Əvvəlki hissələrdə incəliklərinə toxunduğumuz hisslər aləmi, elektrik siqnalları vasitəsilə meydana gələn süni bir dünyadır. Bəs bu siqnalları şərh edib, onları tanıdığımız bir dostumuza, gözəl bir çiçəyə, ucsuz-bucaqsız bir mənzərəyə, anamıza, küçədə oynayan uşaqlara, sevimli bir bala pişiyə çevirən beynimiz ola bilərmi?
Texniki mənada siqnalların beyində şərh olunduğu doğrudur. Materialistlər buna əsaslanaraq, bir beynin içindəki neyronlardan ibarət olduğumuzu və yaşadığımız dünyanın bu neyronların bir-birləriylə saxladığı əlaqənin bir nəticəsi olduğunu iddia edərlər. Düşünən, gülən, sevinən, qarşısındakı insanı tanıyan, şərh edə bilən varlığın, DNT-ni kəşf edən materialist təkamülçü fizik Francis Crickin deyimiylə, "bir neyron yığını" olduğunu müdafiə edərlər.(83) Bir materialist üçün insanın necə düşündüyü və hisslərdən necə məna çıxartdığı əhəmiyyətli deyil. Əhəmiyyətli deyil, çünki bunlar üçün verə biləcəyi bir izah yoxdur. Buna görə də, hər şey, maddi cəhətdən araşdırılmalıdır. Halbuki bu, insanları Allah inancından uzaqlaşdırmaq üçün ortaya atılmış böyük bir yalandır.
Bunu daha ətraflı izah edə bilmək üçün beyni qısa şəkildə tanımaq yerində olar.
İnsan beyni dünyanın ən mürəkkəb strukturlarından biridir. Yeni doğulmuş bir körpənin beyni 100 milyard sinir hüceyrəsinə malikdir. Bu rəqəm, bir beynin sahib ola biləcəyi ən çox neyron (sinir hüceyrəsi) sayıdır. İnsan beynində neyron sayı heç vaxt artmaz, zaman irəlilədikcə yalnız azalar. Neyronlar sinir sisteminin ən əsas və funksional struktur vahidləridir. Hər neyron digər neyronlarla mindən, on minədək əlaqə qurar. Bunların birləşdiyi nöqtələrsə sinaps adlandırılar. Bu nöqtələr, məlumat alış-verişinin aparıldığı yerlərdir. Professor Ramachandrana görə; "beyin fəaliyyətinin mümkün permutasiyaları və kombinezonları, yer ilk yarandığı vaxtlarda mövcud olduğu bilinən bütün zərrəciklərin sayını keçir".(84)
Beyindəki bir sinir hüceyrəsi, hüceyrənin maddələr mübadiləsini davam etdirməsi, zülalları həzm etməsi və hüceyrələrdəki əməliyyatların aparıla bilməsi üçün lazım olan bütün yardımcılara malikdir.
Bir neyrondan sonsuz şaxələrə ayrılmış çıxıntılar çıxar. Bunlar dendrit adlandırılar. Dendritlərin həyatın davam etməsindəki ən böyük funksiyaları digər neyronlardan gələn elektromaqnit mesajları qəbul etmək və bunları aid olduqları hüceyrələrə çatdırmaqdır. Dendritlər, hüceyrədən ayrıldıqları hissədə nisbətən qalındırlar, lakin daha sonra onlarla, hətta yüzlərlə şaxəyə ayrılarlar. Olduqca nazikləşərlər və hər dəfə daha da nazikləşərlər. Dendritlərin sayı, hüceyrənin funksiyasından asılı olaraq dəyişər.
Beyindeki nöronlar, diğer nöronlarla binden on bine kadar bağlantı yapar. Bunların birleştiği noktalara sinaps adı verilir. Bu noktalar bilgi alışverişinin yapıldığı yerlerdir. Beynin bu alışverişinin muhtemel permütasyonları ve kombinasyonları, yeryüzünün başlangıcındaki tüm parçacıkların sayısını geçmektedir. |
Neyrondan ayrılan başqa bir çıxıntı daha var. Bu akson adlandırılar. Bunun vəzifəsi, digər neyronlara məlumat daşımaqdır. Bu məlumat, elektrik axını şəklində olur. Beyində, xüsusilə nevrokimyəvi maddələr üçün ehtiyyat anbarları var. Bu kisələr, mesajları dövrədəki növbəti hüceyrəyə daşımaq üçün kimyəvi maddələr ifraz edərlər. Bu yolla neyronlar, məlumatı, aksonlar vasitəsilə növbəti neyrona daşıyarlar. Digər bir sözlə, neyrondan ötürülən məlumatı dendritlər alar, aksonlar isə digər neyronlara ötürərlər. Aksonların uzunluğu bir metrə qədər ola bilər və ya onlar millimetrin onda bir hissəsi qədər kiçik ola bilərlər.
Beyində tam olaraq nə qədər fərqli növdə neyron olduğu sualı cavabı tapılmamış bir sualdır və ehtimallara görə 50 fərqli neyron növü var.(85) Formalarındakı, böyüklüklərindəki, əlaqə tiplərindəki və nevrokimyəvi tərkiblərindəki fərqlərə baxmayaraq, bütün neyronlar demək olar ki, eyni yolla məlumat daşıyırlar. Bir-birləriylə elektrokimyəvi bir dillə danışırlar. Bir neyrondan çıxan və digəri tərəfindən alınan məlumat, müsbət yüklü atomlar və ya ionlar tərəfindən meydana gətirilən elektrik siqnalları şəklində alınır. Bunlar xüsusilə müsbət yüklü natrium və kalium ionları və mənfi yüklü xlorid ionlarıdır.(86) 100 milyard neyronun hamısı, bir neçə mindən 100 minə qədər fərqli neyronla əlaqə qurar. Ümumi hesablama aparmaqla yetkin bir insanın beyninin 100 trilyon sinaps (əlaqə nöqtəsi) meydana gətirdiyi deyilə bilər.(87)
Craig Hamilton, bu mövzunu belə açıqlayır:
İndiyə qədər yaradılmış ən kompleks şəbəkə hansıdır? Əgər internet şəbəkəsi olduğunu düşünürsünüzsə, bir daha düşünün. Yüz milyard neyrondan meydana gələn elektrokimyəvi matris sayəsində insan beyni internetin yalnız gözəl bir hörümçək toru kimi görünməsini təmin edir. Hər bir neyronun, 50 000 digər neyronla əlaqəsi olduğu düşünülsə, bu da ümumilikdə yüz trilyon əlaqə mənasını verir.(88)
Bilgisayarlar, beynin mükemmel sisteminin yalnızca bir taklididir. Beyinde tek bir bit'lik bilgi, anında tam 100.000 nörona yayılabilmektedir. Dolayısıyla beyin, bilinen en hızlı bilgisayardan yüz binlerce kat daha hızlıdır. Günümüz teknolojisi ile bunu gerçekleştirmek ise imkansızdır. |
Bir neyrondaki məlumatı ötürən aksonun, digər bir neyronun dendritinə çatdığı nöqtədə meydana gələn boşluq, yəni sinaps, bir santimetrin milyonda bir hissəsi qədərdir.(89) Dolayısilə, akson və dendritlər bir-birlərinə toxunmazlar. Əlaqələri saniyənin mində bir hissəsində gerçəkləşər. Bəzi neyronlar bir neçə dendrit şəklində şaxələnirlər. Digərləri isə, demək olar ki, bir meşə meydana gətirəcək qədər çox dendritə malikdirlər. Əgər bir insan, beynində yaranan əlaqələri saymağa çalışsa, hər birini bir saniyədə saymaq şərtiylə, hamısını sayıb bitirməsi 3 milyon ilini alacaq. Bu, təxminən 42 000 insan nəsli deməkdir.(90) “The new yorker” qəzetinin müəlliflərindən Kornel Universitetindən Diane Ackerman, “an alchemy of mind” (“zehnin əlkimyası”) adlı kitabında, bu kompleks sistemlə əlaqədar bu rəqəm incəliklərini vermişdir:
Nə qədər qeyri-mümkün görünsə də kainatdakı ulduzların sayı qədər çox beyin hüceyrəsi əlaqəsinə sahibik. Ən azından bizə görünən kainatı nəzərdə tuturam, çünki ölçüyəgələn kainatın 96%-i bizim üçün görünməzdir. Yalnız bir saniyə üçün kosmosun sonsuzluğunu gözünüzdə canlandırın... Daha sonra bir beynin içindəki mikroskopik akitivliyi düşünün. Tipik bir beyində 100 milyard neyron mövcuddur və bədəndəki oksigenin dörddə bir hissəsindən istifadə edər. Təxminən 1,5 kq olmasına baxmayaraq, bədən kalorisinin böyük hissəsindən istifadə edər. 10 voltluq bir lampanın işlətdiyi qədər elektrik enerjisi işlədər. Beynin tək bir qum dənəsindən daha böyük olmayan tək bir nöqtəsində 100 000 neyron, təxminən bir milyard sinapsla çalışaraq işlərini görər. Təkcə beyin qabığında 30 milyard neyron, hər biri 1 düymün (1 düym=2,54 sm) milyardda bir hissəsi qədər böyüklüyündəki 60 trilyon sinapsda qarşılaşar.(91)
Verilən bu məlumata görə, əgər hər saniyə beyin qabığında meydana gələn sinapsları saysaq, onları 32 ilə sayıb qurtara bilmərik. Əgər mümkün neyron sxemlərini (beyində özünə çatan siqnalları müxtəlif şəkillərdə şərh və qiymətləndirən mərkəzlər) də nəzərə alsaq, hiper-astronomik bir rəqəmlə qarşılaşarıq: 10-un yanında ən azı bir milyon sıfır.(92)
Bu mövzuyla əlaqədar ən təəccüblü həqiqətlərdən biri də, fövqəladə rəqəmlərə sahib olan bir insan beyninin, heç vaxt başqa bir insanın beyni ilə eyni olmamasıdır. Eyni yumurta hücüyrəsindən əmələ gələn əkizlərin beyinləri belə fərqlidir. Digər bir sözlə, bu heyrətamiz mürəkkəblikdəki sistem, Allahın diləməsiylə hər insanda ayrı-ayrılıqda nizamlanmış və müxtəlif bir struktur şəklində meydana gəlmişdir. Lakin hələ də həmin mürəkkəbliyini qoruyub saxlayır.(93)
Kompyuterlər, beynin mükəmməl sisteminin təqlid edilməsi yoluyla istehsal olunur. Kompyuter texnologiyasında ən böyük firmalardan biri olan İBM firmasının təcrübəli texnologiya mütəxəssisi Kerry Bernstein, beynin bir çox xüsusiyyətinin kompyuterlərin dizayn olunma prosesində təqlid edildiyini, lakin beyindəki dizaynın eyni keyfiyyətdəki surətinin çıxarılmasının mövcud olan heç bir texnologiya vasitəsilə mümkün ola bilməyəcək qədər mükəmməl olduğunu ifadə edir. Bernstein mövzuyla əlaqədar olaraq bunları söyləyir: "Beyində fövqəladə paralellik hakimdir. Belə ki, təkcə bir bit informasiya, bir anda tam 100 000 neyrona ötürülə bilir. Beləliklə də, beyin, bilinən ən sürətli kompyuterdən yüz minlərlə qat artıq sürətli olur. Bizimsə bunu elektronikada həyata keçirməyimiz qeyri-mümkündür".(94) Dolayısilə, beyin üçün edilən kompyuter bənzətməsi olduqca bəsit və beynin üstün potensialı barədə kifayət qədər dəlil təşkil etməyən bir bənzətmədir. Rokfeller Universiteti Nevrologiya Elmləri İnstitutunun rəhbəri, Nobel Tibb Mükafatı sahibi Gerald M. Edelman bunu belə açıqlamışdır:
