Adətən, nəzəriyyə irəli sürülür, elmi cəhətdən təsdiqlənir və ya təkzib edilir. Elmi cəhətdən qəbul edilir və ya inkar edilir. Big Bang (Böyük partlayış) nəzəriyyəsi elmi nəzəriyyədir və təsdiqlənmişdir. Bu nəzəriyyəni dəstəkləyən dəlillər qarşısında irəli sürülən əks məntiqlərin əsassızlığı aydındır. Heç kim digər ehtimalların sübut edilməsi məsələsi üzərində dayanmır. Çünki əldə konkret elmi faktlar var. Konkret dəlillər digər ehtimallara qarşı bu elmi nəzəriyyəni təsdiq etmişdir.
Təkamül nəzəriyyəsi isə elmilik iddiası ilə irəli sürülmüş nəzəriyyədir və nəzəriyyənin cəfəngiyat olması saysız-hesabsız dəlil ilə sübut edilmişdir. Nəzəriyyəni təsdiqləyən heç bir dəlil tapılmır. Bütün elmi kəşflər nəzəriyyənin fərziyyə kimi irəli sürüldüyünü və heç bir əsaslılığının olmadığını hər gün təkrar-təkrar sübut edir. Normal şərtlər daxilində bu nəzəriyyə çox əvvəllər inkar edilib aradan qaldırılmalı idi. Ancaq nədənsə belə olmamışdır. Tam əksinə, təkamül nəzəriyyəsi saxta dəlillərlə, elmi nəzəriyyə adı altında dərsliklərə daxil olmuş, televiziya kanallarında, sənədli filmlərdə, mətbuat orqanlarında müdafiə edilmişdir. Hətta Avropa Şurası ciddi cəhdlə bu nəzəriyyəni qorumağa çalışmış, bu nəzəriyyənin elmi olmadığını sübut edən dəlillərin ortaya qoyulması üçün müraciətləri dəhşət və qorxu ilə qarşılamışdır. Müxtəlif ölkələrin məhkəmələri təkamülə qarşı gətirilən və tədris planında yer alan təklifləri qətiyyətlə rədd edir. Çox yaxın tarixdə bir federal hakim dünyəvi məktəblərdə darvinizmi tənqid etməyin ali qanuna zidd olduğunu açıqlayacaq qədər irəli getmişdir.141 Darvinin öz kitabında da bəhs etdiyi "təkamülün çətinliklərinin" dərsliklərə əlavə edilməsi fikri darvinist kütlələri dəhşətə gətirmişdir. Qısaca desək, darvinizm demək olar ki, bütün dövlətlər tərəfindən müdafiə edilən, çox vaxt dövlətin dəstəyi ilə yaşadılmağa çalışılan yeganə elmi nəzəriyyədir. Bu kütlələr yaradılış həqiqətinin məktəblərdə öyrədilməsi ilə təkamül cəfəngiyatının ifşa ediləcəyi üçün böyük səylə mane olmağa çalışırlar. Çünki darvinizm bu batil dinin qanunlarına əsasən, "inkaredilməzdir". Eyni şəkildə, darvinizm bütün dünyada faşist darvinist diktatorluq tərəfindən müdafiə edilir.
Yazıçı An Kulter bu həqiqəti aşağıdakı sözləri ilə dilə gətirir:
Təkamül nəzəriyyəsini müzakirə etməkdən çəkinmək üçün darvinizmin coşqun tərəfdarları daima (öz ağıllarına görə) lazımsız həqiqətləri sanki ehtiyat hissə kimi müzakirədən kənarlaşdırırlar. Təkamülü inkar etməyin sanki Günəşin şərqdən doğmasını inkar etmək kimi bir şey olması təsəvvürünü verirlər.142
Darvinist diktatorluğa əsasən, darvinizmi inkar etmək sanki cinayətdir. Darvinizmin batil din kimi mənimsənildiyi və mənimsədilməyə çalışıldığı ölkələrdə bu sanki vətənə xəyanət kimi görünür. Heç kim elmi dəlillərin nəzəriyyəni təkzib etdiyini, nəzəriyyənin artıq heç bir əsaslılığının qalmadığını açıq şəkildə deyə bilmir. Darvinizmi mübahisəsiz həqiqət kimi qəbul etmək sanki şərtdir. Riyaziyyat üzrə professor Volfqanq Smit bir təkamülçü kimi bu vəziyyəti belə açıqlamışdır:
Bizə doqmatik cəhətdən təkamülün qəbul edilmiş həqiqət olduğu deyilir. Amma bunu kimin, hansı yollarla qəbul etdiyi heç vaxt deyilmir. Bizə tez-tez bu doktrinanın sübuta əsaslandığı deyilir və bu sübutun da "bundan sonra ediləcək bütün təsdiqləmələrin fövqündə olması və eyni şəkildə təcrübələrlə əldə edilən sonrakı bütün təkziblərdən uzaq olduğu" bildirilir. Ancaq bizi bu sübutun harada olması ilə bağlı mühüm sual qarşısında tamamilə qaranlıqda qoyurlar.143
Darvinizmin inkarının qarşısını alınır, çünki, əks təqdirdə, batil darvinizm dininin müdafiəçilərinin heç bir əsası olmayan bu nəzəriyyəni yaşada bilmək üçün yolu qalmayacaq. Yalan uca səslə deyilir və bunun yalan olduğunu iddia etmək cinayət hesab edilmir. Elmilik iddiası ilə irəli sürülən nəzəriyyə elmdən tam mənada uzaq, rəsmi və açıq şəkildə inkarı qeyri-mümkün batil, ehkamçı inanc sisteminə çevrilmişdir. Əsl diqqət çəkən cəhət isə bunun göz görə-görə, heç çəkinmədən edilməsidir.
