Təkamül Nəzəriyyəsinin Əhəmiyyətli Çixilmaz Vəziyyətlərindən Biri: Heyvanlarin Davranişindaki Şüura

Yer üzündə şüur və ağıl sahibi yeganə varlıq insandır. Fiziki xüsusiyyətləri ilə yanaşı, insanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti, şüurunun və ağlının ona qazandırdığı qabiliyyətlərdir. Bunlar, mühakimə və hökm vermək qabiliyyəti, düşünmək, plan qura bilmək, bir neçə mərhələ sonrasını proqnozlaşdıra bilmək, hadisələr qarşısında tədbir görə bilmək, başa düşmək, bir məqsəd üçün hərəkət etmək kimi tamamilə insana xas xüsusiyyətlərdir. Təbiətdəki digər canlılar isə belə bir şüura və ağıla sahib deyillər. Buna görə də onların plan qurmaları, gələcəyi görmələri, hətta ancaq mühəndislərin edə biləcəkləri hesablar aparıb bunu tətbiq etmələri, hər hansı bir mövzuda qərar vermələri gözlənilə bilməz.

Belə olduqda, təbiətdə olduqca tez-tez qarşımıza çıxan ağıl və şüur məhsulu olan davranışları necə izah edə bilərik? Baxmayaraq ki, bu ağlı və şüuru göstərən canlıların bəziləri bir beyinə belə sahib deyil. Bu sualın cavabını verməmişdən əvvəl, heyvanlarda müşahidə olunan şüur və ağıl məhsulu olan davranışlardan bir neçə nümunə vermək, sualın əhəmiyyətinin daha yaxşı başa düşülməsi baxımından faydalı olacaq.

Bənd Mühəndisləri Qunduzlar

lion cub

Qunduzlar, həqiqi bir mühəndis kimi hesablar aparar və eynilə məharətli bir inşaat işçisi kimi çalışaraq, fövqəladə bir dizayna sahib yuvalar qurarlar. Həmçinin, eyni ağlasığmaz məharətlə, yuvalarını inşa edəcəkləri axar suyun sürətini kəsəcək bəndlər qurarlar. Bunun üçün isə, olduqca yorucu və bir neçə mərhələdən ibarət olan işlər görərlər. Əvvəlcə, həm qidalanmaq, həm də səddin və yuvanın inşasında istifadə edə bilmək üçün bol miqdarda ağac kötüyü və budaq toplamalıdırlar. Bunun üçün ağacları dişləri ilə gəmirərək yerə yıxarlar. Ancaq bu kəsmə əməliyyatı əsnasında əhəmiyyətli bir hesablama apardıqları müşahidə edilmişdir. Qunduzlar ümumiyyətlə, işlərini küləyin su kənarına doğru əsdiyi yerlərdə yerinə yetirərlər. Beləcə, qunduzların gəmirdikləri ağaclar suyun olduğu istiqamətə tərəf aşar və bu qunduzların kötükləri daşımalarını xeyli asanlaşdırar.

Qunduz yuvaları olduqca təfərrüatlı bir dizayna malikdir. Hər qunduz yuvasının iki sualtı girişi, su səviyyəsinin dərhal üstündə bir yemək otağı, daha yuxarı bir səviyyədə quru bir yataq otağı və bir ventilyasiya kanalı olar.

Qunduzlar, topladıqları materialları üst-üstə yığaraq yuvalarının xarici görünüşünü meydana gətirərlər. Ancaq, bu material yığınında heç bir deşik və ya yarıq qalmamasına böyük diqqət göstərər, budaqlarla və ya palçıqla bunları örtərlər.

Bu yuvanı əmələ gətirən material, yuvanı erroziyadan qoruyar və soyuğu içəriyə buraxmaz. Qışda yaxşı bir qar örtüyü yarandığından, çöldəki temperatur -35°C-yə düşsə belə yuvanın içindəki temperatur donma temperaturundan yüksək olar. Qunduzlar həmçinin, qışda qidasız qalmamaq üçün yuvalarının yanında gizli bir sualtı yemək anbarı düzəldərlər.

Həmçinin, qunduzlar, bir-birlərinə şəbəkələrlə bağlanmış, eni 1 metrə qədər olan kanallar açar və bu kanallar vasitəsi ilə yüzlərlə metr irəlidəki quru və daha yüksək sahələrə çıxa bilərlər. Bu su kanallarının əsl məqsədi qunduzların qidalandıqları ağaclara çatmalarıdır.

Qunduzların inşa etdikləri bəndlər də, bitkilər və daşların toplanmasıyla yuvanın tikilməsinə bənzər bir üsulla həyata keçirilir. Qunduzlar iki sahil arasında uzun üçbucaq bir budaq qalağı əmələ gətirənə qədər budaqları bir-birinə bağlayarlar. Material toplamaq və yarıqları doldurmaq üçün yığına dırmaşıb aşaraq, axına qarşı istiqamətdə işləyərlər. Suyun bəndi keçdiyi ya da aralarda boşaldığı yerlərə palçıq və ya budaq qoyarlar. Beləliklə, bənd, dayaz bir axar suyu dərin bir hovuza çevirər. Bu da qunduzlara qış üçün yeməklərini yığa biləcəkləri bir yerlə təmin edər, üzə biləcəkləri suyun sahəsini genişləndirib, yemək və inşaat materialı daşımağı asanlaşdırar. Həmçinin, yuvalarının da etibarlı bir sığınacaq olmasını təmin edər. Eynilə, xəndəklə əhatələnmiş qalalar kimi qunduzların evlərinin də hücuma məruz qalması demək olar ki, qeyri-mümkündür.2

Burada qısaca yekunlaşdırdığımız şey, qunduzların bu davranışlarının hər mərhələsinin ağıl, plan, hesab və məlumat ehtiva etməsidir. Ancaq bütün bu xüsusiyyətləri qunduzlara aid olaraq qiymətləndirmək, əlbəttə ki, məntiqli bir çıxarış olmayacaq. Çünki qunduz şüursuz olan, buna görə də heç bir ağıl nümayiş etdirə bilməyəcək bir heyvandır. Elə isə qunduzun bu davranışlarının haradan qaynaqlandığı sualının bir izahı tapılmalıdır. Bu ağıl və plan qunduzun özünə aid deyilsə, bəs onda kimə aiddir? Əlbəttə ki, qunduzların və irəlidə çoxsaylı nümunəsini görəcəyimiz bütün canlıların üstün xüsusiyyətlərini ortaya çıxaran, onlara ağıllı planlar qurduran, onları yaradan və bütün bunları ilham ilə əmr edən, sonsuz ağıl və qüdrət sahibi olan Allahdır.

Kunduz

Kunduzlar, gerçek birer mühendis gibi hesaplar yapar ve aynı usta bir inşaat işçisi gibi çalışarak olağanüstü tasarıma sahip olan yuvalar inşa ederler.

1. Üstte solda bir kunduz, yuvası için gereken barajı inşa ederken görülüyor.
2. Üstte sağda kunduzun inşa ettiği baraj.
3. Altta kunduzun mimari bir başarıyla inşa ettiği yuvasının çizim resmi.

Bir Neçə Mərhələli Plan Qura Bilən İmperator Tırtılı

Əlbəttə ki, təbiətdə ağıllı davranışlar sərgiləyən, plan quran və hesab aparan yeganə canlı qunduzlar deyil. Bu mövzuda uğur qazanan saysız canlıdan başqa biri də qunduzdan xeyli kiçik və özündə ən kiçik bir şüur və zəka əlaməti belə müşahidə olunmayan bir tırtıl növüdür. Bu, imperator ipəyini hazırlayan tırtıldır.

Sürfə dövrünü digər tırtıllar kimi barama içində keçirən bu tırtıl, sürfədən çıxdıqdan sonra üzərini bir yarpaqla örtərək özünü gizlədir. Tırtılın bu örtünmə işini reallaşdırma tərzi, əvvəldən təyin olunmuş olduqca ağıllı bir plana əsaslanır və hər mərhələsi bacarıq tələb edir. Çünki yaşıl, yaş bir yarpaq bükülməyəcəyi üçün tırtılın üzərini qoruyucu bir qabıq kimi örtə bilməz və tırtılın bu problemi bir yolla həll etməsi lazımdır. Tırtıl, bu problemi ağıla gələ biləcək ən sadə, amma məqsədinə ən uyğun yolla həll edir. Əvvəlcə yarpağın sapını dişləyərək qopardar. (Lakin əvvəlcə yarpaq düşməsin deyə onu ipəyi ilə budağa möhkəm şəkildə bağlayar.) Bu cəhdin qaçınılmaz bir nəticəsi olaraq yarpaq qurumağa başlayar və bir müddət sonra büzülər. Həmçinin, quruyan bir yarpaq da yuvarlaqlaşar. Bunun sayəsində bir neçə saat sonra tırtıl, artıq içinə girə biləcəyi ideal bir yarpaq borusu əldə edər.