Əvvəla dünya, əvvəlcədən müəyyənləşdirilmiş bir sıra siqnallara sahib maqnit kompyuter hissəsi kimi, beynə əvvəlcədən təqdim edilməmişdir. Lakin yenə də... beyin öyrənmə prosesinə və yaddaşa vasitəçilik edər və eyni anda bədən funksiyalarını nizamlayar. Sinir sisteminin, təsvir, səs və s. kimi fərqli siqnalları hissi kateqoriyalara ayırması və bunları daha əvvəldən müəyyənləşdirilmiş kod olmadan bir-biriylə uyğunluq təşkil edən siniflərə bölmə qabiliyyəti qətiyyən özünəməxsusdur və kompyuterlə müqayisə belə edilə bilməz. Bu kateqoriyalara bölmə əməliyyatının necə baş verdiyi hələ də tam olaraq məlum olmamışdır...(95)
Beyindəki sistem, həqiqi mənada mükəmməldir. Lakin biz burada yalnız neyronlar arasındakı qarşılıqlı təsirdən, aksonlar və dendritlərin mürəkkəb bir sistem daxilində məlumatları alıb-ötürmələrindən bəhs edirik. Bəs beyindəki "xarici aləm" və insanı insan edən xüsusiyyətlərin mənbəyi haradadır? Kor və şüursuz atomların birləşməsi nəticəsində meydana gələn neyronlar və onların meydana gətirdiyi beyin, bu qədər böyük şüurun mənbəyi ola bilərmi? Professor Vilayanur S. Ramachandran, bu mövzuyla əlaqədar bunları söyləyir:
Ümumi inanc bu olmasına baxmayaraq, zehni həyatımızın bütün zənginliyini (bütün duyğularımızın, hislərimizin, düşüncələrimizin, hərisliklərimizin, sevgimizin, inancımızın, hətta hər birimizin öz xüsusi və fərdi mənliyimizin) yalnız başımızın içində, beynimizin içindəki kiçik jele zərrəciklərinin fəaliyyəti kimi düşünmək məni təəccübləndirmişdir.(96)
Bu vəziyyət materialistlər üçün təəccüblüdür, çünki materialistlər, insanı insan edən bütün ünsürləri, insanın sevincini, narahatlıqlarını, inanclarını, insanın öz fərdi mənliyini beyninin içindəki bir yerdə axtarırlar. Bir dostunu gördüyündə insanı sevindirən, bir bala it gördüyündə insanın içini coşduran duyğunun, insanın qərar vermə, inanma, hiss etmə, duyğulanma, sevinmə, kədərlənmə kimi hisslərinin mənbəyinin neyronlar olduğunu iddia edərlər. Lakin beynin içinə girib neyronları araşdıran elm adamları və nevroloqlar, bunların heç birinin mənbəyini beynin içində tapa bilməyiblər. Məhz buna görə də, yeni bir tərif verib, insanı insan edən ünsürlərin mənbəyinin "şüur" olduğunu deyiblər. Bəs şüur necə bir şeydir və görəsən materialistlər bunu açıqlaya bilmişdirmi?
Dış dünya ve insanı insan yapan özellikler beynin neresindedir?Kör ve şuursuz atomların birleşmesiyle meydana gelen nöronlar böylesine yüksek bir bilincin kaynağı olabilir mi? Kuşkusuz ki olamaz. Bunların kaynağı, yalnızca insan ruhudur. |
Əgər görən gözlərimiz deyilsə, qapqaranlıq məkan içində gözə, torlu qişaya, göz bülluruna, göz sinirlərinə ehtiyac duymadan rəngarəng bir çiçək bağçasını seyr edən və bundan zövq alan kimdir?
Qulağa ehtiyac duymadan elektrik siqnallarını tanışlarının səsi kimi eşidən, bu səsləri eşidəndə sevinən, bu səsləri tanıyan varlıq kimdir?
Heç bir qoxunun daxil olmadığı beynin içində sobadakı keksin qoxusunu hiss edən və bundan zövq alan kimdir?
Bir çiçəyi gördüyü vaxt ondan zövq alan, bir pişik balası gördüyündə ona sevgi duyan, heç bir ələ, barmaqlara və əzələyə ehtiyac duymadan pişiyin tüklərini oxşadığını hiss edən kimdir?
Yalnız sinir hüceyrələrindən ibarət olan bir neçə yüz qramlıq ət parçası, yaşadığımız həyatın, kədərlərin, sevinclərin, dostluqların, vəfanın, səmimiyyətin, coşğunun səbəbi ola bilər mi?
Əgər bunların səbəbi beyin deyil, bütün bunları qəbul edən bir varlıq isə, onda qəbul edən kimdir?
Xarici aləmi qəbul edən, beynimizin içindəki "kiçik insan"dırmı?
Kvant fiziklərinin bəhs etdiyi "müşahidəçi"dirmi?
Bu müşahidəçi, beynin hər hansı bir yerindədirmi?
Əgər beyində deyilsə haradadır?
Fred Alan Wolf, bu sualı belə cavablandırır:
Bir müşahidəçinin kvant fizikası baxımından nə etdiyini bilirik. Lakin kimin və ya nəyin həqiqətən müşahidəçi olduğunu bilmirik. Bu demək deyil ki, bir cavab tapmağa çalışmadıq. Araşdırdıq. Başınızın içinə girdik. Hər yerə baxdıq; müşahidəçi deyilən bir şey tapmaq üçün. Heç kəs yoxdu. Beyində heç kəs yoxdu. Beynin kortikal (qabıq) nahiyələrində heç kəs yoxdu. Aşağı kortikal (aşağı qabıq) nahiyələrdə və ya kənar nahiyələrdə də heç kəs yoxdu. Müşahidəçi deyiləcək heç kəs yoxdu. Lakin yenə də xarici aləmi müşahidə edənlər olaraq, müşahidəçi deyilən şeyin varlığının təcrübəsinə sahibik.(97)
Elm adamları artıq, beynin hisslərin mənbəyi olmadığını, yalnız bir vasitəçi funksiyasını yerinə yetirdiyi bilirlər. Həmçinin elm adamları, keçmiş əsrlərin inancı olan "beynin içindəki kiçik insan" anlayışından da tamamilə uzaqlaşıblar. Elm adamları, "müşahidəçi" adlandırdıqları mənliyin, beyindən asılı olmadığını açıq şəkildə gördülər. Onlar artıq, hisslərin mənbəyinin insan şüuru olduğunu bilirlər.
Robert Lawrence Kuhn, “closer to truth” (“həqiqətə daha yaxın”) adlı kitabında, bunu belə təsvir edir:
Niyə bəzi fiziklər birdən-birə insan zehniylə bu qədər maraqlanmağa başladılar? "Bir hissəsi zehnin, gerçək həqiqət" olduğunu, maddəninsə aldadıcı xəyal ola biləcəyini düşünməyə başladılar. Bu qədər ağıllı insanın belə heyrətamiz fərziyyələr ortaya atmasını tələb edəcək qədər zehni fəaliyyətlərlə əlaqədar olan mövzu nədir? Bunun səbəbi qismən bizim həqiqəti qəbul etmə şəklimizi sonsuzadək dəyişdirmiş olan iki təməl nəzəriyyənin qəribə təsirləridir: Kvant mexanikası atomaltı zərrəciklər səviyyəsinə qeyri-müəyyənlik aşılamışdır, nisbilik nəzəriyyəsi isə, kainatın böyük miqyasında zamanı və kosmosu birləşdirmişdir. Lakin fizika nəzəriyyələri zehində olub-bitənləri açıqlaya bilərmi? Atomların davranışları, insanların davranışlarını müəyyənləşdirə bilərmi? Kainatın quruluşu bizim necə düşündüyümüzü, hiss etdiyimizi və bildiyimizi təsvir edə bilərmi?(98)
Bir insanın həyatı, qavrayışı, sevgisi, sevinci, kədəri, düşüncələri, bir sözlə, insanı insan edən xüsusiyyətlər, şübhəsiz ki, atomların davranışlarının bir nəticəsi deyildir. Xarici aləmi qəbul edib görə bilən, insana insan olma xüsusiyyəti verən şey, insanın beynindən asılı olmayan bir şeydir. İnsanın bir şeyi görə bilməsi, bir şeyi analiz edə bilməsi, düşünə bilməsi, seçim edə bilməsi və sahib olduğu digər bütün insani xüsusiyyətlər üçün, hər cür maddi anlayışdan savayı bir açıqlama lazımdır. Təkamülçü olmasına, hətta "Darvinin qəhrəmanı"(99) kimi xatırlanmasına baxmayaraq, Tomas Hakslinin bu sözləri, qızğın bir materialistin belə, həqiqətləri görə biləcəyinin əhəmiyyətli bir dəlilidir:
Şüur kimi heyrətamiz bir şeyin, bir-biriylə qarşılıqlı təsirdə olan sinir toxumasının nəticəsi olması, Ələddinin sehrli çırağını ovaladığı vaxt, içindən bir cinin çıxması kimi açıqlana bilməz bir şeydir.(100)
Yağ, su və zülalların meydana gətirdiyi bir strukturun insanın mənliyini meydana gətirməsi, insanı hiss edən, düşünən, sevinən, reaksiya verən, qürur duyan, həyəcanlanan bir varlıq halına gətirməsi, şübhəsiz ki, qeyri-mümkündür. Materialistlərin iddiaları, hisslərin beyindən asılı olmadığı həqiqəti qarşısında tamamilə çürümüşdür. 20-ci əsrin qabaqcıl fiziklərindən Sir Rudolf Peleris, bu mövzuyla əlaqədar olaraq bunları söyləmişdir:
İnsanın etdiyi bütün şeyləri (məlumat və şüur də daxil olmaqla) fiziki vəziyyətlərlə xarakterizə etməyə çalışdığınız mülahizənin müdafiə ediləcək heç bir tərəfi yoxdur. Burada çatışmayan bir şey var.(101)
Peter Russell isə, bizə məxsus maddi dünyanın yalnız şüurun meydana gətirdiyi bir şey olduğunu söyləyir:
Bildiyimiz hər şeyin, "xarici aləmdə"ymiş kimi qəbul etdiyimiz bütün maddi dünyanın, bu hadisənin bir parçası, şüurda yaradılan bir təsvir olduğunu anladığımız vaxt, həqiqətin, gördüyümüz gündəlik təsvirlərin tam əksi olduğunu anlayırıq. Bildiyimizə görə maddə, şüurun meydana gətirdiyi bir şeydir... Bundan ötrü də, həqiqətin təbiəti, şüurdur. Məkan, zaman, maddə və enerji (bizim duyğu orqanlarımız vasitəsilə yaranan qatı dünya) şüurda meydana gəlir. Bu qeyri-adi dünyanın təməli, maddə deyil, şüurdur.(102)
Bizim həqiqət olaraq xarakterizə etməyə çalışdığımız şey, əslində şüur əsaslıdır. Rəng, səs, qoxu, dad, zaman, maddə, bir sözlə, dünyada qəbul etdiyimiz hər xüsusiyyət, şüurdakı bir şəkil və xüsusiyyətdir. Şüurumuz sayəsində kainatdakı hər şeyi qavraya bilərik. Lakin şüuru, xarici aləmdə müşahidə edə bilmərik. Peter Russell, bunun səbəbini belə açıqlayır:
Şüuru, müşahidə etdiyimiz dünyada görə bilməməyimizin səbəbi, şüurun, zehnimizdə yaranan təsvirin bir hissəsi olmamasıdır.(103)
Peter Russellin də ifadə etdiyi kimi, xarici aləmi qəbul edən şüurumuz, müşahidə etdiyimiz xarici dünyada deyildir. Dolayısilə, onu görüb analiz edə bilmərik. Russell, şüuru, bir kino pərdəsinə düşən işığa bənzədir. Kinofilmdə göstərilən hekayədə, ekrana yalnız işıq şüalarının düşdüyünə dair heç bir dəlil yoxdur. İnsan, yalnız pərdədəki təsvirlə təmasdadır. Lakin işığı (belə ki, onsuz hər hansı təsvirin olması qeyri-mümkündür) görmək belə olmaz. Şüur da eynilə bu cür olub, seyr etdiyimiz maddi dünyada olmadığından, əllə tutulan, gözlə görülən mövcudluğa malik deyildir.
