Aldadıcı nəşrlər artıq darvinizmi ayaqda tutmağa yetərli deyil. Elmi dəlillər bu saxta nəzəriyyəni qəti olaraq ortadan qaldırmışdır. |
Yazılı və vizual media insanların böyük qisminin ən çox təsirləndikləri təlqin vasitələrinin önündə gəlir. Bəzi insanlar elm adamlarının sözlərinin hamısına sanki iman gətirən kimi elmi jurnalların müəlliflərinə, televiziyada verilən xəbərlərə də eyni şəkildə etibar edirlər. Dövrümüzün tanınmış darvinist KİV-lərinin hər hansı birində çıxan darvinist xarakterli bir məqalə onu oxuyan bir çox insan üçün qənaətbəxş istinaddır. İnsanlarda darvinizmin saxta dəlillərini dərc edən bir elm jurnalının mütləq doğrunu yazacağı kimi qənaət var. İnsanların bir çoxu sözügedən jurnalın darvinizm dininin sadiq üzvlərindən biri olması həqiqətindən xəbərsizdirlər. Eyni zamanda, darvinizm dininin müdafiəçisi olduqda ağıldan, məntiqdən, doğru, elmi olandan kənar hərəkət edildiyini bilmirlər.
Hal-hazırda darvinist diktatorluğun təsiri ilə çoxlu sayda elmi jurnal darvinizmin tərəfdarıdır. Dünya səviyyəsində darvinizm əleyhinə heç bir KİV-in ön plana çəkilməsi qəbuledilməzdir. Elə bu səbəbdən, darvinistlərin sahib çıxdıqları, müdafiə edib dəstəklədiyi KİV-lərin verdikləri xəbərlər bu KİV-lərin dünya səviyyəsində qəbul edilməsinə görə bir çox oxucu və ya tamaşaçı tərəfindən dərhal qəbul edilir.
Lakin bu, böyük səhvdir.
Darvinistlərin məqsədi sadəcə təbliğatdır. Onlar New Scientistt vəya National Geographic'də çıxan aldadıcı təkamül xəbərindən oxucuların böyük qisminin şübhələnməyəcəyini düşünərək hərəkət edirlər. Dünyada tanınan akademiklərin məşhur məqalələrinin dərc edildiyi Nature kimi elmi jurnalın yalan xəbər verməsi ehtimal etmədikləri vəziyyətdir. Onsuz da bu vəziyyət darvinist təbliğat baxımından o qədər faydalı şərait əmələ gətirir ki, darvinistlərin "palçıqlı suda təsadüfən ilk hüceyrənin əmələ gəlməsi" hekayəsi kimi ağlasığmaz komediyaya bir çox insanları inandırmaları çətin olmaz. Bu hekayənin mürəkkəb ifadələrlə və elm adamının imzası ilə darvinizm tərəfdarı Nature kimi jurnalda çıxması kifayətdir.
Materialist düşüncəyə malik olan bir insan və ya bir icma materializmi yaşatmaq üçün hər şeyi gözə alır. Materializm tərəfdarı KİV-lərin etdikləri də budur. Onlar darvinizmi gündəmdə tutmaq və onu müdafiə etmək üçün hər şeyi edir və açıq şəkildə elmdən maska kimi istifadə edirlər. Bu materialist düşüncəni Nature jurnalının bu ifadələri kifayət qədər açıqlayır:
Bütün faktlar hər şeyi nizamlayan bir varlığı göstərsə belə, belə bir hipotez elmdən kənar qalardı, çünki naturalist deyil.169
Göründüyü kimi, materialistlər bütün konkret elmi kəşflər yaradılışı təsdiqləsə də, bunu qəbul etməməyə özlərini şərtləndiriblər. Belə olduqda, elmilikdən söz açmaq, əlbəttə, mümkün deyil. Materialistlərin darvinizmə olan sədaqəti elmi deyil, doqmatikdir. Darvinizm elmi cəhətdən məhv edilməsinə baxmayaraq, müdafiə edilir, yaradılış isə saysız-hesabsız elmi kəşflə təsdiqlənməsinə baxmayaraq, bu kəslər tərəfindən cahilliklə inkar edilir. Çünki materializmə əsasən, maddədən başqa bir açıqlamanın qəbul edilməsi qeyri-mümkündür. Elə buna görə, elmi görünən bütün bu jurnalların, elmiliklə əlaqəsi olmayan təkamül kimi nəzəriyyəni müdafiə etmələrindəki israr başa düşülür. Bu KİV-lər üçün canlıların yaradılması həqiqətini göstərən dəlillər qəbuledilməzdir. Ona görə, darvinistlər üçün bunun əvəzinə bütün dünyaya saxta üsullarla hakim edilmiş bu yalanı tutarlı və doğru kimi göstərməyə çalışmaqda mənfi bir şey yoxdur.
