Qanadlardakı mükəmməl quruluşu yaradan, şübhəsiz, üstün güc sahibi olan Allah`dır. |
Təsadüflər darvinistlərin hər şeyi həyata keçirən, sanki möcüzə meydana gətirən saxta ilahıdır. Darvinistlərin bəsit dünyasına görə, zaman və təsadüflər birlikdə fantastik şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağılsız inanca görə, təsadüflər insanların bacarmadıqlarını bacarır, laboratoriyadan və elm adamlarından daha üstün bilik, bacarıq və texniki imkana malik olurlar. Darvinizmə görə, təsadüflər hər şeyi mükəmməl komplekslikdə və qüsursuz şəkildə meydana gətirən xətasız mütəxəssislərdir. Darvinistlərin həyata dair açıqlamalarının ardındakı xəyali qəhrəman darvinist nağıllara görə daima şüursuz təsadüflər olmuşdur.
Darvinistlər üçün bunu insanlara qəbul etdirməyin də müxtəlif üsulları var. Əlbəttə, ağlı başında olan heç kim bir sürünənin anatomiyasının tamamilə dəyişərək mükəmməl görünüşlü, süzərək uçan quşa çevrildiyinə normal şərtlər daxilində inanmaz. İnsanları bu cür məntiqə zidd hekayəyə inandırmaq üçün bir cür sehr sistemi qurulmalıdır. Elə bu səbəbdən, darvinistlər tərəfindən təsadüf bütünün fantastik bacarıqları müxtəlif elmi terminlər ehtiva edən nağıl şəklində insanlara təlqin edilir. Bu nağıla görə, bir canlı varlığın əmələ gəlməsindəki hər mərhələ kor təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə həyata keçirmişdir. Bir darvinistdən: "İlk canlı hüceyrə necə əmələ gəldi?" deyə soruşsanız, alacağınız cavab: "Bir palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə" olacaqdır. Gözün necə əmələ gəldiyini soruşsanız, "Möcüzə" cavabını alacaqsınız. "Qanadlar necə əmələ gəldi, quşlardakı mükəmməl tüklər necə əmələ gəldi?" desəniz, "Bir gün bir yolla bir möcüzə oldu" məntiqi ilə izahlar verəcəkdir. Darvinistlərin ağıldan və elmdən kənar izahlarında bu xəyali prosesi istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Lakin kainat son dərəcə həssas müvazinətlər üzərində qurulmuşdur. Yer üzü qüsursuz nizama malikdir. Bu nizamdakı ən kiçik pozulma bütün sistemin tamamilə məhv olması deməkdir. Hər bir canlı növü də olduqca mürəkkəb quruluşa və heyranedici xüsusiyyətlərə malikdir. Elə bütün bu incəliklərin hər biri üstün güc və qüdrət sahibi olan ağılın, yəni uca Allah`ın əsəridir.
Darvinist hekayələrdə isə bu mükəmməl müvazinət və heyranedici komplekslik görməzlikdən gəlinir. Elmi terminlərlə bəzədilib anlaşılmaz hala salınan təkamül hekayəsinin içindəki bütün bu cəfəngiyatlar sanki sehrləyirmiş kimi ehtiyatla və davamlı şəkildə təlqin edilir.
Teoloq R.C. Spraul bu məsələ ilə bağlı bunları demişdir:
Elm adamları təsadüfə bir güc aid etdikdə fizika sahəsini sehrə tərk etmişdirlər. (Darvinistlərin fikrincə) təsadüf sadəcə dovşanları deyil, bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli çubuqdur.129
Darvinistlərin iddia etdiyi kimi, təsadüflər heç bir zaman canlı həyat meydana gətirə bilməzlər. Hamısı Allah`ın sənətidir. |
Darvinistlər nə qədər bu təlqini yaşatmağa çalışsalar da, əslində, möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz, kor təsadüflərdir. Təsadüflər ardında heç bir şüurlu amil olmadan, heç bir ağıllı, istiqamət verici, planlaşdırıcı güc olmadan meydana gələn hadisələrdir. Təsadüfən baş verən bir hadisənin sınama-yanılma yolu ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna əsasən tədbir görməsi, bir orqanın nəyə bənzəyəcəyini əvvəlcədən planlaşdırması, fədakarlıq, vəfa və sevgi göstərməyi bilməsi, şübhəsiz ki, mümkün deyil. Bir iynəni belə əmələ gətirə bilməyən xəyali bir gücün dünyadakı möhtəşəm canlı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağıla, elmə və əlbəttə, sağlam fikrə ziddir.