İlk baxışda bu tırtılın ardıcıl bir ağıl nümayiş etdirərək özünə etibarlı bir sığınacaq hazırladığını düşünə bilərsiniz. Bu doğrudur, lakin tırtıl quru bir yarpağın içində gizlənərək, həmçinin özünü asanlıqla əldə olunacaq bir yem halına gətirmişdir. Çünki quru bir yarpaq həmişə müxtəlif rəngdə olduğuna görə quşların diqqətini daha çox özünə çəkəcəkdir ki, bu da tırtılın məhv olması deməkdir.

Məhz bu məqamda tırtıl bir yol tapar və özünü quşların diqqətini çəkəcək bir yem olmaqdan xilas edər. Tırtıl bu problemi bir riyaziyyatçı kimi ehtimal nəzəriyyəsi ilə həll edər, içinə girəcəyi yarpaqdan başqa beş-altı yarpağa daha eyni əməliyyatları tətbiq edər və bunları içinə yatacağı yarpağın ətrafına yenə öz ipəyi ilə bağlayar. Beləcə budaqda bir ədəd deyil, altı-yeddi ədəd quru yarpaq olar və tırtıl bunlardan yalnız birinin içində gizlənər. Digərləri boş bir tələdir. Bir quş gələrək quru yarpaqlara tərəf yönəlsə, tırtılı tutma ehtimalı 1/6 olacaqdır.3

Bütün bunların şüurlu davranışlar olduğu aydındır. Ancaq, mikroskopik bir beyinə və olduqca sadə bir sinir sisteminə sahib bir tırtılın bu qədər şüurlu, planlı və ağıllı davranışlar nümayiş etdirməsi mümkündürmü? Bu tırtılın düşünmək kimi bir qabiliyyəti yoxdur ki, bir neçə mərhələ sonrasını düşünə bilsin. Tırtılın bunu başqa bir tırtıldan öyrənmiş olması da qeyri-mümkündür. Əslində özünü gözləyən təhlükələrin olduğunu belə dərk etmir. Elə isə düşmənləri çaşdırmaq fikrinin sahibi kimdir?

Bu sualları bir təkamülçü elm adamına versəniz, əsla sizə aydın və qəti bir cavab verə bilməz. Ancaq təkamülçülərin çox çarəsiz qaldıqları vaxt sığındıqları bir anlayış var: İnstinkt. Təkamülçülər, heyvanların bu davranışları instinktləri ilə nümayiş etdirdiklərini deyərlər. Belə bir vəziyyətdə, ilk növbədə instinktinin tərifinin soruşulması lazımdır. Heyvanların bu hərəkətləri instinktiv olduğuna görə, məsələn, bir tırtılın yarpağı kəsərək üzərinə örtməsi üçün ona yol göstərən bir mexanizm və ya bir güc olmalıdır. Və ya yenə eyni güc qunduzları bəndlər və yuvalar inşa etməsi üçün onlara “yol göstərməlidir”. Və bu mexanizmin və ya gücün də, adından da aydın olduğu kimi canlının içində bir yerlərdə olması vacibdir.

İnstinktin Mənbəyi Nədir?

Gordon R.Taylor's Book Gordon R.Taylor

Gordon R. Taylor, bir evrimci olmasına rağmen, evrimin içgüdülerle ilgili tüm soruları cevapsız bıraktığını söylemektedir.

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır.

Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.4

Gordon Taylor kimi etiraf edə bilməyən bəzi təkamülçülər isə bu sualları üstüörtülü, həqiqətdə bir məna ifadə etməyən cavablarla ötürməyə çalışırlar. Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bir bal arısı olduqca müntəzəm və bir riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edər. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz şəkildə altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.

Bu vəziyyətdə ağıl və məntiq sahibi olan hər insan belə bir sual verəcəkdir: Əgər canlılar, davranışlarının böyük əksəriyyətini, belə davranmağa proqramlaşdırıldıqları üçün edirlərsə, bəs onda onları kim proqramlamışdır? Heç bir proqram öz-özünə meydana gələ bilməz. Hər proqramın mütləq bir proqramçısı olmalıdır.

Təkamülçülər, bu suala verə biləcək bir cavab tapa bilmədikləri kimi, mövzuyla əlaqədar olan əsərlərdə belə bir göz boyamadan istifadə edərlər: Bütün canlılara sahib olduqları xüsusiyyətləri verənin “təbiət ana” olduğunu deyərlər. “Təbiət ana” isə bildiyimiz daş, torpaq, su, ağac, bitki və sairədən meydana gələr. Görəsən, bunlardan hansının, canlılara şüurlu və ağıllı tədbirlər gördürməsi mümkün ola bilər? Təbiətin hansı hissəsi canlıları proqramlamaq üçün lazımi ağıla və qabiliyyətə malikdir? Təbiətdə gördüyümüz hər şey yaradılmışdır və buna görə də yaradıcı ola bilməz. Hansı ağıl sahibi insan bir yağlı boya gördükdə “rənglər necə də gözəl bir mənzərə yaratmışdır” deyə bilər? Şübhəsiz ki, bu, olduqca ağılsız bir düşüncə olar. Elə isə özləri də yaradılmış olan, heç bir ağıla və şüura sahib olmayan varlıqların yaradıcı olduqlarını iddia etmək, digər varlıqların ağılla və şüurla davranmaq üzrə proqramladıqlarını demək də eyni şəkildə ağılsızlıqdır.

Bu məqamda qarşımıza çox açıq bir həqiqət çıxır: Bu canlılar sahib olduqları üstün xüsusiyyətləri öz ağılları ilə fikirləşib edə bilmədiklərinə və bu canlılar bu xüsusiyyətləri ilə anadan olduqlarına görə, elə isə bu xüsusiyyətləri onlara verən, onları bu rəftarları göstərəcək şəkildə yaradan üstün bir ağıl və elm sahibi vardır. Bütün təbiətdə gördüyümüz bu ağlın və elmin sahibi də, şübhəsiz ki, Allahdır.

Allah, Quranda bal arısını nümunə verərək, göstərdiyi ağıllı davranışları ona Özünün ilham etdiyini bildirir. Yəni, təkamülçülərin “instinkt” dedikləri və ya “heyvanlar bunu etmək üçün proqramlaşdırılmışlar” deyərək izah etməyə çalışdıqları şey əslində Allahın ilhamıdır. Bu həqiqət Quranda belə bildirilir:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Təkamülçü elm adamları Allahın varlığını inkar etmək məqsədiylə bu aydın həqiqəti görməməzlikdən gəlirlər. Əslində bu heyvanların davranışlarını şəxsən özləri müşahidə edir və bu davranışların izahını axtarırlar. Və hamısı bu davranışların təkamül nəzəriyyəsi ilə izah olunmayacağını dərk edir. Bu gün təkamülçü elm adamları tərəfindən heyvan davranışları ilə əlaqədar olaraq hazırlanmış hansı kitabı və ya nəşri oxusanız həmişə oxşar cümlələrlə qarşılaşarsınız: “...Bunu etmək yüksək səviyyəli bir ağıl tələb edir. Ancaq heyvanlar bu ağıldan məhrum olmalarına baxmayaraq bunu necə bacarırlar? Bu, elmin cavab verə bilmədiyi bir sualdır”.

Manzara

Evrimcilerin "tabiat ana" ve benzeri "kuru isimler" taktıkları doğa, göllerden, dağlardan, ağaçlardan vs. oluşur. Bunlardan hangisi bir kunduza "yuva inşa etme bilgi ve yeteneğini" verebilir? Elbette her canlıya ayrı ayrı yetenekler veren, vücutlarını donatıp düzenleyen üstün güç ve kudret sahibi olan Yüce Allah'tır.

