Materializm əsrlər boyu Allah inancına qarşı, əslində, əvvəldən uduzduğu psixoloji mübarizə aparır. Allah`ın batili mütləq əsassız edəcəyini qavramayan materialistlər öz ağıllarına görə bu mübarizəyə var gücləri ilə davam edirlər. Kainatın böyük partlayışla (Big Bang) sıfır həcmdən var olması, yəni yoxdan yaradılması və Allah`ın ayələrində işarə edildiyi kimi, genişləndiyi sübut edilmişdir. Lakin materialistlər maddənin əzəli və əbədi olması cəfəngiyatına insanları inandırmaq üçün məntiqsiz iddialarla bu həqiqətə qarşı mübarizə aparırlar. Kvant fizikası maddənin ancaq işıq dalğalarından ibarət olduğunu aşkar etmiş, lakin materialistlər maddənin mütləq varlığını müdafiə edib maddədən başqa heç bir şeyi qəbul etmədiklərinə görə, bu həqiqəti daima inkar etmək üçün yollar axtarırlar. Saysız-hesabsız elmi kəşflər və xüsusilə paleontologiya sahəsində əldə edilən tapıntılar təkamül nəzəriyyəsinin əsassız olduğunu elmi cəhətdən sübut etmiş, lakin materialistlər yenə də canlıların təkamül keçirməsi yalanını təlqin edərək əvvəlcədən uğursuzluqla nəticələnmiş mübarizələrinə davam edirlər. Elm materializmə zərbə vurduqca materialist müqavimət daima gündəmə gəlmişdir. Materializm elmi dəlillərə psixoloji mübarizə ilə qarşı çıxmışdır.
Bu, elə bir şeydir ki, Nobel mükafatına layiq görülmüş professorları, elm adamlarını, paleontoloqları, mikrobioloqları, zooloqları, elmi yazıçıları birləşdirərək "suyun içində molekullar var idi. Palçıq, təsadüf və zamanın təsiri ilə hüceyrə əmələ gəldi" kimi ağlasığmaz yalanı heç utanmadan, çəkinmədən müdafiə etməyə sövq etmişdir. Bu insanlar elə sehr ediblər ki, milyonlarla insan bu psixoloji mübarizənin təsiri ilə suya düşən yağ damcılarının hüceyrəyə çevrilməsinə, bir balığın sudan yeriyə-yeriyə çıxmasına, tarixdə ilk quşun dinozavr yumurtasından çıxaraq uçmağa başladığına, meymunların zaman ərzində təsadüfən inkişaf edərək kəşflər edən, sivilizasiyalar quran, texnologiyalar quran, kompyuter proqramları hazırlayan, kosmosa raket göndərən insana çevrildiyinə inanmağa başlayır.
Bir elm adamı o vaxta qədər heç kimin kəşf etmədiyi hüceyrənin qeyri-adi quruluşunun sadəcə bir hissəsini kəşf etdiyi üçün Nobel mükafatına layiq görülür. Amma eyni elm adamı mükafatını aldıqdan sonra tələbələrinə o hüceyrənin bir palçıq yığınından təsadüfən əmələ gəlməsi nağılını danışmaqdan çəkinmir. Eyni elm adamı saysız-hesabsız elmi fəaliyyətə imza atmasına baxmayaraq, tələbələrinə böyük saxtakarlıq nümunəsi olan Piltdaun adamını, Hekelin saxta rüşeym rəsmlərini, sənaye kəpənəklərini təkamülün ən böyük dəlili kimi göstərməkdən çəkinmir.
Yer üzündəki bütün varlıqların yaradıcısı uca Allah`dır. Darvinist yalandan xilas olan dünya artıq bu həqiqəti açıq şəkildə dərk edir. |
Dəccal sistemi olan masonluğun etdiyi sehrin təsiri darvinistləri bu qədər acınacaqlı hala salır. Dəccal darvinizmlə demək olar ki, bütün beyinlərə təsir etmiş, insanları uzun müddət aldatmış, yalan söyləmiş, saxtakarlıq etmişdir. İnsanların bir çoxu kor-koranə, şüursuz şəkildə, başa düşmədən bu yalana aldanmış, illərlə özünü heyvan nəslinin bir hissəsi kimi görmüş, hətta bu səbəbdən vəhşiləşmiş, laqeydləşmiş, Allah`a qarşı məsuliyyətindən uzaqlaşmışdır. Dəccal, yəni masonluq darvinizmdən istifadə edərək dünyanın ən böyük yalanlarından birini dünyada yaymışdır. Dəccalın təsiri ilə darvinizm tarixin ən böyük kütləvi yalanına çevrilmişdir.
Lakin dəccal sistemini yayan masonların bu sahədəki uğuru saxta uğurdur. Darvinizm yalanı artıq sona çatmışdır.
Yaşadığımız XXI əsrdə artıq darvinizmin bütün saxtakarlıqları üzə çıxmışdır. Darvinistlərin 150 il boyu irəli sürdükləri bütün ara keçid forma nümunələrinin saxta olduğu məlum olmuşdur. Dünyanın demək olar ki, hər yeri qazılmış, 500 milyondan artıq fosil çıxarılmış, amma bunların bir dənəsinin belə ara forma olmadığı açıq şəkildə məlum olmuşdur. Fosillərin hamısının mükəmməl canlıları təmsil etməsi, böyük əksəriyyətinin də dövrümüzün canlılarına aid olduğu məlum olmuşdur. İnsanlar bu sübutla canlıların bu günki görünüşləri ilə üzə çıxdıqlarını və heç bir dəyişiklik keçirmədiklərini başa düşmüşdür. İnsanlar elə bu həqiqətlə darvinistlərin nə üçün fosilləri gizlətdiklərini, nə üçün elmi dəlilləri insanlardan gizlətməyə çalışdıqlarını da başa düşüblər. Təkamül nəzəriyyəsinin mikrobiologiya, paleontologiya, molekulyar biologiya, genetika kimi elmlərin aşkar etdiyi faktlar qarşısında baş verməsi qeyri-mümkün olan nəzəriyyə olması qəti şəkildə sübut edilmişdir.