Bu, o dərəcəyə çatdırılmışdır ki, Roma papası öz evində darvinizmi müdafiə edən konfranslar verməyə məcbur olmuşdur. Kilsələr Darvindən üzr istəməyə məcbur ediliblər. Universitet professorları təkamülü mühakimə edən əsərlərinə görə vəzifələrindən azad edilmiş, işdən uzaqlaşdırılmışlar. Bu böyük təkid bir çox ölkədə uğurla nəticələnmiş, xüsusilə yuxarı mövqelərdə təkamül qəti şəkildə mübahisəsiz qəbul edilmişdir.
Darvinizmin inkaredilməzliyini təmin etmək üçün darvinistlər lazım olan hər yola əl ata bilərlər. Təkamül nəzəriyyəsini inkar edən sübutları ört-basdır edir, təkamülün əsassızlığını sübut edən dəlilləri təhrif edib dəyişdirərək və insanları açıq şəkildə aldadaraq təkamülün dəlili kimi göstərə bilərlər. Eynilə, Çarlz Dulitl Uolkotun 70 il boyu Kembri fosillərini gizlətdiyi kimi.
Öncədən darvinist qəbul və şərtlənmə darvinistləri çox məntiqsiz şeyləri müdafiə etməyə və bu məntiqsizlikləri bəzən ifadə etməyə məcbur edir. Yuxarıdakı sözündə təkamülçü bioloq elmi dəlillər, məntiqli sübutlar olmasa da, təkamülün doğruluğuna əsla şübhəsi olmayacağını açıq şəkildə bildirir. Bu da bir daha göstərir ki, təkamül nəzəriyyəsinin müdafiə edilməsinin səbəbi elmi faktlar və tapıntılar deyil. Belə olduqda, qəbul edilməli bir aydın həqiqət var: təkamül batil, saxta, aldadıcı dindir.
![]() |
Allah göyləri və yeri haqq olaraq (lazımınca) yaratmışdır. |
Riyaziyyatçı və filosof Uilyam A. Dembski darvinistlərin təkamülü inkaredilməz göstərmələrini bu sözlərlə ifadə edir:
Darvinçi mühafizəkarlıqdan şübhələnmək stalinçi rejimin partiya idarəsinə qarşı çıxmaqla müqayisə edilə bilər. Stalinin Rusiyasında olsaydınız və Lisenkonun haqsız olduğunu irəli sürmək istəsəydiniz, nə edərdiniz? Lisenkonun genetika nəzəriyyəsindəki ziddiyyətləri və gərginlikləri bildirə bilərsiniz, amma Lisenkonun tamamilə haqsız olduğunu deyə bilməzsiniz və ya Lisenkoya açıq şəkildə müxalif olan alternativ təqdim edə bilməzsiniz. Hal-hazırda içinə düşdüyümüz vəziyyət budur.144
Darvinist diktatorluğun təzyiqi ilə darvinizmin inkar edilə bilməməsi bəzilərini darvinizmin doğru və qəbul edilmiş nəzəriyyə olduğuna dair qənaətə gətirmişdir. Çünki insanların böyük əksəriyyəti elm adamlarının bir cəfəngiyatı müdafiə etməyəcəyini, televiziya və mətbuatın bir yalanı dəstəkləməyəcəyini düşünərək yanılırlar. Əgər bu bir yalandırsa, mütləq bunu ifşa edən birinin olduğunu düşünürlər. Lakin ifşa etməyə çalışan hər səs müxtəlif təzyiq üsulları ilə susdurulmuşdur.
XX əsrdə təzyiq və məcburiyyətlə davam edən diktatorluq ənənəsi dövrümüzdə də yenə eyni şəkildə davam edir. Hələ də bir çox elm adamı işlərini itirmə qorxusu ilə təkamül nəzəriyyəsinə qarşı çıxmır, ailələr uşaqlarının təkamülü öyrənməsinə qarşı çıxdıqda mütləq təzyiq və təhdid ilə qarşılaşırlar. Lakin təkamül nəzəriyyəsi istənilən qədər məktəblərdə öyrədilsin, istənilən qədər təkamülə qarşı olan elm adamları susdurulsun, təkamülün yalan olduğunu görən zehinlərdə əmələ gələn aydınlanmanı heç bir darvinist məcburiyyət və təzyiq dəyişdirə bilməyəcəkdir. Bu gün Avropa Şurası uşaqların məktəblərdə təkamülü öyrənməsini şərt qoymuşdur. ABŞ-ın bir çox əyalətində tədris planında təkamüldən kənar şərhlərə yer verilməsi qadağandır. Çində, Rusiyada, demək olar ki, bütün Asiya ölkələrində, hətta bəzi müsəlman ölkələrdə belə təkamül nəzəriyyəsi tədris planının ayrılmaz hissəsidir.
Bunu da bildirmək lazımdır ki, nəzərdə tutulan və tənqid edilən darvinistlərin təzyiq edici və senzuraçı təfəkkürüdür. Məktəblərdə gənclərə tarix dərsi kimi təkamül haqqında məlumat verilə bilər, ancaq bununla bərabər təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut edən yüzlərlə dəlil də gənclərə öyrədilməlidir. Gənclər zorla, tək tərəfli, təzyiq edici şəkildə təhsil almamalı, onlara elmi kəşflər tərəfsiz şəkildə təqdim edilməli, doğru olanı ağılları və vicdanları ilə görmə və öyrənmə haqqına malik olmalıdırlar.