Darvinistlərin qondarma sxemləri yalnız çarəsizliklərinin göstəricisidir. Allah`ın yaradılış sənəti bütün dəlilləri və möhtəşəmliyi ilə gözlər önündədir. |
Belə ki, bu KİV-lərin dəstəkçisi olan müxtəlif elmi mərkəzlərin Allah`a inama olan düşüncə tərzlərini dəyərləndirdikdə bu vəziyyət daha yaxşı başa düşülür. Nature jurnalında Milli Elmlər Akademiyası (National Academy of Science) üzvlərinin dinə münasibətləri ilə bağlı aparılan son araşdırmada ortaya çıxan nəticə budur: biologiya və fizika elmlərindən 517 MEA üzvünün yarısının verdiyi cavaba görə, bu elm adamlarının 72.2 %-i ateistdir. 20.8 %-i aqnostik, yalnız 7.0 %-i Allah`ın varlığına inanır.170 Neyrobioloq təkamülçü Robert Provin "Artıq çox az əsl dindar bioloq qalıb. Çoxu ateistdir və bu hala təkamül anlayışı və digər elmlər səbəbi ilə düşmüşdür" etirafı ilə bu həqiqəti açıq şəkildə dilə gətirir.171 Bu həqiqətlərə baxdıqda elmin yaradılış gerçəyini göstərməsini ateist elm adamları arasında böyük qəzəblə qarşılandığını anlamaq, şübhəsiz, çətin olmayacaq. Elə darvinistlərin yazılı və vizual mediadan istifadə edərək göstərdikləri səyin ardındakı səbəb budur.
Hanri M. Morris darvinizm adı altında həyata keçirilən bu yalançı təlqinin çıxış nöqtəsini belə izah edir:
Bu gün Darvinin təkamülün qanununu kəşf etməsinə inanırlar. Nəticədə, Darvin bütün dövrlərin ən böyük elm adamlarından biri kimi alqışlanır. Bununla birlikdə, həqiqət budur ki, Darvin sadəcə qədim bütpərəst dininin canlandırılması üçün katalizator rolunu oynayır. Həm də bir çox qərbi Avropa ölkəsinin bir əsrdən çox müddət ərzində hazırlaşdırıldığı Allah`a qarşı çıxmağın (Allah`ı tənzih edirik) baş verdiyi dövrdə.172
Bəzi insanların "elm adamı yalan deməz", "o qədər məşhur elmi jurnal yalan yazmaz" fikirləri onları illərlə aldatmışdır. Bu insanların öz aralarında qurduqları yanlış iman sistemi darvinistlərin bundan faydalanmalarına, elmdən pis məqsədlə istifadə etmələrinə səbəb olmuşdur. Lakin bu qəti həqiqətdir: materialist elm adamı əgər həqiqətlər öz mənafeyinə uyğun deyilsə və əgər həqiqətlər materializmi dəstəkləmirsə, asanlıqla insanları aldadar. Hal-hazırda dünyadakı elm adamlarının böyük əksəriyyəti darvinizmi müdafiə edərək açıq şəkildə insanları aldadırlar. Uşaqların belə inanmayacağı boş hekayələri elmi cəhətdən mümkün olmadığına baxmayaraq insanlara danışırlar. Bu vəziyyət hal-hazırda effektiv olan və dünyadakı bütün darvinist elm adamları tərəfindən tətbiq edilən sistemdir. Başqa sözlə, bir darvinist elm adamı bütün həyatını elmlə məşğul olmasına baxmayaraq, asanlıqla elm adından insanları aldadır, bütün həyatını bu yalana həsr edir.
