Faşizm Avropa qaynaqlı bir ideologiyadır. 19-cu əsrdə bəzi Avropalı mütəfəkkirlər tərəfindən faşizmin təməlləri atılmış və 20-ci əsrdə də İtaliya, Almaniya kimi Avropa ölkələrində tətbiq olunmuşdur. Faşizmi mənimsəyən və tətbiq edən digər nümunələr də, bu ideologiyanı Avropadan "idxal" etmişlər. Buna görə də faşizmin mənşəyini araşdırmaq üçün, Avropa tarixinə baxmaq zəruridir.
Əlbəttə ki, Avropa tarixinin çox fərqli mərhələləri və dövrləri vardır. Ancaq ən ümumi mənada baxıldığı təqdirdə, mədəni baxımdan bütün Avropa tarixini üç əsas dövrə bölmək olar:
1) Xristianlıqdan əvvəlki (bütpərəstlik) dövr;
2) Xristianlığın mədəni cəhətdən Avropaya hakim olduğu dövr;
3) Xristianlıqdan sonrakı (materialist) dövr.
Son dövrü "xristianlıqdan sonrakı dövr" olaraq xarakterizə etməyimiz bəlkə ilk başda qəribə gələ bilər. Çünki Avropa cəmiyyətlərində bir din kimi xristianlıq hələ də geniş kütlələr tərəfindən qəbul edilir.
Amma xristianlıq, Avropa mədəniyyətinin əhəmiyyətsiz bir parçası halına gətirilmişdir, yalnız əslindən uzaqlaşdırılmış bir xristianlıq yaşanır. Cəmiyyətə istiqamət verən əsl təşkilat və anlayışlar dinin deyil, materialist fəlsəfənin qəbullarına görə təyin olunmuşdur. 18-ci əsrdə başlayan din əleyhdarı düşüncə, 19-cu əsrdə materialist fəlsəfənin elmə və düşüncəyə hakim olmasıyla özünün pik nöqtəsinə çatmışdır. 20-ci əsr isə materializmin qanlı nəticələrinin yaşandığı əsr olmuşdur. Bu üç dövrə baxdığımızda isə, faşist mədəniyyətin 1-ci və 3-cü dövrə aid olduğunu görərik. Yəni faşizm bütpərəst mədəniyyətin bir parçası kimi meydana gəlmiş və sonra da materialist mədəniyyətin bir parçası olaraq yenidən həyata keçmişdir.
Avropada xristian mədəniyyətinin hakim olduğu 1000 ildən çox müddət ərzində isə, faşist bir ideologiya və tətbiqetmə yaşanmamışdır. Bunun təməlində xristianlığın, sülhsevər və ədalətli bir din olması durur. Şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi əxlaqi fəzilətləri qəbul edən və cəmiyyətə yerləşdirməyə çalışan xristian mədəniyyəti, faşizmlə tamamilə ziddiyyətdə olmuşdur. Bu isə, xristianlığın ilahi bir din olma xüsusiyyətindən qaynaqlanır. Xristianlıq Allahın hz. İsaya vəhy etdiyi haqq dinlə meydana gəlmişdir. Hz. İsadan sonrada bəzi təhriflərə məruz qalmış, əslindən ayrılmış və bəzi azğın inanclarla pozulmuşdur. Amma yenə də haqq dinin özündə olan bəzi əsas əxlaqi dəyərlər (yuxarıda saydığımız şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi anlayışlar) xristianlıqda varlığını qorumuşdur. İndi xristianlıqdan əvvəlki dövrdə Avropaya qısaca bir nəzər salaq və faşizmin mənşəyini araşdıraq.
Pagan kültüründe savaş ve şiddet önemli ve meşru bir yere sahipti. Bunu, duvar resimlerinde veya mezar taşlarında yer alan savaş figürlerinden dahi anlamak mümkündür. |
Pagan dünyasının şiddet tutkunu "faşistlerinden" biri: Neron |
Xristianlıqdan əvvəlki Avropa mədəniyyətinin ən fundamental xüsusiyyəti, bütpərəst inanclara, yəni çoxtanrılı batil dinlərə sahib olması idi. Avropalılar ibadət etdikləri bu saxta ilahların özlərinə həyatın fərqli istiqamətlərində yol göstərdiyi və kömək etdiyi kimi azğın inanclara sahib idilər. Bunların ən əhəmiyyətliləri arasında isə, demək olar ki, hər bütpərəst cəmiyyətdə olan döyüş bütləri idi. Bütpərəst inancda döyüş bütlərinə göstərilən bu rəğbət bu mədəniyyətdə zorakılığın müqəddəs görülməsinin bir nəticəsi idi. Bütpərəst qövmlər ibtidai bir qövmdülər və daima döyüş əhval-ruhiyyəsində yaşayırdılar. Qövm üçün öldürmək, qan tökmək, sanki müqəddəs bir vəzifə sayılırdı. Zorakılığın ya da vəhşiliyin demək olar ki, hər növü bütpərəst aləmində özünə qanuni bir yer tapa bilirdi. Zorakılığı qadağan edən, bunun səhv olduğunu izah edən heç bir əxlaqi qaynaq yox idi. Bütpərəst aləminin ən "mədəni" dövləti hesab edilən Roma belə, insanların vəhşi heyvanlar tərəfindən parçalandığı ya da ölümü ilə mübarizə apardıqları diyarı idi.
Sparta devletinin kurucusu Lycurgus. |
Roma rəhbərləri çox vaxt zalımlıqları ilə tarixə keçirdilər. Məşhur Neron öz anası, həyat yoldaşı və ögey qardaşı başda olmaqla çoxsaylı insanı öldürtdürərək hakimiyyətə gəlmişdi. Ölkəsindəki xristianları meydanlarda vəhşi heyvanların qabağına atdırmış, sırf inanclarına görə minlərlə insana işgəncə vermişdi. Roma şəhərinə tamamilə od vuraraq yandırtması və bu qorxunc mənzərəni sarayının pəncərəsindən lir çalıb seyr etməsi isə onun zalımlığına dair tarixə keçmiş məşhur məlumatlardandır.
Romada bu vəhşilik mədəniyyəti hakim olduğu halda, Vandallar, Qotlar, Viziqotlar kimi şimal bölgələrində yaşayan kobud bütpərəst qövmlər daha çox vəhşi idilər. Bu qövmlər bir tərəfdən bir-birlərini qırır, bir tərəfdən də Romanı talan etməyə çalışırdılar. Bütpərəst aləmi yalnız zorakılığın hakim olduğu, üstəlik bu gücün hər cür istifadəsinin guya əxlaqi sayıldığı, hətta ciddi bir əxlaq anlayışının belə mövcud olmadığı bir aləmdi. Bütpərəst aləmində bugünkü mənada "faşizm" deyə biləcəyimiz bir sistemi tətbiq edən ən konkret nümunə isə, yunan şəhər dövləti Sparta idi.
Pagan Dünyasının Vahşet Kültürü |
Pagan Roma'da insanlar arenalarda vahşi hayvanlara parçalattırılıyor ya da birbirleriyle ölümüne dövüştürülüyorlardı. Paganizmin ahlaksızlığına ve yozluğuna sahip halk ise, bu vahşeti büyük bir coşku ve heyecanla izliyordu. |
Pagan dünyası sadece kaba kuvvetin geçerli olduğu bir kültüre sahipti. Romalılar gibi, Vandallar, Gotlar, Vizigotlar gibi kuzeyli barbar pagan kavimler de kan dökmeyi bir zevk olarak görüyordu. |
E.ə. 8-ci əsrə yaxın Lukurgus adlı biri tərəfindən hərbi bir dövlət olaraq qurulduğu məlum olan Sparta, sözün əsl mənasında bir döyüş və şiddət dövləti idi. Spartada qatı bir təhsil sistemi qurulmuşdu. Buna görə də dövlət insandan daha çox əhəmiyyətli idi. Buna görə də insanların həyatı, dövlətə faydalı olub olmayacaqları meyarına görə təyin olunurdu. Sağlam və güclü olaraq dünyaya gələn Spartalı oğlanlar bütün ömürlərini dövlətin xeyri naminə sərf etdiyi halda, xəstə körpələr dağlarda ölümə məhkum edilirdi. (Nasist Almaniyasında da spartalıların bu tətbiqləri nümunə götürülmüş və Darvinizmin də təsiriylə "sağlam və üstün bir irq" üçün xəstə olanların yox edilməsi lazım olduğu müdafiə olunmuşdur) Spartada valideynlər oğlan uşaqlarına yeddi yaşına qədər baxmaqda məsuliyyət daşıyırdılar. Uşaqlar 7 yaşdan 12 yaşına qədər 15 nəfərlik bir qrupun üzvü olurlar və qanunlara tabe olmaqla uğur qazananlar lider olaraq seçilirdi. Uşaqlar yalnız idman edərək bədənlərini gücləndirər və döyüşə hazırlanarlardı. Oxuyub-yazmaq əhəmiyyətli sayılmaz, musiqi və incəsənətə çox maraq göstərilməzdi. Uşaqların öyrənmələrinə və oxumalarına izn verilən mahnılar yalnız döyüş və şiddət xarakterli mahnılardı. (Mussolini və Hitlerin 4 yaşından etibarən faşist təhsilə almağa başlatdığı uşaqlar da spartalı uşaqlar ilə demək olar ki, bənzər təhsili almışdırlar.) Faşizmin incəsənətə, ədəbiyyata və təhsilə əhəmiyyət verməyərək, yalnız döyüşçü ruhlu insanlar yetişdirməsi, bir Sparta ənənəsidir.
