Əvvəlki hissədə faşizmin mədəni köklərini nəzərdən keçirdik, bu ideologiyanın keçmiş bütpərəst xurafatların dirçəldilməsiylə yarandığını və Darvinizm tərəfindən dəstəkləndiyini ələ aldıq. Bu məlumatlar 20-ci əsrdə ortaya çıxan faşist ideoloqların və faşist hərəkatların mənşəyini başa düşmək baxımından çox əhəmiyyətlidir. Ancaq bir də bu hərəkatların 20-ci əsrin birinci yarısında necə olub da bir çox ölkədə hakimiyyəti ələ keçirə bildiyini, hakimiyyət dövründə hansı üsullardan istifadə etdiyi və necə bir kabus meydana gətirdiyini araşdırmaq lazımdır.
Məlum olduğu kimi, 20-ci əsrin ilk faşist rejimini İtaliyada Benitto Mussolini qurmuşdur. Onu Hitler Almaniyası və Franko İspaniyası təqib etmiş, beləcə Avropa I Dünya müharibəsindən dərhal sonra faşist ideologiya ilə üz-üzə gəlmişdir. 1930-cu illərdə faşizm məşhur bir siyasi ideologiya halına gəlmiş, bir çox ölkədə irili-xırdalı faşist partiyalar qurulmuş, faşistlər Avstriya və Polşada da hakimiyyəti ələ keçirmiş, beləcə bütün Avropa bu cərəyandan təsirlənmişdir.
Faşizmin ən diqqətə çarpan nümunələrinin yaşandığı Avropa ilə Latın Amerika ölkələrində və Uzaq Şərq ölkəsi olan Yaponiyada bu ideologiyanın ortaya çıxdığı şərtlər araşdırıldığı vaxt, böyük bənzərliklərlə qarşılaşırıq. Faşizm ümumiyyətlə ölkənin daxilində baş verən xaos və qeyri-sabitlikdən faydalanılaraq xalqa qəbul etdirilmiş, xilaskar bir ideologiya və sistem kimi tanıdılmışdır. Faşist hakimiyyətin qurulmasından sonra isə, xalq həm təzyiq və qorxuyla, həm də beyin yuma üsullarıyla nəzarət altında saxlanmışdır.
I. Dünya Savaşı sonrasında nüfusun çoğunluğunu dullar ve yetimler oluşturuyordu. İnsanlar sevdiklerini ve yakınlarını kaybetmenin üzüntüsünü yaşıyor, işsizliğin getirdiği maddi ve manevi sıkıntıların altında eziliyordu. Halk arasında eski görkemli ve şatafatlı günlere büyük bir özlem duyuluyordu. |
I Dünya müharibəsindən sonra qurulan faşist dövlətlərdə, faşizmdən əvvəl hakim olan ictimai və psixoloji zəmin bir-birinə çox bənzəyir. Çox yerdə ölkələr döyüşdə məğlub olub, itkiyə məruz qalmağın gətirdiyi əziklik və əvvəlki gücünü itirmiş ruh halına sahibdirlər. İnsanlar yoldaşlarını, uşaqlarını, yaxınlarını və sevdiklərini müharibədən ötrü itirmişlər. Buna iqtisadi şərtlərin əlverişsizliyi, siyasi qeyri-sabitlik və ölkənin yaşadığı həllsiz ruh halı əlavə olunmuşdur. İnsanlar maddi böhran içindədirlər, ölkənin problemləri ilə əlaqədar olaraq siyasi partiyalar çıxılmaz vəziyyətdir və üstəlik öz aralarında mübahisə edirlər. Məsələn, italyan faşizminin hakimiyyətə gəlişini asanlaşdıran ən əhəmiyyətli faktor, I Dünya müharibəsindən sonra xalqın qarşı-qarşıya qaldığı səfalətdi.
Döyüş nəticəsində 600 000-dən çox insan ölmüşdü. Yarım milyona qədər insan şikəst qalmışdı, iqtisadi böhran və işsizlik hakim idi. Əhalinin əksəriyyəti dullar və yetimlərdən ibarət idi. Müharibə italyanlara böyük itkilər gətirmiş, amma nəticədə məqsədlərinin çox azına nail ola bilmişdilər. Bundan başqa müharibədən əldən düşmüş və yorğun çıxmış bir çox xalqda olduğu kimi, italyan xalqı arasında da görkəmli qələbələrin və təmtəraqlı günlərin həsrəti çəkilirdi. Bu psixologiya əslində 19-cu əsrin sonlarından etibarən xeyli güclənməyə başlamışdı.
Keçmiş dövrlərdəki böyük İtaliya (yəni Roma İmperasiyası) həsrətlə xatırlanır və keçmiş Roma torpaqları üzərində haqq iddia edilirdi. Həmçinin dünyada söz sahibi olan böyük ölkələrə qarşı da rəqabət hissi bəslənilir və İtaliyanın da onlarla eyni səviyyəyə gəlməsi və ya digər bir sözlə "layiq olduğu yerə" çıxması gözlənilirdi. Bu düşüncələr içində romantik bir sistemə daxil olan İtalyanlar Fransa, İngiltərə və Almaniya kimi böyük dövlətlərlə eyni gücə çatmağı ümid edirdilər.
I. Dünya Savaşının Acı Sonu: |
1914-18 yılları arasındaki Büyük Savaş, Avrupa'yı yakıp yıktı. 10 milyon insan yaşamını yitirdi, milyonlarcası savaş nedeniyle bunalıma düştü. Özellikle savaşı yitiren Almanya, "kurtuluş" arayışı içine girdi. Faşizm, bu fırsatı değerlendirecekti. |
Almaniyada nasizmin kök salmasında da ictimai, siyasi və iqtisadi böhranlar əsas rolu oynadı. I Dünya müharibəsində məğlub olmuş Almaniyada, məğlubiyyətin gətirdiyi xəyal qırıqlığına işsizlik və maliyyə böhranı da əlavə olundu. İnflyasiyanın səviyyəsi dünya tarixində az müşahidə olunan bir göstəriciyə yüksəldi. Kiçik uşaqlar, milyonlarla marklık dəstələrlə oyun oynayırdılar, çünki hər saat öz dəyərini itirən pul işə yaramaz bir kağız halına gəlirdi. Almanlar sındırılan qürurlarını bərpa etmək və təkrar normal standartda bir həyat yaşamaq istəyirdilər. Nasizm bu vədlə ortaya çıxacaq və dəstək toplayacaqdı.
Darwinist İdeolojilerin Kısır Döngüsü: Komünzime karşı Faşizm |
1933 yılında Alman Komünist Parti Binası önünde, komünizmi protesto etmek için toplanmış olan halk ve onların önündeki SA birlikleri. Binanın üzerinde komünist slogan: "Savaş tehlikesine, faşizme, açlık ve donmaya karşı yürütülen mücadelede, iş, ekmek ve özgürlük adına ileri". Faşizm ilk filizlenmeye başladığında dünyayı komünizm tehlikesi de tehdit ediyordu. Pek çok ülke, komünizm gibi kanlı ve baskıcı bir rejime boyun eğmemek için, kurtuluşun faşizmde olduğunu sandı. Böylece bir tehlikeden kaçarken diğerine yakalandı. |
İspaniyadakı faşizmdən əvvəlki zəmin də digərlərinə xeyli bənzəyirdi. 19-cu əsrin əvvələrində İspaniyanın, Amerikanın hər iki tərəfindəki müstəmləkələrini itirməsi ölkədə xeyli pis bir əhval-ruhiyyə yaratmışdı. 20-ci əsrin əvvəllərində isə İspaniya yarı çökmüş bir dövlət vəziyyətində idi. İqtisadiyyatı məhv olmuşdu, soylulara verilən imtiyazlar ölkədə böyük haqsızlıqlara səbəb olurdu. İspan xalqı da keçmişdəki böyük və güclü İspaniyanın xeyli həsrətini çəkirdi. Faşizmin əhəmiyyətli dərəcədə öz təsirini göstərdiyi digər bir ölkə də Yaponiyadır. Faşizmdən əvvəlki dövrdə yapon gəncləri arasında Marksist fikirlərin yayılması yuxarı təbəqədə böyük bir narahatlıq meydana gətirmişdi. Ancaq bu dağıdıcı ideologiyadan qorunmağın və xilas olmağın yollarını tapa bilmirdilər. Digər tərəfdən adət-ənənələrinə möhkəm şəkildə bağlı olan bu millət üçün ictimai sahədə baş verən bu dəyişikliklər qorxunc idi. Ailə əlaqələri zəifləmiş, boşanmalar artmış, yaşlılara hörmət edilməyən bir vəziyyət yaranmış, adət və ənənələr bir kənara qoyulmuş, fərdçiliyə qarşı bir meyil yaranmış, gənclər arasındakı korlanma böyük ölçülərə çatmışdı. Bununla əlaqədar olaraq intihar göstəricilərində də bir artım nəzərə çarpırdı. Bu halıyla ictimai quruluşun gələcəyi heç də parlaq görünmürdü. Bütün bunlar cəmiyyətdə keçmiş dövrlərə qarşı bir həsrət yaratdı. Keçmişdə yaşanan xoş günlərə çəkilən həsrət ya da keçmişdəki mühiti dirçəltmə səyi, faşist sistemlərə keçitdə xalqın düşdüyü ilk tələ olurdu.
Həmçinin o vaxtlar dünyanı təhdid edən kommunizm təhlükəsini də göz qabağında saxlamaq lazımdır. Bir çox ölkə bəlkə də beləsinə mərhəmətsiz, qanlı və repressiv bir ideologiyaya əsir olmamaq üçün "pisin yaxşısı" zənn etdikləri bir rejim olan faşizmə boyun əymiş, beləcə bir təhlükədən qaçarkən başqa bir təhlükəyə tutulmuşlar.
Faşist sistemin yaranmasına səbəb olan digər bir faktor kütlələrin cəhalətidir. Avropanı dəridən qabıqdan çıxaran I Dünya müharibəsiylə birlikdə təhsildə də böyük bir geriləmə yaşanmış, bir çox təhsilli gənc insan döyüş sahələrində ölmüşdür. Bu, cəmiyyətin ümumi mədəniyyət səviyyəsini aşağı salmışdır. Məhz ümumiyyətlə faşizmə dəstək verənlər, onun uğrunda mübarizə aparanlar və onun təcavüzkar siyasətlərinə alət olanlar bu cahil insanlardır. Çünki faşizmin əsas fikri dayaqları (yəni irqçilik, romantik milliyyətçilik, şovinizm, xəyalpərəstlik və s.) ancaq cahil insanlar tərəfindən böyük miqyasda qəbul edilə biləcək olduqca səthi və sadə ifadələrə əsaslanır.
Özlərini hər cəhətdən çıxılmaz vəziyyətdə görən və sadə bir çıxış yolu axtaran bu kütlələr, sanki "həyatının parçasını" tapmış kimi faşist liderlərə sarılmışlar. Erik Hoffer "qəti inananlar" adlı kitabında belə bir şeyi aşkarlamış olur:
Adamlar böyük rejim dəyişikliyi hərəkətlərinə qaçıb uymaları üçün xeyli narazı olmalı, lakin həddindən artıq yoxsulluq içində yaşamalıdırlar. Və həmçinin yaxşı bir təlimə, səhvliyə yol verməyən bir rəhbərə və ya yeni bir texniki üstünlüyə sahib olmaq yolu ilə məğlubedilməz güc mənbəyi qapılarının özlərinə açılacağına inanmaları lazımdır. Həmçinin də gələcəyə dair vədlər və imkanlar haqqında şişirdilmiş bir inanca sahib olmaları lazımdır. Və nəticə etibarilə qoşulduqları böyük həmlənin həyata keçirilməsində qarşılaşılacaq çətinliklərdən xəbərsiz olmaları lazımdır.(33)
Faşizmdən əvvəlki şərtlər nəzərdən keçirildikdə həqiqətən də xalqların bu psixologiyaya sahib olduğu görünər.
Faşizm ilk müvəffəqiyyətini İtaliyada əldə etdi. İtaliyadakı ictimai gərginliyi və sistem axtarışını fürsət bilən Mussolini döyüşün bitməsindən sonra köhnə əsgərləri, işsizləri və universitet tələbələrini bir yerə topladı. Liderlik etdiyi faşist qrup Romanın keçmişdəki xoş güzəranını geri qaytarma şüarıyla özünü tanıdırdı. Mussolini tərəfdarlarını "Qara Köynəklilər" olaraq tanınan yarı-hərbi bir quruluş içində təşkilatlandırdı. Qara Köynəklilərin tətbiq etdiyi üsullar zorakılığa əsaslanırdı. Rəqib gördükləri qruplara qarşı küçə hücumları həyata keçirməyə başladılar. Roma üsulu salam tərzləriylə, mahnılarıyla, vahid formalarıyla, şüar və rəsmi paradlarla cahil və ümidsiz xalq üzərində romantik bir həyəcan meydana gətirdilər.
