2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 4/5

10. "Australopithecuslar insanın əcdadıdır" iddiası saxtakarlıqdır

savaş

Darvinistlər bir donuz dişindən Nebraska adamı adını verdikləri saxta canlının, hətta daha da irəli gedərək ailəsinin belə rəsmini çəkmişlər.

Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara insanın təkamül keçirmiş heyvan olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var gücləri ilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın heyvan əcdadlarının olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç bir əlaqəsi olmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsi ilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecusların insanın meymunabənzər əcdadı olduğuna dair uzun zaman davam etdirilən iddialardır.

Australopithecuslar, nəsli kəsilmiş meymun növüdür. "Cənub meymunu" mənasını verən bu canlılar darvinistlər tərəfindən insanların ilk meymunabənzər əcdadları kimi qəbul etdirilməyə çalışılır. Nəsli kəsilmiş olduqlarına görə, bütün digər nümunələrdə olduğu kimi, bu meymun növü də təkamülçülər tərəfindən fərziyyə məmulatına çevrilmişdir. Lakin darvinistlərin Australopithecuslar haqqında uydurduqları ssenarilər digər bütün nümunələrdə olduğu kimi, yenə də yalana əsaslanır.

Australopithecusların ilk dəfə Afrikada 4 milyon il əvvəl üzə çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. Burada xüsusi qeyd edilməli həqiqət isə Australopithecusların hamısının dövrümüzdəki həmnövlərinə bənzəyən nəsli kəsilmiş meymun olmasıdır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərinki ilə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlardakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlardan yapışmaq üçün xüsusi quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlardakı kimi erkəkAustralopithecus, dişisindən daha böyükdür. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.

Australopithecus = Şempanze Benzerliği
australopithecus

1. Şempanze

2. Australopithecus

Australopithecus və şimpanze kəllələri arasındakı bənzərlik australopithecusun insanın əcdadı deyil, gerçək bir meymun növü olduğunun açıq bir göstəricisidir.

Australoppithecuslar meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üstündə gəzməyi bacaran canlılar kimi tərif edilir. Bu, yalandır, çünki Australopithecuslar ilə bağlı əldə edilən fosillərdə bu fantastik ssenarini təsdiq edən bircə nümunə də yoxdur. Ona görə, bu canlılar haqqındakı təkamül ssenarisi heç bir elmi dəlilə əsaslanmır.

Darvinistlərə əsasən, Australopithecus cinsinin müxtəlif növləri tapılsa da, sadəcə Australopithecus afarensis (1974-cü ildə tapıldıqda dünyaya insanın təkamülünün sübutu kimi təqdim edilən "Lusi"nin təmsil etdiyi növ) insanın həqiqi əcdadı qəbul edilir. Lakin sözügedən canlının insanın əcdadı olmadığı darvinistlər tərəfindən də qəbul edilmişdir. Məşhur fransız darvinist elmi jurnalı Science et Vie, 1999-cu il may sayında bu mövzunu üz qabığında əsas mövzu kimi dərc etmişdir. Australopithecus afarensis növünün ən mühüm fosil nümunəsi hesab edilən Lusidən bəhs edən jurnal "Adieu Lucy" (Əlvida, Lusi) başlığı altında Australopithecus növündən olan meymunların insan soyunun əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasını yazmışdır.67

lucy

Darvinist Science et Vie, "Adieu Lucy" (Əlvida Lusi) başlığından istifadə edərək Australopithecus növü meymunlarının insan soyunun atası olmadığını etiraf etmişdir.

Dünyada məşhur olan təkamülçü paleontoloq Riçard Likey də Lusinin təkamülə dəlil kimi heç bir əsasının olmadığını bu sözlərlə bildirir:

Lusinin (Australopithecus afarensis) bir piqme şimpanze qarışığından başqa bir şey olmadığı çox əzabverici və inkaredilməz dərəcədə qətidir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcılıqdan həddindən artıq uzaqdır.68

Bütün bunlarla bərabər, Australopithecuslar üzərindəki tədqiqatlar nəticəsində təkamülçü Lord Zukerman da Australopithecusların sadəcə adi meymun növü olduqları və əsla dik yerimədikləri nəticəsinə gəlmişdir.69

Bu sahədəki tədqiqatları ilə məşhur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da Australopithecusların skelet quruluşlarının dövrümüzdəki oranqutanqlarınkına bənzədiyini açıqlamışdır.70

1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spur və qrupu Australopithecus'un skeleti ilə bağlı qəti nəticəyə gəlmək üçün ətraflı tədqiqat həyata keçirmişdir. Skeletlərdə bədənin yerə görə vəziyyətini müəyyən edən "ilbiz" adlı orqan üzərində tədqiqatlar aparılmışdır. Spur Australopithecus’un yerişinin insanlarınkına bənzəməməsi nəticəsinə gəlmişdir.71

2000-ci ildə B.Q.Riçmond və D.S.Streyt adlı elm adamlarının həyata keçirdiyi və Nature (Təbiət) jurnalında dərc olunan bir tədqiqatda isə Australopithecus-ların qabaq ayaq sümükləri tədqiq edilmişdir. Müqayisəli anatomik tədqiqatlar bu növün dövrümüzdə yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni qabaq ayaq anatomiyasına malik olduğunu göstərmişdir.72