Bütün bunlarla bərabər darvinistlərin Allah inancına və yaradılış həqiqətinə qarşı mənfi münasibət bəsləmələri məlum olmuşdur. Bunun səbəbi də onların darvinizmi batil din kimi mənimsəmələridir. Beləliklə, darvinistlərin insanları aldatmaq üçün nə üçün cürbəcür yalan və saxtakarlığa əl atdıqları da başa düşülmüşdür. İnsanlar qarşısında təkamülü inkar edən həddindən çox dəlil var. Artıq insanlar təkamülün bir yalan olduğunu açıq şəkildə anlayıblar. Təkamül nəzəriyyəsinin bircə dəlillə də dəstəklənmədiyini bilirlər. Darvinist yalanın təsirinə düşmələri artıq, Allah`ın izni ilə qeyri-mümkündür.
İnsanlar təkamül nəzəriyyəsinin əsassızlığının dəlillərini göstərən sərgilərə getmiş, yaşayan fosilləri nəzərdən keçirmişdir. Fosillərin hər birinə öz əlləri ilə toxunmuş, onları öz gözləri ilə görmüşdür. Canlıların milyonlarla il ərzində dəyişmədən qaldıqlarını, təkamül keçirmədiklərini heyranlıqla öyrənmişdir. Yaradılış Atlası'nın hər bir səhifəsini diqqətlə nəzərdən keçirərək, dövrümüzdə yaşayan canlı növlərinin milyonlarla il əvvəl də eyni şəkildə olduğuna qərar veriblər. Yer üzünün araşdırılıb tədqiq edildiyi hər an daima yaradılış həqiqətini dəstəkləyən dəlillər ortaya çıxardığı bəllidir. Dünyanın ən məşhur meydanlarında darvinistlərə ünvanlanan "sadəcə bir dənə ara fosil göstərmələri" müraciətinin dərin sükutla qarşılandığını açıq şəkildə və təəccüblə görmüşdürlər. Darvinizm təbliğatının bütün metodları deşifrə edilmiş və insanlara bu yalanın dəstəkçisi olmamaları lazımi kitablar, DVD-lər, internet yayımları, konfranslar və televiziya müsahibələri vasitəsilə izah edilmişdir.
Darvinizm yalanı yaradılışı isbat edən 300 milyon qalıq qarşısında artıq tamamilə sona çatmışdır. |
Yalanın dəlillərini görən insanlar dünya səviyyəsində böyük fikri maariflənmədən keçmiş və bu qədər il ərzində aldadıldıqlarına görə haqlı reaksiya vermiş, təhsil müəssisələrində uşaqlarına darvinizm cəfəngiyatının oxudulmasını etirazla qarşılamış, planlaşdırılan təkamül sərgilərinə, konfranslarına, yəni darvinist təbliğata qarşı çıxmış, darvinistlərə açıq şəkildə meydan oxumuşdurlar. Tələbələr biologiya dərslərində darvinizm tərəfdarı olan müəllimləri ilə təkamül nəzəriyyəsinin elmi məntiqsizliyinə və dəlilsizliyinə dair mübahisə etmişdirlər. Uzun illər boyu təkamül nəzəriyyəsinin əsl üzünü bilmədikləri üçün aldadılan insanlar məlumatlandıqdan və darvinizmin iç üzünü gördükdən sonra illər boyu necə aldadıldıqlarını təəccüblə qarşılamış və buna uca səslə etiraz etmişdir. Artıq darvinistlər də bilirlər ki, darvinizm dünya səviyyəsində ölmüşdür və yenidən ayağa qalxıb insanları eyni metodlarla inandırması Allah`ın izni ilə qeyri-mümkündür. Dünya səviyyəsindəki bu böyük fikri maarifləndirmənin ən mühüm göstəricilərindən biri müxtəlif media qurumları və internet saytları tərəfindən aparılan anket sorğularıdır. Məsələn, Associated Press Agentliyi və NBC-nin apardığı milli anket sorğusunun nəticələrinə əsasən, amerikalıların 86%-i artıq yaradılış həqiqətinin də təhsil müəssisələrində tədris edilməsini istəyirlər.185 Almaniyanın Süddeutsche Zeitung qəzetinin internet saytında 8 avqust 2007-ci il tarixində aparılan anket sorğusunun nəticəsinə əsasən, təkamülü inkar edənlər 87% təşkil edir. Almaniyanın Die Welt qəzetinin internet saytının 17 aprel 2008-ci il tarixli anketinə əsasən, bu nisbət 86% təşkil edir. İsveçrənin Blick qəzetinin internet saytının apardığı 4 may 2007-ci il tarixli anketə əsasən, yaradılış həqiqətinə inananlar 85% təşkil edir. Fransanın Science Actualités qəzetinin internet saytının 16 fevral 2007-ci il tarixli anketinə əsasən, təkamülə inanmayanların sayı 92%-dir. 2 fevral 2009-cu il tarixli Guardian qəzetinin xəbərinə əsasən, İngiltərədə keçirilən bir anket ingilislərin ancaq 25%-nin Darvinin təkamül nəzəriyyəsinə inandıqlarını göstərir. Fransız Nouvel Observateur və Science et Avenir ortaq internet saytında 06.07.2009-cu il tarixində dərc edilən xəbərə əsasən, fransız təhsil müəssisələrində təkamül nəzəriyyəsinə inanan tələbələrin sayında xeyli azalma olduğu müəyyən edilmiş və sözügedən KİV bu halı Yaradılış Atlası'nın Fransadakı təsiri ilə əlaqələndirmişdir. Darvinist professorlar darvinizmin aldığı bu böyük yaranı olduqca "ciddi", "kədərli", Darvinizm adına "biabırçılıq" kimi dəyərləndirmişdir.186
İsveçli embrioloq Soren Lovtrup darvinizm yalanının bu gün düşdüyü vəziyyət ilə bağlı belə şərh verir:
Düşünürəm ki, heç kim elmin bütün sahələrinin saxta bir nəzəriyyədən asılı olmasının böyük səhv olduğunu inkar etməyəcək. Amma biologiyada baş verən vəziyyət budur: uzun zamandan bəri insanlar təkamül problemləri ilə “Darvin” lüğətinə xas şəkildə müzakirə edirlər – “adaptasiya”, “seleksiya təzyiqi”, “təbii seleksiya” və s. – bunu edərək təbii hadisələrin açıqlanmasına kömək edəcəklərinə inanırlar. Amma bunu bacarmırlar...