Sparta haqqında ən ətraflı izahlar verən mütəfəkkirlərin başında, məşhur yunanlı filosof Platon gəlir. Platon demokratiya ilə idarə olunan Afinada yaşamasına baxmayaraq, Spartadakı faşist rejimə heyran qalmış və kitablarında Spartanı nümunəvi bir dövlət modeli olaraq göstərmişdir. Platonun bu faşist meylindən ötrü 20-ci əsrin qabaqcıl mütəfəkkirlərindən biri olan Karl Popper, The Open Society and Its Enemies (Açıq Cəmiyyət və Onun Düşmənləri) adlı məşhur kitabında, Platonu açıq cəmiyyətin ilk düşməni və repressiv rejimlərin ilk ilham mənbəyi olaraq göstərər. Popper Platonun Spartadakı körpə cinayətlərini belə soyuqqanlılıqla müdafiə etdiyini izah edir və onun "yevgenika" anlayışının ilk nəzəri müdafiəçisi olduğunu belə bəyan edir:
Sparta: İlk Faşist Devlet |
Yunan şehir devleti Sparta, tam bir savaş ve şiddet makinasıydı. Yurttaşlar çocuk yaştan itibaren acımasız bir savaşçı olarak yetiştiriliyordu. Okuma yazma, müzik, sanat ve edebiyat önemli sayılmıyordu.Spartalıların bu vahşi kültürü, 19. ve 20. yüzyıldaki faşist ideologlara ilham kaynağı olacaktı. |
[Platona görə] idarəçi sinfin özünü üstün bir irq olaraq hiss etməsi çox əhəmiyyətlidir. Platon "əsgərlərin irqi xalis olaraq saxlanılmalıdır" deyərkən (və beləcə körpə cinayətlərini müdafiə edərkən), o vaxtdan bəri təkrar edilən və heyvanları böyük bir diqqətlə cütləşdirərkən öz irqimizə laqeyd yanaşdıq istiqamətindəki irqçi tezisini inkişaf etdirir. (Körpə cinayətləri Afinanın bir tətbiqi deyil, Platon bunun Spartada yevgenik məqsədlərlə tətbiq edilmiş, bunun antik bir tətbiq olduğunu və buna görə də yaxşı olmalı olduğunu düşünmüşdür). Bu prinsiplərin təcrübəli bir heyvan tərbiyəçisi tərəfindən itlərə, atlara və ya quşlara tətbiq olunan cütləşdirmə üsulu kimi, üstün irqin yetişdirilməsi üçün də tətbiq olunmasını istəyir. Platon: -"Əgər onları bu şəkildə cütləşdirməsəniz, quşlarınızın və ya itlərinizin irqinin tezliklə dəyişikliyə uğrayacağını düşünmürsünüzmü?"-deyə soruşur və sonra da bu nəticəyə gəlir, "bu prinsiplər insan irqi üçün də məqbuldur". Yəni bir əsgərdən və ya mühafizəçidən tələb olunan irqi xüsusiyyətlər, bir çoban itindən tələb olunan xüsusiyyətlər kimidir. Platon "döyüşçü-idmançılarımız gözətçi itlər kimi ayıq-sayıq olmalıdır" deyir və sonra da bunları qeyd edir: "Əlbəttə ki, gözətçilik etmək üçün normal uyğunluqları nəzərə alındıqda, cəsur bir gənclə yaxşı qidalanmış bir it arasında fərq yoxdur" (3).
Platonun insanları bir heyvan növü kimi qəbul edən və "cütləşdirmə" üsuluyla insanların "təkamül keçirəcəyini" irəli sürən bu fikirləri 19-cu əsrdə Darvinizmlə birlikdə yenidən dünyanın gündəminə gələcək, 20-ci əsrdə də nasistlər tərəfindən tətbiq ediləcəkdi. Bunu sonrakı səhifələrdə araşdıracağıq. Platon Spartadakı modeli müdafiə edərkən, faşizmin digər bir xüsusiyyətini, yəni cəmiyyətin dövlət tərəfindən böyük bir təzyiqlə idarə edilməsini də müdafiə etmişdir. Platona görə bu təzyiq gündəlik həyata o qədər hakim olmalıdır ki, insanlar dövlətin əmrlərindən kənar heç bir şey düşünə bilməz hala gəlməli, öz ağıl və iradələrini tamamilə bir kənara qoyaraq, sanki beyinləri yuyulmuş bir şəkildə hərəkət etməlidirlər. Karl Popperin kitabının dərhal başında faşist zehniyyətin tam bir ifadəsi olaraq qeyd etdiyi Platona aid aşağıdakı sözlər, faşist rejimin quruluşunu təsvir edir:
Spartalı asker | Platon: "Açık toplumun" düşmanı |
Ən əsas prinsip budur ki, erkək və ya dişi olsun heç kəs lidersiz olmamalıdır. Heç kimin beyni, bir şeyi öz təşəbbüsü ilə etməsinə izn verəcək şəkildə düşünməyə alışdırılmamalıdır... Ən kiçik mövzuda belə liderliyin rəhbərliyi altında olmalıdır. Məsələn, səhər yuxudan oyanması, hərəkət etməsi, yuyunması və ya yemək yeməsi, yalnız əgər bunları etməsi əmr edilmişsə reallaşmalıdır. Bir sözlə, ruhunu elə bir şəkildə tərbiyə etməlidir ki, əsla müstəqil olaraq davranmağı xəyal etməməli və bunu etmə qabiliyyətindən də tamamilə məhrum hala gəlməlidir (4).
Bu düşüncə və tətbiqləriylə, spartalılar və Platon, faşizmin əsas xüsusiyyətlərini də ortaya qoymuşlar: Bu xüsusiyyətlər insanları heyvan növü kimi görən bir anlayış, fanatik bir irqçilik, müharibənin və qarşıdurmanın ucaldılması, cəmiyyətin dövlətin təzyiqiylə və "beyin yuma" üsullarıyla idarə olunmasıdır.
Bənzər faşizm tətbiqləri, bəzi digər bütpərəst cəmiyyətlərdə də müşahidə olunmuşdur. Qədim Misiri idarə edən Fironların qurduğu sistem, bəzi istiqamətləriylə Sparta faşizmini xatırladar. Misir Fironları da güclü bir hərbi intizama sahib dövlət sistemləri qurmuşlar və bundan öz xalqlarına təzyiq göstərmək üçün istifadə etmişdirlər. Hz. Musa dövründə Misiri qəddarcasına idarə edən Firon -tarixi mənbələrdə II Ramzes olaraq adlanar- Spartadakı körpə qırğınlarını xatırladan bir zalımlıqla ölkəsindəki bütün yəhudi oğlan uşaqlarının qətl edilməsini əmr etmişdir. Bu Fironun öz xalqına qarşı tətbiq etdiyi fikri təzyiq də, Platonun tərif etdiyi faşist təzyiq sistemini xatırladır. Allahın Quranda bildirdiyi kimi, Firon bütün xalqına, Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm” (Mümin surəsi, 29) deyərək totalitar bir təlqin vermişdir. Özünün bütpərəst inancını rədd edərək, hz. Musanın gətirdiyi haqq dinə inanan kəsləri isə “…Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz?” (Əraf surəsi, 123) və “əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm” (Əraf surəsi, 124) deyə təhdid etmişdir.
Sparta askerleri küçük yaşlardan itibaren sadece savaş konusunda eğitiliyorlardı. Kan dökmek, hayattaki tek amaçlarıydı. | Savaşa giden Spartalı askerin bronz heykeli |
Avropaya hakim olan faşist-bütpərəst mədəniyyət 2-ci və 3-cü əsrlərdə xristianlığın əvvəlcə Romaya sonra da bütün Avropaya yayılmasıyla birlikdə mərhələli şəkildə ortadan qalxdı. Xristianlıq nə qədər ki, əhəmiyyətli təhriflərə məruz qalsa da, hz. İsanın insanlara təbliğ etdiyi haqq dinin əsas əxlaqi xüsusiyyətlərini Avropa cəmiyyətlərinə daşıdı. Əvvəllər zorakılığı, qarşıdurmanı, qan tökməyi müqəddəs və qanuni hesab edən, daima bir-biri ilə zidd düşən fərqli qəbilələrdən, irqlərdən, şəhər dövlətlərindən ibarət Avropa əhəmiyyətli bir dəyişiklik keçirdi:
1) İrqçilik və qəbilə döyüşləri aradan qalxdı: Bütpərəst aləmdə hər fərqli qəbilə, hər fərqli irq digərini düşmən kimi görür və bu fərqli qruplar arasında daimi bir qarşıdurma yaşanırdı. Hər bütpərəst cəmiyyətinin öz-özünə uydurduğu müxtəlif bütlər, müxtəlif totemlər vardı və bunlar üçün döyüşürdülər. Xristianlıqla birlikdə, tək bir inanc, tək bir mədəniyyət və hətta tək bir dil bütün Avropaya hakim oldu və bütpərəst aləmin qarşıdurmaları aradan qalxdı.
2) Şiddət əvəzinə sülh və mərhəmət anlayışları müqəddəs hala gəldi: Bütpərəst cəmiyyətlərdə qan tökmək, insanlara əzab vermək, işgəncə vermək, bir qəhrəmanlıq kimi görülür, xəyali "döyüş tanrı"larını razı salacaq qanuni bir hərəkət hesab edilirdi. Xristianlıqla birlikdə, insanların bir-birlərinə, (düşmənlərinə belə) sevgi və mərhəmətlə yaxınlaşmaları lazım olduğu, qan tökmənin Allah Qatında böyük bir cinayət olduğu həqiqəti Avropa cəmiyyətləri tərəfindən öyrənildi.
3) İnsanı bir heyvan növü kimi görən anlayış aradan qalxdı: Spartalıların döyüşçülərini "mühafizəçi itlər"lə bir tutması, bütpərəst cəmiyyətlərdə geniş yayılmış azğın "animist" inancların bir növü idi. Animizm təbiətin və təbiətdəki heyvanların bir ruha sahib olduğu mənasını verirdi. Buna görə də animizmə görə bir insanla bir heyvan və ya bir bitki arasında əhəmiyyətli bir fərq yox idi. Din əxlaqının hakimiyyəti ilə birlikdə, bu batil inanc ortadan qalxdı və insanın Uca Allahın verdiyi bir ruha sahib olduğu, heyvanlardan tamamilə fərqli bir varlıq olduğu və bundan ötrü də heyvanlarla eyni qanunlara tabe ola bilməyəcəyi həqiqəti Avropa cəmiyyətləri tərəfindən başa düşüldü.
Bu üç maddədə göstərilən bütpərəst xüsusiyyətlər, yəni irqçilik və qan tökmək və insanın bir heyvan növü hesab edilməsi, faşizmin əsas xüsusiyyətləridir. Bu meyllər, Avropada xristianlıq tərəfindən məğlubiyyətə uğradılmışdır. Yaxın Şərqdə isə eyni qələbə, İslam əxlaqı tərəfindən ərəb bütpərəstliyinə qarşı əldə olunmuşdur. Ərəblər (və digər Yaxın Şərq və Orta Asiya cəmiyyətləri də) İslamdan əvvəl döyüşçü, qan tökən, irqçi bir mədəniyyətə sahib idilər. Hətta Spartada tətbiq olunan "istənilməyən körpələrin ölümə məhkum edilməsi" vəhşiliyi, bütpərəst ərəblərdə də qız uşaqlarının diri-diri torpağa basdırılması şəklində tətbiq olunmuşdur. Quranda bu vəhşi tətbiq belə xəbər verilir:
Diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – hansı günaha görə öldürülmüşdür. (Təkvir surəsi, 8-9)
Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. (Zuxruf surəsi, 17)
Ərəblər və digər Yaxın Şərq və Orta Asiya cəmiyyətləri, ancaq İslam əxlaqıyla şərəfləndikdən sonra qan tökməkdən uzaq, sülhsevər, mülayim, mədəni bir mədəniyyətə qovuşmuşlar, keçmiş qəbilə döyüşlərindən, bədəvi vəhşiliyindən xilas olaraq dini bir birlik içində dinclik və sabitlik tapa bilmişdirlər.