Yuxarıda, misal çəkdiyimiz İmperator tırtılının davranışları haqqında məşhur təkamülçülərdən Hoimar Von Dithfurthun verdiyi izahlar, təkamülçülərin heyvan davranışlarındakı şüura gətirdikləri izahların klassik bir nümunəsidir:

Çaşdırıcı bənzərləri (başqa quru yarpaqları) təqibçilərin qarşısına qoyaraq gizlənmək mümkün ola biləcəyi fikrinin, insanı təəccübləndirən bu ağıllı ixtiranın əsl sahibi kimdir? Quşların tırtıl axtarış həvəslərini beləliklə, qursaqlarında saxlaya biləcəyi, quru yarpaqlar arasında bir şeylər tapa bilmək şanslarının müəyyən bir nisbətdə azaldıla biləcəyi formasındakı bu olduqca xüsusi ixtira kimin əsəridir ki, tırtıl bunu doğulduğu andan etibarən ondan götürmüşdür?. Bütün bunların ancaq olduqca ağıllı bir insanın yaşaya bilmək üçün müraciət edə biləcəyi yollar olduğunu qəbul etməliyik. Halbuki, istər mərkəzi sinir sisteminin ibtidailiyindən, istərsə də o biri davranışlarını nəzərə alaraq Attacus tırtılının (İmperator tırtılı) nə müəyyən bir məqsədi dizayn edə bilməsi, nə də bu istiqamətdə fikir yürüdə bilməsi qeyri-mümkündür. Yaxşı bəs onda tırtıl bütün bu xüsusiyyətlərə qarşı özünü bu yoldan necə qoruya bilir? ...Keçmişdə təbiət alimləri bu cür hadisələrlə qarşılaşdıqca bir möcüzənin varlığına inanmaqla kifayətlənməmiş, fövqəltəbii bir Yaradıcının, yəni Allahın, öz yaratdıqlarını qorumaq üçün belə bir qorunmanın zəruri məlumatlarıyla onu təchiz etdiyini düşünməkdən başqa yol tapa bilməmişlər. Halbuki, bu tərz bir izah, təbiət alimi üçün bir intihardır... Digər bir tərəfdən müasir elmin bu tipdən olan hadisələri “instinkt” həqiqətiylə izah etməyə çalışması da elə də bir məna ifadə etmir. Çünki əksəriyyətimizin zənn etdiyinin əksinə, baş verənləri instinktin mərifəti saymaq, verdiyimiz nümunədə tırtılın davranışlarını anadangəlmə davranış formalarından biri olaraq izah etmək deməkdir ki, bu da bizi olduğumuz mövzudan kənara çıxarmaz və sualın əsl cavabını tapmağımıza mane olar... Lakin praktikada təbii bir beyindən məhrum olan tırtılın şüurlu olmasından danışmaq mənasızdır. Yenə də əvvəldən bəri izah etdiyimiz davranışlarına baxdıqda, bunların çox xüsusi bir mənada “ağılla həyata keçirilmiş” olduqlarına bağlı müəyyən meyarlar da diqqətə çarpır. Müəyyən bir məqsədə və hədəfə qarşılıq, gələcəkdəki hadisələri proqnozlaşdırmaq, özündən kənardakı canlı növlərinin mümkün ola biləcək davranışlarını və reaksiyalarını nəzərə almaqdan əlavə, şüurlu olmasının əlamətləri deyilsə, onda bəs nədir?5

Yuxarıdakı sözlər məşhur bir təkamülçünün kiçik bir tırtılın göstərdiyi ağıllı, planlı və bir məqsədə yönəlmiş davranışlarını izah etmək üçün göstərdiyi səydir. Bu cür nəşr və kitablarda bu tərz demaqoq cümlələr və ya cavabsız suallardan başqa bir şərh və ya izah ilə qarşılaşılması mümkün deyil.

Əslində təkamül nəzəriyyəsinin sahibi Çarlz Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük bir təhlükə meydana gətirdiyini dərk etmiş və bunu “Növlərin mənşəyi” adlı kitabında açıqca, hətta bir neçə dəfə etiraf etmişdi:

İnstinktlərin bir çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə də nəzəriyyəmi tamamilə yox etməyə kifayət olan bir gücdə görünəcək.6

Darvinin oğlu Francis Darvin isə atasının məktublarını yığdığı “The Life and Letters of Charles Darwin” adlı kitabda Çarlz Darvinin instiktləriylə əlaqədar yaşadığı çətinliyi belə nəql etmişdi:

İşin (Növlərin mənşəyinin) 3-cü bölməsində birinci hissə başa çatır və heyvanların vərdişləri ilə instiktlərindəki variasiyalardan bəhs edir... Bu mövzunun yazının başlanğıc hissəsinə daxil edilməsinin səbəbi, instinktlərin təbii seleksiya ilə reallaşdığı fikrini qeyri-mümkün olaraq qiymətləndirən oxucuların tələsik nəzəriyyəni rədd etməməsini təmin etməkdir. Növlərin mənşəyində yer alan İnstinktlər fəsli xüsusilə, “nəzəriyyənin ən ciddi və ən açıq çətinliklərini ehtiva edən” mövzudur.7

İnstinktlər Təkamüllə Inkişaf Edə Bilməz

Təkamülçülər, heyvanların davranışlarının bir çoxunun instinktiv olduğunu deyərlər, ancaq əvvəlki səhifələrdə də ifadə edildiyi kimi instinktlərin qaynağını, instiktiv davranışların ilk olaraq necə meydana gəldiklərini, heyvanların sahib olduqları məlumatları və davranışları necə etdiklərini izah edə bilməzlər. Ancaq çox vaxt verə biləcək cavabları olmadıqda bəziləri ortaya belə bir iddia atar: “Heyvanlar təcrübə yolu ilə bəzi davranışları öyrənərlər və bu davranışların yaxşı olanları təbii seleksiya tərəfindən seçilir. Daha sonra bu yaxşı olan davranışlar irsi olaraq sonrakı nəslə ötürülür”.

Bu iddiadanın məntiqi cəhətdən səhvlərini və elmdən kənar olmasını görə bilmək üçün çox düşünməyə ehtiyac yoxdur. İndi, təkamülçülərin bu iddialarındakı səhvləri ardıcıllıqla araşdıraq.

Kugu Swan

Bir akla veya şuura sahip olmayan canlıların, yavrularına şefkat göstermelerinin, onları koruyup beslemelerinin bir tek açıklaması vardır: Tüm canlılar Allah'ın ilhamıyla hareket ederler.

1. “Faydalı davranışların təbii seleksiya yolu ilə seçildiyi” iddiasındakı səhvlər:

Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin əsas mexanizmlərindən biri təbii seleksiyadır. Təbii seleksiya, “bir canlı üçün faydalı olan bir dəyişikliyin (bu dəyişmə heyvanın bədən quruluşu və ya onun davranışları ilə əlaqədar ola bilər) digərlərinin arasından seçilərək o canlıda daimi hala gəlməsi və bu şəkildə bir sonrakı nəslə ötürülməsi” mənasını verir.

Ancaq bu iddiada diqqət yetrilməsi lazım olan olduqca əhəmiyyətli bir məqam var: Darvinin bu tezisi təbiəti, faydalı və zərərli davranışları ayırd edə bilən, şüurlu və qərar verə bilən bir güc olaraq göstərir. Təbiətdə bu ayrı-seçkiliyi edə biləcək hər hansı bir güc və ya şüur yoxdur. Nə heyvanın özü, nə də təbiətdə olan hər hansı bir varlıq “hansı davranışın faydalı olduğuna” qərar verə biləcək bir qabiliyyətə sahib deyil. Bu seçimi yalnız, təbiəti və haqqında danışılan canlını yaratmış olan şüur və ağıl sahibi bir Varlıq edə bilər.

