Darvinistlər meymun-insan bənzərliyindən istifadə edərək insanları aldatmağa çalışırlar. Halbuki, insanı insan edən sahib olduğu ruhdur. |
Yuxarıdakı sətirlərdə darvinizmin olduqca bəsit məntiqə əsaslandığını və həyatı öz ağlına görə səthi və primitiv açıqlama meylində olması məsələsinə toxunmuşduq. Darvinistlərin istifadə etdikləri ən mühüm təbliğat vasitələrindən biri meymunlardır. Meymun müxtəlif anatomik xüsusiyyətlərinə görə, həqiqətən də insana bənzər şəkildə yaradılmış bir varlıqdır. Elə darvinistləri ən çox aldadan və darvinistlərin də insanları ən çox aldatmasına səbəb olan ünsür bu bənzərliklərdir.
Darvinistlər meymun-insan bənzərliyindən istifadə etmək üçün bir meymunu ön plana çəkir və onun müxtəlif davranışlarını, alətdən istifadə etməsini, öyrənmə qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayan göstəriş edirlər. Məqsəd oxucularda insanın meymun soyundan gəldiyinə dair məşhur darvinist yalanın doğru göstərən fikir yaratmaqdır. Bəzi insanlar bu təlqini qəbul etdikdən sonra zooparka getdikdə və ya meymunlarla bağlı sənədli filmə baxdıqda həmin fikrə düşürlər. Belə ki, darvinist yalandan çox təsirləndiklərinə görə, gördükləri canlının "bir az inkişaf etdikdə, tüklərdən təmizlənib yaxşı qidalandıqda" asanlıqla insana çevriləcəyinə dair bəsit məntiqlə düşünməyə başlayırlar. Bir neçə fiziki bənzərlik darvinist təlqinin təsirli olmasına zəmin yaradır. İnsana bənzər bəzi ibtidai davranış formalarını öyrənmiş meymunlarla bağlı proqramlar dəfələrlə darvinist televiziya və internet saytlarında yayımlanaraq ön plana çəkilir. Bir meymunun öyrədildikdə nələr edə bildiyini görən və darvinizm haqqında çox məlumatı olmayan bəzi tamaşaçılar gördüklərindən aldıqları darvinist təlqinlə tamamilə səhv düşüncə tərzinə malik olurlar. Meymunun göstərdiyi ağıllı davranışlar bu canlıların insanların qədim əcdadları olduğuna dair aparılan təbliğatı gücləndirmək üçün dəfələrlə göstərilir.
Lakin bu, başqa bir darvinist yalandır.
Meymunların müxtəlif xüsusiyyətlərinə görə insana bənzərlik təşkil etdiyi doğrudur. Amma bu hal insanla meymunun tamamilə fərqli canlılar olması həqiqətini dəyişdirmir. Meymun Allah`ın izni ilə bu dünyada mövcud olduğu müddət ərzində meymundan fərqli bir canlı olmayacaq, nə qədər təlimləndirilsə də, insan kimi düşünmə, qavrama, şərh etmə, qabaqcadan düşünmə, ağıllı davranma, mühakimə yürütmə, planlı və şüurlu hərəkət etmə, nitq kimi xüsusiyyətlərə malik olmayacaqdır. Nə qədər hərəkətləri təqlid edib yamsılasa da, bir meymun heç vaxt təyyarə dizayn edə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yazmayacaq, laboratoriyalarda insan üzərində tədqiqat apara bilməyəcəkdir. Çünki meymun Allah`ın ona xüsusi olaraq verdiyi anatomik xüsusiyyətlərə malik olan, nitq qabiliyyəti və ən vacibi insanı insan edən şüur, ağıl və ruhdan məhrum olan varlıqdır. Onun sadəcə bir neçə şeydə bacarıqlı olması insanın əcdadı olması iddiasına dəlil deyil.
Meymunlar milyonlarla il keçsə də, əsla sənət əsəri meydana gətirə bilməz, bəstəkarlıq edə bilməzlər. Çünki bu canlılar ruh sahibi deyildirlər. |
Darvinistlər bu iddiaları ortaya atarkən insan və heyvan arasındakı ən mühüm fərqi unutdurmağa çalışırlar. İnsan: "Mənəm" deyən, öz varlığından agah olan, nə üçün yaradıldığını, nə üçün mövcud olduğunu düşünən, mühakimə yürütmə qabiliyyətinə malik canlıdır. İnsan, bu səbəbdən, digər canlıların hamısından qeyri-adi dərəcədə fərqlənir. Anatomik xüsusiyyətlər və bacarıqlar bununla müqayisədə çox kiçik ayırd edici ünsürdür. "Mənəm" deyən, varlığından agah olan şüurlu varlıq heç bir materialist açıqlama ilə açıqlana bilməz. Heç bir materialist açıqlama öz varlığının şüurunda olmayan, şüuru qapalı bir canlının ruhu olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi hekayəsini izah edə bilməz. Darvinistlər bu elmdən kənar açıqlamaya dair istədikləri qədər saxta fosil dəlillər göstərməyə çalışsalar da (göstərilən bütün fosillərin saxta olduğu üzə çıxmışdır), insandakı şüurun və ruhun varlığını əsla izah edə bilməyəcəklər. Elə insanın saxta təkamülündən bəhs edərkən və bu mövzuda saysız-hesabsız kəllə sümüyünü dəlil kimi göstərməyə çalışarkən darvinistlərin yeganə toxunmaq istəmədikləri və onları tam mənada çarəsiz edən mövzu budur.
Bütün bunlarla bərabər darvinistlərin ən böyük dəlil hesab etdikləri bacarıq baxımından meymundan daha ağıllı xüsusiyyətlər nümayiş etdirən canlılar var. Qarğa, arı, qunduz, termit kimi canlılar bəzən meymunlardan daha ağıllı və bacarıq tələb edən davranışlar göstərirlər. Ona görə də qabiliyyət və bacarığa əsaslanan bənzərlik iddiası tamamilə yalandır.