Bütün bu dəlillər Australopithecusların bir meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, "Lusi" fosilini kəşf edənlər təkamülçü paleontoloq Donald Yohanson ve T.D.Vayt Science (Elm) jurnalına verdikləri açıqlamada bu mövzu ilə bağlı belə deyiblər:

Australopithecus fosilləri olduqca hərtərəfli tədqiq edildi: yeriş formaları, qulaqlarının quruluşu, dişlərinin inkişaf nümunələri, uzun və güclü qabaq ayaqlar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinlər, meymuna çox bənzəyən kəllələri, çənələri və üzləri. Bunların hamısı Australopithecus'ların meymun olduğunu və insanla heç bir əlaqələrinin olmadığını göstərir. Lusini kəfş edən Donald Yohansonun özü belə bir müddət sonra Australopithecus Africanus un(Lusi) insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişdir.73

Beləliklə, elmi cəhətdən aparılan fəaliyyətlər Australopithecusların insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını təkzib etmişdir. Australopithecuslar bir meymun növüdür və insanın əcdadı yaraşdırması yalnız darvinistlərin fantaziya və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.

11. "Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

neandertal

Neandertal illərlə saxta rəsmlərdə sözdə ibtidai meymun adamlar kimi göstərildilər. Halbuki, elm neandertalların dövrümüzdəkindən fərqsiz, nəsli kəsilmiş insan irqi olduğunu göstərmişdir.

Darvinistlər Australopithecuslar üçün istifadə etdikləri eyni metodu insan soyu olan neandertallar üçün də istifadə etmişdilər.

Neandertal adamı 1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander dərəsində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəllə və bədənindəki sümüklərdə yerləşən qıvrımlar fosillərin təkamülçülər tərəfindən ibtidai insan növü kimi dəyərləndirilməsinə səbəb oldu.

1908-ci ildə Fransanın La Chapelle-aux-Saints ərazisində Neandertal adamına aid olduğu bildirilən, demək olar ki, tam, əskiksiz skelet tapıldı. Sümüklər dövrün məşhur paleontoloq və geoloqu Marsellin Bul tərəfindən birləşdirildi.

Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, irəliyə doğru qabarıq kəlləyə malik idi. Bundan əlavə, ayaqları da oynaq hissədə bitişik idi, tam düz duruşa imkan vermirdi.

Bu görünüş sayəsində Neandertal adamı insanların zehinlərində ibtidai canlı kimi qaldı. Neandertal saxta rəsmlərdə də ibtidai meymun adamlar kimi göstərildilər.

Neandertal haqqındakı bu səhv fikir 100 ilə qədər davam etdi. Lakin 1950-ci ildə La Chapelle skeleti üzərində aparılan təhlillər skeletin sahibi olan Neandertal adamında bir növ oynaq infeksiyasının olduğunu müəyyən etdi. Əslində, sağlam fərdlər normal insan kimi yeriyə bilirdi.

1985-ci ildə eyni skelet Erik Trinkhaus adlı antropoloq tərəfindən təhlil edildi. Bu təhlil neandertalların dik yeridiyini təsdiqləməklə bərabər, o vaxta qədər gizli qalmış bir həqiqəti də üzə çıxardı: Marsellin Bul Neandertalı qəsdən əyri göstərmişdi.74 1950-ci ildə müəyyən edilən oynaq xəstəliyi canlının dik yeriməsinə mane olmurdu. Beləliklə, darvinist Bul Neandertalın əsl insan kimi dik yeriməsini qəbul etmək istəməmişdi.

E. Trinkhaus və V.V.Hauls Scientific Americanjurnalına verdikləri müsahibədə bu barədə belə deyirlər:

Bu gün bir çox elm adamı Neandertal insanının tamamilə dik şəkildə ayaq üstə durması və xəstəlik olmadığı şərtlərdə xüsusiyyətlərinin dövrümüzdəki insandan heç bir fərqi olmadığı haqqında həmfikirdir.75

Digər tərəfdən neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu məsələdə ziddiyyətli vəziyyətə saldı. Bunun səbəbi isə neandertalların kəllə həcminin 1700 sm3 yaxın olması idi. Bu rəqəm dövrümüzdəki insan kəlləsindən 200 sm3 daha böyükdür. Homo Sapiens'dən böyük kəlləyə malik olan neandertalların təkamül cəhətdən "ibtidai" növ olması nəzəriyyə üçün böyük təzaddır.

