Darvinist aldatma üsulunun tərifini özü də darvinist olan və törətdiyi qırğınları darvinizmdən ilham alaraq həyata keçirən XX əsrin ən zalım diktatoru Adolf Hitlerin sözlərindən başa düşə bilərik:
Əgər bir yalanı həddindən artıq uzun, həddindən artıq ucadan və həddindən çox desəniz, insanlar inanar. İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar deyin.116
Elə darvinizmin insanları aldadarkən istifadə etdikləri üsul budur. Darvinizm yalanı o qədər yüksək səslə, o qədər çox, o qədər ehkamçı inancla deyilmişdir ki, dünyada bir çox insan araşdırmadan, soruşmadan təkamül nəzəriyyəsini doğru hesab etmişdir. Həm də bu barədə kütlələrin aldadılması çox açıq üsullarla edilməsinə baxmayaraq, heç kim bu yalanı müdafiə edən elm adamlarından, bu yalanın jurnallarda dərc edilməsindən, tədris materialına salınaraq məktəblərdə tədris edilməsindən şübhələnməmişdir. Bu elm adamları "zülallar təsadüfən palçıqlı suda əmələ gəlmişdir" yalanını ortaya atmış və bunu yüksək səslə, tərəfdarları ilə birlikdə, elmi sözlərdən istifadə edərək təkrar-təkrar elmi həqiqət kimi izah ediblər. Bircə zülalın təsadüfən əmələ gəlməsi ehtimalının sıfır olduğundan xəbərsiz olan insanlara bu nağılı təkrar etmiş və bir növ sehr təsiri əmələ gətirərək onları aldatmışdır. "Saysız-hesabsız ara fosil var" yalanını müdafiə edən darvinist elm adamları fosillərdən xəbəri belə olmayan insanlara elə təlqin ediblər ki, insanlar illərlə saysız-hesabsız fosillə təkamülün dəstəkləndiyini zənn etmişdir. Habelə, insanlar bu qəribə təlqinin təsiri altına düşərək meymundan əmələ gəldiklərinə inanmış, məktəblərdə bunu oxumuş, əcdadlarının qəribə görünüşlü, tüklü, meymunabənzər canlılar olduğunu hesab etmişlər. Bunun ən əsas səbəblərindən biri budur: darvinizm yalanının ifşa edilməsinə qədər insanlar "elm adamı doğru danışar" "biz elmi məsələləri başa düşə bilmərik, elm adamları nə desələr, ona inanmaq lazımdır" fikri ilə səhv hərəkət etmiş, hətta sanki onların dediklərinə iman gətirmiş və batil inanc sistemi qurmuşlar. Əmələ gətirdikləri sistem bu səhv təməl üzərində qurulduğuna görə, təkamülün əsassızlığı mübahisəyə belə yaramayan vəziyyətə gəlmişdir.
Bu mühüm və heyrətləndirici həqiqətdir: darvinist elm adamları Darvindən bəri insanları aldadırlar. "Elm adamı doğru danışar, dedikləri barədə mübahisə etmək olmaz" fikrinə əsaslanan bu sistem insanları yalana inanmağa, hətta bütün həyatlarını bu yalana görə yaşamağa istiqamətləndirmişdir. Elə böyük oyun oynanılmışdır ki, elmi həqiqətlər insanlardan gizlədilmiş, əvəzində yalan və saxta məlumatlar istifadə edilmiş, əldə edilən faktlar təhrif olunaraq təkamül yalanına tətbiq edilməyə çalışılmışdır. Əgər faktlar təkamül yalanına uyğun deyilsə, ya gizlədilmiş, ya da məhv edilmişdir. İnsanlar illər boyu açıq şəkildə və amansızlıqla aldadılmış, darvinist elm adamlarından əldə etdikləri biliklərin doğru olduğunu zənn etmişlər.
