Yer üzündəki canlı növlərinin hər biri möcüzəvi xüsusiyyətlər və heyranlıq oyandıran qabiliyyətlərlə yaradılmışlar. Tək bir canlı növü araşdırıldığında belə, Allahın ehtişamlı yaradışının yüzlərlə dəlilini görmək mümkündür.
Quranda bir ayədə "Yer üzündə heç bir canlı və iki qanadıyla uçan heç bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda heç bir şeyi nöqsan buraxmadıq, sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar." (Ənam surəsi, 38) şəklində bildirilir. Bu ayədə diqqət çəkilən quşlar, üzərində düşünülməli və araşdırılmalı olan canlı topluluqlarındandır.
Quşlar yer üzündə təxminən 10 min növü olan və bir-birindən möcüzəvi xüsusiyyətlər daşıyan canlılardır. Yaşadığımız hər yerdə bu canlıların çox sayda fərqli növü ilə qarşılaşmağımız və bu növlərin hər birində heyranlıq oyandıran fərqli istiqamətlər görməyimiz mümkündür. Bu canlılar estetik görünüşləri, qüsursuz uçuş mexanizmləri, köç etmə mövzusundakı mütəxəssislikləri, yuva qurma bacarıqları və ya göstərdikləri fədakar davranışları ilə yaradılış həqiqətinə dəlil olan saysız xüsusiyyətə sahibdirlər.
Quşlar, eyni zamanda ictimai qruplar meydana gətirmə cəhətində də xüsusi bir qabiliyyətlə yaradılmışlar. Bir çox quş növü topluluq halında yaşayar, bir-birlərini təhlükələrə qarşı xəbərdar edər, yemək və sığınacaq yer tapma mövzusunda ortaq şəkildə çalışar, müxtəlif fədakarlıqlar edərək bir-birlərinə bir çox mövzuda köməkçi olarlar. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Canlılarda fədakarlıq və ağıllı davranışlar) Bu cəhətləriylə, Allahın Quranda diqqət çəkdiyi kimi öz içlərində ünsiyyət qura bilən, Allahın özlərinə ilham etdiyi vəzifələri ortaq şəkildə yerinə yetirən canlılardır.
Bəzi quşlar da vardır ki, zəkaları və müxtəlif qabiliyyətləri ilə diqqət çəkərlər. Bu kitabın mövzusunu da meydana gətirən və "səs təqlidi edə bilən quşlar" olaraq təyin edə biləcəyimiz bu quş cinsləri tutuquşular, oxuyan sərçələr və kolibrilərdir. Bir çox insan, bəhs edilən quşların danışıq qabiliyyətlərini eşitmiş, hətta televizorda görmüş və ya canlı olaraq şahid olmuşdur. Ancaq bu canlıların "danışa bilmələrinin" yaxud "səsləri təqlid edə bilmələrinin" necə böyük bir möcüzə olduğunu, bu canlıları Allahın nə qədər qüsursuz sistemlərlə yaratdığını düşünməmiş ola bilər.
Məhz bu kitabda bəhs edilən canlıların danışıq və səs təqlidi qabiliyyəti ilə təchiz edilməsinin yaradılışın saysız möcüzələrindən biri olduğu izah ediləcək, eyni zamanda bu qabiliyyətin təkamül nəzəriyyəsinin iddialarını necə etibarsız etdiyi açıqlanacaq. Beləcə, Allahın yaratmasındakı ehtişam bütün açıqlığıyla gözlər önünə səriləcək.
Kitabda bəzən qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə planlayıb sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın hazırlaması və yaratması eyni anda olar. Allah bu cür əskikliklərdən münəzzəhdir. Allahın, bir şeyin ya da bir işin olmasını dilədiyində, onun olması üçün yalnız "Ol" deməsi kifayətdir. Quranda Allah belə buyurur:
Göyləri və yeri (örnəksiz) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)