Neandertal mütəxəssisi Erik Trinkhaus bu növ ilə bağlı həqiqəti belə etiraf etmişdir:

Neandertalların anatomiyasında və ya hərəkət, alətdən istifadə, zəka səviyyəsi, danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insandan aşağı hesab ediləcək heç bir şey yoxdur.76

Neandertallar: İri Bədən Quruluşlu İnsanlar
yaşayan fosiller

1. Homo Sapiens Neanderthalensis, Amud 1 Kafatası

2. Neandertal Kalıntısı

Yuxarıda İsraildə tapılan Homo sapiens neanderthalensis, Amud bir kəllə sümüyü yer alıb. Bu qalığın sahibinin 1.80 m boyunda olduğu təxmin edilir. Beyin həcmi isə bu günə qədər rast gəlinənlərin ən böyüyüdür: 1740 sm3. Bu səbəblərlə bu qalıq neandertalların primitiv növ olduğu yönündəki iddiaları qəti əsassız edən xüsusiyyətdədir. Yanda görülən Kebara 2 (Moşe) qalığı bu günə qədər tapılmış ən yaxşı vəziyyətdəki neandertal qalığıdır. 1.70 boyundakı bu qalığın skelet quruluşu dövrümüzdəki insandan fərqlənmir. Fosillə birlikdə olan alət qalıqlarından görünür ki, bu adamın aid olduğu icma eyni dövrdə, eyni bölgədə yaşayan Homo sapiens tayfaları ilə eyni mədəniyyətə malik olmuşlar.

Neandertallerin kullandıkları flüt ve dikiş iğnesi

1. Dikiş Iğnesi

2. Flüt

Darvinistlər illərlə neandertalları insanın meymunabənzər əcdadları olaraq tanıtmışlar. Halbuki, o dövrə aid bu alətlər neandertalların dövrümüzdəki insanlardan heç bir fərqi olmayan estetika və sənət anlayışına malik olduğunu göstərir. Neandertallar nəsli kəsilmiş bir insan irqindən başqası deyil. Təkamülə dəlil olaraq göstərilməyə çalışılmasının yeganə səbəbi nəsillərinin kəsilmiş olmasıdır.

Şübhəsiz, neandertallar bir insan irqi olduqları üçün dövrümüzün irqləri ilə eyni xüsusiyyətlərə malikdirlər. Neandertal insanı bacarıqlı alət hazırlayan və mahir ovçu idi. Hətta musiqi və incəsənətlə də məşğul olurdu. Eynilə dövrümüzdəki cəmiyyətdəki kimi mədəni və sosial səviyyəsi vardı, dini inancları vardı.77 Beləliklə, neandertalların qurduqları sivilizasiya dövrümüzdəki sivilizasiyalardan çox da fərqli deyildi.

Neandertallarla bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan digər məsələ isə zaman problemidir. Tapılan fosillər neandertallarla dövrümüzdəki insanın eyni zamanda yaşadığını, hətta fərqli şəraitlərdə daha sonra da yaşadığını göstərir. Kaliforniya Universitetindən təkamülçü bioloq Françisko C. Ayala bu vəziyyəti belə etiraf edir:

Neandertalların anatomik cəhətdən müasir insanların əcdadı olduğu hesab edilirdi, amma indi müasir insanların ən azı 100.000 il əvvəl yaşadığını bilirik, Neandertal fosillərinin aradan çıxmasından daha əvvəl Orta Şərqdəki mağaralarda anatomik cəhətdən müasir insanların fosillərinin həm neandertalları təqib etməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi müasir insanlar 120.000-100.000 il əvvələ aiddirlər, neandertallar isə 60.000-70.000 illikdirlər; müasir insanlardan 40.000 il sonra gəlirlər. İki formanın başqa ərazilərdən köçərək yenidən bir-birlərinin yerinə keçdikləri yoxsa birlikdə olduqları və ya hibridləşmənin (mələzləşmənin) olduğu məlum deyil.78

Beləliklə, insanın meymunabənzər əcdadı kimi göstərilməyə çalışılan neandertallar nəsli kəsilmiş insan irqidir. Dövrümüzdəki insanların öz irqlərinə xas olan fərqli xüsusiyyətlər daşıması kimi bu növ də ancaq fərqli irq xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərin təkamülə dəlil kimi istifadə edilməsi böyük saxtakarlıqdır. Belə ki, Neandertal adamı fosili 1978-ci ildə elmi ədəbiyyatdan çıxarılmışdır. Ancaq neandertallar hələ də təkamülün böyük dəlili kimi darvinist mənbələrdə verilir.

Dövrümüzdə Neandertal adamı ilə bağlı fərziyyələrin hələ də bəzi təkamülçü KİV-lərində davam etdirilməsindəki məqsəd neandertallarla bağlı həqiqətləri bilməyən, bu saxta ara keçid formanın elmi baxımdan ləğv olunduğundan xəbəri olmayan insanlara təsir etmək, onları aldatmaqdır. Elə bu səbəbdən, Australopithecuslar və Neandertallarla bağlı həqiqətlərin hər fürsət düşdükdə gündəmə gətirilməsi və Darvinist yalana son verilməsi böyük əhəmiyyət daşıyır.