Aristo |
Faşizmin Meydana Gəlməsi Və Neo-Bütpərəstlik Avropadakı bütpərəst mədəniyyətin xristianlıq tərəfindən basdırılmasına baxmayaraq yox olmamışdır. Müxtəlif təlimlərlə, bəzi təriqətlərlə, masonluq kimi gizli təşkilatlarla yaşamağa davam etmiş və Avropa tarixinin 16-cı və 17-ci əsrlərində yenidən diqqətə çarpan bir şəkildə ortaya çıxmışdır. Müxtəlif Avropalı mütəfəkkirlər, Platon və ya Aristotel kimi qədim yunan mütəfəkkirlərinin kitablarından təsirlənərək bütpərəst aləmin anlayışlarını yenidən Avropaya daşımağa başlamışlar.
Neo-bütpərəstlik, yəni yeni-bütpərəstlik deyilə bilən bu cərəyan, çox uzun bir müddət nəticəsində getdikcə güclənmiş və 19-cu əsrdə də xristianlığa qarşı üstün gələrək Avropanı fikirlə təsiri altına almışdır. Bu uzun prosesi burada təfərrüatlı şəkildə qeyd etməsək də, bəzi əsas şeyləri ifadə etmək faydalı olar. Neo-bütpərəstliyin ilk qabaqcılları "Humanistlər" olaraq tanınan mütəfəkkirlərdir. Bu insanlar qədim yunan mənbələrindən təsirlənərək Platon, Aristotel kimi mütəfəkkirlərin bütpərəst fəlsəfələrini mənimsəmiş və yaymağa çalışmışlar.
"Humanizm" məfhumu ilə ifadə etdikləri inanc isə, Allahın varlığını və insanın Allah qarşısındakı məsuliyyətini görmək istəməyən, insanı öz başına üstün və uca bir varlıq kimi təsvir edən azğın bir fəlsəfədir. Humanizmin təsirləri 17-ci və 18-ci əsrdə ortaya çıxan İşıqlanma fəlsəfəsiylə daha geniş ölçülərə çatmışdır. İşıqlanma fəlsəfəçiləri qədim Yunanistanda meydana gəlmiş bir fəlsəfə olan materializmi mənimsəmiş və qızğın şəkildə müdafiə etmişlər (Materializm, Leucippus və Democritus kimi yunan mütəfəkkirləri tərəfindən ortaya atılan, hər şeyin maddədən ibarət olduğunu hesab edən bir xurafat fəlsəfəsidir).
Bütpərəstliyin yenidən ortaya çıxması, maarifçilik fəlsəfəsinin siyasi nəticəsi olaraq qəbul edilən fransız inqilabında çox diqqətə çarpan bir şəkildə ifadə edilmişdi. Fransız inqilabının qanlı "terror" dövrünə liderlik edən Yakobinlər, xristianlıq əvəzinə bütpərəstliyi mənimsəyir və xristianlığa olan nifrətləri də xeyli artırırdı. İnqilabın ən qızğın günlərində Yakobinlərin fəal təbliğatı nəticəsində geniş şəkildə "xristianlıqdan çıxma" hərəkatı baş verdi. Hətta bununla yanaşı xristianlıq əvəzinə bütpərəst simvollar əsasında yeni bir "ağıl dini" ortaya atıldı. İlk əlamətləri 14 iyul 1790-cı ildə Respublika bayramında görülən "inqilabçı ibadət" getdikcə yayılmağa başladı. Yakobinlərin əliqanlı lideri Robespierre, "inqilabçı ibadət"ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını sənəd halına gətirərək adını "Uca Varlıq İbadəti" adlandırmışdı. Bu hadisənin təəccüblü bir nəticəsi məşhur Notrdam kilsəsinin "ağıl məbədi"nə çevrilməsi idi. Kilsənin divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə "ağıl tanrısı" adlandırılan qadın heykəli, yəni bütpərəst bir büt yerləşdirilmişdi.
Fransız Devrimi sonrasında Jean Jacques Rousseau onuruna yapılmış bu çizimde de, kırmızı başlık ve bağlanmış sopalar gibi pagan kültürüne ait semboller yer almaktadır. | KIRMIZI BAŞLIK: Fransız Devrimi'nden sonra kurulan cumhuriyetin, birlik ve bölünmezliğini simgelemektedir. Hem bu resimde hem de döneme ait diğer pek çok illüstrasyonda devrimin sembolü olarak kullanılan kırmızı başlık, pagan dünyasındaki Mitra efsanesinden miras kalan putperest bir semboldür. |
Bu bütpərəst meyl, inqilabçılar tərəfindən müxtəlif simvollarla da ifadə edilirdi. Fransız inqilabında inqilabçı gözətçilər tərəfindən geyinilən və bir çox illüstrasiyada inqilabın simvolu kimi istifadə edilən qırmızı başlıq, bütpərəst aləmindəki Mitra əfsanəsindən miras qalan bütpərəst bir emblemdi.(5)
Fransız Devrimi'nin eli kanlı liderlerinden Robespierre'in Cordeliers Kulübü kartı. Kartta, balta etrafına bağlanmış sopalar ve kırmızı başlık gibi pagan semboller dikkat çekici. | Robespierre |
Bütpərəst mədəniyyətinin bu şəkildə yenidən ortaya çıxması və Avropaya fikirlə hakim olmağa başlaması, bütpərəst aləminə aid bir sistem olan faşizmin də yenidən ortaya çıxmasına səbəb olurdu. Necə ki, Spartada tətbiq olunan faşist sistemin bir bənzəri, yəni nasist Almaniyası bu bütpərəst mədəniyyətə dözəcəkdi. Ancaq 18-ci əsrin sonunda baş verən fransız inqilabından 20-ci əsrin əvvəlindəki nasist Almaniyasına keçmək üçün bəzi əhəmiyyətli mədəni dəyişikliklər lazım idi. Bu dəyişikliklər 19-cu əsrdəki bəzi mütəfəkkirlər tərəfindən reallaşdırıldı. Bunların ən əhəmiyyətlisi Çarlz Darvin idi.
"Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür."
(Loğman surəsi, 30)
Thales, "evrim" efsanesinin ilk savunucularından biriydi. |
Bütpərəst aləminə aid olan, ancaq 18-ci və 19-cu əsrdə yenidən Avropaya daşınan batil inanclardan biri, bütün canlıların təsadüflər nəticəsində və bir-birindən törəyərək meydana gəldiklərini irəli sürən "təkamül nəzəriyyəsi" idi. "Canlılar və insan necə yarandı?" Allahın varlığından xəbəri olmayan, bunun əvəzinə öz uydurduqları bir çox saxta məbuda ibadət edən müşriklər bu suala "təkamül" deyə cavab vermişdilər.
İlk dəfə qədim Şumer kitabələrində rast gəlinən təkamül anlayışı, əslində qədim Yunanistanda formalaşdı. Tales, Anaksimenderes və Empedokles kimi bütpərəst filosoflar, canlı varlıqların, yəni insan, heyvan və bitkilərin hava, od və ya su kimi cansız maddələrdən özbaşına əmələ gəldiklərini iddia etdilər. Bu nəzəriyyələrinə görə ilk canlılar suda və birdən-birə, özbaşına ortaya çıxmış, bəzi heyvanlar vaxt keçdikcə suyu tərk etmiş və quruya uyğunlaşmışdılar.
Tales uzun müddət Misirdə yaşamışdı. Misirdə isə "canlıların özbaşına palçıqdan əmələ gəldiyi" xurafatı geniş yayılmışdı. Misirlilər Nil çayının suyu çəkildiyi vaxtda ətrafa yayılan qurbağaların bu şəkildə əmələ gəldiyini güman edirlər.
Charles Darwin, savaşı, çatışmayı ve "ırklar arası yaşam mücadelesi"ni savunan bilim dışı teorisiyle, faşizmin kültürel zeminini oluşturdu. |
Tales də bu xurafatı qəbul etmiş və buna bəzi fikirlər əlavə edərək bütün canlıların özbaşına əmələ gələ bildiyini irəli sürmüşdü. Tales bu iddiaları təcrübəyə və ya müşahidəyə deyil, yalnız məntiqi əsaslara əsaslanaraq irəli sürürdü. Qədim Yunanıstandakı digər təkamülçü filosoflar da eyni metoddan istifadə etdilər. Talesin bir şagirdi olan Anaksimenderes, təkamül nəzəriyyəsini inkişaf etdirdi. Onun qərb düşüncə həyatına daxil etdiyi iki böyük materialist anlayış vardır. Bunlardan birincisi kainatın sonsuzdan gəlib sonsuza getdiyi, ikincisi isə Tales dövründə yavaş-yavaş formalaşmağa başlayan canlıların bir-birlərindən təkamül keçirdikləri fikridir. Hətta "təbiət" adını daşıyan klassik şeiri, təkamül nəzəriyyəsinin izah edildiyi ilk yazılı əsərdir.
Anaksimenderes bu şeirində heyvanların, günəş işığıyla buxarlanan bir palçıqdan əmələ gəldiyini iddia etmişdi. İlk heyvanların tikanlı və pulcuqlu qabıqlara sahib olduğunu və dənizlərdə yaşadığını irəli sürmüşdü. Bu balığa bənzəyən varlıqlar daha sonra dəyişiklik keçirmiş, quruya keçmiş, pulcuqlu qabıqlarını tökmüş və insana çevrilmişdi.(6) Anaksimenderesin təkamül nəzəriyyəsinə necə bir təməl meydana gətirdiyi isə fəlsəfə kitablarında bu şəkildə təsvir edilir:
...Başlanğıcda bütün varlıqlar, suda yaşayan varlıqlardı. Sonradan suların çəkilməsi, quru parçalarının meydana gəlməsi ilə bu sularda yaşayan varlıqlar quruda yaşayan canlılar formasında dəyişiklik keçirdi. Bu nəzəriyyə təkamül nəzəriyyəsinin ilki ya da başlanğıcı hesab edilə bilər.(7)
Bir sözlə, Darvinizmin iki əsas ünsüründən biri, yəni canlıların təsadüflərlə bir-birlərindən törədikləri fərziyyəsi, birbaşa bütpərəst fəlsəfəsinin ortaya atdığı bir iddia idi. Darvinin nəzəriyyəsinin ikinci əhəmiyyətli ünsürü olan "həyat mübarizəsi" anlayışı da yenə bütpərəst bir inancdır.
