Kitabın bu hissəsinə qədər, ümumiyyətlə, canlıların balalarına qarşı göstərdikləri fədakarlıqlar və şəfqətli rəftarlardan bəhs edildi. Ancaq təbiətdə, fədakarlıq, əməkdaşlıq, həmrəylik kimi xüsusiyyətlər yalnız balalardan söhbət düşdükdə ortaya çıxmaz. Canlıların bir çoxu aralarında böyük bir həmrəylik içərisindədirlər. Hətta, vaxtaşırı növlər arasında belə həmrəylik, əməkdaşlıq kimi davranışlar görmək mümkündür. Xüsusilə sürülər və ya koloniyalar halında yaşayan canlılar, toplu halda yaşamağın bir çox üstünlüyünə sahibdirlər.
Təkamülçülərin, bütün təbiətin gücü ilə bir mübarizə içində olduğu, həyatda qala bilmək üçün bütün canlıların bir-birləriylə rəqabət aparmaq məcburiyyətində olduğu iddialarını, heyvan birliklərinin həyatları qəti şəkildə etibarsız hala salır. Canlılar, çox vaxt rəqabətin deyil, həmrəyliyin, əməkdaşlığın, bir-birinin mənfəətlərini güdməyin və fədakarlığın üstünlüklərindən istifadə edirlər.
Əslində təkamülçülər də təbiətdə müşahidə olunan bu aydın həqiqəti dərk edir, ancaq bunu təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışırlar. Məsələn, məşhur təkamülçü Peter Kropotkin, Şərqi Sibir və Mancuriyada apardığı tədqiqatlar, heyvanlar arasındakı qarşılıqlı yardımlaşmanın bir çox nümunəsini təsbit etmiş və hətta bu mövzu haqqında bir kitab yazmışdır. Kropotkin kitabında canlılar arasındakı həmrəylik üçün bunları deyir:
Həyat mübarizəsi anlayışı üstündə fəaliyyətə başladıqda, bizi ilk təəccübləndirən şey qarşılıqlı yardımlaşma nümunələrinin çoxluğu oldu. Əksər təkamülçü tərəfindən qəbul edildiyi kimi sadəcə nəsil yetişdirmək üçün deyil, həmçinin fərdlərin təhlükəsizliyi və onların yeməklə təmin edilmələri üçün də bu yardımlaşma nümunələrini görürük. Heyvanlar aləminin böyük hissəsində qarşılıqlı yardımlaşma bir qanundur. Qarşılıqlı yardımlaşma, heyvanlar aləminin ən aşağı pilləli heyvanlarında da müşahidə oluna bilir...(108)
Bir təkamülçü olmasına baxmayaraq Kropotkin, təbiətdə gördüyü aydın dəlillər qarşısında, təkamülün əsas iddiasına tamamilə zidd bir izah vermişdir. Sonrakı səhifələrdə izah ediləcək olan bəzi nümunələrdə də görüləcəyi kimi canlılar və hətta növlər arasındakı həmrəylik və əməkdaşlıq, bu canlıların təhlükəsizlikləri və qida mənbələri baxımından olduqca əhəmiyyətlidir. Təbiətdəki bu tarazlıq və nizam, Allahın qüsursuz yaratmasının aydın dəlillərindəndir. Belə ki, təbiətdə baş verən hadisələrə şahid olanlar, şüursuz canlıların belə şüurlu və ağıllı davranışlar göstərmələrini heyrətlə və pərəstişlə qarşılayırlar. Bu insanlardan biri olan, fiziologiya və tibb sahəsində tanınmış məşhur elm adamı Kenneth Walker, Şərqi Afrikada ova getdiyi vaxt apardığı müşahidələrini belə nəql edir:
İllərlə əvvəl Şərqi Afrikada ova getdiyim vaxt heyvanlar arasında müşahidə etdiyim həmrəyliyin bir çox nümunəsi hələ də yaddaşımda canlanır. Afrika düzlərində müxtəlif zebr və ceyran sürülərinin təhlükələrə qarşı bir-birlərini xəbərdar etmək üçün müəyyən yerlərə qarovul qoyduqlarının şahidi oldum. Zebra ovlamağa getməmişdim, amma ceyran ovlamaq da demək olar ki, qeyri-mümkün idi. Çünki nə vaxt birinə yaxınlaşmaq istəsəm, növbə tutan zebra təhlükəni hiss edər, ceyranları xəbərdar edərdi. Yenə zürafələrlə filləri də çox vaxt birlikdə tapardıq. Fillərin böyük qulaqları, olduqca yaxşı eşitmə duyğuları vardır, ancaq görmə duyğuları zəifdir. Zürafələr isə sanki müşahidə etmə qüllələrinə yerləşdirilmiş gözətçilər kimidir. Güclərini birləşdirdikdə görünmədən ya da hiss olunmadan nə fillərə, nə də zürafələrə yaxınlaşmağa imkan var. Daha maraqlı (daha doğrusu olduqca qəribə) bir əməkdaşlıq kərgədanlarla, dərilərinə basdırılan gənə növündən parazitləri ayırd etmək üçün kürəklərinə dırmaşıb oturan quşlar arasında idi. Bu quşlar həmişə dörd göz olar, yaxınlaşdığımızı çox uzaqdan hiss edən kimi çılğın qışqırıqla və dimdikləməklə qonağı olduqları heyvanı xəbərdar edərdilər. Kərgədan qaçmağa başladıqda quşlar bir qatardakı sərnişinlər kimi heyvanın kürəyinə asılıb yerlərindən ayrılmazdı.(109)
Kenneth Walkerin bu təsbitləri əslində həmişə rastlaşa biləcəyimiz fədakarlıq və əməkdaşlıq nümunələrinin çox az bir qismidir. İnsan ətrafında gördüyü bütün canlılarda bunlara bənzər davranışlara şahidlik edə bilər. Ancaq əhəmiyyətli olan insanın gördüyü bu təəccüblü nümunələr üstündə düşünməsidir.
Təsadüfən meydana gəlmiş, təbiətdə “həyat mübarizəsi” aparan bir canlının belə fədakar davranışlar göstərməsinin bir mənası varmı? Daha doğrusu belə bir canlıdan belə ağıllı və fədakarcasına davranışlar gözləmək mümkündürmü?
Əlbəttə deyil. Təsadüfən əmələ gəlmiş, şüursuz bir canlı “ağıl” əlamətləri göstərə bilməz. Başqalarını qorumasının lazım olduğunu düşünə bilməz. Bu canlıların bütün xüsusiyyətlərinin tək izahı, onları istiqamətləndirən, onlara bunları ilham edən Allahın varlığıdır.
Sonrakı səhifələrdə daha təfərrüatlı olaraq araşdıracağımız nümunələrdə, Allahın canlılar üzərindəki hakimiyyətini aydın şəkildə görəcəyik.
