And olsun tövşüyə-tövşüyə çapanlara! And olsun dırnaqları ilə qığılcım çıxaranlara! And olsun sübh çağı həmlə edənlərə ki, hücuma keçib tozanaq qaldıraraq qoşunun içərisinə soxulurlar.
(Adiyat surəsi, 1-5)
Qurana baxdığımızda, möminlərin, ən başda da peyğəmbərlərin, həyatları boyunca küfrlə mübarizə etdiklərini görərik. Peyğəmbərlərin ictimai mühitlərə girdikləri, küfrün liderləriylə görüşüb İslamı təbliğ etdikləri, inkarçılara sinə gərərək cihad etdikləri Quranın bizə çatdırdığı, tarixin də şahidlik etdiyi bir həqiqətdir. Eyni vəziyyət peyğəmbərlərin izindən gedən möminlər üçün də məqbuldur. Möminlər, İslamı təbliğ etmək, küfrlə mübarizə aparmaq üçün hər fürsətdə inkarçıların içinə girər və Quranın əmrlərini yerinə yetirərlər.
Buradan da aydın olduğu kimi mömin, Quranda bildirilən ya da işarə edilən qanuni və zəruri şərtlər mövcud olduğunda küfr mühitlərində ola bilər; daha doğrusu olması şərtdir. Bunlar; İslamı təmsil və ya təbliğ etmək, "kafirləri “kin və qəzəblə qiyam qaldırdıracaq” bir yerə ayaq basmaq", küfrün zülm və ədalətsizliyinə qarşı mübarizə aparmaq, məlumat əldə etmək kimi dinin mənfəətlərinə istiqamətli vəziyyətlərdir.
Buna görə, əvvəldən bəri toxunduğumuz, küfrdən maddi və mənəvi olaraq qopub-ayrılma mövzusu, qətiyyən cihad hadisəsinə maneə törədən bir mücərrəd anlayış deyil. Bunun xaricindəki birliklərin, eşqbazlıqların səbəb və nəticələrini isə əvvəlki hissələrdə təfərrüatlı olaraq izah etdik.
Bəs qanuni bir səbəblə küfrün arasında olan mömin necə olar?
Möminin əsl keyfiyyəti, küfrün hakim olduğu, içində heç kimin Allahı xatırlamadığı, Allahı unutmağa istiqamətli bütün şərtlərin meydana gəldiyi mühitlərdə müəyyən olar. Rəhmani bir məqsədlə küfrün arasına girən bir mömin, hər cür şərtdə və mühitdə Allaha bağlı olduğunu, bağlılığının qırılmadığını, itaəti, etidalı, şəxsiyyəti və nəcibliyi əldən buraxmadığını isbat edəcəyi bir imtahan mühitinin özü üçün xüsusi olaraq yaradıldığını bilər. Bu səbəblə, küfrlə bir yerdəykən, orada mövcud olma niyyətini heç vaxt ağlından çıxarmaz, Allahla olan əlaqəsini və imani dərinliyini heç vaxt itirməz.
Halbuki, belə bir mühitdə, imani yetkinliyi tamamilə əldə edə bilməmiş bir insanın nəfsindəki mənfi düşüncə və meyillər təbii olaraq ön plana çıxar. Hadisə bir anda ibadət ölçüsündən çıxaraq nəfsani bir ölçüyə doğru gedər. Bunun nəticəsində ixlası zədələnildiyindən, etməli olduğu işə lazım olduğu kimi fikrini cəmləyə bilməz, buna görə də, edilən işdən də tam bir səmərə əldə edilməz. Buna görə, küfr mühitinə, başlanğıcda qanuni və lazımlı bir səbəblə girilmiş olsa belə, sonradan nəfsə ən kiçik bir pay ayırmamalı, onu həmişə nəzarət altında saxlayaraq həqiqi məqsədə kilidlənməlidir.