12. Piltdaun adamı saxtakarlıqdır

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə "Piltdaun adamı" adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.79

piltdown adamı

1. Saxta Piltdown adamı kəllə sümüyü

Piltdown adamı qalığı yeni ölmüş oranqutan çənəsinə insan kəlləsi quraşdırılması ilə düzəldilmiş saxta qalıqdır. Bu saxta qalıq Britaniya muzeyində təxminən 40 il ərzində insanın xəyali təkamülünə dəlil olaraq nümayiş etdirilib. Saxtakarlığın ortaya çıxmasının ardından isə 1949-cu ildə qalıq tələm-tələsik muzeydən qaldırılmış, ədəbiyyatdan çıxarılmışdır. Ancaq bu qalıq tarix kitablarında darvinistlərin adına rüsvayçılıq kimi yer almışdır.

Məşhur amerikalı paleontoloq H.F.Osbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: "Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır" deyirdi.80

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.

1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oakley yeni yaş müəyyən etmə üsulu olan "ftor testi" metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda ftor olan kəllə isə sadəcə bir neçə min illik olardı.

Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.81

Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa malik insana, çənə sümüyü də yeni ölmüş oranqutanqa aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yonulmuşdu. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark: "Dişlər üzərində köhnəlmə təəssüratının süni olaraq edildiyi o qədər aydındır ki, necə olub ki, bu izlər diqqətdən yayınmış ola bilər?" deyərək təəccübünü gizlədə bilmirdi.82

Bu həqiqəti elmi yazıçı Hank Haneqraaf belə söyləmişdi:

Marvin Lubenovun açıqlamalarına əsasən: "alt çənədəki oranqutanq dişlərinin üzərindəki yonulma izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi də iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi elə dərin yonulmuşdu ki, pulpanın qovuğu üzə çıxmış, sonra içi doldurulmuşdu."83

Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun adamı ilə bağlı bu böyük yalanı "1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biri"84 kimi şərh edirdi.

Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı. Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkələrindən biri kimi yerini tutacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:

Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantropologiyanın ən böyük beyinlərinin çoxunu aldatdı.85

Jurnalist yazıçı və filosof Malkolm Maqqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:

Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar...86

Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehinlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan masonluğun oyunudur. Lakin Allah`ın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrdə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

13. Nebraska adamı saxtakarlıqdır

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı “Plieosen” dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini Pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə "Nebraska adamı" adı verildi. "Elmi" adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi Science (Elm) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: "Göründüyü kimi, Hesperopithecus nə meymun, nə də insandır"87

nebraska adamı

1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu.

Elmi yazıçı Hank Haneqraaf bu məsələ ilə bağlı hadisələri nəql edir:

1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə Nebraska adamının deyil, eyni zamanda, Nebraska qadınının da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-lərdə yayımlayardılar.

Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, "elmi" baxımdan Hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü.88

Bu hadisə nəticəsində Hesperopithecus haroldcooki və "ailəsi"nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı, əslində, darvinistlərin bircə dişi bəhanə edərək necə fantastik təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elmi göstərilməyə çalışılması darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.

14. Sənaye Kəpənəkləri İddiası Saxtakarlıqdır

XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rəngli idi. Bu səbəbdən, bu ağacların üstünə qonan Biston Betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə, quşlar tərəfindən yeyilirlər. Nəticədə, açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.

Təkamülçülər bu vəziyyəti təbii seçmə ilə təkamül iddialarına mühüm dəlil kimi göstərdilər. Ardınca da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək açıq rəngli kəpənəklərin zaman ərzində təkamül keçirərək tünd rəngli kəpənəklərə çevrilməsi kimi yalan uydurdular. Bu iddia "iş başındakı təkamül" (evolution in action) adı altında bütün dünyaya tanıdıldı. Lakin həqiqətlər daha fərqli idi, bu kəpənəklər təkamül xarakterli dəyişikliyə məruz qalmadıqları üçün ortada böyük darvinist saxtakarlıq var idi.

Darvinist tibb doktoru və həvəskar bioloq olan H.B.D. Ketlvel 1953-cü ildə ardıcıl təcrübələr keçirərək bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin yaşadıqları ərazilərdə müşahidə və təcrübələr apardı. Ketlvel təcrübələri nəticəsində açıq rəngli şibyələrin olduğu ağacların üstündəki tünd rəngli kəpənəklərin daha çox ovlandığını müəyyən etdi və bunu darvinizm adına sanki böyük kəşf kimi Scientific American jurnalında "Darvinin itmiş dəlili" (Darvin’s Missing Evidence) başlığı altında xəbər verdi. 1960-cı ildə Ketlvelin hekayəsi artıq bütün dərsliklərdə yer tutmuşdu.

İddianın irəli sürülməsindən təqribən bir il sonra 1985-ci ildə isə bu mövzu ilə bağlı qəribəliklər məlum oldu. Kreyq Holdric adlı gənc amerikalı biologiya müəllimi apardığı tədqiqat nəticəsində Ketlvelin yaxın dostu olan və onun təcrübələrində iştirak edən Sir Siril Klarkın qeydlərində maraqlı ifadəyə rast gəldi. Klark belə deyirdi:

Müşahidə etdiyimiz tək şey kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda sadəcə iki dənə Betularia tapa bildik.89

Holdric uzun zaman şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha çox görünənləri seçib yediklərini danışırdı. Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış birisi bunları ağac gövdələrinə qonmuş halda, sadəcə 2 dəfə gördüyünü deyirdi. Çox keçmədən bu hekayə qızğın elmi müzakirəyə çevrildi. Nəticədə, aparılan elmi tədqiqatlar bu nəticəni üzə çıxardı:

Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat bəhs edilən kəpənəklərin sadəcə bir növünün ağac gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəsə məlum oldu. Bu barədə 25 illik fəaliyyət göstərən Siril Klark və Rori Houlet, Maykl Macerus, Toni Libert, Paul Breykfild kimi bir çox elm adamı "Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından kənar davranmağa məcbur olduqlarını, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilə bilməyəcəyini " bildirdilər.