![]() |
Geyik ve zebra sürüleri genellikle birarada yaşarlar. Birbirlerinin düşmanlarını ise çok iyi tanırlar. Örneğin eğer zebralardan biri geyiklere saldırmak üzere olan bir düşmanı fark ederse geyik sürüsünü hemen tehlikeye karşı uyarır. |
![]() |
![]() |
Küçük kuşlar bazı hayvanların üzerinde yaşarlar ve tehlike anında çığlıklar atarak ev sahiplerini uyarırlar. |
![]() |
![]() |
Doğada evrimcilerin iddia ettikleri gibi sadece yaşamak için savaşan canlılar yoktur. Birçok canlı Allah'ın kendilerine ilhamıyla şefkatli ve fedakar davranışlar sergilerler. |
Birlik halında yaşamağın ən böyük üstünlüklərdən biri təhlükələrə qarşı daha çox qorunma təmin edilməsidir. Çünki birlik içində yaşayan heyvanlardan hər hansı biri təhlükəni hiss etdikdə səssizcə hadisə yerindən qaçmaq əvəzinə var gücüylə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər bir canlı növünün özünə xas bir xəbərdarlıq forması var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdikdə ətraflarındakı heyvanları qorxutmaq üçün quyruqlarını qaldırarlar. Ceyranlar isə maraqlı bir tullanma rəqsi edərlər.(110)
Bir çox kiçik quş, düşmənlərininin yaxınlaşmasını hiss etdikdə dərhal civildəməklə həyəcan siqnalı verərlər. Sarıasma quşu kimi növlər həyəcan siqnalları verdikdə kiçik tezlikli və hündürdən bir səs çıxardarlar. İnsan qulağı bunu incə bir fit kimi qəbul edər. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə mənbəyinin istiqamətinin başa düşülməməsidir.(111) Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üstünə çəkməyi gözə alır. Amma səsin istiqaməti qeyri-müəyyən olduğu üçün təhlükə nisbətən azalır.
Koloniyalar halında yaşayan böcəklərdə də, təhlükəni ilk hiss edən böcək bütün koloniyanı xəbərdar edər. Ancaq, təhlükəni xəbər verən böcəyin ifraz etdiyi həyəcan siqnalı iyi düşmənin də diqqətini çəkər. Buna görə də koloniyasını təhlükəyə qarşı xəbərdar edən böcək ölümü də gözə almış olar.(112)
Çəmənlik itləri böyük koloniyalar halında yaşayar. Sanki bir şəhər halına çevrilmiş olan yuvaları, təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır. Həmişə tuneldən kənarda və girişlərdə olan kiçik təpələr üstündə hər istiqaməti görə biləcək şəkildə arxa ayaqları üstündə durmuş növbə tutan heyvanlar olar. Nəzarətçilərdən biri, bir düşmən görsə, fit şəklində bir çox hürmə səsi çıxarar. Bu xəbərdarlıq, digər nəzarətçilər tərəfindən təkrarlanar və xəbərdarlıq, bütün şəhər tərəfindən eşidilərək təşviş vəziyyətinə keçilməsini təmin edər.(113)
![]() |
Çayır köpekleri daima tetiktedirler ve tehlike anlarında çığlıklar atarak çevrelerindeki tüm hayvanları uyarmalarıyla tanınırlar. |
Burada əvvəlcə diqqət çəkilməsi lazım olan bir məqam var. Əlbəttə ki, canlıların bir-birlərini fədakarcasına cəhdlərlə xəbərdar etməsi düşündürücüdür. Ancaq daha da əhəmiyyətlisi bu heyvanların hər birinin bir-birlərini “başa düşən” kimi olmasıdır. Yuxarıda bəhs etdiyimiz canlılardan biri, məsələn, dovşan quyruğunu havaya qaldırdığı vaxt, ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal başa düşər və buna görə tədbir görərlər. Oradan uzaqlaşmaları lazımdırsa uzaqlaşar, gizlənmələri lazımdırsa gizlənərlər. Burada düşünülməsi lazım olan şey budur: Bu heyvanlar bu işarəni gördükdə qaçmalarının lazım olduğunu başa düşürlərsə bu heyvanların əvvəlcədən bunu öz aralarında danışaraq qərarlaşdırmaları lazımdır ki, tək bir əmrlə tezliklə bunu həyata keçirsinlər. Əlbəttə ki, bu heç bir ağıl sahibi insanın qəbul edə bilməyəcəyi bir hadisədir. Elə isə qəbul edilməsi lazım olan şey, məhz bu həqiqət olandır: Bütün bu heyvanlar tək bir yaradıcı tərəfindən yaradılmış və onun ilhamı ilə hərəkət edirlər.
![]() |
Ceylan ve geyikler ilginç zıplama dansları ile diğerlerini tehlikelere karşı uyarırlar. |
Digər bir nümunə olaraq üzərlərində yaşayan quşların atdığı qışqırıqların təhlükəni xəbər verdiyini kərgədanların başa düşüb, buna uyğun reaksiya verdiklərindən bəhs etdik. Burada məhəl qoyulmaması qeyri-mümkün olan səviyyədə şüurlu davranışlardan danışılır.
Şübhəsiz ki, bir canlının təhlükəyə qarşı digər canlıları xəbərdar edəcək bir hərəkəti “ağlını işlədib tapması" və digərləri ilə razılaşıb bunu tətbiq etməsi qeyri-mümkündür. Bu vəziyyətdə qarşımıza çıxan bu şüurlu və ağıllı hərəkətlərin tək bir izahı var: Bu canlıların hər birinin sahib olduğu qabiliyyətlər, göstərdikləri davranışlar özlərinə öyrədilir. Bütün bunları bəhsi keçən canlılara öyrədən və tətbiq etdirən, hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyub saxlayan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allahdır.
