Darvinizm cəhaləti əsas götürür, insanların elmi mövzulardakı məlumat əskikliyindən istifadə edir. Darvinist ideologiya məlumatsız kütlələrin üzərində qərəzli mövqe yaratmağa əsaslanır. Bunun üçün istifadə edilən üsul bol təkrar ilə kütlə hipnozu aparmaq və sehirli təsir yarada bilməkdir.
Darvinistlərin kütlə hipnozunun təsiri bütün dünyanı əhatə etmişdir. Belə ki, insanların böyük bir qismi, əslində, haqqında heç bir şey bilmədikləri “təkamül”ün coşqun müdafiəçisinə çevrilmişdirlər. Bir çoxu nəyi müdafiə etdiyinin şüurunda belə deyildir. Onlar yalnız gündəlik qəzetlərdə gördükləri get-gedə ayağa qalxan xəyali meymun-insan şəkillərinin və ya “əcdadımız soxulcan imiş” kimi xəbərlərin təsirində qalmışdırlar. Bu kimi təlqinlərlə kütlə hipnozu müvəffəqiyyətə nail olmuşdur. Bu saxta müvəffəqiyyət səbəbi ilə heç kəs: “Dəlil var mı?” -deyə soruşmağı düşünməmişdir. Necə ki, ortada darvinistlərin təqdim edə biləcəyi bir dəlil yoxdur. Artıq bu təlqini alan adam üçün “təkamül” həyatının, demək olar ki, hər yerində qarşılaşdığı, böyük qəzet və jurnallarda davamlı rastlaşdığı, dövlətə bağlı məktəblərdə rəsmi olaraq tədris edilən, dövlət qurumları səviyyəsində qorunub təşviq edilən, dünyaca məşhur elm adamları tərəfindən müdafiə edilən həyatın ayrılmaz bir parçası halına gəlmişdir. Çox açıq olan bir saxtakarlıq təlqin, hipnoz və aldatma metodları ilə insanlara doğru imiş kimi sanki yeridilmişdir.
Tarixin ən böyük kütləvi yalanı olan darvinizmin 150 illik uğurunun tək qaynağı budur: təbliğat!
Sistemli bir şəkildə həyata keçirilən darvinist təbliğat ilə, gerçəkdə, çox açıq olan bir saxtakarlıq dünyaya mahircəsinə hakim edilmişdir.
Bu təbliğat ilə elmin rədd etdiyi saxta təkamül nəzəriyyəsi yeganə və müzakirəsiz elmi həqiqət olaraq dünyaya tanıdılmışdır.
Darvinist təbliğat ilə hipnoz yayılmış, bəzi insanlar bu sehrin təsiri altında qalmış, sorğusuz-sualsız və bir çoxu da şüursuz bir şəkildə darvinist olmuşdurlar. Belə ki, bəzi insanlar fərqində belə olmadan dünyaya böyük bəlalar gətirən, 20-ci əsri qana bulayan bütün zülm sistemlərinin kökü olan, son dərəcə təhlükəli bir nəzəriyyənin müdafiəçisi halına gəlmişlər. Bütün dünyanı əhatə etmiş olan 150 illik darvinist yalan, yalnız və yalnız, mütəşəkkil tərzdə həyata keçirilən bu təbliğat üsulunun bir nəticəsidir.
Oxuyacağınız bu kitabda darvinistlərin sözü gedən təbliğat üsullarını necə istifadə etdiklərinə və kütlə hipnozunu necə gerçəkləşdirdiklərinə aid dəlilləri görəcəksiniz. Kitab boyunca nümunə olaraq verilən qəzet başlıqları darvinistlərin təbliğat silahları olan bir qisim mediadan necə istifadə etdiklərini, saxta və yalan xəbərləri yaymaqda necə cəsarətli olduqlarını göstərmək üçündür. Bu başlıqlar saxta təbliğatın ifşa edilməsi cəhətdən əhəmiyyət təşkil etdiyi kimi, oxucuların, xüsusilə, KİV-də necə darvinist bir aldanma ilə üz-üzə qaldıqlarını başa düşmələri və bundan sonra qarşılaşdıqları xəbərləri doğru baxış bucağı ilə dəyərləndirmələri cəhətdən böyük əhəmiyyət daşımaqdadır.
Məqsəd darvinist saxtakarlığı ifşa edə bilmək, darvinistlərin insanları necə doğrudan-doğruya aldatdıqlarını gözlər önünə sərə bilməkdir. İnsanları necə kütləvi təlqin ilə boğduqlarını, 150 ildir necə yalan danışdıqlarını göstərə bilməkdir. Əlinizdəki kitab darvinizmin bir saxtakarlıq olduğunun qəti dəlillərlə isbat edildiyi, 600 milyona yaxın fosilin təkamülü təkzib etdiyinin açıq dəlillərlə göstərildiyi, tək bir zülalın belə təsadüfən yarana bilməyəcəyinin bütün dünyaya elan edildiyi bu günlərdə təkamülün niyə hökumətlərdə, məktəblərdə, universitetlərdə, bir qisim media və bəzi elm adamları arasında geniş yayıldığını başa düşə bilmək üçün əhəmiyyətli bir dəlil hökmündədir.
|
Elmin süquta uğratdığı darvinizm indi təbliğat üsullarının da ifşa edilməsi ilə yeni bir çöküş daha yaşayacaqdır. 21-ci əsr darvinistlərin əllərindəki bütün qaynaqlara, maddi dəstəyə, media və təbliğat üsullarına baxmayaraq, təkamülün dəhşətli şəkildə çökdürüldüyü və yerlə bir olduğu bir yüzillik olacaqdır. 21-ci əsr bütün batil bütpərəst dinlərin yox olub getdiyi, Uca Rəbbimizin Hadi (Hidayət verən) isminin təcəlli etdiyi bir yüzillik olacaqdır. Uca Allah ayələrində bu şəkildə bildirir:
“İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr Surəsi, 2-3)