Faşizm 20-ci əsrdə qanlı döyüşlərə və qırğınlara səbəb oldu. Yalnız kobud qüvvəyə inanan, irqlər və millətlər arasında daimi bir "həyat mübarizəsi" olduğunu düşünən və qan tökməyin guya müqəddəs bir vəzifə olduğuna inanan faşistlər, on milyonlarla insan öldürdülər.
Bu vəhşilik ideologiyasının əsasında isə, insanı bir "heyvan növü" kimi təsvir edən və "qarşıdurma bir təbiət qanunudur" deyən bir qanun vardı: Bu Darvinin təkamül nəzəriyyəsiydi. Bu nəzəriyyənin sosial elmlərə tətbiq edilməsi nəticəsində ortaya çıxan "Sosial Darvinizm", Hitler və Mussolini kimi faşist diktatorların, Alman və İtalyan faşizminin əsas fikri dayağı oldu.
Bu kitabda, faşist ideologiyanın arxasındakı bu Darvinist təməl ortaya çıxarılır. Həmçinin, faşizmin qədim dövrlərdəki bütpərəst cəmiyyətlərdən miras qalan bir vəhşilik mədəniyyətinin davamı olduğu, ilahi dinlərə zidd və qarşı bir fəlsəfəyə əsaslandığı izah olunur.
Kitabı oxuduqda, 20-ci əsrdə bəşəriyyəti fəlakətlərə sürüyən faşist ideologiyanın mənşəyini, xüsusiyyətlərini, üsullarını görəcəksiniz. Üstəlik, hələ də dünyanı təhdid etməyə davam edən, bir çox ölkədə qan tökən və tökməyə hazırlaşan faşizmin qarşısınının necə alınacağını, dünyanın bu vəhşilik ideologiyasından necə xilas olacağını öyrənəcəksiniz.