Sürü halında yaşayan heyvanlar təhlükə vaxtında bir-birlərini xəbərdar etməklə yanaşı təhlükəyə qarşı birlikdə mübarizə apararlar. Məsələn, kiçik quşlar, şahin və ya bayquş kimi yırtıcı quşlar yaşadıqları yerə girdiyi vaxt sürü halında bu heyvanların ətrafında çəpər yaradarlar. Bu vaxt ətrafdakı digər quşları da həmin yerə çəkmək üçün xüsusi bir səs çıxardarlar. Kiçik quşların sürü halında göstərdikləri təcavüzkar hərəkətlər, yırtıcı quşları, ümumiyyətlə, həmin yerdən uzaqlaşdırar.(114)
Bir yerdə uçan bir quş sürüsü də eyni şəkildə bütün sürü üzvləri üçün bir qoruma təmin edər. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə buraxaraq uçarlar. Ancaq bir şahin gördükdə aralarındakı məsafələri aradan qaldırarlar. Beləliklə də, şahinin sürünün ortasına girməsini çətinləşdirərlər, şahin bunu etsə belə qanadları şikəst olar və ov edə bilməz.(115)
Məməli heyvanlar da sürülərinə bir hücum olduqda, sürü halında hərəkət edərlər. Məsələn, zebrlər düşmənlərindən qaçarkən balalarını sürünün ortasına ötürərlər. Bu mövzuyla əlaqədar belə bir nümunə verə bilərik: İngilis elm adamı Jane Goodall Şərqi Afrikadakı tədqiqatları əsnasında, düşmənlərindən qaçan bir zebra sürüsündən üç zebranın geridə qalaraq yırtıcı heyvanlar tərəfindən hər tərəfdən mühafizə olunduqlarını görmüşdür. Qruplarından üç üzvün təhlükə altında olduğunu fərq edən digər zebrlər dərhal geri qayıdaraq dırnaqları və dişləri ilə düşmənlərini qovaraq digər zebraları xilas etmişlər.(116)
Ümumiyyətlə, bir zebra sürüsü hücuma uğradıqda sürünün lideri olan zebra geridə qalar və dişilər ilə taylar qabaqda qaçar. Erkək zebra arxada ziqzaqlar cızaraq qaçar, cütlər atar, hətta bəzən geri qayıdıb təcavüzkar heyvanları da qovar.(117)
Delfinlər də həmişə dəstə halında gəzər və ən böyük düşmənləri olan köpək balıqlarına qarşı dəstə
![]() |
Her biri 350-400 kg ağırlığındaki yetişkin misk öküzleri omuz omuza vererek yavruları ve düşmanları arasında bir siper oluştururlar. Saldırı anında misk öküzleri geri geri gelerek bir daire oluştururlar ve yanda görüldüğü gibi yavruları ortalarına alırlar. Böylelikle yavrulara kesin bir koruma sağlanır. |
Delfinlər də həmişə dəstə halında gəzər və ən böyük düşmənləri olan köpək balıqlarına qarşı dəstə halında mübarizə apararlar. Delfinlər, köpək balıqları balalarını təhdid edəcək şəkildə yaxınlaşdıqda iki yetkin delfin dəstədən ayrılaraq köpək balığının diqqətini öz üzərilərinə çəkərlər. Köpək balığının diqqəti başqa yerdə olarkən, digər dəstə işçiləri bir anda köpək balığının ətrafında çəpər yaradar və hamısı bir yerdə köpək balığına zərbələr vurmağa başlayarlar.(118)
![]() |
Sürü halinde yaşamak yavrular için daima bir avantajdır. Örneğin tehlike anlarında sürüdeki yetişkinler yavruları aralarına alarak kesin bir koruma sağlarlar. |
Amma bundan daha maraqlı başqa bir davranışları da var. Delfin ailələri, ümumiyyətlə, uzunüzgəc balığı sürüləriylə birlikdə üzər və onlarla qidalanarlar. Buna görə də uzunüzgəc balığı ovçuları da delfin sürülərini təqib edər və münasib bildikləri yerdə torlarını atarlar. Ancaq uzunüzgəc balıqları üçün atılan torlara bəzən delfinlər də düşər. Delfinlər nəfəs alan canlılar olduqları üçün tora düşdükdə nəfəs ala bilmədikləri üçün çaxnaşıb şoka girər və dənizin dibinə tərəf enməyə başlayarlar. Ailələrinə olan bağlılıqlarından ötrü, digər delfinlər də dərhal tora ilişən delfinə kömək edərlər. Bütün ailə üzvləri tora ilişən delfinlə birlikdə suyun dibinə enər və onu xilas etmək üçün yuxarı doğru itələməyə çalışarlar. Ancaq bu səylərinin nəticəsində, ümumiyyətlə, bir çoxu tənəffüs edə bilmədikləri üçün ölərlər. Üstəlik bu, yalnız tək bir delfin ailəsinə aid olan bir davranış deyil, bütün delfin ailələri eyni vəziyyətlərdə eyni fədakarlığı göstərərlər.(119)
Boz balinalardan isə bir dişi yaralandığı vaxt, bir ya da birdən çox erkək balina ona kömək edər. Dişinin tənəffüs edə bilməsi üçün suyun səthində saxlayar ya da onu qatil balinaların hücumundan qoruyar.(120)
Müşk öküzləri də bir təcavüzkarla qarşılaşdıqda qaçmaq əvəzinə özlərinə təhlükəsiz bir çəpər yaradaralar. Bütün qrup üzvləri düşmənə arxalarını dönmədən öncə geri qayıdaraq bir dairə halına gələrlər. Balalar bu dairənin mərkəzində olar və analarının uzun tüklərinin altında saxlanarlar. Yetkinlər balaların ətrafını əhatə edərək onları tam bir qoruma altına alarlar. Təcavüzkarların üstünə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdar.(121)
Heyvanların təhlükə halları istisna olmaqla, ovlanma əsnasında göstərdikləri əməkdaşlıq mövzusunda da olduqca təəccüblü nümunələr var. Məsələn, qutanlar balıq ovlamağa daima sıx bir sürü halında gedərlər. Uyğun bir buxta seçdikdə isə, sahilə qarşı yarım bir dairə cızar və dayaz suda hərəkət edərək bu dairəni daraldarlar. Bu dairənin içinə girən bütün balıqları tutarlar. Ensiz yataqlı çaylarda və kanallarda iki qrupa belə ayrılarlar. Gecə olduqda da hamısı istirahət yerlərinə qayıdar və heç kim onları körfəzdəki yerləri ya da istirahət etmə yerləri məsələsində mübahisə aparakən görə bilməz.(122)
Canlıların bir-birləriylə bu qədər iç-içə həyat sürmələri, bir-birlərini axtarmaları, birlikdə hərəkət etmələri hər insanın üzərində düşünməsi lazım olan mövzulardır. Çünki əvvəldə də ifadə etdiyimiz kimi burada bəhsi keçən canlılar, şüurlu, ağıllı insanlar deyil, ağlı, şüuru olmayan zebrlər, quşlar, böcəklər, delfinlər və başqalarıdır.
Əlbəttə ki, canlıların bu əməkdaşlıqlarını öz iradələri ilə reallaşdırdıqlarını demək ağıl sahibi bir insan üçün qeyri-mümkündür. Ağıl sahibi bir insanın bu həqiqətlər qarşısında bu nəticəyə gəlməsi lazımdır: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir yaradıcının əsəridir. O yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allahdır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Və ardından özünə Quranda bildirilən bu ayələr üzərində düşünməlidir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır. (Sad surəsi, 66)
![]() |
Afrika kuşları meyvelerini yedikleri ağaçların dallarına resimde görüldüğü gibi dizilirler. Ve meyvelere ulaşamayan arkadaşlarını, meyveleri ağızdan ağıza geçirerek beslerler. |
Sürülər halında hərəkət edən Afrika quşları da bir-birləri ilə olduqca uyğundurlar və olduqca təəccüblü bir yardımlaşma nümunəsi göstərirlər. Bu quşların əsas qida mənbələrini, üzərlərinə qonduqları ağac budaqlarında olan meyvələr təşkil edir. Budaqların uc hissələrində olan meyvələrdən qidalanmaq isə ilk baxışda bu quşlar baxımından olduqca çətindir. Çünki meyvələr, budaqların ən uc hissəsində olduğundan, sürünün ancaq meyvələrə yaxın olan hissələrinə qona bilən üzvləri bunlardan qidalana biləcək, geri qalanları isə, həm budaq üzərində qona biləcəkləri kifayət qədər yer tapa bilmədiyindən, həm də meyvələrin az miqdarda olmasından ötrü ac qalma təhlükəsiylə qarşı-qarşıya qalacaqlar. Ancaq vəziyyət heç də zənn edildiyi kimi olmaz.