|
Bu xəyali varlıqlar beyinlərə həqiqət kimi təlqin edilməyə çalışılır. |
Darvinizmin əsasında materialist fəlsəfəyə olan qeyd-şərtsiz bağlılıq var. Materializm həyatın mənşəyinə və kainatın mövcudluğunun məqsədinə dair maddədən başqa bütün açıqlamaları heç bir elmi fakta əsaslanmadan ağılsızlıqla rədd etdiyinə və təkamül nəzəriyyəsi də canlıların yaranmasına saxta izah verdiyinə görə materializm və Darvinizm arasında köklü əlaqə var. Darvinist elm adamları, eyni zamanda, materialistdir və darvinizmə verilən dəstək, əslində, materializmin yaşadılması cəhdidir. Elə bu səbəbdən, darvinistlərin fikrincə təkamül nəzəriyyəsi nəyin bahasına olsa da, müdafiə edilməlidir. Əgər təkamül kifayət qədər müdafiə edilməsə, təkamülün yalanları bütün imkanlardan istifadə edilərək ört-basdır edilməsə, darvinizmə qarşı olanlar təzyiq və hədə-qorxu yolu ilə susdurulmasa, darvinizmin əsassızlığını üzə çıxaran elmi dəlillər qəsdən gizlədilməsə, tək və mütləq həqiqət olan "bütün varlıqları Allah`ın yaratması həqiqəti" bəşəriyyətə hakim olacaq və materializm məhv olacaqdır. Elə darvinistlərin illərdən bəri təkamül yalanını yüksək səslə və təkidlə müdafiə etmələrinin səbəbi budur. Conatan Uels bu mövzu ilə bağlı belə şərh verir:
... Darvinizmi doğru kimi göstərən şey sübut deyil, materialist fəlsəfədir. 1997-ci ildə Harvard genetiklərindən Riçard C. Levontin özünün və Karl Seyqanın bir dəfə darvinizmi bir debatda necə müdafiə etdiyini danışmışdı "Uydurmalarının bəzi aşkar cəfəngiyatlarına baxmayaraq, elmin tərəfini tutduq... Çünki zəruri məsuliyyət daşıyırdıq, materializm üçün daşıdığımız məsuliyyət."117
Diqqət edilsə, Levontinin sözlərindən darvinizmə düşkünlüyü bəlli olur. Levontin "elmin tərəfində olduqları üçün təkamülü müdafiə etməyə məcbur olduqlarını iddia edir. Lakin səmimi şəkildə elmi tapıntılar dəyərləndirildikdə elmin tərəfində olan bir insanın Darvinizmi müdafiə etməsi mümkün deyil. Darvinistlər həmişə olduğu kimi "elm = darvinizm" yalanı və ehkamı ilə hərəkət edir, etdikləri açıqlamalarla da insanların şüuraltına bu yalanı yeridirlər.
Darvinistlər bu yalanın həmişə davam edəcəyini düşünmüşdülər. Amma hal-hazırkı vəziyyət düşündükləri və gözlədikləri kimi deyil. Materialist fəlsəfə çökür. Darvinistlərin oyunları bir-bir üzə çıxmışdır. İnsanlar necə bir yalana, saxta bir dinə kor-koranə iman gətirməyə məcbur edildiklərini anlamağa başlayıblar.
