1-ci Fəsil: Axırzamanın Ən Böyük Fitnəsi Dəccal

Dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin üzə çıxdığı, insanların əməlləri ilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin imtahan edildiyi müvəqqəti məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Allah imtahan üçün hər dövrdə iman gətirənlərə qarşı inkar edən, günahkar düşmən yaratmışdır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu inkarçı Peyğəmbərimizin (s.ə.v) hədislərinə görə hz. İsanın (ə.s) yenidən yer üzünə gəlməsinin gözlənildiyi, hz. Mehdinin (ə.s) isə zühur edəcəyi dövrdə, yəni axırzamanda gələcək "dəccal" olacaktır.

savaş

Axırzamanda dəccalın fitnəsi çox böyük olacaqdır... Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccal axırzamanda çıxan ən böyük mənfi güc olaraq göstərilmişdir. Müharibə, təcavüzkarlıq, fitnə və qətliamların tək səbəbi axırzaman dəccalıdır.

Dəccal ərəb mənşəli söz olub "dəcl" kökündən törəmişdir. Lüğətlərdə verilən mənaya görə dəccal "yalançı, hiyləgər, zehinləri, ürəkləri, pislə yaxşını, haqla batili qarışdıran, bir şeyi ört-basdır edib əsl üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan) və məlun (lənətlənmiş, qovulmuş)" varlıqdır.

Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi güc kimi xəbər verilmişdir. Axırzman kimi qeyri-adi hadisələrin baş verdiyi bu dövrdə zühurunu Allah`ın izni ilə çox yaxında görəcəyimiz hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) düşmənçilik edərək bütün dünyaya şeytani sistemini hakim etməyə çalışacaq dəccal tarixin bəlkə də ən böyük inkarçılarından biridir. Belə ki, Peyğəmbərimiz (s.ə.v) dəccalın fitnəsinin böyüklüyünü belə tərif etmişdir:

Adəmin yaradılışından qiyamətə qədər keçən müddət ərzində dəccaldan daha böyük hadisə yoxdur.1

Dəccal, rəvayətlərə görə, doğrunu yanlış, yanlışı doğru, yaxşını pis, pisi yaxşı göstərən fitnəkardır. "Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir..."2 hədisində də bildirildiyi kimi, onun yaxşı, gözəl, doğru adlandırdığı hər şey insana fəlakət gətirən pislikdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə, əslində, onların xeyrinədir. Ancaq bəzi insanlar hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnətinə əsasən dəyərləndirmədiklərinə görə, dəccalla tabe olacaq və Allah`ın fitrətindən üz çevirəcəklər. Bunun nə qədər böyük xəta olduğunu isə dəccalın hazırladığı zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v) insanlara xəbərdarlıq etmiş və dəccalın pis kimi göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət etmələrini söyləmişdir:

Dəccal çıxacaq. Yanında su və alov var. İnsanların su kimi gördüyü yandırıcı alovdur. İnsanların alov kimi gördükləri də soyuq və şirin sudur. Sizdən kim bunu dərk etsə, alova tərəf getsin, özünü alova atsın. Əslində, o, şirin və gözəl sudur.3

Yaşadığımız dövr hədislərdə bildirilən bir çox müxtəlif əlamətlərdən başa düşüldüyü kimi, "axırzaman"dır. Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsasən, axırzaman hal-hazırda yaşanır və hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi və hz. Mehdinin (ə.s) zühuru Allah`ın istəyi ilə bu dövrdə gözlənilir. Hədislərdə xəbər verildiyi kimi, yaşanan axırzamanda dəccalın fitnəsi də hiss edilir, sevgisizlik, üsyankarlıq, pislik, ayrılıq, qarşıdurmalar və tənəzzül dünyanın hər tərəfinə yayılır. İnsanların böyük hissəsi dəccalın fitnəsinə məruz qalıb, gözəl əxlaqdan uzaqlaşmış, inkara əsaslanan şeytani sistemi qəbul etmişdir.

savaş

Dəccalın fitnəsi dünyanın hər yerində hiss edilir, sevgisizlik, qarşıdurmalar, təxribatçılıq dünyanın dörd tərəfinə yayılmışdır.