Birlikdə hərəkət edərək ağaca yönələn Afrika quşları, sanki aralarında razılığa gəlmiş kimi budaqların üzərinə növbə ilə qonaraq, yan-yana gələcək şəkildə düzülərlər. Budağın ucunda olan meyvələrə ən yaxın yerə qonmuş quşlar, qopardıqları meyvəni növbə ilə yanlarındakı digər koloniya üzvlərinə verərək, meyvənin ağızdan-ağıza daşınmasını və beləcə budağın ən dib hissəsində olan digər Afrika quşlarına çatdırılmasını təmin edərlər. Bu heyvanların belə üstün bir fədakarlığı göstərə biləcək bir ağla və iradəyə sahib olmadıqları düşünüldükdə birinci ağla gələn şey, növbənin ən başında olan quşun, yığdığı meyvəni yalnız özünə ayıra biləcəyi və beləcə, sürünün bütün qidalanma rejiminin də pozula biləcəyi ehtimalıdır. Ancaq bütün sürüdəki quşların tapdıqları meyvələri əvvəlcə özlərinə ayırmaları gözlənildiyi halda, bu heyvanlar heç görünməmiş bir nizam və intizam içərisində, sürünün qidalanması üçün mümkün ola biləcək ən uyğun üsulu tətbiq edərlər. Budaq üzərindəki bu cərgədəki quşlardan heç biri bu nizamı pozacaq bir rəftar göstərməz. Ancaq edilən bu yardımlaşma, yenə də bütün sürünün bir dəfədə qidalanmasına imkan verməz. Çünki quşların üzərinə qonduqları budaqdakı meyvələr, ümumiyyətlə, sürünün tərkibindəki saydan xeyli azdır. Buna görə də quşlar hər nə qədər yığdıqları meyvələri ağızdan-ağıza vermək surətiylə bir-birlərinə ötürsələr də, sürünün bir hissəsi kifayət qədər meyvə almadığından ac qalacaq. Halbuki, Afrika quşları hər dəfə budağa qonduqda, budaqların meyvələrə yaxın olan hissələrinə bu dəfə cərgənin ən sonunda qalmış və kifayət qədər qidalanmamış olanları qonar və bölgü işinə birinci olaraq onlar başlayar. (123)
Xüsusilə məməli heyvanlar doğumları əsnasında təhlükəyə olduqca açıq bir vəziyyətdədirlər. Həm ana, həm də yeni doğulan balalar ovçu heyvanlar üçün asan bir ovdurlar. Ancaq, ümumiyyətlə, bu canlılar doğarkən sürülərindən biri köməkçi olaraq yanında durar.
Məsələn, dişi antilop balalayacağı vaxt, sürünün kənarında kolluqların arasında bir yeri seçər. Doğum əsnasında isə yalnız qalmaz. Yanında sürüdə olan başqa bir dişi ona kömək etmək üçün hazır durar.
![]() |
![]() |
Yunuslar sürü halinde dolaşırlar ve birbirlerini tehlikelere karşı korurlar. Doğum sırasında ise mutlaka anne yunusa sürüdeki diğer yunuslar yardımcı olurlar. |
Doğum əsnasında yardımlaşmalarıyla məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balalarının doğular-doğulmaz su səthinə çıxmaları lazımdır. Buna görə də dişi delfin doğum əsnasında balaya kömək edərək onu burnuyla su səthinə doğru itələyər. Doğumdan dərhal əvvəl, ana delfinin hərəkətləri ağırlaşar. Buna görə də, doğum anında dişi delfinin yanında, ona doğumda kömək etmək üçün sürüdəki iki dişi delfin də olar. Köməkçi delfinlər, doğumdan əvvəl ona bir zərər gəlməməsi üçün ana delfinin iki yanında üzərlər. Vəzifələri, doğumdan əvvəl hərəkətləri ağırlaşan və buna görə də hər hansı bir təhlükəyə qarşı mübarizə apara biləcək bir gücə sahib olmayan ananı qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın iyinə görə olduqları yerə gələ biləcək köpək balıqlarına qarşı ananı böyük bir diqqətlə mühasirəyə alarlar.
![]() |
Fil yavrularına genellikle anneleriyle birlikte teyzeleri veya anneanneleri de bakar. |
İlk iki həftə bala anasının yanından heç ayrılmaz. Kiçik delfin doğulduqdan qısa bir müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayar. Ancaq yeni doğmuş ana delfin, balanın sürətli və cürətli hərəkətlərinə nəzarət edə bilməyəcəyi və onu kifayət qədər qoruyub saxlaya bilməyəcəyi üçün bu vəziyyətdə yenə araya köməkçi dişi delfin daxil olar və balaya mükəmməl bir qoruma təmin edər. (124)
Ana filə də doğumdan əvvəl köməkçi olmaq üçün hər zaman sürüdəki digər dişi fillərdən biri hazır vəziyyətdə durar. Sıx kolluq və ağacların arasında məharətlə gizlənən ana və ona doğumda kömək edəcək dişi fil, bala fili illər boyu qorumağa davam edər. Dişi fil, yanında balası olduğu halda, daha çox təcavüzkar və ayıq-sayıqdır. (125)
Fillərin və digər canlıların doğumdan əvvəl aralarında necə razılığa gəldikləri, kömək edəcək heyvanın doğum vaxtının gəldiyini və yoldaşının köməyə ehtiyacı olacağını necə təsbit edə bildiyi, əlbəttə ki, sual verilməlidir. Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacaracaq bir qabiliyyəti yoxdur. Həmçinin dünyanın hər yerində, fillər, bu yolla bir-birlərinə kömək edərlər. Eyni şey delfinlər və digərləri üçün də keçərlidir. Bu, hamısının tək bir yaradıcı tərəfindən yaradıldıqlarının və eyni yaradıcının hər an nəzarəti altında olduqlarının açıq bir göstəricisidir.