İnanıram ki, bir gün Darvin mifi elm tarixinin ən böyük yalanı kimi yerini alacaqdır.187
İnananlar sürətlə artır< | |
1. "Təkamül nəzəriyyəsi ilə birlikdə yaradıcılıq və şüurlu dizayn kimi mövzular da ictimai məktəblərdə tədris edilməlidirmi?" sualına insanların 93%-i: "Bəli" dedi. 2. Fransız Science Actualités saytı Fransada Yaradılış atlasının paylanmasından sonra meydana gələn böyük təsirin ardından xalqa açıq anket təşkil etmişdir. Bu anketin nəticələrinə görə, Fransada darvinizmin yerlə yeksan olduğu aydın olmuşdur. "Təkamül mövzusunda düşüncələriniz" başlıqlı anket nəticələrinə görə, xalqın 92 %-inin təkamülə inanmadığı ortaya çıxmışdır. 3.Danimarkanın yüksək tirajlı gündəlik nəşrlərindən Ekstra Bladet qəzetinin internet saytında yer verdiyi anket nəticələrinə görə, "Danimarkalılar artıq təkamülə inanmır". Anketdəki "İnsanların meymundan əmələ gəldiyini düşünürsünüzmü?" sualına, Danimarka xalqının 88%'i "Xeyr" cavabını vermişdir. 4. Almaniyanın ən əhəmiyyətli nəşrlərindən Die Welt qəzetinin internet saytında yaradılış mövzulu bir anket təşkil edildi. Anketdə soruşulan: "Sizə görə həyat necə meydana gəldi?" sualına iştirakçıların 86%-i: "Allah yaratdı" şəklində cavab verdi. 5. İsveçrənin məşhur oxunan qəzetlərindən Blickin internet saytında təşkil edilən anketdə yaradılışa inananların nisbəti 85% olmuşdur. 6. Almaniyanın ən böyük qəzetlərindən Süddeutsche Zeitungun internet saytında təkamülün reallaşıb həyata keçmədiyi ilə əlaqədar təşkil edilən anketə görə, insanın bir yaradıcının əsəri olduğuna inananların nisbəti 87% olmuşdur. 7. İngiltərənin London şəhərində nəşr olunan The Evening Standard qəzetinin internet saytı: "Yaradıcılıq məktəblərdə tədris olunmalıdırmı?" sualı ilə bir anket təşkil etdi. Oktyabr, 2008-ci il tarixli bu anket nəticələrinə görə, ingilis xalqının 73%-i bu suala: "Bəli" cavabını verdi. |
Hal-hazırda darvinizmin elm tarixinin ən böyük yalanı olması həqiqəti çox sürətlə bütün dünyaya yayılır. Yaradılış həqiqətinə qarşı Avropa Şurası kimi rəsmi qurumlar tərəfindən olan maneələr darvinistlərin bu barədə güclü təşvişini göstərir. Tarixən heç vaxt dövlətləri təmsil edən bir parlamentin bir yalana dayaq olması və bir saxtakarlığı dəstəkləmək üçün rəsmi qərar verməsi görünməmişdir. Darvinist təşvişin darvinizmin tərəfdarlarını XXI əsrdə saldığı vəziyyət budur. Darvinistlər təzyiq edici hökumət qərarlarının, təkamülü dərslərə məcburən daxil etməyin, qərəzli mühakimə edərək yaradılış həqiqətini tələbələrdən qəsdən gizlətməyə çalışmağın, birtərəfli inadın bu yalanı yaşadacağını zənn edirlər. Lakin dünyadakı milyardlarla insanın darvinizm yalanına qarşı səmimi fikirləri təzyiq və zorla tətbiq edilən metodlardan və bundan əldə edilən nəticədən üstündür.
Heç bir darvinist qoyduğu qadağanedici qanun ilə insanların fikrən inandığı qəti qərarı dəyişdirə bilməz. Heç bir darvinist saysız-hesabsız dəlil ilə təkzib edilmiş bir nəzəriyyəyə güc tətbiq edərək, daima israr edərək insanları inandıra bilməz. Bu, mümkün deyil. Darvinist oyun artıq sona çatmışdır. İnsanlar bu gün XXI əsrdə həqiqətləri istədikləri kimi, istədikləri mənbələrdən əldə edə bilirlər. Ona görə, qadağa, mane olma və təzyiq darvinistlərə heç vaxt istədikləri nəticəni verməyəcək, darvinist yalana qarşı fikri etiraz getdikcə artaraq davam edəcəkdir.