Hər şeydən əvvəl darvinistlər insanı insan edən, gördüklərindən, eşitdiklərindən təsirlənməsini, onların üzərində düşünməsini, ağıllı hərəkət etməsini, hörmət, sevgi, vəfa kimi anlayışlara malik olmasını, mühakimə yürütməsini təmin edən "ruh"u izah etməlidirlər. Maddənin mütləq varlığına inanan, insan şüurunu sadəcə neyron yığını kimi görən bu təfəkkür ruhun varlığı həqiqəti qarşısında susur. Darvinistlər uzun müddətdən bəri şüurun mənşəyi və xəyali təkamülü haqqında araşdırmalar aparır, daha yaxşı ifadə ilə, bu mövzuda təbliğat metodları hazırlamağa çalışırlar. Lakin maddi varlığı olmayan bir anlayışı maddə ilə izah etmələri, hətta buna alternativ şərh vermələri qeyri-mümkün olduğuna görə, bu mövzu haqqında heç bir iddiaları yoxdur. Çünki şüurun mənşəyi, yəni insanı insan edən ruh Allah`a aiddir. Allah Özündən bir lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan xüsusilə bu cəhəti ilə fərqləndirmişdir. Darvinist yalan bu məsələdə çarəsiz və səssizdir.
Darvinistlər sevgi, şəfqət, mərhəmət, dostluq və vəfanın əsl qaynağı olan ruhun varlığını açıqlaya bilməzlər. |
Allah Quranda insanı Öz ruhundan yaratdığını belə bildirir:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz Ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
Ağıllı Qarğa | |
Sakit okeanı adalarından Nyu-Kaledoniyada yaşayan corvus moneduloides növündən olan qarğalar alət düzəltməkdə şimpanzelərdən çox üstündür. 2003-cü ildə Nyu-Kaledoniya adasının qarğaları təbii mühitdə araşdıran tədqiqatçılar bu canlıların istifadə etdiyi alətlərin bilgisini fərdlərə və nəsillərə ötürməklə texnoloji irəliləyiş meydana gətirdikləri nəticəsinə gəlmişlər. Bu möcüzəvi davranışlara son nümunə Oksford Universitetinin laboratoriyasında tədqiqat aparılan Betti adlı bir qarğanın etdikləridir. | |
| |
Betty heç bir istiqamətləndirmə olmadan metal çubuğu məqsədə xidmət edəcək şəkildə əyib alət halına gətirmişdir. Qarğa dərin bir qabın dibində olan yeməyə dimdiyi ilə çata bilməyincə laboratoriyada öz tapdığı metal çubuğun ucunu əyib qarmaq halına gətirmişdir. Daha sonra metal çubuqdan istifadə edərək yeməyi asanlıqla çölə çıxarmışdır. Burada elm adamlarını heyrətə salan əhəmiyyətli bir nöqtə vardır. Betti daha əvvəl heç qarşılaşmadığı metalın uzunluğunun və elastikliyinin işə yaradığını anlaya bilmişdi. Elastik metalı tam məqsədə uyğun şəkildə əyməyi bacarmışdı. Bettinin bu müvəffəqiyyətinin təsadüf olub-olmadığını görmək istəyən elm adamları qarğanı testdən keçirdiklərində 10 sınaqdan 9-da eyni müvəffəqiyyəti görmüşlər. Elm adamları kiçik beyninə baxmayaraq, Bettinin şimpanzedən daha irəli zəka nümayiş etdirdiyini ifadə etmişlər. Darvinist ön mühakimələri müdafiə edən BBC mövzu ilə əlaqədar "Betty ən yaxın qohumlarımızı utandırdı" kimi şərh verdi. Betti "zəkalı" davranışları olan quşlardan yalnız biridir. Bu mövzuda elm dünyasında çoxsaylı tədqiqatlar aparılmışdır. (Ətraflı məlumat üçün baxın: Danışan quşlar möcüzəsi, Harun Yəhya)Bütün bunlar, şimpanzenin davranışları ilə əlaqədar təkamülçü iddiaların daha çox təbliğat məqsədilə müdafiə edildiyini ortaya qoyur. Bu açıq bir həqiqətdir ki, şimpanzelərin zəkasından bəhs edən və sonra da bunu insanla şimpanzelər arasında qohumluq olduğu iddiasına dayaq kimi göstərməyə çalışan hər bir şərh səhvdir. |
Darvinist KİV-in demək olar ki, hamısında görmüsünüz. İllər boyu Nebraska adamı ən mühüm təkamül dəlili kimi tanıdılmışdır. Bu xəyali varlığı tanıdan məqalələrin elə yan tərəfində çox tanış şəkil yerləşir. Bir az əyri yerişli bir meymun adam, arvadı, yaşadığı mühit, əlində ov silahı və s. Şəkil o qədər hərtərəflidir ki, sözügedən xəyali varlıq haqqında zehinlərdə kifayət qədər təsəvvür əmələ gəlmişdir. Çox araşdırma imkanı olmayan, mövzu haqqında məlumatsız oxuculara yönələn darvinist məqsəd əldə edilmişdir. Darvinist yalandan xəbərsiz olan oxucular ailəsi ilə birlikdə ibtidai şəraitdə yaşayan meymun adamın varlığına asanlıqla inanırlar.
Lakin bu həqiqətdən kənardır.
Nebraska adamı kimi insanlara tanıdılan bu xəyali varlıq bircə dişdən uydurulmuşdur. Daha əvvəl bu barədə təfərrüatlı danışdığımız kimi, bu diş də bir qabana aiddir. Yəni insanlara vizual təlqinlə verilən fikir qabanın azı dişindən uydurularaq meydana gətirilmişdir. Hər hansı yolla bu donuz dişindən xəyali Nebraska adamının ailəsinin şəkilləri ortaya çıxmışdır. Başqa sözlə, çox böyük hiylə qurulmuş, insanlara açıq-aşkar yalan deyilmişdir.
Bu təlqin metodu hələ də davam edir. Dənizdən quruya doğru hərəkət etməyə başlayan, üzgəcləri getdikcə qollara çevrilməyə başlayan balıq rəsmi tamamilə təxəyyül məhsulu olan rəsmdən ibarətdir. Darvinistlər heç bir dəlili olmayan belə bir keçid prosesinə insanları inandırmaq üçün yenə eyni metoddan istifadə ediblər. Bir saxtakarlığa yer verən elmi jurnal və ya elmi saytda sözügedən xəbərin yanında mövzu ilə heç bir əlaqəsi olmayan, getdikcə dikələn və insana çevrilən meymun rəsmini qoymaq mövzunun təkamüllə əlaqələndirilməsini təmin etməkdir. Hər hansı bir oxucu verilən bu xəbəri vizual effektlərlə təkamülün bir hissəsi, hətta dəlili kimi qavrayır. Çox vaxt sözügedən məqalədə yazılanları oxumur, amma buradakı təkamülə işarə edən rəsm hafizəsində qalır. Eyni şəxs klonlaşdırma və ya genom layihəsi xəbərlərinin yanına qoyulan və mövzu ilə tamamilə əlaqəsiz olan təkamül rəsmlərindən də eyni şəkildə təlqini alır. Genom layihəsindəki hər hansı elmi irəliləyiş ona təkamülün də sanki elmi cəhətdən sübut edilməsi təsəvvürünü verir.
