Ruh, qətiyyən materialistlərin iddialarıyla açıqlana bilməzdi. Canlıların xəyali təkamül prosesinə saysız saxta hekayə uyduran darvinizm, ruhun varlığı qarşısında susqun qalmışdı. Çünki ruh, maddə deyildi. Metafizik bir anlayış idi. Metafizik bir şeysə, materialistlər üçün qətiyyən qəbul edilə bilməzdi. Çünki metafizik bir şey, onların dırnaqarası ilahlaşdırdığı şüursuz hadisələri, təsadüfləri, şüursuz prosesləri yox edir, şüurlu yaradılışın, yəni Allahın varlığının dəlillərini ortaya qoyurdu. Onsuz da materialistlərin Qədim Yunanistandan bəri ruhun varlığına qarşı mübarizə aparmalarının səbəbi də məhz bu idi.
Ruh sahibi olan insan, özbaşına buraxılmaq üçün yaradılmamışdır. Bu dünyadakı varlığının bir məqsədi var. O, Allahın ruhunu daşıyır və bu dünyada imtahan verir. Etdiyi və düşündüyü hər şeydən məsul tutulacaq. Həyatında darvinistlərin iddia etdikləri şəkildə təsadüflər, şüursuz təsadüfi hadisələr və məqsədsizlik yoxdur. Hər şey Allahın istəyi ilə yaradılmışdır və bunların hamısı, əlbəttə ki, imtahanın bir hissəsidir. Ölümlə bitəcək bu həyatında geridə yalnız bədənini qoyacaq. Ruhu isə, ruhun sığınacağı gerçək həyat olan axirətdə əbədiyyən yaşayacaq.
Bu, ruh sahibi olduğunu bilən, Allahı qiymətləndirə bilən hər insan üçün böyük müjdədir. Lakin darvinistlər, ruh sahibi olduqlarını qəbul etmədikləri müddətcə, bu həqiqətdən mümkün qədər qaçmağa davam edəcəklər. Həyatları boyunca inkar etdikləri Uca Allahın hüzuruna çıxacaqları həqiqətinə inanmamaq üçün müqavimət göstərəcəklər. Özlərini, təsadüfi yaranmış hüceyrə yığını kimi görməyə davam edəcək, DNT-ləri kəşf edən, atomun quruluşunu araşdıran, hüceyrənin dərinliklərinə gedib heyrətlənən insan şüuru qarşısında isə, tərəddüd etməyə davam edəcəklər. İnsan ruhu, Darvin və onun ardıcılları üçün böyük çıxılmaz vəziyyətdir. İçindən çıxa bilmədikləri, izah edə bilmədikləri, çıxış yolu tapa bilmədikləri ən əsas həqiqətdir. Allah onları, maddəni sanki yox etmək və ruhun varlığını (onların inkar edə bilməyəcəkləri şəkildə) elmi cəhətdən sübut etməklə məğlub etmişdir. Artıq bu həqiqət qarşısında edəcəkləri bütün etirazlar əsassız və mənasızdır.