Erasmus Darwin'in Zoonomia isimli kitabı |
Bir sözlə, Darvinizmin iki əsas ünsüründən biri, yəni canlıların təsadüflərlə bir-birlərindən törədikləri fərziyyəsi, birbaşa bütpərəst fəlsəfəsinin ortaya atdığı bir iddia idi. Darvinin nəzəriyyəsinin ikinci əhəmiyyətli ünsürü olan "həyat mübarizəsi" anlayışı da yenə bütpərəst bir inancdır.
Təbiətdəki canlılar arasında bir həyat döyüşü olduğu tezisini ilk irəli sürənlər yunan fəlsəfəçiləridir. Bütpərəst mütəfəkkirlər tərəfindən, təcrübəyə və müşahidəyə deyil, mücərrəd ağıl icra etməyə əsaslanaraq ortaya atılan təkamül fikri, 18-ci əsr Avropasında yenidən əks-səda doğurmuşdur. Bütpərəst düşüncəsindəki təkamül fikri, "Böyük Yaranma Zənciri" olaraq adlandırılmış və təkamül nəzəriyyəsinin ilk qabaqcılları olan Benoit de Maillet, Pierre de Maupertuis, Comte de Buffon və Jean Baptiste Lamark kimi fransız elm adamları bu anlayışdan təsirlənmişlər. Buffon Histoire naturelle adlı kitabının dərhal əvvəlində, özünü "Böyük Yaranma Zənciri doktrinasının şərhçisi" olaraq xarakterizə edir.(8)
Buffondan Lamarka keçən təkamülçü anlayışı ondan da Çarlz Darvinə miras qalmışdır. Çarlz Darvinin babası olan Erasmus Darvin də bütpərəst inanclara sahib bir təkamlüçü idi. Erasmus Darvin Şotlandiya Edinburghdakı məşhur Canongate Kilwining mason lojasının ustadlarından biri idi. Üstəlik, Fransadakı Yakobinlərlə və din düşmənçiliyini bir nömrəli vəzifə edən masonik İlluminate təşkilatıyla da yaxın əlaqəsi vardı. Yaratdığı səkkiz min km2-lik sahəsi olan botanik bağçada apardığı tədqiqatlarla Darvinizmə təməl təşkil edəcək məntiqləri meydana gətirmiş və bunları The Temple of Nature (Təbiət məbədi) və Zoonomia adlı kitablarında qeyd etmişdi. Erasmus Darvinin kitabına verdiyi ad, yəni "təbiət məbədi" anlayışı, həqiqətdə sahib olduğu bütpərəst inancın bir ifadəsi idi. Bu təbiətin yaradıcı bir gücə sahib olduğuna inanan keçmiş azğın bütpərəst inancların bir təkrarı idi.
Amerikalı tarihçi Paul Crook'un, Darwinizm, Savaş ve Tarih: "Türlerin Kökeni"nden I. Dünya Savaşı'na Kadar Savaşın Biyolojisi Üzerindeki Tartışma isimli kitabı |
Şumer və yunan bütpərəstlərindən miras qalan "Təkamül" əfsanəsi, Çarlz Darvinin 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi adlı kitabıyla Qərb dünyasının gündəminə gəldi. Darvin, bununla və daha sonra nəşr olunacaq İnsanın Törəməsi adlı kitabıyla, xristianlıqla birlikdə Avropadan silinmiş bəzi bütpərəst anlayışları yenidən gündəmə gətirirdi. Həm də bunları "elm" pərdəsi altında qanuniləşdirirdi. Darvinizmin qanuniləşdirdiyi- və sonradan faşizmin ortaya çıxışına zəmin hazırlayacaq- bütpərəst anlayışlar, belə sıralana bilər:
1) Darvinizm irqçiliyə qanunilik qazandırırdı: Darvin Növlərin Mənşəyi adlı kitabının alt başlığında belə yazmışdı: "Təbii seleksiya və həyat mübarizəsində üstün irqlərin qorunması yoluyla". Darvin bu ifadəylə, təbiətdəki bəzi irqlərin digərlərinə görə üstün olduğunu iddia edirdi. Bu iddiasının insan irqlərinə aid cəhətini İnsanın Törəməsi adlı kitabında izah etdi: Avropalı ağ irqlərin, zəncilər, asiyalılar, türklər kimi irqlərə görə üstün olduğunu və onları kölələşdirilə biləcəklərini irəli sürdü.
2) Darvinizm qan tökməyə qanunilik qazandırırdı: Darvin yenə kitabının alt başlığından da aydın olduğu kimi, təbiətdə daimi bir "həyat mübarizəsi" olduğunu irəli sürmüşdü. Bu həyat mübarizəsinin həm irqlər, həm də fərdlər arasında yaşandığını, bunun daimi bir mübarizə olduğunu, hər irqin və ya fərdin öz mənfəətləri üçün digərlərini məhv etməsinin çox normal olduğunu iddia etmişdi. Bir sözlə, Darvin xristianlıqla birlikdə Avropaya hakim olan yardımlaşma, fədakarlıq və qənaətkarlıq anlayışları əvəzinə, yeganə qaydanın zorakılıq və qarşıdurma olduğu bir "meydan" təsvir etmiş və bunu müdafiə etmişdi. Bütpərəst dünyaya (Roma İmperasiyasına) aid bir vəhşilik səhnəsi olan "meydan", Darvinizmlə birlikdə yenidən dirilmiş olurdu.
3) Darvinizm insanların bioloji islahı olan (yevgenika) anlayışını yenidən gündəmə gətirirdi: Spartada tətbiq olunan və Platonun "döyüşçü-idmançılarımız gözətçi itlər kimi ayıq-sayıq olmalıdır" deyərək müdafiə etdiyi irq islahı (yevgenika) anlayışı, Darvinizmlə birlikdə yenidən Qərb dünyasının gündəminə gəlirdi. Darvin Növlərin Mənşəyi adlı kitabında fəsillər boyu "heyvan irqlərinin islahı"ndan bəhs etmiş, İnsanın Törəməsi adlı kitabında isə insanların da bir heyvan növü olduğunu müdafiə etmişdi. Necə ki, qısa müddət sonra Darvinin əmisi oğlu Frensis Qalton, əmisinin bu iddialarını bir addım irəli aparacaq və müasir yevgenika nəzəriyyəsini ortaya atacaqdı. (Yevgenikayı rəsmi siyasət kimi tətbiq edən ilk dövlət isə nasist Almaniyası olacaqdı.)
Göründüyü kimi, Darvinin nəzəriyyəsi ilk başda yalnız biologiya elmini maraqlandıran bir qayda kimi görünsə də, birbaşa yeni bir ictimai və siyasi anlayışın əsasını meydana gətirirdi. Necə ki, bu həqiqət qısa zamanda özünü büruzə verdi və Darvinizmin qurduğu bu yeni anlayışa "sosial darvinizm" adı verildi. Sosial Darvinizm bu gün bir çox tarixçinin qəbul etdiyi kimi, faşizmin və nasist ideologiyasının ən əhəmiyyətli əsasını meydana gətirdi. Darvinizmin döyüşü və münaqişəni qanuni kimi göstərən təsiri, Amerikalı tarixçi Paul Krookun Kembric Universiteti tərəfindən çap olunmuş Darwinism, War and History: The Debate over the Biology of War from the `Origin of Species' to the First World War (Darvinizm, Döyüş və Tarix: "Növlərin Mənşəyi"ndən I Dünya müharibəsinə qədər döyüşün biologiyası üzərindəki müzakirə) adlı kitabında çox təfərrüatlı olaraq analiz edilir. Krookun bildirdiyinə görə, Darvinizm, döyüşü "bioloji bir lazımlılıq" olaraq göstərərək, istər I Dünya müharibəsinin, istərsə də müxtəlif döyüşçü faşist kütlələrin fikri əsasını meydana gətirmişdir. Krook belə yazır:
...Darvinist təlimlər gücü, statusu, üstünlüyü, hücum və zorakılığı təsdiq etdi. Mədəniyyətlər, cinsiyyətlər, siniflər və irqlər arasındakı fərqliliklər, insanın seçilmə mübarizəsində sabit bioloji ayrı-seçkiliklərə nisbətən zəifləmişdi. Darvinin döyüş modeli, döyüşləri və imperialist mübarizəni "bioloji bir lazımlılıq" kimi göstərərək hərbi və irqçi tətbiqlərə haqq qazandırdı.(9)
... (Darvinizm nəticəsində) Döyüş məntiqli hala gətirildi... Frederik Verthamın irəli sürdüyü kimi əgər vəhşilik bütün insanların təbiətində varsa və əgər hamımız günahkarıqsa, onda heç kim günahkar deyildi... I Dünya müharibəsi, neo-Darvinist genetikada və instinkt nəzəriyyəsində yeni bir terminlə şifrələnən vəhşilik əfsanəsinin son haqlılığı olaraq təsvir edilə bilər.(10)
Darvin Tomas Hobbesin deyimi olan "döyüşün təbiəti" sözünü böyük kitabı olan "Təbii seleksiya"da paraqraf başlığı olaraq istifadə etməyi düşünmüşdü... "Darvin təbiətdəki orqanizmlərin həyatını təmsil edən olduqca dramatik bir dildən istifadə edərək, döyüşlərlə, müvəffəqiyyətlərlə, qıtlıqlarla, yoxsulluqlarla və qırğınlarla dolu bir həyat mübarizəsi olduğu imicini yaratdı Növlərin Mənşəyini tamamilə dolduran bir imic.(11) Krookun da ifadə etdiyi kimi Darvin "Növlərin Mənşəyi"ni qarşıdurma və döyüş olaraq göstərmiş və insanların da heyvanlardan törəmiş bir "növ" olduğunu irəli sürmüşdü. Bu hiyləgərlik, döyüş çığırtılarının, qan tökmə ideologiyasının, bir sözlə, faşizmin yarğan kimi böyüməsinə səbəb olacaqdı.
"Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir."
(Bəqərə surəsi, 208)
Pagan kültürüne hayranlığı ve İlahi dinlere olan düşmanlığı ile tanınan Alman ırkçısı Wagner'in kitabı. |
Darvinizmin gətirdiyi neo-bütpərəst anlayışını mənimsəyən, şərh edən və bu yolla faşizmin təməllərini quran çox əhəmiyyətli bir 19-cu əsr mütəfəkkiri daha vardır: Alman filosofu Fridrix Nitsşe.