Diane Ackerman, şüuru belə xarakterizə etmişdir:
...Beyin səssizdir, qaranlıqdır, susqundur. O heç nə hiss etmir. O heç nə görməz... Beyin özünü dağların arasına və ya kosmosa tullaya bilər. Beyin bir almanı xəyal edər və bunu həqiqətmiş kimi yaşayar. Həqiqətən də, beyin, xəyal etdiyi bir alma ilə müşahidə etdiyi alma arasında çətinliklə bir fərq görər...
Beyin, şüur deyildir... Bir sözlə, maşın içində bir xəyaldır.(104)
“O, sizi tek bir nefisten yaratandır. (Sizin için) Bir karar (kalış) ve emanet (olarak konuluş) yeri vardır. Kavrayabilen bir topluluk için ayetleri birer birer açıkladık.” |
ADNAN OKTAR:... İki gözle insanlar baktığında gördüğünü zannediyorlar, ama göz görmez normalde. Gözün sadece kamera görevi vardır, fotoğraf makinesinin görevi ne ise veya video kameranın görevi ne ise gözün görevi de budur. Göz görmez, beynin içindeki görme merkezi görür. Asıl göz odur. İnsanın içindeki göz, bu gözün gözü yok, ama görüyor. Yani bu çok acayiptir. Bakın, orada bir göze ihtiyaç olması gerekiyor. Fakat elektriği görüntü olarak görüyor bu göz. Fakat ortada bir göz yok. İşte bu görünmeyen göze ruh diyoruz biz. Ses de öyledir. Ses dalgaları gelir kulağımıza, örs, çekiç, üzengiden geçer titreşim olarak. O titreşim elektrik enerjisine döner, gelir beynimize. Beynimizde o elektrik akımını ses olarak duyan bir kulak vardır. Ama bu kulak bizim bildiğimiz gibi bir kulak değildir. Yani görünmeyen bir kulak vardır. O görünmeyen kulak gerçek kulaktır. Her insanın kulağı sağırdır. Kulak sadece sesi iletmeye yarayan bir araç, bir mekanizmadır, kulak hiçbir şekilde duymaz. Her kulak sağırdır, duymaz. Beynin içindeki kulak duyar... Algı da, şimdi bak ben buraya dokunuyorum, masa sert.
Bu sertlik algısı beynimin içinde oluyor benim, ben masada olduğunu zannediyorum. Görüntünün 3 boyutlu olmasından kaynaklanıyor bu. Parmak uçlarımda onu hissettiğime dair bilgi beynimin içinde oluşuyor. İnsanlar parmak ucunda hissettiklerini zannederler. Parmak ucunda olmuyor olay, beynin içinde olur. Mesela bir yemek yediğimizde, farz edelim kavun yiyor, "ne kadar lezzetliymiş kavun" diyor. Beyninin içerisinde o tadı hisseder, ağzında hissetmez. Diyor ki "ağzıma tatlı geldi" diyor "tadı hoş geldi" diyor. "Acı geldi" diyor veyahut "ekşi geldi" diyor. Ağzında hiçbir insan tadı hissedemez. Hep beyninde hissederler. Ama ağzında hissettiğini zannederler. Mesela koku da; hiçbir şekilde burunda o kokuyu hissetmeyiz. İnsanlar hep burunlarıyla kokuyu aldıklarını zannederler. Hiçbir şekilde öyle olmaz. Beynin içindeki burun kokuyu alır. Sadece havadaki o kimyasal gazlar burnunun üstündeki sinir hücrelerine gelir, onlara dokunduğunda o elektrik enerjisine dönüşür ve beyne gider. Beyinde onu koklayan bir burun vardır. Oradaki o elektriği koku olarak alan bir burun var. Yani beynin içine ne gül girer, ne karanfil girer, gül, karanfil dışarıda ama gülü ve karanfili içeride koklayan bir ruh vardır. Bakın, gül olmadığı halde gülü koklar o, elektrik akımını gül olarak koklar, elektrik akımını karanfil olarak koklar, bu gerçek dünyada şu an o kadar bilinmiyor. Milyonda birdir bu konuyu bilenler. (30 Aralık 2009 tarihli röportajdan / www.a9.com.tr)
Buraya qədər deyilənlər əsasında, qəbul etdiyimiz xarici aləmin şüurda yaranan kölgə dünyadan ibarət olduğunu və maddi varlığın əslinə çata bilmədiyimizi dəlilləndirdik. Bu həqiqətlər əsasında, materialist fəlsəfənin irəli sürdüyü "mütləq maddə" anlayışı tamamilə qüvvədən düşmüşdür. Lakin bütün bunlara baxmayaraq, yenə də cavab gözləyən əhəmiyyətli bir sual qarşımıza çıxır. Peter Russell, bu sualı belə yekunlaşdırmışdır:
Elm adamları, mürəkkəb neyron şəbəkəsinin, necə şüurlu təcrübə apara bildiyini soruşurlar. Şüur kimi maddi olmayan bir şey, necə maddi dünya kimi şüursuz bir şeydən meydana gələ bilər? Bu görəsən məlumatların sinir şəbəkəsi boyu mürəkkəb şəkildə şəkilləndirilməsinin bir nəticəsidirmi? Neyronların içindəki mikroborucuqların, kvant uyğunluq təsirlərindən mi qaynaqlanır? Yaxud başqa şeydirmi?..(105)
Ki o, yarattığı her şeyi en güzel yapan ve insanı yaratmaya bir çamurdan başlayandır. Sonra onun soyunu bir özden (sülale’den). Basbayağı bir sudan yapmıştır. Sonra onu ‘düzeltip bir biçime soktu’ ve ona Ruhundan üfledi. Sizin için de kulak, gözler ve gönüller var etti. Ne az şükrediyorsunuz? |
Bu iki həqiqəti bir-birindən ayırd etdiyimiz vaxt, bu sual tam əksinə çevrilir: Maddə, məkan, zaman, rəng, səs, şəkil və digər bütün xüsusiyyətlər şüurda necə meydana gəlir? Zehində bunu meydana gətirən üsul nədir?
Bu, həqiqətən də izahlı cavab gözləyən əhəmiyyətli bir sualdır. Şüur nədən hazırlanmışdır? Şüurda bütün bu hərəkətli dünyanı meydana gətirən nədir? Bu sual, yaşadığımız 21-ci əsrdə elm adamlarının hələ də cavabını axtardıqları, barəsində kitablar yazdıqları, konfranslar keçirdikləri, cavab tapmağa çalışdıqları, lakin hər nədənsə cavab tapmaqdan çəkindikləri bir sualdır. Şüurun mənbəyinin nə olduğu sualı barədə yazılmış yüzlərlə kitab və məqalə və bir çox elm adamının verdiyi açıqlama, bu mövzuda gözlənilən açıqlamanı verməmişdir. Şüur mövzusu, 21-ci əsrin ən böyük sirrlərindən biri kimi qəbul edilmiş və mövzuyla əlaqədar demək olar ki, hər bir tədqiqatçı, yazıçı, professor, bu mövzunun açıqlamasının olmadığını ifadə edərək sözlərinə başlamış və bunu vurğulayaraq sözlərini bitirmişdir. Jeffrey M. Schwartzın bu sözləri, buna bir nümunədir:
...Fiziki beyin fəaliyyətlərini zehni hadisələrlə əlaqələndirmək mübahisəsiz bir elmi zəfər olmasına baxmayaraq, beyin üzərində tədqiqatlar aparanların bir çoxunu narazı qoymuşdur. Çünki nə nevroloqlar, nə də filosoflar, neyronların davranışlarının, necə olub da subyektiv şəkildə hiss edilən zehni vəziyyətləri yaratdığına dair qaneedici açıqlama verə bilməyiblər. Əksinə, nevrobioloq Robert Doty 1998-ci ildə, "neyronların fəaliyyət formalarının necə subyektiv dərketməyə çevrildiyi tapmacasının insan varlığının təməl sirri olmağa davam etdiyi" fikrini müdafiə etmişdir.(106)
Görəsən həqiqətən də bu mövzunun izahı yoxdurmu? Yoxsa, elm adamlarının görmək istəmədikləri, gözləmədikləri bir həqiqətə mi işarə edir? Görəsən kvant fizikasını müdafiə edən elm adamları, illər boyu doğru qəbul etdikləri materializmin təsiri altındadırlar mı? Yoxsa onların həqiqəti görmələrinə mane olan bir səbəb mi var?
Şübhəsiz ki, şüur mövzusunun izahı var. Beynin içindəki təsviri "görürəm" deyən, beyninin içindəki səsləri "eşidirəm" deyən, öz varlığından xəbərdar olan şüur sahibi varlıq, Allahın insana vermiş olduğu ruhdur. Materialist zehniyyət, məhz bu həqiqətin bilinməsindən və görülməsindən çəkinir. Materialist elm adamlarının "hələ də sirri açıla bilməyən şüur" iddialarının əsas səbəbi budur. Ruhun mütləq varlığı, onu insana verənin Allah olduğu həqiqəti, onların bütün materialist inanclarını və iddialarını alt-üst edir. Bu mövzuya hər nə qədər "izahsız olduğu" damğasını vurmağa çalışsalar da, şüurun mənbəyinin ruh olduğu, insana məxsus həqiqətin, "mən mənəm" deyən varlığın ruhuna aid olduğu, açıq və mübahisəsiz bir həqiqətdir. Allah, Quranda, insanın əvvəlcə bədənini yaratdığını, sonra da ona "ruhundan üfürdüyünü" bildirmişdir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Şüur mövzusunu araşdıran elm adamlarının qəbul və etiraf etməli olduqları ən əhəmiyyətli həqiqət budur. Stenford Universitetinin maddə elmi və mühəndisliyi professoru William Tiller, bu həqiqəti etiraf edən elm adamlarındandır:
Mənim modelimə görə, müşahidəçi, dörd qatlı bioloji bədənin içindəki ruhdur. Buna görə də, o, maşındakı xəyal kimidir.