Mussolini, faşist taraftarlarını "Kara Gömlekliler" olarak bilinen yarı-askeri bir yapı içinde örgütledi. |
Mussolini'nin Kara Gömlekliler Darbesi |
29 Ekim 1922'de Mussolini önderliğindeki 50 bin faşist milis, altı generalin komutası altında Roma'ya yürüdü. Taşıdıkları pankartlarda "Ya Roma, Ya Ölüm" diye yazıyordu. (üst resim) 1. resimde faşist milisler, Roma yürüyüşünün sonunda Roma kapılarından girerken görülüyorlar. Son derece kalabalık bir kitlenin, Roma'nın eski şaşaalı günlerini geri getirme sloganlarıyla yaptığı yürüyüş, cahil ve umutsuz halk üzerinde büyük bir etki bıraktı, faşizmi bir kurtarıcı gibi görmelerineneden oldu. 2. - 3. İtalya KralıRoma'yı basan bu faşist güruha karşı koyamadı ve hükümeti kurmak üzere Mussolini'yi göreve çağırdı Kara Gömleklilerin şefi, Italo Balbo |
29 oktyabr 1922-ci ildə faşistlər altı generalın əmriylə 50 min faşist milislə gedərək Romaya daxil oldular. Kral qarşısındakı qüvvənin zorakılıq və təzyiqlə nələr edə biləcəyini və onlara müqavimət göstərməyin qeyri-mümkün olduğunu bildiyi üçün, hökuməti qurmaq məqsədiylə Mussolinini çağırdı. Bunun ardınca baş verən hadisələr nəticəsində italyan faşistləri hakimiyyəti əllərinə keçirdilər. Mussolini bir müddət sonra digər bütün siyasi partiyaları bağlatdırdı. Müxalifət liderlərinin bir qismi ölkədən xaricə getdi, bir qismi də həbs olundu.
Hitler də bənzəri üsullarla hakimiyyətə gəldi. Nasist hərəkatı 1920-ci illərin əvvəlində meydana gəlmiş və hələ o illərdə məşhur Pivəxana Zərbəsi təşəbbüsüylə ilk şiddət hərəkatını reallaşdırmışdı. (Hitler 8 noyabr 1923-cü ildə qruplaşmanı xatırladan birlik əsgərləri və 600 SA əsgəriylə birlikdə Bavyera Dövlət Komissarı Qustav Qahrın çıxış etdiyi Münhen şəhər pivəxanasındakı yığıncağa basqın etdi. Hitler yığıncağın ortasında, böyük bir hirslə içəri daxil olaraq salonu işğal etdi, tavana atəş açaraq milli inqilab elan etdiyini dedi. Ancaq bu zərbə müvəffəqiyyətli olmadı, Hitler həbs olundu və 9 aylıq sürgün həyatı yaşadı). Daha sonrakı illərdə faşistlər rəqiblərini qorxudaraq, yəhudi düşmənçiliyini qızışdıraraq gücləndilər. Sonda nasist partiyası parlamentin əhəmiyyətli partiyalarından biri halına gəldi. Əlbəttə ki, bunu edərkən nasistlər eynilə italyan Faşist Partiyasının etdiyi kimi tez-tez qeyri-qanuni yollardan istifadə edirdi. 1933-cü il 30 yanvar günündə Hitler baş nazirliyə təyin edildi. Onu bu vəzifəyə gətirən yaşlı prezident Hindenburg idi. Çünki nasional-sosialist hərəkat təhlükəli bir şəkildə güclənirdi. Bunu görən Hindenburgda bir vətəndaş müharibəsinin baş verməsinə imkan verməmək məqsədiylə Hitleri bu vəzifəyə gətirdi. Hitler mart ayında yeni bir seçkiyə namizədliyini irəli sürdü. Bu seçkidə nasistlər faşist rəhbərlərin hamısının etdiyi kimi qorxutma, həzm etmə və hiylə üsullarına müraciət etdilər.
1920'li yıllarda başlayan Nazi hareketi, o yıllarda ünlü Birahane Darbesi girişimi ile ilk şiddet hareketini gerçekleştirdi. Yukarıda Birahane Darbesi'nin sorumluları. |
30 Ocak 1933 günü Hitler, Cumhurbaşkanı Paul von Hindenburg tarafından şansölyeliğe (başbakanlığa) getirildi. |
Beləcə həm icra, həm də qanunvericilik gücü Hitlerin əlinə keçmiş oldu. Ancaq qısa bir müddət sonra Hitlerin səlahiyyətləri daha da artacaqdı. Necə ki, 1934-cü ilin avqustunda Hindenburgun ölümündən ötrü, prezident və baş nazirlik orqanları birləşdirildi. Hitler hər ikisinin də idarəsini öz boynuna götürdü. Hitler Mussolininin izlədiyi siyasəti təqib edirdi. Gücdən istifadə etməklə yanaşı hər cür anti-demokratik üsula da müraciət edə bilirdi. Məsələn, bütün müxalifət partiyalarını bağladı, həmkarlar ittifaqını qeyri-qanuni elan etdi, insan azadlıqlarını isə tamamiylə aradan qaldırdı. Universitet müəllimləri belə Hitlerə sədaqət andı içməli idi. Nasist təzyiqi həyatın hər sahəsinə daxil oldu.
Franko isə İspaniyada qanlı bir vətəndaş müharibəsindən sonra hakimiyyətə gəldi. Hitler və Mussolini tərəfindən dəstəklənən Frankonun orduları uzun və qəddarcasına həyata keçirilən bir müharibə nəticəsində əleyhdarları olan kommunistləri məğlub edərək İspaniyanı hakimiyyətləri altına saldılar. Sonra da Franko olduqca repressiv bir rejim qurdu və ölkəni 1975-ci ilə qədər "dəmir yumruq" siyasətiylə idarə etdi.
İstər italyan faşizmində, istərsə də nasist Almaniyasında diqqət çəkən özünü büruzə verən bir xüsusiyyət vardır: Faşizm cəmiyyətin beynini yumağı qarşısına məqsəd qoyan bir sistemdir. Bunun iki əsas üsulu isə təhsil və təbliğatdır. Adolf Hitler Döyüşüm adlı kitabında "təbliğat güclü bir silahdır və xidmət etdiyi məqsədə görə qiymətləndirilər. Məqsəd alman millətinin həyat üçün mübarizəsi olduqda isə ən qorxunc silahlar ən insani silah halına gəlir. Təbliğat xitab etdiyi zümrədə ən zəif ağıllıların belə başa düşə biləcəkləri bir səviyyədə olmalıdır" deyirdi.(34)
Həqiqətən də Hitler təbliğat silahından təsirli şəkildə istifadə etdi. Məsələn, məşhur rejissor Leni Riefenstahla nasist təbliğatıyla əlaqədar bir film hazırlandı (Olympia). Hitlerin sanki müqəddəs bir adam kimi göstərildiyi Leni Riefenstahl tərəfindən çəkilmiş əvvəlki film "Triumph of the Will" də təsirli bir təbliğat xarakterli idi. Bütün bu filmlərdə, nasistlərin bütpərəst ideologiyası təriflənir və cəmiyyətə təlqin edilirdi. Olimpiya, qədim Yunanıstandakı bütprəst mədəniyyət mərkəzlərindən biri idi. Xəyali yunan Tanrısı Zevsin məşhur heykəlinin də olduğu şəhər, nasizmin bütpərəst ideologiyasının yaxşı bir simvolu idi. Yalnız Hitler deyil, bütün faşistlər təbliğat silahından məharətlə istifadə etdilər və xalqı istiqamətləndirməyi bacardılar.
Stadyumlarda Toplu Hipnoz |
21 Haziran 1939'da 120 binden fazla Alman, Berlin Olimpiyat Stadyumu'nda biraraya geldi. SS'ler ve Propaganda Bakanlığı tarafından organize edilen gösterilerde, pagan kültüre has "yaz kutlamaları" yapıldı. Amaç, Nazilerin pagan ideolojisinin topluma empoze edilmesiydi. |
Faşist Propagandanın Araçları: Kışkırtma ve Romantizm |
Naziler propaganda silahını etkili biçimde kullandılar. Propaganda amaçlı yayınlarda Hitler, kutsal bir kişi olarak gösteriliyor, topluma ise şiddet ve savaşçı ruh empoze ediliyordu. Yukarıda, Almanya'nın çeşitli bölgelerinde yayınlanan Nazi propaganda dergi ve gazeteleri görülmektedir. Tüm bu yayınlara ve aşağıda örnekleri görülen propaganda posterlerine, son derece romantik mesajlar ve yüzeysel sloganlar hakimdir. Oluşturulan hayali düşmanlara karşı halk kışkırtılmakta, bir yandan da "Alman halkı", "Alman ordusu" gibi kavramlar kutsallaştırılıp toplumun gözünde putlaştırılmaktadır. |
1- "Alman öğrenci, Führer ve halkı için savaşır" |
Faşizmin Beyin Yıkama Yöntemi: Gövde Gösterisi |
Nazi törenlerindeki kalabalık, resmi geçitler ve ihtişam tamamen cahil halk üzerinde etki bırakmak, korku ile karışık bir hayranlık oluşturmak için özel olarak organize ediliyordu. Faşizm akla değil, duygulara dayalı bir ideolojiydi. |
Mussolini “müasir insan, aldadılmağa olduqca əlverişli bir varlıqdır” deyərkən əslində istifadə etdiyi metodu açıq şəkildə ifadə edirdi.(35)
Propaganda yöntemleri Mussolini tarafından da kullanıldı. Yukarıda İtalyan faşizmini ve onun pagan temellerini yansıtan yüzlerce faşist yayından bazıları görülmektedir. Aşağıda ise Mussolini'nin, eğitim sistemindeki mantığını çok iyi özetleyen eğitim sloganları yer almaktadır. İlkokul çocuklarına dahi ezberlettirilen bu slogan şudur: "İNAN, İTAAT ET, SAVAŞ". |
İtalya'da "Örnek İnsan Duçe" Propagandası | |
Faşist İtalya'da Mussolini'yi mükemmel göstermeye çalışan resim ve yazılar çok yaygındı. Mussolini'nin, tarlada çiftçilerle, fabrikada işçilerle, okulda çocuklarla çekilen resimleri her yerde yayınlanıyordu. Soldaki resim de bir Mussolini propagandasıdır. Öte yandan propaganda posterleri ise (aşağıda), faşist kültürü topluma empoze etmek amacıyla yapılıyordu. | |
Faşizmin Sloganı: "Düşünme! İtaat et ve Savaş " | |
Mussolini'yi muzaffer Roma komutanı gibi gösteren bir faşist propaganda. Mussolini resminin arkasında yerleştirilmiş olan pagan Roma sembolleri (baltalar ve Roma lejyonlarının "SPQR" kısaltması) dikkat çekici. | Faşizm, toplumu düşünmemeye yöneltir. Tek istenen, kışkırtılmış duygular eşliğinde faşist lidere itaat etmek, onun için savaşmak, kan dökmektir. Mussolini dönemine ait üstteki propaganda posterlerine de bu temalar hakimdir. |
Toplu kitap yakma törenlerinin kutlaması için Alman Gençlik Dergisi'nde yapılan çağrı. |
Faşizmin cəmiyyətin beynini yuma səyinin maraqlı bir əlaməti nasist Almaniyasında müşahidə olunan kütləvi kitab yandırma mərasimləridir. Bu mərasimlərin birincisi 1933-cü il 10 may tarixində həyata keçirildi. Əvvəllər dünyanın ən yaxşıları olaraq tanınan alman universitet tələbələri Berlin və Almaniyanın digər şəhərlərində toplanıb "almanların sözü olmayan" fikirlərlə dolu kitabları yandırdılar. Minlərlə kitabı ətrafında nasist salamı verərək, nasist marşı və mahnıları oxuyaraq oda atdılar.
Nasist təbliğatının məsulu Cozef Goebbels Berlində şagirdlər qarşısında etdiyi çıxışında bunları demişdi:
"...Alman inqilabının ani hücumu yenə almanların çəkdiyi istiqamətdəki yolu işıqlandırmışdır. Gələcək alman vətəndaşı yalnız kitabların adamı olmayacaq, lakin xarakter adamı olacaq. Biz sizi bu aqibətə hazırlamaq üçün öyrətmək istəyirik. Bu gənc nəslin vəzifələri gənc bir insan olaraq, mərhəmətsiz baxışla üzləşmək üçün lazım olan cəsarətə sahib olmaq, ölüm qorxusunun öhdəsindən gəlmək və ölüm üçün hörməti yenidən qazanmaqdır. Və beləcə gecənin bu saatında keçmişin pis ruhunu yandırmaqda müvəffəqiyyət əldə edərsiniz. Bu güclü, böyük və simvolik bir hərəkətdir. Bu hərəkət qeyd edəcəklərimi dünyanın qarşısında hər kəsin öyrənməsi üçün sənədləşdirilməlidir. Burada Noyabr (Demokratik) Respublikasının ziyalı sistemi yox olur, lakin bu izdən çıxacaq yeni bir ruh qələbəylə yüksələcək..." (http://www.historyplace.com/worldwar2/ holocaust/h-bookburn.htm)
Kitab yandırmaq faşist rəhbərliklərin ən diqqətə çarpan xüsusiyyətlərinin bir əlamətidir. Faşist dövlət yalnız öz ideologiyasının öyrənilməsinə izn verər. Bunun xaricində heç bir insan hər hansı bir başqa fikirə sahib olmamalıdır. Bu fikrindən ötrü ya cəzalandırılar, ya kitabı yandırılar, ya da bir yolla susdurular. Hər fərd yalnız dövlətin ideologiyasına xidmət edən bir vasitə kimi görünür. Bu ideologiyanı mənimsəməyənlərə isə güc və təzyiqdən istifadə etməklə istənilən hər şey etdirilir.