Burada "bir iynəni belə əmələ gətirə bilməz" ifadəsi darvinist iddialara bir cavab olaraq və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün işlədilmişdir. Əslində, təsadüflərin hər hansı bir şey əmələ gəldiyini iddia etmək ciddi məntiq pozuntusuna və ağılsızlığa işarədir. Lakin darvinistlər bu anormal məntiqdən istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə əsasən, kifayət qədər vaxt verildikdə təsadüflərin edə bilmədiyi şey yoxdur.
Nobel mükafatına layiq görülmüş təkamülçü bioloq Corc Valdın aşağıdakı sözləri darvinistlərin “təsadüf + zaman” formuluna sehrli formul kimi inandıqlarını açıq şəkildə ifadə edir:
Sadəcə gözlənilməlidir: zaman möcüzələr həyata keçirir. Çox zaman verildikdə qeyri-mümkün mümkün, mümkün ehtimal və ehtimal qeyri-real olaraq qətiləşər.130
Əlbəttə, bütün bu məntiqdən kənar açıqlamaların məqsədi darvinistlərin canlıların varlığına – öz ağıllarına görə - yaradılışdan kənar açıqlama gətirmə cəhdidir. Şübhəsiz, zamanla təsadüflərin birləşərək palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyini qəbuledilməz olduğunu darvinistlər də bilir. Lakin onlar doğru açıqlamanı qəbul etmək əvəzinə məntiqsiz olanı məntiqli göstərməyə cəhd edirlər.
Göründüyü kimi, darvinistlərin bütün açıqlamaları yalana əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latın dilindəki təriflərini, anlaşılmaz elmi terminlərini çıxardıqda yerdə "bütün canlılar təsadüfi hadisələr nəticəsində, şüursuz şəkildə, kor təsadüflərin birləşməsi ilə, heç bir nəzarət, heç bir tədbir, heç bir şüurlu müdaxilə olmadan təsadüfən əmələ gəldi" yalanı qalır. Elə darvinistlərin insanları inandırmağa çalışdığı yalan da budur.
Dövrümüzün ən coşqun darvinistlərindən biri olan ateist təkamül bioloqu R.Dokinzin aşağıdakı sözləri darvinist məntiqin nə qədər çıxılmaz vəziyyətdə olduğunu görmək üçün kifayətdir:
...Heyvanlar tələsik bir yerə toplanmış, keçmişdən gəlmiş, kobud şəkildə nizamlanaraq yöndəmsizləşmiş gülünc bədheybətlər olmalı idilər. Lakin qida ovlayan bir hepardın olduqca zərif hərəkətlərini, dağ qaranquşunun aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü həşəratın (kamuflyaj yolu ilə etdiyi) göz yanıldıcı incəliklərinə yönəltdiyimiz maraq dolu diqqətimizi bu ümidimizlə necə əlaqələndirə bilərik?131
Allah dəccalı elə böyük tələyə salmışdır ki, son olaraq dəccal tərəfdarları öz ağıllarına görə Allah`a qarşı mübarizə aparmaq üçün "təsadüf " kimi məntiqsiz, ağılsız və ibtidai sinif şagirdlərini belə güldürən nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə batil və ağılsız iddiadır ki, həşəratların üstün qabiliyyətlərindən istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bununla müqayisədə daha məntiqli olar. Lakin dəccalın sehri bəzi insanları bu cəfəngiyata inandırmışdır. Bu cəfəngiyat məktəblərdə tədris edilir. Ancaq insanlar təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara bir yaradıcı vəsfi verildiyini (Allah`ı tənzih edirik) görüb anladıqca, dəccalın axırzamandakı ən böyük oyunu olan darvinizm yazıq hala düşmüşdür.