Bu saxta vizual təlqin tipik darvinist təbliğat metodudur. Psixoloji təlqin metodlarının ən çox istifadə edilənlərindəndir. Lakin, əslində, bir kəllə sümüyü fosili üzərində həyata keçirilən rekonstruksiyalar sadəcə müxtəlif sənətkarların fərqli fantaziyalarını əks etdirən sənət nümunəsidir. Eynilə Nebraska adamı misalında olduğu kimi.
Şübhəsiz, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bunların təkamülə də heç bir aidiyyəti yoxdur. Elmi dəlil gətirmək yerinə saxta təlqin metodundan istifadə edilir, vəssalam.
C.Uels bu darvinist saxtakarlığa aşağıdakı kimi misal çəkir:
1972-ci ildə Keniyanın şimalında tapılan məşhur kəllə sümüyü fosili üst çənənin kəlləyə bitişdirilmə formasına görə müntəzəm olaraq görünüşünü dəyişdirirdi. Paleoantropoloq Alan Uolker, Maykl Dey və Riçard Likey "1470-ci il tarixli kəllə sümüyünün" iki hissəsini tədqiq edərkən Rocer Levin aparılan dəyişdirmə işlərinin sayını hesablayırdı. Levinə əsasən Uolker belə deyib: "Üst çənəni irəli doğru qaldıra bilər və ona uzun sifət yerləşdirə bilərsən və ya çənəni onun içinə salıb sifəti qısalda bilərsən... Bunlardan hansını edəcəyin, əslində, sənin fikirlərinə bağlıdır. İnsanların onunla nə etdiklərini görmək çox maraqlıdır." Levin Likeyin də hadisəni yenidən xatırlatdığını qeyd edir: "Bəli, onu bu şəkildə tutsan, belə görünər, bu şəkildə tutsan, başqa cür görünər."
Son vaxtlarda National Geographic jurnalı 1470-ci il tarixli kəllə sümüyü ilə eyni növə aid olduğu hesab edilən yeddi sümük fosili qəliblərindən dişi fiquru yenidən düzəltmək üçün dörd sənətkara tapşırıq verdi. Sənətkarlardan biri alnı olmayan, alt və üst çənəsi dimdikli dinozavra bənzəyən məxluq çəkdi. Digər sənətkar nisbətən yaxşı görünən, lakin qəribə tərzdə uzun qollara malik müasir afrikan-amerikalı qadın rəsmi çəkdi. Üçüncü sənətkar qorillaya bənzəyən qolları və Hollivud canavarına bənzəyən üzü olan sısqa dişli rəsmi çəkdi. Dördüncü sənətkar isə bədəni tüklərlə örtülü, ağaca dırmaşan və qorillaya bənzəyən qalın qaşlarının altından ətrafı nəzərdən keçirən muncuq gözlü fiqur çəkdi.
Bu təəccüblü rəsm yığını bircə fosil dəstinin müxtəlif yollarla necə yenidən formalaşdırıldığını açıq şəkildə göstərir. Bəzən meymun-insan zəncirinə əlavə ediləcək bir ara keçid forma axtarışı hansı rəsm daha uyğundursa, ona müraciət edir. 177
Klonlaşdırma əməliyyatının canlıların təkamül keçirməsi ilə heç bir əlaqəsi yoxdur. Klonlaşmada onsuz da Allah`ın yaratdığı bir canlıdan alınan mövcud DNT başqa bir genə köçürülür. Həmçinin bu əməliyyat yüksək texnologiya ilə təchiz edilmiş xüsusi laboratoriyalarda, nəzarət və müşahidə altında həyata keçirilir. |
Darvinistlərin asanlıqla bu saxtakarlığı etmələrindəki səbəb nəsli kəsilmiş canlı fosillərini götürərək onlara istədikləri formanı verib, istədikləri görünüşdə təqdim etmələrindəndir. Darvinistlər uydurduqları bu rekonstruksiyalardan o qədər tez-tez istifadə edirlər ki, cildlərlə təkamül kitabı sırf bu saxta rəsmlərdən ibarət ola bilər. Hətta bir təbiət tarixi muzeyinin eksponat baxımından malik olduğu yeganə şey bu rekonstruksiyalar ola bilər. İnsanlara illərlə bu saxta rəsmləri və maketləri göstərir, onların həqiqətən yaşadığına dair təlqin verməyə çalışırlar. Əlbəttə, bu muzeylərə gedən bir çox insan professorların və elm adamlarının nəzarəti altında olan, dövlətin dəstəyini almış belə bir tarix muzeyinin nümayiş etdirdiyi hər şeyin yalan və saxta olduğunu ağlına gətirməz. Hətta sırf bu səbəbdən, gördüklərindən təsirlənir, kəlləsi kiçik, çənəsi böyük, əyri yeriyən, bədəni tüklərlə örtülü bu xəyali canlının tarixən mütləq yaşadığına inanır. Oradakı bir çox insan göstərilən bu saxta heykəl və rəsmlərin, əslində, heç vaxt yaşamadığını, onların hamısının saxta olduğunu, bunu dəstəkləyən bircə fosilin belə tapılmadığını, hətta əksinə, fosillərin bu iddianı tamamilə təkzib etdiyini bilmir, heç bunu araşdırmır da. Qarşılaşdığı təlqin o qədər güclüdür və bunu dəstəkləyən elə qocaman şəxslər var ki, bunun doğruluğu ilə bağlı sorğu-sual etmək onlara məntiqsiz gəlir. Lakin bu yolla daima aldadılır, yalana ortaq edilirlər.
|
Təbiət tarixi muzeylərinə getdikdə elə bu fosillərdən daha çox saxta rəsmlər və ya xəyali maket varlıqlar insanlara nümayiş etdirilir. Darvinistlər fosilləri göstərə bilməzlər, çünki fosillərin hamısı mükəmməl canlılara aiddir. Fosillərin hamısı canlıların milyonlarla il əvvəl də tam və əskiksiz, mükəmməl olduğunu göstərir. Habelə, fosillər dövrümüzdəki canlıların milyonlarla il əvvəl də mövcud olduqlarını və əsla dəyişmədiklərini də göstərir. Elə bu hal paleontologiya muzeylərinin yeganə mənbəyi olmalı fosillərin kənarlaşdırılmasına səbəb olmuşdur. Fosillərin hamısı yaradılış gerçəyini sübut etdiyinə görə, darvinistlər 300 milyon fosili gizlətmiş, əsla nümayiş etdirməmiş və insanlara göstərməmişlər.