Əslində Darvinin özü də kompleks və faydalı davranışların təbii seleksiya yolu ilə qazanılmış olmasının qeyri-mümkün olduğunu etiraf etmiş, ancaq öz iddiasının təxəyyülünə daha uyğun olduğunu və buna görə də axmaq olmasına baxmayaraq bu iddianı davam etdirdiyini ifadə etmişdi:

Sonunda, bala qu quşunun ögey qardaşlarını yuvadan atması, qarışqaların kölələşdirilməsi kimi instinktləri, xüsusilə verilmiş və ya yaradılmış instinktlər olaraq deyil, bütün təbii varlıqların inkişafına gətirib çıxaran ümumi bir qanunun, yəni çoxalmağın, dəyişmənin, ən güclülərin yaşamasının və ən zəiflərin ölməsinin kiçik əlamətləri olaraq görmək, məntiqli bir nəticə çıxarma olmaya bilər, amma mənim təxəyyülüm üçün xeyli kifayətdir.8

Türkiyənin qabaqcıl təkamülçülərindən Prof. Dr. Camal Yıldırım isə ananın bala sevgisi kimi davranışların təbii seleksiya ilə izah edilə bilməyəcəyini belə etiraf edir:

Ananın bala sevgisini, özündə heç bir ruhi element saxlamayan “kor” bir təbii seleksiya yolu ilə izah etmək mümkündürmü? Bioloqların (o cümlədən, darvinistlərin) bu cür suallara qənaətbəxş cavab verdiklərini demək, şübhəsiz ki, çətindir.9

Şüuru və ağlı olmayan bu canlılarda bəzi mənəvi xüsusiyyətlər olduğuna və bu mənəvi xüsusiyyətləri öz iradələri ilə qazanmalarının mümkün olmadığına görə bunu onlara verən bir güc olmalıdır. Təbii seleksiya mexanizmi və təbiətin özü, nə şüura, nə də bu mənəvi xüsusiyyətlərə sahib deyildir və buna görə də canlıların sahib olduqları bu xüsusiyyətlərin qaynağı ola bilməzlər. Çox aydın olaraq görünən həqiqət budur: Bütün canlılar Allahın iradəsinin və nəzarətinin altında yaşayarlar. Buna görə də, şüursuz canlıların yaşadığı təbiətdə tez-tez, insanı heyrətə salan, “bu heyvan bunu haradan bilir” və ya “bu heyvan bunu necə düşünə bilər?” dedirdən heyrətlənməyimizə səbəb olan, olduqca şüurlu davranışlar görərik.

Hayvanlarda şevkat

Cemal Yıldırım bir evrimci olmasına rağmen "annenin yavru sevgisini, hiçbir ruhsal öğe içermeyen "kör" bir düzenekle (doğal seleksiyon) açıklamaya olanak var mıdır?" diyerek teorinin önemli bir çıkmazını dile getirmektedir.

2. Təbii seleksiya yolu ilə qazanılan davranışların irsi olaraq sonrakı nəslə köçürüldüyü iddiasındakı səhvlər:

Təkamülçülərin iddialarının ikinci mərhələsində isə təbii seleksiya yolu ilə qazanılan davranışların irsi olaraq sonrakı nəsillərə ötürülməsi lazımdır. Ancaq bu iddiaları da bir çox cəhətdən ziddiyyətlərlə doludur. Hər şeydən əvvəl heyvanlar təcrübə yoluyla bir davranışı öyrənsələr belə, sonradan qazanılmış bir davranışın genetik olaraq sonrakı nəslə ötürülməsi qeyri-mümkündür. Öyrənilən bir davranış sadəcə bu rəftarı öyrənən canlıya aid olar. Bir davranış tərzinin canlının genlərinə köçürülməsi qətiyyən mümkün deyil.

Təkamülçü Gordon R. Taylor, bəzi bioloqların, davranışların irsi olaraq sonrakı nəsillərə ötürülə bildiyi iddiasını, “acınacaqlı” bir iddia olaraq qiymətləndirir:

Bioloqlar bəzi davranış formalarının irsən keçə bilməsinin mümkün olduğunu və əslində bunun həqiqətən müşahidə olunduğunu qəbul edərlər. Dobzhansky bunu iddia edir: “Bütün bədən quruluşları və funksiyaları, istisnasız olaraq, ekoloji zəncirlər əsnasında yaranan irsiyyətin məhsullarıdır. Bu vəziyyət, istisnasız olaraq bütün davranış formalarını üçün də məqbuldur”. Bu doğru deyil və Dobzhansky kimi hörmətli birinin bunu doqmatik olaraq müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. Bəzi davranış formalarının irsi olduğu doğrudur, ancaq hamısının irsi olduğunu deməyimizə imkan yoxdur.

Aydın olan həqiqət budur ki, genetik mexanizm, bəzi xüsusi davranış formalarını nəsildən-nəslə keçə bildiyinə dair ən kiçik bir əlamət belə göstərmir. Genetik mexanizm yalnız zülal hazırlayar. Müəyyən hormonlardan daha çox hazırlanaraq, ümumiyyətlə, davranışa təsir edə bilər, məsələn, bir heyvanı daha aqressiv və ya daha passiv edə bilər və ya bir canlını anasından xeyli asılı vəziyyətə gətirə bilər. Ancaq yuva qurarkən lazım olan bir sıra hərəkət kimi, müəyyən bir davranış proqramını nəsildən-nəslə ötürə bildiyinə dair heç bir dəlil yoxdur.

Əgər davranış həqiqətən irsi isə, onda nəsildən-nəslə keçən davranışın vahidi nədir? Çünki vahidlər olduğu fərz edilir. Heç kim bu suala heç bir cavab verə bilməmişdir.10

Gordon Taylorun da ifadə etdiyi kimi, mürəkkəb davranış formalarının irsi olduqlarını iddia etmək elmi deyil. Quşların yuva qurmaları, qunduzun bənd inşa etməsi, arıların pətək inşa etmələri kimi ardıcıl olaraq verilən şüurlu qərarlar, dizayn və uzaqgörənlik tələb edən mürəkkəb davranışların irsi ola bilməyəcəyinin təəccüblü dəlillərindən başqa biri də sonsuz işçi qarışqalardır.

Qarışqa koloniyasında yaşayan sonsuz işçi qarışqaların tamamilə özlərinə xas davranış xüsusiyyətləri var və hər xüsusiyyətləri olduqca geniş bir bilik və hesab apara bilmə qabiliyyəti tələb edir. Ancaq işçi qarışqalar bu davranışlarının heç birini irsi olaraq əldə edə bilməzlər. Çünki işçi qarışqalar sonsuzdurlar və öz xüsusiyyətlərini digər nəsillərə ötürə bilməzlər. Elə isə təkamülçülərə əvvəlcə bu sualı vermək lazımdır: Əvvəlcə sonsuz işçi qarışqalara xas davranış formasını əldə edən qarışqa bunu sonrakı bir nəslə necə ötürdü? Milyonlarla ildir ki, yalnız işçi qarışqalar deyil, eyni vəziyyətdəki sonsuz işçi arılar və sonsuz termit də ağıl, qabiliyyət, həmrəylik, intizam, iş bölgüsü və fədakarlıq məhsulu rəftarlar göstərirlər. Lakin ilk yarandıqları gündən bəri haqqında danışılan canlılar sahib olduqları hər bir xüsusiyyəti bir başqasına ötürmə qabiliyyətinə sahib deyillər.

Hayvanlarda şevkat

Her canlı türünün, örneğin bir pandanın, bir denizatının veya bir kuşun kendine özgü davranış şekli vardır. Öyle ise evrimcilerin iddia ettiği gibi bir canlı biyolojik olarak evrim geçirmişse, davranışlarının da evrimleşmesi gerekirdi. Oysa bu akla ve mantığa aykırı bir şeydir.

Həmçinin, bu canlıların göstərdikləri fövqəladə davranışları öyrənərək əldə etdiklərini də deyə bilmərik. Çünki haqqında danışılan canlıların hamısı dünyaya gəldikləri andan etibarən bu davranışları qüsursuz bir şəkildə tətbiq etməyə başlayarlar. Hər hansı bir mövzuda müəyyən bir təlim keçirmirlər, bütün davranışları anadangəlmə sahib olduqları məlumatlar əsasındadır. Və bu, dünyanın hər yerində yaşayan bütün qarışqa, bal arısı, termit və digər bütün canlılar üçün məqbuldur. Elə isə onlara bu davranışlarını kim öyrədir?