![]() |
Çakal yavrularının birçoğu büyüdükten sonra da annelerinin yanından ayrılmazlar. Ve bir sonraki yıl annelerinin yeni yavrularına bakıcılık yaparlar. Yandaki resimde kardeşiyle ilgilenen genç çakal görülüyor. |
Məməli sürüləri çox vaxt yaxın qohumluq əlaqələri qurarlar. Məsələn, tipik bir canavar sürüsünə bir erkək və bir dişi, yeni doğan balaları və bəlkə də əvvəlki doğumdan olan bir və ya iki gənc daxildir. Bütün yetkinlər balaları qorumaqda bir-birlərinə kömək edərlər. Bəzən sürüdəki dişilərdən biri “körpə baxıcılığı” üçün gecə boyu yuvada qalar. Beləliklə də, balaların anasına sürünün qalan hissəsi ilə birlikdə ova getməsi üçün fürsət verər.
Afrikalı ov itləri də hər biri təxminən on heyvandan ibarət olan bənzər sürülər içində yaşayarlar. Erkəklər və dişilər balaların qorunması və qidalanması məsələsində iş bölgüsü apararlar. Hətta balalara baxmaq üçün sanki yarışarlar. Bir ovu öldürdükdən sonra, ovlarını kaftarlardan qorumaq məqsədiylə yetkinlər, balaların ətrafında dairə cızar və ilk növbədə balaların qidalanmasına izn vərərlər.(126)
Pavian sürüsündə isə, ümumiyyətlə, qrupun lideri xəstə və ya yaralı paviana kömək edər. Yetkin pavianlar, ana və ya atası olmayan bir balanı övladlığa götürə bilərlər. Yetim balanın sürünün içində özləriylə birlikdə getməsinə və gecə yanlarında qalmasına izn verərlər. Sürü yer dəyişdirərkən əgər anasının kürəyində daşıya bilməyəcəyi qədər kiçik bir bala varsa, ana balasını əlindən tutaraq yeritmək məcburiyyətində qalar. Ancaq bala tez yorulduğu üçün tez-tez dayanmaq lazımdır. Bu da sürüdən geri qalmalarına səbəb olar. Bunu anlayan sürü lideri dərhal geri qayıdar, ana pavianın yanında irəliləməyə və bala durduqca onlarla dayanmağa başlayar.(127)
Çaqqallar, ümumiyyətlə, süddən kəsildikdən sonra da analarının yanında qalar və analarının özlərindən sonra doğduğu balalara baxarlar. Köməkçi çaqqal balalara yemək gətirərək və vəhşi heyvanları yuvadan uzaq tutaraq balalardan bir çoxunun həyatda qalmasına kömək edər.(128)
Qardaşlarına baxan canlıların tək nümunəsi çaqqallar deyil. Su toyuğu və pəncərə qaranquşu növlərində də birinci yuvadakı balalar, ikinci yuvada yeni doğulanların böyümələrinə kömək edərlər.
Bir çox arıquşu cütlükləri isə, başqa bir cütə balalarının baxımında kömək edərlər. Bu cür köməkləşmələr quşlar arasında çox sıx müşahidə olunur.(129)
Canlıların özlərinə aid olmayan balalara baxmaları, onların məsuliyyətlərini boynuna götürmələri təkamülçülərin iddialarını tamamilə etibarsız edən dəlillərdən biridir. Əvvəlcə də ifadə etdiyimiz kimi təkamülçülər fədakarlıq göstərən heyvanların genlərini sonrakı bir nəslə köçürmə qayğısı ilə hərəkət etdiklərini, buna görə də fədakarlıq kimi görünən davranışların əslində eqoistliklərindən qaynaqlandığını iddia edirlər. Ancaq bu hissədə də göründüyü kimi heyvanlar yalnız öz genlərini daşıyan canlılara deyil, digər ehtiyac içindəki canlılara da kömək edirlər. Yəni daha əvvəl üzərində dayandığımız təkamülçülərin “Eqoist gen” nəzəriyyəsi də digərləri kimi elmi əhəmiyyət daşımır. Ağıla və şüura sahib olmayan bir canlının genlərini sonrakı bir nəslə köçürmə qayğısına sahib olması onsuz da qeyri-mümkündür. Canlının genlərinin belə bir narahatlıq üçün proqramlandığını iddia etmək isə, bu proqramı həyata keçirən bir ağlın və şüurun varlığını qəbul etməkdir.
Aydındır ki, təbiətdə qarşımıza çıxan hər canlı və bu canlıların malik olduğu xüsusiyyətlər üstün bir yaradıcının varlığını aydın şəkildə göstərir. Məhz o yaradıcı, üstün şəfqət və mərhəmət sahibi olan Allahdır.
Qarışqalar, arılar və termitlər intizam, itaət, iş bölgüsü, həmrəylik və fədakarlıq əsasında qurulan bir təşkilat içərisində yaşayarlar. Bu kiçik canlılar, öz həyatlarını heçə sayaraq, sürfədən çıxdıqları vaxtdan ölənə qədər bütün enerjilərini sürfələrini və koloniyalarını qorumaq və qidalandırmaq üçün istifadə edərlər. Bir-birləriylə yeməklərini bölüşər, olduqları mühiti təmizləyər və hətta lazım gəldikdə digərləri üçün canlarını da verərlər.
Hər kəs nə iş görməsi lazım olduğunu çox yaxşı bilir və onu qüsursuzca yerinə yetirir. Hər biri üçün koloniyasındakı digər canlılar və xüsusilə müdafiəsiz sürfələr ön plandadır. Arıların, termitlərin və qarışqaların arasında tək bir eqoist hərəkətə belə rast gəlmək qeyri-mümkündür. Buna görə də koloniya halında yaşayan bu canlılar qüsursuz bir nizam içində həyat sürər və böyük uğurlar əldə edərlər.
![]() |
Korumaları ile gezen yaprak kesen karıncalar, ortada: balkarıncaları, altta: larvalara özenle bakan bakıcı karıncalar görülmektedir. Her karınca türünde farklı bir fedakarlık ve dayanışma örneğine rastlamak mümkündür. Kimi yaprak taşıyan arkadaşını korurken kimi de diğerleri için midesine yiyecek depolar. |
Peter Kropotkin, kitabında qarışqaların və termitlərin qarşılıqlı yardımlaşma nəticəsində nə qədər böyük bir uğur qazandıqları ilə əlaqədar təsbit etdiyi bir halı belə dilə gətirir:
Termit və qarışqaların möhtəşəm yuva və binaları, əgər insanlarınkı ilə eyni ölçülərdə olsaydı, xeyli üstün olduğu görüləcəkdi. Asfaltlanmış yolları və yerüstü keçid qalereyaları, geniş zalları və taxıl anbarları, taxıl sahələri, məhsul toplama əməliyyatları, yumurta və sürfələrinin baxımındakı ağıllı metodları və nəhayət cəsarətləri və üstün ağılları, bütün bunlar, ağır və gərgin həyatlarının hər mərhələsində tətbiq etdikləri qarşılıqlı yardımlaşmanın təbii bir nəticəsidir.(130)
Bu hissədə qarışqa koloniyalarında və arı şanlarında müşahidə olunan bəzi fədakarlıqlara və əməkdaşlıqlara yer veriləcək.