Gözə ehtiyac duymadan görə bilən, qulağa ehtiyac duymadan eşidən, beynə ehtiyac duymadan düşünə bilən, insanın "ruhudur".(107)
Bilinç konusu, materyalist bilim adamlarının empoze etmeye çalıştıklarının aksine açıklamasız değildir. Kendi varlığının şuurunda olan bilinç sahibi varlık, Allah'ın insana vermiş olduğu ruhtur. Materyalistler her ne kadar bunu inkar etmek isteseler de, şuurlu bir insan, sahip olduğu üstün ruhun hiç tartışmasız farkında olacaktır. |
ADNAN OKTAR:... Bazı insanlar kasım kasım kasılıyor; "ben yaptım, ben ettim" diyor. Beyninin içerisinde şu kadarcık (mercimek kadar) yerde Allah ona görüntü olarak gösteriyor. Mercimek kadar yerdedir, "ben yaptım, ben ettim" diyenler. Tamamını Allah yaratır. İnsan hiçbir şey yapamaz. Ama tabi, "ben yaptım" diye konuşmada onu zahiren söyler. Yoksa tamamını Allah yapar. Mesela "buraya gel" diyorsun. Buraya gel demeyi Allah yaratır. Geldim diyen insanın sözünü de Allah yaratır ve alır senin karşına Cenab-ı Allah getirir, onu görürsün. Mesela, ben şimdi buraya bu içeceği koyuyorum, içiyorum bunun tamamını Allah yaratır beynimin içerisinde. Onun tadını, görüntüsünü, kokusunu Allah yaratır. İstese tadını kaldırabilir, hiçbir şey hissetmem. Kokusunu da kaldırsa yine kokusunu hissetmem. Görüntüsünü kaldırırsa zaten her şey biter, hiçbir şey hissedemem. Bir de dokunma duyusunu kaldırırsa artık tamam, sadece boşluk kalır hiçbir şey kalmaz.
Beynimin içinde Allah dokunma hissi meydana getirdiği için, ben bunu elimde var zannediyorum. Şu an mesela ben parmağımla dokunduğumdan adım gibi eminim. Ama böyle bir şey yok. Beynimin içindeki histen kaynaklanıyor. Beynime parmak uçlarımdan gidiyor, sinir uçları alıp götürüyor dokunma hissini, sinir bayağı uzun yol alıyor gidiyor, gidiyor, gidiyor, beynimden içeri giriyor, şuur merkezinde dokunma hissini meydana getiriyor.
"Ben dokundum" diyorum, halbuki öyle bir şey yok. Dokunma hissi orada olmuyor, beynimin içinde oluyor. Ben parmağımın ucunda olduğunu zannediyorum. Mesela biz burada şimdi oturuyoruz değil mi, adımız gibi eminiz, bütün algıların tamamı beynimizin içinde oluyor. Ses, konuşma uzaktan geliyor gibi görünüyor, halbuki üç boyutlu olarak, beynimin içinde yaratılıyor. Çünkü beyne giden sinir koparıldığında hiçbir şekilde duyamayız. Bağlandığında da anında duyarız. Ama insanlar bu gerçeği pek düşünmek istemiyorlar, ben de ara ara anlatıyorum, daha sonra ben bu gerçeği insanların tam anlayacağı gibi tarif edeceğim ve hiç kaçıp kurtulacakları gibi olmayacak. (03 Kasım 2010 tarihli röportaj, www.a9.com.tr / www.harunyahya.tv)
Albert Eynşteyn belə demişdir: Həyatınızı yaşamağın təkcə iki yolu var: Birincisi sanki heç bir şey möcüzə deyilmiş kimi yaşamaq. Digəri isə, sanki hər şey möcüzəymiş kimi yaşamaqdır. Mən ikincisinə inanıram.(108)
Ruhun varlığı, materialistlərin əsrlərdir ki, uğrunda mübarizə apardıqları dinsizlik qanununu elmi cəhətdən aradan qaldırır. Ruhun varlığı, materializmi yox edir və Allahın mütləq varlığını göstərir. Hiss edənin, görənin, eşidənin, idrak edənin, xoşbəxt olanın, bir çiçəyin qoxusundan zövq alanın, musiqi dinləyərkən əhval-ruhiyyəsi artanın, bu bədəndən asılı olmayan bir ruh olduğunu bilmək, bütün insanların Allah qarşısındakı məsuliyyətlərini bilərək yaşamasını tələb edir. Bütün canlıların; təsadüfən, bir-birlərindən təkamül yoluya meydana gəldiyi və son olaraq da, insanın da şimpanzelərlə ortaq bir əcdada sahib olduğunu iddia edən təkamül nəzəriyyəsi, ruh həqiqətinin qəbul edilməsiylə tamamilə yox olacaq. Dolayısilə, materialistlərin əsrlər boyu müxtəlif təbliğat, nəşriyyat və beyin zəhərləmək üsullarıyla meydana gətirdikləri materialist dünya nizamı və görüşü, ruhun elmi cəhətdən qəbul edilməsiylə alt-üst olacaq.
Materyalistlerin yüzyıllar boyunca çeşitli propaganda, yayın ve beyin yıkama yöntemleriyle meydana getirdikleri materyalist dünya düzeni ve görüşü, ruhun varlığı ve bilimsel kabulü ile altüst olmuştur. |
Materialist elm adamları, insanı insan edən xüsusiyyətin, insanın ruhu olduğunu bilirlər. Lakin bütün bu səbəblərdən ötrü, bilmədiklərini iddia edirlər.
Fred Alan Wolf, bu həqiqəti belə ifadə edir:
Hazırkı dövrdə, Allah, elm və ruhun bir-birini tamamlamasını izah etməyə çalışan, ən son nəşr olunmuş kitabların əksəriyyətini araşdırdığınız vaxt, bu həqiqəti dərhal görəcəksiniz: Ruh; sahib olduğu ən təməl xüsusiyyətlər (bunlar müqəddəslik və ölümsüzlükdür) və əsas məqsədi (şüurun olması üçün lazım olduğu) görməzlikdən gəlinərək, maddi bir proses kimi xarakterizə edilməyə çalışılır və ya ön plana çıxan kitab adlarına baxmayaraq, heç vaxt müzakirə edilmir.(109)
Elm adamlarının sözlərindən də aydın olduğu kimi elmilik, yalnız materializm üzərinə qurulmuş bir anlayışa çevrilmişdir. Elmilik adından edilən şey isə, ortaya çıxan düzgün həqiqəti qəbul etməkdənsə, bunun materializmə uyğunlaşdırılmış halını qəbul etməkdir. Belə olan halda, hazırkı dövrdə qarşılaşdığımız şey, olduqca böyük ziddiyyətdir. Çünki elm, insan şüuru ilə əlaqədar olaraq insanın təmasda olduğu bütün maddi dünyanı rədd edir, lakin dırnaqarası elmilik naminə bu elmi həqiqət görməzlikdən gəlinir.
Kaliforniya Universitetindən zərrəciklər fiziki Fred Alan Wolf, bir elm adamı olaraq, elmiliyin necə olmalı olduğunu belə təsvir edir:
Elmin fərqli mərhələlərindən çıxan və məni narahat edən əsil şey, öz qürurum olmuşdur. Mənim elmi görüşümə uyğun olmayan başqalarının fikirlərinə məhəl qoymazkən nə qədər da qürurlu davranmışam. Dünyanı gəzib yerli xalqlar və insanlarla tanış olub vaxt keçirtdikcə, qürurumun düzgün bir şey olmadığını anladım. H.G. Wellsin hekayəsində bəhs edilən insan kimi, elmi cəhətdən kor olan bir ölkədə tək gözlü insan kral ola bilər. Əslində əsil kor olan mən idim. Kifayət qədər məlumata sahib deyildim. Elmi fikirlərimə bağlı qaldıqca görə bilmirdim. Mən hər şeyi gördüyümü düşünürdüm, lakin əslində heç bir şeyi görə bilmirdim. Buna görə də, əvvəllər həqiqət olduğunu zənn etdiyim şeyləri tərk etmək məcburiyyətində qaldım və beləliklə də, bu insanların görə bildiklərini mən də gördüm. Sonunda bu yeni fikrə sahib olduğum vaxt, elmə olan dünyagörüşüm dəyişdi. Beləliklə elmi yalnız bir vasitə kimi görməyə başladım; kainatda yeganə əhəmiyyətli şey və ya mövcud bir şey kimi deyil. Elm, insan ola bilməyin nə demək olduğunu daha dərindən araşdırmağımıza kömək edəcək bir vasitədir. Lakin məncə hələ bu səviyyəyə çatmamışıq. Məncə hələ də oyanmamışıq. Hal-hazırda hələ də hamımız yatır və daima içində olduğumuz bataqlıqdan bizi qurtarması üçün zehnimizə mexaniki olaraq güvənib yuxu görür, ümid edir və istəyirik. Nə vaxt ki, qəlbimizi və ruhumuzu beynimizlə birgə işlətsək, məhz o vaxt elm yeni bir dünya nizamına uyğunlaşmağa başlayacaq.(110)
Şüphesiz Biz insanı, karmaşık olan bir damla sudan yarattık. Onu deniyoruz. Bundan dolayı onu işiten ve gören yaptık. Biz ona yolu gösterdik: (artık o) ya şükredici olur ya da nankör. Şüphesiz, göklerin ve yerin yaratılmasında, gece ile gündüzün ard arda gelişinde, insanlara yararlı şeyler ile denizde yüzen gemilerde, Allah’ın yağdırdığı ve kendisiyle yeryüzünü ölümünden sonra dirilttiği suda her canlıyı orada üretip yaymasında, rüzgarları estirmesinde, gökle yer arasında boyun eğdirilmiş bulutları evirip çevirmesinde düşünen bir topluluk için gerçekten ayetler vardır. |
Fred Alan Wolfun burada vurğuladığı həqiqət, elmin, kainatda hakim olan yaradılışı anlamaq üçün yalnız bir vasitə olduğu həqiqətidir. Hər şeyi belə üstün yaradansa yalnız Allahdır. Hər şeyin sahibi, yeganə həqiqi varlıq olan Allahdır. İnsan, beynindən və elmdən istifadə edərək Allahın yaratdıqlarını görə, onları kəşf edə və bunlar üzərindəki sənəti və üstünlüyü qavraya bilər. Elm, Allahın əsərlərinə çatmaq və onlardakı incəlikləri görmək üçün yalnız bir vasitədir.
Bu həqiqəti görmüş digər bir yazıçı isə, “what is enlightenment?” jurnalının redaktorlarından Craig Hamiltondur:
İllər boyu dindən uzaq bir anlayışla yetişdirilmiş olmağıma baxmayaraq, özümü mənəvi bir axtarışa həsr etdim və qısa müddət ərzində elmlə əlaqədar dərsliklərdə təsvir ediləndən çox fərqli dərin bir həqiqəti hiss etməyə başladım. Məna, məqsəd və sirrlə dolu bu dünya ortaya çıxdıqca, elmin bütün həqiqəti açıqlaya bildiyi iddiasını qəbul etməyim getdikcə çətinləşdi.