Aləmlərin Rəbbi olan Allah bütün varlıqların hakimidir. Dəccalın oyunları bu həqiqəti insanlardan gizlədə bilməyəcək. Allah bir ayəsində belə buyurur:
Onlar Allah`ın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)
Bu həqiqət heç vaxt unudulmamalıdır: bir əsr yarımdır ki, insanları aldadan darvinizm fitnəsinin mənbəyi olan dəccal Allah`ın nəzarətində olan bir varlıqdır. Dəccaliyyətin, yəni masonluğun fitnəsi səmimi iman gətirənlər istisna olmaqla, demək olar ki, bütün insanları əhatə edən böyük fitnədir. Lakin masonların tələsi nə qədər böyük olsa da, yadda saxlamaq lazımdır ki, qurulan bütün tələlərə ən gözəl şəkildə əvəz verən uca Allah`dır. Allah insanları sınamaq, səmimi müsəlmanları üzə çıxarmaq, onları tərbiyə etmək və daha bir çox hikmət üçün şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısilə, dəccaliyyəti də qədər içində var etmişdir və dəccaliyyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Ona görə, inkar edənlərin tələləri Allah`ın izni ilə heç vaxt uğurla nəticələnməyəcəkdir. Allah bir ayəsində bu sirri belə xəbər verir:
Hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allah qatında onlara qarşı hazırlanmış tələ vardır. (İbrahim surəsi, 46)
Tarix boyu inkar edənlər və insanları inkara sürükləmək istəyənlər müxtəlif tələlər qurublar. Ancaq qurulan bütün tələlər Allah`ın adətullahına müvafiq olaraq pozulmuş və özləri bu tələyə düşüblər. Bu, Allah`ın bir qanunudur. Rəbbimiz ayələrində belə bildirir:
... Onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı. (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allah`ın adəti üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allah`ın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir surəsi, 42-43)
Eyni son dəccali sistem olan masonluğun qurduğu tələlər və onun fikir sisteminə də aiddir. Darvinizm insanları Allah`ın yolundan uzaqlaşdırmaq üçün masonlar tərəfindən qurulmuş xüsusi tələdir. Ancaq qurulan tələlər nə qədər böyük, planlar nə qədər hərtərəfli və təsirli olsa da, hamısı Allah`ın nəzarəti altındadır. Dəccal da, onun hiyləsi də ancaq Allah`ın istəyi ilə mövcuddur. "Allah istəməsə, siz istəyə bilməzsiniz" (İnsan surəsi, 30) ayəsində də buyurulduğu kimi, Allah istəməsə, heç kim bir şey istəyə bilməz. Hər hansı bir tələ qurmağa da, bu tələni həyata keçirməyə də, şübhəsiz, heç kimin gücü çatmaz.
Darvinizm hal-hazırda bu vəziyyətdədir. Dəccalın qurduğu bu tələ Allah`ın vədinə müvafiq olaraq pozulmuşdur. Darvinistlər hazırladıqları çirkin planın əvvəldən pozulmuş şəkildə yaradıldığını bilmədiklərinə görə, təbliğatlarının təsirli olduğunu gördükdə boş yerə sevinmiş və uğur əldə edəcəklərini zənn etmişdilər. Allah`ın onları mütləq məhv edəcəyini, bütün dünyaya hökm edərkən bir anda lağlağı mövzusu olacaqlarını heç təxmin də etməmişdilər. Allah`ın yaratdığı qanunun – haqq olanın mütləq qalib gələcəyini başa düşmürlər. Tələlər uğursuzluqla nəticələndikcə yeni tələlərin ardınca qaçır, lakin bunların da pozulmuş şəkildə yaradıldığını dərk etmirlər. Əslində isə dəccalın bütün batil sistemi mütləq məğlubiyyətə uğrayacaq və uğrayır.
Allah inkar edənlərin qurduğu tələlərin özlərinə geri qayıdacağını Quranda belə bildirmişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)
Bu gün darvinizmin müdafiəçisi olmaq biabırçılıqdır. Darvinist KİV-in yeni saxta xəbərləri daima gündəmə gətirmə səyləri, darvinistlərin çarəsizliklə konfrans verən adam axtarmaları, əllərində ara fosil olmadığına görə, ancaq xəyali rəsmlərdən ibarət karton afişalarla təkamül sərgiləri keçirməyə çalışmaları, darvinist elm adamlarının yaşayan fosil sərgilərinə və ya Yaradılış Atlası'na qarşı etirazları əbəsdir. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyətinə uğramışdır. Allah`ın istəyi ilə bu tələ pozulmuşdur. Allah haqqı haqq olaraq möhkəmləndirib bütün yer üzünə hakim edəcəkdir. Allah bir ayəsində belə buyurur:
...Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir. (Şura surəsi, 24)
Şeytanın hiyləsi zəifdir, dəccali sistem məğlubiyyətə uğramışdır. Quran əxlaqının gətirdiyi sevgi və dostluq bütün dünyaya hakim olmaqdadır. |
Darvinizmin yalan olmasının açıq şəkildə deyilməsi, təkamül nəzəriyyəsini təkzib edən dəlillərin bir-bir bütün detalları ilə aşkara çıxarılması, şübhəsiz, 150 illik tarixi boyu təkamül nəzəriyyəsinin heç üzləşmədiyi bir hadisə idi. İnsanların böyük əksəriyyəti inanclarına zidd olmasına və saxta din olmasını başa düşdüklərinə baxmayaraq, darvinizmə qarşı daim susur, bu batil sistemi məcburən qəbul edirdilər. Tədris işçiləri ağıla, məntiqə, elmi dəlillərə və inanclarına zidd olmasına baxmayaraq, tələbələrinə təkamülü öyrətməyə məcbur idilər. Çünki bu insanlara güclü çəkindirmə siyasəti tətbiq edilirdi. Darvinizm ancaq təzyiq, şiddət və zorakılıqla yaşadılırdı.