İsveçli embrioloq Soren Lovtrup darvinizm yalanını bu sözlərlə dilə gətirmişdir:
İnanıram ki, bir gün Darvin mifi elm tarixindəki ən böyük yalan kimi yer tutacaq. Bu olduqda isə bir çox insan bu sualı verəcək: "Belə bir şey necə baş verdi?"118
İnsanlar, həqiqətən də dövrümüzdə darvinistlər tərəfindən aldadıldıqlarının şokunu yaşayırlar. Dünya səviyyəsindəki bir oyunun hissəsinə çevrildiklərini gün keçdikcə daha çox dərk edirlər. Yaxın gələcəkdə batil darvinizm dininin əsl üzü bütün dünya tərəfindən tamamilə başa düşüləcək və insanlar, həqiqətən də aldadıldıqlarını təəccüblə qarşılayacaqlar. Bir yalandan xilas olmalarının ardınca darvinizmin ləkələdiyi ağıl və vicdanları təmizlənəcək və hər şeyin Allah`ın möhtəşəm əsərləri olduğunu qavrayacaqlar. Dəccaliyyət fikrən tam mənada məhv ediləcəkdir. Allah ayələrində belə buyurur:
Göylərin və yerin mülkü Allah`a məxsusdur. Allah hər şeyə qadirdir! Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. (Ali-İmran surəsi, 189-190)
Bəs dəccali sistem olan masonluğun çirkin oyunu darvinizmin 1.5 əsr insanları aldadan hiyləgər üsulları nədir? Darvinistlər hiyləgərliklə, ittifaq halında necə saxta sistemlə insanlara yetişmiş və yalanı həqiqət kimi göstərmişlər: dəccalın sehri insanlar üzərində necə bu qədər təsirli ola bilmişdir? Bu sehri təsirli edən saxta darvinist taktikalardan bəziləri bunlardır:
Darvinizm "sehri" insanların düşünməsinə mane olmaq üzərində qurulmuşdur. Darvinistlər elə bu səbəbdən tez-tez əyani və səsli təlqinlə xitab etdikləri insanların başını qatmağa çalışırlar. Onların üzərində sanki bir sehr təsiri əmələ gətirərək insanları həqiqətlərdən uzaqlaşdırmağa cəhd göstərirlər. Darvinizmin bu tez-tez baş verən sehrli təlqinləri nəticəsində bir çox insan düşünməkdən, tədqiq etməkdən, araşdırmaqdan əl çəkir və onlara təqdim edilən elmi açıqlamalara istər-istəməz təslim olurlar.
Lakin maraqlısı budur ki, insanların başını qatan və düşünməsinə mane olan bərbəzəkli təlqinlərin kökündə, əslində, bəsit və ağıldan kənar məntiq var. Darvinist KİV-lər bir hüceyrənin əmələ gəlməsini saysız-hesabsız elmi və texniki termindən istifadə edərək yüzlərlə səhifədə izah edə bilərlər. Lakin izah etmək istədiklərinin xülasəsi budur: palçıqlı su + təsadüflər + zaman = canlılar! Bərbəzəkli sözlər, çətin başa düşülən latınca adlar, texniki cəhətdən mürəkkəb terminlər darvinist təlqin vermək üçün KİV-lərə qəsdən daxil edilir. Lakin darvinist izahların ardında mürəkkəb, kompleks, çətin başa düşülən məntiq və ya açıqlama əsla yoxdur.
1. Çamur | 3. Tesadüf | 5. GÜYA |
Çamur + Zaman + Tesadüf + Doğa Olayları (= GÜYA) TÜM YAŞAM |
PBS Nova TV kanalının "The Miracles of Life" (Həyatın möcüzələri) sənədli filmindən bir hissə bu mövzuya misaldır:
4.5 milyard il əvvəl yeni əmələ gələn Yer kosmik toz və zərrəciklər yığınından ibarət idi. Əvvəlcə, mövcud olan dənizlərlə demək olar ki, tamamilə örtülmüşdü. Güclü küləklər atmosferdən təsadüfi molekulları topladı. Bunların bəziləri dənizlərdə toplandı. Cərəyanlar və axınlar molekulları birləşdirdi və bu qədim okeanın bir hissəsində həyat möcüzəsi baş verdi... İbtidai həyatın ilk mürəkkəb canlısı kiçik bir protozoan idi (tək hüceyrəli heyvan). Milyonlarla protozoan qədim dənizlərdə birləşdilər. Bu ilk orqanizmlər dəniz suyundan ibarət dünyalarında öz-özlərinə kifayət edirdilər. Sudan ibarət bu mühitdə bakteriya və digər orqanizmlərlə qidalanaraq hərəkət edirdilər... Bu tək hüceyrəli canlılardan yer üzündəki canlılar təkamüllə əmələ gəldi.119
Bu qəribə açıqlamaları izləyən bir çox insan hüceyrəni əmələ gətirən bir zülalın təsadüfən əmələgəlmə ehtimalının 10950'də 1, də 1, yəni qeyri-mümkün olduğunu, şübhəsiz, bilmirdi. Bu insanlar yəqin ki, üstündə yaşadığımız möhtəşəm müvazinət və ideallığa malik planetdə nizama təsir edəcək hər hansı dəyişikliyin və ya formanın təsadüfən əmələgəlmə ehtimalının 101000'dən daha çox olduğunu, yəni nə qədər zaman verilsə də, əsla belə bir dəyişikliyin baş verməsinin mümkün olmadığını da bilmirlər.120 Eyni tamaşaçı yəqin ki, haqqında bəhs edilən "həyat möcüzəsinin" əmələ gəlməsi üçün daha böyük ehtimalların baş verməli olduğunu və bunun qeyri-mümkünlüyünün daha çox olduğunu da bilmir. Bu fantastik ssenarini izləmək və ona inanmaq mövzu haqqında məlumatı olmayan insanlar üçün çox da çətin deyil.