Allah ayələrində belə buyurur:
İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən (bu möhtəşəm yaratmaya və onların inkarına) təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir." "Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!" "Eləcə də əvvəlki atalarımız (dirildiləcəklərmi)?!" De: "Bəli, özü də zəlil olaraq (dirildiləcəksiniz)." |
Darvinizm yalanı ilə bağlı bilinməli çox mühüm həqiqət var: darvinizm hələ həyatın mənşəyi məsələsinə, yəni canlıların ilk dəfə necə üzə çıxması sualına ağıllı və elmi açıqlama verə bilməmişdir. Darvinistlərin hər şeyin mənşəyi hesab etdikləri o xəyali "ilk hüceyrə"nin, hətta onun ilk zülalının belə necə əmələ gəlməsi bəlli deyil. Təkamül nəzəriyyəsi necə əmələ gəldiyini izah edə bilmədiyi bircə zülal qarşısında tamamilə məhv olmuşdur.
Bu həqiqət bütün darvinistlərə məlumdur. Buna görə, oxuyacağınız hər darvinist KİV-də, izləyəcəyiniz hər darvinist verilişdə bu mövzu üstündən keçilməyə və unutdurulmağa çalışılır. Darvinizm təbliğatı aparan heç bir yerdə bir zülalın təsadüfən əmələgəlmə ehtimallarının qeyri-mümkün olması, elm tarixi boyu laboratoriyalarda həyata keçirilmiş saysız-hesabsız təcrübənin hüceyrənin bircə zülalını, bircə orqanoidini əmələ gətirə bilməməsi, hüceyrənin təsadüfən əmələ gəlməyəcək qədər mükəmməl və mürəkkəb kompleksliyə malik forma olduğunu öyrənmək mümkün deyil. Çünki bu həqiqətlər həyatın mənşəyinə dair elmdən kənar bəsit darvinist izahı yerlə bir edir. Təsadüflərin bir zülalın içindəki amin turşularını belə izah edə bilməməsi nəzərə alındıqda təkamül nəzəriyyəsinin xəyali "zaman + təsadüflər + palçıqlı su" formulu uşaq bağçaları üçün hazırlanmış nağıl kitabı başlıqlarını xatırladır.
Yaşadığımız möhtəşəm planet, Günəş, Ay və ulduzlar Allah`ın möhtəşəm yaratmasının üstün qüdrətinin təcəlliləridir. |
Bütün bunların həyata keçdiyini, Darvinizmin sehrli formulunun işə yaradığını və xəyali ilk hüceyrənin əmələ gəldiyini fərz etsək belə (ki bu elmi cəhətdən mümkün deyil), darvinistlər yenə çox böyük müəmmalarla qarşı-qarşıyadırlar. Darvinistlərin bir hüceyrənin orqanoidlərinin hər birinin funksiyalarını, bir hormonun orqanizmdəki funksiyaları, qaraciyər, dalaq, mədə, ağciyər, beyin kimi kompleks orqanların əmələ gəlməsini və fəaliyyətini, həm də iddia etdikləri kimi bütün bunların başqa canlılardan təkamül yolu ilə qüsursuz və mükəmməl şəkildə möcüzə ilə əmələ gəlməsini açıqlamalıdırlar. Lakin darvinistlər gözlənildiyi kimi izahı qeyri-mümkün olan bu mövzuların yanına belə yaxınlaşmırlar.
Çünki ən kiçiyindən ən böyüyünə qədər canlıların hamısındakı möhtəşəm kompleksliyi saxta darvinist mexanizmlərlə açıqlamaq mümkün deyil. Bütün darvinistlər, əslində, yer üzündə, göy üzündə, bütün canlıların və insanın yaradılışında açıq-aydın möcüzə olduğunu bilirlər. Döllənmiş bir hüceyrənin bölünərək 100 trilyon hüceyrədən ibarət mükəmməl insan bədənini əmələ gətirməsini, bunların 30 trilyonunun insan beynini əmələ gətirmək üçün xüsusilə birləşib ayrılmasını, onların içində 120 trilyon rabitə quran 12 milyard beyin hüceyrəsinin mükəmməl şəkildə işləməyə başlamasını və bütün bunların nəticəsində ortaya düşünən, varlığının şüurunda olan mükəmməl canlının çıxmasını darvinist yalan üsulları ilə açıqlaya bilməyəcəklərini özləri də bilirlər.