Ancaq artıq vəziyyət dəyişmişdir. Darvinizmin əsassızlığı qəti və inkaredilməz elmi dəlillərlə ortaya qoyulmuşdur. Darvinizmin böyük yalan olması, illərlə insanları aldatması, saxtakarlıqlarla yaşadılmağa çalışılması açıq və qəti şəkildə sübut edilmişdir. Möhtəşəm əsər olan Yaradılış Atlası , elm adamlarının, universitet professorlarının, ölkə başçılarının evlərinə daxil olmuş, tələbələr də daxil olmaqla, mövzu ilə maraqlanan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişdir. Bu vəziyyət darvinistlər tərəfindən təəccüblə, dəhşətlə, qorxu və təşvişlə qarşılanmış, təkamül tərəfdarları Yaradılış Atlası-nın oxunmasına mane olmağa çalışmış, lakin buna nail ola bilməmişlər. Nəzəriyyələrinin böyük müəmma ilə qarşı-qarşıya olduğunu özləri də açıq şəkildə görməyə başlamışdırlar.
Bu həqiqətlər qarşısında darvinistlər cəbhəsində artıq böyük səssizlik hakimdir. Bəzi qatı darvinistlər isə təkamülü məhv edən çoxlu sayda elmi dəlilin təqdim edilməsini və insanların maraqlanıb həqiqəti gördüklərindən sonra darvinizmin məhvini başa düşdüklərinə baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi "heç nə olmadı ki" məntiqinə əl atmışdırlar. "Nə olursa olsun, mən yenə də darvinizmə inanıram və onu müdafiə etməyə davam edəcəyəm"deyərək bu vəziyyətin təsirini hiss etdirməməyə çalışırlar. Lakin bu da heç bir nəticə verməyəcək başqa bir darvinist oyundur.
Allah'ın, "...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! " (Nisa Surəsi, 76) ayəsində bildirdiyi kimi, dəccalın quruluşu olan darvinizm çox tez çökən sistemdir. Belə ki, zülalların təsadüfən əmələ gəlməyəcəyinin, ara fosil olmadığının sübut edilməsi ilə məhv olur. Bir darvinist bu məlumatdan sonra artıq bir daha darvinist ola bilməz. Ancaq məntiqsiz inadkarlıqla: "Mən inanıram və inanmaqda davam edəcəyəm" deyə bilər. Amma bu da həqiqi düşüncəsi deyil. Darvinizmə inanması artıq mümkün deyil. Ağzına sürtülən istiotun ağzını heç yandırmadığını iddia edən inadkar uşaq kimi hal-hazırkı darvinizm tərəfdarlarının bəziləri də eyni inadkarlığı davam etdirirlər. Lakin, şübhəsiz, bir uşağın ağzının yanmadığını iddia etməsi vacib deyil. Nəticədə, nə qədər inkar etsə də, ağzına sürtülən istiotun acısını hiss etmişdir. Ona görə, darvinizmin əsassızlığını sübut edən saysız-hesabsız elmi dəlildən sonra hal-hazırda dünyada darvinizmin yalan olduğunu bilməyən bircə darvinist də yoxdur.
Artıq darvinistlər təkamül nəzəriyyəsini qorumaq üçün insanları aldatmağın heç bir fayda vermədiyini bilirlər. Artıq 150 ildir fantastik ssenarilərlə və müxtəlif saxtakarlıqlarla süni uydurduqları və zorla yaşatmağa çalışdıqları darvinizm sona çatmışdır. Bu təfəkkürün məhsulu olan hekayənin gerçək olmadığını bir daha öyrəndikdə bir darvinistin artıq bu batil inancı davam etdirməsi mümkün deyil. Darvinistlər bu qədər müddət ərzində ancaq xilaskar gözləmişdirlər. Bir anda bunun heç vaxt olmayacağını gözləri ilə görmüş, buna fikrən inanmış vəziyyətdədirlər. Notre Dame Universitetindən fəlsəfə professoru Peter Van İnvogenin bu sözləri diqqətə layiq həqiqətə işarə edir:
Əgər darvinistlər elmi həqiqətlərlə dolu bir kitabı əhəmiyyət vermədən, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılasalar, bu vəziyyət bu gün darvinizmin elmi nəzəriyyədən daha çox bir ideologiya olmasına dair yayılan şübhələr üçün mühüm dəlil olacaqdır.188
Yağ dənəcikləri suya düşərək zülala çevrilib canlı həyat meydana gətirə bilməzlər... |
Darvinistlər nə qədər: "Heç nə olmadı ki" desələr də, etirazlardan, görülən tədbirlərdən, baş verən böyük təşvişdən bu məğlubiyyətin böyük şok təsiri verdiyi açıq başa düşülür. Əlbəttə, illərlə darvinizm yalanına inanmış və ahıl yaşına qədər aldadılmağı qəbul etmək istəmirlər. Buna görə, bütün bunlardan ilk qaçış yolu darvinizm əleyhinə dəlillərə qarşı "inanmıram" iddiası ilə ortaya çıxmaqdır. Amma, əslində, bu şəxs ortaya qoyulan dəlillərin doğru olduğuna 100% inanmışdır. Altı ay sonra soruşduqda qəzəbi bir az soyuyacaq, cavabları fərqli olacaqdır. Çox güman ki: "Darvinizm ola da bilər, olmaya da bilər" deyəcək. Qaçış yolları tapmağa çalışacaq, "yeni dəlillər sonradan üzə çıxa bilər" kimi orta mövqeli məntiq irəli sürəcəkdir. Lakin bu batil ideologiyanın dəlilsiz yalan olduğunu çox yaxşı bilir. Amma dərhal qəbul etmək ona çətin gəlir. Əslində isə darvinizm bu şəxs üçün tamamilə məhv olmuşdur.