Darvinistlər müxtəlif elmi jurnallardan da vizual təlqin vasitəsi kimi istifadə edirlər. Darvinist jurnallar elmi dəlil təqdim edə bilmədikləri üçün təbliğata üstünlük verirlər. Təbliğatın ən mühüm ünsürü olan aldadıcı səhifə dizaynı, cilddə və səhifələrdə istifadə edilən rənglər, cildin dizaynı, seçilən fotoşəkillər və xitab forması oxucuya lazımi mesajı vermək üçün kafi hesab edilir. Bu görünüşün ardında gizlənən sehr, jurnalı alıb oxuyan şəxsin vizual cəhətdən jurnalın görünüşündən və içindəki rəsmlərdən təsirlənməsini və məzmun baxımından istifadə edilən latınca terminlərin təsiri altında qalmasını təmin etməkdir.
Reklamlardan kinofilmlərə, musiqi kliplərindən mahnı sözlərinə, cizgi filmlərinə, kitablara, məqalələrə qədər hər cür fürsətdən bu sehrin pozulmaması üçün istifadə edilir. Məqsəd insanların bəzi sözləri və cümlə qəliblərini əzbər bilmələri və görüntülərlə tanış olmalarıdır. Xəyali meymundan insana keçid mərhələləri, yalançı ara fosil rəsmləri, saxta ibtidai insan şəkilləri həyatın hər anını əhatə etmişdir. Qəzet və jurnallarda kiçik və ya böyük, bir kəlmə ilə və ya ətraflı şəkildə daima bu mövzu üzərində dayanırlar. Bu şəkildə insanların üzərindəki darvinist sehrin təsirinin pozulmaması məqsədi güdülür.
Yaradılışa qarşı uydurulan xüsusi metod, öz ağıllarına görə etdikləri lağlağı davranışlar da bu sehrin təsirini tamamlamaq üçündür. Allah`a inama yönələn bu lətifələrin, məqalələrin, nitqlərin, karikaturaların hamısının (Allah`ı tənzih edirik) səbəbi insanları darvinist təlqinə alışdırmaq məqsədi daşıyır. İnsanlarda Allah`a inama olan hər cür meyili aradan qaldırmaq və beyinlərdə darvinizmin təməlini qoymaq üçün edilən bu çirkin şou dəccalın oyununun bir hissəsidir.
Lakin bu sehr artıq pozulmuşdur. Dəccalın dəstəkçiləri isə içinə düşdükləri vəziyyəti tam qavraya bilmirlər. Darvinizmin gerçək olmadığına dair dəlillərin yalnız bircə dəfə izah edilməsi ilə bir insanın təkamül nəzəriyyəsinə inanmasından söz gedə bilməz. Bunu etmək üçün darvinist təbliğat metodlarındakı kimi mürəkkəb sözlər, latınca terminlər və vizual təlqinlər lazım deyil. Həqiqətlərin bircə dəfə, olduqca sadə dillə izah edilməsi, darvinizmin əsassızlığını göstərən dəlillərin bircə dəfə nümayiş etdirilməsi kifayətdir. Həyatı boyu darvinizm təlqinini almış bir insan belə bu inkaredilməz həqiqətlər qarşısında darvinizm yalanına artıq inanmaz. İnandığını desə də, bu doğru deyil, çünki artıq həqiqətləri bilir. Bir insanın qapqaranlıq bir otağın içində, pərdənin arxasındakı günəşi ancaq bir saniyəlik görməsi kifayətdir. Oturduğu otaq nə qədər qaranlıq olsa da, artıq bu şəxsi çöldə gecə olduğuna inandırmaq qeyri-mümkündür. Hal-hazırki vəziyyət də bundan fərqlənmir. İllərlə çox təsirli hesab edilən darvinist təlqinlər həqiqətlərin sadəcə bircə dəfə və elmi dəlillərlə açıqlanması ilə aradan qalxmış, bütün təsirini itirmişdir.
Rəbbimiz dəccala uyanların vəziyyətini ayəsində belə xəbər vermişdir:
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları da onlardan uzaqlaşıb qeyb olmuşlar. (Hud Surəsi, 21)
Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığı inancından uzaqlaşdırmaq və insana bir maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu təkamül keçirən heyvandan başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə, bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki məsuliyyətsizlik hissi Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan malik olacaqlarına inanıb yanılırlar. Həyatları boyu Allah üçün yerinə yetirməli borclarından bixəbər davranırlar. Allah`a ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqin etdiyi pisliklərdən çəkinmək və daima gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşacaqlarına və beləliklə, öz ağıllarına görə rahatlayacaqlarına inanırlar. Lakin rahatlıq kimi düşündükləri bu sistem, tam əksinə, böyük sıxıntı mənbəyidir. Gözəl əxlaqdan uzaq duraraq rahat olacağını düşünən şəxs gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda daima sıxıntı içində yaşayır. Eqoist olduqda güclü olacağını, ədalətsiz davrandıqda mənfəət əldə edəcəyini zənn edən şəxs daima bu çirkin əməllərin acısını yaşayır. Pis əxlaqı özünə ziyan verir. Kimsənin kimsəni sevmədiyi, kimsənin kimsə üçün fədakarlıq etmədiyi, kimsənin kimsəyə vəfa göstərmədiyi, kimsənin kimsəni qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı bir mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömrünü hədər edər. Qısaca desək, darvinistlərin verdiyi məsuliyyətsizlik təlqini bəzi şəxslərin zənn etdiyi kimi, onların həyatını asanlaşdıran deyil, tam əksinə, çətinləşdirən, çirkinləşdirən, maddi və mənəvi cəhətdən onlara əzab verən hala çevrilir. Belə ki, bu gün bir çox qərb ölkəsinin yaşadığı sosial böhranı fikirləşdikdə bu həqiqət daha yaxşı başa düşülür.
Bütün bunlara baxmayaraq, düşünməkdən qaçan bəzi insanlar darvinizmə inanmağa daha meyilli olurlar. Çünki bəzi insanlar bəzən həyatlarının adiləşdiyini düşünərək rahatlaşmaq arzusunda olurlar. Bir çox insana heyvandan törəyən məsuliyyətsiz varlıq olduğunu düşünmək təhlükəli gəlmir. Darvinizm də elə bunun üçün lazım olanı edir, insanı sanki bir həşərat və ya milçəklə bərabər tutur.