Elm yazıçı və jurnalist Fred Hiren darvinistlərin də gözlərinin qarşısında olan bu həqiqəti aşağıdakı sözlərlə açıqlayır:
Açıq-aşkar olan bu həqiqət olduqca başa düşüləndir. Məntiqli çıxarış budur: gördüyümüz hər şey çox böyük, fövqəltəbii səbəb tələb edən nəticədir. Günəş və ulduzlar, Ay və Yer bəzi şeylərdən öz-özünə əmələ gəlməyiblər. Bu məntiqsizdir – yalnız qərb məntiqi deyil, bütün insan məntiqi baxımından məntiqsizdir. Kainatdakı hər hadisə buna səbəb olan şey ilə əlaqədar şəkildə izah edilə bilər. Amma sözügedən hadisə kainatın özünün necə əmələ gəlməsi olduqda, bunun kainatın içində açıqlaması yoxdur. Burada artıq təbiətə aid bir açıqlama yoxdur.134
Şübhəsiz, bütün kainata, yerə və göyə, bütün canlı varlıqlara hakim olan, onların hamısını yaradan Allah`dır. Allah bir hüceyrədə yaratdığı möhtəşəm aləm içində elə mürəkkəb nizam var etmişdir ki, bunun nəinki təsadüflərlə, insan bacarığı, qabiliyyəti və ağlı ilə açıqlanması qeyri-mümkündür.
Elə darvinizmin ən böyük müəmmalarında birini bu həqiqət təşkil edir. Darvinistlər bir məsələyə dair izah verə bilmədikdə, adətən, boyun "qaçırma" siyasətindən istifadə edirlər. Təkamül nəzəriyyəsinin saxta mexanizmlərini sadalayır, lakin onların təkamülü necə meydana gətirdiyinə dair heç bir elmi açıqlama vermirlər. Təkamül nəzəriyyəsi öz açıqlamaları içində boğulmuşdur, lakin oxucuya bunu hiss etdirməməyə çalışırlar. Ancaq təkamülçü bioloq, ateist Riçard Dokinzin aşağıdakı etiraflarından da başa düşüldüyü kimi, təkamülün əsas müəmmaları darvinistlərə çox yaxşı məlumdur:
Təbiət çatışmazlıq əmələ gətirmələrinə baxmayaraq, bir sıra mutasiyanı birləşdirərək bir canlı nəsli üçün ən ideal inkişafa aparan yolu müəyyən etmə qabiliyyətinə malik deyil.135
Qurudan dənizə keçən bir nəslin hərəkət sistemində olduğu kimi, tənəffüs sistemində də dəyişikliklərə ehtiyacı olacağı yəqindir, lakin bunların arasında əlaqə olduğunu düşünmək üçün əsaslı bir səbəb yoxdur. Yerimə üzvlərini üzgəclərə çevirən proses nə üçün oksigen qəbul etməsi üçün ağciyərlərin funksionallığını artıran proseslərlə əlaqədar olmalıdır? Əlbəttə, eyni anda adaptasiyanı həyata keçirən bu proseslərin embrioloji mexanizmlərin təsadüfi nəticəsi kimi əlaqədar hala gəlməsi ehtimalı var, ancaq bu əlaqənin mənfi əvəzinə müsbət nəticə verməsi o qədər də mümkün deyil.136
Dövrümüzün ən tanınmış ateistlərindən olan R.Dokinz belə cidd-cəhdlə müdafiə etdiyi təkamülün heç bir mexanizminin təkamülə dəlil olmadığını açıq şəkildə etiraf edir. Dokinz bu sözləri ilə mutasiyaların heç bir faydalı nəticə verməyəcəyini və bir canlının sudan quruya keçidi üçün lazım olan çevrilmələrin qeyri-mümkün olduğunu ifadə etməyə məcbur olmuşdur. Dokinzin bu etirafları elmi cəhətdən heç bir dəlili olmayan batil darvinizm dininin kor-koranə necə müdafiə edildiyini təsdiqləyir.
