Kitabın əvvəlindən bəri cahil cəmiyyətlərdə hakim olan bəzi əsas insan xarakterləri araşdırıldı və bu xarakterlərə sahib olan kəslərin istisnasız olaraq hamısının böyük bir "çətinlik" və "ziyan" içərisində olduqları ortaya qoyuldu. Həmçinin bu xarakterlərdən təkcə birinin belə sabit və dinc bir şəxsiyyət formalaşdıra bilmədiyi, yaşadığı həyatdan həqiqi mənada xoşbəxt ola bilmədiyi müşahidə olundu.
Bütün bu xarakterləri ətraflı şəkildə təhlil etməkdə, öyrənməkdə məqsəd isə cahiliyyə sisteminin meydana gətirdiyi hər fikrin, hər həyatın mütləq "çıxılmaz vəziyyətdə" olduğunu konkret nümunələrlə göz qabağına gətirməkdir. Çünki möminlər Quranda bildirilən bu əhəmiyyətli həqiqəti, "bilməyənlərə" bildirməklə və onları vaxt olduğu halda haqqa çağırmaqla məsuldurlar.
Bunu əhəmiyyətlə ifadə etmək lazımdır ki, bütün insanlar üçün tək həll, cahil sistemdən tamamilə xilas olub, Quranda bildirilən mömin əxlaqını yaşamaqdır. Ancaq onda Allah onlara olan nemətlərini artıracaq və xoşbəxtliyin yolunu açacaq. Çünki insanı yaradan Allah onun yaşaya biləcəyi ən ideal həyatı, hər şeydən ən çox zövq ala biləcəyi sistemi və xoşbəxtliyin yolunu yenə Quranda bildirmişdir.
Unutmamaq lazımdır ki, bütün bu gözəlliklərin qapısı istisnasız hər insan üçün sonuna qədər açıqdır. İnsanın qarşısında hər an bu nemətləri tutmaq üçün bir fürsət vardır. Bunun üçün nə böyük fədakarlıqlar etmək, nə günlərlə çalışıb yorulmaq, nə də hər hansısa bir çətin bir maneəni aşmaq lazımdır. İnsanın yalnız səmimi olmağa və Allaha sığınmağa niyyət etməsi, bu qapının açılması üçün kifayətdir. Bu isə çox qısa müddətdə reallaşan bir qərardır.
Bu səbəblə də cahilliyin bütün bu səhv xarakterlərindən xilas olmaq istəyən adam bilməlidir ki, bu çox asandır. İnsanın bu sətirləri oxuyarkən belə tək bir niyyətlə Allahın rəhmətini və cənnətini qazandıracaq bir xarakter qazanması mümkündür. Çünki Allah hər insanı eşidir və ürəyindən keçənləri bilir; ona şah damarından daha yaxındır. İnsan niyyətini dəyişdirdiyində Allah bunu həmin an bilir və istəsə o adamın üzərindəki nemətini dəyişdirib etdiyi yaxşılıqları artırar.
Allah səmimi tövbəylə əlaqədar olaraq bir ayəsində belə bildirmişdir:
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)
Məhz bu kitab bu fürsəti əldən vermədən, vaxt olduğu halda cahil sistemin təqdim etdiyi bütün zərərlərdən xilas olmaq, möminlərə vəd edilən nemətlərə qovuşmaq və ən əhəmiyyətlisi də Allahın rizasını qazana bilmək üçün cahil əxlaqını tərk edib mömin xarakterini yaşamağa bir dəvətdir.
Quranı insanları yaradan, onların tək hakimi və tək sahibi olan Allah endirmişdir. Bu səbəbdən də insanın bilmədiklərini öyrənməsi və içərisində olduğu cahillikdən xilas olub məlumatlandırılması da ancaq Quranda bildirilən din əxlaqını yaşamasıyla mümkündür. Bu əhəmiyyətli həqiqəti nəzərə almayaraq din əxlaqından uzaq yaşayan kəslər isə "cahil" bir cəmiyyət meydana gətirərlər. Ancaq bu cahillik, bu kəslərin yaradanımız olan Allahı tanımamaları, Onun qüdrətini lazım olduğu kimi təqdir edə bilməmələri, Onun özlərindən nələr gözlədiyini, Onun istədiyi əxlaq və şəxsiyyət quruluşunun necə olmasının lazım olduğunu bilməmələrindən qaynaqlanan bir cahillik növüdür.
Bu əsaslı cəhalət onların həyat tərzlərindən şəxsiyyət quruluşlarına qədər həyatlarının hər anında öz mənfi təsirini göstərir.
Məhz bu kitabın məqsədi də, cahil cəmiyyətin çıxardığı həyat tərzləri və xarakterlərindən bəzi əsas nümunələri araşdıraraq, bu sistemin qəti olaraq "çıxılmaz vəziyyətdə" olduğunu ortaya qoymaqdır. Həmçinin cahil cəmiyyəti meydana gətirən insanların, yaşadıqları klassik xarakterlərlə axtardıqları dinclik və xoşbəxtliyə heç bir şəkildə çata bilmədiklərini göstərməkdir. Bununla yanaşı Quranda bildirilən mömin xarakteri də göstərilərək cahil cəmiyyətdəki insan xarakterləri ilə fərqi ortaya qoyulur.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).