Bu PBS sənədli filmində Yerin əmələ gəlməsi, ilk hüceyrənin meydana gəlməsi haqqında fantastik hekayə və bu xəyali ilk hüceyrənin başlanğıc verdiyi canlı müxtəlifliyi o qədər sadə hadisə kimi izah edilir ki, bütün bunlar mövzu haqqında çox düşünmək istəməyən bir insanı inandırmağa kifayətdir. Bu şəxsin qarşısına hazır məlumat qoyulmuşdur. Bu insan nə də olsa,
◉ bir zülalın təsadüfən əmələ gəlməsinin mümkün olmadığını,
◉ bunun ardınca da ikinci, üçüncü, dördüncü, nəhayət bir milyonuncu zülalın da eynilə qeyri-mümkün təsadüfi əmələgəlmə ehtimalının olmadığını,
◉ qeyri-mümkün olmasına baxmayaraq, təsadüfən əmələ gəldiyini fərz etsək belə, dünyanın bir tərəfində fantastik şəkildə əmələ gələn ilk zülalın dünyanın digər tərəfində fantastik şəkildə əmələ gələn ikinci zülal ilə birləşməsinin də eynilə qeyri-mümkün olduğunu bilmir.
Bu mərhələyə qədər hər şeyin çox sadə baş verdiyini zənn edən bu şəxs,
◉ ehtimal hesablarına əsasən, təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan hüceyrə orqanoidlərinin meydana gəlməsini,
◉ bu "Möcüzəvi" şəkildə ortaya çıxmış orqanoidlərin hüceyrə əmələ gələn qədər məhv olmadan birlikdə qalmalarını,
◉ ardınca mükəmməl seçici-keçirici qılafı və qeyri-adi sistemi ilə laboratoriyalarda elm adamlarının təcrübələrində belə əmələ gətirilə bilməyən, elm adamları tərəfindən bir qalaktikadan daha mürəkkəb kimi tərif edilən hüceyrənin palçıqlı suyun içində fantastik şəkildə təsadüfən meydana gəlməsi nağılını müsbət qarşılayacaqdır.
