Danışmaq ya da bir səsi təqlid etmək, bir çox adamın düşündüyü kimi yalnız ağızın açılıb bağlanmasıyla yaranan sadə bir bacarıq deyil. Bunun üçün çox kompleks sistemlər bir yerdə olmalı və bu sistemlərə aid bütün parçalar qüsursuzca və uyğunlaşma içində işləməlidir. Bu kitabda toxunacağımız quşların səs təqlidi qabiliyyəti də, bütün bunlar göz qarşısında saxlanıldığında, bir çox fövqəladəlik sərgiləyir.
Bəzi quş növləri, heyvanlar arasında çox nadir rast gəlinən səs təqlidi qabiliyyətinə malikdir. Bu qabiliyyətə sahib ən gözəl nümunə isə tutuquşulardır. Tutuquşular qapı cırıltısı, açılan şüşə qapağı, telefon səsi, melodiyalı fitlər kimi bir çox səsdən əlavə insanların söhbətlərini də təqlid edə bilirlər. Tutuquşular və bəzi quş növlərində müşahidə edilən bu təqlid qabiliyyəti, təsadüfi olaraq əldə edilə biləcək bir qabiliyyət deyil. Bir canlının eşitdiyi səsi təqlid edə bilməsi, kompleks fiziki quruluşların varlığını tələb edir. Xüsusilə bir qisim quşların etdikləri insan səsi təqlidlərinin, tonu, vurğusu, ifadə şəkli ilə orijinalının çox bənzər olması, bu quruluşlarının çox xüsusi olmasından qaynaqlanır.
Bir quşun eşitdiyi bir sözü söyləyə bilməsi ya da bir melodiyanı səsləndirə bilməsi üçün, fiziki quruluşunun buna uyğun olması, eşitmə-görmə duyğularının qüsursuzca işləməsi, duyğuları ilə əldə etdiyi məlumatları yaddaşına yaza bilməsi və özünə görə anlama-qavrama qabiliyyətinə sahib olmalıdır.
Bir tutuquşunun telefon çaldığında "alo", qapı zəngi basdığında "kimdir?" deməsi ya da tanış bir adamı gördüyündə adıyla xitab etməsi, bu vəziyyətlə ilk dəfə qarşılaşan kəslər tərəfindən heyrətlə qarşılanar. Ancaq təəccüblü olan bu hadisə, bir çox adam tərəfindən lazımı qədər düşünülməz ya da zaman içərisində təbii qarşılanmağa başlanar. Halbuki, bir quşun tək bir sözü söyləməsi üçün, bir çox heyranlıq oyandırıcı hadisə reallaşar.
Uzunca bir süre papağanların ve diğer konuşan kuşların sadece taklit yaptıkları düşünülürken, yapılan araştırmalarla bu canlıların şaşırtıcı zihinsel yetenekleri olduğu anlaşılmıştır. |
Əvvəlcə quş bir adamı "görür" və onu "tanıyır." Ayrıca quş, bu adama necə bir reaksiya verəcəyini bilir. Yanına gələn bu adam ilə əlaqədar sözləri xatırlayır və bunları söyləyir. Bu vəziyyət, quşun yaddaşa sahib olduğunun açıq dəlilidir. Bəzi quş növlərinin onlardan soruşulan sualı qəbul edib, bu suala məntiqli bir cavab verə bildikləri də göz qarşısında tutulsa, vəziyyət daha da mürəkkəb bir hal alar. Qırmızı bir kağız parçası üçün "bu nə rəngdir?" deyə soruşulduğunda, "qırmızı" cavabını verən, Alex adlı təhsilli boz tutuquşu bu mövzuda əhəmiyyətli bir nümunədir. Bu tutuquşunun qabiliyyətlərinə sonrakı hissələrdə daha ətraflı toxunacağıq.
Bir quşun belə bir qabiliyyətə sahib olması böyük bir yaradılış möcüzəsidir. Çünki quşlar (və digər heyvanlar), müstəqil ağıl və iradəyə sahib olmayan, insanlar kimi düşünmə, şüurlu qərarlar alma, bunları tətbiq mövzusunda qərarlı davranma kimi xüsusiyyətləri olmayan canlılardır. Danışıq və səsləri təqlid edə bilmə qabiliyyəti, Allahın bəzi quş növlərinə öyrətdiyi bir hərəkətdir. Bu canlılar bunları öz ağılları, iradələri ya da şüurlarıyla deyil, yalnız Allahın ilhamıyla reallaşdırırlar. Allah bir ayəsində "... Onun, alınından tutub-nəzarət etmədiyi heç bir canlı yoxdur..." (Hud surəsi, 56) şəklində bildirərək, canlılar üzərindəki hakimiyyətini xəbər vermişdir. Səs təqlidi edən quşların sahib olduqları bütün möcüzəvi xüsusiyyətlər də, Allahın, yaratmasındakı ehtişama şahid olmağımız üçün biz insanlara göstərdiyi dəlillərdən sadəcə biridir.