Ketlvelin təcrübəsini nəzərdən keçirən tədqiqatçılar daha təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması ehtimal edilirdi, ancaq tündlərin faizi açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəyin sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.

Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarqent və digər tədqiqatçılar sözügedən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların hündür budaqlarının altında gizləndikləri həqiqətinə diqqət çəkdi. Ancaq təkcə bu deyildi, eyni zamanda, bu güvələr gündüzlər yatır, gecələr uçurdular. Yəni quşlar yatarkən!90 İşin əsli araşdırıldıqda qalmaqal böyüdü: Ketlvelin fotoşəkillərini çəkdiyi "ağac qabığının üstündəki güvə kəpənəkləri", əslində, ölü kəpənəklər idi. Çünki kəpənəklər ağacın gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir şəkil əldə etmək imkanı heç yox idi. Ona görə, Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca bərkitmiş və o şəkildə fotoşəkillərini çəkmişdi.91

Darvinistlərin təqribən bir əsr boyu qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıq olduğunun öyrənilməsi nəticəsində New York Times belə şərh verirdi:

İş başındakı təkamülün ən məşhur nümunəsi indi artıq ən böyük biabırçılığa çevrilmiş olmalıdır.92

Çikaqo Universiteti təkamül bioloqu Cerri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndikdə illər boyu tələbələrinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin bir yalan olmasına görə "utandığını" yazmış və bunları demişdi: "Bu, eynilə 6 yaşımda ikən yeni il ərəfəsində hədiyyələri şaxta babanın deyil, atamın gətirdiyini öyrəndiyim zaman hiss etdiyim ümidsizlik kimi idi".93

sanayi kelebekleri

Sənaye çirkliliyinin nəticəsində ağacların gövdələrini bürüyən bir növ yosun olan şibyə ölür və ağac gövdələri qaralır. Açıq rəngli kəpənəklər tünd ağac gövdələrində diqqəti çox çəkdiklərinə görə quşlara daha çox ov olurlar. Bu səbəbdən, açıq rəngli kəpənəklərin sayı azalır, tünd rəngli kəpənəklərin də sayı artır. Bir kəpənək növünün sayca çox olması, şübhəsiz ki, təkmilləşmə deyil. Lakin darvinistlər bundan istifadə edib insanları aldadır və sözdə təkamülə dəlil göstərməyə çalışırlar.

Bütün bu həqiqətlərin üzə çıxması ilə birlikdə "Darvinin itmiş dəlili" kimi göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu başa düşülmüşdür. On illərlə dünyanın hər tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkili və davamlı olaraq təkrarlanan köhnəlmiş hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl həqiqət isə budur: Darvinin ehtiyacı olan dəlillər yoxdur və bunların bir gün tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamül keçirməyiblər.

Maraqlısı budur ki, sənaye inqilabı kəpənəkləri hələ də bəzi dərs kitablarında təkamülə dəlil kimi təqdim edilməkdə davam edir. Darvinistlər bu yolla bunun saxtakarlıq olduğunu bilməyən gəncləri aldatmağı qarşılarına məqsəd qoyublar. Lakin açıq şəkildə üzə çıxmasına baxmayaraq, saxtakarlığı hələ də dəlil kimi göstərməyə çalışmaq darvinizmin çarəsizliyinin, dəlildən kasad olmasının və ideoloji saxtakarlıqdan ibarət olmasının sübutudur. Yaradılış gerçəyi açıqdır. Bu açıq həqiqətdən qaçan darvinistlər yalanın və hiyləgərliyin həll yolu olacağını düşünürlər. Lakin Allah hiyləni, batil və saxta dini mütləq aradan qaldıracaqdır.

De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!" (İsra surəsi, 81)

15. Hekelin rüşeym rəsmləri saxtakarlıqdır

Ernst Haeckel ve sahte embriyo çizimleri.

Ernst Hekel və saxta embrion şəkilləri.

Ernst Hekel 1868-ci ildə yazdığı Natürliche Schöpfungsgeschichte Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin İnsanın əmələ gəlməsi kitabında mənbə kimi göstərdiyi "elmi fəaliyyət"(!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən çəkilmiş formalar var.94

Ancaq darvinistlərə əsasən, darvinizm ehkamının yaşaması üçün əldəki tək-tük saxta dəlillərdən birinin bu və ya digər şəkildə insanlara "təkamülə dəlil" kimi göstərilməli idi. Öz ağıllarına görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən başa düşülməsi mühüm deyildi; darvinistlərə görə mühüm olan saxta da olsa, insanlara təkamülün dəlilini təqdim etmək idi.