Təkamülçü bioloqların, uşaqlarımızı məqsədsiz bir kainatda yaşadıqlarına inandırmaq üçün, neo-darvinizmin hələ də sübut edilməmiş ehkamlarından istifadə etdiklərini görürəm və yenidən elmə olan simpatiyanı itirirəm.(111)
Materialist elm adamlarının da bu həqiqəti görmələri əhəmiyyətlidir. Çünki "qəbul edən kimdir?" sualının tək bir cavabı var və bu cavab artıq fiziki bir məna daşımır: Qəbul edən, Allahın insana vermiş olduğu ruhdur. İnsanlar, bunu bilmədikləri və ya bilmirmiş kimi davrandıqları müddətcə, şüurla əlaqədar apardıqları tədqiqatların və verdikləri açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Kvant fizikasının verdiyi dəlillərin göstərdiyi həqiqət açıq şəkildə görməzlikdən gəlinmiş olacaq. Aydındır ki, insanı insan edən şey, materialistlərin iddia etdikləri hər cür maddi anlayışdan uzaqdır. Buna maddi bir açıqlama axtarmaq, həqiqəti tamamilə görməzlikdən gəlməkdir və vaxt itkisidir.
Beynimizdəki təsviri seyr edən ruhumuzdur. Beynimizdəki qoxuları, dadları qəbul edən, birinə toxunduğu zaman onu hiss edən, qarşımızdakı insanı danışığını dinləyən ruhumuzdur. Bir çox dəlillə izah etdiyimiz və indiki vaxtda elmi cəhətdən sübut edilmiş həqiqət, qəbul edənin beyin olmamasıdır. Tanınmış filosof Berqsonun ifadə etdiyi kimi, "dünya obrazlardan meydana gətirilmişdir, bu obrazlar yalnız bizim şüurumuzda mövcuddur, beyinsə bu obrazlardan biridir".(112) Belə olan halda, seyr edən, sevinən, düşünən, şəfqət duyan, yeməyin ləzzətli olduğunu görən, zövq alan, yumşaqlığı hiss edən, yalnız ruhumuzdur. İnsanı insan edən xüsusiyyət, insanın öz bədənindən asılı olmayan bir şeydir. Bir mənzərəni seyr edib zövq alan, kiçik bir sərçəyə şəfqət duyan, bir yeməyin ləzzətini hiss edən, gözəl bir musiqi dinləməkdən həzz alan, çətin qərarlar ala bilən, düşünüb doğrunu tapa bilən, öz mənliyini araşdıran və nəticələrə gələn, insanın sahib olduğu ruhdur.
Bilinç, bedenin herhangi bir yerinde saklı değildir. İnsan, tüm materyalist kavramların dışında bir şeydir. İnsan metafiziktir, sahip olduğu ruh ile insan vasfı kazanır. Bu ruh, yalnızca Rabbimiz olan Yüce Allah'a aittir. |
Kvant fizikasının pionerlərindən tanınmış fizik Ervin Şrödinger, yalnız maddi bədənin, hisslər aləminin açıqlaması ola bilməyəcəyini belə açıqlayır:
...Uşağınızın ona yeni bir oyuncaq aldığınız vaxt, sizə doğru gülümsəməsindəki parıltılı, sevincli gözlərini yada salın və sonra isə, qoyun həkim sizə bu gözlərdən heç nəyin yayılmadığını desin. Həqiqətdə, onların (gözlərin) obyektiv olaraq tək hiss edilə bilən funksiyası, daimi dəyən işıq kvantlarını qəbul etməkdir. Həqiqətdə! Qəribə bir həqiqətdir! Onda (bu həqiqətdə) çatışmayan bir şeylər varmış kimi görünür...(113)
Görəsən insanın düşüncələrinin, mühakimə qabiliyyətlərinin, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, məyusluq kimi duyğularının beyindəki neyronların hərəkətlərinin bir nəticəsi olduğunu düşünmək məntiqlidirmi? Şüursuz atomlar birləşərək sevinməyi, kədərlənməyi, ləzzəti, dostluğu, söhbət zövqünü bilərlər mi? Şüursuz atomlar birləşərək, beyni araşdıran, bu barədə şərhlər verən, şüur mövzusunda baş sındıran və bir nəticə çıxartmağa çalışan elm adamlarını meydana gətirə bilərmi? İnsanı insan edən, ona xarici aləmi hiss etdirən, yalnız bədəninin içində gəzən elektrik siqnalları deyildirmi?
Bir şeyə qərar verən, bir şeydən ötrü darıxan, bir şeyə rəğbət bəsləyən, bir şeyin gözəlliyinə heyran qalan beyindəki hansı neyrondur? Əgər bunların hamısını şüur gerçəkləşdirirsə, o beyindəki hansı neyrondadır? Yeri haradır? Hansı kimyəvi reaksiya şüuru meydana gətirir? Hansı kimyəvi reaksiya bir insanın almanı sevməsinə, ispanağı xoşlamamasına qərar verir? Əgər hər şey beyində baş verirsə, o zaman düşünən hansı neyrondur? Qərar verən hansıdır? Qərarlarından ötrü həyəcan hissi keçirən neyron haradadır? Materialistlərin bütün bu sualları cavablandırmalıdırlar. Əgər "hər şeyin mənbəyi şüurdur" nəticəsinə gəldilərsə, o zaman şüurun beynin içindəki yerini göstərməlidirlər. Əgər hər şey maddi dünyadan ibarətdirsə, bunu etməlidirlər. Əgər bunu edə bilmirlərsə, deməli, insan bir neyron və ya atom yığınından ibarət deyil. Şüurun olduğu yer, beynin gizli bir hissəsi deyil. Şüur bədənin hər hansı bir yerində də gizlənməmişdir. İnsan, bütün materialist anlayışlardan uzaq bir şeydir. İnsan metafizikdir, sahib olduğu ruh sayəsində insan xüsusiyyəti qazanar. Bu ruh, yalnız Allaha məxsusdur.
Freydin iş yoldaşlarından tanınmış İsveçrəli psixiatr Karl Yunq, mövzuyla əlaqədar olaraq bu açıqlamanı vermişdir:
...Bütün elm, bütün məlumatın içində kök saldığı ruhun bir funksiyasıdır. Ruh, bütün universal möcüzələrin ən böyüyüdür, bir obyekt olaraq o dünyanın “conditio sine qua non”udur (istər-istəməz tələb olunan şərt - zəruri şərt). Qərb dünyasının (çox az istisnaları çıxmaq şərtiylə) bu varlığı bu qədər az qiymətləndirirmiş kimi görünməsi olduqca təəccüblüdür.(114)
İnsan, Allah'ın Ruhu'na sahip bir varlıktır. ve sonsuz olan bu ruhtur. İnsan, ölümü ile birlikte bedenini dünyada bırakacak ama ruhu sonsuz varlığını ahirette sürdürecektir. |
İnsan sahib olduğu ruhla qürur, sevgi, hörmət, dostluq, vəfa, dürüstlük kimi anlayışlara sahib olan, fikir yürüdə bilən, fikirlərə qarşı çıxa bilən bir varlıqdır. Necə ki, barmağımızın ucundakı tək bir hüceyrə düşünüb qərar vermə, kədərlənib sevinə bilmə kimi qabiliyyətlərə sahib ola bilməzsə, beyindəki bənzər quruluşa sahib neyronların da bu metafizik xüsusiyyətlərə sahib olma imkanları yoxdur. Bu, bütün insanların asanlıqla görə biləcəyi, elmi dəlillərə ehtiyac duymadan asanlıqla qavraya biləcəyi bir həqiqətdir. Necə ki, materialistlər də bu həqiqəti görürlər. Lakin materialist ön mühakimələri, elmin yalnız maddi varlıqlardan ibarət olduğunu güman etmək yanılması, onları həqiqətləri dəyişdirməyə sövq edir. Halbuki materializmi müdafiə etmək naminə, qəbul etdikləri şeylər, ciddi məntiq pozğunluğunun göstəricisi olur. "Düşüncələrimiz atomlarımızın məhsuludur" deyən bir insanın, yuxularını həqiqi zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra da bunlara inanan bir insandan heç bir fərqi yoxdur. Lakin materialistlər, hər nədənsə, Allahın varlığını qəbul etmək əvəzinə, bu alçaldıcı vəziyyətə düşməyi gözə alırlar.
Həqiqət budur: İnsan, Allahın özünə verdiyi ruh sayəsində hiss edən, düşünən, danışan, sevinən, xoşbəxt olan, qərarlar qəbul edən, ölkələri idarə edən, cəmiyyətlər hökm edən bir varlıqdır. İnsan, Allahın ruhuna sahib bir varlıqdır və sonsuz olan bu ruhdur. Bədən, bu dünya üçün yalnız bir vasitədir. İnsan, ölümü ilə birlikdə bədənini dünyada qoyacaq, lakin ruhu varlığını davam etdirəcək. Bu dəfə isə, həyatını davam etdirəcəyi yer, ya əbədi cənnət, ya da əbədi cəhənnəm olacaqdır.
Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə ruhu (vəhyi) qullarından istədiyinə nazil edir ki, o, insanları Görüş günü ilə xəbərdar edib qorxutsun. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün mülk kimə məxsusdur? Tək olan, Qəhhar olan Allaha!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. |
Tarix boyu materialistlər, uca Rəbbimizin hər şeyin yaradıcısı və hakimi olduğu həqiqətini inkar edə bilmək üçün, "maddənin mütləq olduğu" yalanına böyük hərisliklə sarılıblar. Məhz buna görə də, maddənin əsli barədə deyilənlər olduqca əhəmiyyətlidir. Çünki bu məlumatlar, əsrlərdir ki, davam etdirilməyə çalışılan bu yalanın əsassızlığını sübut edir. Maddənin yalnız surətiylə təmasda olduğumuzu anlamaq, insanın yalnız ətdən-sümükdən ibarət olan bir maddə yığını deyil, ruh və şüur sahibi bir varlıq olduğunu da qavramağımızı təmin edir. İnsandakı bu ruh və şüuru yaradan isə, Uca Rəbbimizdir və insan Allahın quludur. Dolayısilə, yerlərə və göylərə hakim olan yeganə Varlıq, yalnız Uca Rəbbimizdir.
Bu isə, Allahın qüdrəti, hakimiyyəti və sənətindəki mükəmməlliyə qarşı böyük heyranlıq oyandıracaq bir həqiqətdir. Allah; sanki mükəmməl və saysız-hesabsız incəliyə sahib nəhəng kainatı, həm xarici aləmdə maddi olaraq yaradır, həm də bunu hər insanın beynində ayrı-ayrılıqda və yalnız bir xəyal olacaq şəkildə yaradır. Hər insanın beynindəki bu xəyalda, kainatdakı bütün incəliklər fasiləsiz və əskiksiz şəkildə davamlı yaradılır. Allahın bu yaratması o qədər mükəmməldir ki, xəyaldan ibarət olduğu çox açıq olduğu halda, ən kiçik incəliklərədək hər şey olduqca həqiqi və inandırıcı görünür. Rəbbimizin bu yaratdığında heç bir çatışmazlıq və ya nöqsan yoxdur. Ağlını işlətməyən insanlar bu mükəmməlliyə aldanır, maddənin əsliylə təmasda olduqlarını güman edir və gördükləri təsvirin xəyal ola biləcəyindən bir an belə şübhələnmirlər.