Tutuquşu kimi insan səsini təqlid edə bilən quşların, insanların danışdığı dili və vurğuları istifadə edə bilmələri, eyni sözləri tələffüz edə bilmələri üçün insanlarınkı kimi qırtlaq quruluşuna sahib olmaları lazım olduğu düşünülər. Lakin bu canlıların sahib olduqları qırtlaq quruluşu insanınkına heç bənzəməz. Qırtlaq, səs telləri, dil, dodaq, damaq, diş kimi insanın danışığında təsirli olan fiziki quruluşlar quşlarda tamamilə fərqlidir, hətta bu orqanların bir qismi bu quşlarda heç olmaz. Amma bəhs olunan bu quşlar, bu quruluşlara sahib olmamalarına baxmayaraq, insanların söylədikləri ifadələri eyni intonasiya ilə söyləyə bilirlər.
İnsanın, dili olmadığında danışa bilmədiyi ya da səs telləri zərər gördüyündə səs çıxara bilmədiyi düşünüləcək olsa, tamamilə fərqli fiziki xüsusiyyətlərə sahib olan bir tutuquşunun, dalğalı tutuquşunun ya da Mynah növlü bir qarğanın insan ilə eyni şəkildə danışa biləcək bir sistemə sahib olması, üzərində düşünülməli olan bir mövzudur. İnsanlarda və quşlarda səs meydana gəlməsi üçün istifadə edilən sistemlər arasında daha başqa fərqliliklər də vardır. İnsanlarda danışıq səslərinin çoxu, ciyərlərdəki hava qırtlaqdan keçərkən çıxarılar. Fərqli səslər isə, səs telinin titrəşmə dərəcəsinə görə meydana gələr. Dilin və dodaqların mövqeyi, hava axınının ağız ya da burun boşluğundan keçməsi kimi daha bir çox faktor da səsin meydana gəlməsinə təsir edər.
İnsanlarda olan ağız və burun boşluqlarıyla qırtlaq və yemək borusu arasındakı boşluq, qırtlaq yuxarısındakı səs sisteminin, dil tərəfindən iki ayrı boşluğa ayrılmasını təmin edər. Yaranan bu fərqlilik, səs tellərindən gələn tezliyin (titrəşmə sayının) intonasiyasını yüksəltmiş olar. Beləcə, səs yolunda titrəşən səslər “formant”ları meydana gətirər. Formant (Latınca formare -şəkillənmək- sözündən yaranmışdır) havanın səs yolu üzərində aldığı təbii formalardır. Məsələn, bir cingiltili hərfi səsləndirdiyimizdə, bunun bir sonrakı səsə fərqli bir təsiri olar. Sait, samitə yaxınlaşdıqca formantları yüksəldər və ya azaldar. Aparılan təcrübələr bu iki formantın danışıq səslərinin, digər səslərdən ayırd edilməsini təmin etdiyini göstərir. 5
1- Muhabbet Kuşu |
Quşların isə insanlar kimi qırtlaqları (larynx: larenks) yoxdur, lakin onlarda syrinx (yevstax borusu, fistül) deyilən və səs çıxarmalarını təmin edən xüsusi bir orqan vardır. Quşlarda ciyərlərdən çıxan hava syrinx adı verilən bu orqandan keçər. Quşların səs orqanı, bir mənada insanlardakı qırtlağa uyğundur. Quşlar və insanlar arasındakı başlıca fərqliliklərdən biri də, insanlardakı səs tellərinin nəfəs borusuna daha yaxın bir mövqedə olmasıdır.
Quşlardakı səs orqanı syrinxin, quşun bədəninin dərin bir yerində var olması, quşların necə səs çıxardıqları haqqında elm adamlarının tam bir cavab tapmalarına mane olur. Elm adamları, enfraruj və x-şüası kameraları ilə quşları izləmə, quşların boğazlarına yerləşdirilən fiber optik mikroskoplar sayəsində onların ötmələrini və danışıqlarını yaxından araşdırma imkanlarına sahib olmalarına baxmayaraq, quşların mahnı oxumağı və səsləri təqlid etməyi fiziki olaraq necə bacardıqlarını hələ tam olaraq açıqlaya bilmirlər.
