Darvinizm cəhaləti əsas götürür, insanların elmi mövzulardakı məlumat əskikliyindən istifadə edir. Darvinist ideologiya məlumatsız kütlələrin üzərində qərəzli mövqe yaratmağa əsaslanır. Bunun üçün istifadə edilən üsul bol təkrar ilə kütlə hipnozu aparmaq və sehirli təsir yarada bilməkdir. Darvinistlərin kütlə hipnozunun təsiri bütün dünyanı əhatə etmişdir. Belə ki, insanların böyük bir qismi, əslində, haqqında heç bir şey bilmədikləri “təkamül”ün coşqun müdafiəçisinə çevrilmişdirlər. Bir çoxu nəyi müdafiə etdiyinin şüurunda belə deyildir. Onlar yalnız gündəlik qəzetlərdə gördükləri get-gedə ayağa qalxan xəyali meymun-insan şəkillərinin və ya “əcdadımız soxulcan imiş” kimi xəbərlərin təsirində qalmışdırlar. Bu kimi təlqinlərlə kütlə hipnozu müvəffəqiyyətə nail olmuşdur. Bu saxta müvəffəqiyyət səbəbi ilə heç kəs: “Dəlil var mı?” -deyə soruşmağı düşünməmişdir. Necə ki, ortada darvinistlərin təqdim edə biləcəyi bir dəlil yoxdur. Artıq bu təlqini alan adam üçün “təkamül” həyatının, demək olar ki, hər yerində qarşılaşdığı, böyük qəzet və jurnallarda davamlı rastlaşdığı, dövlətə bağlı məktəblərdə rəsmi olaraq tədris edilən, dövlət qurumları səviyyəsində qorunub təşviq edilən, dünyaca məşhur elm adamları tərəfindən müdafiə edilən həyatın ayrılmaz bir parçası halına gəlmişdir. Çox açıq olan bir saxtakarlıq təlqin, hipnoz və aldatma metodları ilə insanlara doğru imiş kimi sanki yeridilmişdir.