Bir zaman yağ dənəciklərinin suya düşərək zülala çevrilməsi fikrini müdafiə etmək özünə də ağılsız və inanılmaz gələcək. Bircə dənə də ara fosilin olmaması həqiqətini necə başa düşmədiyini heyrətlə qarşılayacaq, öz vəziyyətinə təəccüblənəcək, bəlkə də 50 il boyu belə bir cəfəngiyatı müdafiə etdiyinə heyrətlənəcəkdir. Darvinizm sehrinə düşdüyünə, bir yalana dəstək olduğuna görə utanacaqdır. Bu gün dövrümüzün ən coşqun darvinistləri belə bu əhvaldadırlar. Müxtəlif ifadələrindən bu başa düşülür, şübhəyə düşdükləri açıq-aydın görünür, bəzən bunu açıq şəkildə etiraf edirlər. Lakin səhv olan inancdan dönmək, doğru olanı qəbul etmək heç vaxt gec deyil. Xətadan qayıdıb doğruları qəbul etmək ləyaqətdir. Elmi dəlilləri gördükdən sonra ediləcək ən doğru şey darvinizmin böyük cəfəngiyat olduğunu açıq şəkildə qəbul etməkdir.
Darvinistlərin inkar üslublarının ardındakı gizlədə bilmədikləri etiraf müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən belə ifadə edilir:
Bioloq Uilyam Fiks:
Tədqiqatın ön planında olan elm adamları klassik darvinizmə ölümcül zərbə vurmuşdur. Bu xəbəri birbaşa insanlara çatdıra bilmirlər, buna ancaq mövzu ilə əlaqədar xüsusi məqalələrində və gizli tövsiyələrində gizlədirlər.189
Darvinist antropoloq Robert A. Martin:
1972-ci ildə Amerika Təbiət Tarixi Muzeyindən N.Eldric və Harvard Universitetindən S.C.Quld "sıçrayışlı təkamül" fikrini irəli sürən bir məqalə dərc etdirdilər. Təkamül yavaş, nizamlı və mərhələli şəkildə inkişaf edirdisə, bu təqdirdə, növlərarası bütün ara keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, əslində, mövcud olmamalarıdır.190
İlinois Universitetinin ekologiya fakültəsindən darvinist T. H. Frazzetta:
Hər keçən il təkamülün olduqca bəsit fikirləri məhvə doğru irəliləməkdə davam edir.191
Fransız darvinist Jan Pier Lehman:
Keçmişdəki klassik halı ilə darvinizm artıq xarabalığa çevrilmişdir.192
Elmi redaktor darvinist Qordon R. Taylor:
Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə əlaqələndirilən canlı quruluşlarının və mükəmməl uyğunluqda olan davranışların açıqlanması üçün təsadüflərin kifayət etmədiyini göstərir. İki amerikalı bioloqun qısa müddət əvvəl açıqladığı kimi: əsl tapmaca, daha doğrusu, təkamül mexanizminin nə olması probleminə heç bir həll yolu tapılmamışdır.
Qısaca desək, bir əsrdən daha uzun müddət boyu biologiya sahəsində hakim olan ehkam çökür.193
Fizika professoru darvinist H.S.Lipson:
Canlı varlıqların hər hansı xüsusiyyətinin əmələ gəlməsini açıqlama baxımından təkamül nəzəriyyəsindən həmişə bir az şübhələnmişəm (məsələn, zürafənin uzun boynu). Buna görə, keçən otuz ildən artıq bir zaman ərzində bioloji kəşflərin təkamül nəzəriyyəsinə uyğun olub-olmadığını anlamağa çalışdım. Lakin uyğun olduğunu düşünmürəm... Mənim fikrimcə, bu nəzəriyyə artıq məhv olmuşdur.194
Ekologiya və təkamül biologiyası üzrə professor darvinist E.O.Uiley:
(Norman) Makbet təkamülə yeni düşüncə tərzi ilə baxmağımızı və insanlara lazım gələrsə, özümüzə darvinizm və sintetik nəzəriyyə haqqında şübhələrimiz olduğunu, buna görə də mübahisəyə hazır olduğumuzu etiraf etməyimizi məsləhət görür. Məncə, bunlar mükəmməl məsləhətlərdir.195
Jurnalist Lari Uisam:
Bir çox elm adamından müsahibə aldım. Öz aralarında və ya etibar etdikləri jurnalist ilə danışdıqda "bu qədər mürəkkəb kompleksliyə malik" vəya "mmolekulyar biologiya böhran içində" kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər.196
Elə darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərlə ciddi cəhdlə müdafiə etdikləri nəzəriyyələrindən artıq şübhələnirlər. Darvinizmin dünya yalanı artıq sona çatmışdır.
Darvinizmin coşqun tərəfdarları bəlkə də indiyə qədər Allah inancına qarşı girdikləri bu müharibədə (Allah`ı tənzih edirik) məğlub olacaqlarını düşünmürdülər. Sahib olduqları mənbələr, təsir etdikləri kütlə, sehrlədikləri insanlar və bəzi dövlətlərin dəstəyi zahirən özlərini güclü görmələrinə səbəb olurdu. Təkamül nəzəriyyəsinin təhsil müəssisələrində tədris edilməsi, yeni yetişən gənclərin təkamül tədrisi ilə böyüyüb həyat boyu onun təsirində olmasını təmin edirdi. Dünyanın qabaqcıl qəzetləri, jurnalları, televiziya kanalları daima darvinizm təbliğatı aparır, həm də bir çox ölkədə səlahiyyətli nümayəndələr darvinizmə dəstək olurdular. Son vaxtlarda olduğu kimi, ölkələri təmsil edən Avropa Parlamenti kimi səlahiyyətli orqanlar asanlıqla darvinizm lehinə qərarlar qəbul edib onları rahatlıqla qüvvəyə mindirirdilər.