Çünki bu tamaşaçının qarşısında ona təqdim edilən məlumatları düşünmədən asanlıqla qəbul edən bir şəxs üçün olduqca sadə açıqlama var. Həm də bu açıqlamanı bir elm adamı tanınmış sənədli film kanalında verir. Artıq onun verilən məlumatı mühakimə etməsinə, tədqiq edib araşdırmasına, zülalın möcüzəvi sistemi üzərində düşünməsinə ehtiyac yoxdur. Bu sənədli filmi izləyən insana hüceyrənin sadəcə adi qovuqcuq olduğunu təlqin edirlər. Bu elmdən kənar bəsit məntiqə əsasən, uzun müddət açıq qalmış bir az meyvə şirəsinin üzərində necə kif əmələ gəlirsə, sözügedən tamaşaçıya da hüceyrənin palçıqlı suyun içində qeyri-mümkün əmələ gəlməsinin də sadə və mümkün olması təsəvvürü verməyə çalışılır. Lakin kif tək hüceyrəli canlıdır və meyvə şirəsinin üzərində kənardan gələn bir hüceyrənin çoxalması nəticəsində əmələ gəlir. Ona görə, onlar da meyvə şirəsinin üzərində öz-özlərinə kor təsadüflər nəticəsində yoxdan var olmurlar. Yeri gəlmişkən, sözügedən sənədli filmdə xəyali ilk hüceyrənin əmələ gəlməsi ilə bərabər Yerin əmələ gəlməsi, ilkin atmosferin əmələ gələn ilk hüceyrəni dərhal məhv etmə gücü, protozoanların çoxhüceyrəli canlılara necə çevrildiyi və hal-hazırda bakteriyalar var ikən protozoanın bu fantastik ibtidai həyatın necə "ilk canlıları" olması kimi həyati əhəmiyyət daşıyan məsələləri açıqlamağa darvinistlər ehtiyac hiss etmirlər. Bunlar bu elmdən kənar sadə açıqlama çərçivəsində onsuz da "əsas" məsələlər kimi qəbul edilir. Lakin bu təfərrüatların hər biri təkamül nəzəriyyəsi məntiqi ilə elmi cəhətdən açıqlanması əsla mümkün olmayan məsələlərdir və darvinizmi məhv edən əsas məsələ olan "həyatın mənşəyi" məsələsidir. Növlərin necə əmələ gəldiyi, meymunabənzər xəyali varlıqların insana necə çevrildiyi haqqında kitablar dolusu nağıl danışan darvinistlər hələ həyatın mənşəyi sualına cavab verə bilmir.
İnsanların bir qismi təfərrüata varmadan, doğru olanı araşdırmadan sadəcə eşitdiklərini qəbul etməyə meyllidir. Darvinistlər də sözügedən insanların bu zəif cəhətindən istifadə edirlər. İnsanların böyük əksəriyyəti darvinistlərin bu aldadıcı tələsinə düşərək onlara məntiqli görünməsə də, elmi dəlil görməsələr də, dərhal darvinizmi qəbul etməyə meyil edirlər. Buna görə, darvinistlərin bəsit və qeyri-mümkün açıqlamaları 150 ildən bəri müəyyən kütlə üzərində məqsədinə çatmış və insanlar aldadılmışdır.
Darvinistlər təbliğat üçün mətbuatdan geniş şəkildə istifadə edir, vizual təlqinlərlə izləyiciləri aldatmağa çalışırlar. |
Bu məsələyə başqa misal isə uşaqlar üçün yazılmış Wonderful Egg (Qəribə yumurta) kitabındakı izahlardır. Kitabda olduqca məntiqsiz ssenarili bir hekayə danışılır. Ana dinozavr yumurtlayır və təəccüblü şəkildə yumurtanın içindən "ilk quş" çıxır. Dinozavr anadan doğulan quş zaman ərzində inkişaf edir, böyüyür və möcüzəvi şəkildə mükəmməl qanadlara və tüklərə malik olur. Sonra uzun bir ağacın budaqlarına doğru sevinclə uçmağa başlayır. Burada maraqlı olan və bəlkə də hadisənin darvinistlər üçün ən faciəvi tərəfi bu heyrətli cəfəngiyatı danışan kitabın Amerika Elmi İnkişaf Assosiasiyası (American Association for the Advancement of Science), Amerika Təhsil Şurası (American Council on Education) və Beynəlxalq Uşaq Maarifləndirmə Assosiasiyası (Association for Childhood Education International) tərəfindən dəstəklənməsi və tövsiyə edilməsidir.121
Sözügedən KİV-lər belə iddialarla ortaya çıxaraq və ya bunu dəstəkləyərək çox alçalırlar. Əlbəttə, bir sürünən yumurtasından tamamilə fərqli anatomik quruluşa, uçma qabiliyyətinə, buna uyğun üzvlərə, tük, qanad, istiqanlılıq, xüsusi ağciyər sistemi kimi tamamilə fərqli fizioloji formalara malik olan bir quşun çıxmayacağını ibtidai sinif şagirdi belə yaxşı bilir. Lakin buna baxmayaraq, darvinist ideologiyanın tərəfdarları gülünc vəziyyətə düşəcəklərini bildikləri halda, bu məntiqsiz iddianı müdafiə etməkdən çəkinmirlər.