1- Larynx |
İnsanlarda gırtlak, boyunda yerleşik olduğundan ağza yakındır. Kuşlarda ise ses organı vücudun içine yerleşmiştir. Bu yüzden kuşlarda ses organına insanlardaki gibi bir değil, iki hava akımı etki eder. Ses sisteminin başlangıcı ve bitişi ses organının her iki tarafındaki boşluğu (hava yolu) açıp kapayan kaslar tarafından kontrol edilir. İnsanda ses oluşumu için akciğerlerden gelen hava akımı kullanılır. Akciğerler solunum havasını gırtlağa doğru iterler ve gırtlaktaki ses tellerinin arasından geçen hava, sesi oluşturur. Bu ses ağız boşluğu, dil, dişler, burun boşluğu ve sinüsler aracılığı ile konuşma halini alır. |
2-Syrinx |
Syrinx, kuşun göğsünün derinliklerinde, nefes borusunun iki bronşa ayrıldığı noktada bulunan ikili bir enstrüman gibi görev görür. Bu kompleks sistemde, ses organının kasları ve iç zarlar ara tonların üretiminde etkilidirler. Göğüs ve karın kaslarının kasılmasıyla hava, keseciklerden bronşa ve syrinx'e yönlendirilir. Hava molekülleri, buradaki dar kanallardan geçerken titreşir. Sesin frekans (titreşim sayısı) özelliği de, timpan zarının titreşimlerinden etkilenir. Timpan zarı ise köprücük kemiğinin içindeki hava keselerinin basıncından etkilenir. Bunların haricinde syrinx'e ait kaslar da havanın akışını, dolayısıyla sesin özelliğini etkiler. |
Quşların səs orqanı sinə qismində, qırtlağın iki bronxa ayrıldığı nöqtədə olan ikili bir alət kimidir. Yan səhifədəki şəkildə görüldüyü kimi syrinxin bir ucu bir bronxa, ikinci ucu digər bronxa açılır və bu kanalların hər biri səs çıxara bilir. Bəzi quşlar isə eyni anda səs orqanının iki tərəfini yaxud iki tərəfdən birini müstəqil olaraq istifadə edə bilir. Bunun sayəsində, iki ayrı tezlikdəki tonu eyni anda çıxarda bilirlər və bir tərəf ilə yüksək bir notu söyləyərkən, digəri ilə alçaq bir notu səsləndirə bilirlər.
Bu vəziyyət, quşun eyni anda iki fərqli notu səsləndirə bilməsi, hətta özü ilə duet oxuya bilməsi mümkündür. Görüldüyü kimi, quşların səs orqanının iki bronx kanalının birləşməsində olması, səsin iki qaynaqdan çıxarılmasını təmin edir. Buralarda çıxarılan səslər, daha sonra böyük ölçüdə bir-birlərinə qarışaraq quş mahnılarının zəngin bir melodiyaya sahib olmasına imkan verir. Həmçinin, insanlar səs çıxarmaq üçün, tənəffüs etdikləri havanın təxminən 2%-ni istifadə edərkən, quşlar demək olar ki, hamısını istifadə edə bilirlər. 6
1.Dil, | 5. Östaki borusuna ait kaslar, |
Gırtlak, ses telleri, dil, dudak, damak, diş gibi insanın konuşmasında etkili olan fiziksel yapılar kuşlarda tamamen farklıdır, hatta bu organların bir kısmı kuşlarda hiç bulunmaz. Ama konuşan kuşlar, bu yapılara sahip olmamalarına rağmen, insanların söyledikleri ifadeleri aynı tonlama ile söyleyebilmektedirler. |
Syrinx orqanı, quşun boğazının aşağısında, körpücük sümüyünün içindəki kisədə yerləşir. Bu kisəni örtən pərdə, ciyərlərdən keçən havaya qarşı həssasdır. Pərdənin elastikiliyi və kompleksliyi isə səsin keyfiyyətini təyin edən ünsürlərdir. Bununla yanaşı, səsin keyfiyyəti nəfəs borusunun uzunluğundan, qırtlağın daralmasından, boğazdakı əzələlərdən, dimdiyin quruluşundan və hərəkətlərindən də təsirlənir. Qısacası, quşlardakı syrinx orqanının kompleksliyi, çıxarılan səslərin kompleksliyini təyin edir. Tutuquşularda, dalğalı tutuquşularda və bir qisim oxuyan sərçələrdə syrinx əzələlərinin sayı digər quşlara görə daha çoxdur və quruluşu daha kompleksdir. Syrinx orqanına aid əzələlər havanın axışını, bu səbəbdən səsin xüsusiyyətinə təsir edərlər.