Mömin, küfrün içinə girdiyində İslamı təmsil etdiyinin şüurundadır. Bu səbəblə də bu mühitə, olduqca ən təsirli və ehtişamlı bir şəkildə girər. Nəfsinin bu ehtişamdan özünə pay çıxarmasına da icazə verməz. Getdiyi yerdə Allahı unudaraq qəflətə qapılmaq, tipinin, paltarının, avtomobilinin və ya mühitin təsirinə düşmək, qəti olaraq iman etmiş bir mömin üçün olacaq şey deyil. Belə bir vəziyyətə düşmək, küfrə təsir etmək, qəzəbləndirmək və ya heyran buraxmaq bir tərəfə, tam tərsinə İnsanın özünün küfrdən təsirlənməsinə, şüuraltının şeytani təlqinlərə açıq və müdafiəsiz bir hala düşməsinə gətirib çıxarar. Çünki Allahı unudan insana qəti olaraq şeytan müsəllət olacaq:
Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)
Küfr mühiti də bu insan və cin şeytanlarının ən sıx olduğu mühitlərdən biridir. Bu "şeytan"ların həmişə fürsət gözlədikləri, ən kiçik bir səhv və qəfləti belə qiymətləndirəcəkləri unudulmamalıdır. Belə bir mühitdə daha çox ayıq və diqqətli olmaq vacibdir. Bu da ancaq, "Və de ki: “Rəbbim, şeytanın vəsvəsələrindən sənə sığınaram. və onların mənim yanımda olmalarından da sənə sığınaram Rəbbim." (Muminun surəsi, 97-98) ayəsində ifadə edildiyi kimi, şeytanın verə biləcəyi mənəvi zərərlərdən, vəsvəsə və mənfi təlqinlərdən Allaha sığınmaqla mümkün olar. Çünki, şeytanın Allahın ixlaslı qullarına heç bir zərərinin toxuna bilməyəcəyi, ayələrlə zəmanət altına alınmışdır:
İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.(Hicr surəsi, 39-40)
Məqsəddən ən kiçik bir azma olmadan, tam bir ixlasla, Allahın razılığını qazanmaq, Allahın şanını ucaltmaq, küfrü öz məkanında qəzəbləndirmək kimi səmimi və xalis bir niyyətlə hərəkət edildiyində isə, artıq Allahın qəti bir müvəffəqiyyət verəcəyi şübhəsizdir. Özlərinə aid sandıqları məkanlarda ixlaslı, qərarlı, güclü imana sahib möminləri görən inkarçılar, əllərində olmadan Allahı, ölümü və cəhənnəmi xatırlayarlar. Bu vəziyyətdən də fövqəladə dərəcədə narahat olarlar. Buna görə doyunca yaşamaq istədikləri üsyan, günah və sərhəd tanımazlığın zövqünü tam olaraq dada bilməz, illərdir basdırdıqları vicdanlarının səsini yenidən duymaqdan narahat olarlar.
... kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.(Tövbə surəsi, 120)
Təsir və Müvəffəqiyyəti Yalnız Allahdan Gözləyər, Yalnız Allaha Güvənib Arxayın Olar:
Mömin, hər zaman olduğu kimi, küfrlə əlaqədə olarkən də dua halındadır. Çünki onu müvəffəqiyyətli edəcək, küfr üzərindəki heybət və təsiri yaradacaq olan, maddi imkanları, xarici görünüşü ya da zəkası deyil, ancaq Allahdır. Allahın müvəffəqiyyət verməsi isə, səbəblərə deyil, birbaşa niyyətə və duaya bağlıdır. Allah, duaya verdiyi əhəmiyyəti "De ki: ‘Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?..'" (Furqan surəsi, 77) ayəsiylə də açıq şəkildə bildirmişdir.