Dokinz kitabında, eyni zamanda, Nobel mükafatına layiq görülmüş immunoloq Prof. Sir Piter Medavardan da mövzu ilə bağlı sitat gətirmişdir:
'... Əlimizdə təkamül xarakterli inkişaf ilə bağlı inandırıcı tərif yoxdur...'137
Əsas müəmmaların görməməzliyə vurulması, əlbəttə, mövzu haqqında məlumatı olmayan insanlara təsir edir. Lakin insanlar təkamül nəzəriyyəsi haqqında məlumatlandıqca haqqında bəhs edilməyən bəzi həqiqətlər, ört-basdır edilməyə çalışılan əsas mövzularla bağlı suallar verməyə başlayacaqlar. Bu gün bəzi ölkələrin məktəblərində, ABŞ-ın müxtəlif ştatlarında və Avropada baş verən vəziyyət budur. Şagirdlər kor-koranə təhsil almağı rədd edir, bu əsas müəmmalar məsələsində müəllimləri ilə mübahisə etməkdən belə çəkinmirlər. Dəccalın insanları aldatdığı dövr sona çatmışdır. Darvinizmin əsas müəmmaları insanların diqqətini çəkir, bütün bunların izahını gözləyirlər. Darvinistlərin bu məsələ ilə bağlı uzun davam edən səssizliyi darvinizm tərəfdarlarını belə şübhəyə salmış, insanlar darvinizmdən kənar izah axtarmağa başlamışdır. Əlbəttə, darvinizm sehrindən xilas olan hər insan ağıl və şüur nümayiş etdirən, möhtəşəm kompleksliyə malik canlıların yaradıldığını açıq şəkildə görür.
Darvinizm çıxılmaz vəziyyətdədir, çünki canlılar təkamül keçirməmiş, yaradılmışdır. İnsanlar artıq bunu açıq şəkildə görür, ağılları və vicdanları ilə bu həqiqəti qəbul edirlər. Allah qüdrəti ilə hər şeyə qadir olduğunu və darvinizmin saxta tanrılarının heç bir gücünün olmadığını ayələrində belə bildirir:
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah`dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allah`ı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi, 73-74)
Darvinistlərin insanlara ara fosil deyə göstərdikləri bütün qalıqlar, rəsmlər və maketlər saxtadır. Həqiqətdə tək bir dənə belə ara fosil yoxdur. |
150 il boyu yalanı doğru kimi göstərməyi qarşısına məqsəd qoymuş, təkamül nəzəriyyəsinin saysız-hesabsız saxtakarlığını həqiqət kimi insanlara təqdim etmiş, saxta fosilləri uzun illər nümayiş etdirmiş və bu yalanı məktəb tədris planına daxil edib həqiqət kimi oxutmuş darvinistlər üçün darvinizmin ara fosillərlə dəstəklənməsi kimi yalana da insanları inandırmaq çətin deyil. Darvindən bəri davam edən bu yalan şəxsən Darvinin sonradan ara fosillərin tapılacağına dair boş vədləri ilə başlamışdır. Əslində, Darvin dövrümüzdən 150 il əvvəl bunu demişdi və sözü doğru çıxmışdır.