Məhz Çarlz Darvinin də 150 il əvvəl soruşduğu bu suala təkamülçülər hələ də cavab verə bilməmişlər. Darvin bu ziddiyyəti belə dilə gətirmişdir:

Tək bir nəsildə vərdişlə bir çox instinkt əldə olunduğunu və sonra varis olan nəsillərə irsi olaraq çatdırıldığını fərz etmək böyük bir səhv olar. Bildiyimiz ən təəccüblü instinktlər, məsələn, bal arısının və qarışqaların bir çoxunun instinktləri vərdişlə qazanıla bilməz.11

Bir işçi qarışqa, ya da başqa bir cinsiyyəti olmayan həşərat, adi bir heyvan olsaydı, bütün xüsusiyyətlərinin təbii seçmə yolu ilə yavaş-yavaş əldə edilmiş olduğunu, yəni faydalı kiçik dəyişikliklərlə anadan olan və bunları irsi olaraq döllərinə çatdıran fərdlərin varlığını və onların döllərinin yenidən dəyişdiyini və yenidən seçildiyini və s. dərhal qəbul edərdim. Amma işçi qarışqa ana-atasından xeyli fərqli bir həşəratdır və üstəlik tamamilə sonsuzdur, buna görə də bir-birinin ardınca əldə edilmiş quruluş və instinkt dəyişikliklərini döllərinə çatdırmasından söhbət belə gedə bilməz. Əlbəttə ki, bu vəziyyətin təbii seçmə nəzəriyyəsiylə necə uyğunlaşdırılacağı sualı soruşular.12

Təkamülçü Camal Yıldırım isə eyni mövzu haqqında təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə ifadə edir:

Nümunə olaraq ictimai həşəratlardan olan işçi qarışqa və işçi arıları götürək. Bunlar çoxalmaq baxımından sonsuzdur, nəsil vermədikləri üçün həyatlarında əldə etdikləri xüsusiyyətləri və ya uğradıqları modifikasiyaları yeni nəsillərə ötürmələrinə imkan yoxdur. Halbuki, bu işçilərin ətraf mühitə və həyat formalarına uyğunlaşmaları olduqca inkişaf etmiş bir səviyyədədir.13

Bu etiraflardan da aydın olduğu kimi canlıların göstərdikləri təəccüblü davranışlar və sahib olduqları instinktlər təkamüllü bir mexanizm ilə izah oluna bilməz. Canlılara aid qabiliyyətlər təbii seleksiya kimi bir mexanizm ilə əldə edilməmişdir. Və irsi olaraq bir nəsildən digərinə keçmələri də mümkün deyil.

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda
qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.
(Casiyə surəsi, 4)

Zebra

3. İnstinktlərin təkamülləşərək canlıyla birlikdə dəyişdiyi iddiasının etibarsızlığı:

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birindən təkamül yolu ilə törədiklərini iddia edir. Bu iddiaya görə, məsələn, sürünənlər balıqlardan, quşlar da sürünənlərdən əmələ gəliblər. Ancaq yaddan çıxartmamaq lazımdır ki, hər canlı növünün davranış forması tam fərqlidir. Bir balığın davranışları ilə, sürünənlərin davranışları bir-birlərindən tamamilə fərqlidir. Elə isə canlının bioloji xüsusiyyətləri dəyişərkən, davranışları da buna uyğun olaraq dəyişməyə məruz qalmışdır?

Məhz bu sual təkamülçülərin düşdükləri çıxılmaz vəziyyətlərdən və ziddiyyətlərdən biridir. Darvin də bu ziddiyyət və qeyri-mümkünlüyü dərk etmiş və instinktlərin təbii seçmə yolu ilə əldə olunub sonra da dəyişməyə məruz qalması barədə belə sual vermişdir:

...İnstinktlər təbii seçmə yolu ilə əldə oluna və dəyişikliyə məruz qala bilərmi? Arını, böyük riyaziyyatçıların kəşf etdiklərini çox əvvəldən bəri tətbiq etdiyi pətək gözlərini hazırlamağa təşviq edən instinkt üçün nə deyəcəyik?14

Bu ziddiyyəti balıqlardan, sürünənlərdən və quşlardan müxtəlif növdəki canlılardan nümunələr verərək daha aydın vəziyyətə gətirə bilərik:

Balıqların tamamilə özlərinə xas çoxalmaq, ovlanmaq, müdafiə olunmaq və yuva qurmaq üsulları vardır. Bu xüsusiyyətlər, suyun altındakı şəraitə görə mükəmməl bir şəkildə nizamlanmışdır. Bəzi balıqlar çoxalma mövsümlərində yumurtalarını dəniz altındakı bir qayaya yapışdırırlar və üzgəclərini yelləyərək yumurtaların oksigen almasını təmin edərlər.

Quşlar isə, yumurtalarını xüsusi olaraq hazırladıqları çox müxtəlif quruluşdakı yuvalarda saxlayarlar. Və yumurtalarının inkişaf etməsi üçün isə kürt oturarlar.

Bunun tam tərsinə, quru heyvanı olan timsahlar isə, yumurtalarını qumun altına basdıraraq, təxminən 2 ay müddətində inkubasiya mərhələsində qalmasını təmin edərlər. Bəzi balıqlar dəniz altındakı qayaların içində yuva qurarkən, quruda yaşayan bəzi canlı növləri topladıqları nazik budaqlar və ağac qabıqlarıyla yüksək budaqlar üzərində yuvalar qurarlar. Quşlar isə yuvalarını ətrafdan topladıqları ot və kol-kosdan inşa edərlər.

Sürünənlərdən törəndikləri iddia edilən məməlilərin isə çoxalma forması, digər canlılardan tamamilə fərqlidir. Digərləri yumurtlamaq yoluyla çoxalarkən, məməlilər balalarını aylarla qarnında daşıyar və doğduqdan sonra balalarını südlə bəsləyərlər.

Hər bir canlı növünün ovlanma forması da çox müxtəlifdir. Bəzisi uzun müddət pusquda durar, bəzisi özünü kamuflyaj edər, bəziləri də hücum və sürətli qaçmağın üstünlüyündən istifadə edər. Göründüyü kimi qurudakı heyvanlar ilə dəniz altında yaşayan canlıların göstərdikləri davranışlar, bir-birlərindən çox fərqlidir və olduqları şəraitə görə də dəyişir.

Bu vəziyyətdə canlılar təkamül keçirərkən, həmçinin içlərindən gələn səsin, yəni instinktlərinin də böyük dəyişikliklərə məruz qalması lazımdır. Məsələn, madam ki, bir balıq içindən gələn bir səslə yumurtalarını qayalara yapışdırırsa, sonra diqqətlə bunların havasını dəyişirsə, onda quruda yaşayan bir heyvana çevrilmə mərhələsində “içindən gələn səs” də dəyişikliyə məruz qalmalıdır. Üstəlik bu səs o qədər dəyişməlidir ki, bu balıq birdən-birə uca yerlərdə mükəmməl yuvalar inşa etməyə başlasın, yumurtalarının inkişafı üçün kürtə yatsın!

Əlbəttə ki, belə bir şey qeyri-mümkündür.

Bu mövzuda olan əhəmiyyətli bir çətinlik də budur: Əgər bir canlının bioloji quruluşu və dolayısilə yaşadığı mühit dəyişsə, lakin davranış tərzi dəyişməsə o canlı həyatına davam edə bilməyəcək. Məsələn, dənizdə özünü kamuflyaj edə bilən bir balıq quruya çıxdıqdan sonra da özünə yeni müdafiə sistemləri tapmalıdır. Üstəlik, bunun üçün qətiyyən vaxt itirməməlidir. Bütün davranış forması, həyat tərzi, bədən sistemləri ani bir qərarla və sürətlə dəyişməlidir. Əks təqdirdə, qısa müddət ərzində öləcək və buna görə də nəsli də tükənəcəkdir. Heç bir şüura sahib olmayan bir canlının belə strateji və ağıl tələb edən qərarlar verə bilməyəcəyi isə aydındır. Elə isə bütün canlılar necə olur ki, bioloji strukturlarına və olduqları mühitə ən uyğun rəftarı göstərə bilir?

Darvin də Növlərin mənşəyində nəzəriyyəsinə yönəldilən bu tənqidə belə yer vermişdir:

İnstinktlərin mənşəyi mövzusundakı bu fikrə belə etiraz edildi: “Bədən quruluşu və instinkt dəyişikliklərinin eyni vaxtda baş verməsi və bir-birinə tamamilə uyğun gəlməsi zəruridir, çünki birinin o birisində müvafiq bir qarşılığı olmayan bir dəyişiklik öldürücü olardı”. 15

Göründüyü kimi heyvanlardakı davranışların, instinktlərin mənşəyini təkamüllü bir proseslə, təsadüflərlə və ya “ana təbiət” ilə izah etmək qeyri-mümkündür. Onda canlılar həyatlarını davam etdirə bilmələrini təmin edən xüsusiyyətləri necə qazanmışlar?