Həqiqətən də gözəllik, zənginlik və ehtişam yalnız bir vəsilədir. İxlaslı, dürüst, Allah rizası üçün bir hərəkət olduğu təqdirdə, Allah bu fiziki üstünlüklərə həmçinin, mənəvi gözəllik və üstünlük əlavə edər. O zaman da metafizik və sarsıdıcı bir üstünlük ortaya çıxar. Bu üstünlük, möminin yalnız xarici görünüşünə deyil, hərəkət, söhbət və rəftarlarına da əks olunar. Bütün hərəkət, rəftar və söhbətləri son dərəcə ağıllı olar. Bütün bu xüsusiyyətlər də küfrə, sanki ovsunlanmışcasına, həddindən artıq dərəcədə təsir edər.
Quranda, hz. Yusifin başına gələnlərin izah edildiyi hekayədə bu ilahi qaydanın ən gözəl nümunəsini görərik. Hz. Yusif çox üstün bir fiziki gözəlliyə malikdir. Lakin ayədə, onu görən qadınların onu gözlərində daha da "böyütdükləri" və sanki bir mələk hesab etdikləri ifadə edilər:
Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusifa: “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”(Yusif surəsi, 31)
Deməli, Allah hz. Yusifi onlara, zahiri gözəlliyindən daha gözəl və heybətli göstərmişdir. Gözəlsə, Allah daha da gözəl göstərmiş, fiziki üstünlüyü qat-qat artmışdır. Onu mələyə bənzətmələri də ondakı bu mənəvi gözəllik, heybət və nəciblikdən, imanındakı üstünlükdən qaynaqlanmışdır.
Qadınlar, daha əvvəl yer üzündə heç rast gəlmədikləri bir heybət və gözəlliklə, üstünlük və keyfiyyətlə qarşılaşdıqları üçün, hz. Yusifin onlar üzərindəki təsiri də çox böyük və daimi olmuşdur. Tam fərqli, gündəlik həyatda heç rast gəlmədikləri bir ölçüylə qarşılaşmış, maraq və heyranlıqları da eyni dərəcədə olmuşdur.
Hz. Yusif nümunəsində olduğu kimi, Allah ixlaslı bir mömini bu cür əlavə xüsusiyyətlərlə təmin etməsə, onun ətrafa qarşı verəcəyi təsir, adi bir yaraşıqlı, adi bir zəngin və ya adi bir ağıllı ya da mədəni insanın meydana gətirdiyi yenə adi və keçici bir təsir və heyranlıqdan kənara çıxmaz. Ən gözəl bədən quruluşuna da sahib olsa, ən qəşəng və bahalı paltarları da geysə, saatlarla danışsa, yenə də lazımlı və daimi təsiri yarada bilməz; o mühitdən ayrıldığında da silinər gedər.
İnkar edənlərin, hər zaman can düşmənləri olaraq gördükləri möminlərin, bütün hərəkət və ifadələrindən əks və mənfi mənalar çıxara biləcəklərini, ön mühakiməli və düşüncəsizcə yaxınlaşa biləcəklərini yaddan çıxarmamalıdır. Bu səbəblə, mömin, küfrün içində edəcəyi hər hərəkət və söhbətin, hər davranışın, ən incəliyinə qədər ölçülü və idarəli olmasına, qarşı tərəfin şantaj olaraq istifadə edə biləcəyi ən kiçik bir hərəkətə belə maksimum ölçüdə diqqət yetirər. Küfrün ən əsas xüsusiyyəti olan lağlağılığa əsas verən heç bir davranışda olmamağa, heç bir ifadə istifadə etməməyə diqqət göstərər. Bütün bunları edərkən də həm təbiilik və səmimiyyət ölçüsündən ayrılmaz, həm də küfrlə üz-göz olmayacaq bir təmkin və nəcibliyi həmişə mühafizə edər.
Bu qədər incə bir tarazlıq və idarəni təmin etmək adi bir insan üçün ilk baxışda çətin görünsə də, nəciblik, təmkin, ağıllı, şüurlu, ölçülü və idarəli davranmaq möminin onsuz da təbii xüsusiyyətidir. Buna görə, edilən hərəkət əsnasında ixlaslı olub, yalnız Allaha güvənildiyi təqdirdə, Allahın möminə köməkçi olacağı, onu küfrün qarşısında qətiyyən hörmətdən salmayıb ucaldacağı şübhəsizdir. Belə bir vəziyyətdə insanın hər hərəkətinin və hər sözünün Allahın qoruması altında olacağı mütləqdir.