Əgər, həqiqətən, növlər digər növlərdən yavaş inkişafla törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarışıq halda deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində gömülmüş halda tapa bilmirik? Nə üçün hər geoloji forma və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geoloji cəhətdən yaxşı dərəcələndirilmiş proses üzə çıxmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.138
Darvin doğru demişdi. Öz dövründə tapılmayan ara fosillər sonrakı illərdə də tapıla bilməmişdir və bu həqiqət Darvinin nəzəriyyəsini qəti olaraq məhv etmişdir. Darvinistlər də bu prosesdə 150 il əvvəl mövcud olmayan xəyali ara fosillərin mütləq bir gün tapılacağı inancını insanlara təlqin etməyə çalışmışlar. Texnologiya və inkişaf edən elm ara fosillərin varlığını tələb etdikdə isə həll yolunu saxtakarlıqda görmüşdülər. Bu gün təkamül nəzəriyyəsinin öyrədildiyi bütün biologiya dərslikləri, bütün darvinist yayımlar, darvinizm tərəfdarı olan mətbuat təkamül nəzəriyyəsi üçün həyatı əhəmiyyəti olan ara fosil nağılını danışarkən bu saxta dəlillərə yer verir. Bu KİV-lər hələ də Archaeopteryx'i, Coelacanth'ı, Hekelin saxta rüşeym rəsmlərini, ağac gövdəsinə yapışdırılmış sənaye kəpənəklərini, insan kəlləsinə oranqutanq çənəsinin yapışdırıldığı Piltdaun adamını, bir qabanın azı dişinə əsaslanaraq ailəsi ilə birlikdə rəsmləri çəkilmiş Nebraska adamını, meymun adam formasında təsvir edilən, ancaq bir insan irqi olması başa düşülən Neandertal adamını, meymun olduğu elmi cəhətdən sübut edilmiş Lusini və saxtakarlıq olduğu başa düşüldüyü üçün elmi ədəbiyyatdan çıxarılmış kəllə sümüklərini dəlil kimi göstərirlər. Darvinizmin XXI əsrdə düşdüyü aciz vəziyyət məhz budur.
Çox vaxt darvinist mənbələrdə bu ifadəyə tez-tez rast gəlirsiniz: "Təkamülü sübut edən ara fosillər o qədər çoxdur ki..." Bu ifadə çox böyük yalandır. Yalnız oxucuların zehinlərinə verilən təlqindir. Başqa sözlə, klassik darvinist metod tətbiq edilir və yalan inandırıcı edilmək üçün yüksək səslə və israrla, dəfələrlə deyilir.
Lakin təkamül nəzəriyyəsini sübut edən heç bir ara fosil də yoxdur. Darvinist elm adamları, əlbəttə, elmin göstərdiyi bu açıq-aydın həqiqəti çox yaxşı bilirlər. Ara fosil olmadığına görə, təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyət də onlara məlumdur. Lakin ehkamçı düşüncə tərzləri darvinistləri nəyin bahasına olsa da, təkamül nəzəriyyəsini yaşatmağa məcbur edir.
Belə ki, darvinistlərə yaxın keçmişdə bununla bağlı müraciət edilmiş, əllərində olan bircə ara fosili dünyanın ən məşhur meydanlarında nümayiş etdirmək tələb olunmuşdur. Amma bunun əvəzində həmişəki kimi dərin sükut olmuşdur. Lakin əgər iddiaları doğru olsaydı, əgər canlı növləri bir-birlərindən yavaş inkişafla təsadüfi mərhələlərlə milyonlarla illik proses nəticəsində təkamül keçirərək əmələ gəlsəydi, onda darvinistlərin əllərində bir dənə deyil, milyonlarla, hətta trilyonlarla ara fosil olmalı idi. Amma darvinistlər "bircə ara fosil gətirin" müraciətinə belə cavab verə bilmirlər. Çünki əllərində heç bir ara fosil yoxdur. Elə darvinistlərin şövqlə irəli çıxıb bircə dənə ara fosil üzə çıxara bilməmələrinin səbəbi də budur.