Bütün bunları seyr edənsə ruhumuzdur. Yer üzündəki milyonlarla insan, hər an özünə göstərilən təsviri seyr edir. Bu təsvirlər sayəsində sevinir, düşünür, qərarlar verir. İnsanın bütün bunları, ancaq ruhu sayəsində edə bilər. Bu ruh isə, Rəbbimizin Öz ruhundan üfürdüyü bir hissədir. Bu da, yeganə mütləq Varlığın, bu ruhun həqiqi sahibi olan Uca Rəbbimiz olduğunu açıq şəkildə göstərir. Allahın varlığı, gücü və qüdrəti hər şeyi və hər yeri əhatə etmişdir. Qəbul etdiyimiz maddə hesab edilən bütün varlıqlar, əslində Rəbbimizin yaratdığı bir təsvirdir. Bu təsviri seyr edən də, Allahın Öz ruhundan üfürüb yaratdığı varlıqlardır.
Allah bir ayəsində belə bildirir:
Allah, Ondan başqa İlah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. |
İnsan, Rəbbimizin yaratmasındakı bu xariqəliyi və qəbul etdiyi dünyanın əslini görüb qavraya bilmək üçün, Allaha dua etməlidir. Çünki bütün bunları yaradan Allahdır və istədiyi vaxt bunları insana qavradacaq olan da ancaq Odur. Bu həqiqəti görmüş elm adamlarından Peter Russell bu həqiqəti belə dilə gətirir:
Məncə, mənim gerçəkliyim, tək gerçəklikdir. Lakin bəzən, ətrafımdakıları görməyin başqa yollarının olduğunu da anlayıram. Amma bunun nə olduğunu bilmirəm. Özlüyümdə bunu anlaya bilmirəm; köməyə ehtiyacım var. Amma kömək üçün hara gedə bilərəm? Digər insanlar da mənimlə eyni düşüncə sisteminin əsirinə çevriliblər. Mənim kömək almaq üçün gedəcəyəm yer bunlardan olduqca dərindir, materialist anlayışdan kənar bir şüur səviyyəsidir - Allahın Özüdür. Köməyi Allahdan istəməliyəm. Bunun üçün dua etməliyəm".(115)
Maddə haqqındakı həqiqəti qavrayan insan, Allahdan başqa güc sahibi bir varlıq olmadığını da qəti surətdə qavramış olar. Bu qavrayış da, insanın, özü üçün yalnız Allahı İlah qəbul edib, Ona səmimiyyətlə üz tutmasına səbəb olar. Çünki ruhun varlığını anlamaq, insanın Allaha qul olmasına mane olan bütün materialist iddiaları etibarsız hala salır. İnsan Allahdan başqa İlah qəbul edə biləcəyi, başqa heç bir varlıq olmadığını açıq həqiqət kimi görəcək. Dolayısilə, dünya həyatı barədə özünə çatdırılan materialist açıqlamalara inanmayacaq. Bu qavrayışla birlikdə, dünyaya olan ehtiraslı bağlılıq, maddi mənfəətə əsaslanan hərisliklər, təkəbbürlənmək arzusu və mənfəət gözləntiləri yox olacaq. Hər şeyin xəyal olduğu bir dünyada təkəbbürlənməyin, hərislənməyin, öyünməyin, maddi üstünlük əldə etməyin heç bir mənası olmadığını anlayacaq. İnsanın tək hədəfi Allahı razı salmaq və əsil əbədi həyatını yaşayacağı axirətdə cənnəti qazanmaq üçün səy göstərmək olacaq.
Allahın uca varlığı hər yeri və hər şeyi əhatə etmişdir. İnsanın dünya həyatında təmasda olduğu kiçik-böyük hər cür incəlik, Rəbbimizin ağlının, sənətinin, qüdrətinin varlığının bir sübutdur. Lakin materialist fəlsəfənin təsiri altında qalaraq maddəni yeganə mütləq varlıq hesab edən insanlar, bütün bu mükəmməlliyi isnad edə biləcəkləri maddi bir varlıq axtararlar. Bu da yenə, bir xəyalda yaşadıqlarını qavraya bilməmələrindən qaynaqlanır. Hər şeyi əhatə edən, zamandan və məkandan uzaq və uca olan yeganə Varlıq, ancaq Rəbbimizdir. Allah bir ayədə bu həqiqəti belə bildirir:
Gözlər Onu dərk etmir. O isə bütün gözləri dərk edir... (Ənam surəsi, 103)
Allah, bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi və bütün varlığımızı əhatə etmişdir. Allahın məlumatı olmadan heç nə edə bilmərik, heç bir söz deyə bilmərik, nəfəs belə ala bilmərik. Maddənin bizim üçün bir xəyaldan ibarət olduğu həqiqəti və ruhun varlığı, bu açıq həqiqəti qəti şəkildə göstərir. Yeganə mütləq varlıq olan Uca Rəbbimiz, insan üçün bir xəyal olaraq yaratdığı dünyanı və ruhundan üfürdüyü insanı, şübhəsiz ki, hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. "Xarici aləm" olaraq düşündüyümüz, hisləri seyr edərkən, yəni yaşayarkən, bizə ən yaxın olan, ətrafdakı xəyali obyektlər və insanlar deyil, Rəbbimizdir. Allah bir ayəsində belə buyurur:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. |
Əgər bir insan, maddənin əsli ilə təmasda olduğuna inanır, öz bədəninin də maddədən meydana gəldiyini zənn edirsə, o böyük yanılmaya qapılar və bu böyük həqiqəti görə bilməz. Allahın, göydə və ya özündən uzaqda olduğunu zənn edər (Allahı tənzih edirik) və Allahın ona öz bədənindən belə daha yaxın olduğunu görə bilməz. Halbuki, xarici aləmdə olan maddəyə əsla çata bilməyəcəyini, hər şeyin zehnində yaşadığı surət olduğunu qavradığı vaxt, artıq daxili, xarici, avtomobili, özündən uzaqda olduğunu zənn etdiyi Günəş, ulduzlar, tək bir səth üzərindədir. Allah, özünü hər tərəfdən əhatə etmişdir və özünə sonsuz yaxındır. Allah bu həqiqəti: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara çox yaxınam..." (Bəqərə surəsi, 186) ayəsiylə bildirmişdir.
İnsanın bu həqiqəti bilərək yaşaması çox əhəmiyyətlidir. Bunu görməyən insan, yalnız imtahan olunmaq üçün göndərildiyi müvəqqəti dünya həyatını əsil həyat zənn edər, bütün hərisliklərini, gözləntilərini və zövqlərini bu dünyada yaşamalı olduğunu düşünər. Maddənin əslinə çata bildiyinə dair qəti inancı, onu Allah inancından uzaqlaşdıra bilər və ölüb axirətdə Allahın hüzuruna çıxarılacağı həqiqətini unutdura bilər. Dünyanı mütləq zənn edib, bu xəyali faydaları qazanmaq üçün, axirətdə böyük ziyana uğrayacağı hərəkətlər edə bilər. Allah Quranda, bu həqiqətlə əlaqədar olaraq insanları belə xəbərdar etmişdir:
Diqqətli olun! Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Diqqətli olun! Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)
Xarici aləm bizim üçün yalnız bir xəyal olaraq yaradılır və biz də bütün bunları Allaha aid olan ruhumuzla seyr edirik. Bu həqiqəti dərk edən hər insan, yaradılmış bütün varlıqların Allaha aid olduğunu qavrayar və Rəbbimizin bu üstün yaratmasının hikmətlərini anlamağa çalışar. Dünya həyatının, yalnız özünə göstərilən təsvirlər əsasında yaşadığı bir imtahan mühitini olduğunu, əsil həyatın isə sonsuz axirətdə yaşanılacağını görər. Dünya həyatının müvəqqəti bir xəyaldan ibarət olduğunu anladığı vaxt, heç bir maddi varlığa sahib olmadığını anladığı dünyaya və dünya nemətinə olan bağlılığından da imtina edər. Əsil sevgisini, bağlılığını, hər şeyin yeganə və həqiqi sahibi olan, Varlığı hər şeyi əhatə edən, eləcə də, sonsuz qüdrət sahibi olan Rəbbimizə yönəldər. Hərislik və bağlılıqla, xəyaldan ibarət olan bir dünya faydalarını qazanmağa çalışmağın məntiqsizliyini anlayar. Əsil olaraq, varlığın və sonsuzluğun həqiqi hakimi olan Rəbbimizin rizasını qazanmağa çalışar. Allahın sevgisinin, məmnuniyyətinin, razılığının və cənnətinin, xəyal olaraq yaradılan dünyadakı heç bir şeylə dəyişdirilməyəcək qədər qiymətli olduğunu anlayar.
Dünya hayatında yaşadıklarımız sadece Allah'ın bizim için yarattığı imtihanın bir parçasıdır. Bizim sorumluluğumuz ise, bunlar karşısında Allah'ın en razı olacağı umulan ahlakı gösterebilmektir.. |
Bu həqiqəti qavramasıyla birlikdə, heç bir dəyəri olmayan müvəqqəti dünya həyatı üçün hərisliyə qapılıb kədərlənmək, mənfəət əldə etmək üçün çalışmaq, bunun üçün zalımlıq, qəddarlıq və mərhəmətsizlik etmək əvəzinə, nemətlərin əbədi olanının insana verildiyi cənnət həyatını qazanmağı hədəfləyər. Özünə verilən qısa ömür müddətini, ən gözəl əxlaqı göstərərək, ən gözəl rəftarlar sərgiləyərək keçirməyə çalışar. Hər şeyin əslinə və ən gözəlinə axirətdə qovuşacağına ümid edər və bu əbədi həyatda peşman olmamaq üçün, var gücüylə səy göstərər. Rəbbimizin qüdrətini lazımınca qiymətləndirdikcə, Allahın cənnətdəki əbədi nemət kimi, cəhənnəmdə də sonsuz bir əzab yaratdığını anlayar.
Dünyasındakı hər şeyin kölgə varlıqlardan ibarət olduğunu və mütləq varlığın yalnız uca Rəbbimiz olduğunu anlayan bir insan üçün, dünyanın müvəqqəti ehtirasları dəyərsizləşər. Ən dəhşətli, ən kədərli olduğunu zənn etdiyi hadisələrə olan bütün dünyagörüşü dəyişər. Çünki hər şey, Rəbbimizin nəzarəti altında olub, diləməsiylə yaradılan xəyali varlıqlardan və xəyali hadisələrdən ibarətdir. Yuxudan oyandığımız vaxt, yuxumuzdakı kədərlər, sıxıntılar və çətinliklər necə ki, bütün əhəmiyyətini itirirsə, bu kölgə dünyada mövcud olan hadisələr, kədərlər və çətinliklər də eynilə əhəmiyyətsizdir. Dünya həyatında yaşadıqlarımız yalnız Allahın bizim üçün yaratdığı imtahanın bir hissəsidir və bizim məsuliyyətimiz də bunlar qarşısında Allahın ən razı qalacağı əxlaqı göstərə bilməkdir. Bu imtahanda yaradılan xəyali təsvirlər, axirətdə varlıqlarını və əhəmiyyətlərini tamamilə itirəcəklər. Geridə qalansa yalnız bunlara qarşı göstərilən davranışlar, Allah rizası üçün edilən saleh əməllər olacaq. İnsan indi bu həqiqəti qavrasa da, qavramasa da, axirət həyatının başlamasıyla birlikdə, dünyadakı hər şeyin xəyaldan ibarət olduğunu, əsil həqiqətinsə Rəbbimiz və Onun yaratdığı axirət olduğunu anlayacaq. Bir ayədə bu vəziyyət belə bildirilir:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut Surəsi, 64)
İnsan, necə ki, televizora baxarkən, oradakı insan xarakterlərinin hamısının xəyali olduğunu bilirsə, onların etdiklərindən ötrü əsəbiləşmir, başlarına gələnlərə kədərlənmirsə, dünya həyatında belə etməlidir. Çünki dünya həyatı, eynilə televizorda seyr etdiyimiz bir film kimi daimi surətdə bizə seyr etdirilən təsvirlərdən ibarətdir. Yuxusunda qarşısındakı insana əsəbiləşib qışqıran və ya yaşadığı hadisələrə kədərlənən bir insan, necə oyandığı vaxt boş yerə kədərlənib əsəbiləşdiyini anlayırsa, dünya həyatı üçün də eyni şeylər məqbuldur. İnsan, maddənin əsli ilə heç vaxt təmasda olmadığını dünyada və axirətdə anlamasından asılı olmayaraq, keçirdiyi narahatlıqların olduqca mənasız və boş olduğunu əvvəl-axır görəcək. Bu təsvirlər, yalnız bir sınaq kimi yaradılır. Əsil edilməli şey, bunların bir xəyal olduğunu dərk edib, Allahın rizasına uyğun davranmaq və bu məqsəd üçün yaşamaqdır.