Nitsşe 1844-cü ildə Leypsiq yaxınlığındakı bir alman kəndində anadan olmuş və gənc yaşında yunan dilini öyrənərək yunan mədəniyyətinə maraq göstərmişdir. 1868-ci ildə İsveçrənin Bazel şəhərində fəlsəfə müəllimliyinə başladı. Nitsşe xristianlıq və İslam, yəhudilik kimi digər ilahi dinlərə nifrət edir və qədim Yunanistanın bütpərəst mədəniyyətinə heyranlıq duyurdu. Bazeldə dövrün məşhur bəstəkarı Vaqner ilə yaxın dost oldu. "Tanrıların Alaqaranlığı" (Die Gotterdammerung) adlı bəstəsiylə məşhurlaşmış Vaqner də yenə bütpərəst mədəniyyətinə heyran, ilahi dinlərə isə düşmən olan bir alman irqçisi idi. (Hitler dövrü ərzində Vaqner, Almaniyanın ən böyük mədəni dahisi qəbul ediləcəkdi). Nitsşenin kitablarını nəşr edən Peter Gast, onu " dünyadakı ən qatı ateist və xristianlıq dininin düşmənlərindən biri" olaraq xarakterizə etmişdi.(12) Nitsşenin ən məşhur kitablarından birinin adının Dəccal (Anti-Christ) olması, onun dinə olan nifrətinin digər bir ifadəsi idi.
Nitsşe zərdüşt belə buyurdu adlı kitabıyla da, ilahi dinlərdən kənar bir əxlaq anlayışı yaratmağa çalışmışdı. Nitsşenin ömür hekayəsini qələmə alan tarixçi H.F. Petersin ifadəsiylə, Nitsşenin fəlsəfəsi Roma və yunan bütpərəstliyinə əsaslanır və "dünyanı dəyişdirəcək yeni bir Sezar tapmaq" axtarışının nəticəsi idi.
Tarihçi W. Cleon Skousen'e göre, "Hitler'in Kavgam (Mein Kampf) adlı kitabını yazması, sanki Nietzsche'nin mezarından konuşması gibi olmuştur." |
Nitsşe xüsusilə xristianlıq, İslam və yəhudilikdə ortaq olan əxlaq anlayışına böyük nifrət bəsləyirdi. Nitsşeyə görə bu əxlaqın təməli olan şəfqət, mərhəmət, təvazökarlıq, sevgi kimi anlayışlar tərk edilməli və bunun əvəzinə döyüşçülüyü, mərhəmətsizliyi qəbul edən guya "üstün insan əxlaqı" yaranmalıydı.
Nitsşe Thus spake zarathustra adlı kitabında, "bütün yazılı əsərlər arasında, mən yalnız insanın qanıyla yazdıqlarımı xoşlayıram. Qanla yazın, beləliklə də qanın ruh olduğunu başa düşərsiniz" demişdir. (Nitsşe Fridrix, Thus Spake Zarathustra, Birinci Bölüm, "Okuma ve Yazma" üzerine)
Nitsşe həmçinin irqçi idi. İnsanların bir qisminin "üstün insan" (Übermensch) olduğunu, digərlərinin bunlara xidmət və itaətlə məsul olduğunu müdafiə edirdi. Üstəlik bu qondarma "üstün insanların" quracağı aristokratik bir dünya nizamını müdafiə edirdi. Nitsşenin bu nəzəriyyəsi Hitlerin orduları tərəfindən 1939-cu ildə II Dünya müharibəsinin başlamasıyla tətbiq olunmağa başlayacaqdı. Nitsşenin bu iki xüsusiyyəti, yəni irqçiliyi və şiddətə olan meyli diqqət yetirilsə Darvinizmlə böyük bir uyğunluq təşkil etdiyi görünər. Necə ki, Nitsşe fəlsəfəsini inkişaf etdirərkən Darvindən böyük ölçüdə təsirlənmişdir. Əvvəlcə Darvinin insan irqləri arasında apardığı ayrı-seçkilik, Nitsşenin "üstün insan-aşağı insan" tərifinə uyğun gəlmişdir. Üstəlik Nitsşe dinə qarşı bəslədiyi nifrəti də, Darvinizmin ateizmiylə birləşdirmişdir.
Fanatik Din Düşmanı Nietzsche |
Nietzsche, Darwinizm'in getirdiği neo-pagan anlayışı benimsemiş ve faşizmin fikri temellerini atmıştır. Koyu bir din düşmanı olan Nietzsche'nin, Deccal ve Böyle Buyurdu Zerdüşt adlı kitaplarında, İlahi dinlere düşmanlık ve paganizme özlem gibi sapkınlıklar son derece belirgindir. |
Darvinist yazıçı Daniel C. Dennett, Darwin's Dangerous İdea adlı kitabında Darvinin Nitsşe üzərindəki təsirini belə ifadə edir: "Fridrix Nitsşe Darvində çox kosmik bir mesaj tapmışdır... Əgər Nitsşe egzistansiyalizmin atası isə, onda bəlkə Darvinin də bu fəlsəfənin babası sifətini qazanmağı haqqı çatır".(13)
Dennet, kitabında Darvinin və Nitsşenin fikirlərinin çox üst-üstə düşdüyünü təfərrüatlı olaraq izah edir, Nitsşenin bəzi məqalələrində Darvini tənqid edən kimi görünməsinə baxmayaraq, həqiqətdə Darvinist düşüncəni eynilə mənimsədiyinə dair bir çox nümunə verir.
Nazilerin Doğu Avrupa Katliamları |
Hitler'in SS birlikleri Doğu Avrupa'da korkunç bir katliam yapmıştı. Tarihçi George Lichtheim, Doğu Avrupa katliamlarında Hitler'in ilham kaynağının Nietzsche olduğunu söyler. |
Nitsşenin ölümündən sonra fəlsəfəsini müdafiə edən və onu təmsil edən ən əhəmiyyətli adam bacısı Elizabet Nitsşe olmuşdur. Elizabet Nitsşe, Hitler Almaniyasında nasist ideologiyasının əhəmiyyətli bir müdafiəçisi olaraq məşhurlaşmış və qardaşının irəli sürdüyü "üstün insan" modelinin Hitler tərəfindən reallaşdırıldığını elan etmişdir.(14)
Doktor P. J. Mobius, Nietzsche'nin (üstte) "hastalıklı bir beyne" sahip olduğunu belirtmiş ve insanları bu beynin fikirlerine karşı uyarmıştı. |
Nitsşenin nasist ideologiyası üzərindəki böyük təsiri bir çox tarixçi tərəfindən vurğulanan konkret bir həqiqətdir. Tarixçi V. Kleo Skousen, "Hitlerin Döyüşüm adlı kitabını yazması, sanki Nitsşenin məzarından danışması kimi olmuşdur" deyir.(15) Başqa bir tarixçi Corc Likzheim isə belə yazır: "Nitsşe olmadan, Hitlerin SS birliklərinin Şərqi Avropada törətdikləri qırğınları davam etdirəcək ilhama sahib ola bilməyəcəklərini demək heç də şişirtmə deyil".(16)
Tarixçi H.F Petersin tərifiylə desək, "Nitsşe faşizmin atasıdır".(17) Nasist ideoloqu Alfred Rozenberq 20-ci Əsrin Əfsanəsi adlı kitabında Nitsşeyi tərifləmişdir. Nasistlərin gənclik qolu xüsusiyyətindəki "Hitler Gəncliyi" (Hitlerjugend) təşkilatı, Nitsşenin Zərdüşt belə buyurdu adlı kitabını sanki "müqəddəs kitab" olaraq mənimsəmişdir. Adolf Hitler Nitsşenin xatirəsinə xüsusi bir abidə inşa etmiş, üstəlik bununla yanaşı "alman gəncliyinin Nitsşenin üstün irq doktrinasını öyrənə biləcəkləri bir təhsil mərkəzi və kitabxana"nın təməlini atmışdır.(18) "Fridrix Nitsşe zum Gedächniserbau" (Fridrix Nitsşe monumental binası) Hitler tərəfindən 1938-ci ilin avqustunda açılmışdır.
Nitsşenin təsiri yalnız Alman faşizmiylə məhdudlaşmamış, faşizmin ana vətəni İtaliyada da böyük olmuşdur. İtalyanın faşist diktatoru Mussolininin fikir atası hesab edilən Gabriele D'Annunzio Nitsşe fəlsəfəsindən çox təsirlənmişdir,(19) Mussolininin də danışıqlarında Nitsşeyə istinadlar etdiyi və onun kitablarından təsirləndiyi, tarixçilər tərəfindən qeyd edilir.(20)
Faşizmin banisi olan Nitsşenin 20-ci əsrdə bəşəriyyətə gətirdiyi fəlakətlər bu alman filosofun Darvinist düşüncələrinin nə cür səhv olduğunu göstərən tarixi bir dəlil olmuşdur. Allahın insanlara vəhy yolu ilə öyrətdiyi üstün əxlaqa qarşı çıxan, bunun əvəzinə bütpərəst cəmiyyətlərin qan tökücü, zalım mədəniyyətinə etina edərək bunu müasir dövrə daşımağı qarşısına məqsəd qoyan, Darvinin insanları heyvan kimi görən, onları üstün irq və aşağı irq deyə qruplaşdıran fikirlərini insanlara təlqin edən Nitsşe, dinsizliyin insanları və cəmiyyətləri sürüyəcəyi qaranlıq dünyanı ən yaxşı şəkildə təmsil edir. Nitsşenin həyatı da bu cəhətdən ibrətamizdir. 44 yaşında olarkən ruhi bir xəstəliyə tutulmuş və getdikcə artan xəstəlik nəticəsində tamamilə havalanaraq ölmüşdür. 1902-ci ildə P.J Mobius adlı bir həkim, insanlara "Nitsşe barəsində diqqətli olmalarının lazım olduğunu, çünki fikirlərinin xəstə bir beynin məhsulu olduğunu" xəbər vermişdir.(21)
Amma almanlar bu xəstə beynin xəstə fəlsəfəsinə etibar etmiş və bu da nasist Almaniyasını meydana gətirmişdir. Nitsşenin şəxsi həyatı, ən az fəlsəfəsi qədər qaranlıq və xəstədir. Nitsşenin aqibəti də tarix boyu yaşamış bütün inkarçılar kimi çox pis olmuşdur. Nitsşe bir dəlixanada, sifilisdən ölmüşdür.(22) Ayələrdə belə buyurulur:
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları ağrılı-acılı bir əzab gözləyir. Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
(Ali İmran surəsi, 176-178)
Nazilerin gençlik kolu olan "Hitler Gençliği" (Hitlerjugend) örgütü, Nietzsche'nin Böyle Buyurdu Zerdüşt adlı kitabını adeta "kutsal kitap" olarak benimsemişti. |
20-ci əsr faşizminin təməllərini quran başqa bir əhəmiyyətli 19-cu əsr ideoloqu, "yevgenika" nəzəriyyəsinin banisi olaraq tanınan Frensis Qaltondur.