Ancaq bunu da xatırlatmaqda fayda var; bu zorakı mövqe darvinistlər tərəfindən öz ağıllarına görə nə qədər böyük qələbə kimi görünsə də, əslində, dəhşət və qorxunun ifadəsidir. Avropa Şurası kimi darvinist düşüncəyə malik quruluş darvinizmin çökməsindən ilk dəfə bu qədər böyük təşvişə düşmüşdür. Avropada illərdən bəri yaradılışı izah edən, təkamülün əsassızlığını ifadə edən müxtəlif əsərlər nəşr olunur, konfranslar təşkil olunur və müxtəlif fəaliyyətlər görülür. Ancaq heç biri Avropaya Harun Yəhyanın nəhəng əsəri Yaradılış atlasıqədər təsir etməmişdir. Bu təsirin səbəbi Atlas'da ortaya qoyulan elmi kəşflərin inkarı mümkün olmayan şəkildə təkamülün əsassızlığını nümayiş etdirməsidir. Artıq Avropadakı bütün tələbələr təkamül nəzəriyyəsinin gündəmə gətirilən 500 milyondan çox fosil ilə məhv edildiyini bilirlər. Çox asan girə bildikləri bircə internet səhifəsindən milyonlarla il əvvələ aid saysız-hesabsız canlının fosil rəsmini görür və canlıların təkamül keçirmədiyi qənaətinə gəlirlər. Saysız-hesabsız əsər və məqalə vasitəsilə darvinist saxtakarlıqları və təkamül nəzəriyyəsinin heç bir tutarlı dəlilinin olmadığını öyrəniblər. Darvinizm haqqındakı həqiqətlər asanlıqla əldə edilə bilir. Belə olduqda darvinizm üçün edilən bütün qadağalar və təkidlər artıq tamamilə təsirsizdir. Darvinistlər bundan yüz il əvvəlki təsirlərin yenidən əmələ gələcəyinə ümid edərək eyni çürük taktikaları tətbiq edirlər. Lakin dəccalın oyununun həqiqi üzünün tamamilə üzə çıxdığını unudurlar. Uca Allah bir ayəsində belə buyurur:
Yoxsa pis əməllər edənlər Bizdən gizlənə biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər! (Ənkəbut surəsi, 4)
Darvinizmin inkaredilməzliyinin gərəyi kimi darvinistlər insanlara təsir edən hər təkamül əleyhdarını susdurmağa səy göstərirlər. Bütün dünyanı bürümüş batil darvinizm dini və tərəfdarları bu məsələdə o qədər təzyiq edici və zorakı siyasət yeridirlər ki, bu və ya digər şəkildə təkamül haqqında şübhəli söz demək belə o şəxsə böyük çətinliklər yaradır. Bu faşist israra əsasən, təkamül haqqında şübhələnmək də cinayətdir. Bunu dilə gətirmək cinayətdir. Təkamülün sübut edilməmiş nəzəriyyə olduğunu, hətta sadəcə bir nəzəriyyə olduğunu irəli sürmək də cinayətdir. Darvinizmin əleyhinə olan bir elm adamının hər hansı bir universitetin biologiya fakültəsində dərs verməsi demək olar ki, qeyri-mümkündür. Darvinizm tərəfdarı olan bir qəzetin səhifələrində təkamülü məhv edən bir fosilin şəklini tapmaq mümkün deyil. Orta məktəb biologiya müəlliminin səhvən də olsa, təkamül nəzəriyyəsi ilə bağlı bəzi şübhələri olduğunu ifadə etməsi böyük səhvdir. Yəqin ki, bu orta məktəb müəllimi qısa müddətdə işindən azad ediləcəkdir.
Məsələn, biologiya professoru Karolin Kroker Expelled "No Intelligence Allowed" sənədli filmində təkamülü mühakimə etdiyi üçün Corc Mason Universitetindən qovulduğunu belə danışır:
Müdirim məni ofisinə çağırdı və: "Yaradılışı öyrətdiyin üçün səni intizama öyrətməliyəm" dedi... O semestrin sonunda işimi itirdim.145
Karolin Kroker 5 fevral 2006 tarixində Washington Post qəzetinə verdiyi müsahibəsində isə belə demişdir:
Təkamüldəki problemləri öyrətdiyimə görə, Corc Mason Universitetindəki işimi itirdim. Bir çox elm adamı təkamülü mühakimə edir, amma səslərini çıxarsalar, işlərini itirərlər.146
![]() |
Caroline Crocker işini itirdikdən sonra qara siyahıya düşmüş və darvinist diktatura tərəfindən heç bir yerdə iş tapmasına icazə verilməmişdir.147
Dr. Riçard von Steynberq isə təkamülü mühakimə etdiyi və təkamülə qarşı olan yazıçıların şərhlərinə yer verdiyi üçün Təbiət Tarixi Muzeyindəki (National History Museum) işindən azad edilmişdir. Steynberqin mövzu ilə bağlı açıqlamaları belədir:
(Yaradılış məsələsi gündəmə gəldikdə) insanlar əsəbiləşirdilər. Belə ki, onların fiziki reaksiya verdiyini görürdünüz. Şöbə müdiri isə (yaradılışın daha inandırıcı olduğunu dediyim üçün) mənim intellektual terrorist olduğumu söyləyərək mövqeyini bildirdi.148
Beyin cərrahı Maykl Eqnor isə insanların həkimlik peşəsini işlətməsi üçün təkamül nəzəriyyəsini öyrənməyə ehtiyacı olmadığına dair izahının ardınca qarşılaşdığı reaksiyanı belə açıqlayır:
Bir çox bloqdan bir çox insan mənə ağıza alınmayacaq adlar dedilər. Çoxlu pis şərhlər aldım. İşlədiyim universitetdən və başqa yerlərdən insanlar mənə zəng etdilər və mənə təqaüdə çıxmağı məsləhət gördülər. Darvinist nəzəriyyəni tənqid etdikdə fərqinə vardığım və məni həqiqətən təəccübləndirən şey bu məsələdə ilə bağlı qəddarlıq, təcavüzkarlıq və bayağılıq idi.149
Eyni şəkildə, professor Robert Marks da darvinizmi mühakimə etdiyi üçün Baylor Universitetindəki tədqiqat saytı bağlanmış və tədqiqatları üçün verilmiş qrant əlindən alınmışdır.
Sözügedən sənədli filmdə adının açıqlanmasını istəyən və ya istəməyən bir çox antidarvinist elm adamının şəxsən yaşadıqları hadisələrə yer verilmiş və bu şəxslər darvinizmi inkar etdiklərinə görə, akademik karyeralarının tamamilə məhv edildiyini öz sözləri ilə dilə gətirmişlər.