Ayrıca tutuquşularla dalğalı tutuquşuların insan səsini təqlid etmək üçün istifadə etdikləri fərqli texnikalar da olduqca təsiredicidir. Tutuquşuların insanlar kimi qalın dilləri vardır və bu onların insanlara bənzər səslər çıxarmalarına imkan yaradır. Səs nizamını, xüsusi qırtlaq quruluşlarında iki ayrı yerdən hava üfləyərək çıxararlar və bu vaxt cingiltili hərflərin qavranması üçün lazım olan səsləri də müstəqil olaraq çıxararlar.
Syrinxdən çıxan başlanğıc səsi, daha sonra boğaz və ağızda dilin də köməyiylə şəkillənər. İki məşhur tədqiqatçı Dianne Patterson və Irene Pepperberg, boz tutuquşularla saitlərin çıxarılması üzərinə etdikləri işlərdə əhəmiyyətli nəticələrə nail olmuşlar: Tutuquşuların çox fərqli bir səs orqanı anatomiyası olduğu halda -məsələn, dişləri və dodaqları olmamasına baxmayaraq- insanların çıxardığı saitlərə çox bənzər səslər çıxara bilirlər.7 Həqiqətən də tutuquşular və dalğalı tutuquşular "m", "b" kimi dodaqların köməyi ilə deyilə bilən səsləri belə çox dəqiq təqlid edə bilirlər.
Göklerde ve yerde nice ayetler vardır ki, üzerinden geçerler de, ona sırtlarını dönüp giderler. Onların çoğu Allah'a iman etmezler de ancak şirk katıp-dururlar. |
Ancaq dalğalı tutuquşuları kiçik bədənlərindən ötrü tutuquşularla eyni texnikanı istifadə etməzlər. Onlar syrinxi istifadə edərək 2.000-3.000 Hs daşıyıcı tezlik meydana gətirib, bunun üzərinə sonradan ikinci bir titrəşmə əlavə edərlər. Bu, tezlik modulyasiyası (FM: Frequency Modulation: tezlik tənzimlənməsi) olaraq bilinən bir sistemdir və dərhal hər kəsin evində olan AM (amplitude modulation: amplituda modulyasiyası) radiolarının ardındakı iş prinsipidir. Bir çox FM yayın stansiyası da indiki vaxtda artıq siqnallarına alt daşıyıcılar əlavə edir. Bunlar normal siqnallar kimi daşıyıcı üzərində tənzimlənən siqnallardır. Lakin çox yüksək tezlikdədirlər.
Normal siqnalların tezliyi 20-20.000 Herts arasında dəyişərkən, bir çox alt daşıyıcının tezliyi isə 56.000 Hertsdə başlayar. FM sisteminin istifadə edilməsinin əsl səbəbi, AM sisteminin böyük bir əlverişsizliyə sahib olmasıdır: AM sistemində parazit olaraq qəbul edilən bir çox təbii və insan istehsalı radio səsi də yayına qarışar. Çünki AM radiolarda zəif siqnallar güclü olanlardan daha səssiz olduqları üçün, siqnal səviyyəsində gurultulu olaraq qəbul edilən fərqliliklər meydana gələr. AM alıcılarının da bu parazit səsləri geri çevirmə imkanı yoxdur.
Bu problemi aradan qaldırmaq üçün Edwin H. Armstronq, dalğanın qüvvəsi səbəbiylə yaranan səs-küyü ortadan qaldıracaq bir sistem kəşf etdi. Ötürülən siqnalın yaxud daşıyıcının qüvvəsini dəyişdirmək yerinə, tezliyi (səs dalğasının saniyədəki sıxlığı) dəyişdirdi. Bu üsul sayəsində amplituda (səs dalğasının qüvvəsi) səs-küyü ən aza endirilmiş olar. Lakin dalğalı tutuquşuların bu üsulu istifadə etməyi necə bacara bildikləri elm adamları üçün hələ də bir sirdir.
Kiçik bir dalğalı tutuquşunun, insanların uzun işlər nəticəsində kəşf etdikləri bəzi prinsipləri, doğulduğu andan etibarən tətbiq etməyi öz-özünə düşünməsi əlbəttə ki, mümkün deyil. Eyni şəkildə bir tutuquşunun da, samit səslərin qəbul edilə bilməsi üçün dəstəkləyici səslər çıxarmalı olduğunu bilməsi və öz bədənində buna uyğun sistemlər təkmilləşdirməsi qeyri-mümkündür. Belə bir sistemin şüursuz təsadüflərin ard-arda gəlməsi ilə meydana gəlməsi də mümkün deyil. Heç şübhəsiz gördüyümüz bütün bu kompleks sistemlər, hər şeyin Yaradıcısı olan Allaha aiddir.