Elmi redaktor darvinist Qordon Rattri Taylorun bununla bağlı etirafı darvinizmin təqdim etdiyi bəsit məntiqin yanlışlığını ən doğru şəkildə açıqlayır:
Təkamül tarixi bu cür dəyişikliklərlə doludur, hətta ancaq bunlardan ibarət olduğunu da deyə bilərik. Pulcuqlar tüklərə çevrilir. Ayaqlar qanad olur. Mədələr hava kisələrinə çevrilir. Hətta biokimyəvi proseslər səviyyəsində dəyişikliklər və nizamlamalar meydana gəlir. Darvinizmin bu möcüzələr haqqında deyəcəyi tək şey isə bütün bunların təsadüf əsəri olmasıdır.122
Missouri Universitetindən doktor Nikolas Komninellisin kitabında yer verdiyi bir qəzet məqaləsində isə bu açıqlanır:
Təkamül nəzəriyyəsi böyüklər üçün sehrli nağıldır. Bu nəzəriyyə elmin inkişafına heç bir töhfə verməmişdir. İşə yaramayan bir nəzəriyyədir.123
Darvinizm sehrinin insanlar üzərində təsirli olması üçün darvinist elm adamları arasında təkmilləşdirilən ittifaq da çox diqqətçəkəndir. Bir neçə batıq səsdən başqa demək olar ki, heç kim təkamül nəzəriyyəsini müdafiə etmək məqsədilə təkmilləşdirilən, elmlə əlaqəsi olmayan, uşaqsayağı, məntiqsiz və əsassız açıqlamalara səs çıxarmır.
Ancaq bəzən təkamülçü iddialar darvinist elm adamları üçün belə o qədər böyük və açıq-aşkar rüsvayedicidir ki, ətrafdakıların təzyiqindən çəkinərək özlərində bunlara etiraz etmək məcburiyyəti hiss edirlər. Məsələn, Darvinin özünün Şimali Amerikada qara ayının ağzını böyük açaraq sudakı həşəratları tutması nəticəsində balinaya çevrildiyi və ya çırpılan üzgəclərin köməyi ilə yuxarı qalxan, fırlanan, havada süzən balığın mükəmməl qanadları olan heyvanlara çevrilməsi iddiaları hələ də bəzi mühafizəkar darvinistlər tərəfindən müdafiə edilməsinə baxmayaraq, bir çox darvinist tərəfindən rüsvayçılıq kimi qəbul edilir.124 Nəhayət, 2009-cu ildə "insanın (xəyali) təkamülünün ən böyük dəlili", "tapıla bilməyən itmiş halqa" adı altında qəzet başlıqlarında həftələrlə dərc edilən, haqqında darvinistlər üçün rüsvayedici təbliğat həyata keçirən lemur fosili İda da,darvinist elm adamları tərəfindən o cür qarşılanmışdır.Darvinist elm adamlarından bəziləri bunu "sirk", bəziləri təlxəklik adlandırmış, bəziləri də itmiş halqa iddiası ilə heç əlaqəsi olmayan bu fosillə bağlı hay-küyə görə nə qədər utandıqlarını açıq şəkildə ifadə etmişdir.125
İDA Saxtakarlığı: |
Darvinistlərin nəsli kəsilmiş mükəmməl bir lemur qalığını insanın xəyali təkamülünə dəlil olaraq göstərməyə cəhd etmələri çarəsizliklərinin əhəmiyyətli bir göstəricisidir. Darvinistlər bu rüsvayçı İDA şousunun ardından üzr istəmək məcburiyyətində qalmışdılar. |
Lakin yenə də bu rüsvayçılığı anlayan darvinistlərin də reaksiyası azdır. Çünki öz ideologiyalarına əsasən, darvinizmin bəsit dünyasını – məntiqsiz də olsa – sonuna qədər müdafiə etmək məcburiyyətindədirlər. Təkamül Darvinin fikrincə havada uçan balıq kimi elmi cəhətdən əsaslılığı olmayan varlıqları törətmişdir. Onun yolunu təqib edən darvinistlər də özlərini eyni fikri müdafiə etmək məcburiyyətində hiss edirlər.