Jurnalist Lari Uitam isə darvinizmin özünü və darvinist diktatorluğun metodlarını bu sözlərlə şərh edir:
Əgər yaxşı qiymət almaq istəyirsinizsə, yuxarı vəzifələrə seçilmək istəyirsinizsə və əgər milli elmi təhsil sisteminin dəstəkçisi kimi müxtəlif mükafatlar almaq istəyirsinizsə, (təkamül) modelini mühakimə edə bilməzsiniz.
Bir çox elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya etibar etdikləri jurnalistlə danışdıqda "bu mürəkkəb komplekslikdə" və ya "molekulyar biologiya böhran içində" kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər.150
Jurnalist Pamela Vinnik isə yaradılışla bağlı yazdığı bir məqalədən sonra jurnalist kimi işindən azad edildiyini bildirir və bunları deyirdi:
Əgər bu mövzuya (yaradılışa) hər hansı şəkildə bir az belə etimad göstərsəniz, ki bunun üçün sadəcə bu mövzuda bir şey yazmağınız kifayətdir, onda bir jurnalist kimi peşəniz sona çatar.151
Filosof Stefan Meyer DNT-dəki məlumatın təsadüflə açıqlanmasının mümkün olmadığını, bunun ancaq üstün bir ağlın əsəri olduğunu açıqlayan fikrini sübutları ilə birlikdə biologiya jurnalında nəşr etdikdə darvinistlər jurnalın redaktorunun karyerasını məhv etmək istəmişdilər.152 Amerika Vətəndaş Azadlıqları Birliyi (American Civil Liberties Union) Corciya əyalətinin Kobb şəhərindəki məktəbləri dərsliklərin üstündəki "açıq təfəkkürlə, diqqətlə araşdıraraq və tənqidi yanaşaraq" təkamülü öyrənmələri ilə bağlı xəbərdarlıq qeydlərinə görə ittiham etmişdir. Kilsə və Ştatın Ayrılması üçün Birləşən Amerikalılar (California Lebecde Americans United for Separation of Church and State) təşkilatını təmsil edən ailələr məktəbləri təkamüllə yaradılış arasında fərqi dərk etməyi sadəcə təklif etdiyi üçün ittiham etmişdir. Pennsylvania Dover-də ACLU və Americans United for Separation of Church and State tərəfindən dəstəklənən kiçik bir qrup doqquzuncu sinifdə biologiya dərslərində yaradılış həqiqətinin müzakirəsinə mane olmaq üçün məhkəməyə müraciət etmişdir. Hakim bu ailələrin lehinə qərar vermiş və məktəb iddiaçının qanuni haqqı olan müəyyən məbləğdə pul ödəməyə məcbur edilmişdir. Bu məbləğ bir milyon dollardan çoxdur.153
Yazıçı Enn Kulter bu hadisələri belə dəyərləndirir:
Dover hadisəsindən sonra AVAB ittihamları ilə iflas riskinə girmək istəməyən heç bir məktəb yaradılış kəlməsini ağzına almağa belə cəsarət etmədi. Darvinistlərin məbədlərinin, yəni dövlət məktəblərinin dünyəvi müqəddəsliyini mühafizə etmişdilər. Elmdə, inandırmada və dəlildə qalib gələ bilməmişdilər. Liberalların həmişə qalib gəldiyi yolla qalib gəlmişdilər: onlara hər istədiklərini gümüş sinidə gətirən məhkəmə taparaq.
Bu, elm deyil.154
Darvinistlərin tətbiq etdiyi bu təzyiq edici üsullar bəzi insanlar üçün olduqca çəkindirici metodlardır. Bir milyon dollar qədər pul cəzası ilə qarşılaşan məktəb böyük təzyiqlə üzləşdiyinə görə susdurulmuşdur. Bunu nəzərə alan tədris işçisi işini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu sistem Uilyam A. Dembskinin bildirdiyi kimi, diktatorluq rejiminə bənzəyir. Heç kim diktatorun əleyhinə ağzını belə aça bilmir.
Təkamülçü fizika professoru H.S.Lipson bir elm adamı kimi elmin yaradılışı göstərdiyini deyir, ancaq bu həqiqəti qəbul etməyin darvinist diktatorluğun təzyiqinə görə nə qədər çətin olduğunu bu sözlərlə açıqlayır:
Əgər canlı bir maddə atomların qarşılıqlı əlaqəsi, təbiət hadisələri, radiasiya təsiri ilə əmələ gəlməyibsə, onda necə əmələ gəlmişdir? Düşünürəm ki, biz yeganə ağlabatan açıqlamanın yaradılış olduğunu etiraf etməliyik. Bunun fiziklərin məhdudlaşdırılması mənasına gəldiyini bilirəm, bu, mənə də eyni şəkildə aiddir, amma əgər təcrübə dəlilləri bunu dəstəkləyirsə, xoşumuza gəlməyən faktı rədd edə bilmərik.155
Lipsonun sözlərində ifadə etdiyi darvinist məhdudlaşdırma ilə bir çox elm adamı, akademik və tədris işçisi tez-tez qarşılaşırlar. Məsələn, 1999-cu ildə Detroitdə ali məktəbin müdiri kitabxanaya darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədikdə Milli Elmi Təhsil Mərkəzi METM (National Center for Science Education) buna hər cür əngəl metodları tətbiq edərək qətiyyətlə qarşı çıxmışdır.156
Conatan Uels bu əngəlləmə siyasətini bu sözlərlə ifadə edir:
METM məktəb müdiriyyətinə təkamülün elmi cəhətdən mübahisəli olmadığını, ona görə də ona qarşı irəli sürülən dəlillərin elmi tədris planına elmi olmayan dini fikirləri daxil etmə səyinin məhsulu olduğunu deyir. Amerika məhkəmələri dövlət məktəblərində dini təhsil verməyin doğru olmadığını elan etdiyi üçün bu, məktəb müdiriyyətinin qanundankənar bir şey etmək istəməsi fikrini müdafiə edən xəbərdarlıq deməkdir. Əgər xəbərdarlıq nəzərə alınmasa, METM dəstək almaq üçün AVAB-a müraciət edər. AVAB da məktəb müdiriyyətinə yazılı məktub göndərərək bahalı ittihamnamə ilə onu təhdid edir. Ölkədəki hər məktəb müdiriyyəti maddi cəhətdən vəziyyəti idarə etməyə çalışdığı üçün METM və AVAB-ın bu təhdidi darvinist təkamülün dövlət məktəblərində tənqid edilməsinin qarşısının alınmasında çox işə yaramışdır.157
Məktəblərdə yaradılışın öyrədilməməsi üçün çox mübarizə aparan Amerikanın Kansas əyalətində təkamülçü biologiya tədrisinin aradan qaldırılması üçün görülən fəaliyyətlərin ardınca Kansas təhsil sistemi çox böyük təzyiq və israrla qarşılaşmışdır. Milli Tədqiqat Şurasının MTŞ (The National Research Council) rəhbəri Herbert Lin Science (Elm) jurnalına göndərdiyi bir məqalədə amerikan kollec və universitetlərinin Kansasda tədris edilən bütün ali məktəb biologiya dərslərinin akademik hesab edilməyəcəyinə dair bəyannamə verməli olduqlarını bildirmişdir. Növbəti ay Scientific American jurnalının redaktoru Con Renni isə universitetə qəbul komitələrinin Kansas məktəblərinin müdiriyyətlərinə Kansas ştatından ərizə verəcək tələbələrin xarakteristikasını diqqətlə araşdıracaqlarını bildirməsini və Kansasdakı ailələrə də bu mənfi qərarın uşaqlarının gələcəyi üçün pis nəticələrə səbəb olacağını bildirən məktub göndərməsini istəmişdir.158 Bu hədənin mənası aydındır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq cinayətdir və bu cinayəti edənlər dərhal məhkəmə məsuliyyətinə cəlb edilməlidir.