Ortada Propaganda Bakanı Joseph Goebbels |
Bundan ötrü təhsil sistemi də tamamilə faşist dövlətin ideologiyasına istiqamətli olaraq qurulmuşdur. Nasional-sosializmin əsas prinsiplərinin 20-ci maddəsində bütün təhsil sisteminin dəyişdirilməsi prinsipi dururdu. Əlbəttə ki, bu dəyişiklik faşizm istiqamətində idi. Hələ ibtidai məktəb dövrlərindən etibarən uşaqlar hər cür əxlaqi dəyərlərə, insani duyğulardan uzaq, sevgi və mərhəmətdən məhrum olaraq duyğusuz bir şəkildə yetişdirilirdilər. Güclü olanın həmişə haqlı olduğu prinsipiylə yetişdirilir, kobud qüvvətin məqsədə çatmaq üçün şərt olduğuna inandırılırdılar. 10-18 yaşındakı alman uşaqlarına xitab edən təşkilat isə "Hitler Jugend", yəni Hitler Gəncliyi idi. Hitler Jugendeyə üzv olanların hamısından sosial həyatlarında çox diqqətli olmaları və nasist əleyhdarlarını şpionlamaları tələb olunurdu. Aralarından ata analarını şikayət edənlər belə çıxırdı. Hitler gəncliyi getdikcə böyüdü və 1935-ci ildə bütün gənc əhalinin 60%-ni öz tərkibi altında saxlayan hala gəldi.
1. Nazi propaganda sorumlusu Goebbels, Berlin'de öğrencilere yaptığı konuşma sırasında. |
Nazilerin Kitap Yakma Töreni |
Faşist devlet sadece kendi ideolojisinin okunmasına ve öğretilmesine izin verir. Bu nedenle kitap yakmak faşist yönetimlerin en belirgin özelliklerindendir. Nazi Almanyası'nda kitap yakmak özel "törenlerle" gerçekleştirilmiştir. Görüntüler, 10 Mayıs 1933 tarihinde, Alman üniversite öğrencilerinin Berlin'deki toplu kitap yakma cinnetini göstermektedir. |
Yenə faşist rejimlərin tətbiq etdikləri ortaq taktikalardan biri də xalqı və xüsusilə də gəncləri təhsildə məkrli bir siyasətlə istiqamətləndirmələri idi. Cəmiyyətdən tarixi həqiqətləri gizlədir, bunun əvəzinə özləri tərəfindən yaradılmış xəyali bir tarix öyrədirdilər. Buradakı məqsəd isə xalqı faşist ideyalar əsasında birləşdirə bilmək və onları faşist siyasətlər mövzusunda şövqləndirəcək, faşizmə daha da bağlanmalarını təmin edəcək bir mədəniyyət meydana gətirmək idi. Təhsil mərhələlərində istər tarix, istərsə də fəlsəfə tamamilə faşist dövlət tərəfindən təşkil edilirdi. Beyinlər hiss etdirilmədən faşist ideologiya ilə yuyunur, bundan başqa bütün fikirlərə senzura tətbiq edilirdi.
Yoğun propaganda yöntemleri ile kutsal ve kusursuz gösterilmeye çalışılan Mussolini gerçekte hasta ruhlu ve dengesiz bir kişiydi. Psikojik sorunları, kimi zaman yüzüne de yansıyordu. |
Faşizmdə ən əhəmiyyətli ünsür faşist liderdir və hər mövzuda ən çox onun adı ön plana çıxar. Hitler Mussolini və ya Franko rejimləri bunun ən bariz nümunəsidir. Bu diktatorlar üçün istifadə edilən "Führer", "Duce" və "Caudillo" kimi sifətlər, "yanılmaz lider" mənasını verir. Necə ki, hər üçü də cəmiyyəti tamamilə öz təşəbbüsləriylə idarə etmiş, ən yaxınlarını ya da vəzifə baxımından ən yüksək dövlət işçilərini belə qərar mexanizmində təsirsiz buraxmışlar.
Faşizmdə liderin yaraşıqlılığının qorunması və xalq tərəfindən də qəbul edilərək gücləndirilməsi üçün o adama sanki ilahi bir güc istinad edilir. Lider bütün ölkənin və xalqın sahibi və hətta şəxsən özü kimi göstərilir. Hitler belə demişdir: "Mən hamınızdayam, hamınız isə məndəsiniz".(36)
Faşist propaganda küçük çocukları da hedefliyordu. Üstteki afişte "Benito Mussolini çocukları çok sever. İtalya'nın çocukları da Duçe'yi çok severler. Çok Yaşa Duçe: Bizim için!" yazılıydı. Bu ve benzeri afişler Mussolini İtalyası'ndaki tüm okullarda bulunuyordu. |
Buna bənzər şəkildə İtaliyada da Mussolini xüsusi qabiliyyətləri olan, seçilmiş və vəzifələndirilmiş guya üstün bir insan kimi görülmüşdür. Mussolini nəşr etdiyi əmr və bildirişlərə "On Əmr" adını vermişdi. Bu "On Əmr"in 8-ci maddəsində iştirak edən, "Duçe həmişə haqlıdır" sözü 20-ci və 30-cu illərdə bütün İtaliyada əks-səda doğurmuş bir şüardır.(37) Uşaqlara faşizmi aşılamaq üçün hazırlanan Balillanın təməl inancı "Müqəddəs Papa"nın şəxsində faşizmə inanıram" deyə başlayır, "Mussolininin dahiliyinə iman edirəm" sözləri ilə davam edir.
Faşist liderlərin müqəddəs göstərilməsi üçün istifadə edilən üsullardan başqa biri də ölkənin hər yerində faşist liderin heykəl və nəhəng plakatların olması idi. Bunun insanlar üzərində böyük bir psixoloji təsiri olur, xalq həmişə faşist liderin güc və nəzarətini öz üzərində hiss edir, sanki hər an onun tərəfindən izlənildiyi düşüncəsinə qapılırdı. Mussolininin rəsmi təbliğat xidməti mətbuata nə vaxt hansı fotoşəkilin çap olunacağını, hansı səhifədə, hansı nizamda və hansı ölçülərdə dərc olunacağını da bildirirdi. Bu şəkillərdə "Duçe", xalqın gözü qarşısında dəbdəbəli fotoşəkillərdə, qılıncını çəkərkən, xırman yerində iqtisadi inkişafı qeyd edərkən, gənc faşistlərə səslənərkən, yorulmaq bilməyən bir işçi və ya bir idmançı kimi əks olunardı. Bütün bu nəşrlərdə Mussolini hər şeyin ən yaxşısını edən bir insan kimi tanıdılırdı. Təyyarə istifadə edərkən, atla maneələrin öhdəsindən gələrkən, üzərkən, Alp dağlarında xizəklə sürüşərkən, qılınc oynadarkən, paraşütçü paltarıyla və s. şəkilləri qəzet səhifələrini bəzəyirdi. Mussoliniyə aid bu guya əlçatmaz üstün insan özüylə fəxr etməsinin nəticəsində, keçmiş dostları belə onu gördükləri vaxt artıq "hazır" vəziyyətə keçirdilər. Mussolini bu yolla öz nəfsinin istəklərini də təmin edirdi. Yanına daxil olan keçmiş dostlarına belə "oturun" deməz, onları uzun müddət ayaqda saxladardı.
Faşist lideri sanki insandan üstün bir varlıq kimi göstərməyə xidmət edən təbliğat üsulları, Mussolini və Hitler dövründə müşahidə olunduğu kimi, bu gün müasir faşistlər tərəfindən də istifadə edilir. İraqın faşist diktatoru Səddam Hüseyn bunun bir nümunəsi idi. Faşist İraqda küçələr və prospektlərdə illərdir ki, Səddamın nəhəng plakatları asılır. Bu nəhəng plakatlarda Səddam həmişə fərqli şəxsiyyətlərlə insanların qarşısına çıxır; çirkli sahələrdə bir cütçü, fabriklərdə işçi, ərazidə əsgər olaraq "xalqına" varlığını hiss etdirir, "hər şeyi görən və bilən" bir varlıq təəssüratı verməyə çalışır, digər bir sözlə özünü müqəddəs göstərməyə çalışır.
1- Hitler, bir halk kahramanı gibi gösteriliyordu. |
"Hitler Sizi Her Yerde Görüyor" Telkini |
Bir Psikopatın Portreleri |
Psikiyatristlerin analizlerine göre Hitler, yoğun komplekslere sahip, psikolojik yönden dengesiz bir kişilikti. Ama Nazi propagandası, onu tüm Almanya'nın şaşmaz lideri gibi gösterdi. |
Duygusal kitleler, çok kolay yönlendirilip provoke edilebilirler. Nazi Almanyası, bunun tarihi bir kanıtı olmuştur. |
Şübhəsiz ki, faşizm yalnız liderdən və lider ətrafında toplanan faşist partiyalardan ibarət deyil. İstər nasist Almaniyasında, istərsə də İtaliyada, rejimlərin arxasında böyük bir xalq dəstəyi olmuşdur. Bu dəstək isə, faşist rejim tərəfindən müxtəlif üsullarla yaradılmışdır. Faşist rejimlər xalqlarını yalnız təzyiqlə susduran "avtoritar" rejimlər deyil, həmçinin onları müəyyən bir məqsəd uğrunda motivasiya edən "totalitar" rejimlərdir.
Bu totalitar sistemdə kütlələri faşist ideologiyanın ətrafında toplayan ən əhəmiyyətli ünsür isə "həddindən artıq romantiklik"dir. Ətraflarındakı və tarixdəki anlayış və hadisələri ağıldan olduqca uzaq bir şəkildə, romantik olaraq qiymətləndirən insanlar, çox asan idarə olunmuşdur, təhrik ediləcək və cinayət törədən xarakterdədirlər. Bu kəslər əgər özlərindən tələb olunan zalımcasına hərəkətlərin "öz irqlərinin üstünlüyü" kimi guya müqəddəs bir məqsəd üçün olduğuna razı salınsalar, hər şeyi edə bilərlər. Bunu görən faşist rejim kütlələrin romantik bir coşğu və təşviqat içində tutulmasına cəhd göstərər. Ortaya bəzi batil müqəddəs dəyərlər qoyar və onlara bu dəyərlər naminə insanın canını fəda etməsinin, başqa insanları alçaltmasının, işgəncə verməsinin və öldürməsinin vacibliyini təlqin edər.
Nazi Propagandası İle Uyutulan Halk Gerçekleri Göremiyordu! |
Nazi Almanyası'nda halk, Hitler'e hayranlık beslerken, yukarıda apaçık delilleri görülen katliamları, işkenceleri görmezlikten gelebiliyordu. |
Hitler ve kurmayları, birer sivil olmalarına rağmen hep askeri üniforma giyiyor ve askeri törenler yönetiyorlardı. Amaç, Alman toplumunu savaş atmosferine sokmak ve II. Dünya Savaşı'nın işgallerine hazırlamaktı. |
Buna görə də faşist rejimlərdə kütləvi nümayiş, yürüş, yığıncaq və mərasimlərə böyük əhəmiyyət verilmişdir. Məqsəd toplum halında tək tip bir birlik yaratmaq və bu birliyə hökm etməkdir. Simvollar, heykəllər, xatirə günləri, bayraqlar, bayraqcıqlar, vahid formalar kimi ünsürlərlə insanlar haqq dindən uzaqlaşdırılır və bu romantik coşğular onlara sanki bir din kimi yaşadılır. Sanki ilahi bir gücə ibadət edirmiş kimi, bu insanlar böyük bir həyəcan və coşğuyla faşist yanılmaya özlərini həsr edərlər. Halbuki bu, böyük bir yalandan ibarətdir, ancaq faşizmin azğın təlqinlərinə aldanan kəslər, həyata keçirilən təbliğatdan ötrü düşdükləri vəziyyəti başa düşə bilməzlər.