Bristol Universiteti qeyri-üzvi kimya fakültəsindən D.T. Rosevear darvinizmin bu bəsit məntiqini və elm adamlarının göz görə-görə bu oyuna düşdüklərini bu sözlərlə ifadə edir:
Təkamül heç bir dəlilə əsaslanmayan bir hipotezdir və həqiqətlərə uyğun deyil. Bu klassik təkamül nəzəriyyələri həddindən artıq mürəkkəb və dolayı həqiqət yığınının olduqca bəsitləşdirir və bunun uzun zamandır bircə etiraz mızıltısı belə gəlmədən, olduqca çoxlu sayda elm adamı tərəfindən tənqid edilmədən və etirazsız şəkildə qəbul edilməsini heyrətlə qarşılayıram.126
Darvinistlər canlılara istədikləri qədər öz ağıllarına görə "bəsitliyi" yaraşdırmağa çalışsalar da, canlı aləminin qeyri-adi və heyrətamiz kompleksliyə malik olması onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Dünyada bir-birindən fərqli milyonlarla heyvan və bitki növü var. Onların hər birinin malik olduğu ən kiçik forma belə qeyri-adi mürəkkəbliyə malikdir. Dövrümüzdə canlıların malik olduqları forma və orqanların funksiyalarını bir azca da olsa "anlamaq", laboratoriyalarda bunu tədqiq edib kəşf etmək uğur hesab edilir. Ağıllı varlıq olan insan öz hüceyrəsinin nəyə bənzədiyini ancaq keçən əsrdə ancaq ümumi cəhətdən öyrənə bilmişdir. Həm də nəinki bu hüceyrəni, bu hüceyrənin yüz minlərlə zülalından birini belə hələ əmələ gətirə bilməmişdir. Darvinistlər tərəfindən ən “ibtidai” canlı kimi tərif edilən bakteriya malik olduğu orqanoidləri, DNT və hüceyrə qılafı, antibiotiklərə qarşı möhtəşəm müqavimət bacarığı və üstün xüsusiyyətləri ilə fövqəltəbii komplekslik nümunəsidir. İngilis zooloqu Sir Ceyms Qreyin ifadəsi ilə, bir bakteriya bir laboratoriya fəaliyyətlərindən daha çoxunu həyata keçirir.127 Təkamülçü Ceyms A. Şapiro isə bakteriyanın malik olduğu bu xüsusiyyətlərinə görə son dərəcə mürəkkəb canlı olduğunu bu şəkildə etiraf edir:
Bakteriyalar çox kiçik olmalarına baxmayaraq, elmi tərifin fövqündə duran biokimyəvi, struktural və davranış xarakterli komplekslik nümayiş etdirir. Dövrümüzün mikroelektronika inqilabına uyğun olaraq bakteriyaları ibtidaidən daha çox kompleks canlı olduğunu hesab etmək daha məntiqli olar... Bakteriyalarsız yer üzündə həyat hal-hazırkı şəkildə mövcud olmazdı.128
Darvinistlərin çarəsizlikdən sığındıqları son hiylə: Ardi | |
Darvinistlər dövrümüzdə yaşayan bonobo meymunlarının eynisini tapıb gətirmiş və buna "Ardi" adını vermişlər. Və bunu demişlər ki: "Doğrudur, bu, bir meymundur, amma dik durur"! Məhz bu, çox yaxından tanıdığımız darvinist yalanının olduqca primitiv nümunələrindən biridir. 1994-cü ildə tapılan qalıq skelet ilk tapılanda parçalar halında idi. Canlının xüsusilə qalıqlaşmış ləyən sümüyü, kiçik parçalar halındadır və paleontoloqların əllərinə aldıqları anda parçalanan son dərəcə kövrək quruluşdadır. Darvinistlər şəkli müəyyən olmayan millimetrlik parçaları götürmüş və öz istədikləri kimi bir ləyən sümüyü düzəltmişlər. Darvinistlər 15 il sonra ortaya çıxardıqları bu qalığı xüsusi olaraq seçmişdilər. Əllərində ara forma olmadığı üçün parçalanmış qalığı fərziyyə vəsaiti etmələri son dərəcə asan olmuşdur. Long Island, Stony Brook Universitetinin Tibb Mərkəzində anatomik elmlər bölməsinin