![]() |
Bir müddət əvvəl gündəmə gələn bir ittihamda isə Woods Hole Oceanographic Institution təşkilatından Nataniel Abraham adlı bir tədqiqatçı təkamül nəzəriyyəsini inkar etdiyini bildirməsinin əvəzində işindən azad edildiyini açıqlamışdır. 2004-cü ildə Abrahama Woods Hole-un səlahiyyətli nümayəndəsi olan elm adamı tərəfindən yazılan məktubda "işlədiyi təşkilat elm adamlarının təhlillərində və məqalələrində təkamül prinsiplərindən istifadə etməsini açıq şəkildə şərt qoymasına baxmayaraq, Abrahamın Milli Səhiyyə Təşkilatlarının (National Institutes of Health) təkamül lehinə fəaliyyət formasını mənimsəmədiyini bildirdiyi" üçün işdən azad edildiyi bildirilmişdir.159 Yəni bir elm adamı təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün rəsmi şəkildə qəbul edilməmişdir. Mövzunun 2007-ci ildə Nataniel Abrahamın irəli sürdüyü ittiham nəticəsində gündəmə gəlməsi, şübhəsiz, artıq insanların darvinizm diktatorluğuna qarşı çıxma cəsarətindən qaynaqlanır.
Berkeley Universitetindən hüquq professoru Filip E. Conson 1981-ci ildə İngiltərə Təbiət Tarixi Muzeyinin qapısından asılan lövhələrlə bağlı darvinist fanatizmi bu sözlərlə izah edir:
Qapının girişindəki lövhədə bunlar yazılmışdı: "Nə üçün bu qədər müxtəlif canlı olduğu sizi heç maraqlandırıbmı? Bir fikrə əsasən, bu gün gördüyümüz bütün canlı varlıqlar mərhələli dəyişikliklərlə qədim əcdaddan törəyiblər. Təkamül necə meydana gəlib? Növlər necə bir-birlərindən törəyiblər? Bu salondakı sərgi bunun mümkün açıqlamasını təmsil edir – Çarlz Darvinin açıqlamasına."
Yan tərəfdəki lövhədə isə bunlar yazılmışdı: "Digəri isə bütün canlı varlıqları mükəmməl və dəyişməz şəkildə Allah`ın yaratması fikridir" Əlavədəki broşurada isə bu etiraf yer alır: "Təbii seleksiya ilə təkamül anlayışı sözün tam mənasında elmdən kənardır"
Elm komitəsinin buna verdiyi cavab biabırçı idi. Nature (Təbiət) jurnalındakı məqalədə bu sual verilmişdi: "Darvinizmin ən yaxın qalası olan bu muzeyin müdirləri cəsarətlərinimi itirdilər, yoxsa hətta ağıllarınımı?... Kimsə buna qarşı çıxmaz, elmin ictimaiyyətə təqdim edilməsində, uyğun olduqda mübahisəli mövzuların şübhəli olduğunu demək uyğundur. Bəs təkamül nəzəriyyəsi ciddi bioloqlar arasında hələ də şübhə doğurur? Əgər doğurmursa, onda ümumi mənada fikir qarışdırmasından başqa bu şübhəli sözlər nəyə xidmət edir?"
... Bu nəşrin nəticəsində muzey təslim oldu və bu təcavüzkar ifadələri götürməyə məcbur oldu.160
Elə darvinist diktatorluğun üsulu budur. Təkamülə qarşı işlədilən sözlər təcavüzkar ifadələr kimi göstərilir və darvinist elm adamlarının reaksiyası ilə, dünyada məşhur olan elmi jurnalların təzyiqi ilə dərhal qarşısının alınması üçün lazımi tədbir görülür. Darvinist diktatorluğun təzyiqi ilə bütün antidarvinist izahlar dərhal susdurulur.
