Darvinizm dünya tarixinin ən məntiqsiz, ən ağlasığmaz batil dinidir. Canlıların hər detalında mükəmməl nizam və ağıl olmasına baxmayaraq, darvinizm onların hamısının şüursuz və təsadüfi proseslərin məhsulu olduğunu iddia edir. Zülal laboratoriyalarda belə əldə edilə bilinməyən olduqca mürəkkəb quruluşa malik molekuldur və elektron mikroskopu altında bu cür kompleks həyatın olması, həqiqətən, heyranedicidir. Lakin darvinizm bu möhtəşəm yaradılış qarşısında belə "təsadüfən əmələ gəldi" izahını verir. Canlılar bir-birlərindən olduqca fərqli xüsusiyyətlərə malik yaradılmışdır və malik olduqları orqan və formaların bir-birlərinə çevrilməsinin qeyri-mümkün olması açıq və inkaredilməz şəkildə aşkar edilmişdir. Ancaq darvinizm dünyadakı möhtəşəm canlı müxtəlifliyinin bir bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının həqiqi olduğuna, canlıların təkamül keçirdiyinə dair heç bir dəlil tapılmamışdır. Lakin buna baxmayaraq, darvinist jurnallar hər həftə yeni saxta fosil dərc edirlər. Yer üzündə açıq-aydın nizam və ehtişam var. Amma darvinizm bütün bunların xaos, qarışıqlıq və nizamsızlıqdan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlər nəzərə alındıqda darvinizmin dünya səviyyəsində qəbul edilməsinə ağıllı insanın hər hansı məntiq və dəlil tapması qeyri-mümkündür.
Darvinist təhsil davam edərkən darvinizmin dünyaya gətirdiyi bəlaların sona çatması olduqca çətindir. |
Lakin bu yalan hədəfə dəymişdir. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də bütün dünya dəccali sistem olan masonluğun təsiri ilə batil sistemi şüursuz şəkildə qəbul etmişdir. Hər millətdən, hər inancdan olan çoxlu sayda insan bu batil sistemə inanmışdır. İnsanlar belə bir batil dinə inanmağın özləri üçün necə müəmma olacağını təxmin etməmişdilər. Bir çoxu bu nəzəriyyəni həqiqətən elmi zənn etmiş, bunu hər hansı nəzəriyyə kimi görmüş, öz dünyaları, gələcəkləri üçün nə qədər böyük təhlükə olduğunu anlamamışdılar. Uzaqgörən olmamış, insanın təkamül keçirmiş heyvan olduğunu iddia edən yalanın insanlar, cəmiyyət, dövlətlərdə məhvedici təsir meydana gətirəcəyini əvvəlcədən düşünməmişdilər. Batil fikir sisteminin hər tərəfdən onları əhatə etdiyini, uşaqlarına, ölkələrinə, yaşadıqları mühitə mənfi təsir etdiyini başa düşməmişdilər. Bu batil fikir sisteminin ətraflarındakı hücumların, soyqırımların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun təməl səbəbini əmələ gətirdiyini və getdikcə bu bataqlığın içinə batdıqlarını anlamamışdılar. Uşaqlarına darvinizmi öyrətməyin, onları pis əxlaqlı, üsyankar, mənəvi cəhətdən degenerasiyaya uğradacağını, insani vəsflərdən uzaqlaşdıracağını düşünməmişdirlər. Dəccali sistem olan masonluq o qədər hiyləgərliklə yanaşmış, o qədər böyük oyun oynamışdır ki, insanların böyük əksəriyyəti fərqinə varmadan, başlarına nə gələcəyini bilmədən bu oyunun əsirinə çevrilmişdirlər. Hal-hazırda dünyanın düşdüyü vəziyyət bu qəflətin və darvinizm bəlasına qarşı göstərilən laqeydsizliyin nəticəsidir.
