Giriş

Çarlz Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsi 21-ci əsrə yaxınlaşdığımız bu günlərdə elm dünyasındakı etibarını böyük bir sürətlə itirmişdir. 20-ci əsrin əvvəllərində materialist dairələr tərəfindən dəstəklənən və kütlələrə elmi bir həqiqətmiş kimi təlqin edilən bu nəzəriyyənin etibarsızlığı artıq qəti olaraq aydın oldu. Bunda ən böyük amil, yaşadığımız əsrdə təkamül nəzəriyyəsini yaxından maraqlandıran mikrobiologiya, biokimya, paleontologiya kimi elm sahələrində baş verən inkişaflar oldu. Bu elm sahələrindəki irəliləyişlər nəticəsində canlıların, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə, bir-birlərindən təkamül keçirərək meydana gəlməsinin qeyri-mümkün olduğu ortaya çıxdı. (Ətraflı məlumat üçün baxın. “Evrim Yanılgısı” hissəsi)

İflasa uğramış bu nəzəriyyə, canlıların mənşəyi ilə əlaqədar iddialarına heç bir elmi dəlil gətirə bilmədiyi kimi, canlıların sahib olduqları çoxsaylı fövqəladə xüsusiyyətin mənşəyi haqqındakı sualları da cavabsız qoyur. Məhz təkamülçüləri çətin vəziyyətdə qoyan bu mövzulardan biri də kitabın mövzusu olan “canlılarda müşahidə olunan fədakarlıqlar”dır.

gazelle

Təbiətdə tez-tez qarşımıza çıxan fədakarlıqlar, canlılar arasındakı həmrəylik və əməkdaşlığa əsaslanan əlaqələr, şəfqət dolu davranışların təkamül nəzəriyyəsi üçün əhəmiyyətli və həll edilə bilməyən bir problem olmalarının səbəbi nədir?

Darvin, təkamül nəzəriyyəsini irəli sürdükdə iddialarını əslində heç bir təkamülləşdirici gücü olmayan bir mexanizm üzərində qurmuşdu: Bu təbii seleksiya idi. Darvinin ifadəsinə görə bütün canlılar ortaq bir atadan gəlmiş və yaşadıqları təbiətin tələblərinə uyğunlaşmaları nəticəsində bir-birlərindən fərqlənmişlər. Yaşadıqları mühitə ən yaxşı uyğunlaşan, əldə etdiyi xüsusiyyətləri sonrakı nəsillərə ötürə bilirdi. Buna görə də daha güclü və ətraf mühitin şərtlərinə daha uyğun olan fərdlər məhv olmaqdan xilas olurdu. Darvinin bu fərziyyələri təbiətdə bir “həyat mübarizəsi” olduğunu, bu mübarizədə güclülərin qalib gələrək, gücsüzlərin əzilib yox olduqlarını irəli sürürdü. Darvinin yaxın bir dostu və təkamül nəzəriyyəsinin ən qızğın müdafiəçilərindən biri olan Culian Haksli (Julian Huxley) təbiəti belə xarakterizə etmişdi:

Bu meydanda zəiflərlə bacarıqsızların məğlub olması, güclülərlə bacarıqlıların hegemonluğu labüddür.1

Bəs təbiət həqiqətən də təkamülçülərin iddia etdikləri kimi yalnız güclülərin üstün gəldiyi, zəiflərin əzilərək yox olduğu, eqoizmin və var gücü ilə həyat mübarizəsinin hakim olduğu bir yer ola bilərmi?

lion cub

Bu sualın cavabını təbiətdəki həyatı araşdıraraq verə bilərik. Əlbəttə ki, təbiətdəki canlılar qidalanmaq və ya təhlükəsizliklərini təmin etmək üçün səy göstərirlər. Hər heyvan yaşamaq üçün ov etmək məcburiyyətindədir və ya özünü qorumaq üçün hücum edə bilər. Ancaq təbiət yalnız bunlardan ibarət deyil. Təbiətdə canlıların böyük bir əksəriyyəti balaları və ya ailələri üçün, bəzən sürülərindəki digər canlılar, hətta digər növlər üçün bənzəri görülməmiş fədakarlıqlar da edirlər. Fədakarlıqla yanaşı əməkdaşlıq, həmrəylik, bir-birinin mənfəətini güdmək kimi xüsusiyyətlər canlılar aləmində tez-tez rast gəlinən məqamlardır.