Beyin Yıkamak için İhtişam Gösterileri |
Faşist rejimlerde, kitlesel gösterilere, yürüyüşlere, törenlere, sembollere, heykellere, anma günlerine, bayrak ve flamalara büyük önem verilir. Kitleler bu gösterişle büyülenir, gerçekleri görmeleri engellenir. |
Yazılan, haykırılar, dəfələrlə təkrarlanan şüarlar, qışqırıqlar, marşlar, salamlar faşist ayinlərin əhəmiyyətli bir hissəsini təşkil edir.
Faşist dəstələr ağıllı düşüncə və davranışdan qətiyyən uzaqdırlar. Ortada müxtəlif şüarlarla, mahnılarla və ya şeirlərlə coşdurulmuş, ağlını işlədə bilməyən bir dəstə vardır. Keçmişdəki mifologiya və ya əfsanə qəhrəmanlarıyla özlərini və liderlərini eyniləşdirmələri təmin edilən bu kütlələr, qırğınlarını da yenə bu süni şəkildə yaradılmış "qəhrəmanlıq" duyğularıyla edərlər. Hətta bir gün gəlib də haqq-hesaba çəkildiyində bunu millətləri üçün etdiklərini və əslində özlərinin bir milli qəhrəman olduqlarını deyərlər. Hitler və Mussolininin arxasınca gedənlərin hamısı eyni hipnozun təsiri altında davranmışdılar, qırğınlarını bu süni coşğu halında həyata keçirmişlər.
Faşizmdə, bir insanın dövlətinə, millətinə və vətəninə olan qanuni sevgisi təhlükəli bir romantikliyə, ağılsız bir cəsarətə çevrilir və bu hisslərdən istifadə etməklə kütlələrə cinayət işlədilir. (Baxın. şeytanın bir silahı: romantizm, Harun Yəhya) Bundan ötrü də, mülayim və ağıllı milliyyətçiliklə, faşizmin irqçi və təcavüzkar millətçilik anlayışını ayırd etmək lazımdır.
Gösteriş Adına Gizlenen Vahşet |
Üstte: Nazi Almanyası göz boyayan ihtişamlı bir görüntüye büyük önem vermiştir. Bu yöntemin amacı, yaptığı zalimlikleri halka unutturmak ve kitleleri büyüleyerek etkisi altına almaktır. Üstte: Nazilerin kitle katliamlarını gösteren toplu mezarlardan dehşet verici bir görüntü. |
Bunun ən gözəl nümunəsi Türkiyə Respublikası dövlətinin konstitusiyasında ifadə olunan milliyyətçilik anlayışıdır. Atatürkün təsvir etdiyi bu milliyyətçilik anlayışında irqçilik qətiyyən yoxdur. Türkiyə Respublikası torpaqları üzərində yaşayan hər fərd, dil, rəng, irq ayrı-seçkiliyi aparılmadan Türk Millətinin bir üzvüdür. (Atatürkün "Nə xoşbəxt Türkəm deyənə" sözüylə qısaca qeyd etdiyi bu milliyyətçilik tərifi olduqca ağıllı və əhəmiyyətlidir. Çünki Türkiyədə müxtəlif etnik qruplar bir arada yaşayır. Bu kəslərin hər biri Türkiyə Respublikasının vətəndaşıdır və hər kəslə eyni hüquq və azadlıqlara malikdir. Atatürk milliyyətçiliyi, nasizm kimi bir milləti irqi mənşələrinə görə firqələrə ayıran yanlış bir milliyyətçilik deyil, əksinə fərqli etnik mənşələri uyğunlaşma içində birləşdirən doğru bir milliyətçilikdir.)
1. Mussolini, geçmişin görkemli günlerine tekrar dönmek için eski Roma'da uygulanan pagan ritüellerini taklit etmiştir. Bu görkemli gösteriler daha sonra Naziler tarafından da uygulanmıştır. 2. Hitler, Nazi törenlerinin en kutsal sembolü Kan Bayrağı ile (solda) |
Faşizm ilahi dinləri aradan qaldıraraq onların yerinə batil bütpərəst inancları gətirmək istəyən saxta bir dindir. Bu saxta dinin də normal olaraq saxta müqəddəs dəyərləri vardır. Məsələn, nasistlər "Qan və Torpaq" (Blut und Boden) şüarından daima istifadə etmiş və bu iki anlayışı müqəddəs bir simvol halına gətirməyə çalışmışlar. Bunun üçün xüsusi ayinlər keçirmişlər. Məsələn, Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi vaxtı yaralanan nasistlərin qanlarıyla islanmış bir partiya bayrağı, sanki bir bütə çevrilmişdir. "Qan Bayrağı" (Blutfahne) adı verilən bu bayraq olduğu kimi saxlanmış və hər nasist mərasimində ən müqəddəs simvol olmuşdur. Hətta nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneye sürtülmüş və ondakı "guya müqəddəs" gücün beləcə bu yeni bayraqlara da keçdiyi düşünülmüşdür.(38)
Faşizmin digər bir əsas xüsusiyyəti olan şiddət və döyüş də yenə müqəddəs bir dəyər kimi göstərilmək istənilən bütpərəst anlayışlardır. İlahi dinlərdəki məqsəd şiddətdən və döyüşdən təmizlənmiş bir cəmiyyət və dünya meydana gətirməkdir. Halbuki, faşizmdə döyüş öz-özlüyündə bir dəyərdir. Bir qəbilənin, irqin və ya xalqın, şərəfini və gücünü apardığı döyüşlərdən və verdiyi ölülərdən qazandığına inanılar. Bu batil inanc, normal olaraq yeni döyüşlərin baş verməsini, qan tökülməsini tələb edir. Beləcə faşizm sanki bir "qan tökmə quyusu" kimi daima yeni vəhşiliklərə hazırlaşır.
"Kan Bayrağı" her Nazi töreninde kullanılan en kutsal semboldü. Nazi partisinin on binlerce yeni bayrağı bu bayrağa sürülüyor ve ondaki "kutsal" gücün böylece bu yeni bayraklara da geçtiği düşünülüyordu. |
Faşizm içi olduqca boş olan bir ideologiyadır və ayaqda qalmaq üçün daimi bir təşviqat mühitinə ehtiyac duyar. "Daxili və xarici düşmənlər" əfsanəsi, faşist dövləti xalqının gözündə gücləndirən ən əhəmiyyətli faktordur. Hər faşist dövlət xəyali düşmənlər meydana gətirər və bu xəyali düşmənlərə qarşı bütöv halda bir döyüş elan edir. Mətbuat orqanlarında bu düşmənə qarşı əldə olunan qələbələr hər gün elan edilməklə diktatorluq gücləndirilər. Və "xalqı bu böyük təhlükələrdən qorumaq üçün müxaliflərə qarşı sərt və mərhəmətsiz bir rəftar göstərilməlidir" təlqini verilər. Daima "biz və onlar" fəlsəfəsi ilə xalqın xəyali düşmənlərə qarşı faşist rəhbərliklə birləşməsi təmin edilər. Beləliklə də hüququn tapdalanmasına, insan hüquqlarının pozulmasına və dövlət terroruna səbəb olar. Faşizmi tənqid edənlər isə dərhal xəyali düşmənlə əməkdaşlıq etməklə itham olunurlar.
Hitler kommunizmi və yəhudiləri, Mussolini kommunistləri, dövrümüzdəki faşistlərdən olan Miloşeviç isə müsəlmanları bir təhlükə olaraq seçmiş və bu təhlükəyə qarşı süni bir birlik meydana gətirmişlər. Bu süni təhlükə faşist dövlətin ən böyük təbliğat silahıdır. Çünki ortada böyük bir təhlükə varmış kimi göstərilir və xalqı bu təhlükədən qoruyacaq tək "qəhrəman" da faşist lider olaraq görülür. Bu xəyali ssenariyə görə, süni düşmən həmişə haqsızlıqla hücum edər, faşist lider isə qəhrəmancasına millətini müdafiə edərək lazım gələn cavabı verər. Faşist liderlərin xalqlarına etdikləri bütün zülmə baxmayaraq, xalqın bağlılığının davam etməsinin bir səbəbi də budur. Bu liderlər öz mərhəmətsizliklərini mətbuatdan istifadə edərək məharətli bir manevrlə xəyali "düşmənlərə" isnad etməyi bacararlar.
Hayali Düşmanlar, Hayali Komplolar |
Nazi Almanyası'nın, dış düşmanlar paranoyasını yansıtan ve Fransızları düşman olarak gösteren yayınlarından biri |
Faşist dövlətin ən diqqətə çarpan xüsusiyyətlərindən biri öz xalqına etibar etməməsi və şübhəli gördüyü hər kəsi öldürməyə qədər gedib çıxan mərhəmətsiz metodlardan istifadə etməklə onları susdurmağa çalışmasıdır. Demək olar ki, hər faşist rejimdə xalqa nəzarət etməyə və müxalifləri ortadan qaldırmağa istiqamətli "gizli polis" təşkilatları qurular. Nasistlərin məşhur Gestaposu faşist rejimin paranoyasının nə cür böyük işgəncə və vəhşiliklərə gətirib çıxardığının tarixi bir dəlilidir. Erik Hoffer, qəti inananlar adlı kitabında nasistlərin xalqı nəzarət altında saxlamaq üçün necə bir "qorxu" siyasəti həyata keçirdiklərini belə bildirir:
Nasist partiyasının aşağı təbəqələrindəki kəslər daima bir nəzarət altında saxlanıldıqlarına inandırılmış və həmişə qorxu içində saxlanılmışdılar. Qonşusundan qorxmaq, dostundan qorxmaq və hətta qohumlarından qorxmaq bütün kütlə hərəkatlarında qanun halına gəlmişdir. Vaxtaşırı günahsız insanlar şübhə mexanizminin yaşadılması məqsədiylə ittiham və fəda edilirlər.(39)
Halka Karşı Devlet Terörü |
Faşist devletin en önemli özelliklerinden biri halkına güvenmemesidir. İtaati ve bağlılığı sadece korku ve sindirme politikası ile sağlayacağını düşündüğü için, halka yönelik gizli polis teşkilatları, istihbarat birimleri kurar. Nazilerin ünlü Gestapo örgütünün gerçekleştirdiği yüzbinlerce cinayet, faşist rejimin paranoyasının boyutlarını gösteren tarihi bir kanıttır. |
Bu vəhşiliyin mənşəyi faşizmin fəlsəfəsindədir. Bu fəlsəfədə xalqın özbaşına buraxıldığı təqdirdə həm rejimə xəyanət edəcəyinə, həm də korlanacağına inanılar. Xalqı yola gətirməyin yolu isə təzyiqdən istifadə etməkdir. Faşizmin ideoloqlarından olan və xüsusilə Mussoliniyə çox təsir göstərən fransız filosof Corc Sorel (1847-1922) bu düşüncəni müdafiə edənlərin başında gəlir. Sorel cəmiyyətlərin normal olaraq korlandığını və nizamının pozulduğunu müdafiə etmişdir. Ona görə şiddət tətbiq edərək bu çürümənin qarşısı alınmalı və beləcə totalitar bir rejim qurulmalıdır.