1. Qarışqa koloniyalarının ən əhəmiyyətli xüsusiyyətlərindən biri qarışqaların bir-birləriylə yeməklərini bölüşdürmələridir. Eyni koloniyadan olan iki qarışqa bir-biriylə qarşılaşdıqda əgər biri ac və ya suzsa və digərinin qursağında çeynənmiş və yarımçıq həzm olunmuş yemək varsa, ehtiyacı olan qarışqa yemək tələb edər. Və qursağı dolu olan qarışqa bunu heç vaxt rədd etməz, yeməyini digəri ilə bölüşər. Qarışqalar sürfələrini də qursaqlarındakı yeməklərlə qidalandırarlar. Hətta çox vaxt özlərinə başqalarına verdiklərindən daha az yemək ayırarlar.(131)
2. Qarışqa yuvalarında mükəmməl bir iş bölgüsü var və hər bir qarışqa boynuna düşən vəzifəni böyük bir fədakarlıqla yerinə yetirər. Bu qarışqalardan biri də qapıçı qarışqalardır. Bu qarışqaların vəzifələri yuvanın girişlərini qorumaqdır. Yuvaya yalnız öz koloniyalarından olan qarışqaların girməsinə izn verər və digərlərinin girməsinə isə izn verməzlər. Qapıcı qarışqaların başlarının böyüklüyü yuvanın girişi ilə eyni ölçüdə olub, bu xüsusi hazırlanmış baş quruluşları ilə yuvanın girişini tıxayarlar. Qapıçılar gün ərzində heç tərpənmədən qapının girişində gözləyərlər.(132) Buna görə də bir təhlükə vəziyyətində düşmənlə ilk mübarizə aparan qarışqalar, elə qapıçı qarışqalardır.
3. Qarışqalar mədələrindəki yeməyi bölüşmələri ilə yanaşı, tapdıqları qida mənbələrini də mümkün olduğu qədər çox qarışqaya xəbər vermək üçün səy göstərərlər. Davranışlarında yalnız özlərini düşünən bir mübarizə yoxdur. Qida mənbəyini birinci tapan qarışqa qursağını dolduraraq yuvaya qayıdar. Qayıdarkən qarnının ucunu qısa fasilələrlə yerə sürtər və yerdə kimyəvi bir işarə qoyar. Bununla da kifayətlənməz, yuvaya qayıtdıqda isə qısa müddətli və sürətlə dövr edər. Bunu 3-6 dəfə edər. Bu hərəkət yuvadakı yoldaşlarının onunla əlaqədə olmalarını təmin edər. Beləcə, kəşfiyyatçı qarışqa qida mənbəyinə geri qayıdarkən yoldaşları da onu təqib edər.
4. Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri bütün günü yarpaq daşımaqla keçirirlər. Ancaq yarpaq daşıyarkən olduqca müdafiəsizdirlər. Xüsusilə də bir ağcaqanad növünə qarşı belədirlər. Bu ağcaqanad növü yumurtalarını qarışqanın başına qoyar. Qarışqanın bədənində vaxt ərzində inkişaf edən yumurtadan çıxan ağcaqanad sürfəsi heyvanın beyninə qədər irəliləyərək ölümünə səbəb ola bilər. İşçi qarışqalar yarpaq daşıdıqları vaxtlarda bu təhlükəli düşmənlərinə qarşı özlərini qoruya bilməyəcək vəziyyətdədirlər. Ancaq onların əvəzinə bu vəzifəni başqaları boynuna götürər. Eyni koloniyada yaşayan kiçik boylu qarışqalar daşınan yarpaqların üstünə yerləşir və ağcaqanadın hücumu vaxtı bu kiçik qoruyucular yarpağın üstündə düşmənə qarşı mübarizə aparırlar.(133)
5. Bəzi qarışqalar yarpaq bitlərinin, tərkibində yüksək dozada şəkərli maddə olan həzm artıqları ilə qidalanar və buna görə də bu qarışqalara bal qarışqaları deyilər. Bal qarışqaları yarpaq bitindən əmdikləri bu şəkərli qidanı yuvalarına daşıyar və burada olduqca maraqlı bir üsulla saxlayarlar. Gənc işçi qarışqalardan bəziləri “canlı qab” funksiyası yerinə yetirərlər. Balı udan işçilər yuvaya qayıtdıqda, əvvəlcə ağızlarındakı balı çıxarmaqla, həmin balı saxlayacaq gənc işçilərin ağızlarına boşaldarlar. Bal daşıyan qarışqalar, bədənlərinin aşağı hissəsini şişirdərək bal kisəsi olaraq istifadə edərlər. Bəzən bir üzüm dənəsi qədər böyüklükdə ola bilər. Hər otaqda 25-30 qarışqa, ayaqlarıyla tavana yapışar və yerlərini dəyişdirməzlər. Əgər hər hansı biri düşəcək olsa, işçilər tərəfindən dərhal əvvəlki yerinə qaytarılacaqdır. Canlı qabların daşıdıqları bal, qarışqanın təxminən 8 qatı ağırlığındadır. Qışda ya da quraq fəsillərdə, adi işçilər bal qablarının yanına gedərək gündəlik qida ehtiyaclarını ödəyərlər. İşçi qarışqa ağzını qab vəzifəsi yerinə yetirən qarışqanın ağzına yerləşdirər və balı daşıyan qarışqa bal kisəsindəki əzələlərini sıxaraq kiçik bir damcı bal damızdırar. Şübhəsiz ki, qarışqaların öz iradələri ilə belə bir saxlama sistemi hazırlamaları qeyri-mümkündür. Üstəlik, qab vəzifəsi yerinə yetirən qarışqa böyük bir fədakarlıq göstərər. Öz ağırlığının 8 qatı ağırlığında bir yük daşıyaraq uzun bir müddət tərsinə asılmış vəziyyətdə dayanmaq əhəmiyyətli bir fədakarlıqdır və bu qarışqaların bundan gözlədikləri heç bir qarşılıq da yoxdur. Böyük bir səbirlə tərsinə asılmış vəziyyətdə duraraq gözləyər və koloniyadakı qarışqaların tək-tək qidalanmalarına kömək edərlər. Bu metodun və bu metoda uyğun bədən quruluşunun təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi qəti bir həqiqətdir. Və nəsillər boyunca hər bal qarışqası koloniyasında bu vəzifəni könüllü olaraq boynuna götürən qarışqalar var. Bu, bütün bal qarışqalarının Rəbbi olan Allahın ilhamı ilə hərəkət etdiklərinin çox aydın bir dəlilidir.