DNT-ni kəşf edərək Nobel mükafatı alan, bütün həyatını təkamül yalanını müdafiə edərək keçirən və 2004-cü ildə “insanın bir neyron yığını” olması şəklində diqqət çəkən sözləri ilə ruhun varlığını inkar edərək ölən fizik və biologiya professoru Frensis Krik buna ən yaxşı misaldır. Ateist olan fizik molekulyar bioloq və neyrobioloq kimi Allah`ın üstün sənətinə dair saysız-hesabsız dəlili görməsinə və bunları şəxsən kəşf etməsinə baxmayaraq, onların hər birinin bir yaradılış möcüzəsinə işarə etməsi həqiqətini insanlardan gizlətmək üçün həyatı boyu çalışmışdır. Hətta Allah`ın varlığını qəbul etməmək üçün (Allah`ı tənzih edirik) həyatın kosmosdan gələn varlıqlar tərəfindən gətirildiyini belə iddia edəcək səviyyəyə düşmüşdür.173 Naturalist, darvinist düşüncə tərzinin bir elm adamına gətirdiyi nəticə bu cür alçaldıcı məntiqsizlikdir.
Buna digər nümunə də paleontologiyanın göstərdiyi bütün yaradılış dəlillərini şəxsən görüb tədqiq etməsinə baxmayaraq, həyatı boyu ateist və naturalist olmuş başqa darvinist elm adamı, Harvard paleontoloqu Stefan Cey Qulddur. S.C.Quld da eynilə Krik kimi bütün həyatını elmlə məşğul olaraq keçirmiş, Allah`ın açıq-aydın olan varlığını öz ağlına görə inkar etmək üçün (Allah`ı tənzih edirik) sıçrayışlı təkamül kimi olduqca məntiqsiz və dəlilsiz bir nəzəriyyəni həyatı boyu müdafiə etməkdən çəkinməmişdir.
Belə olduqda, darvinist elm adamlarının hər etdiyinin və hər dediyinin doğru olduğuna inanmaq ağılsızlıqdır, şüursuzluqdur. Lakin həyatı boyu inkar içində olan bu insanların bilmədikləri və qavramadıqları bir həqiqət var: aləmlərin Rəbbi olan uca Allah həyatı boyu dəccaliyyəti yaymaq üçün səy göstərən, bütün ömrünü bu mübarizədə keçirən insanların etdiklərinin boşa çıxacağını ayələrində xəbər vermişdir:
De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onların dünya həyatındakı bütün əməlləri boşa çıxsa da, yaxşı işlər gördüklərini zənn edirdilər." (Kəhf surəsi, 103-104)
Dəccalın dəstəkçiləri dünya həyatında Allah inamına qarşı göstərdikləri səyin bir dəyəri olacağını, bununla üstün gələcəklərini və qazanacaqlarını zənn edirlər. Lakin bu, əvvəlindən çürük olan bir sistemdir. Haqq dinə qarşı olan bütün sistemlər Allah`ın vədi ilə mütləq məğlub olmağa məhkumdur. Uca Allah, şübhəsiz ki, hər şeyə qadirdir. Allah ayəsində belə bildirir:
Hər kəs Allah`ı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah`ın firqəsidir. (Maidə surəsi, 56)
Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. |
Darvinistlərin elmi ideologiyalarına oyuncaq edərkən işlətdikləri ən klassik taktikalardan biri də özlərindən olduqca razı üslubdan istifadə etmələridir. Təkamül haqqında qəti doğru olan və müzakirəyə ehtiyac olmayan elmi nəzəriyyə kimi bəhs edərkən Darvini də sanki dünyanın ən məşhur elm adamı elan edirlər. Lakin bir çox elmi tarixçi və yazıçının da açıq şəkildə etiraf etdiyi kimi, Darvin yeni bir şey kəşf etməmiş, ağıl və məntiqlə və ya müşahidə ilə bir nəzəriyyə irəli sürməmişdir. Bir qrup sərxoş dənizçi ilə uzaq dəniz səyahətinə çıxmış, hətta bu səyahətdə topladığı bir çox canlı növünü tədqiq etmədən bir kənara atmış, babasından öyrəndiyi qədim Misir və Şumerdən bəri mövcud olan təkamül yalanını yenidən gündəmə gətirmişdir. Təbii ki, darvinistlər bu həqiqəti heç vaxt dilə gətirmirlər, hətta ehtiyatla gizlədərək insanları aldatmaq üçün Darvini böyük elm adamı kimi göstərməyə çalışırlar. Molekulyar fizik və eyni zamanda, teologiya professoru olan Alister Mak-Qrata bu vəziyyəti belə ifadə edir:
Darvin səyahəti əsnasında heç bir elmi iş görməmiş, yalnız bəzi sərxoş dənizçilərlə vaxt keçirmişdir. |
XIX əsrdə Amerikanın məşhur ateist yazıçısına çevrilən dəmiryolu vəkili Robert Qriin İnqersoll (1833-1899)... 1884-cü ildə yazdığı bir məqaləsində bunu açıqlayıb: "Bu əsrə Darvin əsri adı veriləcək... Onun təkamül doktrinası ən uyğun olanların yaşama doktrinası və növlərin mənşəyi doktrinası mühafizəkar xristianlığın son qalıqlarını bütün düşünən ağıllardan sildi."174