Elə bu səbəbdən, saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hekelin rəsmlərini istinad kimi qəbul etməkdə davam etdilər. Bu da Hekeli cəsarətləndirdi. Hekel sonrakı illərdə ardıcıl müqayisəli rüşeym şəkli də çəkdi. Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqətçəkən cəhət bu fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi. Belə ki, insan rüşeyminin rəsmlərində eynilə balıqdakı kimi xəyali "qəlsəmə"lər belə görünürdü. Hekel bu rəsmlərin verdiyi elmi görünüş ilə "rekapitulyasiya nəzəriyyəsini" elan etdi: "Ontogenezis Filogenezisi Təkrar Edir". Bu şüarın mənası bu idi: Hekelin fikrinə əsasən, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün "təkamül tarixini" əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən, insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandr, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra "təkamül keçirərək" insana çevrilirdi.

Əslində isə bu, böyük saxtakarlıqdır.

Haeckel'in sahte çizimleri ve çizimlerin olması gereken gerçek halleri

1. Balıq
2. Kərtənkələ
3. Tısbağa

4. Toyuq
5. Dovşan
6. İnsan

A. Yuxarıda: Hekelin saxta rəsmləri

B. Aşağıda: rəsmlər, əslində, belə olmalıdır

1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hekelin rəsmlərinə bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci il avqust ayında Anatomy and Embryology (Anatomiya və embriologiya) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Göründüyünə görə, Hekel rəsmlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hekelin insan rüşeymində "qəlsəmə" kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar, əslində, insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər, əslində, bir-birlərinə heç bənzəmirdilər. Hekel çəkdiyi rəsmlərdə hər cür dəyişiklik etmişdi.

Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə tutulmağa çalışılan Hekelin rəsmləri 5 iyul 1997-ci il tarixli Science (Elm) jurnalında "Hekelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi" başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Bəhs edilən məqalədə bu məlumatlar verilmişdi:

Riçardson və qrupunun bildirdiyinə görə, Hekel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson: "(Hekelin rəsmləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir" deyir.95

2000-ci il mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq S.C.Quld isə bəhs edilən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu.96 Rəsmlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Quld bu rəsmlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:

Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsmlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.97

Hekelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, Hekel beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsi ilə təqsirləndirildi və Cenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.98

İngiltərə Təbiət Tarixi Muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:

Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hekelin rekapitulyasiya nəzəriyyəsi kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.99

Haeckel'in sahte embriyo çizimleri

Yuxarıda, dövrümüzdə bir biologiya kitabı Hekelin saxta rəsmlərindən istifadə edərək sözdə təkamülün təbliğatını aparır. Bu vəziyyət darvinist yalanın nə qədər geniş miqyasda və çəkinmədən tətbiq olunduğunun əhəmiyyətli göstəricisidir.

Hekelin bu saxta rəsmləri, əslində, darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsmlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq, bəzi dairələr bu saxta rəsmləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq, təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:

Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvanı əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.

Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı...100

Elmi baxımdan biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hekelin saxta rəsmləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya Universitetindən molekulyar bioloq C.Uels bu vəziyyəti belə açıqlayır:

Bir çox dərslikdə Hekelin rəsmlərinin çox az fərqlənən yeni versiyaları var. Peter Raven ve Corc Consonun Biology kitabının 1999-cu il nəşri buna bir misaldır...

Digər nümunə Sesi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş The Unity and Diversity of Life (Həyatın vahidliyi və müxtəlifliyi) kitabıdır. C.Quld və Uilyam Kitonun Biological Science (Biologiya elmi) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: "Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir" Burton Qutmanın 1999-cu il nəşrli Biology dərsliyi isə Hekelin rüşeym rəsmlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: "Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ipucu verir."101

Hekelin saxta rəsmlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq, bu rəsmlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi sözügedən saxta rəsmlərin darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. C.Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:

Hekelin rüşeymləri Darvin nəzəriyyəsi üçün o qədər güclü "dəlil" idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq, bioloqlar Hekelin rəsmlərini uydurduğunu bir əsrdən çoxdur ki, bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə, Hekelin "ilk" adlandırdığı mərhələ, əslində, inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin "ən güclü birinci sinif dəlili", dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.102

Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısamüddətli sevinc gətirsə də, əslində, bu darvinistlər üçün ümidsizliyin müjdəçisidir. Hekelin rəsmləri ilə insanlar qocaman elm adamının darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə darvinizmin davamlı olaraq "yalana" ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hekelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.

16. Atın təkamülü saxtakarlıqdır

1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı O.Ç.Marş ilə T.Haksli (Darvinin buldoqu kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Sir Riçard Ouen tərəfindən 1841-ci ildə Hyrocotherium adlandırdığı kiçik məməli fosili təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və 'Şəfəq Atı' mənasını verən Eohippusadını almışdı. İddialarını sxemləri ilə birlikdə American Journal of Science (Amerika elm jurnalı) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdəEohippus'dan dövrümüzün atlarına doğru sıralanan təkamülə dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar Eohippus, Orohippus, Miohippus, Hipparion və nəhayət dövrümüzdəki at Equus idi.