6. Qarışqaların vaxtaşırı tətbiq etdikləri bir müdafiə olunma metodu da, lazım gəldikdə koloniyalarını qorumaq uğruna intihar edərək, düşmənlərinə zərər verməyə çalışmaqdır. Bir çox qarışqa növü bu intihar hücumlarını müxtəlif formalarda həyata keçirir. Bu qarışqaların ən maraqlı olanlardan biri Malayziyanın yağışlı meşələrində yaşayan qarışqa növüdür. Bu qarışqanın çənəsində bədəninin arxasına tərəf uzanan zəhərlə dolu bir ifrazat vəzi olar. Əgər qarışqa düşmənləri tərəfindən mühasirəyə alınsa, qarın əzələlərini şiddətli bir şəkildə sıxaraq ifrazat vəzlərini cırar və zəhəri düşmənin üstünə fışqırdar və ölər.(134)
7. Dişi və erkək qarışqalar çoxala bilmək üçün ayrı-ayrı fədakarlıqları gözə alarlar. Cütləşmə uçuşundan qısa bir müddət sonra qanadlı erkək qarışqa ölər. Dişi qarışqa isə özünə uyğun bir yuva axtarar və tapdıqda bura girərək ilk növbədə qanadlarını qoparar. Daha sonra girişi bağlayaraq həftələrlə, bəzən aylarla yeməksiz və təkbaşına qalıb, kraliça qarışqa olaraq ilk yumurtalarını qoyar. Bu vaxt içində qanadlarını yeyərək yaşayar. İlk yumurtadan çıxan sürfələri öz tüpürcəyiylə qidalandırar. Bu, kraliça qarışqanın təkbaşına fədakarlıq edərək keçirdiyi bir dövrdür. Bu yolla koloniyasını qurmağa başlayar.
8. Əgər yuvaları zəbt edilsə, qarışqalar hər nə bahasına olursa olsun, balalarını qorumaq üçün fəaliyyətə başlayar. Yuvadakı əsgər qarışqalar dərhal basqın edilən yerə hücum edər və düşmənlə döyüşər. İşçi qarışqalar isə köməyə ehtiyacı olan sürfələrin həyatını xilas etmək üçün uşaq otaqlarına qaçar. Sürfələri və gənc qarışqaları çənələrində yuvanın kənarına daşıyar və düşmənləri gedənə qədər onları bir yerdə gizlədərlər.(135) Belə bir təhlükə vaxtında qarışqa kimi bir heyvandan gözlənilən öz başının çarəsinə baxması və özünə gizlənəcək bir yer axtarmasıdır. Ancaq nə əsgər qarışqalar, nə qapıda növbə tutan qarışqalar, nə də işçi qarışqalar öz həyatlarını düşünməzlər. Hər biri başqa biri üçün öz həyatını fəda edər. Bu, mümkün ola biləcək ən üstün səviyyədə bir fədakarlıqdır. Və milyonlarla ildir ki, bütün qarışqalar bu şəkildə davranarlar.
Bura qədər izah etdiklərimiz, şübhəsiz ki, heyvanlar aləmində yaşanan olduqca təəccüblü davranışlardandır. Ancaq əhəmiyyətlə diqqət yetirilməsi lazım olan, bu təəccüblü davranışları həyata keçirən canlıların olduqca kiçik qarışqalar olmasıdır. Qarışqalar insanların hər gün görməyə vərdiş etdikləri, elə də əhəmiyyət vermədikləri canlılardır. Ancaq onların fərqində olmadığımız bu davranışlarını araşdırdıqda qarşımıza çıxan ağıl, diqqətdən kənarda qoyulmayacaq dərəcədə böyükdür. Gözlə görülməyəcək qədər kiçik sinir əlaqələrindən ibarət olan bir beynə sahib olan bu varlıqlar, özlərindən heç gözlənilməyən, sanki şüurlu hadisələr həyata keçirirlər. Çünki bu canlılar milyonlarla ildir ki, heç səhv etmədən, tək biri belə intizamı pozmadan özlərinə əmr olunanı qüsursuzca tətbiq edirlər. Onlar yaradıcımız olan Allaha təslim olmuş və Onun ilhamı ilə hərəkət edirlər.
Qarışqalar kimi bütün canlıların Allaha olan təslimiyyəti Quranda belə bildirilir:
…Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır (Ali İmran surəsi, 83)
![]() |
Qarışqalarda müşahidə olunan harmoniya və həmrəyliyin bir bənzəri də arı şanlarında yaşanır. Xüsusilə işçi arıların göstərdikləri fədakarlıqlar işçi qarışqalarla böyük bənzərlik təşkil edir. Hər iki növün işçiləri də yuvalarındakı kraliça və özlərinə aid olmayan sürfələr üçün ölənə qədər dayanmadan çalışırlar.
Bir arı şanında kraliça, kraliçanı mayalandırmaqla mükəlləf olan erkəklər və işçi arılar olur. Şanın bütün işləri qeyd etdiyimiz kimi, işçi arılara aiddir. Bu işlərə pətəklərin inşası, şanın təmizliyi və təhlükəsizliyi, kraliçanın və erkək arıların qidalanmaları, sürfələrin baxımı, yumurtaların böyüyəcəyi otaqların inkişaf edəcək arıya (işçi, kraliça, erkək) görə inşası, bu otaqların hazırlığı, təmizlənməsi, yumurtaların inkişaf edəcəyi müvafiq temperaturun və rütubətin təmin edilməsi, arı sürfələrinin ehtiyaca görə qidalanması (arı südü, bal və çiçək tozu qarışığı), nektar, çiçək tozu, su və ağac şirəsinin toplanması və s. daxildir.
Bir işçi arının həyatı boyunca keçirdiyi mərhələləri və bu mərhələlərdə nümayiş etdirdiyi fədakarcasına davranışları belə sıralaya bilərik:
1. Bir işçi arının ömrü təxminən 4-6 həftədir. İşçi pupdan çıxdıqdan sonra 3 həftədən bir az daha qısa bir müddət ərzində şanın içində işləyir. İlk işi inkişaf etməkdə olan arılara baxıcılıq etməkdir. İşçi anbarlardan aldığı bal və çiçək tozları ilə qidalanar, ancaq aldığı qidanın böyük hissəsini sürfələrə yedirər. Bunu əvvəlcə qidanı qismən çıxartmaqla, qismən də başındakı xüsusi bəzi ifrazat vəzlərindən ifraz etdiyi jelatinli maddəni onlara verərək həyata keçirər.
Burada bir an dayanıb düşünmək lazımdır. Pupdan yeni çıxmış bir canlı yerinə yetirməsi lazım olan vəzifəni necə bilir və bunu hansı səbəbə görə əsla etiraz etmədən bütün bal arıları tətbiq edirlər? Olması lazım olan, pupdan çıxan bir bal arısının heç bir şüur əlaməti göstərmədən, fədakarlıq etmədən öz həyatını davam etdirməyə çalışmasıdır. Amma belə olmaz, arı özündən gözlənilməyəcək bir intizam və məsuliyyət anlayışıyla baxıcılıq vəzifəsini yerinə yetirər.
2. İşçi arı təxminən 12 günlük olduğu vaxt, bal mumu vəziləri də inkişaf edər. Arı həmin vaxt içində sürfələrin böyüdüldüyü və qidanın toplandığı, altıbucaqlı hüceyrələrdən ibarət şanı təmir edər və əlavələr etmə işinə başlayar.