Təkamülçü paleontoloq Mark Çarneçki mövzu ilə bağlı bu etirafı edir:
Nəzəriyyəni (təkamülü) sübut etməyin qarşısındakı ən böyük maneə hər dövrdəki kimi fosillər olmuşdur... Bu fosillər heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini üzə çıxarmamışdır. Növlər ani surətdə əmələ gəlir və yenə ani şəkildə yox olurlar. Bu gözlənilməz vəziyyət növləri Allah`ın yaratdığını müdafiə edən düşüncəyə dəstək verir.139
Təkamülçü geoloq Karlton E. Brettin etirafı isə belədir:
Yer üzündə həyat zaman ərzində, yavaş-yavaş və mərhələ-mərhələ əmələ gəlib? Fosillərin bu suala cavabı: "Xeyr"dir.140
58 milyon illik ayıdöşəyi dövrümüzdəki ilə eynidir. Harun Yəhyanın “Yaradılış atlası” adlı əsərində bunun kimi minlərlə qalıq var. |
Darvinizm sehri 150 il boyu o qədər sistemli şəkildə insanlar üzərində təsirli olmuşdur ki, insanlar olmayan bir şeyin varlığına inandırılmışdır. Heç kim: "Milyonlarla ara fosil olmalıdır, bunlar haradadır?" deyə soruşmamışdır. Heç kim: "Qazıntılarda ortaya çıxan 250 milyondan çox fosil daim mükəmməl görünüşlü, tamamilə təkmil canlılara aiddir, lakin bunların heç biri ara fosil deyil" deməmişdir. Heç kim nə üçün ara fosil görünüşü altında daima bir neçə müəyyən canlının rəsmi ilə qarşılaşdığını, ən məşhur elm adamlarının belə bu uydurma fosillərdən başqa göstərəcək bir şeyləri olmadığını, doktorluq dissertasiyaları üçün hazırlanan kitablarda belə nə üçün ancaq bunların mövzu kimi götürüldüyünü araşdırmamışdır. Bundan əlavə, heç kim ön plana çıxarılan bu bir neçə fosilin də ara forma xüsusiyyətini göstərmədiyini və bunun elmi cəhətdən sübut edildiyini bilmirlər. Xülasə, darvinizm sehrinə tutulan, demək olar ki, heç kim, darvinizmi dəstəkləyən heç bir dəlil olmadığını bilmir. Çünki bu həqiqət bu sehrin memarı olan darvinistlər tərəfindən ustalıqla və hiyləgərliklə gizlədilməyə çalışılmışdır.
Lakin "ara fosil var" yalanı nə qədər uzunmüddətli və nə qədər israrla deyilsə də, əgər insanlar əldə edilən həqiqi fosillərin varlığından xəbərdar edilsələr, bunların bu gün yaşayan canlılardan heç bir fərqi olmadığını başa düşsələr, onda, şübhəsiz, yalanın təkrarlanmasının heç bir dəyəri qalmaz. Hal-hazırda dəccalın oyunu olan darvinizmin vəziyyəti belədir. Darvinistlər insanları ara fosillərin olduğu yalanına inandırmaq üçün cəhd göstərərkən tam və mükəmməl görünüşlü milyonlarla illik canlıları göstərən fosillər insanlara açıq-aşkar göstərilir, fosil sərgiləri, internet və Yaradılış atlası yolu ilə nümayiş etdirilir. İnsanlar gözləri ilə gördüklərinə inanır, illərlə aldıqları darvinist təlqinə şübhə edirlər. Artıq darvinistlərin "ara fosil var" israrları heç bir işə yaramır. Dəccalın oyununa düşmüş darvinistlərin insanları aldatdıqları artıq dünya səviyyəsində başa düşülmüşdür. Bu yalanın davam etdirilməsi artıq mümkün deyil. Rəbbimiz bir ayəsində belə buyurur:
Xeyr, Biz batili haqla rədd edərik (haqqı batilin üstünə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o, yox olub getmişdir. (Allah`a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
129. R. C. Sproul, Not A Chance: The Myth of Chance in Modern Science and Cosmology, Baker Books, Kasım 1997, s. 9
130. R. C. Sproul, Not A Chance: The Myth of Chance in Modern Science and Cosmology, Baker Books, Kasım 1997, s. 14
131. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 40
132. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 52
133. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 54
134. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 59-60
135. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 46
136. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 107
137. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 165
138. Charles Darwin, The Origin of Species, s. 172, 280
139. Mark Czarnecki, The Revival of the Creationist Crusade, MacLean's, 19 Ocak 1981, s. 56
140. Carlton E. Brett, "Statis: Life in the Balance", Geotimes, vol. 40 (Mart 1995), s.18