Darvinistlər gəncləri davamlı təkamül cəfəngiyatının təlqinləri ilə yetişdirir, darvinizmin cadusunu yox etmək istəmirlər. Avropa Birliyi kimi təşkilatların “Yaradılış atlası”nı məktəblərdə qadağan olunmasını istəməsindəki məqsəd də məhz bu darvinist cadunu yaşatmaq cəhdindən irəli gəlir. |
Lakin artıq bu metodlar darvinistlərə fayda vermir.
Dövrümüzün keçmişdən fərqi bu idi ki, darvinistlər beynəlxalq konfranslarda verilən bu qərarların keçmişdə insanlara təsir etməsi və darvinizm sehrinə düşmüş insanları daha artıq darvinizmə yaxınlaşdırmaq məqsədinə çatmışdılar. Lakin hal-hazırda Avropa Şurasının iclasında Yaradılış Atlası kürsüdə havaya qaldırılaraq bu kitaba qarşı necə mübarizə aparılması müzakirə edilmiş və darvinizmin məğlubiyyətindən doğan qəzəb açıq şəkildə hiss edilmişdir.
Bütün bunlar, şübhəsiz ki, məğlubiyyətin göstəricisidir. Bunlar darvinizmə qarşı aparılan elmi və ağıllı elmi mübarizənin təsirli olduğunu göstərir. Təkamülçü professor Ümit Sayın Science jurnalına verdiyi müsahibədə Harun Yəhya əsərlərinin təsiri ilə düşdükləri vəziyyəti bu sözlərlə ifadə etmişdir:
Artıq yaradılışçılara qarşı bir müharibə yoxdur. Müharibədə onlar qələbə çaldılar. 1998-ci ildə Türkiyə Elmlər Akademiyasından altı professoru yaradılışçılara qarşı danışmaları üçün motivasiya etmişdim. Artıq bu gün bircə nəfəri belə motivasiya etmək mümkün deyil.197
Əlbəttə, heç kim doğru olmadığını bilə-bilə, ifşa olduğunu görə-görə darvinizm yalanını konfrans salonlarında izah etməyə girişməyəcəkdir. Çünki darvinistlərin yaradılış həqiqətinə qarşı gətirəcəkləri bircə dəlil və ya elmi izah yoxdur.
Darvinizm sehrinin təsirinin məhv olması, şübhəsiz, darvinizmi tam olaraq aradan qaldırmışdır. Çünki bu batil din dəccalın sehr sistemi ilə davam etdirilməyə çalışılır. Dəccalın sehri məhv olduqda isə nəzəriyyənin elmi əsası olmadığına görə, artıq nəzəriyyəni yaşadacaq heç bir ünsür qalmamışdır. Dəccali sistem olan masonluğun darvinizmi yaşatmaq üçün istifadə edəcəyi heç bir metod artıq işə yaramayacaqdır. Keçən əsrlərdə insanların ciddi cəhdlə müdafiə etdikləri dünyanın nəhəng tısbağanın belində dayanması hekayələri hal-hazırda bizə nə qədər məntiqsiz gəlirsə, darvinizm də gələcək nəsillər üçün eyni şəkildə komediya ünsürü olacaqdır. İnsanlar Nobel mükafatı almış professorların, universitet müəllimlərinin, elm adamlarının belə bir komediyaya necə inandıqlarını və belə bir cəfəngiyatın ardınca necə sürükləndiklərini anlamayacaqlar. XX əsr bütün darvinist elmi kütlələr üçün rüsvayçılıq əsri kimi xatırlanacaqdır.
Rəbbimiz dünya həyatının sonunun yaxınlaşdığı axırzaman adlandırılan dövrdə bütün çətinliklərin, müharibələrin, terror, degenerasiya və qorxuların hökm sürdüyü bir zamanda dünyaya mübarək bir şəxsi göndərəcək və onun səbəbi ilə hər cür zülmü və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs hz. Mehdidir (ə.s). Hz. Mehdinin (ə.s) zühurunun ardınca hz. İsa (ə.s) yenidən yer üzünə gələcək və hz. Mehdi (ə.s) ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcəkdir.
Hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) çıxmasından əvvəl dünyanın böyük hərc-mərclik içində olacağı və dünyaya dinsizliyi, əxlaqi degenerasiyanı, zülmü, haqsızlığı və qan tökməni yayan dəccaliyyətin üzə çıxacağı bildirilmişdir. Allah adətullahına uyğun olaraq zidd düşüncələri birlikdə yaradır. Allah hz. Musanı yaratdıqda onun ziddi olan fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah ona qarşı çıxan Nəmrudu da yaratmışdır. Allah axırzaman dediyimiz və rəvayətlərə əsasən, yaşadığımız bu dövrdə isə masonların idarə etdiyi dəccaliyyəti və dəccaliyyətin mühüm oyunlarından biri olan darvinizmi yaratmışdır. Axırzamanda hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) insanları gözəl əxlaqa, imana, hüzura və əmin-amanlığa dəvət etməsinin qarşısında qarışıqlığı və qarşıdurmanı müdafiə edən, zülmkarlığı və eqoistliyi təlqin edən, insanları məhvə və həlaka sürükləyən dəccaliyyət, yəni masonluq bu məqsədlə darvinizmdən istifadə edir.