Təkamülçü paleontoloq S.C.Quld bu məntiqi belə şərh edir:
İnsan sadəcə həyatın nəhəng cəngəlliyində sonradan üzə çıxmış, böyük ölçüdə təsadüfi kiçik kürəni təmsil edir.178
Ateist R.Dokinzin dəstəklədiyi müxtəlif ölkələrdəki avtobus afişaları sözügedən çirkin təbliğata çox aydın və açıq misaldır. Dokinzin dəstəklədiyi avtobus afişaları ateizm təlqini verir və beləliklə, insanlara "məsuliyyətsiz yaşamağın ləzzətini hiss etmələrini" məsləhət görür. Çox dərin düşünməyən bir insan bu çağırışı həqiqi hesab edir və sözügedən darvinist təlqin olduqca sürətlə təsir edir. Hər şey o qədər bəsit izah edilmişdir ki, insan necə böyük yalanın içinə düşdüyünü, necə aldadıldığını heç hiss etmir.
Lakin bu afişalar böyük bir saxtakarlıqdan, ciddi yalandan ibarətdir. Bir insan iman gətirməsə də, Allah`ın uca varlığının dəlillərini daima görür, istəyib-istəməsə də, Allah`ın yaratdığı qədəri yaşayır. İman dəlilləri – həqiqətən, görən və düşünən insanlar üçün – hər yerdədir. İnsan yalnız iman və Allah sevgisi ilə xoşbəxt ola bilər, yaşadıqlarından zövq alar. Dünyadakı gözəllikləri insana nemət kimi yaradan Allah, əlbəttə, Onu daha çox sevənə və Ona daha yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü hiss etdirəcəkdir. İnkar edənlər neməti də, zövqü də verənin Allah olduğunu unutduqlarına görə, məsuliyyətsiz yaşadıqda və həddi aşdıqda xoşbəxt olacaqlarını düşünürlər. Lakin Allah`dan qafil, həddi aşaraq və məsuliyyətsiz yaşamaq onlara həmişə zülm, sıxıntı və məhv gətirmişdir. Nemətlər bəlaya çevrilmiş, zövqlər uğursuzluqla nəticələnmişdir. Bu insanlar Allah`a yaxın olmağın, Allah`a iman gətirməyin gözəlliklərini düşünmədiklərinə, nemətlərin hamısını Allah`ın verdiyini qavramadıqlarına görə, bu cür saxta təbliğat metodlarının uğurlu olacağını zənn edirlər. Lakin nə özləri gözəl və rahat həyat yaşayırlar, nə də ətraflarındakı insanlara təsir edə bilirlər. (Dokinzin müdafiə etdiyi ateist avtobus afişalarına bir çox ölkə mənfi reaksiya vermiş, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq mənfi qarşılandığına görə avtobus sürücüləri boykot etmiş, avtobus şirkətləri bu afişalardan istifadə etməmə qərarı vermiş, xalq sözügedən afişaları cırmışdır. Bunun nəticəsində, bir çox yerdə həmin afişalar qadağan edilmişdir).179
Darvinizm gənc zehinlərə anarxiyanı, qarşıdurmanı, qətliamı, cinayəti, mərhəmətsizliyi, eqoizmi məqbul göstərən son dərəcə təhlükəli bir bütpərəst dinidir. |
Bu təlqinin ən çox verildiyi başqa yer isə təhsil müəssisələridir. Bir orta məktəb dərsliyi olan Biologiya, (Biology) şagirdlərə "həyatın təbiət"ini öyrənərkən bu fikri yadda saxlamağı onlara öyrədir: "Təkamül təsadüfidir və dizayn edilməmişdir".180 Universitet dərsliyi Life: The Science of Biology(Həyat: biologiya elmi) kitabını oxuyan tələbələri isə bu cümlə ilə qarşılaşırlar: "Darvinçi dünyagörüşü sadəcə təkamül proseslərini qəbul etmək deyil, eyni zamanda, təkamül xarakterli dəyişikliyin əsaslı məqsəd və ya vəziyyətlə əlaqədar nizamlanmadığını da qəbul etmək deməkdir".181 Bir insanın təsadüfən - kor, şüursuz təsadüflərin nəticəsində əmələ gəlməsi yalanını öyrədən təhsil sistemi, şübhəsiz, zehinlərin anarxiyanı, qarşıdurmanı, qırğını, əzməyi, mərhəmətsizliyi, eqoistliyi normal hesab edən çox təhlükəli fikirlərlə zəhərlənməsi deməkdir və bu təlqinləri alan insanların istənilən şəkildə yönəldilmələri də mümkündür. Məsələn, Duqlas Futuymanın Evolutionary Biology (Təkamül biologiyası) adlı dərsliyin tələbələrə öyrətdiyi yalan budur:
Darvinin kor, məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər teoremi nə üçünlə başlayan, bütün suallara demək olar ki, inqilabi yeni cavab verir. Müxtəlif orqanizmlərin varlıqları və xüsusiyyətlərinin tamamilə mexaniki, materialist açıqlamasının dərin və narahatlıq verən mənası budur ki, insanın davranışından başqa təbiətin hər hansı bir yerində bir dizayn, məqsəd və ya hədəf olduğuna dair dəlilə rast gəlməmişik, buna heç ehtiyacımız da yoxdur.
Futuyma elmdən kənar açıqlamasına belə davam edir:
Əvvəla, Darvinin təkamül nəzəriyyəsi, onun yolunu izləyən Marksın materialist tarix və cəmiyyət anlayışı (qeyri-kafi və səhv olsa da) və Freydin insan davranışları ilə bağlı əlavələri əvvəldən bəri Qərb düşüncəsinin böyük səhnəsi olmuş mexanizm və materializm platformasına həyati əsas vermişdir. "182
Lakin bütün bunlar böyük yalandır.
Hər nəfs ölümü dadacaqdır. Bu həqiqətdən qaçış yoxdur... |
İnsan hər şeyi bəsit və şüursuz şəkildə qavrayaraq məsuliyyətdən yaxa qurtara bilməz. Məsuliyyətdən yaxa qurtarmaq hissi də insanlara rahatlıq verib xoşbəxt etməyəcək. İnsan bu hissi üzərindən atdıqda bir anda dünya zövqlərinə malik olmayacaq, bütün dərdlərindən xilas olmayacaqdır. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etmək istəmədikləri mühüm həqiqət var:
Hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allah`dır. Ona görə, insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verən də Allah`dır.