Allah, insan üçün təsvirdən ibarət olan bu dünyanı yalnız bir sınaq kimi yaratmış olduğunu ayələrində belə bildirir:
Qadınların, oğulların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının faydasıdır, gözəl qayıdış yeri isə Allah yanındadır. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı faydadan başqa bir şey deyildir. |
Dünya həyatını əsil həyat zənn edənlərin vəziyyətini isə, Allah Quranda belə xəbər verir:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
İnsanlar, dünya həyatında sahib olduqlarını sandıqları şeylərin əslində bir xəyal olduğunu qavradıqları vaxt, boşuna kədərlənib hirsləndiklərini, vaxtlarını boş yerə keçirib əyləndiklərini, maddi istək və hərisliklərinə boşuna əhəmiyyət verdiklərini anlayacaqlar. Qürur göstərdikləri insanların bir anda xəyali varlıqlar olduqlarını görəcək və qürurlarının yersiz olduğunu görəcəklər. Hər şeyi yaradan Allaha qarşı itaətkar olmalı olduqlarını qavrayacaq, daha rahat və gözəl həyat yaşayacaqlar. Özlərini insanlara sübut etmələri, onların gözündə necə göründüklərini sınamaları lazım olmayacaq, insanlara qarşı kin, nifrət, qısqanclıq kimi mənfi duyğular bəsləməyəcəklər. Hər şeyin xəyaldan ibarət olduğunu bilən insanlar, xəyali varlıqlarla rəqabət aparmayacaq, bundan ötrü bir-birlərinə kin və düşmənçilik bəsləməyəcəklər. Hər kəsin özünü yalnız Allaha təslim etdiyi bir mühitdə, təvazökarlıq, təslimiyyət, şəfqət, sevgi və səmimiyyət hakim olacaq.
İnsan, bütün bu həqiqətləri bu dünyada qəbul etmək istəməsə də, ölümlə üzləşdikdə və ölümdən sonra axirətdə təkrar dirildikdə, hər şeyi çox aydın şəkildə görmüş olacaq. O gün, ayədə bildirildiyi kimi insanın "çox yaxşı görəcək" (Qaf surəsi, 22) və insan hər şeyi olduqca açıq görəcək. Əgər dünya həyatını xəyali məqsədlər ardınca qaçmağa sərf edibsə, orada heç yaşamamış olmağı arzulayacaq. Quranda bildirildiyi kimi; "Kaş ilk ölümüm həmişəlik olaydı (hər şeyə son qoyardı)! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi" (Haqqə surəsi, 27-29) deyərək peşman olacaq.
Yeganə mütləq varlığın Rəbbimiz olduğu həqiqətini dünyada görənlərsə, bu həqiqətlə birlikdə, axirətdə böyük peşmanlığı yaşamaqdan da xilas olarlar. Dünya həyatında özlərinə verilən möhləti Allahı razı sala bilmək, Rəbbimizin istədiyi şəkildə yaşayıb Onun əmrlərini yerinə yetirmək üçün istifadə edərlər. Dünyaya dəyər verməyin mənasız olduğunu, rahatlıq və xoşbəxtlik gətirəcək şeyin, dünya hərisliklərinə qapılmadan, yalnız Allah üçün yaşamaq olduğunu anlayarlar. Bu, böyük nemət və böyük asanlıqdır. İnsanı əldən salan yalançı hərisliklər, yalançı gözləntilər, olduğunu güman edərək ilah qəbul etdikləri bütlər (Allahı tənzih edirik) tamamilə ortadan qalxar. Hər şeyi və hər yeri əhatə edənin bir və tək olan Rəbbimiz olduğunu qavrayarlar. Allaha təslim olaraq, ən böyük etibarı və rahatlığı qazanmış olarlar. Bir ayədə saxta ilahlar qəbul edən insanlarla, yalnız Allahı İlah qəbul edən insan arasındakı fərq belə bildirilmişdir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bilmir. (Zumər surəsi, 29)
Allaha inanan bir insan üçün, maddənin əslinə dair həqiqəti bilmək və bunu dərindən düşünmək çox əhəmiyyətlidir. Çünki Allahın hər şeyi və hər yeri əhatə etdiyini bilən bir insan, Allaha qarşı həyatının hər anında səmimi davranar. Hər an ölümlə qarşılaşa biləcəyini, bu dünyanın sona çatacağını və həqiqi axirət həyatıyla qarşılaşacağını unutmaz. Bunu bilmək və buna uyğun davranmaq, insana sonsuz gözəlliklər və nemətlər bəxş edəcək böyük qazancdır.
Bir materialist üçün, maddi dünya ilə heç vaxt təmasda olmadığımız həqiqətini anlamaq böyük fəlakətdir. Bir materialist üçün, Allahın verdiyi bir ruhla yaradılmış olmağımız və bizə aid bütün maddi dünyanın bu ruha göstərilən təsvirlədən ibarət olması, (öz yanlış materialist dünyagörüşünə görə) qorxu və dəhşət vericidir. Çünki bir materialist üçün maddə guya bir ilahdır (Allahı tənzih edirik). Materialistlər yaratdıqları saxta "materializm" dinində maddəyə tapınar (Allahı tənzih edirik), yer üzündə məqsədsizlik, şüursuzluq və təsadüflərin olduğuna inanarlar. "Yaradıldıqları" həqiqətinə qarşı çıxa bilmək üçün, bir başlanğıc və bir son olduğunu rədd edərlər. Anlaşılmaz şəkildə kainatın əzəli və əbədi olduğu yalanını müdafiə edərlər. Bir insanın da, bir quşun da, bir soxulcanın da hərəkətlərinin mənbəyinin şüursuz proseslər olduğu yalanını ortaya atarlar və bunların hər birinin materialist dünyanın bir məhsulu olduğunu iddia edərlər. Materializmin bu yanlış anlayışına görə, insanın daxili aləmində qəbul edən, düşünən, qərar verən bir varlıq yoxdur. Guya hər şey, insanı meydana gətirən "maddələrin", yəni şüursuz hüceyrələrin, orqanoidlərin və atomların nəticəsidir. Bir sözlə, materializmin dırnaqarası aləmində, maddədən başqa bir varlığa yer yoxdur. Materializmin bu məntiqinin ən əhəmiyyətli səbəbi isə, Allah inancına qarşı çıxa bilmək, Allaha və axirətə iman etməkdən qaçmağa çalışmaqdır.
Materialistlərin, Allahın varlığına iman etməmək üçün öz aləmlərində göstərdikləri ən böyük dayaq və dəlil, maddənin varlığıdır. Halbuki bu kitab boyu qeyd olunanlar, elmi cəhətdən sübut edilmiş bir həqiqəti, yəni xarici aləmdə olan maddənin bizim üçün yalnız bir surət olaraq mövcud olduğunu açıq şəkildə göstərir. Bütün bu məlumatlarla, materializmin əlindəki ən böyük dəlil ortadan qalxır və açıq şəkildə yox olur.
Məhz bundan ötrü də, maddənin əsli həqiqəti materialistləri olduqca narahat edir.
Maddənin əsli mövzusu, keçmişdə bir neçə mütəfəkkirin və elm adamının gördüyü və dilə gətirdiyi bir anlayış olduğu halda, bugünkü gündə artıq dünya tarixində ilk dəfə bu qədər qəti və qarşısıalınmaz bir həqiqət kimi açıqlanır. Böyük və dəqiqləşmiş elmi tapıntılarla gündəmə gətirilən bu mövzu, elmin görməzlikdən gələcəyi, materialist elm adamlarının da inkar edə biləcəkləri kimi deyil. Kvant fizikasının göstərdiyi həqiqətlər əsasında materialistlərin tək zəmanəti olan maddə, Allahın insan üçün yaratdığı idrak aləmində bir xəyala çevrilmişdir. Bütün dünyanı və bütün varlığımızı əhatə edən ən konkret olduğu zənn edilən şey, bir anda mücərrəd bir anlayışa çevrilmişdir. Materialistlərin, Allah inancına qarşı ən güclü şəkildə istifadə edə biləcəklərini zənn etdikləri böyük dəlil, bütün bu elmi məlumatlar əsasında birdən-birə ortadan yox olmuşdur. Yox olan yalnız atomlar, molekullar deyildir. Həmçinin evlər, avtomobillər, nəhəng gəmilər, göylər, dağlar, planetlər, kosmos və nəhayət insanın öz bədəni də, tamamilə xəyala çevrilmişdir. Materialistlərin özlərinə büt və ilah qəbul etdikləri (Allahı tənzih edirik) maddə iddiası artıq sona çatmışdır.
Artıq materializmin sığına biləcəyi heç bir dəlil yoxdur. Materialistlərə görə, Allaha qarşı mübarizə apararkən güc alıb güvəndikləri maddənin varlığı, artıq açıqlana bilməz vəziyyətdədir.
Bu, Allahın inkarçılara qurduğu möhtəşəm bir tələdir. Allaha qarşı mübarizə apara biləcəklərini zənn edənlər, bu həqiqətin ortaya çıxmasıyla, çox güvəndikləri və sarsılmaz hesab etdikləri saxta bütlərinin insan üçün bir xəyala çevrildiyini anladılar. Çox güclü hesab etdikləri materializm iddialarının ən təməl dayağını itirdilər. Allahın sonsuz gücü və qüdrəti açıq şəkildə qarşılarındadır. Şübhəsiz ki, onların qurduqları bütün hiylələr puç olmağa məhkumdur.
Onlar (inanmayanlar) hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Allahın qurduğu möhtəşəm hiylə nəticəsində bütün varlıqlarını itirən materialistlər, dünya həyatında inkar etdikləri axirət həqiqətiylə tez-gec qarşılaşacaq və bütün digər insanlar kimi Rəbbimizin hüzurunda hesab verəcəklər. Dünyada maddəni ilah qəbul edənlər (Allahı tənzih edirik), axirətdə yuxudan oyandıqlarını anlayacaq, dünyada bir xəyal naminə mübarizə aparmış olduqlarını qavrayacaqlar. Lakin axirətdəki peşmanlıq, fayda verməyən bir peşmanlıqdır.