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Emirdağ Lahikası'nda hz. Mehdinin (ə.s) darvinizm və materializmə qarşı qələbə çalması ilə insanların imanına səbəb olacağını belə xəbər vermişdir:
Çox dəfə məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimizin (s.ə.v) soyundan gələn hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. ...Birincisi: fənn və fəlsəfənin təsiri ilə maddiyyun və tabiyyun (materializm və darvinizm inancını) bəşər (bəşəriyyət) içində intisar etməsi ilə (yayılması ilə) hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (materialist düşüncə tərzini) tam susduracaq tərzdə imanı xilas etməkdir"198
Ona görə, hz. Mehdinin (ə.s) əsl vəzifələrindən biri materialist və darvinist fəlsəfəni fikrən tam mənada aradan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların axırzamanda kütlələrə yaydığı bu batil din, Allah`ın izni ilə, hz. Mehdi (ə.s) tərəfindən elm yolu ilə yox ediləcəkdir.
Yalanla bütün dünyanı aldatmağı bacarmaları, darvinist diktatorluğun bütün dünyada saxta hegemonluq qurması darvinistləri yanıldır. Darvinistlər bu saxta uğurun Allah`ın yaratdığı imtahanın bir sirri olduğunu başa düşmədiklərinə görə, bunu həqiqi uğur zənn edərək məhv olmayacaqlarını düşünürlər. Lakin belə saxta uğurlar həqiqi və doğru olanın üzə çıxıb üstün gəlməsi üçün baş verir. Nəticədə isə mütləq Allah`ın istədiyi, Allah`ı ucaldan düşüncə qalib olub üstün gəlir.
Hal-hazırda darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük məhvə doğru gedir. Çünki bu, darvinizmin qədəridir. Darvin Allah istədiyi üçün darvinizmi irəli sürmüşdür. Darvinizm Allah istədiyi üçün dünyaya hakim olmuşdur və indi bu batil inanc Allah istədiyi və Allah`ın qədərdə təqdir etdiyi vaxt çatdığı üçün köklü və böyük məğlubiyyətə uğrayır. İnsanlar Allah`ın müəyyən etdiyi qədər daxilində darvinizm fitnəsinə tabe olmuşdular. İndi də yenə Allah`ın müəyyən etdiyi qədər daxilində hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) tabe olacaqlar və bütün dünya hz. Mehdinin (ə.s) darvinizmi, materializmi, qısaca desək, bütün dəccali sistemləri aradan qaldırıb fikrən yox etməsi ilə bu batil fitnədən xilas olaraq rahatlığa qovuşacaqlar.
Bütün dəccali sistemlər məhvə və məğlubiyyətə məhkum şəkildə yaradılmışdır. Darvinizm də belədir və Allah`ın istəyi ilə böyük məğlubiyyət və məhv içindədir. Tarixin ən böyük kütləvi yalanı olan darvinizm tarixin ən böyük məğlubiyyətini yaşayır. Darvinizm tarixi gələcək nəsillərin təəccüblə xatırladığı rüsvayçılıq dövrü kimi yad ediləcəkdir.
Allah bütün varlıqları öz nəzarəti və iradəsi altında saxlayır. Başqa batil bir din qurub bu yolda səy göstərdiklərini zənn edən darvinistlər, əslində, istəyib-istəməsələr də, Allah`ın hökmünə boyun əymiş şəkildə yaşayırlar. Allah bir ayəsində belə bildirmişdir:
Necə ola bilər ki, onlar Allah`ın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)
Dəccalın oyununa düşən darvinistlər də daxil olmaqla, bütün varlıqlar mütləq bir gün Allah`ın hüzurunda toplanacaqlar. Rəbbimizin qatında mühakimə olunacaq və etdiklərinə, düşündüklərinə görə sorğu-sual ediləcəklər. Hesab günü qəti həqiqətdir. Elə buna görə, masonların təsiri altına düşmüş bütün darvinistlərin həqiqətləri açıq şəkildə gördükləri bu günlərdə inadkar və qürurlu təkidlərdən əl çəkib, vicdanlarını dinləmələri və doğru yola üstünlük vermələri onları xilas edəcək mühüm yoldur. Allah`ın hökmü haqdır, mütləq həyata keçəcək və qurulmuş heç bir nizam Allah istəməsə, önə çıxmayacaqdır. Darvinizm yalanına bağlı olmaqda israr edən, bu yalanın arxasınca qaçmaqda və insanları aldatmaqda davam edən hər insan bu həqiqəti heç vaxt unutmamalıdır.
Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə, Allah onu ən böyük əzaba düçar edər! Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! (Ğaşiyə surəsi, 21-26)
185. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 252
186. http://tempsreel.nouvelobs.com/actualites/sciences/vivant/20090703.OBS2955/les_etudiants_et_la_connaissance_de_levolution_les_reac.html
187. S. Lovtrup, Darwinism: The Refutation of a Myth, Londra, Croom Helmm, 1987, s. 422 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 253
188. Michael J.Behe, Darwin's Black Box: The Biochemical Challenge to Evolution, Free Press, arka kapak
189. William Fix, The Bone Peddlers, New York, Mcmillan, 1984, s. 179-180 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 219
190. Robert A. Martin, Missing Links, Jones and Barlett Publishers, UK, 2004, s. 55
191. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 11
192. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 11
193. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 15
194. H. S. Lipson, "A Physicist Looks at Evolution", Physics Bulletin, vol. 31, 1980, s. 138 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 220
195. E. O. Wiley, "Review of Darwin Retried by by MacBeth", Systematic Zoology, vol. 24, 1975, s. 270 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 225
196. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
197. Robert Koeing, Creationism Takes Root Where Europe, Asia Meet, Science, 18 Mayıs 2001, Vol. 292. no. 5520, s. 1286 - 1287