Bu hal, şübhəsiz, sözügedən elm adamlarının məqalələrinin dərc edildiyi elmi jurnallara da aiddir. Dünyanın tanınmış elmi jurnallarında ancaq darvinizm təbliğatı aparıldığına görə, bu jurnallarda ancaq darvinist elm adamlarının məqalələrinə yer verildiyinə görə və bu elm adamları da ideoloji cəhətdən təkamül yalanını davam etdirmək və müdafiə etmək məcburiyyətində olduqlarına görə, elmi terminlərlə bəzədilmiş məqalələrin mütləq doğru olduğuna inanmaq eyni ağılsızlıqdır. İnsanlara bu batil inanc sistemini darvinistlər illər boyu tətbiq etmişdir. Lakin artıq bunun aradan qalxma və gerçək elmi kəşflərin qəbul edilmə vaxtı gəlmişdir. Darvinizmin ən mühüm təbliğat silahı olan yazılı və vizual KİV insanları aldada bilmədikdə darvinistlərin əlində təbliğat üçün başqa istifadə sahəsi qalmayacaq.
Təqsiri qarşı tərəfin boynuna atmaq bəlkə də ən yaxşı tanınan psixoloji müharibə taktikasıdır. Öz qüsurlarını və ya təqsirləndirildiyi şeyləri qarşı tərəfin üstünə ataraq aparılan mübarizədə bu taktikanı tətbiq edən tərəf, adətən, bu istiqamətdə kim daha güclü təbliğat apararsa, onun qazanacağını düşünür. Yəni haqsız və təqsirkar tərəf əgər təbliğatını yaxşı aparmışsa, haqlı və incidilmiş tərəf kimi görünəcək və öz ağlına görə mübarizəni qazanacaqdır.
Bu məlum taktika darvinistlər tərəfindən çox açıq şəkildə tətbiq edilir. Saxtakarlıq edən, hər hansı bir yalanı müdafiə edən, ağıl və məntiqə zidd olan, aldadan tərəf darvinistlər olmasına baxmayaraq, məntiqə uyğun olmayan fikirləri müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları inandırmağa çalışırlar. Darvinistlər insanları bu yalana inandırdıqları və insanları kifayət qədər yaxşı və təsirli şəkildə yönləndirdikləri halda, uğur qazanacaqlarına inanırlar. Bu şeytani taktikanın mütləq öz faydalarına olacağını və bütün etdikləri saxtakarlıqları ört-basdır edəcəyini düşünürlər. Lakin unutduqları mühüm həqiqət var: batil olan heç vaxt qalib gəlməz. Bu, Allah`ın qanunudur. Uca Rəbbimiz olan Allah`ın ədaləti mütləq yerini tapacaqdır. Doğru olan ilə yalanı bilən Allah mütləq batili aradan götürəcək və haqqın yerini möhkəmləndirəcək. Darvinist taktikalar dəccalın oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:
Bu, bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal surəsi, 18)
Yaradılış həqiqətinə qarşı uydurulan bu saxta metodun təsirli olduğu illər ərzində darvinistlər yaradılış həqiqətindən bəhs edənləri müxtəlif iftira və ittihamlarla mühakimə etmişdirlər. Əslində, darvinistlərin iman gətirənlərə atdığı iftiralar tarix boyu olmuş və Quranda baş verəcəyi xəbər verilən hadisələrdir. Göylərin və yerin hakimi olan uca Allah bu iftiranı atanların halını ayəsində belə xəbər vermişdir:
Onlara: "Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!" deyildiyi zaman: "Biz də səfehlər kimi iman gətirək?" deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. (Bəqərə surəsi, 13)
Darvinistlərin qarşı tərəfi təqsirləndirmələrinin səbəbi yaradılışın mütləq həqiqət olduğunu şübhəsiz bilmələridir. Öz ağıllarına görə nümayiş etdirdikləri lağlağı münasibətin ardındakı səbəb nəzəriyyələrinin elmi kəşf və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanlara söz yığını ilə təsir etməyə çalışmalarıdır. Bunun dəccalın sisteminə fayda verəcəyinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Filip E. Conson bu taktika ilə bağlı bunları deyir:
... Tələbələrin pulcuq qanadlı güvə hekayəsindəki qüsurları, Hekelin rüşeym rəsmlərindəki saxtakarlığı, Kembri partlayışının sirrini və qabaqcıl darvinçilərin darvinizmin dini mənaları ilə bağlı, əslində, nəyə inandıqlarını da öyrənməlidirlər. Bu təhsildə çox keçmədən səlahiyyətlilər bir üsyanın başladığını görəcəklər. Darvinçilər taktikalarını dəyişdirməz, çünki təkamül haqqında verilən doğru təhsil təkamülü dirçəldə bilməyən fərziyyələri açıq-aydın işıqlandıracaqdır.