Yevgenika anlayışından əvvəlki səhifələrdə bəhs etmişdik. İnsanları bir heyvan növü kimi görən, bundan ötrü də heyvanlar üçün olan qaydaları insanlara tətbiq edən bir zehniyyətin məhsulu olan yevgenika, insan nəslinin də inəklər və ya itlər kimi "heyvan yetişdirilməsi" üsuluyla inkişaf etdirilməsini qarşısına məqsəd qoymuşdu. Yevgenikaya görə bir cəmiyyətdəki əlillərin və xəstələrin çoxalmasının qarşısı alınmalı, (lazım gəlsə bunlar öldürülməlidir) sağlam fərdlər isə bolluca "cütləşdirilərək" sağlam və güclü nəsillər yaradılmalıydı. Bu siyasət, bütpərəst aləminin döyüşçü şəhər dövləti olan Spartada tətbiq edilmiş və Platon tərəfindən də müdafiə olunmuşdu.
1930'larda "Sterilizasyon Yasaları" olarak bilinen ırkçı kanunların yürürlüğe konduğu Amerikan eyaletlerinden biri olan California'daki uygulamaları anlatan bir belge. |
Yevgenika xristianlığın hakimiyyətiylə birlikdə tarixin tozlu rəflərinə qoyulmuşdu ki, Çarlz Darvin Növlərin Mənşəyi adlı kitabını nəşr etdi. Darvin kitabının ilk hissələrini heyvan yetişdirilməsi mövzusuna ayırmış, məhsuldar inək və ya at cinsləri meydana gətirən yetişdiricilərə diqqət çəkmiş, sonra da İnsanın Törəməsi adlı kitabında bu üsulu insanlara tətbiq etməyin mümkün olduğunu irəli sürmüşdü. Darvinin açdığı yevgenika yolunu genişləndirən və yevgenikayı əhatəli bir proqram olaraq təsvir edib dünya gündəminə gətirən adam isə, Darvinin əmisi oğlu Frensis Qalton oldu. Qalton ehtimal edilə biləcəyi kimi, Darvinin qızğın bir pərəstişkarı və davamçısı idi. Memories of My life (Həyatımın Xatirələri) başlıqlı tərcümeyi-halında belə yazırdı:
1859-ci ildə Növlərin Mənşəyi adlı kitabın Çarlz Darvin tərəfindən nəşr edilməsi, bəşəriyyətin ümumi düşüncəsində olduğu kimi mənim şəxsi zehni inkişafımda da çox böyük bir dönüş nöqtəsi olmuşdu. Bu (kitabın) təsiri bir çox xurafatçı maneənin bir zərbəylə bir anda yox edilməsi, bütün keçmiş hakimiyyət orqanlarına qarşı bir üsyan ruhunun yüksəlməsi mənasını verirdi (23).
Qaltonun öz aləmində "xurafatçı manelər" və "keçmiş orqanlar" kimi anlayışlarla pisləyərək bəhs etdiyi anlayışlar, dini inanclar və dini qurumlar idi. Yəni Darvin Qaltonun guya "böyük bir dönüş nöqtəsi" yaşamasına və inancını itirib dinsizləşməsinə səbəb olmuşdu. Qaltonun dinsizləşməsi, bütpərəst aləminin irqçiliyini mənimsəməsiylə nəticələndi. Qalton Darvinin yanaşı başqa bir təkamülçü ideoloq olan fransız həkim və antropoloq Paul Brocadan da təsirlənmişdi. Broca insan zəkasının beyin (və bu səbəbdən kəllə) həcmiylə düz mütənasib olduğunu irəli sürmüş və bunu guya "isbat etmək" üçün də Paris qəbiristanlıqlarını dəlik-deşik edərək yüzlərlə kəllə ölçmüşdü.
Qalton Brocanın beyin həcmi ilə əlaqədar -və səhv olduğu sonradan qəti olaraq sübut ediləcək - xurafatları ilə əmisi Çarlz Darvinin "heyvan yetişdirilməsi" məntiqlərini birləşdirdi. Nəticədə, bəzi insan irqlərinin digərlərindən daha üstün olduğu və üstünlərlə zəiflərin bir-birindən mütləq ayrılmalı olduğu şəklindəki "yevgenika" nəzəriyyəsi meydana gəldi.
Charles Darwin | Francis Galton | Paul Broca |
Charles Darwin'in kuzeni olan Francis Galton, Darwin'in yanısıra bir diğer evrimci ideolog olan Fransız doktor ve antropolog Paul Broca'dan da etkilenmişti. Galton bazı insan ırklarının diğerlerinden daha üstün olduğu ve üstünlerle zayıfların birbirinden mutlaka ayrıştırılması gerektiğini öne süren vahşi "öjeni" teorisini ortaya attı. |
Qalton fikirlərini ilk növbədə 1869-cu ildəki Hereditary Genius (İrsi Dahi) adlı kitabında qeyd etdi. Kitabda ingilis tarixində aşkarladığı bəzi "dahilik"lərdən bəhs edir və bunların özlərinə xas irqi xüsusiyyətlər daşıdığını müdafiə edirdi. (Bu "dahi"lərin arasında əmisi Darvini yerləşdirməyi unutmamışdı). Qalton bu iddiasından sonra, ingilis milləti içində genetik olaraq digərlərindən üstün olan ayrı bir qanın olduğunu və bu qanın qorunması üçün tədbirlər görülməsinin lazım olduğunu irəli sürürdü. Bu nəzəriyyə yalnız ingilislər üçün deyil, bütün irqlər üçün də məqbuldu. Kanadalı yazıçı Lan Taylor, darvinizmin sosial təsirlərini ələ aldığı İn the Minds of Men adlı kitabında belə yazır:
Qalton bəzi irqlərin irsi olaraq üstün olduqlarını və üstünlüyün keçmişdən gələn və gələcəyə uzanan sabit və dəyişməz bir fakt olduğunu irəli sürürdü... Qaltonun bu iddiasının nəticəsi isə, bəşəriyyətin xeyri naminə, üstün gen hovuzunun aşağı gen hovuzuyla qarışmasının hər nə bahasına olursa olsun qarşısının alınmasının lazımlığı idi.(24)
Darwinizm'in Irkçı Sonucu: Kafatası Ölçümleri |
Francis Galton'un etkilendiği Darwinistlerden biri olan Paul Broca, insan zekasının beyin (ve dolayısıyla kafatası) hacmiyle doğru orantılı olduğunu ileri sürmüş ve bunu sözde "ispatlamak" için de Paris mezarlıklarını delik deşik ederek yüzlerce kafatası ölçmüştü. Her ne kadar Broca'nın bu iddialarının yanlışlığı sonradan kesin olarak ispatlansa da, başta Almanya olmak üzere birçok ülkede kafatası ölçümleri yapıldı. Bu ölçümlere göre sözde "üstün insanlar" belirlendi. |
Qalton "üstün irqlə aşağı irqlərin qarışmasının qarşısının alınması" üçün qanuni tədbirlərin tətbiq olunmasının lazım gəldiyini də müdafiə edirdi. Qaltona görə nikahlar bu təkamül məqsəd nəzərə alınaraq qanunla bağlanmalıydı. Onda bir müddət sonra "çox üstün bir insan irqi yaradıla biləcəkdi".
Qalton bu irqçi-təkamülçü nəzəriyyəsinə ad tapmaq üçün də, nəzəriyyəsinin bir vaxtlar konkret şəkildə tətbiq olunduğu bütpərəst aləminə yönəldi. Yunanca "yaxşı doğum" mənasını verən "yevgenika" sözünü o tapdı və ilk dəfə istifadə etdi. Yevgenika dövrün ibtidai elm anlayışı içində qısa müddətdə geniş kütlələr tərəfindən dəstəkləndi. Darvinizmi qəbul edənlər qaçılmaz olaraq yevgenikayı da qəbul edirdilər. Sonda 1901-ci ildə London Universitetinin nəzdində Eugenic Education Society (Yevgenika Təhsil Dərnəyi) quruldu. Dərhal sonra qurulan British Eugenics Society isə, yevgenika məqsədiylə cəmiyyətdəki bütün şikəstlərin "sterilizasiya edilməsi", yəni xədimləşdirilməsi lazım olduğunu müdafiə etdi. Çarlz Darvinin oğlu Leonard Darvin 1911-1928-ci illər arasında bu dərnəyin başçısı və gəlib-keçmiş ən aktiv üzvü idi.
Öjeni Teorisine Göre Katledilen Özürlüler |
1. Ernst Haeckel |
Darwin'in kuzeni Francis Galton tarafından geliştirilen öjeni teorisine göre, bir toplumdaki sakatların ve hastaların çoğalması önlenmeli, sağlıklı bireyler ise bolca "çiftleştirilerek" sağlıklı nesiller oluşturulmalıydı. Darwinizm'in Almanya'daki en güçlü savunucusu Ernst Haeckel ise bu fikri daha da ileri götürdü ve özürlülerin zehirlenerek öldürülmeleri için bir komisyon kurulmasını savundu. Haeckel'in zalim fikirleri Naziler tarafından uygulandı. Bu sayfadaki görüntüler, Naziler tarafından katledilmiş özürlü insanlara aittir. |
Yevgenika İngiltərədən sonra ABŞ-da da özünə tərəfdarlar tapdı. 1920-ci və 1930-cu illərdə Amerikadakı təkamülçü dairələr yevgenika mövzusunda böyük bir təbliğat həyata keçirdilər və bəzi əyalətlər "Sterilizasiya Qanunları" olaraq məlum olan irqçi qanunlar çıxardılar. Bu qanunlar genetik cəhətdən zəif və ya xəstə olduğu düşünülən qadın və kişilərin əməliyyat yoluyla xədimləşdirilməsini nəzərdə tuturdu. Bu qanunlar bu gün ABŞ-da "üz qarası bir irqçilik nümunəsi" olaraq qəbul edilir. Üstəlik, nəzəriyyəsinin elmi həqiqətlərə tamamilə zidd bir xurafat olduğu da qəbul edilir. 2000-ci illərdə çıxarılan insan genomu xəritəsi, fərqli insan irqləri və fərdləri arasındakı genetik fərqin çox-çox kiçik olduğunu və bu fərqliliklərə əsaslanan bir çoxalma siyasəti yürütməyə çalışmağın çox axmaq olduğunu göstərmişdir. İnsan irqlərini Allah bərabər olaraq yaratmışdır. Allah Quranda insanlara belə bildirir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və ya nəsil cəhətdən üstün olanınız deyil) Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
(Hucurat surəsi, 13)
Zəif və irsi cəhətdən xəstə olan insanlara qarşı tətbiq olunacaq çıxış yolu isə, onları bir heyvan kimi "sterilizə etmək" deyil, şəfqət və mərhəmət prinsiplərinin tələbinə əsasən müalicə etmək və qorumaq olmalıdır. Ancaq Allahın bizə öyrətdiyi din əxlaqının bir tələbi olan bu yanaşma əvəzinə, Qərb dünyasında 20-ci əsrin əvvəllərində bütpərəst mədəniyyətin və təkamül nəzəriyyəsinin bir nəticəsi olan yevgenik yanaşma qəbul edilmişdir. Bu bütpərəst və təkamülçü nəzəriyyənin nə cür böyük bir vəhşiliyə səbəb olduğu isə, əsl mənada Almaniyanı, nasist Almaniyasını araşdırdığımızda ortaya çıxır.