Allah istəsə, bütün nemətlər, bolluq və rifah içində olan bir insana ən böyük bədbəxtlikləri və əzablar yaşada bilər. İnsan bütün zövqləri acgözlüklə yaşamaq üçün nə qədər cəhd etsə də, ona zövqü və xoşbəxtliyi verən yalnız Allah`dır. Elə ateistlərin və darvinistlərin ən böyük səhvi bu həqiqətdən qafil olmalarıdır.
Məsuliyyətsiz olduğunu düşünən bir insan hamı kimi daima sevgi, rahatlıq və etibar axtarışındadır. Amma özü kimi düşünən insanlardan ibarət cəmiyyət içində bunların heç birinə malik deyil. Məsuliyyətsiz insan həyatı boyu bir gün mütləq öləcəyini unutmağa çalışır. Əslində isə daima ölümlə üz-üzədir. Ətrafındakıların ölümünü izləyir, xəstəliklərə, qəzalara daima şahid olur. Bir həşəratın ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaqdır. Ölümü nə qədər inkar etməyə çalışsa da, ölüm qorxusu bütün bədənini axır-əvvəl əsir alır. Ətrafında ölən və onun inancına əsasən, yox olub gedən insanlar üçün üzülür. Öz bədəninin keçən zamana üstün gəlmədiyini, daima ölümə yaxınlaşdığını inkar etməməyə başlayır. Ölümü rədd etmək ona rahatlıq deyil, tam əksinə, qorxu, narahatlıq və sıxıntı gətirir.
Məsuliyyətsiz yaşamaq insana, əslində, bütün sıxıntı və çətinliklərin qapısını açır. Hər şeyin Allah`ın nəzarəti altında olduğunu təqdir etməyən bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu təqdir etməyən bir şəxs həyatı boyu bir yerdən qazanc əldə etmə həvəsində olur və demək olar ki, bütün həyatı bu yolda hədər olur. Allah`ın axirətdə insan üçün gözəlliklərlə dolu tayı-bərabəri olmayan həyat yaratdığını bilməyən bir insan daima öz inandığı sistem içində əsl sevginin, əsl dostluğun, əsl vəfanın yaşanmasını gözləyir. Lakin əsl sevgiyə bu dünyada ancaq Allah üçün yaşadığı təqdirdə malik olacaq. Allah üçün yaşamadığı müddət ərzində heç vaxt buna qarşılıq tapa bilməz. Əsl sevgi və vəfanı əldə etmədən ömrünün sürətlə keçdiyini başa düşər. Geriyə dönüş isə yoxdur. Gələcəkdə olacaqları dəhşət içində gözləyər.
Öz inancına görə, ancaq bu dünyadakı bir neçə onillik ömrü var. Axirətə inanmadığına görə, bir neçə onilliyin sonunda yox olacağını düşünür. Yox olacağını bilə-bilə bir neçə onillik ərzində dünyada yaşamaq insana necə xoşbəxtlik, zövq və rahatlıq verə bilər ki? Əlbəttə, verməz. Elə buna görə, heç bir ateist iddia etdiyi kimi, həyatdan zövq almır, gələcəkdə özünü nələrin gözlədiyini ancaq narahatlıq və qorxu içində gözləyir.
Belə bir insan həyatının sonu çatdıqda bütün həyatının boş və nəticəsiz ümidlər içində keçdiyini başa düşəcəkdir. Məsuliyyətsizliyin insana gətirdiyi bunlardır. Əgər bir insan axirəti istəmirsə, nəzarətsiz və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələri ilə də gec-tez qarşılaşacaqdır. Belə ki, intiharlar, müharibələr, cinayətlər, qırğınlar, oğurluq, təcavüzlər bu məsuliyyətsiz həyatın nəticəsidir.
Lakin Allah "Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!" (Qiyamət surəsi, 36) ayəsində bildirdiyi kimi, insanı məsuliyyətsiz yaratmamışdır. İnsana rahatlıq verəcək, insanı doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı hiss etmədən yaşamağa yönəldəcək şey yalnız Allah qorxusu və Allah sevgisidir. Allah`dan qorxan bir insan Allah`a hesab verəcəyini bilir, vicdanına zidd yaşamaz. Allah`dan qorxan bir insan başqasına zərər verməz, pis əxlaqlı davranmaz, insanları təsadüfi varlıqlar kimi qəbul etməz. Allah`a güvənən bir insan onu yaradanın, yaşadanın, ona ruzi verənin, sağlamlıq və güc verənin Allah olduğunu və bunları ancaq Allah`dan istəyəcəyini bilir. Allah`dan qorxan bir insan Allah`ın yaratdığı xeyirli qədərə tabe olduğunu, bu dünyada ancaq imtahan edildiyini, əsl həyatın axirətdə Allah`ın təqdir etdiyi sonsuz həyat olduğunu bilir. Elə buna görə, bu dünyada daima çalışır. Allah`a qarşısında məsuliyyət daşıdığını, Allah`a hesab verəcəyini, Allah`ın onu nəzarətsiz və məsuliyyətsiz yaratmadığını bilir.
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! |
Nemətlər onun üçün sevinc səbəbidir, nemətlərin haqqını verən, onlardan zövq alan da ancaq iman gətirənlərdir. İnsanlar zövqlərin hamısını məhdudiyyətsiz yaşadıqda razı qalacaqlarını zənn edirlər. Ancaq bu insanı qeyri-məhdudiyyət, nemətlərdən bezmə, hətta iyrənmə dərəcəsinə gətirir. Zövq almağı gözlədiyi gözəlliklər insan üçün bir anda bəlaya, narahatlığa çevrilir. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqa əhvaldır. Bunu yaşayan insanın aldığı zövq qeyri-adidir və bu şüurla yaşamağın əvəzi, Allah`ın istəyi ilə, dünyada və axirətdə gözəl həyatdır. Allah ayələrində belə bildirir:
Bilin ki, Allah`ın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah`ın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! (Yunis surəsi, 62-64)
Darvinizmin əsasını materializm təşkil edir. Materializmə əsasən, maddə sonsuzdur və maddədən üstün hər hansı bir güc yoxdur. Başqa sözlə, materializm bütün kainatı təşkil edən maddədən üstün olan, maddəyə hakim olan, maddəni daima nəzarəti altında saxlayan üstün Yaradanın varlığını inkar edir (Allah`ı tənzih edirik). Maddənin mütləq varlığı iddiası ilə ortaya atılmış darvinizmi yaşatma səyinin, bu səy üçün bütün yalanlara, saxtakarlıqlara baş vurulmasının yeganə səbəbi bütün varlıqları üstün və güclü bir Yaradanın yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 il boyu buna çalışmış, bunun üçün mübarizə aparmışdılar. Darvinizmin saxta din kimi mənimsənilməsinin ən böyük səbəbi elə budur.