Bu despot yanaşma, əlbəttə, bircə məqsədə xidmət edir. Təkamül nəzəriyyəsinin sübut edilmiş bir nəzəriyyə kimi göstərilməsi və bu şəkildə bütün dünyaya yayılması darvinist zərurətdir. Onlar yaradılış həqiqətini öz ağıllarına görə insanlardan uzaq tutaraq bütün varlıqları Allah`ın yaratdığı həqiqətini gündəmə gətirməyib yalnız təkamül təlqinini verərək bunu təmin edə biləcəklərini düşünürlər. Lakin darvinistlərin düşünə bilmədikləri bir həqiqət var. Canlıların yaradıldığını anlamaq və görmək üçün insanlara bununla bağlı təhsil verilməsinə ehtiyac yoxdur. Ağlını bir az işlədən hər insan canlı varlıqlarda qeyri-adiliyin, mükəmməlliyin, ağılın, şüurun, sənətin, ehtişamın olduğunu asanlıqla görə bilər. Bütün bunların şüursuz, ağılsız, düşünmə, dərk etmə, mühakimə yürütmə, doğru ilə yanlışı ayırd etmə xüsusiyyətindən məhrum kor təsadüflərin nəticəsində meydana gəlmədiyi qənaətinə gələcəkdir. Yalnız bir neçə saniyə səmimi şəkildə düşünən bir insan üçün belə bunu başa düşmək heç də çətin deyil. Allah ağlını işlədən insanlar üçün yaratdığı möcüzələrin açıq-aydın olduğunu ayələrində xəbər vermişdir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün ayələr vardır! Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allah`ın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3-5)
Darvinistlər, əslində, gördükləri tədbirlərin əbəs olduğunu görməyə başlayıblar. Keçmişdə təzyiq edici metodlarla, saxta dəlillərlə verilən təlqin bu gün şüurlu insanlar üzərində təsirli olmayacaq.
Conatan Uels artıq getdikcə daha çox elm adamının darvinizmdən şübhələnməyə başladıqlarını və səslərini çıxarmaq üçün hərəkətə keçdiklərini bu sözlərlə bildirir:
Həqiqətən, həddindən çox bioloq darvinizmin bəzi böyük dəlillərindən səssizcə şübhələnir və ya onları inkar edir. Ancaq - heç olmasa Amerikada – onlar susmalıdırlar, əks halda, qınağa, məhdudiyyətə və sonda elmi icmadan xaric edilməyə məruz qalırlar. Bu çox tez-tez baş verməsə də, belə bir risk mövcuddur. Güman edirəm ki, darvinistlərin əks fikirləri tənqidin təsiri ilə gözləri açılan bioloqlardan ibarət və sayları getdikcə artan yeraltı icma əmələ gələr. Təcrid edilmiş müxaliflər neçə nəfər məsləkdaşının da eyni cür düşündüyünü başa düşdükdə onları sayları getdikcə artacaq və səsləri daha ucadan çıxmağa başlayacaqdır.161
Elm darvinizmin istifadə etdiyi ən böyük maskadır. Darvinizm "elm" adı altında ortaya çıxmışdır. Darvinistlər də: "Elm adamlarıyıq" deyə ortaya çıxmışdır. Darvinizmə qarşı göstərilən hər cür reaksiya "elmlə mübarizə" kimi təqdim edilmişdir. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə bir növ "geri qalmışlıq və ya elm düşmənçiliyi" kimi göstərilmişdir. Darvinistlərin hər cür saxta dəlili elmi kəşf kimi insanlara tanıdılmışdır. Başqa sözlə, darvinizm 150 ildir ki, elmdən istifadə edir.
Bəs darvinizm elmdirmi?
Darvinizm bir yalandır. Elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm insanları bir yalana alışdırmaq və ona inandırmaq üçün göstərilən səydir. Elm darvinizmin sığınacağıdır. Darvinizm elmdən istifadə edərək toxunulmazlıq əldə edir. Saxtakarlıqları elm adı altında müdafiə edir. Saxta dəlillər irəli sürən, uşaq nağılları danışan darvinistləri elm adamı kimi tanıdır. Darvinizmin yalan olduğunu başa düşən və buna qarşı mübarizə aparan insanları da elmə xəyanət etməklə günahlandırır. Darvinizmin ən böyük silahı elmdir. İndiyə qədər də insanları elm maskasının altında gizlənərək aldatmışdır. Elmdən istifadə edərək insanları aldatmaqda davam edir. Darvinist elmi jurnallarının, darvinist sənədli film kanallarının, darvinist elm adamlarının bundan istifadə etməsinin səbəbi budur.
İngilis paleontoloq təkamülçü Derek V. Eycer bu məsələ ilə bağlı bunları deyir:
Hamımız bilirik ki, bir çox təkamülçü təşəbbüs müəyyən paleontoloqlar tərəfindən aparılan beyin fırtınalarından ibarətdir. Kitabxanadakı bir taksonomist (canlıların bioloji təsnifatı ilə məşğul olan şəxs) milyonlarla illik genetik mutasiyadan daha artığını bacarar.162
![]() |
Təkamülçülərin iddia etdiyi şəkildə ibtidai atmosfer heç yaşanmamışdır. |
Bu ifadə çox doğrudur. Məktəb dərsliklərində, qəzetlərdə, jurnallarda, televiziyalarda bəhs edilən ibtidai dünya, mutasiyalar və təbii seçmə ilə əmələ gələn canlı növləri, xəyali ortaq əcdad, inkişafı tamamlanmamış qəribə canlılar kimi təkamül hekayələri sadəcə darvinist elm adamlarının öz təxəyyülündəki hadisələrdir. Təbii seleksiya yolu ilə illərdir fərz etdikləri heç bir nəticə əldə edə bilməyiblər. Derek V. Eycerin də dediyi kimi, genetik mutasiyalar da onlara bu nəticəni verməmişdir. Amma bu elmi həqiqətləri inkar edib eyni saxta iddiaları müdafiə etməkdə davam etmək, onların fikrincə, darvinizm yalanının dünyaya yayılma ehtimalını çətinləşdirir. Elə buna görə, darvinistlər elmi terminlərdən darvinist yalana elmi don geyindirmək üçün istifadə edirlər. Ortada tamamlanmış və təkamülün lehinə nəticə vermiş elmi təcrübə və ya elmi dəlil yoxdur. Sadəcə tez-tez istifadə edilən elmi terminlər və formullar var. Hər hansı darvinist müəllifin kitabında bu qəribə terminlərə və ya kimyəvi formullara tez-tez rast gəlmək mümkündür. Mövzu haqqında məlumatsız olan bir insan bu kitaba baxdıqda, həqiqətən də bir elm adamının elmi kitabını oxuduğunu zənn edər. Lakin görünüş aldadıcıdır. Bu kitabda bəhs edilən yeganə şey canlı varlıqların kor təsadüflər nəticəsində əmələ gəlməsi və bu günki vəziyyətlərinə kor təsadüflər nəticəsində gəlmələri nağılıdır. Darvinist yazıçının bunun barəsində bəhs edəcək yeni elmi dəlili yoxdur. Kimyəvi terminlər və formullar darvinizm yalanını yalnız tamamlamaq, öz ağıllarına görə həqiqi göstərmək üçündür.
