Mömin Ancaq Digər Möminlərlə Birlikdə Ola Bilər

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
(Saff surəsi, 4)

İnsan axirətdə kimlərin yanında olmaq istəyirsə, dünyada da onlarla birlikdə olmalıdır. Buna görə də, bir möminin yeri, yalnız və yalnız möminlərin yanıdır. Əgər buna imkanı yoxsa -ki, bu ancaq keçici bir müddət üçün və çox istisna bir vəziyyət ola bilər- möminlərlə birlikdə olmağı qəlbən və səmimi olaraq istəməlidir. Möminlər; Allahın sifətlərini üzərində ən çox daşıyan, Allahın razılığını qazanmağa çalışan, Allahı çox sevən və çox zikr edən, özlərini Allaha təslim etmiş, canıyla və malıyla onun yolunda mübarizə edən üstün insanlardır. Buna görə, Allahın razılığının ən çox olduğu yer də möminlərin yanıdır. Necə ki, Quran, möminlərin həmişə bir yerdə olmalarını qəti bir şəkildə əmr edər:

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)

Möminin rahat və hüzurlu olmasının yeganə yolu, digər möminlərlə birlikdə olmasıdır. Quranda bildirilən Allahın qanununa görə, "qəlblər yalnız Allahı xatırlamaqla rahatlıq tapar" (Rad surəsi, 28). Allahın xatırlanması isə, yenə Qurana görə, "Allahın öz adının xatırlanmasına icazə verdiyi evlərdə", yəni möminlərin evlərində reallaşar. Çünki "Allahın nuru", bu evlərdədir: "(Bu nur) Allahın, onların ucaldılmasına və adının zikr edilməsinə icazə verdiyi evlərdədir; onların içində səhər-axşam Onu zikr edərlər." (Nur surəsi, 36)

Əsl mömin, ağlın, maddi və mənəvi gözəlliyin, təmizliyin, gözəl əxlaqın hakim olduğu və içində daim Allahın zikr edildiyi mühitlərdən zövq alar. Ancaq, Allahın bir çox sifətinin təcəlli etdiyi evlərdə rahat hərəkət edə bilər. Qəlbi və ruhu ancaq belə bir mühitdə rahatlıq tapar. Bu mühit də yalnız möminlərin olduqları mühitdir. Qurana görə buralarda, "təmizlənməyi daxilən arzulayan" adamlar vardır.(Tövbə surəsi, 108)

Möminlərin birlikdə olmalarındakı ən əhəmiyyətli hikmətləri belə sadalaya bilərik: bir-birlərinə hər an dəstək olmaları, bir-birlərinə hər an müsbət təlqinlər vermələri, bir-birlərinin təmizlənmələrinə vəsilə olmaları, bir-birlərinə xatırladıcı və xəbərdaredici olmaları, birlikdə Allahı xatırlamalarıdır. Bu səbəblə, mömin, vaxtının mümkün olduqca böyük bir hissəsini bu xüsusiyyətlərin olduğu mömin birliyinin arasında keçirməkdən böyük həzz duyar.

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!(Kəhf surəsi, 28)

Bir vəzifənin zərurəti olaraq, küfrün arasına girməli olduğunda əsl vəzifəsini heç bir zaman unutmaz və ən çox istifadə məqsədilə hərəkət edər. Bu yolla möminlərə mənfəət təmin etməyə, küfrün maddi və mənəvi gücünü qırmağa çalışar. Bunun sayəsində Allahın şanının daha çox ucaldılmasını, möminlərin daha çox rahatlamalarını, hərəkət qabiliyyətlərinin artmasını təmin edər.

Möminlər ancaq, təbii və səmimi davranan, heç bir dünyəvi mənfəət güdməyən, bir-birinə qarşı düşkün, fədakar və incə düşüncəli insanların, yəni möminlərin olduğu bir mühitdə rahat ola bilərlər. Bu da, Allahın Quranda təsvir etdiyi cənnət modelidir. Mömin bu dünyada da, maddi və mənəvi olaraq, əlindən gəldiyi qədər cənnət mühitləri meydana gətirməyə çalışar və ancaq belə mühitlərdən zövq ala bilər. Möminlər bütün həyatları boyunca günün 24 saatı cənnət modelini həyatlarına tətbiq edərlər. Bunun ən diqqətə çarpan olanı, evlərində yaradılan mühitdir. Möminlərin evləri özləri üçün ən rahat, ən gözəl, ən etibarlı mühitdir. Ancaq bu şəkildə möminin ürəyi fərahlayar, rahatlayar və cahil cəmiyyətinin boş və məqsədsiz mədəniyyətindən uzaqlaşa bilər.

Allahın, bir insanı möminlər birliyinin içinə salmasının və ona dinə xidmət etmə imkanı verməsinin onun üçün çox böyük bir nemət olduğu ortadadır. Bu nemətin şükrü də möminlərlə birlikdə olmaqdan zövq almaq, hər fürsətdə onlarla birlikdə olmağa çalışmaqla olar. Əyləniləcəksə, çölə çıxılıb gəziləcəksə, yenə möminlərlə toplu halda edilən əyləncələr möminə zövq verər. Bunu, azadlığını məhdudlaşdırma olaraq deyil, tam tərsinə, təmizlənmə, rahatlıq olaraq görməsi, pislikdən uzaq olma, qorunma olaraq qiymətləndirməsi lazımdır.

Möminlərin bir-birlərinə bağlılıqları, sevgiləri və daşıdıqları üstün xüsusiyyətlər, Quranda belə izah edilir:

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.(Tövbə surəsi, 71)

Allah, möminlərlə birlikdə olmağın bir cənnət zövqü və mükafatı olduğunu, möminlərin axirətdə ən üstün insanlarla birlikdə olacağını ayələrdə bildirir:

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

Vəziyyət belə ikən, küfrlə birlikdə olmaqdan zövq alan bir insan özünə verilən nemətə açıq şəkildə nankorluq etmiş olar. Dünyada küfrdən zövq alan bir insanın axirətdə də küfrlə birlikdə olacağını bilməsi və qəbul etməsi lazımdır. Axirətdə isə küfrün olduğu yer cəhənnəmdir.

Saleh mömin az bir nemətdən belə Allahı xatırlayaraq, onun Allahdan gəldiyini bilərək, şükür edərək çox böyük zövq ala bilər. Belə olunca da, Allah nemətlərdən alınacaq zövqü və sevinci qat-qat artırar. Nemətlərin də eyni ölçüdə qat-qat artmasını, küfrün sahib olduqlarıyla müqayisə edilməyəcək dərəcədə ən gözəl, ən mükəmməl, ən keyfiyyətli mühitlərin meydana gəlməsini təmin edər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Zəif İmanlı İnsanın Küfr Mühitinə Meyil Göstərməsinin Başlıca Səbəbləri
  • Şeytanın Küfrlə Birlikdə Olmağa Təşviq Edən Mənfi Təlqinləri
  • Qanuni Bir Səbəb Olmadan Küfr Mühitində Olmağın Zərərləri Nələrdir?
  • Qanuni Bir Səbəblə Küfr Mühitinə Girən Möminin Daşıdığı Xüsusiyyətlər
  • Mömin Ancaq Digər Möminlərlə Birlikdə Ola Bilər
  • Mömin Birliyi İçində Yer Alan və Fərqli İmani Mövqelərə Sahib Olan İnsan Tipləri