Bu paranoya nümunələrinə mövcud İraq rejimində də rast gəlinir. Səddam Hüseynin ən yaxın qohumlarını belə "xəyanət" şübhəsiylə öldürtməsinin arxasında duran səbəb də bənzər bir şübhə hissidir. Səddam 1979-ci ildə Əhməd Həsən əl Bəqriyi prezidentlik vəzifəsindən devirdikdən sonra üzv olduğu Baas partiyasının yarısından çoxunu öldürtmüşdü. İnsanları öldürməsindəki meyarı isə gələcəkdə ailəyə verə biləcəkləri zərərlərin qarşısını almaq olduğunu deyirdi. Oğlu Udeyin vəzifəsi ailədəki "xainləri" yox etmək idi. Səddamın şəxsən qurduğu sui-qəsd şəbəkəsi ilə nasist SS stili xüsusi bir kəşfiyyat vahidi meydana gətirmişdir. Səddamın bu qrupuna Ruminiyanın diktatoru Nikolay Çavuşeskunun devrilişini və edamını videoda göstərərək, onların da belə bir aqibətlə qarşılaşa biləcəklərini və buna görə də ciddi olmalarının lazım olduğunu xatırlatdığı məlumdur.(40)
Nazilerinkine benzer toplama kampları Mussolini tarafından da kurulmuştu. Mussolini bu kamplara toplattığı 35 bin kişiden 18 binini katlettirdi. |
Faşizmin Kütlə Ruhu Anlayışı adlı kitabın yazıçısı Vilhelm Reyx, nasistlərin döyüşə və qırğına necə baxdıqlarını belə izah edir:
Alman döyüş liderləri, insan öldürməyə yarayan çətin riyaziyyat elmini heç dayanmadan sınaqdan keçirən və inkişaf etdirən elm adamlarıdırlar. Hamısı bir riyaziyyatçı, mühəndis, kimyaçı kimi ən mürəkkəb problemləri həll edəcək şəkildə yetişdirilmişdirlər. Burada incəsənətin ya da xəyal gücünün heç bir işi yoxdur. Onlar üçün döyüş qüvvəyə minmiş bir fizika elmidir. Alman əsgərinin psixoloji təhsili onu baş qopardan, dəri üzən bir insan halına gətirməyə xidmət edir. O, məşğuliyyəti insan öldürmək olan və bundan başqa bir iş görməyən varlı bir əsgərdir. Özünü, yer üzünün ən sərt, ən mərhəmətsiz insanı olaraq düşünür.(41)
Nasistlərin meydana gətirdikləri bu "professional qatillər" modeli, faşizmin ortaq obrazıdır. Faşistlər şiddət və vəhşiliyi öz-özlüyündə başlıca bir məqsəd olaraq ucaldarlar. Bunda Darvinizmi mənimsəmələrinin böyük bir rolu vardır. Darvinizmin insanları inkişaf etmiş bir heyvan kimi göstərən və həyatın da yalnız güclülərin yaşaya biləcəyi bir mübarizə yeri olduğunu iddia edən xurafatları, cəmiyyətdəki əxlaqi dəyərləri aradan qaldırmışdır. Şəfqət və mərhəmətin əvəzinə döyüş, intiqam və mübarizə hissləri yaranmış və bu elmi bir zərurət kimi insanlara göstərilmişdir. Faşistlər azğın inanclarından ötrü qarşıdurmanı bir təbiət qanunu kimi görərkən, dinclik, təhlükəsizlik və sülhün də bəşəriyyəti inkişafdan geri saldığına inanarlar. Mussolini 1921-ci ildə Milanda Faşist Mədəniyyət və Təbliğat Məktəbini açarkən söylədiyi nitqində bunun əhəmiyyətinə işarə etmiş və faşizmi müvəffəqiyyətə aparacaq şeyin hərəkat olduğunu bildirmişdir.(42)
Şiddət hərəkatları, yandırıb dağıtmalar, hücumlar, döyüşlər faşistlərin əhvalını yaxşılaşdırar, çünki faşistlər sülhə, qardaşlığa, dincliyə, sükunətə qarşıdırlar. Bu şiddət meylində faşistlərin cahil dünyagörüşlərinin də təsiri böyükdür. Buna görə də Hitlerin irqçi rejimində ziyalılara deyil, döyüşçülərə ehtiyac duyulmuşdur. Nasistlərin şiddət hərəkatları bu məqsədlə xüsusi olaraq yaradılan təşkilatlar tərəfindən icra edilmişdir. Bunlardan birincisi olan "SA", (Sturmabteilung, yəni "Fırtına Birlikləri") 1920-ci ildə qurulmuş 1921-ci ildə yarı hərbi bir xüsusiyyət qazanmışdı. SA-lar arasında bir çox küçə avarası vardı. Qrup "Qəhvəyi Köynəklilər" olaraq tanınırdı və başında ruhi xəstəliyiylə (və homoseksual azğınlığıyla) tanınan Ernst Röhm vardı. SA nasist partiyasının güclənməsi naminə 1920-ci illər ərzində çoxsaylı terror əməliyyatı həyata keçirdi. SA birlikləri nasist əleyhdarlarına şok basqınlar etdilər, küçə döyüşləri çıxararaq qan axıtdılar, "məhbus" aldıqları müxaliflərinə işgəncələr verdilər. Hitler SA-ların vəhşiliyindən qürurlanırdı. Döyüşüm adlı kitabında, SA-ların nasist əleyhdarlarına qarşı həyata keçirdikləri "müvəffəqiyyətli" bir hücumu belə izah etmişdi:
Hofbrauhaus'un lobbisinə girdiyim vaxt saat səkkizə 15 dəqiqə qalırdı. Və təxribat haqqında artıq heç bir qərarsızlıq yaşamırdım... Salon çox izdihamlıydı... Qapıları yavaşca bağladım və sonra da adamlarıma hazır olmaları əmrini verdim. Qırx beş ya da qırx altı nəfər idi... Hücum bölməsindəndilər, o gündən sonra isə SA-lar olaraq tanınacaqlardı. Və hücuma başladılar. Səkkiz və ya on nəfərlik qurd sürüləri kimi, düşmənlərin üzərinə hücum etdilər, sonra bir daha, bir daha hücum etdilər... Beş dəqiqə ərzində hər yer qanla dolmuşdu... (43)
Faşizmin Şiddet Birlikleri |
Faşist rejimler, bir yandan toplumu ideolojik beyin yıkama ile motive eder, bir yandan da terör mekanizmalarıyla cezalandırır. Bu terörü uygulamak için özel şiddet örgütleri kurulur. Nazilerin SA, SS ve Gestopo gibi yapıları, tipik faşist örgütlerdir. 1. Alman Polis Günü sebebiyle hazırlanan posta kartı (sol en üstte). 2. SS'lerin geçit töreni. 3. 4. Üniformalarından kesitler görülen Waffen-SS bünyesindeki "Kurukafa Tümeni" acımasızlığı ile ünlüydü. 5. Waffen-SS Tank birliklerinin generali Sepp Dietrich. |
SA-lar hücum etmək qədər işgəncə verməkdə də ixtisaslaşmışdılar. Berlindəki SA qərargahı Hedemannstrasse'nin dördüncü mərtəbəsində gizli bir SA işgəncə otağı vardı. Bir müddət sonra bu yer polis tərəfindən müəyyənləşdirilmiş və içəridəkilər azad edilmişdi. İçəriyə daxil olanların biri, ordakı mühiti belə izah edirdi:
Zərər çəkmiş şəxsləri tapdığımızda aclıqdan yarı ölmüş vəziyyətdə idilər. Etiraf etdirmək üçün günlərlə dar şkaflarda saxlanılırdılar, bizə "sorğuya çəkildiyimiz vaxt, ya döyülür, ya dəmir çubuqlarla və yaxud da qamçılarla alçaldılırdıq" dedi. Bu yaşayan skeletlərin bəziləri iyrənc qamışların üstündə iltihablı yaralarıyla yan-yana yatırdılar.(44)
SA-lar nasistlərin hakimiyyətə gəlməsiylə birlikdə gözdən düşməyə başladılar və onların yerinə daha professional və hərbi intizama sahib olan SS (Schutzstaffel, yəni "Gözətçi Qitələri") təşkilatının ulduzu yüksəldi. Bu qrup qara köynək geyirdi. SS-lərə qatılacaq gənclər "irq meyarlarına" görə seçilir, Aryan irqinin diqqətə çarpan xüsusiyyətlərini daşımaları lazım gəlirdi. Waffen-SS isə SS-in hərbi sahəsi idi. Waffen-SS tərkibində olan "Totenkopf Division", yəni "Kəllə Sümüyü Diviziyası" zalımlığı ilə məşhurlaşmışdı və bu diviziya toplama düşərgələrinin başına gətirilmişdi.
Bənzər toplama düşərgələri Mussolini tərəfindən də yaradılmış və Mussolini "Təmizləmə Düşərgəsi"nə yığdırdığı 35 min adamdan 18 minini öldürtmüşdü. Bundan başqa İtaliyada faşistlərin hakimiyyəti ərzində ölən, terrorda öldürülən ya da naməlum olan bir çox insan var idi. Mussolini bir nitqində "Faşizm azadlıq deyil, zalımın hakimiyyətidir. Millətin zəmanəti deyil, xüsusi mənfəətlərin müdafiə edilməsidir. Bunu hər kəs bilirdi..." deyərək faşizmin zalımlığını etiraf etmişdir.(45)
İkinci Dünya Savaşı'nın sona ermesiyle birlikte Nazilerin, toplama kamplarında yaptıkları vahşet ve zulüm ortaya çıktı. Milyonlarca masum insan, sadece ırkları veya düşünceleri nedeniyle, Naziler tarafından ölesiye çalıştırılmış, sonra da açlığa ve ölüme terk edilmişti. |
Franco ve Hitler'in Kanlı İttifakı |
Faşist general Francisco Franco, 1936 yılında İspanya'yı çok büyük bir iç savaşa sürükledi. Bu iç savaş boyunca günde ortalama 500 kişi öldü. İç savaşın sonunda yaklaşık 600.000 kişi hayatını kaybetti. Bu savaşta Franco'nun en büyük destekçileri, Hitler ve Mussolini'ydi. Hitler'in yardımlarına karşılık olarak Franco, Hitler'e Guernica kasabasını hediye etti. Hediyenin amacı, Nazi teknolojisinin ürünü olan dev bombardıman uçaklarının denenmesi idi. Küçük kasaba, bir günde yerle bir edildi. 3. Hitler ve Franco el sıkışıyor. |
Vəhşilik hərəkətlərinə Franko nümunəsində də rast gəlmək mümkündür. Franko hələ döyüşün əvvəlində mərhəmətsiz üsullarıyla diqqət çəkmişdi. Məsələn, Madridin şimalındakı kiçik bir dağ kəndində 31 kəndli Xalq Cəbhəsinə səs verdikləri üçün həbs olundular. Sorğudan sonra bunlardan 13 nəfər bir yük maşınıyla kənddən kənara çıxarıldılar və yol kənarında öldürüldülər. Sevilya yaxınlarında 11 000 əhalisi olan bir qəsəbə olan Loro del Rioda faşistlər bir qəsəbəyə girdikləri vaxt 300-dən çox adamı öldürdülər. Təzyiq şəhərlərdə daha güclü idi. Belə ki, bu günə qədər öldürülənlərin konkret sayı bilinmir.(46)
Franko öz xalqından yüz minlərlə insanı, üstəlik yaşlı, uşaq, qadın demədən öldürtmüşdü. Könüllülərlə birlikdə hər iki cəbhədən təxminən bir milyon insan üçün bu döyüşün əvəzi ölümdü. Franko kimdir? Falanjizm nədir? adlı kitabda bu vəziyyət belə təsvir edilmişdir:
"Minlərlə insana işgəncə verilir, yaxınlarını təslim etməyən qadınlar başıaşağı vəziyyətdə asılır, uşaq gülləyə tutulur, bunların işgəncələrinə şahidlik edən analar, bu vəziyyətdə dəliyə dönürdülər...".(47)
Franko İspaniyanda çox böyük bir vətəndaş müharibəsinin yaranmasına səbəb oldu. Qardaşı qardaşa, atanı oğula qırdırdı. Bu daxili döyüş ərzində gündə orta hesabla 500 adam öldü. Zorakılıq hadisələrinin, vəhşi qırğınların, kütləvi işgəncələrin və qeyri-insani cinayətlərin ardı-arası kəsilmədi. İspaniyada baş verən vətəndaş müharibəsi nəticəsində təxminən 600 000 insan həyatını itirdi. Hitler və Mussolini İspaniyanı eynilə bir laboratoriya kimi, silahları və əsgərləri üçün bir sınaq yeri kimi istifadə etdilər.(48)
Bunun ən qəribə nümunəsi Frankonun yardımlarına qarşılıq olaraq Hitlerə hədiyyə etdiyi qəsəbə idi. 1937-ci il 5 may səhəri, Guernika qəsəbəsinin əhalisi, nasist texnologiyasının istehsal etdiyi nəhəng bombardman təyyarələriylə məhv edildi. Kiçik qəsəbə, Franko tərəfindən nasist təyyarələrinin sınaq meydanına çevrilmişdi.(49)
Nazi Generali Erwin Rommel Mayıs 1942'de Kuzey Afrika işgali sırasında |
Faşizmin zəruri tələblərindən biri də digər ölkələrin torpaqlarını ələ keçirərək burada yayılma siyasəti aparmasıdır. Bu işğalçı siyasətin arxasında duran əsas səbəb isə irqçilik və Darvinizmin bir mirası olan "irqlər arası həyat mübarizəsi" anlayışıdır. Faşistlər millət olaraq inkişaf edə bilmələri üçün daha zəif olan digər millətləri zəbt etmələri və onları məğlub edərək böyümələrinin lazım gəldiyinə inanarlar. Faşist fəlsəfəyə görə insan ancaq döyüşərək inkişaf edə bilər. Buna görə də "militarizm", yəni "döyüşçülük" faşizmin ən diqqətə çarpan xüsusiyyətidir. Bu döyüşçü ruhu qızışdırmaq üçün faşist partiyalar istifadə etdikləri vahid formalarla və keçirdikləri təmtəraqlı hərbi paradlarla xalqa təsir etməyə çalışırlar. Mussolininin öz ifadəsinə görə, "Faşizm daima sülhün zərərli olduğuna inanmışdır. İnsan gücünü ən yüksək səviyyəsinə çıxaran amil döyüşdür".(50)
Mussolini sülhə olan əleyhdarlığını başqa bir nitqində belə ifadə etmişdir:
"Faşizm bütün dünyanın bir-birləriylə qucaqlaşmasını rədd edər". (51)
Bu ideologiya naminə Mussolini həm öz xalqına, həm də işğal etdiyi ölkələrin insanlarına böyük əzablar vermişdir. "Roma İmperatorluğunu diriltmək" xəyalları içində 1935-ci ildə Efiopiyanı işğal etmiş və bu ölkədəki 15 min günahsız müsəlmanı mərhəmətsiz şəkildə öldürtmüşdür. İşğala qarşı müqavimət göstərməyə çalışan vətəndaşların tərəddüdsüz güllələnməsi əmrini vermiş, üstəlik dinc əhaliyə qarşı zəhərli qazdan istifadə edərək faciəvi qırğınlar həyata keçirmişdir. Faşizmin işğalçı siyasətinin ən diqqətə çarpan nümunəsi isə, şübhəsiz ki, nasist Almaniyasıdır.