Dəccalın yaşadığımız axırzamanda ideoloji cəhətdən ən böyük fitnəsi isə darvinizm olmuşdur. XIX əsrin ən böyük xurafatı olan darvinist ideologiya əvvəllər etirazla qarşılansa da, dəccalın təsiri ilə XX əsrdə cəmiyyətlərə yayılmış, kütlələri arxasından aparmış, bir çox tərəfdar toplamış, dərsliklərə, elmi ədəbiyyata daxil olmuşdur. Yalan olmasına baxmayaraq, elmilik iddiası ilə ortaya çıxıb heç bir elmi dəlillə dəstəklənməsə də, dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Hədislərdə bildirildiyi kimi, dəccalın təsiri ilə insanlar olmayan bir şeyi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan nəzəriyyəni "həyatın mənşəyinə dair açıqlama" kimi mənimsəmişdir.

kargaşa açlık

Dəccal yaxşını pis, pisi yaxşı göstərərək insanları aldadacaq, hər cür iğtişaşlara zəmin hazırlayacaqdır.

Axırzamanda dəccalın fitnəsi aclıq və iqtisadi fəlakətlərlə də özünü göstərəcəkdir.

Uşaqlar orta məktəb dövründən etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox seyr edilən darvinizm tərəfdarı olan telekanallar təkamülə dair saxta ssenariləri "elmi fəaliyyət" kimi ön plana çəkmiş, universitet professorları bu saxtakarlığı hər vəchlə müdafiə etmişdir. Bu, tamamilə batil inanc sistemidir. Darvinizm batil din kimi ortaya çıxmış, insanları bu batil dinə kor-koranə inandırılmağa çalışmış, inanmayanlar təcrid olunmuş və susdurulmuşdur. Təkamül nəzəriyyəsinin lehinə heç bir elmi dəlil yoxdur. Olması da mümkün deyil. Ancaq darvinizm saxta inanc olduğuna görə, təkamül nəzəriyyəsi adından saxta dəlillər daima uydurulur, təkamülü çürüdən həqiqi elmi dəlillər isə ört-basdır edilir. Bu saxtakarlığın həddi-hüdudu yoxdur. Darvinizm Allah`ı inkara əsaslanan, batil, saxta inanc sistemi olması ilə dəccalın məlum olan və hədislərə əsasən, axırzamanda gözlənilən böyük oyunudur.

ırkçılık

İrqçiliyin ən böyük qaynağı olan, insanı yer üzündə nəzarətsiz heyvan olduğuna inandırmağa çalışan darvinizm dəccalın ən böyük oyunlarından biridir.

Sevgisizlik və mərhəmətsizlik insana insan olaraq dəyər verməməyin və öz irqini daha üstün görməyin nəticəsidir.

Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın meymun əcdadları olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz, nəzarətsiz heyvan olduğuna inandırmağa çalışan, güclünün zəifi əzməsi kimi batil fikirlərə əsaslanaraq kütlələri qətl edən, müharibələri başladan, insanlara mənən kiçik və alçaq gözlə baxan bu saxta inanc sistemi dəccalın ən böyük oyunlarından biri olan darvinizmdir. Lakin 150 ildən bəri davam edən bu oyun XXI əsrin əvvəllərində artıq məhv olmuş vəziyyətdədir. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütlələrin aldadılması sona çatmışdır. Batil din kimi mənimsənilən bu ideologiya Allah`ın haqq dini qarşısında yerlə yeksan olmuşdur. Allah, şübhəsiz, Öz dinini üstün qılandır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!
(Yasin surəsi, 82)

manzara

De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!" (Mülk surəsi, 23)

Əsrin ən batil dəccali sistemi: Darvinizm

katliam

Müharibə və qətliamları təbiətin qanunu halına çevirməyə çalışan darvinizm tarixin ən azğın və ən qanlı ideologiyasıdır.