Ancaq bu həqiqət, adətən, insanlardan gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin darvinizmə simpatiyasını pozacaqdır. Xüsusilə Allah`a iman gətirən inanclı insanlara mənfi təsir edəcək. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması Darvinin dövründə də dindar kütlələrin etirazına səbəb olmuş, nəzəriyyə o dövrün insanları tərəfindən asanlıqla mənimsənilməmişdir. Mənimsənilməyə başlanması darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da təhsil müəssisələrində insanın meymundan törədiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar, əsasən, təkamül nəzəriyyəsinin zərərsiz elmi nəzəriyyə olduğunu düşünürlər. Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktaturaların, müharibələrin, soyqırımların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdəki əsgərlərimizin şəhid edilməsinin əsas səbəbinin elmdən kənar batil nəzəriyyə olduğunu bilmirlər.
Yer üzündəki vəhşiliyin yeganə səbəbi darvinist təhsildir. Dünyanın sülh mühiti olması üçün yeganə şərt darvinist təlqinlərin kökündən yox edilməsidir. |
Darvinistlər də müdafiə etdikləri ehkamın əsl üzünü gizlətməyə çalışırlar. Elə buna görə, Allah`a iman gətirən kütlələri yönləndirmək, darvinizmi zərərsiz göstərmək və onların da dəstəyini qazanmaq üçün darvinizmin dinə zidd olmadığı yalanını yaymağa çalışırlar. Bu yolla tərəfdar toplayacaqlarına və təkamül nəzəriyyəsinə qarşı aparılan fikri mübarizənin daha da zəifləyəcəyinə inanırlar. Bu məqsədlə irəli sürdükləri “təkamüllə yaradılış” yalanı olduqca məntiqsiz və əsassız olmasına baxmayaraq, altdan-altdan dəstəklənir, darvinistlər tərəfindən daima gündəmə gətirilir. Hətta bunun üçün Darvinin özünün belə dindar şəxsiyyət olması yalanına əl atırlar. Ateist və darvinist Riçard Dokinz bu məsələ ilə bağlı fəaliyyət göstərən darvinist lobbinin varlığını bu sözlərlə etiraf edir:
Xüsusi təşkil edilmiş təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyəti ateistlərdən ibarətdir. Amma bu şəxslər orta mövqe tutan və mötədil dindarlarla dost olmaq istəyirlər. Bunu etməyin yeganə yolu təkamül ilə din arasında heç bir uyğunsuzluq olmadığını söyləməkdir.183
Ancaq təkamüllə din heç bir şərt daxilində əlaqələndirilə bilməz. Darvinistlər özləri Allah`a inanmadıqları, təsadüfləri tanrılaşdırdıqları (Allah`ı tənzih edirik), yaradılış həqiqətinə tamamilə qarşı olduqları və bu yolda mübarizə apardıqları halda, bir anda Allah`ın kainatı təkamüllə yaratması yalanının ən böyük müdafiəçisinə çevrilirlər. Əslində, isə darvinistlər materializmə olan bağlılıqlarına görə, Allah inancını heç vaxt qəbul etməzlər. Darvinist olmaq Allah inancını inkar etməyi də özü ilə bərabər gətirir. Bir insanın elmi cəhətdən heç bir dəlili olmayan, təsadüfləri tanrılaşdıran bu bütpərəstlik dinini dəstəkləməsinin yeganə səbəbi Allah`ın varlığını inkar etməkdir (Allah`ı tənzih edirik). Darvinistlərin insanları Allah inancından uzaqlaşdırmaq üçün etməyəcəkləri şey yoxdur.
Elə buna görə, bu yalana qarşı diqqətli olmaq lazımdır!
Jurnalist Lari Uisam darvinizmin saxta din olmasının açıqlandığı və darvinist diktatorluğun təzyiq və israrlarından bəhs edildiyi Expelled "No Intelligence Allowed" (Qovulmuş “heç bir intellektə yer yoxdur”) sənədli filmində mövzu ilə bağlı belə şərh verir:
Təkamül nəzəriyyələrinin hamısında qəti şəkildə iddia edilən şey ya Allah`ın olmaması (Allah`ı tənzih edirik), ya da Allah`ın yaratdıqlarına nəzarət etməməsidir (Allah`ı tənzih edirik). Buna görə, təbii olaraq bir çox təkamülçünün də dediyi kimi, təkamül ateizm üçün ən güclü vasitədir. 184
Darvinistlər Allah inancını qəti şəkildə inkar etdikləri halda, insanlara qarşı bu çirkin oyunu oynayırlar. Lakin bu çirkin yalana inananlar bu həqiqəti düşünmürlər: Allah, şübhəsiz, bütün varlıqları müxtəlif səbəblərlə yaratmağa qadirdir. Rəbbimiz istəsə, canlıları təkamüllə yarada bilərdi. Lakin belə yaratmamışdır. Bütün varlıqlar yer üzündə yoxdan var olmuş, yoxdan yaradılmışdır.