Darvinistlərin elmdən istifadə etmək üsullarına bir misal təkamülçü paleontoloq S. M. Stanleyin bu sözləridir:
Təkamül kiçik, lokal populyasiyalarda sürətlə baş verir, buna görə, fosillərdə təkamülü görə bilmərik.163
Bu sözlər yalandır. Lokal populyasiyalarda baş verən təkamüldən bəhs edilir, lakin dəlil yoxdur. Hətta dəlilin tapılmayacağı etiraf edilmiş, amma bu da elmi göstərilməyə çalışılmışdır. İşin əsli isə bundan ibarətdir: fosillərdə təkamülə rast gəlinmir, çünki təkamül heç vaxt baş verməyib.
Milli Elmi Təhsil Mərkəzinin (National Center of Science Education - NCSE) rəhbəri E.C. Skott isə bu mövzu ilə bağlı bu açıqlamanı vermişdir:
Bir çox orta məktəb dərsliyi (hətta təəssüf ki, bəzi kolleclər) nəzəriyyələri sınaqdan keçirilmiş hipotezlər kimi açıqlayırlar, sanki hipotezlər təsdiqlənmiş nəzəriyyələrdir və əsl mənada çox yaxşı nəzəriyyə onlar üçün qanuniləşmiş kimidir. Təəssüf ki, elm adamları bu terminləri bu şəkildə istifadə etmirlər, bir çox insan elm adamı deyil və elm adamları da bu terminlərin mənasını tələbələrə və ictimaiyyətə yaxşı izah edə bilməmişdir.164
Bu şərtlər daxilində yalnız ona göstərilən və izah edilənləri bilən bir insan əgər düşünüb qabaqcadan əmələ gəlmiş mənfi rəysiz dəyərləndirmə gücü yoxdursa, darvinizmin əsaslı olduğuna asanlıqla inana bilər. Çünki darvinizm təlqin metodu ilə oxucunun istəyinə bir növ qarşılıq vermişdir. Canlıları öz ağlına görə bəsit şəkildə izah etmiş və buna "elmi" demişdir. "Mühakimə edilməsinə ehtiyac olmadığını, onsuz da doğru olduğunu və sübut edildiyini" demişdir. "Elm adamlarının bunu dəstəklədiyini" və həmçinin "elmin canlılar haqqında yeganə açıqlamasının bu olduğunu, bundan başqa açıqlamaların qeyri-elmi olduğunu bildirmiş və bunu bütün dünyanın qəbul etdiyini" demişdir. Bu yalanlarla tarixin ən böyük saxtakarlıqlarından birini inşa etmişdir. Darvinizmi heç bilməyən, onun necə yalan olduğuna dair heç bir fikri olmayan və yalnız bu izahları eşidən bir şəxs üçün də bu səthi açıqlamalar onu inandırmağa kifayət edir.
Lakin bu şəxs aldığı təlqinin hər anında aldadılır. Onsuz da darvinizmi qəti şəkildə məhv edən və yaradılış həqiqətinin dəlili olan 500 milyondan çox fosil darvinistlər tərəfindən ehtiyatla ört-basdır edilmiş, canlıların əsasını təşkil edən zülalların birinin belə təsadüfən əmələ gəlməsinin riyazi cəhətdən qeyri-mümkün olması insanlardan gizlədilmişdir. Bu səbəbdən, sözügedən yalanın hüdudlarını bilməsi də mümkün olmamışdır. Aldadılan şəxsin bilmədiyi şey budur: darvinizm elmi deyil, elm deyil. Darvinizm araşdırılmış və doğru olduğuna dair elmi dəlillərin olmadığı məlum olmuş, yalan olduğu sübut edilmişdir. Darvinizmi dəstəkləyən elm adamları bunu batil din, ideologiya kimi görən fanatik və ehkamçı insanlardır. Elmin canlılar haqqındakı yeganə izahı yaradılış həqiqətidir. Darvinizmin bütün dünya tərəfindən qəbul edilmiş kimi görünməsinin ardındakı səbəb də bu saxta təlqin metodları, bu aldadıcı təbliğat üsullarıdır. Bəzən elm adamları belə bu yalana inanıb qəflətə düşürlər. İngilis paleontoloq Colin Pattersonun bu məsələ ilə bağlı etirafı diqqət çəkir:
Sonra oyandım və bütün həyatım boyu darvinizmi hər hansı bir yolla sübut edilmiş bir həqiqət olduğunu zənn edərək aldadıldığımı başa düşdüm.