İnsanların böyük hissəsinin bilərək və ya bilməyərək dəccalın müdafiə etdiyi həyat tərzinə uymasının, dəccaliyyətin dediklərini etmələrinin, şübhəsiz, çox zərərli nəticələri olmuşdur. Dəccalın batil dininə tabe olmaq Allah`ın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin razılığından uzaqlaşmaq deməkdir. Dünyanın əksər hissəsində Quran əxlaqına uyğun olmayan həyatın davam etdirilməsinin əsas səbəbi budur. Allah Quranda insanların bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirmələrini nəsihət edir. Bu gün dünyanın bir çox yerində bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə, insanlar daima pis olana yönləndirilirlər. Allah insanları mənfəət güdməkdən, pis söz söyləməkdən, həmçinin eqoistlik, xəsislik, nankorluq, vəfasızlıq, qısqanclıq, ədalətsizlik, israf, qürur, təkəbbür və qəzəb kimi pis xüsusiyyətlərdən çəkindirmişdir. Hal-hazırda isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam tərsi yaşanır. Qurana tabe olan müsəlmanlar arasında qarşısındakının nəfsini öz nəfsindən üstün tutmaq, ona hər məsələdə mütləq üstünlük vermək əsasdır. Lakin hal-hazırda insanların böyük hissəsi ancaq öz mənfəətini güdür və bunun üçün çox hiyləgər yollara baş vururlar. Qurana əsasən, haqsız yerə can almaq haramdır. İndiki dövrdə isə cinayətlərin sayı həddindən artıq çoxdur. Qurana əsasən, hər kəs digərinin haqqını qorumaqla məsuldur. Lakin hal-hazırda dünyanın bir çox ölkəsində sistem insanların bir-birlərinin haqqını əlindən alması, bir-birlərini aldatması üzərində qurulmuşdur. Qurana əsasən, malın ehtiyacı olduğundan artığı kasıba verilir. Ancaq dünyanın bir çox ölkəsində hal-hazırkı sistemdə kasıb daima daha çox var-yoxdan çıxarılır, sanki yox edilməyə çalışılır, varlılar isə daha çox mala sahib olmaq üçün səy göstərirlər.
Bütün dünyada qardaşlığın, sevginin, sülhün yaşanması ancaq Quran əxlaqının yaşanması ilə mümkün ola bilər. |
Allah`ın Quranda bildirdiyi əxlaqın tam tərsinin yaşanması dəccalın qurduğu sistemin nəticəsidir. İnsanların böyük əksəriyyəti dəccalın sisteminə tabe olmasının nəticəsi olaraq rifah içində yaşaya bildiyi halda yaşamır, xoşbəxt ola bildiyi halda olmur, nemətlərə qovuşa bildiyi halda bərəkətsizlik içində yaşayırlar. Dəccalın sistemi insanlar üçün böyük kabus, bəla olmuşdur.
Lakin dəccaliyyət artıq fikrən ölmüşdür. Masonların bütün oyunları üzə çıxmış, yox edilmişdir. Dəccaliyyətin heç bir dəstəyi qalmamışdır. İnsanları artıq aldada, darvinizm yalanına heç kimi inandıra bilmir.
Bunu Allah`ın izni ilə gələcəkdə də edə bilməyəcəkdir. Çünki Allah`ın vədinə görə, batil mütləq yox olmağa məhkumdur. Allah bu nizamı insanların Allah`ın qədrini lazımınca təqdir etməsi, haqq olanı açıq şəkildə görməsi üçün yaratmışdır. Yoxsa, şübhəsiz, dəccal sistemini aradan qaldırmaq və Quran əxlaqını dünyaya hakim etmək üçün Allah`ın "Ol" əmri kifayətdir. Dəccal öz tələsini böyük və güclü hesab etmişdir. Lakin Allah`ın tələsi qarşısında məhv olmuşdur. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allah`ın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah`ın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!(Əraf surəsi, 96-99)
Ağıl və vicdan sahibi bir insanın üzərinə düşən məsuliyyət ağılın, məntiqin, vicdanın və elmin göstərdiyi doğrulara tabe olmaq və hər varlığı Allah`ın yaratması həqiqətini qəbul etməkdir. Şübhəsiz, Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdirinə və ibadətinə ehtiyacı yoxdur. Ehtiyacı olan ancaq insanın özüdür. Allah`a qarşı təkəbbür göstərmək insana dünyada və axirətdə peşmançılıqdan başqa heç nə qazandırmayacaqdır. Allah`a təslim olmaq isə dünyada xeyirli və gözəl həyata, axirətdə isə bu dünya ilə müqayisə edilməyəcək qədər sonsuz və böyük nemətlərə qovuşmağa səbəb olacaqdır. Amma hamısından üstün, insana ən böyük mükafat Allah`ın rizası olacaqdır.
Dəccalın məğlubiyyəti isə sonsuzluğa qədər davam edəcəkdir. Darvinizmin süqutu bunun ən mühüm göstəricisidir. Vacib olan bundan sonra vicdanın göstərdiyi yolla getmək, bir ömrü dəccalın əsiri olaraq sərf etməməkdir. Əgər bir insanın ağlı və şüuru yerindədirsə, bunu etməlidir.
Hər varlığın sahibi və hakimi olan Allah bir ayəsində belə buyurur:
Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun. |
Onlar dedilər:
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!"
(Bəqərə surəsi, 32)