Quranın Zumər surəsində, axirətdə insanların hesaba çəkilməsindən bəhs edilərkən onların, cənnətə ya da cəhənnəmə "qruplar" halında yollanacaqları xəbər verilir (Zumər surəsi; 71-73). Bir başqa ayədə də məhşər günü, başçıları ilə birlikdə hesaba çağırılan "insan qrupları"ndan bəhs edilir (İsra surəsi; 71). Yəni insanlar axirətdə hər nə qədər fərdi olaraq hesaba çəkilsə də ümumiyyətlə, hesabın əvvəlində və nəticəsində qruplar halında bir rəftara tabe olarlar. Hər kəs özününkünə yaxın və oxşar mövqe və dərəcələrə sahib kəslərlə eyni qrupda yer alar, bənzər aqibətə uğrayar. Cənnətə və ya cəhənnəmə girər, oxşar dərəcələrdə cəza və ya mükafat görər. Buradan hərəkətlə, insanın dünyada ikən hansı "insan qrupu" içində yer aldığının da son dərəcə əhəmiyyətli bir mövzu olduğu ortaya çıxar.
İlk baxışda, yer üzündə bir-birindən fərqli çox sayda qrup varmış kimi görünsə də insanlar həqiqətdə iki əsas qrupa ayrılarlar. Bunlar, Allaha və axirətə iman edən mömin birliyi ilə, Allahı və axirəti tanımayan inkarçılar birliyidir. Allah və axirət inancından məhrum olan ikinci qrupa, içində olduqları böyük şüursuzluq və məlumatsızlıq səbəbiylə, Qurani bir termin olaraq "cahil cəmiyyəti" adı verilər. Bu cəmiyyətin dəyər mühakimələri, əxlaqi meyarları Allahın qoyduğu hökmlərə görə deyil, yanlış və dəyişmiş cahil cəmiyyətin müddəalarına görə təyin olunmuşdur.
Axirət günü cənnətə sövq edilənlər arasında yer ala bilmək ancaq bu dünyada da möminlərin tərəfində olmaqla mümkündür. Bunun ilk mərhələsi isə insanın içində olduğu cahil cəmiyyətini tərk etməsidir. Necə ki, inkarçılardan "qopub-ayrılmaq" Quranın açıq bir əmridir: "Onların demələrinə qarşı sən səbir et və onlardan gözəl bir ayrılma tərziylə (düşüncə və hərəkət baxımından əsaslı bir münasibətlə) qopub-ayrıl." (Müzzəmmil surəsi; 10)
Qurandakı nümunəvi möminlərin, ən başda da peyğəmbərlərin izlədiyi yol budur. Məsələn, hz. İbrahim, inkarçı qövmünə belə səslənmişdir: "Sizdən və sizin Allahdan başqa tapındıqlarınızdan qopub-ayrılıram və Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayacağam. " (Məryəm surəsi; 48)
Bu qopub-ayrılma hərəkəti olduğu kimi qəlbən və zehni olaraq da reallaşdırılmalıdır. Faktiki olaraq, insan cahil cəmiyyətinin üzvləri ilə deyil, möminlərlə birlikdə olmaq üçün xüsusi bir səy göstərməlidir. Bu birinci şərtdir. Lakin bunu edərkən zehni və ruhi olaraq da, cahil mədəniyyətinin bütün təsirləri yox edilməli, şüur altındakı bütün təlqinləri və izləri təmizlənməlidir.
Bunu etmək heç də çətin bir şey deyil. Çünki normal bir insan onsuz da görüb tanıyanda təbii olaraq imanı küfrə seçər; küfrün maddi və mənəvi pisliklərindən təmizlənmək istəyər. Çünki iman; insan üçün faydalı olan, insanın ruhuna və nəfsinə zövq verən bütün gözəllikləri içində saxlayar. Allah, cənnətdə olduğu kimi dünyada da, möminlərə heç bir inkarçının çata bilməyəcəyi maddi-mənəvi ləzzətləri, nemətləri və gözəllikləri, cənnətin bir nümunəsi olaraq təqdim etmişdir, bundan sonra da təqdim edəcək. Möminlər, cənnətdəki sonsuz neməti, böyük ehtişam və estetikanı təqdir edə biləcək bir həssaslığa sahib olduqları kimi, dünyadakı nemətləri də təqdir edə biləcək yeganə insanlardır.