Nasistlər, guya "üstün irq" olan almanların, Almaniya sərhədlərindən xeyli kənara çıxan bir "yaşayış sahəsi"nə ehtiyac duyduğunu irəli sürmüşlər və bu məqsədlə II Dünya müharibəsini alovlandırmışdırlar. Alman ordusu qısa bir müddət ərzində Polşanı, Belçikanı, Baltikyanı ölkələri, Fransanı, Balkan yarımadasını və Şimali Afrikanı işğal etmiş, Rusiya daxilində Moskva yaxınlarına qədər gəlmiş, oradan Xəzər dənizinə doğru irəliləmişdir. Həm almanlara, həm də digər millətlərə böyük fəlakətlər gətirən və ümumilikdə 55 milyon insanın ölümü ilə nəticələnən bu dəlilik, faşizmin 20-ci əsrə atdığı ən qanlı imzasıdır.
Faşist İtalya'nın Etiyopya İşgali |
Mussoli'nin "Roma İmparatoluğunu diriltmek" hayalleri içinde 1935 yılında Habeşistan'ı işgal etti. Ülkede 15 bin suçsuz Müslüman İtalyan birlikleri tarafından öldürüldü. Mussoli'ni işgale direnmeye çalışan sivillerin tereddütsüz kurşuna dizilmesi emrini vermiş, dahası sivil halka karşı zehirli gaz kullanarak feci katliamlar düzenletmişti. Üstte: Faşist işgalciler tarafından asıl- mış 6 Habeşli Müslüman direnişçi |
Faşist Propaganda: İtalya sözde "ileri" Roma Medeniyetinin Habeşistan'a taşınması olarak gösteriliyordu. |
Faşizmin işgalci siyasetinin en belirgin özelliği Nazi Almanyası'dır. |
1938 yılında Nazi yönetimi tarafından hazırlanan bir serginin tanıtım afişi. Serginni amacı, Nazi kültür politikasına uygun olmayan eserlerin sergilenmesi ve aşağılanmasıydı. |
Faşizmin diqqət çəkici başqa bir cəhəti isə faşist rəhbərliklər altında yaşayan insanların incəsənət qabiliyyətlərinin inkişaf etməməsi və elmi istiqamətdəki işlərindən səmərəli bir nəticə əldə etməmələridir. Bunun səbəbini görmək üçün, əvvəlcə incəsənətin nə olduğunu bilmək lazımdır. İncəsənət insanın gözəlliklərdən zövq alması və bunu ifadə etmək arzusuyla başlayır. Bunun üçün də əvvəlcə bu gözəlliklərdən zövq alacaq bir ruha sahib olmaq lazımdır. Məsələn, sevgi, şəfqət kimi hisslərə, estetik hisslərə sahib olan bir sənətkar bir heyvana, bir mənzərəyə, bir bitkiyə baxdığı vaxt onun gözəlliyini görür, ona qarşı coşğulu bir sevgi duyar və onu təsvir edər. Bu tip gözəlliklər qarşısında bir bəstəkar da gözəl musiqilər bəstələyə bilər, çünki ruhunda bu gözəllikləri hiss edər və bunu ifadə edər. Eyni şey ədəbiyyatdan musiqiyə qədər hər sahə üçün, incəsənətin hər sahəsi üçün məqbuldur.
Digər tərəfdən donuq və qatı bir ruhla, zalımlığa, mərhəmətsizliyə alışmış, insani xüsusiyyətlərini itirmiş bir bədənlə incəsənətlə məşğul olmaqdan söhbət belə gedə bilməz. Təcavüzkarlığın, kobud qüvvətin üstünlüyünə inanmış, qan tökücülüyün vacibliyini mənimsəmiş, dünyanı bir döyüş mühiti, güclü olanların yaşamağa haqqının çatdığı bir cür meydan kimi görən bir insanın təbiətdəki gözəlliklərdən və ya insan gözəlliyindən təsirlənməsi, bunlardakı incəlikləri fərq edə bilməsi qeyri-mümkündür. Bu sayılan xüsusiyyətlər faşistlərin xüsusiyyətləridir. Bundan ötrü də, bir faşistin incəsənət hissinə sahib olması qeyri-mümkündür. Olduqca kobud, anlayışsız və cahil olan faşist ruh, incəsənəti "lazımsız" bir şey kimi görər. Əslində faşistlərin incəsənətə olan əleyhdarlığı, özlərinə nümunə götürdükləri faşist spartalılara qədər gedib çıxır. Afinada incəsənətin olduqca inkişaf etdiyi bir dövrdə, spartalılar incəsənətlə məşğul olmağı lazımsız hesab edirlər və hələ kiçik yaşlarından etibarən vətəndaşlarını döyüşçü kimi yetişdirirdilər. Spartalı uşaqların bu təhsili əsnasında oxuyub-yazma, incəsənət kimi mövzularla maraqlanmaları az qala qadağan idi.
Ferruccio Vecchi'nin, "Duce'nin kafasından Fışkıran İmparatorluk" adlı heykeli |
20-ci əsrin faşist dövlətlərində isə ən çox dövlət mənafeyini əks etdirən incəsənət əsərləri görmək mümkündü ki, bunlar da onsuz da faşist dövlətin təbliğatından istifadə etmək üçün hazırladılmış, ruhsuz və mexaniki "xüsusi hazırlanmış" məhsullar idi. Buna görə də ortaya həqiqi bir incəsənət əsəri çıxmırdı. Məsələn, yalnız dövlətin izn verdiyi mövzular, məsələn döyüş rəsmləri çəkilə bilər, lakin xoşa gəlməyən mövzular çəkilə bilməzdi. Bu, ədəbi əsərlər üçün də etibarlı idi, ancaq faşist dövlətin izn verdiyi mövzular yazıla bilər, bundan kənara çıxıla bilməzdi. Bunun nəticəsində incəsənətə bənzəməyən bir incəsənət meydana gəlir və incəsənətdə, arxitekturada, ədəbiyyatda estetik cəhətdən bir kütlük, kobudluq və ruhsuz bir donuqluq meydana gəlirdi.
Bunun ən aydın nümunələri Hitler Almaniyasında müşahidə olunurdu. Hitler irqçi fikirlərindən ötrü, bəzi incəsənət məhsullarını boykot etmişdi. Məsələn, qara dərili insanları "aşağı irq" kimi gördüyü üçün, "zənci musiqisi" olaraq məlum olan caz musiqisinin Almaniyada çalınmasını qadağan etmişdi. 1935-ci ildə dövrün radio baş direktoru Eugen Hadamovski Hitlerdən aldığı əmrlə "zəncilərin çaldığı caz musiqisinin alman radiolarından səslənməsini qəti şəkildə qadağan edirəm" deyə bildirmişdi.
1940-cı illərin əvvəllərində isə, Hitler ən görkəmli günlərini yaşayarkən, İngiltərə və ABŞ-a istiqamətlənmiş radio təbliğat verilişlərində bu dəfə caz musiqisindən bir vasitə kimi istifadə etməyə başladı. Bu dövrdə hər iki ölkədə də caz ən çox dinlənilən musiqi növlərindən biriydi. Nasistlər isə bunu bir təbliğat ünsürü kimi istifadə edə biləcəklərini düşündülər. Avropanın məşhur cazçılarını bir yerə topladılar. İlk növbədə bütün məşhur caz mahnılarının ingiliscə olan adlarını alman dilinə çevirdilər. Mahnı sözləri, tamamilə Almaniyanın gücünü izah edən təbliğat sözləriydi. Bu nasist versiyalı caz musiqisi yalnız qərbə istiqamətli proqramlarda çalınır, alman radiolarında isə çalınması qətiyyən qadağan edilirdi. Mahnıların sözləri isə faşist məzmunluydu. Budur bir nümunə:
Faşizmin Sanat Anlayışsızlığı |
Faşist ideloji sanatı tüm estetik değerlerden uzaklaştırır ve propaganda makinasına çevirir. Nazi sanatçısı Helmut Ullrich'in "Arkadaşlık" adlı bu tablosunda olduğu gibi. Tablonun temaları "kahraman Alman savaşçısı" ve "Ari ırkı temsil eden çocuk"tur. |
"Sən ən böyüksən... Bir alman pilotusan... Pulemyot atəşisən... Qəhrəman bir dənizaltı əsgərisən... Ən böyüksən... Bir alman bombardmanısan..." (52).
Budur nasistlərin incəsənətdən və musiqidən anladıqları bu idi. Şəkillər, mahnı sözləri, musiqi növləri və ədəbiyyat, həmişə dövlət tərəfindən seçilən mövzulardan ibarət olmalıydı. Rəssamlar ancaq döyüş ruhunu qızışdıracaq şəkillər çəkə bilərdilər. Məsələn, yuxarıda bəhs etdiyimiz "dövlət tərəfindən idarə edilən caz qrupu" nasist təbliğatından kənar məzmunlu bir albom çıxardığında dərhal "degenerasiya" olmaqla günahlandırılmış və bir daha belə bir şeyi sınaqdan keçirməmək məqsədiylə xəbərdar edilmişdi. Hitlerin müğənnilərə istiqamətlənmiş tətbiqləri bununla da kifayətlənməmişdi.
1933-cü ildə qəbul olunan irq qanunlarından sonra Reichsmusikkammer (Reyx Musiqi Palatası) bütün alman müğənnilərin siyahısını çıxartdı. Nəticə etibarilə yüzlərlə istedadlı musiqiçi irqləri və ya bəstələdikləri musiqi Hitlerin xoşuna gəlmədiyi üçün işlərindən atıldılar və kariyeralarına son qoyuldu. Mendelssohn, Mahler, və Skoenberq kimi məşhur bəstəkarların eyni səbəblərə görə musiqiləri qadağan olundu (53). Hitlerə görə incəsənətin vəzifəsi müəyyən siyasi mesajları daşıyaraq xalqın fikirlərini formalaşdırmaqdı. Hitlerin həqiqi incəsənət dediyi şey, çöl həyatı, sağlamlıq və Aryan irqinin mövzu olaraq seçilməsiydi. Bir çıxışında incəsənət və sənətkar anlayışını belə izah edirdi:
"Biz, Alman irqinin mədəni damğasını alman xalqı üzərində təsirli olaraq istifadə edə bilən sənətkarları tapıb və onları təşviq edəcəyik. Onlar çəkdikləri şəkillərdə xalqın ruhunu və ideyalarını ifadə edərlər" (54).
Bütün bunlardan aydın olduğu kimi faşist rəhbərliklər altında yaşayan insanların incəsənət qabiliyyətləri və elmi işləri çox səmərəsiz olar. Bunun müqabilində bir cəmiyyətdə din əxlaqının, dinin həqiqi mənada yaşanması, incəsənətdə böyük bir irəliləyiş və yüksəliş meydana gətirər. Dindar insanlar kainatı və bütün canlıları Uca Allahın yaratdığını bildikləri üçün ətraflarındakı hər şeyə bu gözəllikləri görmək məqsədiylə baxarlar. Allahın yaratma sənətini görər və buna böyük heyranlıq duyarlar. İnsanları, heyvanları, bitkiləri və təbiətdəki hər şeyi Allahın yaratdığı varlıqlar kimi görər, həm dəyər verər, həm çox sevər, həm də onlardakı gözəllikləri və incəlikləri görərlər. Necə ki, tarixdəki ən böyük incəsənət əsərləri, dindar sənətkarların dini anlayışlardan aldıqları ilhamla ortaya çıxmışdır.
Faşizmin çox diqqət çəkməyən, lakin böyük əhəmiyyət daşıyan bir cəhəti daha vardır: Faşizm qadınlara qarşı düşməncəsinə bir münasibət bəsləyər və qadınları kişilərdən aşağı görər.