Ernst Haeckel |
Darvindən nasistlərə gedən yolda nəzərdən keçirməyimiz lazım olan son ad, 20-ci əsrin əvvəlində Almaniyanın ən məşhur Darvinisti və ən qatı yevgenika tərəfdarı olan zooloq Ernst Hekkeldir. Hekkel elm aləmində "Bireyoluş Soyoluşun təkrarıdır" deyə məlum olan nəzəriyyə ilə tanınır. Bu təkamülçü nəzəriyyəyə görə, hər canlı ana bətnindəki inkişafı əsnasında, atalarının yaşadığı qondarma "təkamül müddəti"ni yenidən yaşayır. Hekkel Darvindən təsirlənərək ortaya atdığı bu nəzəriyyəni dəstəkləyə bilmək üçün bəzi embrion şəkilləri çəkmişdir. Ancaq sonradan Hekkelin bu şəkillərdə qəsdən təhriflər apardığı və nəzəriyyəsinin həqiqətdə elmi bir saxtakarlıqdan başqa bir şey olmadığı aydın olmuşdur. Hekkel elmi Darvinizmə uyğunlaşdırmaq üçün saxta dəlillər hazırlayan bir fırıldaqçıdır. Hekkelin saxta elminin başqa bir nümunəsi isə nəzəriyyəsidir. Çarlz Darvin, Frensis Qalton və Leonard Darvin kimi adlardan götürdüyü yevgenika nəzəriyyəsini daha da irəli aparmış və qədim Yunanistandakı Sparta modelinə, yəni uşaq qırğınlarına geri qayıtmağı təklif etmişdir: Hekkel, Wonders of Life adlı kitabında, "şikəst doğan körpələrin heç vaxt itirmədən öldürülməsini" müdafiə etmiş və bu körpələrin hələ bir şüura sahib olmadıqlarını irəli sürərək "bunun bir cinayət hesab olunmadığını" iddia etmişdir.(25) Hekkel yalnız şikəst doğan körpələrin deyil, guya cəmiyyətin təkamül keçirməsinə mane olan bütün xəstə və şikəst insanların "təkamül qanunları"nın tələbinə görə aradan götürülməsini istəmişdir. Xəstələrin müalicə edilməsinə qarşı çıxmış, bu müalicənin təbii seleksiyaya mane olduğunu irəli sürərək belə yazmışdır:
Sağalması mümkün olmayan yüz minlərlə xəstə, məsələn ruhi xəstələr, cüzam xəstələri, xərçəng xəstələri süni şəkildə yaşadılır, amma bu özlərinə və ya cəmiyyətə heç bir fayda vermir... Bu pislikdən xilas ola bilmək üçün, səlahiyyətli bir komissiyanın qərarı və nəzarəti altında xəstələrə güclü və təsirli bir zəhər verilməlidir.(26)
Hekkelin nəzəriyyəsini qurduğu bu vəhşilik, nasist Almaniyası tərəfindən tətbiq ediləcəkdi. Nasistlər hakimiyyətə gəldikdən qısa bir müddət sonra, rəsmi bir yevgenika siyasəti başlatdılar. Alman cəmiyyəti içindəki ruhi xəstələr, şikəstlər, anadangəlmə korlar və irsi xəstəliklərə tutulanlar, xüsusi "sterilizasiya mərkəzləri"ndə toplandılar. Bu kəslərə Alman irqinin xalisliyini və təkamül prosesini korlayan parazitlər kimi baxılırdı. Necə ki, bir müddət sonra cəmiyyətdən təcrid edilən bu insanlar, Hitlerdən gələn gizli bir təlimata əsasən öldürülməyə başlayacaqdılar.
Ernst Hekkelin fikirlərinin və ümumiyyətlə Darvinist ideologiyanın, nasizmin təməli olması, mövzunu tədqiq edən bir çox tarixçi tərəfindən dilə gətirilmiş bir həqiqətdir. Amerikalı tarixçi Daniel Gasman, The Scientific Origins of National socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (Nasizmin Elmi mənşələri: Ernst Hekkelin Sosial Darvinizmi və Alman Monist Birliyi) adlı kitabında, bu mövzuda çox əhatəli dəlillər təqdim edir. Daniel Qasmana görə, "Hekkel Almaniyanın irqçilik, faşizm və imperializmə dəstək verən ən əhəmiyyətli ideoloqu" sifətini daşıyır.(27) Hekkel nasizmə həm ideoloji, həm də təşkilati bir miras qoyub getmişdir. Bir tərəfdən yevgenika və irqçilik nəzəriyyəsini yaratmış, bir tərəfdən də "Monist Birliyi" adlı ateist bir dərnək qurmuş və bu dərnək nasistlərin xalqın təhsilli təbəqəsində əks-səda tapmasında böyük rol oynamışdır. Kembric Universiteti tarixçisi və London Times qəzetinin yazıçısı Ben Macintyre, Hekkelin nasistlərə miras qoyub getdiyi Darvinist düşüncəni belə izah edir:
Nazi Cinayetlerinin Temeli: İnsanın "Hayvan" Olarak Görülmesi |
Gerek Ernst Haeckel tarafından savunulan ve 1933'ten sonra Naziler tarafından uygulamaya konan öjeni cinayetlerinin, gerekse savaş yıllarındaki Nazi katliamlarının ortak bir temeli vardır: İnsanların birer hayvan olarak görülmesi. Naziler, Darwin'in evrim teorisinden aldıkları ilhamla, insanlığı, farklı ırklardan oluşan hayvan sürüleri olarak kabul etmişler ve bu sürüler arasında daimi bir çatışma olması gerektiğine inanmışlardır. Bu hurafe sonucunda "ırk saflığı" adına, masum çocukları, kadınları, hasta ve özürlüleri acımasızca katledebilmişlerdir. |
Alman embrioloq Hekkel və onun Monist Birliyi, dünyaya və xüsusilə də Almaniyaya, xalqların bütün tarixinin təbii seleksiya ilə izah edilə biləcəyini deyirdilər. Hitler və onun yanlış nəzəriyyələri, irqi təmizlik və ən uyğun olanların yaşaması naminə irqləri kütləvi şəkildə yox etməyə cəhd edərək bu elmi saxtakarlığı siyasətə çevirdi. Hitler kitabına Mein Kampf (Mənim Döyüşüm) adını verməklə, əslində Hekkelin Darvinin "həyat döyüşü" anlayışına etdiyi tərcüməni əks etdirirdi.(28)
Nasizmin və digər faşist ideologiyaların təməlindəki bu Darvinist təsiri, kitabın sonrakı hissələrində daha təfərrüatlı olaraq nəzərdən keçirəcəyik.
Sanat Yoluyla Propaganda |
Naziler, paganizmi tekrar uyandırmak için sanatı da kullandılar. Eski Yunan kavramları, heykelleri ve sembolleri bir anda Alman kültürünün parçası haline geldi. Aryan ırkını temsil eden güçlü erkek ve kadın tasvirleri, eski Yunan'ın tanrı heykellerine benzetilerek yapılıyordu. |
Bu hissənin əvvəlində faşizmin bütpərəst mədəniyyətlərdə ortaya çıxan bir vəhşilik sistemi olduğunu ifadə etmişdik. Faşizmin bu vəhşiliyinin əsas səbəbi, "gücə tapınma" fəlsəfəsinə əsaslanmasıdır. Faşizmdə yeganə müqəddəs dəyər gücdür. Güclü olan haqlıdır. Güclü olanın üstün gəlməyə, zəifləri əzməyə haqqı çatar. Faşistlər güclü olanlara heyran qalar, zəiflərə qarşı isə nifrət və alçaltma hissləri bəsləyərlər. Döyüşmək, qan tökmək, mərhəmətsiz və qəddar olmaq bu azğın əxlaqın əsas prinsipləridir. Spartada, Roma İmperatorluğunun qanlı meydanlarında və ya şimal bölgəsində yaşayan kobud bütpərəst qövmlərdə ortaya çıxan bu azğın əxlaqın qarşısında isə, Uca Allahın bizə öyrətdiyi gözəl əxlaq durur.
Din əxlaqına görə, əhəmiyyətli olan anlayış "güc" deyil "haqq"dır. İnsanlar güclərinə görə deyil, Allahın bildirdiyi haqqa tabe olub olmamalarına görə qiymətləndirilərlər. Güclü olan, zəifləri əzməklə, onlara təhkim etməklə deyil, onlara şəfqət və mərhəmət göstərməklə məsuldur. İnsanın vəzifəsi mərhəmətsiz və qəddar olmaq, qan tökmək deyil, əksinə şəfqətli və sülhsevər olmaq, zəifləri qorumaqdır. 19-cu əsrdə kök salan müasir faşizm Allahın insanlara əmr etdiyi bu gözəl əxlaqa qarşı çıxan və bunun əvəzinə müşriklərin irqçi, qan tökən, zalım mədəniyyətini yenidən dirçəltmək istəyən ideoloqların bir məhsuludur. Fransız inqilabı ilə başlayan neo-bütpərəst cərəyan, Fridrix Nitsşe ilə formalaşmış və oradan da nasist ideologiyasına köçürülmüşdür. Çarlz Darvin, Frensis Qalton və Ernst Hekkel kimi təkamülçülər isə, Allahın varlığını inkar edərək, bütün həyatı bir "həyat mübarizəsi" kimi göstərərək və irqçiliyi qanuniləşdirərək, yüksələn bu yeni bütpərəstliyə uydurma elmi bir dəstək vermişlər.
Amerikalı tarixçi Gene Eduard Veiz, Modern Fascism: Liquidating the Judeo-Christian Worldview (Müasir Faşizm: Xristian-yəhudi dünyagörüşünün yox edilməsi) başlıqlı kitabında bu həqiqəti qısaca olaraq belə qeyd edir: "Faşizm müasir dünyanın bütpərəstliyə duyduğu həsrətdir. Faşizm bir mədəniyyətin Allaha olan üsyanıdır".(29)
Antik Pagan Ayinlerinin Kopyası Nazi Törenleri |
Nasizm bu həqiqəti çox açıq bir şəkildə ortaya qoymuşdur. Naisistlər istər təşkilatlanma mərhələlərində, istərsə də 1933-cü ildə başlayan hakimiyyətləri ərzində, bütpərəstliyi müdafiə etmişlər və Alman cəmiyyətini xristianlıqdan ayıraraq, bütpərəst inanclara qaytarmağa çalışmışlar.