Bu xəyali formalar sonrakı əsr boyu atın təkamülünə ən böyük dəlil kimi göstərildi. Dırnaq sayındakı azalma, ölçüdə isə kiçikdən böyüyə doğru gedən nizamlı artma təkamülçüləri inandırmağa kifayət idi.

Qısa müddət ərzində at sırası öz daxilində ziddiyyətlər yaratdı. Aparılan qazıntı işlərində rast gəlinən və saxta at sırasına daxil edilməyə çalışılan yeni fosillər problem yaratdı. Çünki fosillərin yeri, yaşı, dırnaq sayı kimi xüsusiyyətlər bir-birlərinə ziddiyyət təşkil edərək sıranı pozmağa başlayırdı. At sırası bu yeni tapıntılar qarşısında əsassız və mənasız fosil yığınına çevrildi.

atın sahte evrim şeması

Zaman ərzində bir çox darvinist atın təkamülü ssenarisinin həqiqi dəlillərə əsaslanmadığını qəbul etmək məcburiyyətində qaldı. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir iclas keçirildi. İclasda söz alan təkamülçü B.Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsası olmadığını və atın mərhələli təkamülü kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdi:

Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan dövrümüzdəki daha böyük tək dırnaqlı ata doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü nümunəsinin əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə ortaya çıxmış, dəyişilmədən qalmış, daha sonra nəsli kəsilmişdir. Ara keçid formalar yoxdur.103

Atın xəyali təkamülü və sözügedən saxta atın təkamülü sxemindəki digər əsassızlıq da zaman problemidir. Doktor Nikolas Komninellis bu məsələni belə açıqlayır:

Atın təkamülü iddiasındakı digər maneə də zaman uyğunsuzluğudur. Təkamül nəzəriyyəsi bir növün o cür həyata daha yaxşı uyğunlaşdığı üçün təkamüllə başqa növə çevrilməsinə meyilli olması anlayışına əsaslanır. Bu əvvəlki növün yox olmasına gətirib çıxarır. Atlarla bağlı hadisədə 3 dırnaqlı növ tək dırnaqlı növ qədər sağlam olmamalı idi. Təkamül növlər arasındakı keçidin baş verməsi üçün milyonlarla il tələb edir ki, əvvəlki növün yox olması üçün çox vaxt vardır.

Lakin bu gün bilirik ki, həm tək dırnaqlı, həm də üç dırnaqlı növlər Şimali Amerikada eyni zamanda yaşamışdır. At növlərinin eyni anda mövcud olması təkamül nəzəriyyəsinin açıqlamasına tamamilə ziddir. Bundan əlavə Hyracotherium, MiohippusEquus arasındakı itmiş halqalar da tapılmamışdır. Təkamülə dəstək olması bir tərəfə qalsın, atın tarixi daha çox xüsusi yaradılışa uyğun gəlir - dövrümüzdəki canlılar eyni anda yaradılmışdır.104

Atın təkamülü ssenarisinin əsassızlığının açıq şəkildə üzə çıxmasına və bu vəziyyətin darvinistlər tərəfindən də qəbul edilməsinə baxmayaraq, bu xəyali sıra digər darvinist saxtakarlıqlar kimi hələ də bəzi darvinist KİV və dərsliklərdə verilir. Bu sıra sanki həqiqi kimi təqdim edilir, hətta dünyada məşhur olan paleontoloqların və elm adamlarının rəhbərliyi altında olan təbiət tarixi muzeylərində açıq şəkildə nümayiş etdirilir. Dünyanın ən məşhur muzeylərindən biri olan Amerika Təbiət Tarixi Muzeyinin müdiri təkamülçü paleontoloq dr. N.Eldric şəxsən öz muzeyində nümayiş etdirilən at sıraları ilə bağlı təkamülçü iddiaların sadəcə fantaziyadan ibarət olduğunu təqribən 20 il əvvəl qəbul etmişdi. Eldric bu abstrakt sıranın dərsliklərdə verilərək elmi həqiqət kimi göstərilməsini də tənqid etmişdir:

Etiraf edirəm ki, dərsliklərə bir çox artıq şey sanki həqiqət imiş kimi daxil oldu. Məsələn, buna ən yaxşı nümunə 50 il əvvəl hazırlanmış və hələ də aşağı mərtəbədə nümayiş etdirilən atın təkamülü sərgisidir. Bu, saysız-hesabsız dərsliklərdə mübahisəsiz qəbul edilmiş həqiqət kimi göstərilmişdir. Mənim fikrimcə indi bu vicdan əzabı verir, çünki bu cür hekayələri ortaya atan insanların onların (fosillərin) bir hissəsinin abstrakt təbiətindən şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.105