Buna qarşı olaraq inkar isə, insanın ruhunu sıxan, onu ağır təzyiqlər, ehtiraslar, vəsvəsə və ehtiraslar altında boğan, onu həyatın gözəlliklərindən məhrum edən bir sistemdir. Möminlərlə müqayisədə, küfrə imtahan məqsədilə verilən bir sıra nemətlər onun əzabını artırmaqdan başqa bir işə yaramaz. Məşhur bir İslam aliminin bənzətməsi ilə bu nemətlər "zəhərli bal" kimidirlər. Daha bu nemətləri dadərkən inkarçılar, bunların içindəki əzabın acısını hiss etməyə başlayarlar. İnkarın axirətdəki əzabı daha dünyadaykən belə onları izləyir.
Burada əhəmiyyətli bir ilahi sirrə də toxunmaq lazımdır: imanı sevmək və onun insana gətirdiyi maddi və mənəvi ləzzətlərdən zövq ala bilmək, küfrdən isə nifrət edib onu çirkin görmək, hər nə qədər təbii görünsələr də əslində tamamilə Allahın lütfü sayəsində qovuşulan nemət və üstünlüklərdir. Allah bu metafizik vəziyyəti bir ayədə belə bildirir.
... Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.(Hucurat surəsi, 7)
Buna qarşı olaraq Allah, bu böyük lütf və ehsanının dəyərini onlara göstərmək üçün eyni vəziyyətin tərsini küfr üçün yaratmışdır. Bunun nəticəsində isə, inkarçılar imanın ehtiva etdiyi gözəllikləri "möcüzəvi bir şəkildə" görə bilməz, əksinə cahil cəmiyyətinin; pis, qaranlıq, sıxıcı sistemindən zövq alarlar. Texniki ifadəylə, hisslərində bir pozuqluq vardır. Bu təsadüfən əmələ gəlmiş bir pozuqluq deyil; Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Allah, küfr sisteminin ehtiva etdiyi bütün pislikləri və günahları, inkarçılar üçün "bəzəkli" etmişdir. Quran bu sirri belə xəbər verir:
Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!(Məhəmməd surəsi, 14)
Küfrün liderləri arasında bu bəzəkli və cazibədar görmə hadisəsi elə ölçülərə çatmışdır ki, bunu sanki həyat fəlsəfəsi halına gətirmişlər. Məsələn, masonlar öz qaynaqlarında pislik və rəzillikdən zövq alanları belə müdafiə edirlər:
"İt üçün sümüyün, donuz üçün nəcisin cazibədar bir dadı olmasaydı, onlar bu maddələrlə qarınlarını doyurmaq istəyərlərdimi? Alçaqlıqların hər növündən ayrı bir dad alan güclü kəsləri ayıblamayın."(Mason Jurnalı, Sayı 29, Səhifə 20)
Göründüyü kimi, əgər insan imanın verdiyi açıq və aydın ruh halına sahib olmazsa, cahil cəmiyyətinin qaranlıq və iyrənc dünyasını "bəzəkli və cazibədar" görməyə, o dünyaya qarşı içində bir meyil hiss etməyə başlayır. Həyatın hər anına müdaxilə edən, insan zehninin hər nöqtəsini təsiri altına alan cahil sistemi, möminlərin arasına yeni qatılmış ya da möminlərin arasında olub da əsl bir imani yetkinliyə çata bilməmiş kəsləri də mənfi istiqamətdə təsir edib onlara zərər verə bilər. Zəif imana sahib insan belə bir yara aldığı təqdirdə möminlərin əlindəki böyük nemətləri buraxaraq, cahil cəmiyyətdəki sadə və aldadıcı bəzi "bəzək"lərə aldana bilir.
Şüuraltında cahil cəmiyyətdən qalmış bir sıra, romantiklik, macəraçılıq, nümayiş etmə arzusu kimi nəfsani meyilləri küfrün arasında təmin etmə axtarışları da, insanı zamanla inkarçıların arasına itələyən amillərdəndir.
Nəticə olaraq, edilməli olan, cahil cəmiyyəti tam olaraq tərk etmək, ona heç bir şəkildə meyil göstərməmək və şüuraltındakı cahil qırıntılarını əsaslı olaraq təmizləməkdir. Bu kitabça, bu mövzudakı bəzi əhəmiyyətli nöqtələri Quranın əsasında ortaya qoymaq üçün yazılmışdır.
Sonrakı səhifələrdə, imanı zəif bir insanın küfr mühitinə nəfsani olaraq meyil göstərməsinin arxasında duran səbəbləri, şeytanın bu mövzudakı azdırma üsullarını, möminlərin hansı şərtlərdə küfrlə birlikdə ola biləcəyi, küfr mühitində olmağın zərərləri, hər cür şərtdə möminlərlə birlikdə olmağın vacibliyi kimi mövzuları Quran ayələri ilə araşdıracağıq.