Bu gün dünyada din əleyhinə olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının əmələgəlmə və təməlini təşkil edən düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Səid Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır.4 (Allah`ı tənzih edirik)

Bədiüzzamanın "təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan" şəkildə ifadə etdiyi kimi, darvinizm təbiətə müstəqil güc verən, bütün canlıların təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allah`ı tənzih edirik), insanları Allah`a imandan uzaqlaşdırmağa çalışan təlimdir. Peyğəmbərimizin (s.ə.v) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı Kütubi-Sittə Müxtəsəri Tərcümə və Şərhi adlı kitabda isə bu mövzu belə izah edilmişdir:

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud olan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürür... Əsas ilahı maddə və insan olan dindən kənar dindir.5 (Allah`ı tənzih edirik)

şiddet

Darvinistlər insana insan olaraq dəyər verməzlər.

Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərməyə çalışmışdır. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Ancaq darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməmiş, buna baxmayaraq, elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə, bu xəyali inkişafın ən böyük xəyali mexanizmi "təsadüflərdir". Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə, bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir. Darvinistlərə əsasən, bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirib onlarda heç yoxdan ağciyər əmələ gətirir. Darvinistlərə görə, bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir görür. Darvinin təkamül nəzəriyyəsinə görə təsadüflər ağıl və nəzarət gücü olan saxta yaradan hökmündədir. (Allah`ı tənzih edirik)

manzara

De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!"
(Mülk surəsi, 24)

Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə ağılsız və məntiqsiz iddialarla hər cür demaqogiya və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Bunun səbəbi dəccaldır. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir. Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara aparan, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Allah bir ayəsində dəccalın batil sisteminə tabe olanları belə tərif edir:

Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Qəmər surəsi, 47)

Darvinizm dünyanı aldatmağa, insanları Allah`a imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarlarına bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən, dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə etmişdir. Heç bir elmi dəlil olmadığına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim ediblər. Olmayan dəlilləri varmış kimi göstərib, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinməyiblər. Ara keçid forma olmamasına baxmayaraq, xəyali ara keçid formalar düzəldib saxtakarlıq etmiş, bunları dərsliklərində elmi dəlil kimi tədris etmişdilər. Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşdular. Nəzəriyyələrinin lehinə hər hansı bir dəlil olmadığına görə, saxta fosillər hazırlamış, bunları dünyanın ən məşhur muzeylərində illərlə nümayiş etdirmişdilər. Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişdilər.

Tək bir zülalın belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq, həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişdilər. Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişdilər. Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən etibarən qədim bütpərəstlərin vəzifəsini öz üzərinə götürmüş, insanları bütpərəst etməyə çalışmış, Allah`a imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm ayaqda dura bilmək üçün saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil dindir.

mənzərə

Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz...
(Həcc surəsi, 71)

Allah bir ayəsində belə buyurur:

De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allah`ın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! "(Maidə surəsi, 60)

Normal şərtlərdə insanların bu cür səfeh ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir hissəsi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca, necə etdiklərini, necə inandıqlarını anlamadan bu yalana inanmışdır. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Darvinizm dünyanı aldadarkən bir tərəfdən də dəccal bu hiyləgər və çirkin vəzifəsini üzərinə götürmüş, saxta və batil üsullarla insanlara yanaşmışdır. Lakin, şübhəsiz, hər batil dində olduğu kimi, bu dində də Allah`a qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır. Allah ayələrində bu həqiqəti belə bildirir:

Həqiqətən, hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! (Tariq surəsi, 15-17)

Qeydlər

1. Tirmizi, s. 82; Müslim, Fiten: 126

2. İbni Ebi fieybe, Musannef, Fiten: 5, 8/5912 İbn-i Mace, 4075, 4076; Tırmizi, Fiten: 59, no. 2240, 4/510

3. Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 13

4. İsmail Mutlu, Bediüzzaman'ın Yorumları, Işığında Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.117

5. Prof. Dr. İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, Tercüme ve fierhi, 13. Cilt, Ankara, 1992, s.457-458

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Qızıl Əsr Müjdəsi
  • 1-ci Fəsil: Axırzamanın Ən Böyük Fitnəsi Dəccal
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 1/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 2/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 3/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 4/5
  • 2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 5/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 1/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 2/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 3/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 4/5
  • 3-cü Fəsil: Darvinistlərin Dünyanı Aldatma Üsulları 5/5
  • 4-cü Fəsil: Darvinizm Yalanı Artıq Sona Çatdı
  • Nəticə : Bütün Canlıların Yaradanı Uca Allah'dır