Darvinist Eldric tamamilə doğru deyir. Təhrif etmək dəccaliyyətin əsasında olduğu üçün bu sistemə sahib çıxanlar da yalana əl atırlar. Yuxarıda sadalanan bütün misallar darvinizm yalanının tamamilə ifşa olmuş, saxtalığı darvinist elm adamları tərəfindən belə məcburən qəbul edilmiş açıq-aşkar nümunələrdir. Bu nümunələr dəccaliyyət sisteminin iç üzünü göstərmək üçün kifayətdir. Lakin, əslində, bunu yadda saxlamaq lazımdır: təkamül nəzəriyyəsi, yəni darvinizm ideologiyası Allah`ı inkar məqsədi güdən yalan üzərində qurulmuşdur. Ona görə, darvinizmin irəli sürdüyü hər iddia, hər dəlil yalandır. İndiyə qədər eşitdiyiniz bütün "təkamülə dəlil tapıldı" ifadələrinin, "canlılar təkamül keçirib" açıqlamalarının, "insanın şimpanze ilə ortaq əcdadları” sözlərinin hamısı yalandır. Darvinistlər bir yalanı müdafiə edirlər. Bunun səbəbi dəccaliyyət sisteminə olan məntiqsiz itaət və bağlılıqları, sırf Allah inancı ilə mübarizə aparmaq üçün batil darvinizm dininə olan kor-koranə sədaqətləridir.

Lakin batil bir inancın, böyük yalanın içindədirlər. Hər şeyin sahibi və yaradıcısı olan uca Allah ayələrində belə buyurur:

Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran surəsi, 85)

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allah`ındır. Allah`dan başqasına tapınanlar həqiqətdə Allah`a qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq 'zənnə uyar və yalandan başqa bir şey deməzlər'. (Yunis surəsi, 66)

Qeydlər

67. Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, Mayıs 1999, no. 980, s. 52-62

68. Richard Leakey, "Lucy - Evolution's Solitary Claim For an Ape/Man: Her Position is Splitting Away" Creation Research Society Quarterly, vol. 22, no. 3, Aralık 1985, s. 144-145 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 188

69. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94

70. Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, cilt 258, s. 389

71. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, "Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, cilt 369, 23 Haziran 1994, s. 645-648

72. Richmond, B.G. and Strait, D.S., Evidence that humans evolved from a knuckle-walking ancestor, Nature 404(6776):382, 2000.)

73. D. Johanson - T. D. White, Science, 203:321, 1979, 207:1104, 1980 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 187-188

74. Trinkhaus, Erik (1985) Pathology and the posture of the La Chappelle-aux-Saints Neanderthal. American Journal of Physical Anthropology Vol. 67 sf. 19-41.

75. E. Trunkaus - W. W. Howells, Scientific American, 241(6):118 (1979) - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 195

76. Erik Trinkaus, "Hard Times Among the Neanderthals", Natural History, cilt 87, Aralık 1978, s. 10.

77. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 194

78. Francisco J. Ayala, Darwin and Intelligent Design, Fortress Press, Minneapolis, 2006, s.45

79. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids, Eerdmans, 1980, s. 59

80. Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, April 5, 1979, s. 44

81. Kenneth Oakley, William Le Gros Clark & J. S, "Piltdown", Meydan Larousse, cilt 10, s. 133.

82. Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, April 5, 1979, s. 44

83. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 34

84. Keith Steward Thomson, "Piltdown Man: The Great English Mystery Story", American Scientist, vol. 79, 1991, s. 194 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 197

85. Pat Shipman, "On the Trail of the Piltdown Freudsters" New Scientist, vol. 128, 1990, s. 52 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 197

86. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids MI, Eerdmans, 1980, s. 59 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 253-254

87. W. K. Gregory, "Hesperopithecus Apparently Not An Ape Nor A Man", Science, vol. 66, December 1927, s. 579

88. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 31-32

89. Judith Hooper, Of Moths and Men, W.W. Norton & Company, Inc., New York, 2002, s.xvii

90. Ann Coulter, Godless: The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 236-237

91. Judith Hooper, Of Moths and Men, s. xviii

92. Ann Coulter, Godless: The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 237

93.http://www.arn.org/docs/richards/jr_sciedreport.htm - Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 150

94. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204

95. Elizabeth Pennisi, Science, 5 Eylül 1997

96. Ann Coulter, Godless: The Church of Liberalism, Crown Forum Publishing, 2006, s. 240

97.http://www.arn.org/docs/richards/jr_sciedreport.htm

98. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, s. 70

99. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003, S. 70

100. Henry M. Morris, The Long War Against God, Master Books, 2000, s. 32

101. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 103

102. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 86

103. Boyce Rensberger, Houston Chronicle, 5 Kasım 1980, Bölüm 4, s. 15

104. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 168

105. Colin Patterson, Harper's, fiubat 1984, s.60

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Qızıl Əsr Müjdəsi
  • 1-ci Fəsil: Axırzamanın Ən Böyük Fitnəsi Dəccal
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 1/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 2/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 3/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 4/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 5/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 1/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 2/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 3/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 4/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 5/5
  • 4-cü Fəsil: Darvinizm Yalanı Artıq Sona Çatdı
  • Nəticə : Bütün Canlıların Yaradanı Uca Allah'dır