Bu həqiqəti 20-ci əsrin faşist liderlərinin nitq və çıxışlarında görmək mümkündür. Məsələn, Mussolini 12 noyabr 1922-ci il tarixində fransız Journal qəzetinin müxbiri olan Maurike də Valeffeyə verdiyi açıqlamada qadınları açıq şəkildə alçaltmışdır:
Mənim ümumi səs haqqını məhdudlaşdırma niyyətində olduğumu deyənlər var. Xeyr! Hər vətəndaş Roma Parlamenti üçün sahib olduğu səs haqqını qoruyacaq... Həmçinin sizə etiraf edim ki, qadınlara səs haqqı tanımağı düşünmürəm. Bunun bir faydası yoxdur. Qadınların dövlət işlərində işləmələri mövzusundakı qənaətim hər cür feminizmə zidd xüsusiyyətdədir. Əlbəttə ki, qadın bir kölə olmamalı, amma ona səs haqqı versəm mənə lağ edərlər. Bizim dövlətimizdə qadın hesapda olmamalıdır. (55)
Faşizmde "SANAT"="SAVAŞ" |
Nazi Almanyasında en sık kullanılan sanat temaları "kahramanlık" ve "savaş" tı. Franz Eichhorst'un "Savaşçı Polonya'da" adlı tablosunda olduğu gibi. |
1930-cu ildə böyük iqtisadi böhranın başladığı vaxtlarda isə Mussolini qadınların işlədikləri iş yerlərindən ayrılmaları təlimatını vermişdi. Çünki qadınları "kişinin çörəyinə əl uzadan oğrular, kişi sonsuzluğunun günahkarları" olaraq görürdü (56). "Duçe"nin qadınlara olan dünyagörüşünü vurğulayan ən əhəmiyyətli sözlər fransız jurnalist Helene Qossetin 1932-ci ildə özüylə apardığı bir söhbətində nəzərə çarpır:
Qadın boyun əyməlidir... Onun bir analiz gücü varsa da, sintez gücü yoxdur. Nə vaxtsa memarlıq əsəri ortaya qoymuşdurmu? Bir məbəddən danışmıram, qadından bir daxma qurmasını istəsəniz bunun öhdəsindən gələ bilməyəcək. Qadının, bütün sənətlərin sintezi olan arxitekturadan heç bir xəbəri yoxdur; məhz taleyi də bu nöqtədə düyünlənir (57).
Qadınlara iş həyatında tətbiq edilən bu məhdudlaşdırma təhsil sahəsində də özünü göstərmiş və görülən bir sıra tədbirlərlə qadınların təhsil və iş həyatları məhdudlaşdırılmışdır. Məsələn, 30 yanvar 1927-ci il tarixli fərmanla qadınlara liseylərdə ədəbiyyat və fəlsəfə dərslərinin keçirilməsi qəti surətdə qadağan edilmişdir. 1928-ci ildə verilən fərmanla qadınların təhsilinə qarşı qanuni tədbirlərə müraciət edilmiş qadınların birinci dərəcəli orta təhsil müəssisələrində müdirlik vəzifəsində işləmələrinin qarşısı alınmışdır. Qız şagirdlərə orta təhsillərində və universitetlərdə iki qat ödəniş haqqı ödəmək məsuliyyəti gətirilmişdir.
Mussolininin məclisə təqdim etdiyi 28 noyabr 1933-ci il tarixli qanunda, fərman mətnində isə bunlar yazılmışdır: "Dövlət qurumları işçi götürmək üçün keçiriləcək imtahanlarla əlaqədar elanlarda qadınları çöldə saxlayacaq şərtlər qoymağa ixtiyarları çatır... Dövlət vəzifələrində işləyən qadınların sayının çoxalmasına qarşı bir hədd müəyyənləşdirmək zəruridir..."(58).
1 sentyabr 1938-ci il tarixli qanunda fərmanla, qadınların, dövlət vəzifələrindəki ümumi heyətin tərkibinin ancaq 10%-ni doldura biləcəkləri müəyyənləşdirilmişdir. Nasist Almaniyasında isə qadınlara qarşı müəyyənləşdirilən "ikinci dərəcəli vətəndaş" statusu daha da aydın idi. Alman Milli Təhsil Nazirliyi, lisey məzunlarının 10%-indən çoxunun qız olmamasına qərar vermişdi. 1934-cü ildə, lisey məzunu hər 10 000 qızdan, yalnız 1500-ünə ali təhsil müəssisələrində oxumaq icazəsi verildi. 1929-cu ildə, 39 Nasyonel-sosialist təhsil təşkilatı vardı. Bunların yalnız ikisi qızlar üçündü. Qızlara, orta təhsilləri əsnasında latın dili dərslərinə girməyi qadağan etmək üçün də qanunlar qəbul olundu; onlar hələ liseyi bitirməmişdən əvvəl, yüksək səviyyəli məktəblərə və universitetə qəbul olmalarının qarşısı alınmış olurdu... (59).
Bunlar yalnız ictimai mövqe və ya iş bölgüsüylə əlaqədar tənzimləmələr deyil, əslində nasizmin bioloji xurafatlarıyla əlaqədar tətbiqlərdi. Faşizmin Analizi kitabının yazıçısı Maria A. Makkiokkhinin şərhinə görə nasistlərin gözündə qadın bir növ heyvandı (60). Bu fəlsəfəyə görə qadın, fərqləri müəyyən olunmamış ibtidai bir irqdi, bioloji cəhətdən aşağı səviyyədə idi (61).
Faşist yöneticiler tarafından yönlendirilen İtalyan sanatçılardan Campigli'nin 1940'ta Padova Ünversitesi'nin girişine çizdiği duvar resmi. |
Faşistlərin qadınlara olan bu alçaldıcı yanaşmalarının mənşəyi də, digər bir çox mövzuda olduğu kimi Darvinizmdir. Faşistlər Darvinin yalnız irqlər arasındakı bərabərsizlik fikrini qəbul etməklə kifayətlənməmiş, kişilərin qadınlardan üstün olduğu istiqamətindəki fikirlərini də mənimsəmişlər. Darvin Descent of Man adlı kitabında qadınların idrak etmə, tez qavrama və təqlid mövzusunda "daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını və buna görə də daha köhnə və aşağı bir mədəniyyət səviyyəsinə sahib olduqlarını" yazmışdı (62). Darvinin öz sözləri ilə təkamül, bir cinsin üzvlərinin -xüsusilə, də kişilərin- digər cinsi, öz hakimiyyətləri altına salmaq üçün mübarizə aparmaları deməkdi (63). Həmçinin Darvinə görə, qadınların bəzi xüsusiyyətləri aşağı irqlərin xüsusiyyətləri olduğundan qadınlar kişilərə görə daha aşağı bir mədəniyyət səviyyəsinə sahibdilər (64).
Darvinə görə kişilər yalnız bədən və ağıl cəhətdən qadınlardan üstün deyildilər, həmçinin seleksiya gücünü qazanmışdılar. Təkamül kişilərin əlində idi və qadınlar olduqca passiv idilər. Nəticə etibarilə qadınlar daha az inkişaf etmişdilər və daha ibtidai idilər, buna görə də qadınların ən böyük zəiflikləri olan instinktləri və hissləri xeyli güclü idi (65).
Darvin həyatı boyu təkamül üçün əhəmiyyətli olduğuna inandığı kişi üstünlüyü fikrini davam etdirdi. Bu mövzuyla əlaqədar olaraq əmisi oğlu Frensis Qaltonun nəzəriyyələrinə də istinad edərək bunları demişdi:
"...İki eşşəyin zehni bacarıqlarındakı başlıca fərq, istər dərin düşüncəni, sağlam fikri, istər xəyal kimi görünən, istərsə də yalnız hisslərdən və əllərdən istifadəni tələb edən işləri ələ alarkən kişinin qadının çata biləcəyindən daha yüksək bir səviyyəyə çatmasıdır. Şeir, şəkil, heykəl, musiqi (istər bəstə, istərsə də səsləndirmə), tarix, elm və fəlsəfədə ən məşhur kişilərin və qadınların bir çox ad ehtiva edən siyahıları çıxarılsa, bu siyahılar müqayisəyə ehtiyac buraxmaz. Bəy Qaltonun Hereditary Genius adlı əsərində çox gözəl izah etdiyi orta miqdarlardan sapma qanunundan, kişilər bir çox mövzuda qadınlardan konkret şəkildə üstündürsə, kişidəki yuvarlaq zehni gücün qadınınkından yüksək olması lazım olduğu nəticəsini də çıxara bilərik"(66).
Darvinin bu fikirləri əslində onun qadınlara qarşı fərdi yanaşmasından da aydın olurdu. Darvin qadının nikahdakı rolunu belə təsvir edirdi: "Daimi bir dostluq (yaşlılıqda belə davam edən bir dostluq), sizinlə maraqlanacaq biri -bir itdən daha yaxşı başınızı qata biləcək- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biri..." (67). Göründüyü kimi Darvin ailə birliyinə və qadınlara tam bir materialist gözüylə baxırdı. Bu dünyagörüşündə sevgidən, hörmətdən, bağlılıqdan, şəfqət və mərhəmətdən əsər-əlamət yox idi.
Faşist sanatın bir diğer amacı ise, liderin toplumun gözünde kutsal bir kimliğe büründürülmesiydi. Hubert Lanzinger'in "Sancaktar" adlı Hitler tablosu tam bu amaca hizmet ediyordu. |
Geneva Universitetində təbiət tarixi professoru olan təkamülçü və materialist Karl Voqt da qadınlara qarşı alçaldıcı fikirlər bəsləyirdi. Voqt belə yazmışdı: "İnsan dişiləri kişilərdən çox aşağı, heyvan növlərinə daha yaxındır”. Buna görə də əgər özümüzə standart bir qadın alsaydıq, daha çox meymuna bənzər xüsusiyyətlərə rast gələrdik.
Darvininin iziylə gedən bir çox təkamülçü, qadınların bioloji və zehni cəhətdən kişilərdən daha aşağı olduğunu iddia etməyi davam etdirdilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki fərqli psixoloji növ kimi təsnif etmişdilər: Bu təsnifatda kişilər homo frontalis, qadınlar isə homo parietalis adlanırdı (68). Bir təkamülçü olan Morqan, Darvinin kişiləri, qadınların nə üçün aşkar bir şəkildə alçaq və daha aşağı təbəqədə olduqlarının səbəbləri üzərində çalışmağa həvəsləndirdiyini bildirmişdi (69).
Parisdə Tibb Fakültəsindən təkamülçü Paul Broca isə (1824-1880) xüsusilə də kişilər və qadınlar arasındakı ağıl və beyin həcmləri ölçüləriylə maraqlanmışdı. Qadın beyninin olduqca kiçik olan həcmini, onun ağıl cəhətdən aşağı olmasıyla əlaqələndirmişdi. Darvinin yolunu gedənlərdən olan təkamülçü ictimai psixoloq Qustave Le Bon isə (1841-1931) belə yazmışdı:
Qadınların beyinləri kişilərdən çox qorillaların beyinlərinə yaxındır. Qadınların aşağı irqə sahib olduğu o qədər diqqətə çarpır ki, heç kim doğruluğu haqqında mübahisə etmir; yalnız dərəcəsi barəsində mübahisə aparmağa dəyər... Qadınlar insan təkamülünün ən aşağı formasını təmsil edirlər və yaşlılardan və mədəni kişilərdən çox uşaqlara, vəhşilərə daha yaxındırlar. Vəfasızlıqda, əsassızlıqda, düşüncə və məntiq əksikliyində və səbəb çatışmazlığında üstündürlər. Şübhəsiz ki, orta hesabla bir kişidən daha üstün olan qadınlar mövcuddur, amma bunlar anadangəlmə çirkin olan istisna şeylərdir. Məsələn, iki başlı bir qorilla kimidirlər. Nəticə etibarilə onları tamamilə diqqətdən kənarda qoya bilərik" (70).
Faşizmin qadınlara əhəmiyyət verməməsinin və dəyərsiz görməsinin təməlində, Darvinizmin eyni istiqamətdəki uydurma elmi təlqinləri durur. Mussolininin qadınların sosial hüquqlarını əllərindən alması, Hitlerin üstün irqi çoxaltmaq üçün "çoxalma fermaları" yaradaraq, gənc qızları bu fermalarda SS zabitləriylə cinsi əlaqədə olmağa məcbur etməsi, faşistlərin qadınlara necə baxdıqlarının bir əksidir. Darvinistlər də, faşistlər də qadın düşmənidirlər. Qadınları həm aşağı və inkişaf cəhətdən geri qalmış bir növ kimi görmüş, həm alçaltmış, həm də onlara qarşı ayrı-seçkilik və zorakı üsullardan istifadə etmişdilər.
Faşistlərin bu üsulları da Quran əxlaqı ilə tamamilə ziddir. Allah Quranda qadınlara qarşı olduqca şəfqətli, hörmətlə və qoruyucu şəkildə davranılmasını əmr etmişdir. Bununla yanaşı hz. Məryəm və Fironun arvadı kimi üstün əxlaqa sahib qadınları insanlara nümunə göstərmişdir. Allah Qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və imanlarına görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrı-seçkiliyi aparılmadan etdikləri əməllərin əvəzini tam olaraq alacaqlarını belə xəbər vermişdir:
“Rəbbi onlara belə cavab verdi: “Mə sizlərdən bir iş görənin – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm..."
(Ali İmran surəsi, 195)
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.
(Nisa surəsi, 124)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
Bəzi cəmiyyətlərdə din əxlaqından uzaqlaşılmasıyla birlikdə bu həqiqətlər də nəzərə alınmamış və bunun əvəzinə hər cür irq və cinsiyyət ayrı-seçkiliyini qanuni hesab edən faşizm, Darvinizm kimi xurafatlar yaranmışdır.
