma bu kütləni istiqamətləndirən, onların dünyagörüşünü meydana gətirən təbəqə, bu mövzuda Darvinizmdən ilham alır. Bu təbəqə universitetlərdə, mətbuatda, bir çox elmi təşkilatda, incəsənət və ədəbiyyat sahəsində, kino və televiziyada və insanların düşüncəsinə təsir edən hər cür ictimai sektorda güclü və hakim vəziyyətdədir. Və cəmiyyətə "həyat bir döyüşdür, güclülər qazanar", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinləri verənlər də bunlardır.
Məhz cəmiyyətə istiqamət verən bu təbəqə, Darvinizmə kor-koranə inanır, özlərini Allah tərəfindən yaradılmış və Ona qarşı məsul olan qullar kimi deyil, meymunlardan təsadüfən törəmiş və tək məqsədi "qarşıdurma" olan inkişaf etmiş heyvanlar kimi görürlər. Necə ki, qəzetlərində, jurnallarında, ekranlarında bu Darvinist mesajı mütəmadi surətdə verirlər.
Halbuki bu insanların hamısı –sözügedən xəbərlərə vəsait olan kütlə də, bunların dünyagörüşünü meydana gətirən "seçilmişlər" də- böyük bir yanılma içindədirlər. İnsan Darvinizmin iddia etdiyi kimi təsadüflərlə ortaya çıxmış və tək məqsədi münaqişə etmək olan bir heyvan deyil. İnsanı Allah yaratmışdır və O da Onun öyrətdiyi əxlaqa görə yaşamaqla məsuldur. Və elm, Darvinist təbliğatın əksinə, Darvinizmi deyil, yaradılış həqiqətini təsdiqləyir. Quranda bildirildiyi kimi,
"O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”.
(Həşr surəsi, 24)
Allahın yaratdığını inkar edən faşist mədəniyyətin ortadan qalxması üçünsə, sözügedən Darvinist fəlsəfənin fikirlə çökdürülməsi və insanların bu yalandan xilas edilməsi vacibdir. Əhəmiyyətli olan, insanlara "mərhəmətsiz olun, qan tökün, öldürün, bu sizin instiktinizdir, onsuz da bir heyvansınız və öldükdə yox olacaqsınız" deyə pıçıldayan səsin susdurulmasıdır. Bu səs susdurulduğunda, bununla keyləşdirilmiş kütlələr də həqiqətləri görəcək və bu dünyada nə üçün yaşadıqlarını başa düşəcəklər.
133. Ray Wilkinson, "Irak’ın Kara Şövalyesi", Newsweek, 9 Nisan 1990, s.10-11
134. http://www.adl.org/publications/sum_skinhead_inter.html
135. Libération 21 Nisan 1995 Perşembe; Türkiye Günlüğü, 59/Ocak-Şubat 2000, s. 54
136. Ilya Ehrenburg, Faşizm Sonrası Avrupa , Selkan Yayınları, s. 20
137. “General Principles”, National Alliance (http://www.natall.com/index.html)
138. http://www.natall.com/index.html
139. http://www.natall.com/index.html
140. “Two Lessons in Racial Survival”, National Vanguard Magazine, Number 117 (March-April 1997)
141. Gene Edward Veith, Modern Fascism : Liquidating the Judeo-Christian Worldview, Concordia Publishing House; 1993, s. 12