Bu suala veriləcək cavab əslində olduqca açıq və aydındır. Canlılar üzərində sadə bir müşahidə aparan hər insan, bu davranışların heyvanların özlərindən qaynaqlanmadığını ya da bir-birinin ardınca baş verən təsadüflərin nəticəsi ola bilməyəcəyini aydın şəkildə görə bilər. Canlıların göstərdikləri davranışların qaynağı, nə öz bədənlərində, nə də təbiətdə var. Aydındır ki, gözlə görülə bilməyən bir ağıl və güc, bu canlıların davranışlarını idarə edir. Bu ağıl və güc isə, sonsuz mərhəmət və şəfqət sahibi olan Allaha aiddir.

polarbear

Nəticə: Bütün Canlılar Allahın Ilhamı Ilə Hərəkət Edirlər

Əvvəlki səhifələrdə ifadə edildiyi kimi təkamülçülər heyvan davranışları mövzusunda əhəmiyyətli problemlərlə qarşı-qarşıyadırlar. Halbuki həqiqət çox aydındır. Qətiyyən şüuru və ağlı olmayan bir canlı, incə fərqləri ayırd edə bilmə, hadisələr arasında əlaqə qura bilmə, doğru qərarlar verə bilmə, plan qura bilmə, bir neçə mərhələ sonrasını hesablaya bilmə kimi, ağıl və şüur tələb edən davranışlar göstərirsə, bu canlıdan kənarda, bu canlıya hökm edən, ona bu davranışları etdirən bir güc vardır. Təkamülçülər, canlıların bu davranışları etmək üzrə proqramlaşdırıldıqlarını deyərlər. Elə isə bu proqramı kim meydana gətirmişdir? Arıları pətək inşa etmək üçün proqramlaşdıran güc nədir? Bu suala veriləcək cavab əslində olduqca açıq və qətidir. Canlılar üzərində sadə bir müşahidə aparan hər insan, bu davranışların heyvanların özlərindən qaynaqlanmadığını ya da bir-birinin ardınca baş verən təsadüflərin nəticəsi ola bilməyəcəyini aydın şəkildə görə bilər. Aydındır ki, təbiətdə hər şeyə hakim olan bir ağıl və güc, bu canlıların davranışlarına da təsir edir. Bu ağıl və gücün sahibi, hər şeyin Yaradıcısı olan Allahdır.

Bir canlının necə meydana gəldiyini belə izah edə bilməyən bir nəzəriyyə, əlbəttə ki, o canlının davranışlarının səbəbini və mənşəyini də izah etməkdən məhrumdur. Canlıların davranışlarının araşdırılması bu baxımdan böyük əhəmiyyət daşıyır. Çünki aparılan müşahidələr heç bir canlının özbaşına hərəkət etmədiyini göstərir. Hər canlını yoxdan var edən, ona nəzarət edən, hər an müşahidə edən və hər canlıya davranışını əmr edən, yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi olan Allahdır. Quranda bu həqiqət belə xəbər verilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

donkey

Canlıların Fədakarlıqları, Darvinin “Yalnız Güclü Olan Həyatda Qalar” Iddiasını Yalanlayır

Penguin

Penguenler yavrularını soğuktan korumak için aylarca ayaklarının üzerinde taşırlar.

Əvvəlki səhifələrdə də qeyd etdiyimiz kimi, Darvinin irəli sürdüyü təbii seleksiya mexanizmi, olduqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda və güclü olan canlıların həyatlarını və nəsillərini davam etdirə bildiklərini, uyğun quruluşda olmayan və daha gücsüz olanların isə yox olduqlarını nəzərdə tutur. Darvinizmin mənimsədiyi təbii seleksiya mexanizminə görə təbiət, canlıların bir-birləriylə “həyat” üçün var gücü ilə mübarizə apardıqları, zəiflərin güclülər tərəfindən yox edildiyi bir yerdir.

Buna görə də, bu iddiaya əsasən hər canlı həyatını davam etdirə bilmək üçün güclü olmaq, digərlərinə hər mövzuda üstün gəlmək və var gücü ilə mübarizə aparmaq məcburiyyətindədir. Belə bir şəraitdə isə fədakarlıq, sədaqət, əməkdaşlıq kimi anlayışlara yer yoxdur, çünki bunların hər biri canlının əleyhinə dönə bilər. Buna görə də hər canlı mümkün qədər eqoist olmalı və yalnız öz yeməyini, öz yuvasını, öz müdafiəsini, öz təhlükəsizliyini düşünməlidir.

Bəs həqiqətən də təbiət, hər canlının bir-biriylə var gücü ilə mübarizə apardığı, hər kəsin bir-birini yox etmək, aradan qaldırmaq üçün səy göstərdiyi, olduqca eqoist və vəhşi fərdlərdən ibarət olan bir mühitdirmi?

Bu mövzuda indiyə qədər aparılan bütün müşahidələr təkamülçülərin fikrini yenidən təkzib etmişdir. Çünki təbiət, heç də təkamülçülərin iddia etdiyi kimi yalnız mübarizənin hakim olduğu bir yer deyil. Əksinə təbiət, çox vaxt ölümü gözə alan fədakarlıqları, öz zərərinə olduğu halda sürü üçün göstərilən sədaqət, bunun əvəzində heç bir qazanc əldə etməyən canlıların və ağıllı əməkdaşlıqlarının çoxsaylı nümunələri ilə doludur. Özü də bir təkamülçü olmasına baxmayaraq Camal Yıldırım, Təkamül nəzəriyyəsi və qatı dinçilik adlı kitabında, Darvin və dövründəki digər təkamülçülərin hansı səbəbə görə təbiətin yalnız bir mübarizə meydanı olduğunu zənn etdiklərini belə izah etmişdir:

alligator

Una hembra cocodrilo lleva a su cría entre sus mandíbulas para protegerla.

19-cu əsrdə yaşayan elm adamlarının əksəriyyəti iş otaqlarında və ya laboratoriyada bağlı qaldıqları, təbiəti birbaşa tanımaq yolunu seçmədikləri üçün canlıların ancaq mübarizə içində olduğu tezisinə asanlıqla inanmışdır. Haksli (Huxley) səviyyəsində tanınmış bir elm adamı belə özünü bu səhvdən xilas edə bilməmişdi.16

Təkamülçü Peter Kropotkin isə heyvanların aralarındakı həmrəyliyi mövzu olaraq götürdüyü Mutual Aid: A Factor in Evolution adlı kitabında Darvin və tərəfdarlarının içinə düşdükləri səhvi belə dilə gətirir:

Darvin və onu izləyənlər, təbiəti canlıların həmişə bir-biriylə mübarizə apardıqları bir yer kimi tanıtdılar. Haksliyə (Huxley) görə heyvanlar aləmi qladiator şousuna bənzəyirdi. Heyvanlar bir-birləriylə mübarizə aparır, ən sürətli və ən hiyləgər olanı ertəsi gün döyüşə bilmək üçün həyatda qalırdı. Ancaq ilk baxışda, Hakslinin təbiətə baxışının elmi olmadığı aydın olur... 17

Əslində, bu vəziyyət təkamül nəzəriyyəsinin həqiqi elmi müşahidələrə əsaslanmadığının da bir göstəricisidir. Təkamülçü elm adamları sırf bağlı olduqları ideologiyanı dəstəkləyə bilmək üçün təbiətdə aydın şəkildə görünən bəzi xüsusiyyətləri öz ağıllarına görə izah etmişlər. Darvinin, təbiətdə hakim olduğunu xəyal etdiyi döyüş, həqiqətdə böyük bir “yanılmadan” ibarətdir. Çünki təbiətdə yalnız öz mənfəətləri üçün həyat mübarizəsi aparan canlılar yoxdur. Bir çox canlı digər canlılara qarşı köməksevər və bundan daha da əhəmiyyətlisi “fədakar”dır. Məhz bu səbəbdən, təkamülçülər təbiətdə rast gəldikləri fədakar davranışları izah etməkdə aciz qalırlar. Elmi bir jurnalda mövzuyla əlaqədar olaraq nəşr olunan bir məqalədə yazılanlar, bu acizliyi ortaya qoyur:

Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə əsasən, hər canlı öz varlığını davam etdirmək və çoxala bilmək üçün bir mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun müddətli təkamüldə bu davranışın yox olması lazım idi. Halbuki, canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir.18

"Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir.
O, Qüdrətlidir, Müdrikdir." "Göylərin və yerin hökmranlığı Ona məxsusdur.
O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir."
(Hədid surəsi, 1-2)

swan

Məsələn, bal arıları, şanlarına hücum edən bir heyvanı sancaraq öldürərlər. Əslində arılar bu şəkildə intihar etmiş olurlar. Çünki sancma əsnasında iynələrini buraxdıqları üçün, buna bağlı olaraq bəzi daxili orqanları da cırılıb gövdələrindən ayrılır. Göründüyü kimi arı, şandakı digər arıların təhlükəsizliyini təmin etmək uğrunda öz həyatını verir.