Allah Quranda belə buyurur:
Onlar orada höcətləşərək deyərlər: |
İnsanın, dünyada olduğu müddət ərzində, doğrunu görmək və Allaha üz tutmaq imkanı hələ də var. Ömür boyu materializmə inanmış olmaq, həyatın sonuna qədər bu səhvə davam etməyi tələb etməz. Ölmüş və torpağa basdırılmış bir fəlsəfə üçün mübarizə aparmaq, insanın yeganə fürsəti olan dünya həyatını buna sərf etməsi, ağıllı və vicdanlı bir insanın edə biləcəyi bir şey deyil. Əhəmiyyətli olan, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, onsuz da ölümlə birlikdə açıq-aydın anlaşılacaq bu həqiqəti gec olmadan anlamaqdır.
ADNAN OKTAR: ... (Cennette) sistem tamamen değişiyor. Fizik ve kimya kanunlarını tamamen değiştiriyor Allah, ayet var. "Yepyeni bir yaratılışla yaratacağım" diyor Allah. Bizim alıştığımız sistem ile değil. Nasıl rüyamızda biz yemek yediğimizde, ne kadar yemek yersek yiyelim doyar mıyız, doymayız, orada da öyle işte. Yani Allah'ın bir sırrı var, ben onu zaman zaman anlatıyorum, bir yönü ile anlatıyorum, maddenin hakikatini anlatıyorum. Madde dışarıda vardır, ama görüntü olarak vardır. Saydam bir madde olarak vardır, cam gibi saydamdır ve yoğunlaşmış enerji olarak vardır madde dışarıda. Enerjinin yoğunlaşmasından oluşur ve saydam ve siyah-beyazdır. Renk yoktur dışarıda. Bizim beynimizde renkli görüyoruz. Cennette de, bir şeyi hayal ettiğimiz an, anında oluşur. Mesela sen şimdi zihninde bir portakal hayal ettiğinde hemen oluşuyor mu? Beyninde, istersen oluşturursun. Mesela bir şehir düşünüyoruz, kafamızda hemen şehir manzarası oluşuyor. Binalarıyla, yollarıyla, yani hiç hayatta görmediğimiz bir şeyi bir anda beynimizde meydana getirebiliyor muyuz? Mesela, Paris'te bir sokak düşüneceğim diyorsun, kafanda anında oluşturuyorsun. Pencere pervazlarına kadar bütün detayları ile oluşur anında. Güzel bir meyveyi, güzel bir sofrayı kafanda canlandırdığında hemen oluşur hatta insan hemen yutkunur. İşte cennette de öyledir. Onu Allah zaten dünyada özellikle yaratıyor. Yani sistemi anlamamız için yaratıyor. Cennette de kuşu görüyorsun, kızarmış halini düşünüyorsun, hemen o kızarmış hali oluşur karşında. Bu sistem dünyada şu an var zaten Ama çok flu olarak var. Cennette net olarak olmuş oluyor sistem. Sonra o kuş, mesela kemiklerine bakıyorsun, toparlanmış olarak hayal ettiğinde hemen toparlanıp, uçuyor. Oradaki eşya, madde her şey hareketlidir. Zaten normal hali de budur aslında, böyle olması lazım. Yani bu dünyadaki sistem olağanüstü halidir.
Dünyada tozun oluşması, kirin oluşması mucizedir, olmaması lazım normalde, mucize olarak oluyor Adetullahta madde asla yaşlanmaz, ölmez ve kirlenmez ve hastalanmaz. Hastalanma mucize olarak oluyor. Şimdi rüyasında bir insan mikrop kapıyor, hastalanıyor. Makul mü bu? Mikrop olmadığı halde hastalanıyor adam. Mesela araba geliyor, çarpıyor rüyasında, adam hastanelik oluyor, kafası-gözü yarılıyor, cankurtaran ile hastaneye götürüyorlar, var mı öyle bir şey, yok. Cennette Allah bunun benzeri bir sistemi yaratacak. Ama tabii her zaman dışarıda bir maddenin aslı vardır, her zaman vardır. Ama bir gölge varlık olarak vardır. Yani bir yoğun enerji olarak vardır. Fakat biz asla ve kesinlikle onun asıl gerçeğini göremeyiz, Allah görür. Biz, Allah'ın bize gösterdiği kadarını görürüz. Mesela Dawkins "laboratuvara girdim, araştırma yapıyorum" diyor. Kafasının içindeki, Allah'ın ona gösterttiği laboratuvarın dışında hiçbir yere giremez o. Dışarıdaki laboratuvarı da Allah yaratır, yani o yoğunlaşmış enerjiden meydana gelen laboratuvarı. Fakat o, onun aslını asla göremez. Allah'ın ona gösterttiği görüntüsünü görebilir. Ama Allah dışarıda "Ben yarattım" diyor. Dışarıda bir varlığı vardır. (15 Ocak 2010 tarihli röportaj / www.a9.com.tr / www.harunyahya.tv)
ADNAN OKTAR:... Proteinin molekül yapısından da haberi yok bazı insanların. Proteinin oluşması için başka bir proteine ihtiyaç var. Bu ne demek biliyor musun? İmkansız demektir. Bütün bilim adamları, bütün Darwinistler bilir ki protein çok kapsamlı, geniş bir moleküldür. Dışarıda herhangi bir kimyasal maddeyle karşılaştığında hemen bozulur molekül yapısı, çok naziktir. Muhafaza edilmesi için hücre içinde olması gerekiyor ve hücre tarafından proteinlerce imal edilmesi gerekiyor. Böyle bir durumda sen oturmuşsun "tesadüfen olur" diyorsun. Bunlar ne anlatıyor? "Amerika'da bir gün bir protein tesadüfen oldu" diyor. "Sonra Fransa'da da oldu bir tane" diyor. Bir rüzgar savurmuş o proteini, öbür proteinin yanına getirmiş. Protein proteine tavşan gibi bakar, bir şey olmaz. "Venezuella'da da bir protein oldu" diyor. Artık sağ el, sol el onlara girmiyorlar. "O da rüzgarla geldi, yanına yanaştı" diyor. Bak, bir proteinin tesadüfen meydana gelmesi zaten imkansız, sen diyorsun ki; "yüz binlerce protein bir araya geldi, durduk yere hücreyi oluşturdular." Havadan uçmuşlar, bir araya gelmişler; toprağın altından, biri havadan, biri karadan, her biri ayrı ayrı tesadüfen olmuş.
Hepsinin olması bilimsel olarak mümkün değil. Sıfır ihtimal. Sonra da bir araya gelmiş o tozlar, birleşip birdenbire canlanmışlar. Sonra portakalları, meyve ağaçlarını, bilim adamlarını meydana getirmişler. Bilim adamları da şehirleri meydana getirmiş. Sonra birdenbire ruh oluşturmaya karar vermiş madde. Birdenbire görmeye başlamış. Madde birdenbire duyma kararı almış, birdenbire görme kararı almış. Ama önce kulak, göz yapmış. Bir işe yaramıyor başlangıçta. Çünkü ruh olmadan gözün, kulağın hiçbir işlevi olmaz. "Başlangıçta ruh yoktu, sırf madde vardı" diyor. Sonra beden göz yapmış.
Peki, ruh yoksa, gözü ne yapsın beden? Zaten görmeyecek, bir işine yaramayacak. "Kulak yaptı" diyor. Duymuyorsa niye yaptı kulağı? "Dil yaptı" diyor. Tatmayacaksa dil niye olsun? Dokunma, onu hisseden biri olmadıktan sonra dokunmanın ne anlamı var? Niye dokunma hissi olsun? ... Maddenin hakikatini kavramaya çalışın. Beynimizin içinde meydana gelen bu renkli, üç boyutlu görüntüye bir bakın. Kim gösteriyor size bu görüntüyü, kim seyrediyor bu görüntüyü? Onlara bir bakın. Ufkunuz dar olmasın. Akılcı bakın olaylara, samimi bakın. Allah var. (12 Mart 2012 tarihli röportaj / www.a9.com.tr / www.harunyahya.tv)
83- http://www.bbc.co.uk/radio4/reith2003/lecture1.shtml
84- V. S. Ramachandran, A Brief Tour of Human Consciousness, PI Publishing, 2004, s. 2-3
85- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 103-104
86- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 103-104
87- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 110-111
88- Craig Hamilton, What is Enlightenment?, sayı 29, Haziran-Ağustos 2005, s. 79
89- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 105
90- Diane Ackerman, An Alchemy Of Mind "The Marvel and Mystery of Mind", Scribner Books, 2005, s. 37-38
91- Diane Ackerman, An Alchemy Of Mind "The Marvel and Mystery of Mind", Scribner Books, 2005, s. 41
92- Gerald M. Edelman ve Giulio Tontoni, A Universe of Consciousness "How Matter Becomes Imagination", Basic Books, 2000, s. 38
93- Gerald M. Edelman ve Giulio Tontoni, A Universe of Consciousness "How Matter Becomes Imagination", Basic Books, 2000, s. 47
94- MSNBC, "Beyin Bilgisayarlara Ders Öğretiyor" başlğyla verilen 6 Ağustos 2002 tarihli haber
95- Gerald M. Edelman ve Giulio Tontoni, A Universe of Consciousness "How Matter Becomes Imagination", Basic Books, 2000, s. 47-48
96- V. S. Ramachandran, A Brief Tour of Human Consciousness, 2004, PI Publishing, s. 3
97- What the Bleep Do We Know?, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse
98- Robert Lawrence Kuhn, Closer To Truth "Challenging Current Belief”, McGraw-Hill, 2000, s. 35
99- http://www.age-of-the-sage.org/philosophy/huxley_darwins_bulldog.html, http://www.pbs.org/wgbh/evolution/library/02/2/l_022_09.html
100- Steven Pinker, How The Mind Works, Norton Publishing, 1999, s. 132
101-http://www.firstthings.com/ftissues/ft0303/articles/barr.html
102- Peter Russell, The Spirit of Now, http://www.peterussell.com/Reality/realityart.html
103- Peter Russell, The Spirit of Now, http://www.peterussell.com/Reality/realityart.html
104- Diane Ackerman, An Alchemy Of Mind "The Marvel and Mystery of Mind", Scribner Books, 2005, s. 5
105- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html
106- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 28
107- What the Bleep Do We Know?, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse
108- http://www.spiritsite.com/writing/kattar/part6.shtml
109- Fred Alan Wolf, The Spiritual Universe "One Physicist's Vision of Spirit, Soul, Matter and Self", Moment Point Press, 1999, s. 9
110- Robert Lawrence Kuhn, Closer To Truth "Challenging Current Belief”, McGraw-Hill, 2000, s. 58
111- Craig Hamilton, What is Enlightenment?, sayı 29, Haziran-Ağustos 2005, s. 64
112- http://www.kurtuluscephesi.com/sozluk/politzer10.html
113- Erwin Schrödinger, Yaşam Nedir?, Bilim Dizisi 13, Evrim Yayınları, 1999, s. 154
114- Erwin Schrödinger, Yaşam Nedir?, Bilim Dizisi 13, Evrim Yayınları, 1999, s. 150
115- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 96