Sistemdəki ortaq əcdad hipotezlərinin təsirinin cansıxıcı olduğunu və məlumat çatışmazlığından qaynaqlandığını deyil, eyni zamanda, bunun qəti şəkildə elmə qarşı olduğunu düşünürəm.165
Bununla bağlı digər nümunəni sənədli film prodüseri Brian Leyt verir:
Son on il yeni bioloq qrupu ərsəyə gəldi. Onlar elmi baxımdan hörmətli hesab edilirlər, amma darvinizm haqqında böyük şübhələri var.166
Amerikalı iqtisadçı Ceremi Rifkinin "Təkamül nəzəriyyəsi bizim təhsil sistemimizin ən mühüm hissəsinə daxil edilmişdir və onu lazımsız sui-istifadələrdən qorumaq üçün ətrafında bəzəkli divarlar hörülmüşdür"167 sözünü haqlı çıxaran başqa mühüm sübut isə darvinist elm adamlarının saxtakarlıqları görməməzliyə vurmağı yenə elmin adından etmələri və həqiqət üzə çıxsa belə, bundan çəkinib utanmamalarıdır. Məqsəd mütləq və mütləq hər hansı yolla insanları aldatmaq olduğu üçün dünyanın ən məşhur elm adamları heç çəkinmədən, göz görə-görə bu yalanı müdafiə edirlər. Conatan Uels buna belə bir misal çəkir:
Hekelin saxta rüşeym rəsmlərindən illərlə xəbərdar olan elm tarixçisi Cey Qulda nə demək olar? Quldun təhsil verdiyi tələbələr Hekelin rüşeymlərini təkamülün sübutu kimi göstərən dərsliklərdən biologiyanı öyrəniblər. Buna baxmayaraq, başqa bir bioloqun 1999-cu ildə buna etiraz etməsinə qədər Quld heç səsini çıxarmayıb. Ondan sonra da Quld dərsliyin müəlliflərini səhvə görə təqsirkar gördü və etiraz xarakterli pıçıltını yayan yaradılışçını (Leigh Universitetinin kimyaçısı) vəzifəsindən kənarlaşdırdı. Burada ən böyük məsuliyyət kimə aiddir – saxta rəsmlərdən düşüncəsizliklə təkrar-təkrar istifadə edən dərsliyin müəlliflərinə, onlardan şikayət edən insanlara, yoxsa özünün "akademik cinayət" adlandırdığı fakta iş yoldaşları bilmədən ortaq olarkən özündən razı şəkildə kənardan vəziyyəti izləyən, dünya səviyyəsində məşhur mütəxəssisə?
![]() |
Bu, Allah`ın yaratdıqlarıdır. İndi siz də Mənə başqalarının nə yaratdığını göstərin. |
Hekelin rüşeymləri ilə bağlı həqiqətlə müqayisə edildikdə pulcuq qanadlı güvələrin (sənaye kəpənəkləri) qüsurlu olması ancaq yaxın dövrdə başa düşülmüşdür, ona görə, bəlkə də dərslik müəlliflərini onu dərsliklərə əlavə etdiklərinə görə qınamamaq olar. Pulcuq qanadlı güvələr üzərində tədqiqat aparan hər bioloq güvələrin ağac gövdələrinə qonmadığını, dərsliklərdəki rəsmlərinin qondarma olduğunu on ildən çox bilirdi. Əgər elm özünü düzəldirsə, nə üçün mütəxəssislər dərsliklərdən uydurma fotoşəkilləri çıxarmaq üçün cəhd göstərmirlər?168
Darvinistlərin elmdən istifadə etmələri, həm də bu məqsəd üçün guya elmin müdafiə və mühafizəsini öz boyunlarına götürmə görünüşü vermələri, şübhəsiz, böyük saxtakarlıqdır. Əslində, darvinizm iddiasının tam əksinə elmə qarşı hərəkət edir. Elmi dəlilləri ört-basdır etməyə çalışır. Laboratoriyalarda həyata keçirilən təcrübələrin üzə çıxardığı nəticələrə müxalif olan iddiaları müdafiə edir. Əldə edilən fosillər ara formaların heç mövcud olmadığını sübut edərkən canlıların özlərindən əvvəl saysız-hesabsız ara forma qoyaraq bir-birlərindən təkamüllə törədikləri yalanını irəli sürür. Elm saxtakarlığı darvinizmlə birlikdə ortaya çıxmış anlayışdır. Darvinistlər elmi muzeylərdən, elmi KİV-lərdən istifadə edərək bu saxtakarlıqları bilə-bilə heç çəkinmədən insanlara təqdim edirlər. Elmi kitab və jurnallardan istifadə edir, heç vaxt baş verməmiş təkamül tarixi nağılını bu KİV-lərdə danışırlar. Heç vaxt mövcud olmamış qəribə bir canlının şəklini çəkir, bunu tarixi keçmiş kimi göstərməyə çalışırlar. Elm əleyhdarı olan bu din elmilik adı altında ən böyük yalanlardan birini söyləyir.
Belə böyük bir yalanın dəstəkçisi olmalarının səbəbi, şübhəsiz ki, darvinistlərin dəccaliyyətə kor-koranə bağlılıqlarıdır. Dəccali sistem insanları yalana yönləndirən batil sistemdir.
141. Jonathan Welss, The Politically Incorrect: Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 181
142. Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 201
143. Wolfgang Smith, Teilhardism and the New Religion, A Thorough Analysis of the Teachings of Pierre Teilhard de Chardin, Rockford IL, Tan Books and Publishers, Inc. 1988, s. - 8 Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 221
144. Jonathan Welss, The Politically Incorrect: Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 182
145. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
146. Jonathan Welss, The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.192
147. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
148. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
149. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
150. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
151. Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
152. Jonathan Welss, The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.95
153. Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 200
154. Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 200
155. H. S. Lipson, "A Physicist Looks at Evolution", Physics Bulletin, vol. 31, 1980, s. 138 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 201
156. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 218
157. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 218
158. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 220
159.http://www.boston.com/news/local/articles/2007/12/07/biologist_fired_for_beliefs_suit_says/?page=2
160. http://butler-harris.org/archives/21
161. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 220
162. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 158
163. Henry M. Morris, The Long War Against God, Master Books, 2000, s. 27
164. Eugenie C. Scott, Evolution vs. Creationism, University of California Press, London, 2005, s. 14
165. Colin Patterson, "Evolution and Creationism", Speech at the Museum of Natural History, New York, Kasım 1981, s. 2 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 224
166. Brian Leith, The Descent of Darwin: A Handbook of Doubts about Darwinism, Collins, 1982, s. 11 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 229
167. Jeremy Rifkin, Algeny, New York, Viking Press, 1983, s. 112 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 224
168. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 213-214