Buna qarşı olaraq, küfrün arasına ixlassız və nəfsani bir şəkildə girildiyində tamamilə fərqli ilahi qanunlar baş verər. Belə bir hərəkətin qarşılığında, müvəffəqiyyətsizlik, alçalma, xəcalətli olma, çətin vəziyyətdə qalma, zərər çəkmə kimi nəticələri də ən başından gözə almaq vacibdir. Bu tip bir vəziyyət, küfrdə daha əvvəldən buraxılmış olan müsbət təsiri də-əgər varsa-zədələyər, hətta yox edər. Belə bir vəziyyətdə, qarşı tərəfdəki inkarçı, ya özünün əvvəldən yanıldığını və o insanı əvvəldən gözündə çox böyüdüb şişirtdiyini düşünər, ya da zəka və diqqətlilik dərəcəsinə görə, onda əvvəlki halından bir fərqlilik olduğunu sezər. Qarşısındakının zəifliyini və mənəvi geriləməsini bəzi inkarçılar da bu şəkildə qeyri-iradi olaraq hiss edə bilərlər. Buna görə, küfrün arasında olan imanlı bir insan, bütün mömin birliyini təmsil etdiyi üçün, hadisənin digər ucu da fəaliyyətin və möminlərin hamısına toxunar. Hər nə qədər, ən mənfi hadisə, ən mənfi inkişaf belə nəticədə İslamın xeyrinə çevrilsə də, fərdi olaraq edilə biləcək hər cür səhvin, veriləcək hər cür yanlış imicin bütün möminlərə və fəaliyyətə əks oluna biləcəyini də ağıldan çıxartmamaq lazımdır.
İxlas, səmimiyyət və fəaliyyət şüurundan məhrum, əzik və zəif şəxsiyyətli, sözünü, oturub qalxmasını, geyinməsini bilməyən kəslərin İslam adına küfrün qarşısına çıxmaları, inkarçıların özlərinə olan etibarlarını artırar, küfrlərini gücləndirər. İnkarçılar, belə bir kimsənin imanının, bu səbəbdən şəxsiyyətinin zəifliyindən, fərdi zəifliklərindən cəsarət alarlar. Aldıqları bu cəsarətin nəticəsində də bəzən o möminə istər eyham yoluyla, istərsə də bilavasitə öz sistemlərini, düşüncə və həyat tərzlərini müdafiə etmə, tərifləmə və ya açıqlama cəhdinə girərlər. Hətta daha da irəli gedərək, onun zəif iman və şəxsiyyətindən qaynaqlanan hal, rəftar, davranış və danışıq pozuqluqlarını İslama və möminlərin hamısına aid etməyə çalışarlar. Buna görə, müdafiə etdiyi dini lazım olduğu kimi təmsil edə bilməyəcəyini hiss edən bir insan əgər, bir parça vicdanı qalmışsa, İslam adına ortaya çıxmamalı, bunu layiq olanlara buraxmalıdır. Əksinə bir davranış küfrü sevindirməkdən, möminləri çətin vəziyyətdə buraxmaqdan başqa bir işə yaramaz.
Bunun əksi olaraq, inkarçıların güclü imana və şəxsiyyətə sahib ixlaslı möminlərin yanında öz dinlərini xatırlamağa cəsarət tapmaları, onların dinlərindən güzəştə gedə bilmələri mümkün deyil. Buna görə həqiqi mömin, küfr üzərində, "... bu gün inkarda azanlar, sizin dininizdən (sizi dininizdən çevirməkdən) ümid kəsmişlər..." (Maidə surəsi, 3) ayəsində ifadə edilən ümidsizliyi və çarəsizliyi meydana gətirən insandır.