Bir çox insan üçün, eşitdiyi mahnıları və ya səsləri orijinalının eynisi olacaq şəkildə təqlid etmək, olduqca çətin hətta bəzən qeyri-mümkündür. Halbuki, böyük ölçüdə zəka tələb edən bu qabiliyyəti çox müvəffəqiyyətli bir şəkildə yerinə yetirən bəzi quş növləri vardır. Məsələn, tutuquşular bir çox insanın çətinlik çəkəcəyi səsləri dərhal təqlid edə bilərlər. Qapı cırıltısı, açılan şüşə qapağı, telefon və ya melodiyalı fitlər kimi bir çox səslə birlikdə intonasiyası, vurğusu, ifadə şəkli ilə orijinalının çox bənzəri olaraq insan danışığını da təqlid edə bilirlər.
Bir quşun eşitdiyi bir sözü söyləyə bilməsi ya da bir melodiyanı səsləndirə bilməsi üçün əvvəlcə bədən quruluşunun buna uyğun olması lazımdır. Eşitmə-görmə duyğuları qüsursuzca işləməli, bu duyğuları ilə əldə etdiyi məlumatları yaddaşına yaza bilməli və özünə görə bir anlama-qavrayış qabiliyyətinə sahib olmalıdır. Səs təqlidi edən quşların sahib olduqları xüsusiyyətlər və diqqət çəkici qabiliyyətlər, üstün güc sahibi olan Allahın, yaratdığındakı ehtişama şahid olmağımız üçün biz insanlara göstərdiyi dəlillərdəndir. Bu kitabda,
tutuquşu və dalğalı tutuquşuların anatomiyaları çox fərqli olduğu halda -məsələn, dişləri və dodaqları olmamasına baxmayaraq- insanların "m", "b" kimi dodaqların köməyi ilə söylədikləri səsləri belə təqlid edə bildiklərini;
Dalğalı tutuquşuların, AM radiolarının iş prinsipi olan tezlik modulyasiyası (FM) sistemindən istifadə etdiklərini;
Quşların səsi çıxarma qabiliyyətlərinin insanlardan təxminən 10 qat daha yaxşı olduğunu;
İnsanlar bir not eşidərkən quşların on fərqli səs eşidə bildiyini;
Dalğalı tutuquşunun eyni anda iki fərqli notu səsləndirə bildiyini; hətta özü ilə duet oxuya bildiyini və daha bir çox heyrətləndirici xüsusiyyəti tapacaqsınız.
Beləcə, bəhs edilən canlıların danışıq və səs təqlidi qabiliyyəti ilə təchiz edilməsinin yaradılışın saysız möcüzələrindən biri olduğunu görəcək, eyni zamanda bu qabiliyyətin təkamül nəzəriyyəsinin iddialarını necə etibarsız etdiyinə şahid olacaqsınız.