"Pembe Gamalı Haç" adlı eserde ortaya konan belgelere göre, Naziler arasında sapkın eşcinsel eğilimler son derece yaygındı. |
Faşizmdəki bura qədər araşdırdığımız qadın düşmənçiliyi, əslində şüurlarının altındakı qaranlıq bir meylin də xaricə əks olunmasıdır. Faşistlər qadınları sevgi, mərhəmət, şəfqət kimi özlərinin qarşı çıxdıqları hisslərlə eyniləşdirirlər və bunun faşizmin qadınlara qarşı olan soyuqluğunda böyük bir rolu vardır.
Digər tərəfdən, döyüşçülük, qan tökmək, mərhəmətsizlik, sərtlik kimi meyillər isə "kişiyə xas" xarakter olaraq təsvir edilir və buna görə də "kişilik" sanki müqəddəs bir anlayış kimi ucaldılır. Faşist ideologiyanın bu "kişilik" əfsanəsinin bir az dərinliyinə nəzər saldıqda isə, qarşımıza homoseksuallığın azğın aləmi çıxır. Faşizmlə homoseksuallıq arasındakı bu az insan tərəfindən bilinən, lakin əhəmiyyətli əlaqə, faşizmin ən keçmiş modeli olan Spartaya qədər gedib çıxır. Kitabın əvvəlki hissələrində faşizmin bütpərəst bir mədəniyyət olduğunu və bütpərəstliyi yenidən dirçəltmə iddiasıyla ortaya çıxdığını öyrənmişdik. Bütpərəstliyin ən diqqətə çarpan xüsusiyyəti isə, Allah tərəfindən vəhy edilmiş əxlaq meyarlarına və qaydalarına sahib olmaması idi. Buna görə də bütpərəst aləmində hər cür cinsi azğınlıq asanlıqla yayıla bilirdi.
Bunların arasında ən pik nöqtəyə gedənlər isə, qədim Yunanıstandakı şəhər dövlətləriydi. Afinada və Spartada homoseksuallıq çox normal, qanuni bir əlaqə kimi görülür, hətta bir üstünlük kimi səciyyələndirilirdi. Xüsusilə faşizmin atası olan Spartada "kişilik" anlayışına xüsusi bir əhəmiyyət verilir, homoseksualizm kimi bir azğınlıq isə "kişi sevgisi" adı altında məqbul bir davranış hesab edilirdi. Spartalı əsgərlər, bir-birləriylə cinsi əlaqəyə girməklə güclərini artıra biləcəkləri kimi böyük bir azğınlığa inanardılar. E.ə. 50-120-ci illərdə yaşayan tarixçi Çaeronealı Plutarx, ordudakı ən seçkin əsgərlərdən ibarət olan 300 nəfərlik xüsusi döyüşçü birliyin əslində "150 cüt sevgili"dən meydana gəldiyini qeyd edirdi (71).
Spartada 12 yaşına gələn güclü kişi uşaqlarının hamısı orduya alınır və ilk növbədə ordudakı təcrübəli əsgərlər tərəfindən təcavüzə məruz qalırdılar. Bu azğın əlaqələrin Spartanı "döyüşçü" mədəniyyətinin və qan tökməyi sevən ordusunun ən böyük güc mənbəyi olduğuna inanılırdı. Məhz bu iyrənc və azğın mədəniyyət, 19-cu əsrdə meydana gələn yeni-bütpərəst cərəyanıyla birlikdə yenidən dirildi. Bu azğınlığın ən əhəmiyyətli mərkəzlərindən biri isə Almaniya idi. Bu cərəyanın qabaqcılı olan Adolf Brand 1902-ci ildə, kişi uşaqlarına olan azğın cinsi meylləriylə tanınan Vilhelm Yansen və Benedikt Friedlander ilə birlikdə, orjinallar dərnəyini (Gemeinschaft der eigenen) qurdu. Friedlander 1904-ci ildə "Yunan Erotizminin Yenidən Doğuşu" (Renaissance des Eros Uranios) adlı bir kitab nəşr etdi. Kitabın üz qabığında yarı çılpaq bir yunan gəncinin şəkli vardı. Friedlander məqsədlərinin nə olduğunu da kitabın içində belə bildirirdi:
Müsbət hədəfimiz, yunan cəngavərliyinin yenidən dirçəldilməsi və cəmiyyət tərəfindən tanınmasıdır... Yunan cəngavərliyi sevgisiylə də, kişilər arasındakı yaxın sevgini, xüsusilə də müxtəlif yaşdakı kişilər arasındakı əlaqələri nəzərdə tuturuq (72).
Nazi hareketi içinde o kadar fazla eşcinsel sapık vardı ki, Nazi partisi bir "eşcinseller kulübü" gibiydi. Üstte, SS şefi Heinrich Himmler subayları ile birlikte.. |
Orjinallar dərnəyinin məqsədi, Almaniyanı din əxlaqından tamamilə uzaqlaşdıraraq bir yunan mədəniyyətinə çevirməkdi (73). Və bu azğın təşkilat, həmçinin irqçiliyin da qabaqcılı idi. Orjinallar Dərnəyinin fikirləri çərçivəsində 1923-cü ildə yaradılan İnsan Haqqları Dərnəyi adlı təşkilatın lideri Canavar Hildebrandt, Norm, Entartung, Verfall (İdeal, degenerasiya, dağıtma) adlı kitabında ən üstün irqin, homoseksuallar tərəfindən yaradılan irq olduğunu müdafiə etmişdi. Buna görə də, irqin davamı üçün qadınlarla "çoxalma məqsədli" əlaqələr qurulmalı, ancaq "əsl kişi xarakterli" bir irq əldə etmək üçün həqiqi cinsi "sevgi" kişilər arasında yaşanmalıydı. Bu fikirlər əslində nasist partiyasının fikirlərindən başqa bir şey deyildi.
Belə ki, nasist partiyası da əslində bir "homoseksuallar klubu" idi. Bu həqiqət, Skott Liveli və Kevin Abrams tərəfindən qələmə alınan və 1995-ci ildə nəşr olunan The Pink Swastika: Homosexuality in the Nazi Party (Çəhrayı Svastika: Nasist Partiyasında homoseksuallıq) adlı kitabda yer verilən geniş əhatəli araşdırma ilə ortaya qoyulmuşdur. Kitabda istər nasistlərin qabaqcılı olan kütlələr və təşkilatlar, istərsə də nasist partiyasının idarəçi heyəti ətraflı olaraq araşdırılır və bu faşist heyətin içində çoxlu sayda homoseksual olduğu qeyd edilir. Nasistlərin homoseksualları həbs etmək və toplama düşərgələrinə göndərmək şəklindəki tətbiqlərinin həqiqət olmadığı, bu tətbiqlərlə nasist kadrların öz azğınlıqlarını gizlətməyə çalışdıqları da yenə tarixi sənəd və dəlillərlə izah edilir.
Homoseksual olduğu məlum olan nasistlər arasında SA-ların lideri olan Ernst Roehm, Gestapo rəisi Reinhard Heydriç, hava qoşunları komandiri Herman Goering, Rudolf Hess, Hitler Jugend (Hitler Gəncliyi) təşkilatının lideri olan Baldur von Sciraç, nasist Almaniyasının Maliyyə Naziri Volter Funk, Hitlerin quru qoşunları komandiri Freiherr Verner von Fritsç kimi adlar vardır. SS rəisi Himmler və Adolf Hitlerin isə homoseksual meyilləri olduğuna dair bəzi dəlillərə rast gəlinmişdir (74) The Pink Swastika, bu azğınlığın nasistlərlə məhdudlaşmadığı, ABŞ-da fəaliyyət göstərən müxtəlif neo-nasist və irqçi təşkilatların liderləri arasında da bir çox homoseksual olduğu, bu azğınlığın faşizmin sanki irsi bir xüsusiyyəti olduğu yenə dəlilləriylə izah edilir. Faşist müşrikləri, Quranda izah edilən digər bir bütpərəst qövmün, hz. Lutun peyğəmbər olaraq göndərildiyi Lut qövmünün azğınlığını tətbiq edirlər. Ancaq bu azğınlığı həyata keçirənlər, Lut qövmünün məruz qaldığı aqibəti ağıllarından çıxartmamalıdırlar.
Bu azğın qövmün məruz qaldığı aqibət Quranda belə bildirilir:
Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
(Əraf surəsi, 80-84)
33. Eric Hoffer, Kesin İnaçlılar, İm Yayınları, s. 6
34. Prof. Dr. Ayferi Göze, Siyasal Düşünceler ve Yönetimler, 9. Baskı, Beta Yayınları, s. 349
35. Yıldırım Batuk, Dr. Murat Sarıca, Rona Aybay, Faşizm, 2. Baskı, İstanbul,1965, s. 31
36. Prof. Dr. Ayferi Göze, Siyasal Düşünceler ve Yönetimler, s. 350
37. Çağdaş Liderler Ansiklopedisi , Cilt 4, s.1469)
38. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Corgi Books, 1991, s. 199
39. Eric Hoffer, Kesin İnaçlılar, İm Yayınları, s. 148
40. http://www.mideastnews.com/the1.htm
41. Wilhelm Reich , Faşizmin Kitle Ruhu Anlayışı, Çeviren: Bertan Onaran, Payel Yayınları, İstanbul 1975, s. 400-401
42. Çetin Özek, Direnen Faşizm, İzlem Yayınları, s. 90
43. Adolf Hitler, Mein Kampf, s. 504.
44. Encyclopædia Judaica, Cilt 4, s. 714.
45. John P. Diggins, Mussolini and Fascism, s. 15
46. Charlie Hore, Duncan Hallas, Andy Durgan, İspanya 1936 Baharı , Z yayınları, çev: Melike Çakırer, s. 37
47. T. Kakınç, Franco Kimdir? Falanjizm Nedir?, Kitaş Yayınları, Mayıs 1969, s. 57
48. Charlie Hore, Duncan Hallas, Andy Durgan, İspanya 1936 Baharı , Z yayınları, çev: Melike Çakırer, s. 69
49. Çağdaş Liderler Ansiklopedisi, 2. Cilt, s. 669
50. Veyis Ersöz, Sosyalizm, Komünizm, Faşizm ve Şeriat Nedir?, Uysal Kitabevi, 4. Baskı, s. 96
51. Veyis Ersöz, Sosyalizm, Komünizm, Faşizm ve Şeriat Nedir?, Uysal Kitabevi, 4. Baskı, s. 100
52. Nokta Dergisi, 13 Mart 1988, s. 76-77
53. http://fcit.coedu.usf.edu/holocaust/arts/musDegen.htm
54. http://fcit.coedu.usf.edu/holocaust/arts/artReich.htm)
55. Maria A.Macciocchi, Faşizmin Analizi , Çeviren: Cemal Süreya, Payel Yayınları, İstanbul 2000, s.108
56. Maria A.Macciocchi, Faşizmin Analizi , s.126-127
57. Maria A.Macciocchi, Faşizmin Analizi , s. 126
58. Maria A.Macciocchi, Faşizmin Analizi , s. 128-129
59. Maria A.Macciocchi, Faşizmin Analizi , s. 132-133
60. Maria A.Macciocchi, Faşizmin Analizi , s.134
61. Maria A.Macciocchi, Faşizmin Analizi , s. 163
62. John R. Durant, ’’The Ascent of Nature in Darwin’s Descent of Man’’ in The Darwinian Heritage, Ed. By David Kohn, Princeton, NJ: Princeton University Press, 1985, s.295
63. Charles Darwin, The Origin of Species by Means of Natural Selection , New York: D. Appleton and Company, 1859 (1897 baskısı), s.108
64. Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1896, s.563-564
65. Stephanie A. Shields, ’’Functionalism, Darwinism, and the Psychology of Women; A Study in Social Myth.’’ American Psychologist 30, no.1 (1975): 742
66. Charles Darwin, Seksüel Seçme, Onur yayınları, Nisan 1977, Birinci Baskı, Çeviren: Öner Ünalan, s. 465
67. Charles Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233
68. Rosaleen Love, "Darwinism and Feminism: The 'Women Quesfion' in the Life and Work of Olive Schreinr and Charlotte Perkins Gilman" in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 113-131.
69. EIaine Morgan, The Descent of Woman, New York: Stein and Day, 1972, s.1
70. Stephen Jay Gould, The Mismeasure of Man, New York: W. W. Norton & Company, 1981,s.104,105
71.. Eva Cantarella, Bisexuality in the Ancient World, New Haven, Yale University Press, 1992, s. 72
72. Benedict Friedlander, "Memoirs for the Friends and Contributors of the Scientific Humanitarian Committee in the Name of the Succession of the Scientific Humanitarian Committee", Journal of Homosexuality, January-February 1991, s. 259.
73. Scott Lively, Kevin Abrams, The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997, s. 22.
74. Scott Lively , Kevin Abrams,The Pink Swastika, Founders Publishing Corp., Oregon, 1997