Erkək və dişi pinqvinlər, balalarını sanki “ölümünə” qoruyarlar. Erkək pinqvin balasını 4 ay ayaqlarının arasında heç fasilə vermədən tutar. Bu müddət ərzində yemək də yeyə bilməz. Dişi pinqvin isə bu müddətdə dənizə gedərək balası üçün yemək axtarar və yığdığı yeməkləri qursağında daşıyar. Hər ikisi də balaları üçün böyük fədakarlıqlar göstərirlər.

Timsah ən vəhşi heyvanlardan biridir. Ancaq balalarına göstərdiyi qayğı olduqca heyrətamizdir. Balaları yumurtadan çıxdıqdan sonra onları ağzında suya qədər daşıyar. Bundan sonra balalar böyüyüb özlərinin qayğısına qalana qədər timsah onları ağzında və ya üzərində daşıyacaq. Bala timsahlar da hər hansı bir təhlükə hiss etdikdə dərhal analarının ağzındakı qoruyucu sığınacağa tərəf qaçarlar. Halbuki, timsah həm vəhşi, həm də şüuru olmayan bir heyvandır, buna görə də ondan gözlənilən balalarını qoruması deyil, əksinə onları da qidalanmaq üçün ayrı-seçkilik qoymadan yeməsidir.

Bəzi analar balaları süddən kəsilənə qədər öz yaşadıqları sürüləri tərk etmək məcburiyyətində qalar və beləcə özlərini böyük bir riskə atarlar. Doğumdan ya yumurtadan çıxdıqdan sonra bir çox heyvan növü balalarına günlərlə, aylarla hətta bəzən illərlə baxar. Onları yemək, yuva və istiliklə təmin edər, onları yırtıcı heyvanlardan qoruyar. Gün ərzində bir çox quş balalarını saatda orta hesabla dörd ilə iyirmi dəfə arasında qidalandırar. Məməlilərdə isə anaların daha fərqli problemləri olar. Süd vermə dövründə daha yaxşı qidalanmalı və bunun üçün də daha çox ov etməlidirlər. Buna baxmayaraq, bu müddət ərzində bala kökəldiyi halda, ana isə davamlı arıqlayar.

Şüuru olmayan bir heyvandan gözlənilən balasını doğduqdan sonra buraxıb getməsidir. Çünki heyvanlar bu kiçik canlıların nə olduqlarını belə dərk edə bilməzlər. Ancaq buna baxmayaraq bu balaların bütün məsuliyyətini öz boyunlarına götürürlər.

Canlılar təkcə balalarını təhlükələrdən qorumaqla fədakarlıq göstərməz, bir çox hallarda öz sürüləri arasında yaşayan digər canlılara qarşı da olduqca “incə düşüncəli” və “həlledici” davrandıqları müşahidə edilmişdir. Bunun bir nümunəsi, ətrafda olan qida mənbələri azaldıqda müşahidə olunar. Belə bir vəziyyətdə güclü olan heyvanların üstün gələrək digər heyvanları aradan qaldıracaqları və bütün mənbələri ələ keçirəcəkləri düşünülə bilər. Ancaq hadisələr heç də təkamülçülərin xəyal etdikləri kimi inkişaf etməz. Məşhur bir təkamülçü olan Peter Kropotkin kitabında bu mövzuyla əlaqədar bəzi nümunələr verir: Kropotkin bir qıtlıq vəziyyətiylə qarşılaşıldığında qarışqaların saxladıqları ərzaqlarından istifadə etməyə başladıqlarını, quşların sürü halında köç etdiklərini, bir çayda çox qunduz yaşamağa başladığında gənc olanların şimala, yaşlı olanların isə cənuba doğru hərəkət etdiklərini izah edir.(19) Yuxarıda qeyd edilən məlumatlardan görüldüyü kimi təbiətdəki canlılar arasında var gücü ilə bir yemək və ya yuva mübarizəsi yoxdur. Əksinə, ən çətin şəraitdə belə canlılar arasında çox gözəl bir uyğunlaşma və həmrəylik müşahidə oluna bilir. Sanki hər biri tələbləri asanlaşdırmaq üçün məşğul olur. Ancaq burada diqqət yetirilməsi lazım olan əhəmiyyətli bir məqam budur: Bu canlıların heç biri bu qərarları verəcək və belə bir nizamı təmin edəcək bir ağıla və şüura sahib deyil. Elə isə bir yerə gəlib ortaq bir hədəf müəyyənləşdirməsi və hamısının bu hədəfə tabe olması, hətta bu hədəfin bütün cəmiyyət fərdləri üçün ən etibarlı qərar olması necə izah edilə bilər? Şübhəsiz ki, bütün bu canlıları yaradan, onlara özləri üçün ən faydalı olacaq rəftarı ilham edən və onları qoruyub mühafizə edən aləmlərin Rəbbi olan Allahdır. Allah, yaratdığı bütün varlıqlar üzərindəki qorumasını belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Təbiətdəki bu həqiqətlər qarşısında, təkamülçülərin “təbiət bir mübarizə meydanıdır, eqoist olan, öz mənfəətlərini müdafiə edən üstün gəlir” iddiası tamamilə etibarsız olur. Məşhur bir təkamülçü olan John Maynard Smith canlıların bu xüsusiyyətlərinə əsasən təkamülçülərə belə bir sual verir:

Əgər təbii seleksiya, fərdin yaşamaq şansına və onun çoxalmasına zəmanət verən xüsusiyyətlərinin seçimi isə, özünü fəda edən davranışları necə izah edəcəyik? 20

Nəsli Davam Etdirmə Instinkti:

Əvvəlki səhifələrdə qeyd olunduğu kimi, canlılarda müşahidə olunan fədakar davranışlar, təkamülçülər tərəfindən heç bir şəkildə izah edilə bilməyən əhəmiyyətli bir mövzudur. Təbiətdə bir çox nümunəsi görünən fədakarlıqlar təkamül nəzəriyyəsinin əsas iddialarını etibarsız hala salır. Məşhur təkamülçü Stephen Jay Gould təbiətdəki fədakarlığın təkamül üçün “cansıxıcı bir problem” (21) olduğunu ifadə edərkən, təkamülçü Gordon R. Taylor isə canlılardakı fədakarlıq üçün “təkamül nəzəriyyəsinə böyük maneə təşkil edir” deyərək, təkamülçülərin üz-üzə gəldikləri çıxılmaz vəziyyəti dilə gətirər. Təbiətin fədakarlıq, şəfqət kimi tamamilə mənəvi elementləri özündə saxlaması, bütün təbiəti maddənin təsadüflərin qarşılıqlı təsiri nəticəsində yaranmış kimi görən materialist dünyagörüşünə qəti və dəqiq bir zərbə vurur.

Lakin, məğlub olmağı qəbul etmək istəməyən bəzi təkamülçülər “Eqoist gen nəzəriyyəsi” deyə adlandırdıqları bir iddia ilə çıxış edirlər. Liderliyini təkamül nəzəriyyəsinin müasir dövrümüzdəki ən qızğın müdafiəçilərindən olan Riçard Davkinsin etdiyi bu iddiaya görə, canlıların fədakarlıq kimi müşahidə olunan davranışları əslində “eqoist”liklərindən qaynaqlanır. Çünki təkamülçülərə görə bu heyvanlar fədakarlıq edərkən, kömək etdikləri canlı və ya canlıları deyil, genlərini düşünürlər. Yəni, bir ana balası üçün canını fəda edərkən, əslində öz genlərini qoruyur. Balası xilas olarsa, genlərini sonrakı nəsillərə ötürə bilmə imkanı daha çox olacaq. Bu anlayışa görə, insan da daxil olmaqla, bütün canlılar bir “gen maşını”dır. Və hər canlının ən əhəmiyyətli vəzifəsi genlərini bir sonrakı nəslə ötürə bilməkdir.

"Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki,
O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”"
(Şuəra surəsi, 28)

Penguin

Təkamülçülər, canlıların nəsillərini davam etdirmə, genlərini gələcək nəsillərə ötürmə istəyinə proqramlı olduqlarını və buna görə də bu proqramlarına uyğun davranışlara sahib olduqlarını deyərlər. Aşağıdakı sitat Essentials of Biology adlı təkamülçü bir biologiya kitabından verilmişdir. Bu sitat, təkamülçülərin heyvan davranışları üçün verdikləri klassik izaha bir nümunədir:

Özünü təhlükəyə atan bir davranışın səbəbi nə ola bilər? Bəzi fədakar davranışlar eqoist genlərdən qayanaqlanırlar. Özünü pərişan edənə qədər balaları üçün yemək axtaran canlılar böyük bir ehtimalla genetik olaraq proqramlaşdırılmış davranışlar göstərirlər-bunlar, valideynlərin balalarda olan genlərinin sonrakı bir nəslə ötürülməsini təmin edən davranışlardır. Bu düşmənə verilən anadangəlmə, instiktiv fəaliyyət tədqiqatçıların gözündə bir məqsədə yönəlmiş davranışlar kimi görünə bilər. Ancaq bunlar əslində qoxu, səs, görünüş və digər yanıltmaclar tərəfindən həyata keçirilən davranış proqramlarıdır.(22)

Diqqət yetirilsə, yuxarıdakı sitatda yazıçı canlıların davranışlarının ilk baxışda məqsədli kimi görünə biləcəyini, amma canlının bunları bilərək, düşünərək bir məqsədə yönəlmiş olaraq deyil, proqramlaşdırılmış olaraq yerinə yetirdiyini deyir. Bu məqamda bu əhəmiyyətli sual verilməlidir: Bu proqramın qaynağı nədir? Gen dediyimiz şey, kodlanmış bir məlumat yığımından ibarətdir. Amma bir məlumat yığımının düşünmə kimi bir qabiliyyəti ola bilməz. Genin də zəkası, ağlı, hökm vermək qabiliyyəti yoxdur. Buna görə də, əgər bir canlının genində, onu fədakarlığa yönəldən bir əmr varsa, bu əmrin qaynağı genin özü ola bilməz.

Bir misal üzərində düşünək. Bir kompyuterin bağlama düyməsinə basdığınız vaxt kompyuteriniz bağlanar. Çünki kompyuteriniz əvvəlcə şüurlu, ağıllı və məlumat sahibi bir proqramçı tərəfindən “bağla” düyməsinə basdığınız vaxt bağlanmaq əmri ilə proqramlaşdırılmışdır. Diqqət yetirilsə, kompyuter bunu öz-özünə etmir və ya təsadüfən bağla düyməsi kompyuteri bağlamağa yarayan bir düymə halına gəlməmişdir. Biri şüurlu surətdə bu düyməni proqramlaşdırmışdır.

Elə isə bir canlının genlərinin, nəslini davam etdirmək üçün fədakar davranışlarda olmağa proqramlaşdırılmış olması da, bu canlının genlərini bu şəkildə proqramlaşdıran ağıl və məlumat sahibi bir gücün varlığını aydın şəkildə göstərər. Bu güc, bütün canlıları hər an ilhamı ilə istiqamətləndirən, hər birinə nəzarət edən və hər birinə davranış formasını əmr edən Allahdır. Bu aydın həqiqət Quranda belə bildirilir:

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə edərlər. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 49-50)

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

tiger

Canlılar Yalnız Öz Genlərini Daşıyan Qohumlarına Deyil, Digər Canlılara Da Kömək Edərlər:

Kitabın 3-cü hissəsində daha ətraflı nümunələrlə görüləcəyi kimi, canlılar yalnız öz balalarına deyil, digər köməyə ehtiyacı olan canlılara da kömək edirlər. Bu isə təkamül nəzəriyyəsinin heç içindən çıxa bilmədiyi bir vəziyyətdir, çünki ortada “geni köçürmə” qayğısı da yoxdur. Təkamülçü bir jurnal olan “Scientific American”da təkamülün bu çıxılmaz vəziyyəti belə bir misalla ortaya qoyulur:

“Aralarında genetik bir əlaqə (qohumluq) olmamasına baxmayaraq, iki erkək pavian davranışlarda əməkdaşlıq mövzusunda yaxşı bir nümunədir. İki erkək pavian hər hansı bir mövzuda mübahisə etdikdə, pavianlardan biri üçüncü bir paviandan kömək istəyə bilir. Kömək istəyən pavian, başını həmişə rəqibi və kömək istədiyi pavian arasında qabağa və arxaya yelləyər. Bu köməkləşmənin ən ağıllı izahı, köməyə gələn pavianın gələcəkdə bir çətinliklə qarşılaşdıqda kömək etdiyi pavianın, özünə kömək edəcəyindən əmin olması olaraq görünər. Ancaq təkamül nəzəriyyəsi bu köməkləşmənin hiylələrə necə mane olduğunu və kömək edilən pavianın daha sonra köməyi rədd etməsinə mane olan şeyin nə olduğu izah edə bilmir”.23

Qısası bu canlıların, Allah onlara kömək etmələrini, fədakarlıq göstərmələrini əmr etdiyi üçün bu şəkildə davrandıqları çox aydın bir həqiqətdir.

Kitabın davamında bir çox canlının göstərdiyi fədakar, şəfqətli və mərhəmətli davranışlardan nümunələr veriləcək. Bu nümunələri oxuyarkən, heç vaxt yaddan çıxardılmaması lazım olan həqiqət budur: Bütün bu canlılara fədakarlığı, şəfqət və mərhəməti ilham edən onları ən mükəmməl şəkildə yaratmış olan Allahdır.

Qeydlər

2. John Sparks, The Discovery of Animal Behavior, Little Brown and Company, Boston 1982, s.114-117

3. Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, Alan Yayıncılık, Kasım 1996, İstanbul, Çev: Veysel Atayman, s. 12-19)

4. Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, s. 222

5. Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, Alan Yayıncılık, Kasım 1996, İstanbul, Çev: Veysel Atayman, s. 12-19

6. Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, s. 273

7. Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt I, New York: D. Appleton and Company, 1888, s.374

8. Charles Darwin, Türlerin Kökeni, s. 310

9. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 185

10. Gordon Taylor, The Great Evolution Mystery, s. 221

11. Charles Darwin, Türlerin Kökeni, s. 275

12. Charles Darwin, Türlerin Kökeni, s. 304

13. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 34

14. Charles Darwin, Türlerin Kökeni, s.186

15. Charles Darwin, Türlerin Kökeni, s.302

16. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 49

17. Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm, (http://www.etext.org/Politics/Spunk/library/writers/kropotki/sp001503/index.html)

18. Bilim ve Teknik, sayı 190, s.4

19. Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, II. Bölüm,

20. John Maynard Smith, The Evolution of Behavior, Scientific American, Aralık 1978, cilt 239, no.3, s. 176

21. Gordon Taylor, The Great Evolution Mystery, s. 223

22. Ibid., p.223.

23.Janet L. Hopson and Norman K. Wessells, Essentials of Biology (USA: McGraw-Hill Publishing Company, 1990), p. 838.

24.John Maynard Smith, "The Evolution of Behavior", Scientific American, September 1978, Vol. 239, no. 3, p. 184.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkamül Nəzəriyyəsinin Əhəmiyyətli Çıxılmaz Vəziyyətlərindən Biri: Heyvanların Davranışındakı Şüur
  • Canlıların “Ailə” Daxilindəki Fədakarlıqları (1/2)
  • Canlıların “Ailə” Daxilindəki Fədakarlıqları (2/2)
  • Canlılar Arasındakı Həmrəylik və Əməkdaşlıq
  • Nəticə
  • Təkamül Yalanı