Quşların, bir-birləriylə səsli ünsiyyət qurmaları, mahnı oxumaları və bəzi quş cinslərinin də danışıq qabiliyyətlərini sərgiləmələri üçün yaxşı bir eşitmə sisteminə sahib olmalıdırlar. Eşitmə duyğusu xüsusilə öyrənmənin ən yüksək olduğu kritik dövrlərdə olduqca əhəmiyyətlidir. Mahnı öyrənilməsi ilə əlaqədar təcrübələrdə səsli əks əlaqə sistemi (auditory feedback system) öyrənmədə zəruri olduğu ortaya çıxmışdır. Yetkin olmayan quşlar bu sistem sayəsində, əzbərlədikləri bir mahnı qəlibi ilə öz çıxardıqları səsləri müqayisə edərək öyrənərlər. Əgər kar olsalar, normal mahnı oxumaları mümkün olmaz. 8
Quşların yaxşı eşidən qulaqları vardır, lakin onlar insanlardan fərqli şəkildə eşidərlər. Quşların bir melodiyanı tanımaları üçün bu melodiyanı həmişə eyni oktavada (7 səsdən meydana gələn sıra) eşitmələri lazımdır. Halbuki insanlar melodiyanı fərqli bir oktavada eşitsələr belə tanıya bilərlər. Quşlar bunu edə bilməzlər, lakin quşlar bunun yerinə tembrləri (harmoniyalar ilə birləşmiş əsas notları) xatırlayarlar. Tembri və harmoniya variasiyaları xatırlayan quş, bunun sayəsində cavab verə biləcəyi müxtəlif səslər eşidər, hətta bəzən bunları çıxarar.
Kuşların sesi çözme kabiliyeti insanlardan yaklaşık 10 kat daha iyidir; insanlar bir nota duyarken kuşlar on farklı ses duyabilmektedirler. Ayrıca insanlar sesleri saniyenin 1/20'sinde işlemden geçirirken, kuşlar saniyenin 1/200'ünde bu sesleri ayırt edebilirler. Bu demektir ki kuşlar gelen sesleri hızlı ayırt etmede insanlardan üstündürler. |
Quşlar eyni zamanda bizim eşidə bildiyimizdən daha qısa notları da eşidərlər. İnsanlar səsləri saniyənin 1/20-ində emaldan keçirərkən, quşlar saniyənin 1/200-ində bu səsləri ayırd edə bilərlər. 9 Bu deməkdir ki, quşlar gələn səsləri sürətli ayırd etməkdə insanlardan üstündürlər. 10 Quşların səsi emal etmək qabiliyyəti insanlardan təxminən 10 qat daha yaxşıdır; insanlar bir not eşitdiyi halda, quşlar on fərqli səs eşidə bilirlər.11 Həmçinin, bəzi quşlar daha aşağı səsləri də eşidə bilirlər. Bu quşların səsə olan həssaslıqları o qədər çoxdur ki, Bach ilə Stravinsky kimi məşhur bəstəkarların bəstələri arasındakı fərqi belə ayırd edə bilirlər.
Quşlardakı bu həssas eşitmə duyğusu mükəmməl bir şəkildədir. Aydındır ki, eşitmə duyğusunu meydana gətirən hissələrin hər biri xüsusi bir dizaynla yaradılmışdır, çünki bu hissələrin hər hansı biri əskik olsa, quş heç bir səs eşidə bilməyəcək. Bu da eşitmə duyğusunun təkamüllə, yəni mərhələ-mərhələ təsadüfi təsirlərlə ortaya çıxdığı tezisini çürüdür.
4. Irene Maxine Pepperberg, The Alex Studies, Harvard University Press, England, 1999, ss. 46-47.
5. http://www.linguistlist.org/~ask-ling/archive-1997.10/msg01480.html.
6. http://www.eeb.uconn.edu/courses/Ornithology/EEB281_1_Vocalizations.htm.
7.Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000, s.81.
8. http://instruct1.cit.cornell.edu/courses/bionb424/students/mdr17/neurophysiology.html.
9. (http://www.earthlife.net/birds/ hearing.html)
10.Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s. 36.
11. Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s. 37.