rəhbəri darvinist William Jungers bu mövzu haqqında bunları deyir: Əgər əlinizdə imkan varsa, bu parçaları beyninizdəkinə (şəklə) bənzətməmək ehtimalınız olduqca çətindir... Ardi olduqca çox ehtimal tələb edir. Ardinin ayaqlarındakı içəri dönük baş barmaq və insanlarda olmayan ayaq tağı canlının dik duruşa malik olmadığının ən diqqətə çarpan dəlillərindəndir. Jungers qalığı araşdırdıqdan sonra ,"isə əldə edilən məlumatların məqsədli şəkildə yox edilmədiyi və ya bunların tamamilə uydurma olmadığı müddətcə belə bir heyvanın arxa ayaqlar üzərində davamlı yeriyə bilməyəcəyini" açıq şəkildə ifadə etmişdir. Ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu önə sürən Kaliforniya Universitetindən darvinist Tim Vayt da qalıq haqqında ortaya çıxan həqiqətlər qarşısında bu etirafı etmək məcburiyyətində qalmışdır: Ardipithecus ramidusun (Ardi) australopitecusların atası olduğu nəticəsini kifayət qədər haqlı çıxaran heç bir xüsusiyyət tapılmamışdır. Darvinistlərin Ardi haqqındakı iddiaları, əslində, darvinistlərin düşdüyü çarəsiz vəziyyəti göstərir. Darvinistlər rüsvay olsalar da, azğın ideologiyaları uğrunda bu aciz iddiaları təkrarlamaq məcburiyyətində qalırlar. Mənbə: Katherine Harmon, How Humanlike Was "Ardi"?, Scientific American, 19 Noyabr 2009 |
Bu təqdirdə, canlılara "ibtidai" tərifini vermək, şübhəsiz ki, mümkün deyil. Canlı orqanizmi üstün Yaradan, bütün varlıqlara hakim olan Azim bir Gücün varlığını və üstünlüyünü göstərir. O Yaradan varlıqlara can verən, onların hər vəziyyətini bilən, hər şeyi yoxdan yaradan, yaradanların ən gözəli olan Allah`dır. Allah`ın bənzərsiz yaratması Rəbbimizin yalnız "Ol" əmri ilə baş verir. Allah üçün ən möhtəşəm varlıqları istədiyi anda istədiyi formada yaratmaq, şübhəsiz ki, çox asandır. O, hər şeyin sahibidir, hər şeyə hökm edəndir. Rəbbimiz ayələrində belə buyurur:
Göylərin və yerin mülkü Onundur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allah`a tərəf qayıdacaqdır! (Hədid surəsi. 2-5)
116. http://siyasitarih.azbuz.com/bolum/Unlu-kisilerin-sozleri-/catID=2890071
117. Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, s. 69
118. S. Lovtrup, Darwinism: The Refutation of a Myth, Londra, Croom Helmm, 1987, s. 422 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 220
119. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 50-51 (vurgu bize aittir.)
120. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 212
121. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 26
122. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 10
123. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 218
124. Steve Jones, Darwin's Ghost: The Origin of Species Updated, Random House Publisher, 2000, s. xvii, xviii
125. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 26
126. D. T. Rosevear, "Scientist Critical of Evolution", Evolution Protest Movement Pamphlet, no. 224, 1980, s. 4 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 225
127. Sir James Gray, The Science of Life, chapter in Science Today, 1961, s. 21
128. James A. Shapiro, Bacteria as Multicellular Organisms, Scientific American , Vol. 258, Haziran 1998, s. 82