Bu kitabda davranışlarından nümunələr verilən canlıların ortaq xüsusiyyətləri fədakar, mərhəmətli və şəfqətli olmalarıdır. Hər biri balalarına, yoldaşlarına və ya digər hər hansı bir heyvana qarşı olduqca qoruyucu, qayğıkeş və mərhəmət dolu davranışlar göstərən bu canlılar, həmçinin bir-birlərinin təhlükəsizliyi üçün ağıllı tədbirlər görür, bir-birlərini ağıllı üsullarla yeməklə təmin edir hətta, məharətli memarlar və mühəndislər kimi çalışaraq memarlıq möcüzələri yaradarlar.
Ancaq kitab boyunca da tez-tez təkrarladığımız kimi, yaddan çıxardılmaması lazım olan əhəmiyyətli bir məqam var: Burada bəhsi keçən canlılar bəzən kiçik bir böcək, bəzən bir quş və ya bir qurbağadır. Çox vaxt bir beyinə belə sahib olduqlarını deyə bilməyəcəyimiz bu canlılardan belə ağıllı və məlumat tələb edən ixtiralar, davranışlar gözləmək doğru olarmı?
![]() |
Canlıların təsadüflər nəticəsində, cansız maddələrdən meydana gəldiyini irəli sürən təkamül nəzəriyyəsi üçün bu sualların hər biri böyük bir problemdir. Təkamülçülər canlıların bunları instinktləri ilə etdiklərini və instinktlərinin də genlərində proqramlı olduğunu iddia edir və bu iddiaları onları daha da əhəmiyyətli bir çıxılmaz vəziyyətə salır. Çünki bu iddianın arxasınca belə bir sual gəlir: Bu instinktləri, yəni fədakarlığı, mərhəməti, şəfqəti, yuva inşa etmə bacarığını və məlumatını bu canlıların genlərinə kim proqramlamışdır? Birdən-birə, fosfat, karbon kimi cansız elementlərdən meydana gəlmiş bir gendə bu xüsusiyyətlərin proqramı necə meydana gəlmişdir?
Təkamülçülərin bu suallar üçün heç bir cavabları yoxdur. Yalnız boşluğu doldurmaq və çox düşünməyən insanların gözlərini boyamaq üçün, canlıların genlərinə bu xüsusiyyətlərin “ana təbiət” tərəfindən kodlandığını deyərlər. Tez-tez eşitdiyiniz cümlələrdən biri də bunlardır: “Təbiət canlılara balalarına baxma instinktini vermişdir” və ya “təbiət quşlara yuva qurma qabiliyyətini verir”. Bəs təbiətin belə bir gücü ola bilərmi? Təbiət dediyimiz şey özü də yaradılmış olan ağaclardan, daşlardan, çaylardan, dağlardan, sudan, torpaqdan ibarət olan bir bütündür. Görəsən, təbiətin hansı hissəsi canlılara bu xüsusiyyətlərini qazandırma gücünə, qabiliyyətinə, məlumat və şüuruna malikdir?
Təbiətə yaratma gücü isnad edən təkamülçülər əslində Quranda təsvir edilən klassik inkarçı məntiqindən fərqli bir rəftar göstərməz, təbiəti “ilahiləşdirərlər”. Halbuki, təbiətin özü bu xüsusiyyətlərin heç birinə sahib olmayan, özü də yaradılmış və yaradılmaqda olan bir varlıqlar toplusudur. Quranda aciz varlıqları ilahlaşdıranlar belə bildirilir:
Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 3)
![]() |
Heç bir gücü və şüuru olmayan varlıqların digər varlıqlara şüur, zəka, bilik, bacarıq, mənəvi anlayışlar növündən xüsusiyyətlər qazandırmaları, ağıl və məntiq qaydaları baxımından, əlbəttə ki, qeyri-mümkündür.
Həqiqət çox aydındır və göz qabağındadır: Bu canlılara şəfqətli, mərhəmətli və fədakar davranışları etdirən, Özü sonsuz mərhəmətli və şəfqətli olan, bütün canlıların yaradıcısı və qoruyucusu, Rəhman və Rəhim olan Allahdır.
Bu kitabda çox az nümunələrini verdiyimiz fədakarlıqlar, şəfqət və mərhəmət nümunələri, bizi və bütün varlıqları yaradan və hər an ayaqda saxlayan Rəbbimizin sonsuz şəfqətinin və mərhəmətinin göstəriciləridir. Bir quş balasını və ya kiçik bir ceyranı qorumağa, qidalandırmağa, baxmağa qərar verən onların şüursuz və heç bir şeyi dərk etməyən anaları deyil. Allah bu canlılara balalarını qorumağı və ya qidalandırmağı ilham etdiyi üçün onlar gecə-gündüz həyatları bahasına fədakarlıqlar edirlər.
Rəbbimizin sonsuz mərhəməti və şəfqəti yalnız bu canlıları deyil, insan da daxil olmaqla, bütün kainatı əhatə edər. Buna görə də düşünən və həqiqəti görən vicdan və ağıl sahibi kəslər Allahı belə xatırlayarlar:
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Müminun surəsi, 118)
"Onlar dedilər:
“Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə surəsi, 32)