Məhz təbiətin yalnız bir mübarizə yeri olduğunu iddia edən təkamül nəzəriyyəsi canlılar aləmində müşahidə olunan bu fədakarlıq nümunələrinə heç bir izah verə bilməz. Təbiətdəki həyat, təkamül nəzəriyyəsinin əsas iddiasını aydın və qəti şəkildə etibarsız hala salır.

Təkamül nəzəriyyəsi, düşmənlərindən qaçıb xilas olan bir zebranın, niyə geri qayıdıb düşmənləri tərəfindən mühasirəyə alınmış digər zebranı, üstəlik də həyatını təhlükəyə ataraq, xilas etdiyini qətiyyən izah edə bilməz. Və ya sonrakı səhifələrdə təfərrüatlarını görəcəyimiz kimi, yumurtalarını yaşada bilmək üçün ölümü gözə alaraq sahilə çıxan aterina balıqlarının bu davranışlarının niyə təbii seleksiya yolu ilə məhv olmadığı sualını cavablandıra bilməz.

Canlılardakı fədakar və birgə davranışlar təkamül nəzəriyyəsinin etibarsızlığını yenidən və aydın şəkildə ortaya qoymaqla yanaşı, əhəmiyyətli bir həqiqətin də dəlillərini aşkara çıxardır: Bütün kainatın üstün bir yaradıcı tərəfindən yaradıldığı və hər bir canlının, yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyi bir həqiqətinin...

Sonrakı səhifələrdə, ağlı və şüuru olmayan canlıların təəccüb və heyranlıq oyandıran davranışlarının bir hissəsini oxuyacaqsınız. Ağıl və vicdan sahibi hər insan bu davranışların ancaq bütün canlıların hakimi olan Allahın gücü və nəzarəti altında meydana gələ biləcəyini asanlıqla qavrayacaq. Çünki Allahın Quranda da bildirdiyi kimi:

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

Akıllı Tasarım Yani Yaratılış

Allah'ın yaratmak için tasarım yapmaya ihtiyacı yoktur Kitap boyunca yer yer kullanılan 'tasarım' ifadesinin doğru anlaşılması önemlidir. Allah'ın kusursuz bir tasarım yaratmış olması, Rabbimiz’in önce plan yaptığı daha sonra yarattığı anlamına gelmez. Bilinmelidir ki, yerlerin ve göklerin Rabbi olan Allah’ın yaratmak için herhangi bir 'tasarım' yapmaya ihtiyacı yoktur. Allah'ın tasarlaması ve yaratması aynı anda olur. Allah bu tür eksikliklerden münezzehtir.

Allah'ın, bir şeyin ya da bir işin olmasını dilediğinde, onun olması için yalnızca "Ol!" demesi yeterlidir. Ayetlerde şöyle buyurulmaktadır:

Bir şeyi dilediği zaman, O'nun emri yalnızca: "Ol" demesidir; o da hemen oluverir. (Yasin Suresi, 82)

Gökleri ve yeri (bir örnek edinmeksizin) yaratandır. O, bir işin olmasına karar verirse, ona yalnızca "OL" der, o da hemen oluverir. (Bakara Suresi, 117)

Qeydlər

1. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayınları, s.47

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkamül Nəzəriyyəsinin Əhəmiyyətli Çıxılmaz Vəziyyətlərindən Biri: Heyvanların Davranışındakı Şüur
  • Canlıların “Ailə” Daxilindəki Fədakarlıqları (1/2)
  • Canlıların “Ailə” Daxilindəki Fədakarlıqları (2/2)
  • Canlılar Arasındakı Həmrəylik və Əməkdaşlıq
  • Nəticə
  • Təkamül Yalanı