Quranda təkamülə işarə edən heç bir ayə də yoxdur. Qurana əsasən, bütün kainat və canlılar Rəbbimizin "Ol" əmri ilə yaradılmışdır. Allah endirdiyi bütün ilahi dinlər vasitəsilə insanlara bütün kainatı yoxdan, bircə əmrlə yaratdığını və ona istədiyi formanı verdiyini bildirmişdir. Belə ki, yer üzündəki dəlillərə baxdıqda da yaradılışın Quranda tərif edildiyi şəkildə olduğunu görərik. Tapılan hər canlı növü mükəmməldir. Ani surətdə, mükəmməl görünüşdə ortaya çıxmış və heç bir dəyişikliyə məruz qalmamışdır. Canlılar milyonlarla il boyu dəyişilməyiblər. Canlıların cansız maddələrdən əmələgəlmə ehtimalı yoxdur. Bircə zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Qeyri-adi kompleksliyə malik canlı növlərinin bir-birinə çevrilmələri iddiası elmdən tamamilə uzaqdır. Bir canlıya tamamilə yeni, faydalı informasiya əlavə edən mexanizm yoxdur. Elm bütün canlıların zülallarına, hətta atomlarına qədər möhtəşəm kompleksliyə malik olduqlarını, ani surətdə ortaya çıxdıqlarını və bir-birlərinə çevrilmədiklərini qəti və inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Beləliklə, Allah`ın təkamüllə yaratdığına dair iddia, darvinist yalanın bir hissəsidir (mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Harun Yahya, Quran Darvinizmi Yalanlayır)
Yaradılmış hər şey Allah`ın qüdrətinin bir dəlilidir. Quranda bir çox ayədə Allah`ın bu üstün yaratması xəbər verilmişdir:
Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol" deyər, o da olar. (Bəqərə surəsi, 117)
Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol" dedi, o da oldu. (Ali-İmran surəsi, 59)
Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Ənam surəsi, 73)
Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: "Ol" deməkdir. O da dərhal olar. (Nəhl surəsi, 40)
Məgər göyləri və yeri yaradan onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: "Ol" deməkdir. O da dərhal olar. (Yasin surəsi, 81-82)
Dövrümüzdə elm materialist-təkamülçü iddianın əsassızlığını göstərir. Təkamül nəzəriyyəsinin iddiasının əksinə, ətrafımızdakı hər bir yaradılış dəlili kainatda təsadüfə əsla yer olmadığını insanlara sübut etmişdir. Əgər yer üzündə Allah`ın təkamüllə yaratdığına dair dəlillər tapılsaydı və Allah Quranda bunu bizə bildirsəydi, “Rəbbimiz təkamüllə yaratmışdır” düşüncəsi, əlbəttə, inananlar tərəfindən dərhal qəbul edilər və müdafiə edilərdi. Ancaq Allah Quranda "Ol" əmri ilə yaratdığını xəbər verir və təkamüllə yaratmağa dair heç bir ayə yoxdur. Həm də qəti və aydın şəkildə təkamülə dair bircə elmi dəlil yoxdur. Belə olduqda, həqiqətlər aydındır. Göylərin, yer üzünün və bütün canlı varlıqların tədqiq edilməsi ilə üzə çıxan hər detal Allah`ın güc və qüdrətinin dəlili deməkdir. Bütün varlıqlar ulu Rəbbimiz Allah`ın əmri ilə bir anda, yoxdan yaradılmışlar. Şübhəsiz, yaratmaq üçün Allah`ın səbəblərə ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Darvinistlər elə bu mühüm cəhəti qavramalıdırlar. Allah bir ayəsində belə buyurur:
Allah`ın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim Tanrım həm dirildir, həm də öldürür" dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz! (Bəqərə surəsi, 258)
Allah`ın təkamüllə yaratdığını təlqin etməyə çalışanlar cinlərin və mələklərin necə yaradıldıqlarını da açıqlamalıdırlar. Bu şəxslər mələklərin və cinlərin yaradılışı məsələsi gündəmə gələndə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:
Biz insanı quru və şəklə düşmüş qara palçıqdan yaratdıq! Cannı da daha öncə tüstüsüz oddan xəlq etmişdik. (Hicr surəsi, 26-27)
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allah`a həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatir surəsi, 1)
İnsanın və canlıların təkamüllə meydana gəldiyini iddia edənlər nurdan yaradılmış mələklərin, alovdan yaradılmış cinlərin əmələ gəlməsini, əlbəttə, təkamüllə açıqlaya bilməzlər. Allah`ın qədrini təqdir edə bilməyən, Allah`ın bütün səbəblərdən uzaq olduğunu başa düşməyən və Rəbbimizin hər şeyi ancaq "Ol" əmri ilə yaratdığını qəbul etməyən insanlar üçün mələklərin və cinlərin varlığı bütün saxta iddiaları aradan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu açıq həqiqəti üzə çıxarır: mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.
Darvinizmi kor-koranə müdafiə edənlər Quranda bildirilən hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini və hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quşun canlanmasını əsla açıqlaya bilməzlər. Uca Allah hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:
Dedi: "O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!" (Allah) buyurdu: "Ya Musa! Onu at!" (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı.(Taha surəsi, 18-20)
Biz də Musaya: "Əsanı tulla!" deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. (Əraf surəsi, 117)
Hz. Musanın (ə.s) söykəndiyi əsası Allah`ın əmri ilə bir anda canlı, çoxalan, qidalanan, mükəmməl, tam və qüsursuz ilana çevrilmişdir. Bir taxta parçası Allah`ın istəyi ilə bir anda mükəmməl ilan olmuşdur. Bu dəlil Quranda təkamül nəzəriyyəsinə dəlil olması iddiasını qəti şəkildə məhv edir. Rəbbimiz öz istəyi ilə hz. İsanın palçıqdan düzəltdiyi quşu canlı quşa çevirməsini ayəsində belə xəbər verir:
Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: " Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!" (Maidə surəsi, 110)
Hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quş Allah`ın izni və istəyi ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu ilə uçan, çoxalan, qidalanan quşa çevrilir. Budur, bu yoxdan yaradılış darvinistlərin əsla izah edə bilmədiyi böyük möcüzədir və yer üzündəki bütün canlıların yoxdan yaradılışına dəlildir.
Bütün bunların ortaya qoyduğu aydın nəticə var. Təkamüllə Allah inancının ziddiyyət təşkil etmədiyini iddia edən darvinistlər, əslində, dindar insanları böyük yalana sürükləməyə çalışır, onların səmimi imanlarını istismar etmək üçün cəhd göstərirlər. Bu gün Allah inancının qarşısındakı ən böyük təhlükə və maneələrdən biri darvinizmdir. Darvinizm birbaşa Allah inancına qarşı mübarizə aparan dəccalın ən təsirli və böyük oyunudur. Allah`a inanan səmimi dindarlar bu təhlükəni görüb buna qarşı ciddi elmi fəaliyyət göstərməlidir. Bu böyük təhlükəni zərərsiz hesab edib onu dəstəkləmək təhlükəni daha da böyüdəcək, Allah inancına qarşı mübarizə aparan təhlükəli axına dəstək verəcəkdir. Unutmaq olmaz ki, darvinizm saxta və batil bütpərəst dinidir və yeganə məqsədi insanları dinsizliyə aparmaqdır.
177. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 202
178. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 209
179. http://www.haberturk.com/haber.asp?id=155211&cat=180&dt=2009/06/26
180. Miller and Levine, Biology
181. Pirves, Orians, Heller ve Sadava, Life: The Science of Biology
182. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 190-191