Nasistlərin ən əhəmiyyətli ideoloqu olan Alfred Rozenberq, hələ 20-ci illərdə, xristianlığın Hitlerin rəhbərliyi altında qurulacaq yeni Alman Krallığı (III Reyx) üçün lazımi olan ruhi enerjini təmin edə bilmədiyini, bundan ötrü də Alman irqinin qədim bütpərəst dininə geri qayıtması lazım olduğunu açıq şəkildə müdafiə etmişdir. Rozenberqə görə, nasistlər hakimiyyətə gəldikləri vaxt kilsələrdəki dini simvollar yerinə svastikalar, Hitlerin Döyüşüm adlı kitabı və almanların məğlub edilməzliyini təmsil edən qılınclar yerləşdirilməli idi. Hitler Rozenberqin bu fikirlərini mənimsəmiş, ancaq cəmiyyətdən böyük reaksiya alacağını düşünərək, sözügedən yeni Alman dini nəzəriyyəsini tam olaraq tətbiq etməmişdir.(30) Ancaq nasist rejimi əsnasında yenə də əhəmiyyətli neo-bütpərəst tətbiqləri yaşanacaqdır. Hitlerin hakimiyyəti ələ keçərməsindən bir müddət sonra, xristianlıqdakı müqəddəs günlər və bayramlar ləğv edilmiş və yerlərinə batil bütpərəst dininin guya müqəddəs günləri qoyulmuşdur. Nikah mərasimlərində "Yer Ana" ya da "Göy Baba" kimi xəyali bütpərəst tanrılarına müraciət olunmuşdur. 1935-ci ildə məktəblərdə şagirdlərə xristian duaları etdirilməsi qadağan edilmiş, sonra da xristianlıqla əlaqədar dərslərin hamısı ləğv edilmişdir. Nasistlərin bütpərəst ideologiyalarını (və azğın homoseksual meyllərini) mövzu gətirən The Pink Swastika (Çəhrayı Svastika) adlı kitabda ifadə edildiyi kimi, "Yunan bütpərəstliyinin yenidən ortaya çıxması, nasist şəxsiyyətinin çox vacib bir xüsusiyyətidir". (31) Eyni kitabda, nasist şəxsiyyətinin əsasını meydana gətirən bu bütpərəst hərəkatın içində, azğın homoseksual bir meylin olduğu da vurğulanır. Kitabda nasistlərin bütpərəst yunan mədəniyyətinə olan bağlılıqları haqqında isə maraqlı bir nümunə verilir:
Almaniyadakı Nitsşe faşizmini xalq arasında yayan "ziyalılar" kimlərdir? Bunlardan biri, o dövrdə Almaniyanın ən məşhur şairlərindən biri olan və oğlan uşaqlarına qarşı anormal şəkildə cinsi meylləri olduğu məlum olan Stefan Corc idi. Corc və tərəfdarları Griechendeutschen (Helenistik Almanlar) anlayışını gündəmə gətirmişdilər... Corc 1928-ci ildə nəşr olunan Das Neue Reich (Yeni Krallıq) adlı kitabında isə, Almaniyanın yeni bir yunan dövləti halına gələcəyini iddia etmişdi. Hitler hakimiyyətə gəldikdən sonra Stefan Corcu nasist Ədəbiyyat Akademiyasının başçısı təyin etdi.(32)
Nasist hakimiyyəti əsnasında, bütpərəst mədəniyyətinin yenidən dirçəldilməsinə istiqamətli bir çox proqram həyata keçirilmişdir. Şagirdlərə məktəblərdə guya "xristianlıqdan əvvəlki şanlı alman tarixi" öyrədilmiş, nasist Almaniyasının hər bir yerində bütpərəst mədəniyyətdən miras qalan müxtəlif ayinlər və mərasimlər təşkil edilmişdir. Həqiqətdə nasistlərin bütün yığıncaq və mərasimləri klassik bir bütpərəst ayini şəklindədir. Yanan məşəllərin kölgəsi altında, şiddət və nifrət dolu şüarlarla edilən, Vaqnerin bütpərəst musiqisiylə dəstəklənən nasist nümayişləri, min illər əvvəl bütpərəst məbədlərindən və mehrablarından həyata keçirilən azğın tədbirlərdən fərqlənmir.
Nasistlər bütpərəstliyi dirçəltmək üçün incəsənətdən də istifadə etmişdirlər. Nasist hakimiyyətindən sonra incəsənətdə qədim yunan anlayışları və simvolları böyük bir üstünlük qazanmış, Aryan irqinin güclü kişi və qadınlarını göstərən bir çox heykəl, qədim Yunanıstandakı tanrı heykəllərinə bənzədilərək hazırlanmışdır. Hitler heykəllərini düzəltdirdiyi bu guya "üstün insanları" yevgenika üsullarını tətbiq etməklə yaradacağını və bunlarla bütün dünyaya hakim olub, qədim Yunanistandakı Sparta modelində zalım və qəddar bir "dünya krallığı" quracağını xəyal etmişdir.
Nasist Almaniyası üçün istifadə edilən "III Reich" (Üçüncü Krallıq) deyimi, bu yuxunun ifadəsidir. (Tarixdə daha əvvəl qurulan iki böyük alman padşahlığından sonra, Hitler üçüncü və ən böyük olanını qurmağa cəhd etmişdir). Və bu xəyallar nəticəsində, dünya daha əvvəl heç görmədiyi qədər qanlı bir müharibəylə, tam 55 milyon insanın ölümüylə nəticələnən II Dünya müharibəsiylə üzləşmişdir. Sonrakı hissədə faşizmin hansı şərtlər altında hakimiyyəti ələ keçirdiyini və keçirdikdən sonra nələr etdiyini nəzərdən keçirəcəyik.
Nazi ideoloğu Alfred Rosenberg, Hıristiyanlığın, Hitler önderliğinde kurulacak yeni Alman Krallığı için gerekli olan "ruhsal enerjiyi" sağlayamadığını öne sürüyor, bu nedenle Alman ırkının antik pagan dinine geri dönmesi gerektiğini savunuyordu. |
Pagan kültürünü diriltmeye çalışan bir başka isim ise, Almanya'nın en popüler şairlerinden biri olan ve erkek çocuklarına karşı sapıkça cinsel eğilimleriyle tanınan Stefan George'du. George ve taraftarları, Almanya'nın yeni bir Yunan devleti haline geleceğini iddia ediyorlardı. |
Faşizmin Pagan Sembolleri |
Hıristiyanlığı terk ederek kendini pagan inançlara adayan Liebenfels, Swastika'yı (gamalı haç) 20. yüzyıl Almanyası'nda ilk kez kullanan kişi olmuştur. |
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
(Nəcm surəsi, 23)
3. Karl R. Popper, The Open Society and Its Enemies, Vol I The Spell of Plato, London, Routledge & Kegan Paul, 1969, s. 51
4. Karl R. Popper, The Open Society and Its Enemies, Vol I The Spell of Plato, London, Routledge & Kegan Paul, 1969, s. 7
5. Michael Howard, The Occult Conspiracy: The Secret History of Mystics, Templars, Masons and Occult Societies, 1.b., London: Rider, 1989, s. 23
6. http://buglady.clc.uc.edu/biology/bio106/earlymod.htm
7. Ernst von Aster, İlkçağ ve Ortaçağ Felsefe Tarihi, s. 24-25
8. D. R. Oldroyd, Darwinian Impacts, Atlantic Highlands, N. J Humanities Press, 1983, s. 23, 32
9. Paul Crook, Darwinism, War and History: The Debate over the Biology of War from the `Origin of Species' to the First World War, Cambridge: Cambridge University Press, 1994, s. 6
10. Paul Crook, Darwinism, War and History: The Debate over the Biology of War from the `Origin of Species' to the First World War , s. 7-8
11. Paul Crook, Darwinism, War and History: The Debate over the Biology of War from the `Origin of Species' to the First World War, 1994, s. 14-15
12. H. F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich {sic} Nietzsche, Crown Publishers, New York, 1977, s. 119
13. Daniel C. Dennet, Darwin’s Dangerous Idea, Touchstone Books, New York, 1996, s. 62
14. H. F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich {sic} Nietzsche, Crown Publishers, New York, 1977, s. 220
15. W. Cleon Skousen, The Naked Communist, Salt Lake City, Utah, Ensign Publishing Co., 1958, s. 348
16. Georg Lichtheim, Europe in the Twentieth Century, New York: Praeger Publishers, 1972, s. 152.
17. H.F. Peters, Zarathustra's Sister The Case of Elisabeth and Friedrich Nietzsche, New York: Crow Publishers, 1977, 11
18. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich {sic} Nietzsche, Crown Publishers, New York, 1977, s. 222
19. The Macmillan Encyclopedia 2001, D'Annunzio, Gabriele (1863-1938), Italian poet, novelist, and dramatist
20. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich {sic} Nietzsche, Crown Publishers, New York, 1977, s. 212
21. H.F. Peters, Zarathustra's Sister: The case of Elisabeth and Frederich {sic} Nietzsche, Crown Publishers, New York, 1977, s. 184
22. Scott Lively, Kevin Abrams, The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997, s. 69
23. Francis Galton, Memories of My life, AMS Press, s. 287.
24. Ian Taylor, In The Minds of Men, TFE Publishing, 1991, s. 404
25. Ernst Haeckel, The Wonders of Life, New York, Harper, 1904, s. 21
26. Ernst Haeckel, Wonders of Life, New York, Harper, 1904, pp. 118-119; cited in Daniel Gasman, Social Darwinism in Ernst Haeckel and the German Monist League, MacDonald, London and New York, 1971, p .95.
27. Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernest Haeckel and the German Monist League, American Elsevier Press, New York, 1971. ss. xvi-xvii
28. Ben Macintyre, Forgotten Fatherland: The Search for Elisabeth Nietzsche. New York, Farrar Straus Giroux, 1992, s. 28
29. Gene Edward Veith, Modern Fascism : Liquidating the Judeo-Christian Worldview, Concordia Publishing House; 1993,
30. Michael Howard, The Occult Conspiracy: The Secret History of Mystics, Templars, Masons and Occult Societies, 1.b., London: Rider, 1989, s. 130
31. Scott Lively, Kevin Abrams, The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997, s. 19
32. Scott Lively, Kevin Abrams, The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997, s. 70