3. İşçi arı 12 günlük olduğu vaxtdan 3 həftəlik olana qədər yuvaya qayıdanların gətirdikləri nektarı və çiçək tozunu qəbul edər. Nektarı bala çevirib saxlayar. Həmçinin, şanın təmizlənməsi ilə məşğul olar. Ölü arıları və digər zibilləri çölə daşıyar.
4. 3 həftəlik olduğu vaxt artıq şan üçün lazımlı olan nektarı, çiçək tozu, su və qatranı toplamağa gedə biləcək vəziyyətdədir.
Kifayət qədər inkişaf edən işçilər nektar verən çiçək axtarmaq üçün çölə çıxarlar. Qida təmin etmək çox çətin bir işdir. Bir işçi arı 2-3 həftə işlədikdən sonra əldən düşər və ölər.(136) Ancaq əsl əhəmiyyətli olan budur ki, bir arı öz ehtiyacından çox bal hazırlayar. Məhz bu, izah edilməsi lazım olan bir vəziyyətdir. Yalnız öz həyatını davam etdirmə mübarizəsi içində olan, şüursuz bir canlının belə zəhmətli bir işi israrla, əsla imtina etmədən davam etdirməsi qətiyyən təkamülçü boş sözlərlə izah edilə bilməz.
Burada qarşımıza çıxan Allahın başqa bir ayəsidir. Əvvəlcə də bildirdiyimiz kimi, Allah Nəhl surəsində bal arısına bal hazırlamasını “vəhy etdiyini” bildirir. Məhz bal arılarının göstərdikləri üstün fədakarlıq nümunəsinin tək səbəbi budur. Onlar Rəbbinin onlara olan əmrini yerinə yetirirlər. Bu həqiqət qarşısında insana düşən isə Nəhl surəsindəki ayənin davamında xəbər verilir: “…Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Nəhl surəsi, 69)
![]() | ||
1. İşçi arılar larvalara bakıyorlar | 3. Kovanın kapısında nöbet tutan arılar | 4. Petekleri temizleyen arılar |
5. İşçi arıların qida axtarmağa çıxmadan əvvəl etdikləri çox əhəmiyyətli bir vəzifələri də var: Növbətçilik.
Hər bal arısı şanının qarşısında növbətçi arılar olur. Vəzifələri, şana girməyə çalışan əcnəbilərə mane olmaq və onları geri qaytarmaqdır. Şanın iyini daşımayan hər hansı bir canlı, digər arılar və sürfələr üçün təhlükə və düşmən olaraq qəbul edilir.
Şanın girişində bir əcnəbi göründüyü vaxt, növbətçi arılar çox sərt reaksiyalar verirlər. Qanadlarının güclü vızıltısı dərhal yaxınlıqdakı digər arıları xəbərdar edər. Növbətçilər əcnəbiyə qarşı zəhərli iynələrindən istifadə edərlər. Bu zəhər həmçinin şanda yayılan bir iyi xatırladır və güclü bir təhlükə siqnalı olaraq təsir edir. Bununla da arılar döyüşməyə hazır olaraq şanın girişinə gəlirlər.
Əgər növbətçi arı düşmənini sancarsa, yaraladığı yerdən zəhər yeridərək, daha çox iy salar. İy nə qədər kəskin olsa, arılar da o qədər həyəcanlı və döyüşən olarlar.(137)
Bir arı şanını qorumaq əslində intihar mənasına gələ bilər. Bir bal arısının iynəsi, bir kirpinin tikanı kimi kiçik oxlara malikdir. İynə bir çox heyvanın bədənindən çıxmaya bilər. Arı uçmağa çalışarkən iynə dəridə qalar və arının qarnının arxa tərəfi cırılar. Qarnın cırılmış hissəsində, zəhər ifrazatı və ona nəzarət edən sinirlər vardır. Arı bu yaralanmadan ötrü ölərkən, şanda olan digərləri bundan faydalanar. Ölən arıdan qopan ifrazat vəzi, qurbanının yarasına zəhər nəql etməyə davam edər.(138)
Kiçik bir canlının dünyaya gəldiyi vaxtdan etibarən heç dayanmadan və yorulmadan başqaları üçün çalışması, onlara böyük bir qayğı göstərməsi və hətta onlar üçün ölümü belə gözə alması necə izah oluna bilər? Üstəlik, dünyanın hər yerində və milyonlarla ildir ki, bütün bal arıları və qarışqalar eyni fədakarlıqları göstərirlər. Qısa ömürlərində çoxsaylı fədakarlıqlar göstərən bu canlıların üstün bir yaradıcı olan Allahın ilhamı ilə hərəkət etdikləri açıq-aydın bir həqiqətdir.
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)
108. Peter Kropoktin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm
109. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, s. 48- 49
110. Tony Seddon, Animal Parenting, s.42
111. Peter JB Slater, The Encyclopedia of Animal Behavior, s.114
112. Edward O. Wilson, Sociobiology: The New Synthesis , The Belknap Press of Harvard University Press, England 1975, s. 123
113. David Attenborough, Yaşadığımız Dünya, İnkılap Kitabevi 1985, s.178
114. Edward O. Wilson, Sociobiology: The New Synthesis, The Belknap Press of Harvard University Press, England 1975, s.123
115. Russell Freedman, How Animals Defend Their Young, s. 69
116. Russell Freedman, How Animals Defend Their Young, s.66-67
117. David Attenborough, Yaşadığımız Dünya, s. 185
118. Russell Freedman, How Animals Defend Their Young, s.66-67
119. Russell Freedman, How Animals Defend Their Young, s.77
120. Hayvanlar Ansiklopedisi, s.105
121. Russell Freedman, How Animals Defend Their Young, s. 75
122. David Attenborough, Life of Birds, s.140
123. Bilim ve Teknik, Eylül 1992, s.58
124. Hayvanlar Arsiklopedisi, (Memeliler), s.29
125. Hayvanlar Arsiklopedisi, (Memeliler), s. 80
126. Russell Freedman, How Animals Defend Their Young, s.69
127. Russell Freedman, How Animals Defend Their Young, s.72
128. John Sparks, The Discovery of Animal Behavior, s. 264
129. Giovanni G. Bellani, Quand L'oiseau Fait Son Nid, s.20
130. Peter Kropoktin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm
131. Peter Kropoktin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm
132. Bert Hölldobler-Edward O. Wilson, The Ants, Harvard University Press, 1990, s.330-331
133. National Geographic, Temmuz 1995, s. 100
134. Bert Hölldobler-Edward O. Wilson, Journey To The Ants, Harvard University Press, 1994, s .71
135. Russell Freedman, How Animals Defend Their Young, s. 43
136. Hayvanlar Ansiklopedisi, Böcekler, s. 97-98
137. Russell Freedman, How Animals Defend Their Young, s. 22-23
138. Russell Freedman, How Animals Defend Their Young, s. 63