Realist təriflə naturalizm (batil) bir dindir və həddindən artıq doqmatikdir. Bir növ inancla müdafiə edilən son reallıq haqqındakı təməl sübuta əsaslanır və öz 'bilik' ve 'ağıl' anlayışlarına malikdir. İnformasiyanın duyğularımızdan qaynaqlandığını və daha mürəkkəb məlumat növlərinin elmi araşdırmadan irəli gəldiyini söyləyir. Naturalist tərifə əsasən, fövqəltəbiinin biliyi deyə bir şey ola bilməz. Allah haqqındakı fikirlər ağıldan kənar, ya da ağıla qarşı şəkildə tərif edilir.175 (Allah`ı tənzih edirik)
Lakin, əslində, naturalizm və materializm öz-özlüyündə ağıldan kənardır. Bu batil inancların tərəfdarları şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq vəsfi verən (Allah`ı tənzih edirik), ağıllı dəyərləndirmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta tanrıya çevirən batil bir dinin müdafiəçilərinin "bilik" dedikləri şey də təsadüflərin hər şeyi yoxdan var etməsi fikrinə əsaslanır. Ona görə, burada haqqında bəhs etdiyimiz şey ağıl və məntiqdən kənar olan batil inanc sistemindən ibarətdir. Elə bu səbəbdən, naturalizm, materializm və darvinizmdən söz düşdükdə, ağıl və ya bilik kimi anlayışlar haqqında danışmağın mümkün olmayacağını anlamaq çətin deyil.
Darvinistlər açıq-aydın həqiqət olan yaradılış həqiqətinin geniş şəkildə izah edilib insanları inandırmasından çox qorxurlar. Çünki bilirlər ki, yaradılış həqiqətini dəstəkləyən saysız-hesabsız dəlil var və bunları görən bir insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən darvinizmi dəstəkləyən bircə dəlil belə yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin öz zəif ağıllarına görə ciddi cəhdlə yaradılış inancını tənqid etmələrinin əsl səbəbi elə budur. Nyu-York Universitetindən kimya professoru təkamülçü Robert Şapiro nəticələr heç vaxt təkamül nəzəriyyəsini dəstəkləməsə də, mütləq sona qədər darvinizmi müdafiə edəcəyini bu ağıldan kənar məntiqlə ifadə edir:
Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mümkün mənşəyinin tamamilə səhv olduğunu göstərə bilər. Habelə, yeni geoloji sübutlar dünyadakı həyatın ani surətdə meydana gəldiyini göstərə bilər. Sonda bütün kainatı kəşf edib başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb olan prosesə rast gəlməyə bilərik. Belə olduqda, bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mən də daxil olmaqla, digərləri əldə olan daha az mümkün elmi açıqlamaları əlimizdə qalanlardan daha mümkün olanını seçmək məqsədilə axtarmağa çalışacaqdır.176
Elə bu sözlər dəccalın qaranlıq sistemini aydın görmək üçün, şübhəsiz, kifayətdir.
169. Jonathan Welss, The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.198-199
170. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 229
171. Robert Provine, Progression in Evolution, s. 68 - Henry M. Morris, John D. Morris, The Modern Creation Triology: Society and Creation, Volume 3, Master Books, 1996, s. 15
172. Henry M. Morris, The Long War Against God, Master Books, 2000, s. 51
173. http://faithfacts.gospelcom.net/ev_
174. Alister McGrath, Dawkins' God: Genes, Memes and the Meaning of Life, Blackwell Publishing Ltd, Usa, 2005, s.49
175. Phillip E. Johnson, Evrim Duruşması, Gelenek Yayınevi, 2003, s. 125
176. Michael J.Behe, Darwin's Black Box: The Biochemical Challenge to Evolution, Free Press, s. 233